Tərcüməçidən


Download 0.98 Mb.
bet17/32
Sana18.12.2022
Hajmi0.98 Mb.
#1027993
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
Bog'liq
muracic999t-kitabc4b1na-rc999dd

Süleyman ibn Tehran - Onda Əli (r.a)-yə bağlılıqdan başqa şiəlikdən heçnə yox idi.
Süleyman ibn Qərm – İbn Muin onun haqqında deyir: “heçnədir.” Əbu Zura dedi: “o qəbul edilmir.” Nəsai dedi: “zəif”-dir.” (“Təhzib ət təhzib” 4/187)
Rafizi yazır: “Yenə o, Əməş, Əmr ibn Murrə, Abdullah ibn Haris, Zuheyr ibn Əqmər və Abdullah ibn Əmrdən belə nəql etmişdir: “Həkəm ibn Əbul-As Peyğəmbər (s.a.s)-i yamsılayaraq onun sözlərini Qureyşə nəql edirdi. Peyğəmbər (s.a.s) isə ona və qiyamət gününə qədər əmələ gələn bütün nəslinə lənət və nifrin etdi.”
Bu rəvayyəti Zəhəbi “Mizan”-da nəql etmişdir.Süleyman ibn Əmaş rəvayyəti nəql edərkən,onu özü eşidib-eşitmədiyini bildirməmişdir.əl Əmaş öz tədlisləri ilə məşhur idi. Ondan və ibn Qərmdən belə rəvayyətlər qəbul edilə bilməz.”
Süleyman ibn Mihran əl Əmaş – Tabeindən olan doğru və adil ravilərdən biridir.Onu şiəliyə nisbət vermək qətiyyən doğru deyil.Zəhəbi “Tarixul İslam” kitabında əl İclinin “Əmaşda şiəlik var idi” sözlərini nəql etdikdən sonra yazır: “Bunu o deyib,amma bu doğru deyil.Əksinə,o sünnə əhlindən olmuşdur. ”Şiələrin Əmaş haqqında bütün iddialarına qarşı onun öz sözünü nəql etməklə son qoymaq olar. Təbərani ondan “əl Kəbir” (№691)-də nəql edir: “Əgər Müaviyyəni görsəydiniz, deyərdiz ki, o Mehdidir.”
Əmaşdan Əbu Bəkr (r.a),Ömər (r.a) və digər səhabələrin fəziləti baradə hədislər nəql olunmuşdur.İbn Macə “Sünən” (№94)-də onun sənədi ilə Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql etmişdir: “Heç kəsin malı mənə Əbu Bəkrin malı qədər fayda verməmişdir.”
Şərik ibn Abdullah ibn Sənan ibn Ənəs Nəxəi – Zəif yaddaşı ilə seçilən siqa ravidir ki,nəqllərdə çoxlu səhvlər edərdi.İbn Mubarək dedi: “Şərikin rəvayyətlərinin dəyəri yoxdur.” Cuzədcani onun baradə dedi: “Zəif yaddaşı var,nəqlləri dolaşıqdır.” İbrahim ibn Səid əl Cəvhiri dedi: “Şərik 400 rəvayyətin nəqlində səhv etmişdir.” Dəraqutni dedi: “Şərik təkbaşına nəql etdiyi rəvayyətlərdə güclü deyildir.” (“Mizanul itidal” 2/270/№3697)
Musəvi yazır: “Əbu Davud Rəhavi, (“Mizanul-İtidal”da yazıldığı kimi) Şərikdən belə eşitmişdir: “Əli insanların ən yaxşısıdır və bu sözü qəbul etməyən kəs bidətçidir.”
Adəti üzrə rafizi bu sözdən sonra Zəhəbinin etdiyi qeydi gizlətmişdir.Zəhəbi yazır: “Mən deyirəm: “Bəzi yalançılar bu sözü tərif kimi gətirmişlər və şübhə yoxdur ki,bu sözləri zahirinə görə anlamaq olmaz.Şərik inanmırdı ki,Əli (r.a) peyğəmbərlərdən üstündür.O,demək istəmişdir ki,Əli (r.a) öz xilafəti dövründə insanların ən fəzilətlisi idi.”
Şeyxul İslam ibn Teymiyyə “Minhəcus sunnə” (1/6) kitabında maraqlı bir əhvalatı nəql edir.Əbul Qasim əl Bəlxi dedi: “Bir adam Şərik ibn Abdullahdan soruşdu: “Kim daha fəzilətlidir: Əbu Bəkr,yoxsa Əli?” O, dedi: “Əbu Bəkr”. Adam dedi: “Sən şiə olaraq,belə deyirsən?” Şərik dedi: “Bəli,və kim belə hesab etməzsə o şiə deyil.”
“Muxtəsər uluv”(səh 176, №146). kitabında Abbad ibn əl Əvvamdan nəql olunur: “Təqribən 50 il öncə Şərik ibn Abdullah bizə gəldi.Biz ona dedik: “Ey Əbu Abdullah! Bizim yanımızda mötəzilərdən olan bir dəstə vardır.Onlar Allahın dünya səmasına nazil olması və onun cənnətdə möminlərə görünəcəyi baradə olan hədisləri inkar edirlər.” Bunun üzərinə Şərik bizə bu haqqda olan 10 hədis danışdı və dedi: “Biz dinimizi tabeinlərin övladlarından almışıq,onlar isə səhabələrdən almışlar.Bunlar dinlərini hardan alıblar?”
Həmçinin, Şərikin belə dediyi nəql olunur: “Rafizilərdən başqa sizə rast gələn bütün müsəlmanlardan elm ala bilərsiz.Çünki,onlar rəvayyətlər uydurur və onun üzərində dinlərini qururlar.”(“Minhəcus sunnə” 1/23; “Mizanul itidal”1/28/№73)
Əbdulhüseyn yazır: “Şərik Əlinin xilafətinə mötəqid idi və onu nəql edənlərdəndir. “Mizanul-İtidal”da deyildiyi kimi, Əbu Rəbiə Əyadi, İbn Bureydədən, o da öz atasından “mərfu” şəkildə belə nəql etmişdir: “Hər bir peyğəmbərin vəsi və varisi var, Əli də mənim vəsim və varisimdir.”
Musəvini həyatda olduğu zaman görməyi çox arzu edərdim ki,onun yalanlarını üzünə çırpım.O,Zəhəbiyə istinad edir.Amma,bu kitabda yazılır: “Muhəmməd ibn Humeyd ər Razi – doğru adam deyil. Bizə Sələmə əl Əbraş,ibn İshaq – Şərikdən nəql etdilər,o Əbu Rabi əl Əyadidən,o ibn Bureydədən,o da atasından mərfu şəkildə rəvayyət etmişdir: “Hər bir peyğəmbərin vəsisi və varisi vardır.Mənim vasim və varisim də Əlidir.” Mən (Zəhəbi) deyirəm: “Bu yalandır.”
Zəhəbi “Mizan” kitabında ibn Humeydin zəiflyini göstərməklə yanaşı,əl Əbraşın da zəifliyini qeyd etmişdir.Əbu Rabi əl Əyadi də zəif ravidir.Əbu Hatim onun haqqında “munkərul hədis” ifadəsi işlətmişdir.
Əbdulhüseyn yazır: “Şərik o kəsdir ki, Asim, Zərr və Abdullah ibn Məsuddan “mərfu” şəkildə rəvayyət nəql etmişdir. Nəql etdiyi rəvayyətlərdən birində Peyğəmbər (s.a.s) buyurmuşdur: “Müaviyyəni mənim minbərimdə görən zaman onu öldürün.” Haşiyədə Zəhəbiyə,onun da Təbəriyə istinad etdiyi bildirilir.
Bu rəvayyət haqqında əl Ukeyli dedi: “Bu məna ilə sabit olan heç bir səhih hədis yoxdur.” (Şəukani “Fəvaid əl məcmua” səh 164, №480)
İbn Cəuzi bu rəvayyəti “əl Məvdua” (2/265) kitabında uydurma adlandırmışdır.
Zəhəbi bu rəvayyəti İbad ibn Yəqubun tərcümei halında nəql etmişdir.İbad ifrat şiə idi və bu firqə sahibindən belə bir nəql qəbul oluna bilməz.Şərikin zəifliyi baradə yuxarıda bəhs edildi.O,bu rəvayyəti Asimdən nəql etmişdir.Bu Asim ibn Bəxzələ Əbu Nucut Kufidir. Zəif yaddaşı olan “siqa” ravidir.” (“Mizanul itidal” 2/357/№4068)
Yəni,bu rəvayyətin sənədində ən azı üç qüsur vardır.

Download 0.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling