Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
Süleyman ibn Sərd Xəzai – Əbdulhüseyn yazır: “O, öz dövründə İraqın adlı-sanlı şiələrindən olmuşdur. Hamı onunla məsləhətləşirdi. Belə ki, İraq şiələri imam Hüseynə məktub yazarkən onun evinə toplaşmışdılar”
Deməli,sonradan Hüseyn (r.a)-ə xəyanət edənlər onun evində toplaşmışdılar.Tarix kitablarında İmam Hüseynin Kufəlilərə dediyi sözlər qalmaqdadır. O,deyir: “Ey Şəbs ibn Rabi,Hacər ibn Əbcur,Qeys ibn Əşşas,Yezid ibn Haris! Məgər siz mənə məktub yazmadızmı ki,meyvələr yetişib,ətraf yaşıllıqdır?” Cavabında ona dedilər: “Biz sənin nədən danışdığını bilmirik.Yezidə beyət et.” (Seyyid Əli Əkbər Qureyşi “Kərbəla meydanı”səh 13) Həmçinin, İmam Hüseyn (r.a) Kufəlilərə bu sözlərlə müraciət etdi: “Sizi qəmdən qurtulmayasız.Ey insanlar! Siz bizi sidq ürəklə köməyə çağırdız,biz də hərarətlə sizin yardımınıza gəldik.Bizim sizə əvvəllər verdiyimiz qılıncla bizim əleyhimizə qalxdız.Bizim düşmənlərə hazırlanan oda siz bizi atdız.Düşmənlə birləşərək siz öz dostlarınızın əleyhinə qalxdız.Bununla belə düşmənlər sizinlə adil davranmadılar.....Yazıqlar olsun sizə! (Seyyid Əli Əkbər Qureyşi “Kərbəla meydanı” səh 14) “Bureyr ibn Xuzayr Quran hafizi idi və Kufəlilər arasında əməlisaleh səhabə kimi tanınmışdı.İmam ata mindi və səhabələri ilə birgə Kufəlilərə tərəf gəldi.Hüseyn (r.a) istədi ki,Bureyda insanlarla danışsın və onları haqqa çağırsın.Bureyda Kufəlilərə üz tutaraq: “Ey insanlar! Allahdan qorxun.Muhəmməd (s.a.s) sizin aranızda əmanətdir.Bu Peyğəmbər övladı,onun ailəsidir.Siz onlarla nə etmək istəyirsiniz? Dedilər: “Onları İbn Ziyada təhvil vermək... Bureyda dedi: “Siz razı olarmısınız ki,onlar gəldikləri yerə getsinlər? Ey Kufəlilər! Sizə yazıqlar olsun.Siz İmama məktub yazaraq,ona beyət edib,Allahı şahid çağırmadınızmı? Sizə ar olsun.Siz Peyğəmbər ailəsini şəhərinizə çağırıb,onun yolunda ölümə hazır olduğunuzu dediz.Amma,onlar sizin şəhərinizə gələr-gəlməz siz onlara heç su vermədiz.İndi isə onları İbn Ziyada təhvil vermək istəyirsiz? Niyə Peyğəmbər ailəsi ilə belə pis rəftar edirsiz? Sizə nə olub? (Seyyid Əli Əkbər Qureyşi “Kərbəla meydanı” səh 21) Kufəlilərə üz tutan İmam Hüseyn dedi: “Ey Kufə əhli! Siz mənə məktub dalınca məktub yazdız və mənə beyət etdiz.İndi məni bura gətirərək mənimlə belə xaincəsinə davranırsız?” (Təbəri “Tarix” c.4,səh 105) Həsən ibn əl Hüseyn ibn Şubə əl Hərrani imamın Kufəlilərə belə dediyini nəql edir: “Allah bəlanızı versin! Ey insanlar! Siz bizi həyacanla köməyə çağıranda biz sizin yardımınıza tələsdik.Siz bizə qarşı sağ əlimizdə olan qılıncı qaldırdız və bizə qarşı od qaladız.”(“Tuhəf əl uqul”səh 282) Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling