Tərcüməçidən
Muhəmməd ibn Fudeyl ibn Qəzvan Əbu Əbdurrahmən Kufi
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- Müaviyyə ibn Əmmar Dəhni Bədcəli Kifi
- Mənsur ibn əl Mutəmmir
- Minxəl ibn Amr
Muhəmməd ibn Fudeyl ibn Qəzvan Əbu Əbdurrahmən Kufi – Bu ravi də Əbdulhüseyn kimi rafizi deyildi.Bu ravidən nəql olunur ki,o demişdir: “Allah Osmana rəhmət etsin və ona rəhmət etməyənə də Allah rəhmət etməsin.”(İbn Hacər “Fəthəl bari” 1/441)
Muhəmməd ibn Müslim Taifi – İbn Hacər “Təqrib”-də yazır: “Səhv edən “siqa” ravidir.Əhməd ibn Hənbəl onu zəif hesab etmişdir.Zəhəbi “Mizan”-da Əbdulməlik əl Meymunədən nəql edir ki,Əhməd dedi: “Əgər o kitabdan nəql etmirdisə,səhvə yol verirdi.” sonra imam bu fikrini dəyişdi və onun həm kitabdan,həm də yaddaşından etdiyi nəqlləri zəif heasb etdi.” (“Mizanul itidal” 4/40/№8172) Əbdulhüseyn belə deməklə yalan danışmışdır: “Bəzilərinin onun rəvayyətlərini zəif hesab etmələri onun şiə etiqadına sahib olduğuna görə idi.” Ondan başlayaq ki,mən elə bir cərh və tədil mütəxəssisi tapmadım ki,onu şiəliyə nisbət etsin.Əbdulhüseynin dediyi Əbu Cəfər Tusi ər Rafizinin sözü bizə görə dəlil deyildir. İkincisi,alimlər açıq bəyan etmişlər ki,onun zəifliyi rəvayyət nəql etmədə etdiyi xətalardır. Müaviyyə ibn Əmmar Dəhni Bədcəli Kifi – Bu ravinin də şiə olmasını təsdiq edən sağlam mənbələrə rast gəlinmir.Bu ravi nəql edir ki,o İmam Zeynəlabiddindən Quran haqqında soruşmuşdu: “Quran məxluq deyil,O Allahın kəlamıdır.” (“Aləmun nubəla” səh 318, № 3(208) Mənsur ibn əl Mutəmmir – Bu ravi ifrat şiə və rafizi deyildi.İcli onun haqqında dedi: “Onda biraz şiəlik vardı və ifratcıl deyildi.” (“Təhzib ət təhzib” 10/279) Musəvi yazır: “Vay olsun,vay olsun! Sanki,guya yalan Əhli beyt şiələrinin əsas xüsusiyyətləridir!!!” Allaha həmd olsun ki,bizə ağıl vermişdir və biz bu kitabda nə qədər yalan olduğunu görmüş oluruq.Halbuki,Əbdulhüseyn də özünü Əhli beyt şiələrinə nisbət verirdi. Minxəl ibn Amr – Mən Dəccal Musəvidən başqa heç kəsin bu ravini şiəliyə nisbət etdiyini görmədim. Musa ibn Qeys – Səhabələri söyməyən və həddi aşmayan şiə idi.”Mizan”-da deyildiyi kimi ondan Əbu Bəkr və Əli baradə soruşduqda o dedi: “Mən daha çox Əlini sevirəm.” (“Mizanul itidal” 4/217/№8911) O,Əbu Bəkrə tən etməzdi. Musəvi onun haqqında yazır: “Musa Sələmə ibn Kuheyldən,o Əyaz ibn Əyazdan,o Malik ibn Cəunədən nəql etmişdir ki,o Ümm Sələmədən eşitmişdir: “Əli haqq yolundadır, ona itaət edən şəxs də haqq yolundadır. Onu tərk edən şəxs haqqı tərk etmiş olur.” Əbu Cəfər əl Ukeyli bu hədisi “Duafə əl kəbir” (4/№1736)-də,Təbərani də “əl Kəbir” (№946)-də nəql etmişlər.əl Heysəmi “Məcməu zəvaid” (№14768) –də Malik ibn Cəunun məchul olduğunu qeyd etmişdir. Digər ravi Əyaz ibn Əyaz haqqında Əbu Hatim ər Razinin “Cərh və tədil” (6/409/№2289) kitabında sadəcə onun adı çəkilir.İbn Hibban onu “Siqat” (№4770)-da qeyd etmişdir.Lakin,məlumdur ki,ibn Hibban bir ravi haqqında pis bir şey bilinmirdisə,onu “siqa”hesab edirdi.Lakin,bu alimlərə görə doğru deyil. Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling