54) Əbban ibn Təqlib – sadiqliyi ilə seçilən şiə olmuşdur.
İbrahim ibn Yezid ən Nəhai – Alimlər onun barasində ixtilaf etdilər.Əbu Məryəm ibn Muhəmməd əl Əzəminin qeyd etdiyinə görə ibn Quteybədən başqa heç kəs onun şiə olmasını deməmişdir.
İsmail ibn Xəlifə - Əbdulhüseyn bu ravi baradə Əbu Hatimin sözünü təhrif etmişdir.Əbu Hatim deyir: “Ona etimad edilməz,rəvayyətləri yaxşıdır.” İmam Əhmədin “onun hədisləri yazılar” sözü tərif deyil.Bu ravi baradə Əbdulhüseyn yazır: “Tirmizi öz “Səhih”ində və bir sıra başqa “Sünən” müəllifləri ondan hədis nəql ediblər.” Cahil! O,hardan bilsin ki,İmam Tirmizi bu ravinin mühəddislər yanında zəif olmasını qeyd etmişdir.”(“Sünən №198)
İsmail ibn Zəkəriyyə - Bu ravi haqqında bizə alimlər tərəfindən ziddiyyətli və fərqli məlumatlar gəlib çıxmışdır.
İsmail ibn Əbu Kərim Suddi – Onun haqqında alimlər kifayət qədər fərqli fikirlər söyləmişlər. Kimsə onu siqa,kimi zəif,kimi isə yalanda ittiham etmişdir. Yəhya əl Qəttan onun haqqında deyir: “Onda müşkülat yoxdur.” İbn Muin: “onun rəvayyətlərində zəiflik var” Əbu Hatim ona etimad edilmədiyini,Əbdurrahmən ibn Mehdi isə onun zəif,Leys ibn Əbu Suleym isə onun yalançı olduğunu demişlər.” (“Mizanul itidal” 1/236/№907)
Təlid ibn Süleyman əl Kufi – “Bu ravini ibn Muin yalançı,Nəsai isə zəif adlandırmışdır.” (“Mizanul itidal” 1/358/№1339)
Xətib nəql edir ki,ibn Muin demişdir: “Təlid yalançıdır.O,Osmanı söyərdi.Hər kim Osmanı,Təlhanı və hər hansı digər səhabəni söyərsə o dəccaldır.Ondan hədis yazılmaz və belələrinə Allahın,mələklərin və insanların lənəti olsun.” (“Tarix Bağdad” 7/137)
Zəhəbi onu “Kəşşaf” (№670)-da, ibn Hacər isə “Təqrib”-də zəif adlandırmışdır.İmam Əhməddən iki rəy varid olmuşdur.Onlardan birini İmam Mizzi “Təhzib əl kəmal” kitabında Təlidin bioqrafiyası bölümündə nəql etmişdir.O,yazır: “İbrahim ibn Yəqub əl Cuzədcani deyir: “Mən Əhməd ibn Hənbəlin belə dediyini eşitdim: “Təlid ibn Süleyman nəql etdi və bizə görə o yalançıdır.”
Do'stlaringiz bilan baham: |