Mobil radiorabiTƏ SİstemləRİ


NMC - Şəbəkənin idarə edilməsi mərkəzi


Download 1.44 Mb.
Pdf ko'rish
bet15/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   11   12   13   14   15   16   17   18   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

NMC - Şəbəkənin idarə edilməsi mərkəzi; 
TCE - Transkoder ( MSC - nın nitq və verilənlərinin ötürül­ məsi 
kanallarının çıxış siqnallarını, GSM-in radio interfey-sinə uyğun 
gələn şəklə çevrilməsini təmin edir) 13 kbit/san - tam, 6,5 kbit/san 
- yarimsürətli Ötürülmə rəqəm şəklində; GPRS (General Packet 
Radio Service) - verilənlərin paketli radio ötürülməsi; 
GSN (GPRS Support Nodes - GPRS-da yardım dayaq qov­ şağı) - 
bunlar verilənlər paketinin çatdırılmasını təmin edir­ lər və 
onların MS və paketlərin kommutasiyası yolu ilə xarici şəbəkələrlə 
marşrutunu müəyyənləşdirirlər. 
MSC - xüsusiləşdirilmiş elektron konunutasiya mərkəzidir və 
ona şanvari mütəhərrik rabitə sistemləri üçün xarakterik olan 
məsələləri həll edə bilmək üçün funksional bloklar əlavə edilmişdir. 
Hər bir MSC mərkəzi, müvafiq VLR-lə (yerləşmənin vizit registri 
qonaq registri) birləşdirilmişdir. 
29 
30 


Bu registr, yerli MSC-nın əhatə dairəsində olan mütəhərrik 
stansiyalar haqqında informasiyaya malik olur. 
H L R (H om e Location 
Register) 
- yerləşmənin ev 
registri-konkret operatorun sistemində həmişəlik qeydə alınmış 
mütəhərrik stansiyanın verilənləri bazası hesab olunur; 
A U C (Authentication Center) 
- autentifikasiya mərkəzi-
verilənlər bazasıdır və cari həqiqilik modulu - SİM kartı (Subscriber 
identity Module) olan abonentin, sistemin xidmətlərinə icazəsi 
olduğunu təyin etməyə imkan verir
E İR (Equipment identification Register) 
- avadanlığın
 
iden-
tiflkasiya registri - sistemdə istifadə olunan mütəhərrik stansi-
yaların seriya nömrələrinin baza verilənləridir. Oğurlanmış və 
yaxud itirilmiş telefonların nömrələri ”qara” siyahıda yerləşdirilir 
ki, nəticədə həmin telefonların sistemdə istifadəsinin qarşısı alınmış 
olur. 
Əgər GSM abonenti müvəqqəti olaraq digər ölkənin GSM 
sistemində qeydiyyatdan keçmiş olarsa, sistem onunla birləşmələr 
yaratmağa imkan verir. Bu zaman HLR-də istifadə­ çi haqqındakı 
yazılış onun statusuna malik olur: mütəhərrik abonentin müvəqqəti 
identifıkasiya nömrəsi (Temporary Mo­ bile Identification Number - 
TMSİ) və istifadəçinin cari yerləş­ məsinə uyğun gələn VLR 
registrin ünvanı. 
HLR və VLR, cari anda verilmiş VLR-in xidmət zonasın­ da 
yerləşən abonentlər haqqındakı verilənlərin mübadiləsini edirlər. Bu 
cür qarşılıqlı təsir sayəsində, çağırılan abonentin doğma HLR-indən 
olan informasiyaya əsasən, cari yerləşmə yerini təyin etmək 
mümkün olur. Bundan sonra, cari anda abo­ nent haqqında 
informasiyaya malik olan VLR registri ilə işlə­ yən MSC-nm 
köməyilə birləşmə yaratmaq mümkün olur. 
31 
MSC-lər bir-birilə əlaqələndirilmiş olur. Bir və ya bir neçə 
mütəhərrik rabitənin tranzit kommutasiya mərkəzi adlandırılan 
MSC-lər (GMSC - Gateway Mobile Switching Center) xarici 
şəbəkələrə (məsələn, PSTN, ISDN və paketlərin kommutasiya-sına 
malik şəbəkələr) şlüzlər rolunu oynayırlar. Hər bir MSC, ən azı bir 
baza stansiya altsisteminə (BSS - Base Station System) nəzarət edir. 
BSS-in tərkibində Baza stansiyası kon-trolleri (BSC) və müəyyən 
sayda baza qəbuledici-ötürücü stan­ siya (BTS - Base Transceiver 
Station və ya sadəcə olaraq BS - Base Station) olur. BS, siqnalların 
ötürülməsi və qəbulunun əsas funksiyalarını yerinə yetirən 
altsistemə malik olur, burada həmçinin sadə nəzarət və idarəetmə 
funksiyasım yerinə yetirən blok da olur. BS-də nitqin GSM - 
kodlama/dekodlama əməliy­ yatları yerinə yetirilir və verilənlərin 
ötürülməsi sürətinin adap­ tasiyası da həyata keçirilir. BS-lər, adətən 
şanının mərkəzi his­ səsində yerləşdirilmiş olur. 
MSC və BTS arasında informasiya mübadiləsi 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling