Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
TƏHLÜKƏSİZLİK TEXNİKASI – əmək mühafizəsi bölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərə təsirinin qarşısını almaq üçün təşkilatı və texniki tədbir və vasitələr sistemi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 441
TƏRƏVƏZ BİTKİLƏRİ – becərilən və yabanı bir, iki və çoxillik ot bitkiləri: bunların şirəli hissələri-tərəvəz yeyilir. T.b.-nə 1200-dən artıq növü əhatə edən 78 fəsilə aiddir; T.b-nin (pomidor, badımcan, istiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi, kökü və gövdəsindən istifadə olunur. T.b.-dən çoxu tropik və subtropik qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir. TƏRƏVƏZÇİLİK – 1) tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi. T.k.t.-nın mühüm bir sahəsi kimi insanların qidasında istifadə edilən və müalicə əhəmiyyətli tərəvəz bitkilərinin becərilməsi ilə məşğul olur. Bostançılıqda – bostan bitkilərinin (qarpız, yemiş, qabaq) yetişdirilməsi T.-ə aiddir. Açıq qruntda 50-dən çox tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur) və həmçinin ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə və s.), örtülü qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı respublikanın 4 iqlim iqtisadi zonasında – Lənkəran-Astara, Quba- Xaçmaz, Abşeron və Gəncə-Qazax zonalarında mərkəzləşdirilmişdir. 2) Tərəvəz bitkilərinin biologiyasını və becərmə üsullarını öyrənən elm sahəsi.
TƏSADÜFƏN GƏTİRİLƏN ORQANİZMLƏR – yerli ekosistem üçün qəsdən gətirilməyən yad heyvan və bitkilər. T.g.o. bitki və heyvan orqanizmləri üçün bəzən pozitiv, neytral, çox hallarda isə kəskin neqativ nəticələr törədir. Belə ki, T.g.o. bir regiondan digərinə bütün yer üzərində birə, gənə, siçovul, ağcaqanad, tarakan, bir çox alaqların yayılmasına səbəb olur. TƏSADÜFİ QİDA – heyvanların bəzi halda az miqdarda yediyi qida.
TƏSADÜFİ YAYILMA –populyasiya daxilində fərdlər arasındakı məsafə bərabər olur. Fərdlər nizamsız (qarışıq) paylanır. Təbiətdə T.y. nadir halda olur.
etdiyi hər hansı ərazi və ya akvatoriyanın bir hissəsi. TİBBİ COĞRAFİYA – coğrafiyanın və tibb elmlərinin şöbəsi. Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 442
ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiyası. T.c.-nın mühüm bir şöbəsidir.
morfo-fizioloji və genetik adaptasiya formaları məsələlərini işləyib hazırlayır. Bax: insan ekologiyası.
olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və yayılmasını öyrənir. TİFOFİTLƏR (yun. tiphos - bataqlıq) – bataqlıq və göllər üçün xarakterik bitkilər. TİKİNTİ EROZİYASI – tikinti işləri aparılarkən torpağın üst qatının dağılması və yuyulması. T.e.-nın qarşısının alınması üçün əsasən mühəndis tədbirləri görülür.
kükürd birləşmələri ilə zəngin olan mühiti üstün tutan bakteriyalar. TİP, BİOLOGİYADA – taksonomik kateqoriya. T. sistematika ilə əlaqədardır; zooloqlar onu «aləm»”-dən sonra ən ali taksonomik kateqoriya hesab edirlər. Botanika və bakteriologiyada T. əvəzinə «şöbə»” işlədilir. T.taksonun özəyi və əsasıdır, obyektivdir dəyişmir, lakin taksonun hüdudları subyektiv və dəyişkəndir. Hər taksonun özünün T.-i var. TOXUM FONDU – Kənd təsərrüfatı və meşə təsərrüfatı bitkilərinin səpin üçün ehtiyatı. T.f.-na toxumluq əkinlər üçün rayonlaşdırılmış sortların ən yaxşı, seçmə toxum materialının ayrılması, kənd təsərrüfatı bitkiləri yığımının başlanğıcında bir aydan gec olmayaraq qurtarır. T.f.- nun miqdarını və səpin normasını səpin planına əsasən təsərrüfat özü müəyyən edir. T.f. quru, təmiz və zərərsizləşdirilmiş yerdə saxlanılır. Onun vəziyyətinə və istifadə olunmasına ciddi nəzarət edilir.
tədarükü, saxlanması və səpinə hazırlanması prosesində onların toxumlarının keyfiyyətinə nəzarət sistemi tədbirləri. T.n. toxumçuluğun ən əsas hissəsidir. T.n. əkin sahələrini, kondisiyalı toxum materialı ilə təmin edir, Dövlət toxum inspeksiyası toxumun təmizliyini, cücərməsini, həyat qabiliyyətini, yoluxma dərəcəsini, 1000 dənin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 443
çəkisini və nəmliyini yoxlayır. TOXUMÇULUQ – bitkiçilik sahəsi; sortdəyişmə və sort təzələnmənin yerinə yetirilməsi üçün rayonlaşdırılmış sortların toxumlarının kütləvi surətdə çoxaldılması ilə məşğul olur.T. bilavasitə seleksiya ilə əlaqədardır və onun nəzəri əsasıdır. TOXUMDAN YARANAN AĞACLIQ (meşəlik) – toxumdan əmələ gəlmiş ağaclardan ibarət meşəlik. TOXUMŞÜNASLIQ – toxumlardan bəhs edən elm; ana bitkidə yumurta hüceyrənin mayalandığı vaxtdan başlayaraq həmin toxumlardan yeni bitki əmələ gələnə qədər olan dövrdə toxumların həyatı və inkişafını öyrənir. TOXUMUN CÜCƏRMƏ FAİZİ – toxumun cücərti mərhələsinə keçmək qabiliyyəti. Toxumun yaşından və xarici mühit şəraitindən (temperatur, torpağın nəmliyi) asılı olaraq cücərən toxumların faizi ilə ifadə olunur. TOKSİFİKASİYA – pestisidlərin parçalanması (bioloji və ya fiziki- kimyəvi) nəticəsində əmələ gələn maddələrin zəhərliyinin artması. TOKSİK DOZA – zəhərli maddənin (agentin) minimal miqdarının təsirinə orqanizmin gözə çarpacaq dərəcədə (aydın) zəhərlənməsi. TOKSİK DUMAN – qazşəkilli çirkləndiricilərlə (əsasən kükürd anhidridi) toz hissəcikəri və duman damlalarının qarışığı. TOKSİKANT (yun. taxikan - zəhər) – sağlamlıq üçün zəhərli, zərərli maddə. TOKSİKANTIN SABİTLİYİ – zəhərləyici maddənin suda, torpaqda davamlığı. Təkrar verildikdə zəhər toplanır və öz zəhərliliyini müəyyən müddət saxlayır. Belə ki, pestisidlərdən ətraf mühit (su) üçün üzvi xlor birləşmələri daha sabit qalır. TOKSİKLİK – maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2T. ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni T. – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 444
zəhərlənmə prosesi, onun inkişafı. Termin əsasən sənaye toksikologiyasında istifadə olunur.
sürəti və mexanizmi, zəhərin orqanizmdə miqrasiyasını(daxil olması, yayılması, metabolizm) öyrənir.
tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini, yaratdığı patoloji prosesləri (zəhərlənmə), müalicə və profilaktika üsullarını öyrənir. T. fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi birləşmələrin), pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və heyvan mənşəli bakterial toksinlərin və s. öyrənilməsi ilə məşğuldur. TOKSİKOLOGİYA EKSPERTİZASI – zəhərin orqanizmə toksiklik və təhlükəlik dərəcəsini öyrənmək məqsədilə eksperimental şəraitində qabaqcadan toksikliyinin tədqiqi.
heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələr. Kimyəvi tərkibinə görə bütün T. zülal, yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq T. orqanizmə düşdükdə orada anticisim yaradır. T. ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir.Bakteriya mənşəli T. nisbətən geniş yayılmışdır.
toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu oliqo – (zəif), poli – (güclü), və mezo – (orta) T.o. ayırd edir.
şəraitinə ekoloji valentliyi, adaptasiya olunması. Növlər müxtəlif tolerantlıq evribiontlara (geniş amplitudalı tolerantlığa) bölünür. Yalnız tolerantlı növlər sabit, xüsusilə klimaks ekosistemlər əmələ gətirir. TOPOQRAFİK XƏRİTƏLƏR – İri miqyaslı ümumi coğrafi xəritələr. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. T.x. icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Birinci qrupa 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 (hamısı kiçik miqyaslı T.x.), 1:500000, 1:25000 (orta miqyaslı T.x.), 1:10000, 1:5000 (iri miqyaslı T.x.), üçüncü qrupa 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. T.x-in coğrafi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 445
məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. T.x-dən xalq təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur. TOPOQRAFİK PLANALMA – topoqrafik xəritələrin orijinalını yaratmaq üçün aparılan kompleks işlər. T.p. yerüstü və aerofototopoqrafik üsullarla aparılır. Yerüstü T.p. menzula, taxeometrik və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik planalma ilə yaradılır. TOPOQRAFİYA (yun. topos – yer və qrafiya) – topoqrafik xəritələrin yaradılması üçün aparılan planalma metodlarından bəhs edən elm. Müasir T.-nın əsas metodları aerofotoşəkilçəkmə və kosmik fotoşəkilçəkmədir (kosmik fotoplanalma). TOPONİMİKA (yun. topos – yer və onuma - ad) – coğrafi adları (toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə iber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır. TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş bitki qalıqlarının toplanmasından əmələ gəlir. Element tərkibinin 50- 60%-ini karbon (C) təşkil edir. Rəngi sarı və ya qarayadək dəyişən qonur olur. Torfa tünd rəng verən çürüntüdür. T. üçün təbii yatımda yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur. TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. V.V.Dokuçayev torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ süxurlarına birgə təsiri nəticəsində formalaşaraq yer qabığının üst yumşaq qatını əmələ gətirən xüsusi təbii cisim kimi təyin edir. Dağ (ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin və hidrosferin uzunmüddətli dərin təsirinə məruz qalaraq torpağı dağ süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 446
TORPAQ COĞRAFİYASI – torpaqşünaslığın bölməsi: torpaqların coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənir. Ümumi və regional T.c.-na ayrılır. Ümumi T.c. torpaqəmələgətirən amilləri və torpaqların coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını öyrənir. Regional T.c. torpaq rayonlaşdırılması ilə əlaqədar məsələlərin həlli və ayrı-ayrı sahələrin torpaq örtüyünün təsviri ilə məşğuldur. TORPAQ FONDU – müəyyən ölkənin bütün torpaqlarının məcmusu. TORPAQ FONDUNUN MÜLKİYYƏT NÖVLƏRİ – hər bir dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. (cədvəl 1, 2, 3)
fondunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura dövlət hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi torpaqlar; yay, qış otaqları və meşə fondu torpaqları, su fondu torpaqları, xüsusi mühafizə olunan ərazilərin torpaqları, daxildir. Bundan başqa elmi-tədqiqat və tədris müəssisələrinin, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, həmçinin dövlət ehtiyat fondu torpaqları da bura aid edilir. Bələdiyyə torpaqları – B.t.-na respublikanın vahid torpaq fondunun 2,054.293 hektarı bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. B.t.-na həmçinin şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları və əhalinin mal-qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları aiddir.
edir. Bura vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 447
bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan, həmçinin özəlləşdirilən torpaq sahələri daxildir.
Azərbaycan torpaqlarının şorəkətləşmə dərəcəsi barədə № Kənd təsərrüfatı yerlərinin adı Sahə
hektarl a Şorakətləşmə, hektarla Şorəkət ləşmiş
Zəif şorakətləşmi ş Orta
şorəkətlə şmiş
Şiddətli şorakətlə şmiş 1 Əkin 161314 157394 31940 6775 484 2 Çoxillik 172294 155444 14094
2343 413
3 Dinc 58752 51232 6615 870
35 4 Biçənək 107919 103688 3637 389 205 5 Örüş
və otlaq
256236 1 212189 1 328751 91733 19986 6
yerlərinin cəmi
451447 3 400620 3 385037 102110 21123 7 Sair
412703 3
Respublika üzrə cəmi 864 1506
Azərbaycan torpaqlarının eroziyaya uğrama dərəcəsi barədə məlumat
№ Kənd təsərrüfatı yerlərinin adı
Sahə hektarla Eroziyaya uğrama, hektarla Eroziyaya uğramamış Zəif
eroziyaya uğramış
Orta eroziyay
a uğramış
Şiddətli eroziyaya uğramış 1 Əkin 1613147 1606049 4033
2258 807
2 Çoxillik 58752
46961 5664
4594 1533
3 Dinc 172294
166746 3584
1447 517
4 Biçənək 107919 82785 11385 7781 5968 5 Örüş və
2562361 1913571 244449 280066 124275 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 447
6 K/t yerlərinin cəmi
4514473 3816112 269115 296146 133100 7 Sair
4127033
a üzrə cəmi 8641506
Azərbaycan torpaqlarının şorlaşma dərəcəsi barədə məlumat Kənd
təsərrüfa tı
yerlərini n adı
Sahə hektarl
a Şorlaşma, hektarla Şorlaş mamış
Zəif şorlaşmış Orta şorlaş
mış Şiddətli şorlaşmı ş Şora n Əkin 161314 154443 13389 9195 5485 645
Çoxillik 172294 165554 3894 1447 724 775 Dinc 58752 49657 3942 2468 2679 6
107919 104940 993 907 993 86 Örüş və otlaq
2562361 2044508 130680
132218 213957 40998 K/t yerlərini n cəmi 4514473 3948992 152898 146235
223838 42510 Sair
4127033
Respublika üzrə cəmi 8641506
TORPAQ XƏRİTƏLƏRİ – Yer səthində torpaqların yayılmasını, onların xassələrini və xüsusiyyətlərini əks etdirən xəritələr. Məzmunundan asılı olaraq T.x.-ni ümumi, torpaq meliorasiya, torpaq eroziyası xəritələrinə ayırırlar. Adları çəkilən sintetik T.x.-ndən başqa analitik xəritələr də (kartoqramlar) tərtib olunur. Bunlarda torpağın tu- rşuluğu, duzluluğu, şorlaşma dərəcəsi, qranulometrik (mexaniki) tərkibi, qida maddələri ilə (azot, fosfor, kalium) təmin olunma dərəcəsi və s. xassələri göstərilir. Miqayasına görə T.x. detal (1:5000 və iri), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 448
irimiqyaslı (1:10000, 1:50000), ortamiqyaslı (1:100000, 1:300000), xırdamiqyaslı (1:500000, 1:20000), icmal (1:2500000 və xırda) xəritələrinə bölünür. Bütün miqyaslarda tərtib olunan T.x. torpaq ehtiyatlarının uçotunu aparmaq, torpağın bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. üçün tərtib olunur. TORPAQ KADASTRI – torpaq haqqında məlumatların yekunu: Müxtəlif torpaqların istehlakçılar arasında qeydə alınması, torpaqların keyfiyyəti, boniteti və onlara iqtisadi cəhətdən qiymət verilməsi. Torpaq kadastrında torpaqdan səmərəli istifadə edilməsi, mühafizəsi və digər tədbirlər göstərilir.
vəziyyəti. T.k. klimaks bitki qrupu ilə örtülmüş olur. TORPAQ MAKROBİOTASI – torpaqda olan iri həşəratlar, torpaq soxulcanı və digər torpaq orqanizmləri. TORPAQ MİKROORQANİZMLƏRİ – torpaq mühitinə uyğunlaşıb orada yaşayan müxtəlif mikroorqanizm qrupları. T.m. təbiətdə maddələr dövranında, torpaqəmələgəlməsində və torpağın məhsuldarlığının artmasında mühüm rol oynayır. 1 q qaratorpaqda 10 mlrd-a (bəzən artıq), yaxud 10 t/ha-dək canlı mikroorqanizmlər olur. Torpaqda sporlu, sporsuz bakteriyalar, avtinomisetlər, göbələklər, mikroskopik yosunlar, ibtidailər və s. təsadüf olunur.
torpaq kəsiminin divarından götürülmüş şaquli torpaq nümunəsi. TORPAQ MÜNBİTLİYİNİN AZALMASI QANUNU – məhsulun götürülməsi və becərilən sahələrdə təbii torpaqəmələgəlmə proseslərinin pozulması nəticəsində torpağın münbitliyinin aşağı düşməsi. Bu proses becərilən bitkilərin köklərinin biokütləsinin toplanmasilə qismən, əsasən isə gübrə verməklə neytrallaşdırılır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling