Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
RADİASİYA BALANSI – Yer səthinin radiasiya balansı – Yer səthinin horizontal sahəsinin mənimsədiyi ümumi günəşin radiasiyası ilə effektiv şüalanma (çıxar radiasiya) arasındakı fərq. Yer səthinin istilik balansının əsas komponentidir. R.b. kal-sm 3 -dəq. ilə ifadə olunur. Xüsusi cihazla (balansomer) ölçülür. Orta iqlim kəmiyyətləri empirik disturlar vasitəsilə də təyin olunur. Müsbət və mənfi ola bilər. İllik miqdarı Yer səthinin çox hissəsində müsbət, Antraktida və Arktikanın mərkəzi rayonlarında mənfidir. R.b.-nın illik miqdarı Azərbaycan Respublikasında 15-20 kkal/sm 3 (yüksək dağlıq rayonlarda) ilə 58-60 kkal/sm 3 (Lənkəran ovalığında) arasında dəyişir. RADİASİYA EKOLOGİYASI – Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür.
ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların miqdarının insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın təbii dərəcəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 367
RADİASİYA GENETİKASI – genetikanın şüalanma nəticəsində orqanizmlərdə baş verən irsi dəyişkənliyi öyrənən elm. RADİASİYA İNDEKSİ – (Yç) – radiasiya balansının (R) buxaryaranmanın gizli istiliyinə (Y) olan nisbəti. M.İ.Budıkoya (1956) görə şimal yarımkürəsində R.i. aşağıdakı qradiyentlərə malikdir:
cənub səhralar – 5,6 tayqa
– 0,8-0,5 şimal səhralar – 3,9 tundra
– 0,5-0,6 çöl
– 1,3 arktika tundrası – 0,3 yarpaqlı meşələr –1,0 arktika səhrası – 1,03
RADİASİYA QƏZASI – müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması.
radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır.
ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. RADİASİYA YÜKÜ – radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. R.y. radiasiyanın udulmuş dozası ilə ölçülür. RADİASİYADAN MÜHAFİZƏ – Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir. KG.- nin örtüyü və onun avadanlığı öz-özlüyündə R.m. funksiyasını daşıyır. Böyük intensivliyə malik kosmik-şüalanmadan (məs. Günəş partlayışları zamanı) mühafizə üçün KG-nin heyəti yerləşən bölməsinin avtonom mühafizə variantı əlverişlidir. Nüvə reaktoru şüalanmalarından mühafizə vasitələri yalnız reaktorla KG bölmələri arasında yerləşdirilir.
asan zədələnən növ. RADİOAKTİV ÇİRKLƏNMƏ – mühitdə radioaktiv maddələrin təbii səviyyəsini ötüb keçməsilə əlaqədar fiziki çirklənmə forması. RADİOAKTİV ELEMENTLƏR (lat. radius - şüa) – sabit Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 368
olmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. RADİOAKTİV FİLİZLƏR – radioaktiv elementlərin mineralları olan filizlər. RADİOAKTİV İNDİQATORLAR – Bioloji kütləsində radioaktiv maddələr toplayan orqanizmlər. Onun miqdarı ətraf mühitin radioaktivliyi haqda fikir söyləməyə imkan yaradır.
miqdarının qida məhlulunda, qidada və ya qida mühitindəki miqdarının nisbəti.
təbii sular. RADİOAKTİV TULLANTILAR – tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye R.t. atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir.
yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
yayılması. RADİOAKTİV ZƏHƏRLƏNMƏ – ətraf mühitə radioaktiv parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının parçalanmasından yaranan dağıdıcı amillərdən biri. R.z. insan orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü, sualtı və su üstündə nüvə partlayışlarından meydana gələn R.z. daha təhlükəlidir. R.z. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə atımının bölünmə məhsulları (izotoplar), radioaktiv maddələr, habelə nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 369
RADİOAKTİVLİK SƏVİYYƏSİ – mühitdə radioaktiv elementlərin parçalanması intensivliyinin cəmi. Kyuri ilə ölçülür. Radioaktivliyin təbii fonundan və mühitin antropogen radioaktiv çirklənməsi miqdarından asılıdır.
toxumalarının və hüceyrələrinin ionlaşmış şüalanmaya həssaslığı. RADİOBİOİNDİKATORLAR – ətraf mühitdə radioaktiv maddələrin olmasını, konsentrasiyasını və yayılmasını təyin etməkdə istifadə edilən orqanizmlər (populyasiya, növ). R.-ın əsası N.V.Timofeyev–Resovski tərəfindən qoyulmuşdur. RADİOBİOLOGİYA – ionlaşmış şüaların hüceyrə, toxuma və bütövlüklə orqanizmə təsirini öyrənən və radiasiyaya qarşı mübarizə metodlarını hazırlamaqla məşğul olan elm. Sərbəst elm kimi R. nüvə fizikası və texnikasının sürətlə inkişafı ilə əlaqədar 20-ci əsrin I yarısında formalaşmışdır. R. ekologiya ilə sıx bağlıdır. Ekoloji R.-ya əsaslanır. RADİOEKOLOGİYA – ekologiyanın biosferdə radioaktiv nuklidlərin konsentrasiya və miqrasiyasını, ionlaşdırıcı şüaların orqanizmlərə, onların populyasiyalarına və biosenozlara təsirini öyrənən bölməsi. R.-nın təkliflərinə əsasən sənayedə nüvə reaktorlarının soyudulması üçün qapalı sikllər, ətraf mühitə düşə bilən radioaktiv aerozolları tutan alətlər, radioaktiv tullantıları mühafizə edən və zərərsizləşdirən üsullar tətbiq edilir.
orqanizmlərin nəslinə təsirini öyrənən bölməsi. RADİOGİGİYENA, RADİASİYA GİGİYENASI – gigiyenanın bir bölməsi; ionlaşmış şüalanmanın təsirini və insanı radiasiyadan mühafizə etmək üsullarının hazıranmasını, həmçinin biosferdə və qida məhsullarında radiasiya çirklənməsinin dözülən dərəcəsini öyrənir. RADİOLOJİ SİLAH – radioaktiv döyüş maddələri ionlaşdırıcı şüalar ilə zədələmək, ətraf mühit və obyektləri zəhərləmək üçün kütləvi qırğın silahı növlərindən biri.
elektromaqnit şüalanmasını, radioaktiv maddələrin aktivliyini, müxtəlif mühitlərdə radionuklidlərin konsentrasiyasını, həmçinin səthin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 370
radioaktiv çirklənmə dərəcəsini ölçmək üçün cihazlar. RADİONUKLİD İNDİKASİYASI (radio... və lat. nucleus - nüvə) – radionuklidlərin köməyi ilə populyasiyaları, onların energetik və qida mənbələrini öyrənən bioloji tədqiqat metodu.
mühit üçün böyük təhlükə sayılır. Bəzi R. tibbdə, bioloji eksperimentlərdə istifadə olunur.
orqanizmlərin ionlaşmış şüalanmanın təsirinə davamlılığı. Ümumiy- yətlə, üzvi aləmin mürəkkəbləşməsi ilə R. azalır; ibtidai orqanizmlərdə R. maksimum, ali orqanizmlərdə isə minimum dərəcədə olur (məs., drozofillər üçün uçucu doza 85000, adi milçək üçün 10000, insan üçün isə 400 rad. təşkil edir). RADİOSTİMULYASİYA – kiçik dozalarla şüalandırdıqda orqanizmdə yaşyış proseslərinin intensivləşməsi. RADİOTOKSİKOLOGİYA – toksikologiyanın radioaktiv maddələr orqanizmin daxilinə düşdükdə şüalanma zədəsini öyrənən bölməsi. RADİOTOKSİNLƏR – radioaktiv şüalanmaya məruz qalmış bitki və heyvan orqanizmində yığılıb qalan kimyəvi maddələr. RADİOTOLERANTLIQ – orqanizmin ionlaşmış şüalanmanın müəyyən dozasına davam gətirməsi qabiliyyəti. RATİSİDLƏR (frans. Rat - siçovul) – siçovulları qırmaq üçün işlədilən pestisid. RAYONLAŞDIRMA – ərazinin inzibati, iqtisadi, təbii və s. rayonlara bölünməsi sistemi. REAİQLİMLƏŞDİRMƏ – Konkret rayonda katastrofik və ya antropogen amillərin nəticəsində yoxa çıxan növün və ya populyasiyanın həmin rayonda iqlimə uyğunlaşdırılması.
populyasiyada neqativ hal müşahidə edilməyən çirkləndirici maddənin maksimum dozası.
verməsi (reaksiyası). Növ, yaş, şəxsi-spesifik, fizioloji R. ayrılır. REDUKSİYA, BİOLOGİYADA – orqanizmlərin fərdi (ontogenez) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 371
və ya tarixi (filogenez) inkişafı gedişində orqanların kiçilməsi, quruluşunun sadələşməsi və çox vaxt onlara xas olan funksiyaların itməsi. Bəzən orqanın və ya toxumanın tamamilə itməsi də R. adlanır. REDUSENTLƏR (lat. reducentis – qayıdan, bərpa olunan) – Öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO 2 , H 2 , O
2 , N
3 və s.) çevirən (minerallaşdıran) orqanizmlər, bununla onların biota mühitində biosenoloji mühitin abiotik blokuna və xarici mühitə qaytarılması prosesinin yekunlaşması. Redugentlərin son pilləsi bakteriolizdir – yəni bakterial örtüyün (qişanın) fermentlərlə həll olunması və hüceyrələrin tərkibindən çıxıb torpaq məhluluna daxil olması, sonra isə bu maddələrin digər bakteriyalarla parçalanmasıdır. Bakteriyaların özünün üzvi maddələrinin reduksiyasında bakteriofaqlar böyük rol oynayır. REFİQİUM (lat. refigium - sığınacaq) – Müəyyən bir orqanizmin onun üçün əlverişsiz olan dövrü vaxtilə yaşamış olduğu və hazırda yaşadığı yer səthinin bir sahəsi.
daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyaları. R.-in bioloji əhəmiyyəti orqanizmin daxili mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan ibarətdir. R.-iki böyük qrupa bölünür: anadangəlmə və ya şərtsiz R.-in icrası üçün heç bir hazırlıq, şərt, təlim tələb olunmur (Məs., əmmə, gözqırpımı, bəbək R.-i və s.). Demək hər heyvan növünün özünəməxsus şərtsiz, irsi R.-i vardır. Şərti R. həyat prosesləri nəticəsində qazanılır. I- cinin üzərində qurulur, dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət daşıyır, yəni R.-in yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. «Şərti R”.» terminini ilk dəfə elmə İ.P.Pavlov daxil etmişdir. REGENERASİYA (lat. regeneratio – bərpa olunmaq) – orqanizm və ya biosistemin itirdiyi bütöv hissəni tam və ya hissə-hissə əvəz etməsi.
ərazinin müəyyən əlamətlərinə və ya xüsusiyyətlərinə görə, (iqtisadi- coğrafi, tarixi-siyasi və s.) bölünməsi. Fiziki-coğrafiyada-regional
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 372
landşaft kompleksi. Regional – hər hansı müəyyən əraziyə (rayona, vilayətə, ölkəyə, ölkələr qrupuna) aid olan.
çirklənməsi. REİMMİQRASİYA – biocoğrafiyada: emiqrant orqanizmlərin təbii mühitin fəlakətli dəyişilməsindən sonra öz keçmiş yerinə qayıtması, bitki örtüyünün bərpası.
hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası. REKREASİYA (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. REKREASİYA DƏYİŞİLMƏLƏRİ – İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bit- kinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. REKREASİYA DİQRESSİYASI – əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.
fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi. REKREASİYA KADASTRI – insanın istirahəti və sağlamlığının bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu. R.k.-na obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi, onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir. REKREASİYA MEŞƏLƏRİ – Əhalinin kütləvi istirahət və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 373
əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki, meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri, ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s. yaradılması məsləhətdir. Park və qoruqdan fərqli olaraq R.m-nə gələn vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, çiçək, göbələk, meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik ola bilər. Ona görə də R.m.-ndə xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılır. Respublikamızda R.m. əsasən sanatoriya və kurortlar ətrafında (İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında yerləşir. REKREASİYA OBYEKTİ – istirahət üçün ayrılmış kiçik təbiət sahəsi(göl, nohur, meşə talası və s.). REKREASİYA POTENSİALI – təbiət ərazisinin insana müsbət fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı təzahür edir.
onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar. REKREASİYA SU HÖVZƏSİ – əhalinin kütləvi istirahəti məqsədilə istifadə etdiyi su hövzəsi. REKREASİYA YÜKÜ – istirahət edənlərin (balıqtutma, turist, ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə və rekreasiya obyektlərinə bilavasitə təsir dərəcəsi. Vahid sahəyə və ya rekreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur. REKULTİVASİYA (re... və lat. cultivo - becərirəm) – Torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələ gəlir və s. R. nəticəsində pozulmuş torpaq sahələrindən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 374
kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Torpağın rekultivasiyası adətən iki mərhələdə yerinə yetirilir: a) texniki (səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ qurğuların tikilməsi və b.) bioloji (rekultivasiya aparılan sahədə aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək münbitliyi bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın bərpasına şərait yaratmaq). Bax: torpağın rekultivasiyası. REKULTİVASİYA OLUNMUŞ TORPAQLARIN NÖVÜ – rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında istifadə növləri və istiqamətləri (əkin, örüş, biçənək və çox illik bitkilər altında istifadəsi).
tətbiq olunan, daha doğrusu pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemi. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftə bulaşmış torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq qatınn qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir.
olunmuş torpaqlardan xalq təsərrüfatında istifadə olunma istiqamətləri. Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı, eləcə də sanitar – gigiyena və rekreasiya məqsədilə istifadə edilməsi nəzərdə tutulur.
torpaqların pozulması ilə bağlı olan müəssisə, idarə və təşkilat tərəfindən rekultivasiya işinin həcminin və qiymətinin planlaşdırılması.
və çirklənmiş torpaqların rekultivasiya olunması üçün (dağ texniki, texniki, bioloji) layihə-smeta sənədlərinin hazırlanması prosesi.
çəkilməsi; qurunun qalxması və ya okean dibinin enməsi. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 375
nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) R. iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə R.-ya məruz qalmışdır. REQRESSİV ƏLAMƏTLƏR – bax: proqressiv və reqressiv inkişafın əlamətləri. RELİKT ENDEMLƏR (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoyya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling