Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Həlledicinin dəyişdirilməsi metodu


Download 0.62 Mb.
Pdf ko'rish
bet38/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

Həlledicinin dəyişdirilməsi metodu dispers mühitin tərkibi və 
xassələrinin dəyişdirilməsinə əsaslanır hər hansı maddənin məhlulu 
qarışdırılmaqla tədricən həmin maddənin həll olmadığı mayeyə əlavə edilir.Bu 
zaman həll olan maddənin molekulları kondesnləşərək kolloid hissəciklər əmələ 
gətirir.Bu üsulla kükürd ,fosfor, kanifol, antrasen və digər maddələrin spirtdəki 
məhlullarını suya tökməklə onların hidrozollarını almaq mümkündür. 
Kolloid məhlulların təmizlənməsi metodları.Kolloid məhlullar 
müxtəlif metodlarla ,xüsusən də kimyəvi reaksiyaların köməyi ilə alındıqda 
zollarda onların davamlılığını azaldan çoxlu miqdarda elektrolit olur.Yüksək 
davamlı sistemlər almaq və onların xassələrini öyrənmək üçün zolları həm 
elektrolitlərdən, həm də digər kiçikmolekullu qarışıqlardan təmizləyirlər.Bu 
məqsədlə aşağıdakı metodlardan istifadə olunur. 
Dializ.Bu metod T.Qrem tərəfindən təklif olunmuş (1871) tarixən ilk 
təmizləmə metodudur.Ən sadə dializatorun sxemi şəkil 8.2 –də verilmişdir. 
Təmizlənən kolloid məhlul(1)təmiz həlledici (2)ilə yarımnüfuzetdirici arakəsmə 
ilə (membranla )ayrılmış qaba tökülür.Yarımnüfuzetdirici (yəni molekullar və 
ionları keçirən dispers faza hissəciklərini isə keçirməyən )membran kimi 
perqament ,sellafon , kollodium ,keramik filtrlər və digər incəməsaməli 
materialalrdan istifadə olunur.diffuziya nəticəsində kiçikmolekullu qatışıqlar 
xaric məhlula təmiz həllediciyə keçir. 
Dializin mənfi cəhəti,onun çox vaxt tələb etməsidir.Ona görə də dializi 
intensivləşdirmək üçün membranın səthini artırmaq, təmizlənən kolloid məhlulun 
miqdarını azaltmaq ,xarici mayeni fasiləsiz dəyişmək və temperaturu artırmaq 
lazımdır. 
Elektrodializ. Elektrodializ elektrik cərəyanından istifadə etməklə dializ 
prosesinin sürətləndirilməsidir.Bu prosesi həyata keçirmək üçün istifadə olunan 
qurğu elektrodializator adlanır.
Sadə elektrodializator iki membranla ayrılmış üç kameradan ibarətdir.Orta 
kamerayaa təmizlənən kolloid məhlul doldurulur.Yan kameralara sabit cərəyan 
mənbəyindən qidalanan elektrodlar yerləşdirilir və həmin kameralardan fasiləsiz 


olaraq təmiz həlledici axıdılır.Elektrik sahəsinin təsirilə orta kameradan katod 
kamerasına isə anionlar köçürülür.Orta kameradakı kolloid məhlul qısa müddətdə 
duzlardan təmizlənir. 

Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling