AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


siyaya şərait yaradır. Rüşvət və korrupsiyadan əldə edilən


Download 5.13 Mb.
Pdf ko'rish
bet26/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

siyaya şərait yaradır. Rüşvət və korrupsiyadan əldə edilən 

qanunsuz g

əlirlərin  əldən  çıxmasından  narahatlanan  mə-

murlar h

əmişə  normal islahatların  əleyhinə  çıxır,  hüquqi, 

demokratik dövl

ət quruculuğuna mane olurlar, ağlasığma-

yan  yalanlar  danışırlar.  Korrupsiya  hər bir dövlətin inki-

şafına mane olan bəladır. 

Korrupsiyanın mahiyyəti – vəzifəli şəxsin qanunsuz ola-

raq şəxsi mənfəət əldə etmək və səlahiyyəti çərçivəsində başqa 

şəxslərə neqativ qaydada təsir etmək gücünə malik olmasıdır. 

Dünyada korrupsiyanın formaları müxtəlifdir: rüşvətxor-

luq, qohumbazlıq, yerlibazlıq, “şapka” tələb etmə, himayədarlıq 

(krişa) və s.. 

Az

ərbaycanda 13 yanvar 2004-cü ildə qəbul edilmiş və 1 



yanvar 2005-ci ild

ən qüvvəyə  minmiş  «Korrupsiyaya  qarşı 

mübariz

ə haqqında» Qanunda korrupsiyaya aşağıdakı kimi tərif 



ve

rilmişdir: korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təm-

sil  etdiyi  orqanın  statusundan,  vəzifə  səlahiyyətlərindən və  ya 

h

əmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifa-



d

ə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar 

v

ə ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərə-



find

ən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya 

güz

əştlərin qanunsuz olaraq vəzifəli  şəxslərə  təklif və  ya vəd 



Pulun  

diktaturası 

 

 



258 

olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin 

ələ alınmasıdır

1



Korrupsiya  iqtisadiyyatı  üzrə  tədqiqatların  çoxunda  əsas 

diqq


ət onunla mübarizə  üçün müxtəlif  yolların  axtarılmasına 

yön


əlir.

2

 M



əsələn, Adam Smitdən sonra Q.Bekker və C.Stiqler 

əsərlərində təsdiq edirlər ki, korrupsiyanın aradan qaldırılması 

üçün m

əmurların  əməkhaqları  elə  artırılmalıdır  ki,  onlar  ha-



radasa “k

ənardan” heç bir şey ala bilməsinlər... 

Dünya x

əritəsində Sinqapur kiçik bir ölkədir. Lakin müs-



t

əqillik əldə etdikdən sonra orada korrupsiya ilə mübarizə qısa 

bir müdd

ətdə bir neçə istiqamətdə həyata keçirildi: 

1.

 

Qanunların və  qərarların  qəbulu  qaydaları  sadələşdirildi. 



N

əticədə hər hansı sahibkarlıq fəaliyyətinə başlayarkən icazə və 

lisenziya 

almağa ehtiyac qalmadı. 

2.

 

Dövl



ət qulluğunda çalışanların və məhkəmə hakimlərinin 

əməkhaqları  kəskin surətdə  artırıldı.  Ən  güclü  vəkillər hakim 

v

əzifələrinə cəlb edildi. (Çünki bütün ədalətsizliklər son nəticə-



d

ə məhkəmədə həllini tapır).

3

 

   Bu t



ədbirlərin nəticəsində bir sıra məmurlar həbs edildi, 

b

əziləri isə intihar yolunu seçdi. 



Sinqapurun ilk Baş naziri Li Kuaç Yu hakimiyyətə gələr-

k

ən demişdir: “Biz bu ölkəni cənnətə çevirəcəyik”. Tez bir za-



manda o v

ədinə əməl etdi. Li Kuaç Yuya sual verəndə ki, “bəs 

siz buna nec

ə nail oldunuz?” O, cavabında demişdir “əvvəl üç 

ya

xın dostunuzu həbs edin, siz də, onlar da niyə həbs olunduq-



la

rının səbəbini gözəl bilir” cavabını verib. 

                                                 

1

 Bax: «Az



ərbaycan» qəzeti. 11 fevral 2005-ci il. 

2

 Qeyd: Burada söhb



ət hüquqi qanunlarla deyil, iqtisadi islahatlar və sanksi-

ya

larla aparılan mübarizədən gedir. 



3

 Qeyd: Heç d

ə təsadüfi deyildir ki, Fransa prezidenti Fransua Olland Türki-

y

ədə olarkən (2014-cü ilin yanvarın axırı) 2013-cü il 17 dekabr “böyük rüş-



v

ət” əməliyyatı ilə bağlı deyib: “Mühüm olan ölkədə rüşvətin olması deyil. 

Rüşvət hər ölkədə var. Əsas odur ki, rüşvətxoru həbs edəcək, cinayət işi qal-

dıracaq azad məhkəmələr olsun”. 



Pulun  

diktaturası 

 

 



259 

Göründüyü kimi, Sinqapurda korrupsiyaya qarşı mübari-

z

ədə heç kimə güzəşt olunmayıb və bununla da qeyri-adi bir öl-



k

ə yaradıblar. 

Əlbəttə, korrupsiyanı cərəyanın gücü və ya bədən çəkisi 

kimi d


əqiq və  etibarlı  ölçmək çox çətindir. Korrupsiya –  mü-

r

əkkəb sosial hadisədir.  Bu  sferada  pozitiv  elmin  bu  anlayışa 



hansı məna verə biləcək dərəcədə ölçülməsi olduqca çətindir. Və 

bu o dem


əkdir ki, ümumiyyətlə  mümkün deyil. Sözsüz, ölçü 

cihazları çəki və ampermetrdən çox fərqli olacaqdır. Lakin son 

n

əticə  həmin  olacaq.  Korrupsiyanın  müxtəlif təzahürləri  – 



müxt

əlif  korrupsiya  bazarlarında müxtəlif ölkə  və  şəhərlərdə, 

müxt

əlif dövrlərdə  -  fiziki ölçülərdə  olduğu  kimi,  rəqəmləri 



köçür

ə bilərik. Rəqəmlərin belə köçürülməsi aydın olacaq və bu 

əsasda deyə  bilərik ki, hər  hansı  bir  bazarda  korrupsiya  daha 

çoxdur v


ə ya bu şəhərdə məmurların korrupsiya həmləsi iki dəfə 

azdır və ya ötən üç il ərzində bu ölkədə korrupsiya əhəmiyyətli 

d

ərəcədə artıb (azalıb). 



Qeyd etm

ək  lazımdır  ki,  korrupsiyanın  mürəkkəb sosial 

hadis

ə  kimi, bədən çəkisi kimi ölçmək çox çətindir. Boru ilə 



axan elektrik enerjisinin ölçülm

əsi təkcə  cərəyanın  gücü  ilə 

mümkün deyil. Korrupsiya is

ə daha mürəkkəb və maraqlıdır.

1

   


Az

ərbaycan  Respublikasının  30  dekabr  2003-cü il tarixli 

Qanunu il

ə 4 noyabr 1999-cu ildə «Korrupsiya ilə əlaqədar mül-

ki-hüquqi m

əsuliyyət  haqqında»  və  27 yanvar 1999-cu ildə 

Strasburqda q

əbul edilmiş «Korrupsiya ilə əlaqədar cinayət mə-

suliyy

əti  haqqında»  Konvensiyaya  müvafiq  qeyd-şərtlər və  bə-



yanatla birg

ə təsdiq edilmişdir. 

Bundan  başqa,  Azərbaycan  Respublikası  «Korrupsiyaya 

qar


şı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası»nı imzalamış 

v

ə Prezidentin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə «Kor-



                                                 

1

  Bax: 



Левин М.И., Левина Е.А., Покатович Е.В. Лекции по экономике 

коррупции (Текст): учеб. пособие / М.И.Левин, Е.А.Левина, Е.В.Покато-

вич;  Нац.  исслед.  Ун-т  «Высшая  школа  экономики».  –  М.:  Изд.  Дом 

Высшей школы экономики, 2011,  с. 215, 250, 251. 



Pulun  

diktaturası 

 

 



260 

rupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət  Proqramı  (2004-2006-cı 

ill

ər) » təsdiq edilmişdir. 



Bütövlükd

ə, son illər Azərbaycanda korrupsiya ilə  bağlı 

aşağıdakı  qanunverici və  normativ  -  hüquqi aktlar qəbul edil-

mişdir: 


1.

 

“Korrupsiya il



ə  əlaqədar cinayət məsuliyyəti  haqqında” 

Kon


vensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublika-

sının Qanunu. 30 dekabr 2003-cü il. 

2.

 

 “Korrupsiya il



ə  əlaqədar mülki-hüquqi məsuliyyət haq-

qında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Res-

pub

likasının Qanunu. 30 dekabr 2003-cü il. 



3.

 



Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Res-

publikasının Qanunu. 13 yanvar 2004-cü il. 

4.

 

“Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət  Proqramı 



(2004-2006-

cı illər)”.    3 sentyabr 2004-cü il. 

5.

 

“Az



ərbaycan Respublikasının Baş Prokuroru yanında Kor-

rup


siyaya  qarşı  Mübarizə  İdarəsinin  Əsasnaməsi”. 28 oktyabr 

2004-cü il. 

6.

 

“Az



ərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə 

Şurası  yanında  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiya 

haq

qında Əsasnamə”  13 may 2005-ci il. 



7.

 

 “V



əzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatla-

rın təqdim edilməsi qaydaları”. 24 iyun 2005-ci il. 

8.

 

“Korrupsiyaya  qarşı  mübarizə  ilə  əlaqədar Azərbaycan 



Res

publikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr və  dəyi-

şikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanu-

nu. 3 mart 2006-

cı il.  

9.

 



“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üz-

r

ə  Milli Strategiya və  onun həyata keçirilməsi ilə  bağlı  2007-



2011 ill

ər üçün Fəaliyyət Planı”. 28 iyul 2007-ci il. 

«Korrupsiyaya  qarşı  mübarizə  haqqında»  Azərbaycan 

Res


publikası Qanununun 7-ci maddəsinə görə vəzifəli şəxslərin 

ya

xın  qohumları,  seçkili  vəzifələr və  qanunvericiliklə  nəzərdə 



Pulun  

diktaturası 

 

 



261 

tutulan dig

ər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində 

olan heç bir v

əzifə tuta bilməzlər. 

F.Qarayev “korrupsiya termini il

ə rüşvət” anlayışını bir-bi-

rind


ən  ayırır.  “Korrupsiya”  termini  öz  etimologiyasına  və  ya 

m

ənşəyinə görə latın sözü “corruptio” olub “rüşvətlə ələ almaq” 



dem

əkdir. Mahiyyətinə görə korrupsiya – iqtisadiyyat sferasında 

dövl

ət strukturlarının cinayət aləminin strukturları ilə qovuşması, 



el

əcə  də  ictimai və  siyasi xadimlərin vəzifəli  şəxslərin pulla, 

rüşvətlə, bəxşişlə ələ alınması, öz tərəfinə çəkməsi və satqınlığıdır. 

Korrupsiyadan f

ərqli  olaraq  rüşvətxorluq  əlverişli  razılığa  nail 

olunması, xüsusi informasiyanın əldə olunması və ya rüşvət alanın 

qanuni yolla ala bilm

ədiyi digər yardımın  əldə  olunması  məq-

s

ədilə dövlət strukturlarına və ya rəqabət aparan firmaların əmək-



daşları kimi digər şəxslərə pulun, qiymətli əşyaların verilməsində 

v

ə ya xidmətlərin göstərilməsində ifadə olunan mükafatdır.



1

 

Amma  ensiklopedik  lüğətlərdə  korrupsiyaya bir qədər 



f

ərqli, lakin lakonik tərif verilir: “Korrupsiya – öz xeyri üçün 

dövl

ət vəzifəsindən istifadə edilməsidir.”



2

 

«Freedom House» t



əşkilatının 2006-cı ildəki «Keçid edən 

ölk


ələr» adlı hesabatında demokratik idarəçiliyi araşdırarkən 4 

indikator üzr

ə  ölkələr dəyərləndirilir: ictimai fikrə  hörmət, 

mülki azadlıq, qanunun aliliyi və şəffaflıq. Nəticələr göstərir ki, 

ortaya çıxan ən böyük qlobal problem korrupsiyadır. Araşdırma 

aparılmış  30  ölkədən  heç  biri  korrupsiyaya  qarşı  mübarizənin 

s

əviyyəsinə görə müvafiq balı yığa bilməmişlər. 



Susan Rouz-

Akkerman yazır: «Korrupsiya və iqtisadi ar-

tım eyni vaxtda mövcud olursa, rüşvətlər zərərlərə və saxtalaş-

dırmalara gətirib çıxarır. Korrupsiyaya yol verən yüksək rütbəli 

m

əmurlar qeyri-məhsuldar investisiyaları dəstəkləyir və köhnə 



in

vestisiyalara lazımi diqqət ayırmırlar… 

                                                 

1

  Bax: F.Qarayev. Korrupsiya sindromu, onun genezisi v



ə  anatomiyası. 

“İqtisadiyyat” qəzeti. 20-27 sentyabr 2000-ci il. 

2

 

Bax: 



Советский  энциклопедический  словарь.  Издательства 

“Советская энциклопедия”. 1980, с. 642.  



Pulun  

diktaturası 

 

 



262 

… Müxt


əlif ölkələrdəki empirik tədqiqatlar bir daha göstərib 

ki, korrupsiya iqtisadi artıma və məhsuldarlığa mənfi təsir göstərir. 

Amma bu fakt özlüyünd

ə  antikorrupsiya  strategiyasını  la-

yih

ələşdirməyə az kömək edir»



1

. O, daha sonra yazır: «Korrupsiya 

dövl

ət hakimiyyətinin  şəxsi qazanc naminə  istifadə  edilməsidir… 



«Yüks

ək korrupsiya» hökumətin  yuxarı  dairələrində  baş  verir  və 

əsas hökumət layihə və proqramlarını əhatə edir»

2



Korrupsiya i

qtisadi  artıma  və  məhsuldarlığa  mənfi təsir 

etm

əklə bərabər iqtisadiyyatın ən böyük problemi olan inflyasiya



işsizlik  və  yoxsulluğun  kəskinləşməsinə  də  ciddi təsir göstərir. 

M

əsələn, korrupsiya əsasən bir pul hadisəsi  olduğu  üçün  pul 



t

ədavülü qanununu pozur -  pulun dövriyyə  sürətini dəqiqləş-

dirm

əyə, tədavüldəki pul kütləsini müəyyənləşdirməyə  imkan 



vermir. X

əlvəti (qeyri-qanuni) gəlirlər kimi təzahür etdiyindən vergi 

daxilolmalarına mənfi təsir göstərir. Korrupsiyadan yaranan gəlirlər 

çox hallarda bir qrupun ifrat istehlak m

əqsədlərinə  yönəldilir. 

Pareto effektliyin

ə  görə  isə  bir qrupun ifrat istehlakı  digərlərinin 

yoxsulluq iç

ərisində  yaşaması  deməkdir. Beləliklə, korrupsiya 

g

əlirlərdə  və  həyat səviyyəsində  əsassız  fərqlərə  səbəb olur. Bu 



f

ərqlər də  son nəticədə  bir çox makroiqtisadi proporsiyaların 

pozulmasına gətirib çıxarır. Hazırda dünya ölkələrinin əksəriyyətini 

bürümüş  dünya  iqtisadi böhranının  səbəbləri göstərilərkən puldan 

spekulyativ (möht

əkirlik) istifadə xüsusi olaraq vurğulanır ki, bu da 

korrupsiya hadis

əsi ilə bilavasitə bağlıdır.      

Korrupsiya t

əmənnalı  şəxsi maraqlarla ictimai milli maraq-

ların toqquşmasıdır ki, bu halda şəxsi maraqlar önə çəkilir. İnkişaf 

etmiş ölkələrdə isə həmişə ictimai maraqla şəxsi maraqlar düzgün 

əlaqələndirilir.  Əks  təqdirdə  korrupsiya daha da inkişaf  edə  bilər. 

Bu nöqteyi-n

əzərdən dünya təcrübəsində  əksər tədqiqatçılar  (o 

cüml


ədən  iqtisadçılar)  Dünya  Bankının  mütəxəssislərinin təklif 

etdiyi t


ərifə üstünlük verirlər: «Korrupsiya – şəxsi maraqlar naminə 

                                                 

1

  Bax: Susan Rouz 



–  Akkerman. Hakimiyy

ət və  korrupsiya: səbəblər, 

n

əticələr və  islahatlar (Azərbaycan dilində) CAMBRIDGE Universiteti 



N

əşriyyatı. 1999,  s.3. 

2

 Yen


ə orada, s. 27, 91. 

Pulun  

diktaturası 

 

 



263 

s

əlahiyyətli hakimiyyət  orqanları  tərəfindən sui-istifadə 



edilm

ədir»


1

Korrupsiyanın meydana çıxmasına zəmin yaradan, ona təkan 



ver

ən amillərdən biri –  mütəşəkkil cinayətkarlıqdır.  Korrupsiya 

dövl

ət xəstəliyidir.  O siyasi, iqtisadi, milli və  mənəvi təməlləri 



sarsıda bilər və bu da dövlətin məhvinə aparıb çıxara bilər. 

H

ələ  vaxtilə  korrupsiya  mövcud  olmayanda  rüşvət anlayışı 



mövcud olmuşdur. O zaman Cəlaləddin Rumi yazırdı: «Ey rüşvət 

yey


ən sən fil balası yeyirsən. Buna görə fil sənə düşməndir. Bir gün 

g

əlib səni yox edəcək». Bir bayatıda deyildiyi kimi: 



«Ay şəfəqi aynan gedər, 

Qışın qarı yaynan gedər. 

Rüşvətxorun yığdıqları, 

Haynan g


əlib, vaynan gedər». 

S.R.Akkerman  yazır:  «Rüşvətin səviyyəsi çox da müxtəlif 

deyil. H

əmin məbləğin yalnız nə qədər olduğunu deyil, onun xər-

cl

əndiyi də  maraq  doğurur».  «Rüşvətlə  dövlət məmurları  ilə  iş 



görm

əyin  baha  başa  gəlməsi bəzi  firmaları  qeyri-rəsmi sektorda 

f

əaliyyət göstərməyə, bir çoxlarını isə satış, qiymət və əməkhaqqı 



c

ədvəllərində  rəqəmləri  aşağı  göstərməyə  sövq edir. Bundan 

dövl

ətə dəyən zərərsə hədsizdir və həmçinin rüşvətlərin səviyyəsi 



investisiyanı  və  yeni  firmaların  gəlişini  məhdudlaşdırır… 

Rüşvətxorluğun  müdafiəsi  əksər hökumət qanun və  qaydalarının 

s

əmərəsizliyi və təsadüfiliyindən irəli gəlir»



2

M



əhəmməd  Peyğəmbər  (s)    demişdir  ki:  «Allah  rüşvət ve-

r

ənə də, rüşvət alana da, onların arasında vasitəçilik edənə də lənət 



etsin». 

                                                 

1

 

Бах: Н.Епифанова. Исследование коррупции на основе методов эко-



номической теории. «Вопросы экономики». 2007. № 1,  с. 34. 

2

 Bax: Susan Rouz 



– Akkerman. Hakimiyy

ət və korrupsiya: səbəblər, nə-

tic

ələr və  islahatlar  (Azərbaycan dilində) CAMBRIDGE Universiteti Nəş-



riyyatı. 1999, s. 4, 15, 25; Сюзан Роуз-Аккерман. Взяточничество. Эко-

номическая  теория  /  Под  ред.  Дж.Итуэлла,  М.Милгейта,  П.Ньюмена: 

пер. с англ. / Науч.ред.чл.корр. РАН В.С.Автономов. – М.: ИНФРА – 

М., 2004 – XII,  c. 19-25. 



Pulun  

diktaturası 

 

 



264 

Korrupsiyadan f

ərqli olaraq rüşvəti dövlət qulluqçusu olma-

yan h


ər hansı  bir adam  da  ala  bilər. Azərbaycan Respublikasının 

Cinay


ət Məcəlləsinin 311-ci maddəsində  yazılıb:  “Rüşvət alma, 

y

əni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə 



əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət 

üzr


ə  ümumi himayədarlıq  və  ya laqeydlik müqabilində  özü və 

yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya 

vasit

əçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya 



güz

əştli istəməsi və ya almasıdır...”

1

 

Rüşvət, şapka və korrupsiya pulu öz məqsədli məcrasın-



dan iqtisadi al

ət  funksiyasından  çıxarıb  eybəcər bir formaya, 

iyr

ənc proseslərin həyata keçirilməsi istiqamətinə  yönəldib. 

Rüşvət sanki insanların haqlarına qarşı çevrilən gəlir mənbəyi-

dir. Rüşvət insanı mütiləşdirir, mərdi namərdə çevirir, tamah-

karlıq,  saxtakarlıq,  yalanlar  əsasında  idarəçilik  yaradır,  onun 

dağıtdığı  hakimiyyəti  heç  bir  düşmən dağıda  bilməz.  İstənilən 

h

ədiyyə məqsədli verilibsə, deməli, o rüşvətdir. Rüşvət xərçəng 

x

əstəliyidir. Rüşvətin qarşısı alınsa real sektor inkişaf edər. 

XX 


əsrin 60-cı illərində yazıçı, dramaturq Sabit Rəhman ya-

zırdı:  “Hamı  rüşvətxor deyil, ancaq tək-tük rast gəldiyimiz  rüş-

v

ətxorlar hamını əsəbiləşdirir. Rüşvət təkcə pul ilə olmur, mənəvi 



rüşvət daha qorxuludur.  Yaltaqlıq  nədir?  Rüşvət verməkdir, 

yaltaqlığı qəbul etmək isə rüşvət almaqdır. “Yoldaş filankəs”, 

siz öz xalqınızı nə qədər dərindən sevirsiniz. “Yoldaş filankəs, 

dün

ənki çıxışınız nə qədər ağıllı çıxış idi.” Yalan deyir. Rüşvət 

verir. Filank

əs isə  bu  rüşvəti qaytarıb  onun  üzünə  çırpmaq-

dansa, 

əksinə, qəbul edib cibinə qoyur və sevindiyindən xəmir 

kimi  yayılır,  əvəzində  isə,  yeri  düşəndə  onu,  rüşvət verəni 

saxlayır”

2

. 

Rüşvətxorluq dövlət  işlərində  problemlərin dövlət yolu ilə, 

qanunlarla 

yox,  şəxsi münasibətlər  əsasında  qeyri-dövlət yolu ilə 

görülm

əsidir. Qanunla görüləsi işlər, hətta qanuni olub-olmamasın-



                                                 

1

Bax: Az



ərbaycan Respublikasının Cinayət Məcəlləsi. “Hüquq ədəbiy-

yatı” nəşriyyatı. Bakı – 2012,  s. 227.  

2

 Bax: Sabit R



əhman. Seçilmiş əsərləri. V cild, Bakı, 1978, s. 283. 

Pulun  

diktaturası 

 

 



265 

dan  asılı  olmayaraq,  bürokratik  əngəllər törətməklə  də  pul və  ya 

h

ədiyyə  ilə  məsələnin həll  olunmasıdır.  Rüşvət quru, ürəksiz 



bür

okratiyanın alternatividir. Rüşvət artıq bəzi ölkələrdə iqtisadi və 

h

ətta siyasi mexanizmə çevrilib. 



Müasir dövrd

ə  xüsusən postsosialist ölkələrində  normal si-

yasi v

ə iqtisadi islahatların həyata keçirilməsi günün tələbidir. Bu 



ölk

ələrin  iqtisadiyyatı  bir  sıra  çətinliklərlə, problemlərlə  üzləşib. 

Uzun müdd

ət  yığılıb  qalan  problemləri həll etmək üçün, ciddi 

islahatların  aparılması  zəruridir. Hələlik bu ölkələrdə  ən vacib 

m

əsələ  bazar  iqtisadiyyatlı  dövlət  qurmaqdır.  Bu  hüquqi  dövlət 



olmalı və bütün qanunlar işləməlidir. Elə bir iqtisadiyyat yaratmalı 

ki,  rüşvət,  “şapka”,  korrupsiya  və  inhisarçılıq  orada  qərarlaşa 

bilm

əsin. 


İqtisadi ədəbiyyatda yazıldığı kimi, hər il Qərbdə biznes rüş-

v

ətə  nəhəng məbləğlər  ayırır  ki,  dost,  nüfuz  və  müqavilələr qa-



zansın.  Ən  ehtiyatlı  qiymətləndirməyə  görə, təkcə  ABŞ-da bir il 

ərzində rüşvətə 80 milyard dollar sərf edilir. Bu qədər pula, BMT-

nin  hesablamalarına  görə,  bütün  dünyada  yoxsulluğu  aradan 

qaldırmaq  mümkündür.  Rüşvət verənlər, o cümlədən milli və 

transmi

lli  şirkətlər,  konsaltinq  şirkətləri və  hətta milli ixrac 



kreditl

əri agentlikləri kimi hökumət idarələri xüsusi tənqidə məruz 

qalırlar  (Fransanın  məxfi xidmətinin məruzəsinə  görə, ölkənin 

r

əsmi ixrac kreditləri agentliyi 1994-cü ildə əcnəbi müştərilərə hərbi 



avadanlığa görə təxminən 2 milyard dollar vermişdir). Korrupsiya 

mövzusunda ged

ən siyasi müzakirələrin mərkəzində  çox vaxt 

inkişaf  edən ölkələr  durur,  fırıldaqçılıq,  dələduzluq,  oğurluq  və 

rüşvətxorluq həm də Şimala şamil edilir və onların iqtisadi ziyanı 

heç d


ə  az deyil. Təkcə  ABŞ-da  fırıldaq və  korrupsiya hər il 400 

milyard dollar aparır

1



Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling