Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- Abdullah ibn Davud Əbdurrahmən Həmədani Kufi
- Abdullah ibn Luheyyə
Şubə ibn əl Həccac – İslam alimlərindən olan imam,mühəddis və etimad sahibi bir adam idi.O,qətiyyən şiə deyildi.İbn Quteybə və Şəhristaninin onun haqqında sözləri dəlil deyildir.
Tavus ibn Keysan – Əbdulhüseyn yazır: “Sünnilər onun şiə etiqadında olmasında əmindirlər.” Şeyx Əbu Məryəmin qeyd etdiyi kimi Musəvinin bu sözü yalandır.Süfyan əs Səuridən başqa heç kəs ibn Keysanın şiəliyə meylli olmasını deməmişdir.Bundan öncə də qeyd etdiyimiz kimi ilk dövr şiəliyi ilə özünü şiə adlandıran müasir şiəlik arasında yerlə-göy qədər fərq vardır.Şiə alimləri özləri etiraf etmişlər ki,onların etiqadları keçmiş şiələrin etiqadlarından seçilir. Müasir dövrdə şiə alimlərinin ən böyuklərindən sayılan əl-Məmqani yazır: “Bizim indi şiəlik məzhəbinin zəruriyyətlərindən saydığımız göruşləri ilk dövr alimlərimiz ğuluv sayardılar və bununla ən etibarlı kəsləri ittiham edərdilər.” (“Tənqih əl-Məqal”, 3/23) Abdullah ibn Davud Əbdurrahmən Həmədani Kufi – Mən bu ravini şiəliyə nisbət edən heç bir alimə rast gəlmədim.İbn Quteybənin bu haqqda sözü dəlil hesab oluna bilməz. Abdullah ibn Ömər ibn Muhəmməd ibn Əban ibn Saleh ibn Umeyd – O,da həmçinin rafizi deyildi və bunu Suyutinin “Tarixul xulafə” (səh 134) kitabında Beyhəqiyə istinad edərək nəql etdiyi hədis təsdiq edir. Abdullah ibn Ömər Cufi (digər adı) dedi: “Mənə əmim Hüseyn əl Cufi dedi: “Sən bilirsən niyə Osmani “iki nur” sahibi adlandırmışlar?” Mən dedim: “Xeyr”,O dedi: “Adəmin xəlqindən sonra Osmandan başqa heç kəs peyğəmbər qızlarını bir araya gətirməmişdi.” Bu hədisi müasir rafizilərin fikirləri ilə müqayisə edin. Abdullah ibn Luheyyə – Yəhya ibn Muin onun haqqında deyir: “zəifdir və ona etimad edilməz.”Onu Nəsai də “zəif” adlandırmışdır.” (“Mizanul itidal” 2/475/№4530) Əbdulhüseyn yazır: “Əbu Yəla, Kamil ibn Təlhədən nəql edir: İbn Luheyyə Həyy ibn Abdullah Məğafiridən, Əbu Əbdurrahmən Həblidən, Abdullah ibn Amrdən bizə hədis söyləmişdir ki, o hədisdə deyilir: Allah Rəsulu (s.a.s) xəstə olan vaxt buyurdu: “Qardaşımı çağırın, mənim yanıma gəlsin. Əbu Bəkri çağırdılar. Peyğəmbər (s.a.s) üzünü ondan döndərdi. Sonra Əliyə xəbər verdilər. Peyğəmbər (s.a.s) Əlini yatağının yanına çağırdı və üstünə salınmış örtüyün altından onu qucaqladı. İmam onun yanından çıxanda ondan soruşdular: Peyğəmbər sənə nə dedi? Cavab verdi: Min elm qapısını mənə öyrətdi ki, hər birindən min qapı açılır.” Bu rəvayyəti Zəhəbi konkret bu ravinin tərcümeyyi halını təsvir edərkən qeyd etmişdir ki,bu ravinin zəifliyini isbat etsin.Bu rəvayyət baradə ibn Cəuzi “İləl əl mutənahiyyə” (1/221/№347) kitabında yazır: “Bu rəvayyət doğru deyil və ibn Luheyyə “zəhib əl hədis”-dir.Yəni,bu o deməkdir ki,ravi sonuncu dördüncü pillədədir və onun rəvayyətləri yazılmır.” (İbn Saleh Şəhrəzuri “Kitab mərifət ənvə ilm əl hədis”səh 93) Əbu Zura və ibn Muin bu ravini “heçnə” hesab etmişlər. İmam Abdullah ibn Əhməd “Kitabu sünən” (№1256)-də Əmir ibn Vəsilidən rəvayyət edir ki,Əli (r.a)-dən soruşdular: “Bizə Rəsulullah (s.a.s)-in sənə sirr olaraq öyrətdiklərindən danış.” O,dedi: “Rəsulullah (s.a.s) mənə insanlardan gizlədəcəyi elə bir şey deməmişdir.” Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling