Mobil radiorabiTƏ SİstemləRİ
Avadanlıq registri (avadanlığın identifikasiya registri-
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
- Bu sahifa navigatsiya:
- İnisiallaşdırma və rabitənin yaradılması
Avadanlıq registri (avadanlığın identifikasiya registri-
Equipment Identity Register, EİR). Əgər varsa (olmaya da bilər), istismar edilən MS-lərin saz olması və icazəli istifadəsi barədə məlumata malik olur. Məsələn, orada oğurlanmış abo nent aparatları qeyd oluna bilər, texniki defektləri olan (yüksək səviyyəli maneə mənbələri ola bilən) abonent aparatları barədə də qeydiyyat edilə bilər. BS-də olduğu kimi, KM-də avadanlığın əsas elementlə rinin rezervləşdirilməsi nəzərdə tutulur (o cümlədən, qida mən bələri, prosessorlar və verilənlərin bazaları da rezervləşdirilir). İnisiallaşdırma və rabitənin yaradılması Şanvari rabitə sistemində əsas iş rejimlərinin təşkil olun masını nəzərdən keçirək. Komutasiya mərkəzi (KM) və baza stansiyaları (BS) bütün sutka ərzində işləyir. Onlarda nasazlıq lar yaranarkən, konstruksiyalarında nəzərdə tutulan rezervləş-dirmə onları əvəz edir. Mobil stansiyaların işində isə fasilələr ola bilər. Əvvəlcə ən sadə halı nəzərdən keçirək - bir manqa hüdu dunda MS-in işini, xidmətin ötürülmədiyi şəraitdə aydınlaş dıraq. 63 Bu hal üçün MS-in işində 4 mərhələ (4 iş rejimi) ola bilər: Qoşulma və inisiallaşdırma; Gözləmə rejimi; Rabitə (çağırış) yaradılması rejimi; Rabitənin aparılması rejimi (telefon danışığı). MS-i qoşduqdan sonra inisiallaşdırma - başlanğıc işəsalma yerinə yetirilir. Bu mərhələ ərzində MS-in sistem tərkibində, müvafiq idarəetmə kanalı ilə BS-lər tərəfindən müntəzəm ola raq verilən siqnallara görə köklənməsi baş verir. Bundan sonra MS gözləmə rejiminə keçir. İnisiallaşdırma mərhələsinin konkret məzmunu - şanvari sistemdə istifadə olunan standartlardan asılıdır. İS-54 versiyalı D-AMPS standartında MS, ayrılmış idarəet mə kanallarının skanlanmasından (yoxlanılması) başlayır və ən güclü siqnala malik kanalı seçir; sonra isə bu kanalla ötürülən informasiyaya görə MS çağırış kanallarının nömrələrini təyin edir, onlar arasında ən güclü siqnallı kanalı tapır. İS-136 versiyasında MS-in rəqəm idarəetmə kanalına kök lənməsi xeyli mürəkkəbdir. GSM standartında MS bütün mövcud tezlik kanallarını yoxlayır (skanlanlayır), ən güclü siqnala malik kanala köklənir və tezliyin korreksiyası dəstinin olmasına görə, bu tezlik kanalında BCCH kanalının informasiyasının ötürülüb - ötürülmədiyini təyin edir. Yox olan halda MS səviyyəsinə görə növbəti tezlik kanalına keçir və s. Proses o vaxta qədər davam edir ki, BCCH kanalı tapılmış olsun. Sonra MS, sinxron-laşdırma dəstini tapır, seçilmiş tezlik kanalı ilə sinxronlaşır, BS haqqındakı əlavə informasiyanı açır (məsələn, BS- in 6 bitli 64 identifikasiya kodu) və axtarışı davam etdirmək, yaxud bu manqada işləmək haqda son qərar qəbul edir. Gözləmə rejimində olan MS aşağıdakıları izləyir: Sistemin inforimasiyasının dəyişmələrini - bu dəyiş mələr həm sistemin rejiminin dəyişməsi ilə, həm də MS in özünün yerinin dəyişdirilməsi ilə əlaqədar ola bilər; Sistemin komandalarını - məsələn, öz iş qabiliyyətli ol mağının təsdiqi (konkret bir manqada “qeydolunma”); Sistem tərəfindən çağırış alınması; Şəxsi abonent tərəfindən çağırışın inisiallaşdırılması. Bunlardan başqa, MS periodik olaraq, məsələn, 10... 15 dəqiqə dən bir özünün iş qabiliyyətli olduğunu təsdiqləyir, yəni BS-ə müvafiq siqnallar göndərir. KM-də qoşulu olan hər bir MS üçün manqa qeyd olunur ki, bu nun sayəsində mütəhərrik abonentin çağırışı məsələsi yüngül ləşir. Əgər MS öz iş qabiliyyətli olduğunu təsdiq etmirsə, onda KM həmin MS-i sönmüş hesab edir və o nömrəyə gələn çağırış ötürülmür. GSM standartında MS periodik olaraq BS-ə aşağıdakı parametrləri ölçərək ötürür: BCCH kanalının siqnalına görə, işçi manqanın BS-nın siqnalının səviyyəsini (və 16-ya qədər qonşu man qaların); kanal dekodlanmasından əvvəldə qəbul olunan siqnala görə, işçi manqada qəbul olunan siqnalın keyfiyyət ko dunu - bit xətasının (səhvinin) tezliyinin qiymətləndiril məsi funksiyası (BER - Bit Error Rate). D-AMPS standartında xidmətin ötürülməsi əməliyyatını təmin etmək üçün siqnal səviyyəsinin və bit xətasının tezliyinin ölçülməsi, BS-dən verilən komanda əsasında həyata keçirilir. 65 Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling