Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet46/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

SELEKSİYA OVLAMASI (OVU) – ov heyvanlarının sayını 

azaltmaq və yerdə qalan sayı yaxşılaşdırmaq məqsədilə populyasiyanın 

tərkibindən arzuolunmayan fərdləri sıradan çıxarmaq. 

SELEKTOGENEZ  – digər regiondan daxil olan növlərin həmin 

regionda yaşaması qabiliyyəti. 



SELENOTROPİZM – ay işığından asılı olaraq bitkinin hərəkəti. 

SELİTEB ZONA, YAŞAYIŞ ZONASI – yaşayış  məntəqəsi 

daxilində yaşayış  məntəqələri yerləşən, sənaye, nəqliyyat və insanın 

əhatəsində mühiti çirkləndirən digər müəssisələrin tikilməsi qadağan 

olunan rayon. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

385 


 

SELLÜLOZA  (fr. cellulose, lat. cellula – hərfi mənada qəfəs, 

burada hüceyrə) – Bitki hüceyrəsi qılafının  əsas tərkib hisəsi (C

6

  H



12 

O

5



). 

SENOBİONTLAR – yalnız müəyyən biosenoz tipində rast gəlinən 

orqanizmlər. 



SENOBİOZ  (yun. koinos - birlikdə)  – orqanizmlərin qruplaşmada 

birgə yaşayışı. bax. biosenoz. 



SENOCOĞRAFİYA  – 1) biocoğrafiyanın biogesenozların və 

ekosistemlərin yayılması qanunauyğunluqlarını öyrənən bölməsi: 2) 

Geobotanikanın bitki qruplarının coğrafi yayılması 

qanunauyğunluqlarını  tədqiq edən bölməsi. Bura geobotaniki 

rayonlaşdırma, xəritələşdirmə və geobotaniki kartoqrafiya daxildir. 

SENOEKOSİSTEM  – (senoz və ekosistem, Bıkov, 1970), 

biogeosenoz (Sukaçov, 1942), geoekosistem (Soçava, 1970), 

geoekobiota (Qerasimov, 1973), bioekos (Nesterov, 1975) – biosenoza 

xas olan biosenoloji mühit, müəyyən edilmiş maddələr mübadiləsi, 

energiya axını  və  məhsuldarlıqla birlikdə  həmin biosenoza uyğun 

elementar ekosistem. Qonşu ekosistemlərlə müxtəlif inkişaf səviyyəsi və 

bilavasitə senotik əlaqəsi vardır.  Əgər öz xüsusiyyətlərinə görə 

(dominantlıq edən bitkilər bir ekobiomorfa aid olduqda) 

senoekosistemlər yaxındırlarsa onlar konqreqasion ekosistemlərdə 

birləşir. 



SENOEKOSİSTEMİN İSTİLİK REJİMİ – Senoekosistemə daxil 

olan uzundalğalı günəş radiasiyası miqdarının dəyişmə xarakteri. 

İstiliyin dəyişməsi xüsusilə yay mövsümündə, əsasən yüksək albedo 

olan və bitkilərin istiliyi udduğu üst fitosenotik biohorizontda (səhrada 

torpağın səthində) gedir. Həmin yerdə istilik dəyişmənin  ən yüksək 

sutkalıq ritmi müşahidə olunur. Əksinə yaxşı inkişaf edən 

senoekosistemlərdə struktur cəhətdən torpağın üst səthində sutkalıq ritm 

(ritmika) mülayim olur. Torpaq biohorizonlarında istilik rejimi torpağın 

istilik keçirmə qabiliyyətindən asılıdır, burada sutkalıq ritmika 50 sm, 

illik ritmika isə 3 m dərinlikdə sönür. Müxtəlif ekosistemlərdə istilik 

rejimi və balansının öz xüsusiyyətləri vardır. Belə ki, meşədə 

transpirasiya istilik dəyişməsi, qum ekosistemlərində isə torpaq istilik 

dəyişməsi böyük əhəmiyyət daşıyır. Su ekosistemlərində temperatur 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

386 


 

tədricən aşağı düşür (+7

°C-yə qədər), istilik dəyişməsi dərinlik artdıqca 

yavaş gedir, su hövzələrinin, dəniz və okeanların səthində temperatur 

kəskin dəyişir. 

SENOGENEZ  – 1) Yer tarixi boyu biosenozların inkişaf və 

dəyişməsi: 2) təkamül nəticəsində əvvəllər mövcud olmayan, yeni təbii 

qrupların formalaşması. Termin E.Hekkel (1866) tərəfindən irəli 

sürülmüşdür. 



SENOKİNEZ  – sindinamikanın bölməsi, biosenozlarda gedən 

inkişaf (suksessiya), davamlılıq, məhsuldarlıq və digər prosesləri 

öyrənir. 

SENOSFER– biogeosenozun daxili mühiti, ekotopun biosenozla 

qarşılıqlı təsiri prosesində əmələ gələn biotop. 



SENOTİPLƏR  – (Ramenskiy, 1935), fitososial siniflər (Vısotski, 

1915), fitososial tiplər (Sukaçev, 1926) – eyni bioekoloji imkanı olub 

biosenozda davamlı  vəziyyət tutan növlərin məcmusu. Senotiplərin 

məşhur təsnifatını J.Pavillard (1979), V.N.Sukaçev (1924), 

F.E.Slements (1936), L.Q.Ramenski (1938), T.A. Rabotnova (1978) 

vermişdir. B.A.Bıkovun təsnifatında həm bitkilərin, həm də heyvan və 

mikroorqanizmlərin senotipləri verilir. O, təsnifatında kondominantlar, 

dominantlar, subdominantlar, ekzodominantlar və inqrediyentlər ayırır. 



SEOLİTLƏR – tərkibində su olan alüminium silikat mineralları, 

qələvi və torpaq-qələvi metalların  əvəz edilməsi hesabına yaxşı ion 

mübadiləcisi sayılır. Üzvi maddələrin parçalanması, təmizlənməsi, 

qurudulması üçün, həm də katolizator kimi sənaye çirkab suların 

təmizlənməsində istifadə olunur. 

SERPENTARİ (fr. serpentine, lat. serpens – ilan) – ilanların zəhər 

almaq məqsədilə saxlandığı yer: terrarium növlərindən biri. 



SESTODOZLAR – lentşəkilli qurdların insan və heyvanda törətdiyi 

qurd xəstəliyi. Xəstəlik mədə-bağırsaq pozğunluğu, ağqanlıq, 

qaraciyərin, sinir sisteminin, gözün və s. orqanların zədələnməsi ilə 

təzahür edir. 



SESTON  – suda asılı  vəziyyətdə olan üzvi-mineral hissəciklərin 

(detrit) və plankton orqanizmlərinin məcmusu. 



SESTONOFAQLAR – sestonla qidalanan orqanizmlər. 

SEYRƏLMƏ  – bitkilərin məhv olması  və heyvanların ölməsi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

387 


 

nəticəsində  məskunlaşdığı yerdə  sıxlığı  təbii səviyyədən aşağı olur. S. 

antropogen və təbii ola bilər. Antropogen S. zamanı insan fəaliyyətinin 

təsirilə  əlaqədar ayrı-ayrı bitki və heyvan növünün məhv olması 

nəticəsində məskunlaşdığı yerdə sıxlığı təbii səviyyə sərhədindən aşağı 

olur. Təbii S. zamanı insanın fəaliyyəti olmadan canlı orqanizmin ayrı-

ayrı fərdlərinin məhv olması (eleminasiya) həyat uğrunda mübarizəsinin  

intensivliyinin güclənməsi nəticəsində baş verir. Belə S. əsasən həddən 

artıq məskunlaşma (sıxlaşma) zamanı gedir. 

SEYSMİK BAL – Yer səthi üzərində  zəlzələ intensivliyinin şərti 

vahidi. 


SEYSMİK XİDMƏT  – zəlzələnin baş verməsi, qeydə alınması  və 

analizinə müşahidənin təşkili. 



SEYSMİK ZONA (VƏ YA SAHƏ)  (lat. seismos – tərəddüd, 

zəlzələ) – Yer qabığının tez-tez zəlzələ olan zonası. Yerin hazırki inkişaf 

dövründə  əsasən iki S.z. var: 1) Aralıq dənizi və ya Alp-Qafqaz-

Himalay zonası; 2) Sakit okean zonası. 

SEYSMOLOGİYA  – geofizikanın zəlzələləri, onların başvermə 

səbəblərini, nəticələrini və tikintilərin mühafizə  tədbirlərini öyrənən 

bölməsi. 

SƏNAYE AXINTILARI – müxtəlif sənaye müəssisələrindən 

çirklənərək ətraf mühitə axıdılan sular. 



SƏNAYE COĞRAFİYASI  – iqtisadi coğrafiyanın bir sahəsi: 

sənaye istehsalının  ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə  və 

rayonlarda sənayenin inkişafı 

və yerləşdirilməsinin 

qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir. 

SƏNAYE EHTİYATI  – Bərpa olunan resursun (heyvan, bitki) 

vahid sahəsindən populyasiyadan dövrü olaraq qidanın, sənaye 

məqsədilə məhsulun götürülməsi (ümumi vəziyyətinə zərər törətməmək 

şərtilə). 



SƏNAYE EKOLOGİYASI – sənayenin  ətraf təbii və  kənd 

təsərrüfatı ekosistemlərinə  və bütövlüklə biosferə  məhvedici təsirini 

azaltmaq yollarını  işləyib hazırlayan elm sahəsi. Mərkəzi problemi – 

aztullantılı, resurs qoruyucu və energiya qənaətedici istehsal 

texnologiyası hazırlamaqdır. Təmizləyici qurğuların yaradılması  və 

sənayenin  ətraf mühitə  təsiri monitorinqinin üsullarını hazırlamaq da 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

388 


 

S.e.-nın maraq dairəsinə daxildir. S.e. ekoloji kompleksin digər elmləri 

(kimya ekologiyası, tibbi ekologiya, iqtisadiyyat ekologiyası, ekoloji 

hüquq) ilə qarşılqlı əlaqədədir. 



SƏNAYE RESURSLARI – sənayedə istifadə edilən bərpa olunan 

təbii bioloji resurslar. 



SƏNAYE SƏHRASI  – insanın sənaye fəaliyyətilə mühitin 

pozulması  nəticəsində olduqca kasıb bitki örtüyü və heyvanat aləminə 

malik olan təbiət sahəsi (karxanalar, yeraltı  sərvətlərin çıxarılması 

zamanı atılan süxur tullantıları və s.). 



SƏNAYE TULLANTILARININ İSTİFADƏSİ  – onlardan təkrar 

xammal kimi istilik almaq üçün, gübrə kimi və s. məqsədlər üçün 

istifadə olunması. 

SƏHİYYƏ-GİGİYENİK NORMA – əhaliyə təhlükəsiz və optimal 

həyat şəraiti qarant verən ətraf mühitin vəziyyətinin keyfiyyət-kəmiyyət 

göstəricisi. 

SƏHRA  – Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu 

kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma 

yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox 

seyrək bitki örtüyü olan ərazi. S.-nın əmələ gəlməsinin ən başlıca səbəbi 

yağıntının buxarlana biləcək sudan 7-30 dəfə az olmasıdır. S.-nın 

özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum 

temperatur +49,5

°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik 

temperatur amplitudası 90

°, gündəlik 30°-yə qaxlxır. Orta Asiya S-

larında yağıntının illik miqdarı 60-150 mm, Mərkəzi Asiya (Təklə-

Məkan) 9 mm, tropik S.-larda isə hər yerdə 100 mm-dən azdır. Şimali 

Afrika və Ərəbistan S.-larında bir neçə il ərzində yağış düşməyən yerlər 

də vardır.S.-ların zəbt etdiyi ərazi bütün qurunun təqribən 30%-ni tutur. 

Səth quruluşuna görə S.-lar qumlu, daşlı, gilli və şoranlı S.lara bölünür. 

Azərbaycan Respublikası üçün S. xarakterik deyil. Burada S.-ya yaxın 

landşaft fraqmentləri Abşeron yarımadasında, Kür-Araz ovalığında, 

Naxçıvan M.R.-nın Araz boyu ərazisində təsadüf edilir. 



SƏHRALAŞMA – bax: ekosistemin səhralaşması. 

SƏRÇƏKİMİLƏR (Passeriformes) – quşlar dəstəsi. Dünyanın hər 

yerində yayılmışdır. 5 mindən çox, o cümlədən Azərb-da 147 növü 

məlumdur. Uzunluğu 9,5 sm-dən (kral quşu) 65 sm-dək (quzğun) olur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

389 


 

Azərbaycanda torağaylar, qaranquşlar, çaydaçapanlar, alacəhrələr, su 

sərçələri, bilibitdanlar, qaratoyuqlar, arıquşları, vələmirquşları, 

sığırçınlar və s. yaşayır. Cücüyeyən, bitkiyeyən(dənyeyən) və 

qarışıqyemyeyən qrupları var. Faydalıdır (qaradöş sərçədən başqa). 

SƏRVƏT – İnsanın tələbatını ödəyən maddələr və hadisələr. Sərvət 

təbii və süni olur. Təbii sərvətlər: günəş, iqlim, su, torpaq, faydalı 

qazıntılar, canlılara bölünür. 

SƏRVKİMİLƏR  (Cupressaceae)  – iynəyarpaqlı bitki fəsiləsi. 

Həmişəyaşıl kol və yaxud ağacdır.  İynə  və pulcuq formalı yarpaqları 

qarşı-qarşıya, yaxud 3-ü bir yerdə  dəstə ilə düzülür. Azərbaycanda bir 

cinsi-ardıc təbii halda bitir, 2 cinsi-tuya və sərv becərilir. 



 

 

Kəskin iyli ardıc: a-budağı,  

b-meyvəsi 

Çoxmeyvəli ardıc: a-ayrıca budağı 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

390 


 

Uzunsov ardıc: a-iynəsi, b-meyvəsi 

 

SƏS-KÜY ÇİRKLƏNMƏSİ 

– 

Ətraf mühitin fiziki 



çirkləndirilməsindən biri. Səs-küyə adaptasiya yaranmır, orqanizmin 

əsəb sistemini pozur, bəzən tam kar edir. 



SƏS-KÜY XƏRİTƏSİ  – yaşayış  məntəqələrinin və ya sənaye 

müəssisələrinin ayrı-ayrı sahələrində  səs-küyün səviyyəsini göstərən 

xəritə. 

SƏS-KÜY XƏSTƏLİYİ  –uzun müddət yüksək səs-küy  şəraitində 

işləməkdən yaranan ağır eşitmə, hepertoniya, baş ağrıları və. s. 



SƏTH SULARI – Yer səthi ilə suyun axması; çay yatağı və yamac 

S.s.-na bölünür. 

S.s. özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq 

örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən 

ibarətdir. Bu sular dağlıq  ərazilərdə daşqınlar, sellər yaradaraq xalq 

təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) 

Böyük Qafqazın cənub yamacında müşahidə olunur. 

SIFIR ARTIM – hər hansı regionun populyasiyalarının sayının 

stabilliyini əks etdirən doğum və ölümün bərabərliyi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

391 


 

SIĞINAQ  –heyvanların  əlverişsiz təsirlərdən-digər heyvanların 

(yırtıcı) təsirindən və ya ətraf abiotik təsirlərdən (çox soyuq, çox isti 

havadan və s.) qorunması üçün imkan yaranan yer. 

SIXIŞDIRILIB ÇIXARILMA – həyat uğrunda mübarizənin 

nəticələrindən biri olub bir növ ekoloji cəhətdən ona yaxın digəri ilə 

əvəz olunur. Adətən, sıxışdırılan növ digər bitmə  şəraiti tapmadıqda 

məhv olur. 



SİDERATLAR,  (frans. sideration)  yaşıl gübrə – yaşıl gübrə üçün 

yetişdirilən bitkilər, torpağı üzvi maddə  və azotla zənginləşdirmək 

məqsədi ilə şum zamanı torpağa basdırılan yaşıl bitki kütləsi. Acı paxla, 

narınc, payızlıq çöl noxudu, xaşa, lərgə, yonca və s. kimi paxlalı bitkilər 

S. adlanır. S. torpağın fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır. Şum 

qatını üzvi maddələr, azot, kökyumrusu bakteriyaları, həmçinin başqa 

qida elementləri ilə zənginləşdirir, torpağın məhsuldarlığını artırır. 

SİKLİK SUKSESSİYA  – günəş aktivliyinin dəyişməsi, iqlim 

flyuktuasiyası və s. dəyişməsilə bağlı ekosistemin daxilən «qocalması”» 

və “cavanlaşması” nəticəsində onun əsrlik dinamikası. 

SİKLOKLİMAKS  – azdavamlı klimaks olub dominantların 

generasiyası ətraf mühit şəraitinin illik tərrəddüdünə uyğun gəlir. 



SİKLON (yun. kuklos - dövrə) – atmosferin alçaq təzyiq sahəsi ilə 

əlaqədar olaraq havanın burulğanlı  hərəkəti. Yerin fırlanması 

nəticəsindən S.-da havanın hərəkəti  şimal yarımkürəsində sağdan sola, 

yəni saat əqrəbinin əksinə, cənub yarımkürəsində isə soldan sağa, yəni 

saat  əqrəbi istiqaməti üzrə olur. Hərəkətin sürəti təxm. 20 m/s və 

yüksəkdir. Siklonun mərkəzinə doğru külək güclənir və orada buludlu 

hava üstünlük təşkil edir. 

SİQMATİZM  – Beynəlxalq geobotaniki tədqiqat mərkəzi 

(Monpelye, Fransa). Fitosenozların floristik klassifikasiyası istiqaməti 

olub Braun-Blanke (1964) və onun tərəfdarları  tərəfindən inkişaf 

etdirilmişdir. 



SİLİKATLAR – tərkibində silisium-oksid (Si O

2

) olan təbii və süni 



maddələr. Müasir silikat sənayesi tikinti materiallarına olan tələbatı 

ödəyir. 


SİLOS – kənd təsərrüfatı heyvanları üçün bioloji metodla acıdılmış 

(konservləşdirilmiş) və yaxud kimyəvi turş minerallar əlavə etməklə 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

392 


 

hazırlanmış şirəli yem. S. kütləsi üçün xüsusi anbar, xəndək və ya quyu 

tikilir. S. qarğıdalı, günəbaxan, çölnoxudu, vələmir və s. S. otlarından və 

bitki qalıqlarından hazırlanır. 



SİMBİOZ (yun. syn – bir yerdə) – İki növdən olan fərdlərin birgə 

yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə 

bilavasitə qarşılıqlı  təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi 

hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada S. parazitizm 

də (bu halda antoqonist S. adlanır) daxil olmaqla müxtəlif növlərdən 

olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. 

Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitki və heyvan 

mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. S. terminini ilk dəfə 

alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı S.-a 

ən yaxşı misal mikorizadır. 



SİMBİOGENEZ  – simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin 

mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı 

illərində) irəli sürülmüşdür. S. problemi hələlik mübahisəli olaraq qalır. 

SİMBİONT  – simbiozda iştirak edən partnyor. Məs., termitin 

bağırsaq yolunda yaşayan ibtidailər: göbələk və yosunların  şibyə 

qruplaşmasında məskunlaşması: mikorizalı göbələyin paxlalıların 

kökündə olması və s. 



SİMBİOTOPİYA – oxşar yerlərdə bir-birinə yaxın növlərin birlikdə 

yaşaması. 



SİMFİZİOLOGİYA 

– ümumi ekologiyanın bölməsi 

(biosenologiyanın bir hissəsi): Yerin canlı örtüyünün yaşamaq 

stabilliyini saxlayan orqanizmlər arasındakı qarşılıqlı  əlaqə  və onların 

mühitlə  əlaqə proseslərini öyrənir. S. konsepsiyası V.N.Beklemişev 

tərəfindən hazırlanmışdır. 



SİMPATRİÇLİK  – iki və daha çox növün və ya bir növ 

populyasiyanın birlikdə eyni vilayətdə yaşaması. 



SİMPATRİK RƏNG  – orqanizmin rənginin  ətraf mühitə uyğun 

kəlməsi. 



SİMPTOM,  əlamət  (yun. symptoma - əlamət)  – hər hansı bir 

hadisənin(məs., xəstəliyin)  əlaməti müayinə  və sorğu zamanı  aşkar 

edilir. Qeyri spesifik (zəiflik, temperatur yüksəlməsi) və patoqnomik S.-

lar ayırd edilir. Subyektiv S. xəstəni müayinə etməklə (qulaq asmaq, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

393 


 

laboratoriya müayinəsi və s.) həyata keçirilir. Xəstəlik S.-larının 

məcmusu diaqnoz və proqnozun əsasını  təşkil edir. Ekologiyada S. 

anlayışı ətraf mühitin konkret faktorundan asılı olaraq bioloji proseslərin 

normal gedişinin pozulması  mənasında işlədilir (məs., ekosistemin 

homeostazının pozulması). 



SİNANTROPLAR  (sin... və yun. anthoropos - insan)  – bax: 

Antropofillər və Antropofitlər. 



SİNDİNAMİKA (sin... və yun. dynamis - qüvvə) – Xarici mühitin 

dövrü olaraq dəyişməsi, suksessiyaların formalaşması (sinsenogenez) və 

təkamülü (biosenogez) ilə  əlaqədar biosenozların dinamikası, onların 

dəyişkənliyi. 



SİNDİNAMİK SUKSESSİYALAR  və  dəyişilmələr, genetik 

suksessiyalar (Sukaçev, 1965) – Səthində biosenoloji mühit olmayan 

bitki örtüyündən məhrum olan şəraitdə qruplaşmaların baş verməsi və 

inkişafı ilə gedən suksessiyalar. Fərdi növlər məskunlaşaraq biosenoz 

formalaşana qədər bir sıra prosenozların dəyişilməsindən ibarətdir.  İlk 

prosenozun başlanması  əmələ  gəldiyi mühitin xarakterinə görə gil 

substratı üzərində (Geosere), qum üzərində (Psammasere), daş 

substratında (Zithosere), həmçinin vulkan külü üzərində (Ginosere) və 

su mühitində (Hydrosere) ola bilər. 



SİNEGENEZ  – birgə, qarşılıqlı (ancaq paralel olmayan) təkamül 

inkişafı: fitosenozun formalaşması və ya bərpa olunması. 



SİNEKOLOGİYA  – Ekologiyanın bir bölməsi, populyasiya və 

qruplaşmaların xarici və biosenoloji mühitlə  əlaqəsini, onların mühit 

yaradıcı rolunu, populyasiya qruplaşmalarında gedən fizioloji prosesləri, 

o cümlədən fotosintezi, tənəffüs və transpirasiyanı öyrənir. 



SİNXOROLOGİYA  – biosenologiyanın bölməsi: ekosistemlərin 

bocoğrafiyasını öyrənir (komplekslik, zonallıq, rayonlaşdırma, 

biosenozların arealı, biotaların coğrafi elementləri və s.). Termini 

İ.Braun-Blanke (1951) təklif etmişdir. 



SİNİF, biologiyada – qohum və oxşar əlamətli heyvan dəstələrini və 

bitki sıralarını birləşdirən ali təsnifat (taksonomiya) kateqoriyalarından 

biri. 

Müasir təsnifata növ, cins, fəsilə, dəstə  və ya sıra, sinif və tip 



kateqoriyaları daxildir. S.-lər oxşar quruluşlarına və  əcdadlarına görə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

394 


 

toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. 



SİNMORFOLOGİYA  – biosenologiyanın bölməsi: biosenozun 

strukturunu (populyasiyaların sayı və paylanması, biohorizontlar, qatlar, 

yaruslar) və biokütləsinin yayılmasını tədqiq edir. 

SİNOPTİK XƏRİTƏ, HAVA XƏRİTƏSİ – üzərində rəqəmlər və 

şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, 

sürəti və s.) haqqında məlumat verilmiş  xəritə. S.x. meteoroloji 

stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına 

əsasən gündə bir neçə (2-8) dəfə  tərtib edilir. S.x. havanın təhlili və 

qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. 



SİNOPTİK METEOROLOGİYA  – meteorologiyanın bölməsi. 

Hava proqnozu üsullarını  işləyib hazırlamaq məqsədilə hava şəraiti və 

onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir. 

SİNSENOGENEZ – Mövcud biosenoza, fitosenoz və ya assosiasiya 

tiplərindən öz xüsusiyyətləri ilə  fərqlənməyən biosenozların 

formalaşması prosesi. Biosenozların sindinamikasının təzahüründən biri 

sayılır. S. aşağıdakı müxtəlif amillərlə təmin olunur: senobiontlarda olan 

genetik informasiya (avtonizamlanma), orqanizmlərin çoxalıb artması 

və miqrasiyası, ekotopik və biosenotik seçmə. S. biosenotik mühitin 

formalaşması ilə eyni vaxtda baş verir. S. prosenozların meydana 

gəlməsi ilə (yaranması ilə) başlanır və onların ardıcıl dəyişməsi və ya 

suksessiyaları ilə davam edir. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling