Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Download 0.62 Mb.
Pdf ko'rish
bet33/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

Dispersləşmə üsulu. Müxtəlif üsullarla dispersləşmə mümkündür. 
Dispersləşməni mexaniki, fiziki, fiziki-kimiyəvi üsullarla aparmaq olar. Mexaniki 
üsulda hissəciklər müxtəlif dəyirmanlarda xırdalanırlar. Kolloid sistemlər almaq 
üçün kürə dəyirmanlarından istifadə olunur. Fiziki üsullara misal olaraq 
sistemdən ultrasəs keçməsini misal göstərmək olar. Mühitdən ultrasəs keçdikdə 
yerli sıxılma və genişlənmə baş verdiyindən hissəciklər xırdalanırlar. Fiziki-
kimyəvi üsulla kolloid sistem alınmasına aşağıdakını misal göstərmək olar. Təzə 
çökdürülmüş Fe(OH)
3
üzərinə FeCl
3
məhlulu əlavə etsək kolloid məhlul alınar.
Müxtəlif üsullarla alınmış kolloid sistemlər bu və ya digər dərəcədə digər 
maddələrlə çirklənmiş olurlar. Kolloid sistemləri təmizləmək üçün dializdən və 
süzgəcləmədən istifadə olunur. Dializin mahiyyəti aşağıdakı şəkildə əks olunur. 
(2) qabında kolloid məhlul, (1) qabında su yerləşdirilir. (2) qabının aşağı 
hissəsi yarımkeçirici xassəyə malikdir, kolloid hissəcikləri keçirmir, kiçik 
molekul və ionları keçirir. (1) qabından daim təmiz su axıdılır. Qarışıqlar adətən 
kiçik molekullu olduqlarına görə (2) qabından (1) qabına keçirlər və su ilə 
yuyulurlar. Dializin mənfi cəhəti odur ki, proses çox yavaş sürətlə gedir. Başa 
çatması üçün həftələr, bəzən aylar lazımdır. Digər tərəfdən prosesin aparılması 
üçün çoxlu miqdarda su lazımdır. Dializi sürətləndirmək üçün elektrodializdən 
istifadə edirlər. Elektrodializator yarımkeçirici arakəsmələri olan 3 hissədən 
ibarətdir. Orta hissəyə təmizlənəcək kolloid məhlul tökülür. Kənarlarda katod və 
anod yerləşdirilir. Katod və anod təmiz su ilə yuyulur. Elektrodializ qısa müddətə 
(bir neçə dəqiqə və ya saat) başa çatır və həlledici sərfi azdır.


Süzgəcləməni aparmaq üçün ultrasüzgəcdən istifadə olunur. Bildiyimiz 
kimi kolloid hissəciklər ultrasüzgəcdən keçmirlər, kiçik molekul və ionlar 
ultrasüzgəcdən keçirlər. Ona görə də süzgəcləmə üsulu ilə kolloid sistemi 
təmizləmək olur. Süzgəcləməni sürətləndirmək üçün təzyiqlər fərqi tətbiq olunur, 
proses ya aşağı təzyiqdə, ya da təzyiq altında aparılır. 

Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling