Tərcüməçidən


Abdullah ibn Meymun Qadəh


Download 0.98 Mb.
bet19/32
Sana18.12.2022
Hajmi0.98 Mb.
#1027993
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Bog'liq
muracic999t-kitabc4b1na-rc999dd

Abdullah ibn Meymun Qadəh – Bu ravi heç nəyə yaramayan şiə olub.Demək olar ki,bütün alimlərin tənqid etdiyi ravidir.Əbdulhüseyn onun haqqında yazır: “Ona Tirmizi istinad etmişdir”
O,yenə də yalan danışmışdır.Tirmizi hər hansı bir ravidən rəvayyət nəql edərsə,bu o demək deyildir ki,Tirmizi onu etibarlı hesab etmişdir.Timizi “Sünən” (№2144)-də yazır: “Abdullah ibn Meymun-“munkər əl hədis”
Əbdurrahmən ibn Saleh Əzadi – Musəvi bu ravi haqqında məlumatı Zəhəbinin kitabından nəql etmiş, amma öz adəti üzrə özünə sərf etməyən sözləri ixtisar etmişdir.Halbuki,orada yazılır ki,əl Bəğəvi Əbdurrahmən ibn Salehin belə dediyini eşitmişdir: “Bu ümmətin Peyğəmbər (s.a.s)-dən sonra ən əfzəl şəxsləri Əbu Bəkr və Ömərdir.” (“Mizanul itidal” 2/569)
Şübhə yoxdur ki,müasir rafizilər belə sözlər deyəni təkfir etmədə tərəddüd etmirlər.Bu bir daha sübut edir ki,zaman keçdikcə şiələr çox dəyişmişlər və keçmiş şiələr ilə müasir şiələri eyni tutmaq qətiyyən yol verilməzdir.
Bu kitabda mən Əbdurrazzaq ibn Həmam haqqında bəhs etmişdim.Musəvi Əbdurrazzaq baradə danışarkən haşiyədə bu rəvayyəti nəql edir: “Onun tərəfindən nəql olunan rəvayyətlər arasında həmçinin,Əhməd ibn Əzharın hədisinə də rast gəlmək olar.O,dedi: “Əbdurrazzaq mənə dedi ki,Muəmmər ona dedi ki,o Zəhəridən,o Ubeydullahdan,o da ibn Abbasdan eşitmişdir ki,Peyğəmbər (s.a.s) Əliyə baxıb,dedi: “Sən həm bu dünyada,həm də axirətdə imamsan.Səni sevən, məni sevmişdir.Sənə kin və nifrət bəsləyən isə,mənə nifrət etmişdir.Sənin dostun – Allahın dostu,sənin düşmənin isə Allahın düşmənidir.Sənin düşmənin olan adma vay olsun.” Bu hədis Hakim tərəfindən “Müstədrək” kitabında 128-ci səhifədə nəql olunmuşdur.
”Suyuti “Tədrib ər ravi” (1/286)-də qeyd etmişdir ki,rəvayyət İbn Muinin qeyd etdiyi kimi yalan və uydurmadır.Zəhəbi “Təlxis əl mustədrak”-da qeyd etmişdir ki,rəvayyət uydurmaya çox yaxındır.
Albani isə “Silsilə əhadis əd daifə” (№4894)-də rəvayyəti uydurma adlandırmışdır.
Osman ibn Umeyr – Bu ravi haqqında yazarkən biz “Muraciət” kitabının tərcüməçisinin yalanına şahid oluruq.Orada yazılır: “Əbu Əhməd Zubeyri demişdir: O mömin idi və “rəcət”ə inanırdı.” Ərəbcə olan mətndə və “Mizan”da isə bu belədir: “Əbu Əhməd Zubeyri demişdir: O,racətə inanırdı” və onun möminliyi baradə heç bir söz deyilmir.Bu ravi haqqında Nəsai dedi: “güclü deyil”,Dəraqutni dedi: “zəifdir”,İbn Muin dedi: “heçnədir” (“Mizanul itidal” 3/50/№5550)

Download 0.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling