Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- Hişam ibn Əmmar ibn Yasir
- Vəkiyə ibn Cərrah
Harun ibn Sad Əcali Kufi – İbn Hacər “Təqrib”-də yazır: “Rafizilikdə ittiham olunan “siqa” ravidir.Nəql olunur ki,o bu yoldan sonra dönmüşdür.”
Hişam ibn Ziyad Əbu Məqdəm Bəsri – Musəvi adəti üzrə alimlərin bu ravi haqqında rəylərini gizlətmişdir.Əhməd onu zəif,Nəsai tərk olunmuş ravi hesab etmişdir.İbn Hibban dedi: “Siqa ravilərə istinad edərək uydurma rəvayyətlər nəql edərdi.” Əbu Davud dedi: “dürüst deyil”,Buxari dedi: “onu tənqid etmişlər.” (“Mizanul itidal” 4/298/№9223) Hişam ibn Əmmar ibn Yasir – Musəvi ərəbcə olan mətndə yazır: “Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır. Bu fikirlər Əhmədə çatanda....”Əhməd Hişamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır: “Sitayiş Allaha məxsusdur ki, məxluqlarına özünü yaratdıqlarıyla aşkar etdi.” Yəni,qısaca desək Hişam Quranı məxluq hesab edirdi.Qeyd etmək lazımdır ki,Musəvi bu yazıda yalana yol verir.O,yazır ki,Hişam Quranı xəlq olunmuş hesab edirdi və “Mizan”-da deyildiyi kimi İmam Əhməddən Haşimin sözləri haqqında soruşulmuşdu və ona kəskin etiraz etmişdi. Kim ki,Quranın sözlərinin xəlq olunduğuna etiqad edərsə bidət etmiş olur.Lakin,bu bidət şiələrin “Quran xəlq olunmuşdur” deməsi bidətlərinə çatmaz ki,bu söz küfrdür.Qeyd etmək lazımdır ki,Əhli beyt belə mötəzili bidətindən uzaq idilər. İmam Zeynəlabiddindən Quran haqqında soruşulduqda demişdi: “Quran məxluq deyil,O Allahın kəlamıdır.” (“Aləmun nubəla” səh 318, № 3(208) Vəkiyə ibn Cərrah – Zəhəbi “Mizan”-da ibn Mədininin sözünü nəql edir: “Onda biraz şiəlik var idi” (“Mizanul itidal” 4/336/№9356) Biz öncə gördük ki,Əbdulhüseyn fəxrlə Hişamın digər şiələr kimi Quranın xəlq olunduğuna inandığını deyirdi.Burada isə Zəhəbinin “Təzkiratul huffaz” (1/309)-da Vəkiyə ibn Cərrahdan nəql etdiyi sözləri yazmaq yerinə düşərdi.Vəkiyə dedi: “Kim hesab etsə ki,Quran xəlq olunub,o küfr etmiş olur.” İmam Əbu Bəkr əl Acurri “Şəria” kitabında Əbu Ömərdən nəql edir: “Mən İmam Əhməd ibn Hənbəldən “Quran xəlq olunmuşdur” deyən adam haqqında soruşdular.İmam dedi: “Bu deyən kəs kafirdir.” Həmçinin Vəhb ibn Baqi əl Vasitidən nəql olunur ki,o Vəkiyənin belə dediyini eşitmişdir: “Kim desə ki,Quran məxluqdur,o kafirdir.” (“Şəria”səh 72,№162) Vəkiyə həmçinin dedi: “Rafizilər qədərilərdən daha şərlidirlər.Xəvariclər isə onların hər ikisindən də şərlidir.Cəhmilər isə onlardan da pisdir.Allah buyurdu: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.” Cəhmilər isə deyirlər ki,Allah onunla danışmamışdır və iman yalnız qəlblə təsdiqdir.” (Buxari “Xəlqul əfalul ibəd”səh 28-29) Vəkiyə isim və sifətlər mövzusunda bu ümmətin sələfinin yolunda idi.Əhməd əd Dəvraki nəql edir: “Mən Vəkiyənin belə dediyini eşitdim: “Bu hədisləri olduğu kimi qəbul edin və soruşmayın ki,bu necə ola bilər və s.?Söhbət “səmalar və Adəmin qəlbi Rəhmanın barmaqları arasındadır” hədislərindən gedir.”(“Muxtəsər uluv”səh 195, №186) Məgər bu imamın sözü rafizilərin bu məsələyə olan baxışları ilə eynidirmi? Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling