AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
Download 5.13 Mb. Pdf ko'rish
|
Pulun diktaturası
330 rilir v
ə hər il parlament tərəfindən təsdiq olunur, buraya dövlət büdc
əsinin neft gəlirlərinin təxminən yarısı qədər vəsait daxil olur. H
ələ 2006-cı ilin əvvəlində fonda 220 mlrd ABŞ dolları (ÜDM-in 75%-i) v əsait yığılmışdır. İlkin mərhələdə Fondun vəsaitlərinin təxminən 46%-i s əhmlərə, digər hissəsi isə istiqrazlara yatırıldı 1 . Yaradılmış olan alternativ fondlarda məqsəd nədən ibarət- dir? Bu fondlar hansı prinsiplər əsasında fəaliyyət göstərirlər? Alternativ fondların yaradılmasında məqsəd ondan ibarət- dir ki, mü əyyən dövr keçəndən sonra təbii ehtiyatlardan gələn g əlirlər azalarsa, ölkənin iqtisadiyyatını təmin etmək mümkün olsun v ə digər sahələrdəki balansın pozulmasının qarşısı alınsın. Bel ə fondların yaranması digər inkişaf etmiş ölkələrin həmən öl- k ələrə inamını artırır. Sabitl əşmə Fondları dövlət büdcəsinin gəlir və xərclərinin artıb-azalmasında bir növ tənzimləyici rolu oynayır. Hətta bəzi ölk
ələrdə ekoloji tarazlığın bərpasına da xidmət edir. Az ərbaycanda Dövlət Neft Fondu yaradıldıqdan sonra Beyn əlxalq Valyuta Fondunun təkidi ilə büdcədə tarazlığın qo- run ması üçün 2003-cü ildən etibarən Sabitləşmə Fondu da fəa- liyy ətə başlayıb. Hazırda Azərbaycanda qanunvericilik əsasında dün ya bazarında neftin qiymətinin artımı nəticəsində əldə olunan əlavə gəlirlərin (daxili topdansatış qiymətləri ilə ixrac qiymətləri ara
sındakı fərqdən əldə olunan vəsaitin) 25 faizi bu fonda, yerdə qalan v
əsaitin isə ARDNŞ-nin sərəncamında saxlanılması nəzər- d ə tutulub. Azərbaycanda Sabitləşmə Fondu ixrac vergisinin he- sa bına formalaşır. B əzən belə görüntü yaranır ki, bu fondların yaradılma- sında məqsəd təbii ehtiyatlarla zəngin ölkələrin iqtisadiyyatı üçün s əciyyəvi olan korrupsiyanın aradan qaldırılmasıdır. Lakin b əzi ölkələr təbii ehtiyatlardan istifadə etmələrinə bax- mayaraq, uzun ill ər istismarı və yoxsulluğu azaltmır, iqtisa-
1 Bax: www.rosinvest.com/novosti/220538 Pulun diktaturası
331 diy yatın sabit inkişafını təmin edə bilmir. Fondların yaradıl- masının müsbət cəhəti odur ki, ölkəyə daxil olan gəlirlərin idar ə edilməsində, toplanmasında və xərclənməsində şəffaflığı t əmin edə bilir. Bu da son nəticədə səmərəsiz xərclərin qarşısının alınmasına və korrupsiyanın aradan qaldırılmasına g ətirib çıxarır. 2006-
cı ildə Azərbaycan Respublikasının Prezidenti qeyri- neft sektorunun inkişafı, bu sahədə mövcud olan müəssisələrin maddi v ə texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyu- luşunun təşviqi məqsədilə «Azərbaycan İnvestisiya Şirkəti» Açıq S əhmdar Cəmiyyəti yaradılması haqqında sərəncam imzaladı. Şirkətin məqsədi və vəzifəsi texniki və iqtisadi baxımdan əsaslandırılmış, biznes layihələrinin hazırlanmasıdır. Potensial in- vestorlar mü əssisələr üzrə bu layihələrin həyata keçirilməsinin maliyy ələşməsinə cəlb olunmalıdır. Şirkətin ilkin nizamnaməsinə kapital Dövlət Neft Fondunun hesabına formalaşdırılırdı. Bu şirkət dövlətin strateji maraqla- rından çıxış edir. Lakin gələcək üçün düşünmək lazımdır ki, neft pulları qurtarandan sonra həmin şirkətin maliyyə məsələləri necə h əll olunacaq? B əzi iqtisadçılar böyük layihələrin maliyyələşdirilməsin- d ə neft pullarından istifadə edilməsini məqsədəuyğun hesab etmirl ər. Bu onunla əsaslandırılır ki, bu problem vaxtilə Nige- ri ya, İndoneziya və Venesuelada da yaranıb. Ona görə də neft pul ları ilə həyata keçirilən investisiya layihələrini reallaşdır- maq üçün t ədricən yeni pul mənbələri müəyyənləşdirilməlidir. Əks-təqdirdə bunun mənfi cəhətlərini gələcəkdə hiss etməli olacağıq. Neft g əlirləri hesabına iqtisadi artıma nail olan bəzi ölk ələrin inkişaf xüsusiyyətlərində ümumi cəhətlər çoxdur və onlar mü əyyən nailiyyətlər əldə edə biliblər: 1.
Bu ölk ələr uzun tarixi təcrübəyə malikdirlər və bu səbəbdən d ə artıq dünyanın ən inkişaf etmiş ölkələri sırasındadırlar. 2.
Bel ə ölkələrdə formalaşmış idarəetmə sistemi mövcuddur. Pulun diktaturası
332 3.
Bu ölk ələrdə artıq dünyada qəbul edilmiş yüksək demokra- tiya v ə gəlirlərdə yüksək şəffaflıq mövcuddur. Dünya neft ölk ələrində neft biznesi ilə sanki hakimiyyətə ya xın dairələrlə əlaqədar müəyyən qrupdan başqa heç kəs məşğul ola bilm əz. Dünyanın çox ölkələrində belədir. Bu mənada neft siyas ətdir.
Neftin qiym ətinin tələb və təklifdən asılı olmayaraq dəyişmə- si baş verərsə bu hallarda da neft siyasi bir alət olur. Tarixi təcrübə göst
ərir ki, neft iqtisadiyyatda həmişə təkcə mənfəətlilik amili əsasında deyil, müəyyən siyasi amillər əsasında inkişaf etmişdir. N əticədə dünyada, hətta neft siyasəti adlanan bir siyasət for- malaşmışdır. Vaxtı ilə M.Ə.Rəsulzadə əsərlərinin birində öz dövrü üçün bu siyas ətin əsas konturlarını müəyyən etmişdir. Fikrimizcə, bu gün d
ə Azərbaycan gerçəkliyində neftin həm siyasi və həm də iqtisadi vasit ə kimi düzgün dərk olunmasına ehtiyac vardır.
T əbii ehtiyatların iqtisadiyyata təsir gücü makroiqtisadi di- namika v ə artım sürəti ilə bağlıdır. Məlum olduğu kimi respubli- ka mızda «Əsrin müqaviləsi» bağlanandan bir neçə il sonra Azər- bay can neft satışından gəlir əldə etməyə başlayıb. O dövrdən başlayaraq neft hasilatında dinamik artım müşahidə olunur. Əgər 1995-ci ild ə Azərbaycanda 9,2 mln. ton neft hasil olunmuşdursa, 2000-ci ild ə bu 14,1 mln ton, 2005-ci ildə 22,2 mln ton, 2006-cı ild
ə 32,3 mln ton, 2007-ci ildə 42,6 mln ton, 2008-ci ildə 44,5 mln ton, 2009-cu ild ə 50,4 mln ton, 2010-cu ildə 50,8 mln ton, 2011-ci ild ə 45,6 mln ton olub. Qaz hasilatı isə 2005-ci ildə 5,7 milyard kub.m., 2006- cı ildə 9,1 milyard kub.m., 2007-ci ildə 16,8 milyard kub.m., 2008-ci ild ə 23,4 milyard kub.m., 2009-cu
Pulun diktaturası
333 ild
ə 23,6 milyard kub.m., 2010-cu ildə 26,3 milyard kub.m., 2011-ci ild ə isə 25,8 milyard kub.m. olub. Kolumbiya Universitetinin professoru, Nobel mükafatı lau- reatı Cozef Stiqlits yazırdı: «Təbii ehtiyatlarla zəngin ölkələrdə yoxsulluq v ə bərabərsizlik daha çox müşahidə olunur. Əlbəttə, bu m əsələ Azərbaycanı daha çox narahat edir. Belə ki, he- sablamalara gör ə Azərbaycanın ancaq yaxın 20 ildə böyük neft ehtiyatlarına malik olacağı gözlənilir. Əgər vəsaitlər düzgün x ərclənməzsə, Azərbaycanın gələcəyi qeyri-müəyyən görünür (axı bu, digər resurs yönümlü ölkələrdə olduğu kimi «Holland sindromu»na s əbəb ola bilər). «Holland sindromu» zamanı milli valyutanın möhkəmlənməsi baş verir ki, bu da milli məhsulların analoji idxal m əhsullarına nisbətən rəqabət qabiliyyətinin z əifləməsinə səbəb olur. Bu problem Azərbaycan üçün aktualdır, bel ə ki, kommunizmdən bazar iqtisadiyyatına keçid zamanı ölk ədə ÜDM-in həcmi azalmış və yoxsulluq artmışdır. Buna gör ə də neft sektorunun inkişafı qeyri-neft sektoruna zərbə vurur v ə işsizliyin artımına yönəlmiş hər bir addım ölkə üçün b ədbəxtlik gətirir. Bax buna görə də neft ölkə üçün yeni imkan- lar açmır, sadəcə çətinliklərdən çıxış rolunu oynayır» 1 . T ədqiqatdan belə nəticəyə gəlmək olur ki, neftlə zəngin ölk ələr iqtisadiyyatlarını daimi və sabit saxlamaq üçün qeyri- neft sektorunu inkişaf etdirməlidirlər. Bunun üçün yeni zavod- lar, fabrikl ər, müəssisələr və s. açılmalıdır. Kənd təsərrüfatını in kişaf etdirməlidirlər. Məsələ ondadır ki, Azərbaycan sosial bazar iqtisadiyyat yolu il ə inkişaf edir. Belə şəraitdə yeni müəs- sis ələr dövlət tərəfindən yaradıla bilməz. Amma bu o demək deyil ki, dövl ət tamamilə bu prosesdən kənarda durmalıdır. Dövl ətin borcu və vəzifəsi ölkədə bazar iqtisadiyyatının so sial model mühitini yaratmaqdır. Bunun üçün isə islahatların apa rılması labüddür və dövlət müəyyən qanunların qəbul edil- m əsi ilə bunu sürətləndirər və şərait yarada bilər.
1 Bax: “525-ci q əzet”. 4 fevral 2006-cı il. Pulun diktaturası
334 Neft Fondundakı vəsaitin hansı istiqamətlərə ayrılması cid- di m əsələdir. Bu gələcəyi nəzərə alaraq vəsaitin hansı istiqamət- d ə xərclənməsinin səmərəliliyi strategiyasının əsasını təşkil et- m əlidir. Əslinə baxanda Azərbaycanda qeyri-neft sektorunun in- kişafı üçün bütün şərait mövcuddur. Respublikamızın maşınqa- yırma, xüsusilə neft-maşınqayırma sənayesini, elektrotexnika, metallurgiya, kimya, yeyinti v ə yüngül sənaye sahələrini, kənd t əsərrüfatını hərtərəfli inkişaf etdirmək olar. Artıq respublikamız- da bu sah ədə mühüm işlər görülür. Bu sahələri həm regional, h əm də beynəlxalq səviyyədə genişləndirmək lazımdır. Respub- li kamızda böyük əmək ehtiyatları mövcuddur və bu da əmək tu- tumlu sah ələri inkişaf etdirməyə imkan verir. Neftdən gələn gə- lirl ər hesabına bu sahələri inkişaf etdirmək mümkündür. Belə olan halda «Holland sindromu»ndan söhb ət gedə bilməz. Əks- t əqdirdə bu xəstəlik bizdən də yan keçməz. Deyil ənlərdən aşağıdakı nəticələrə gəlmək olar: 1.
Ehtiyat fondları o ölkələrdə yaradılır ki, onların büdcələri xam
mallarını satarkən dünya qiymətlərindən güclü asılılığı mövcuddur. Dig ər tərəfdən, bir çox ölkələr sərvətlərinin gələ- c əkdə tükənəcəyini nəzərə alaraq vəsaitlərini belə fondlarda top layırlar. 2.
ə yetirir. Birincisi, onun v əsaitləri əlverişsiz şəraitdə dövlət büdcəsi kəsirinin ləğvi üçün istifad ə edilə bilər. İkincisi, xammala yüksək qiymətlər qoyul- du ğu dövrdə, fond ixracdan daxil olan artıq vəsaitləri yığmağa v ə iqtisadiyyatda “Holland sindromu”nun inkişaf etməsinin qar şısını almağa imkan verər. 3.
Sırf iqtisadi məsələlərdən başqa, ehtiyat fondu dövlət x ərclərinin sürətli artımının qarşısının alınması üzrə siyasi vəzi- f əni də yerinə yetirir. Dövlət xərclərini, bir qayda olaraq, g əlirlərin azalmasının ardınca operativ ixtisar etmək mümkün deyil. N əticədə, münasib olmayan dövrlərdə bu dövlət büdcəsi- nin böyük h əcmdə kəsirinə, vəd olunmuş sosial öhdəliklərin ye- Pulun diktaturası
335 rin
ə yetirilməməsinə və dövlət borcu üzrə müflisləşməyə gətirə bil
ər. Bu kimi fəsadlar iqtisadiyyat üçün daha dağıdıcıdır, nə- inki dövl ət büdcəsi həcminin özünün tərəddüdləri. 4.
Ehtiyat fondlarının yaradılmasının zəruriliyi diskussiyalı m əsələdir. Bir sıra iqtisadçı və siyasətçilər hesab edirlər ki, pul- la rı ehtiyatda saxlamaqdansa, onları ölkənin gələcəyinə xidmət ed ən idxal satınalmaları üçün istifadə etmək daha effeklidir: m əsələn, patent və avadanlıqların alınması, tələbələrin xaricdə t əhsil alması xərclərinin ödənilməsi və s. 5.
Ehtiyat fondlarının vəsaitləri müstəsna olaraq xarici aktiv- l ərdə (Alyaska ştatı üçün - bu ştatdan kənardakı aktivlərdə) yer- l əşdirirlər. Bunun səbəbləri ondan ibarətdir ki, fond, əgər onun v əsaitləri ölkənin daxilində yerləşdirilərsə, milli iqtisadiyyatın v əziyyətindən asılı olmayan ehtiyat funksiyasını yerinə yetirə bilm əz. İqtisadi böhranlar dövründə milli valyuta və milli qiy- m ətli kağızlar qiymətdən düşə bilər və əgər fondun vəsaitləri milli aktivl ərdə yerləşdirilibsə, bu halda onun da kapitallaşması aşağı düşəcəkdir. Bundan savayı, bu halda fondun vəsaitləri milli valyutanın sabitləşdirilməsi funksiyasını yerinə yetirə bilməyə- c əkdir. Həmçinin onlar inflyasiyanın artmasına səbəb olacaqdır. 6.
Ehtiyat fondlarının vəsaitlərini etibarlı qiymətli kağızlara v ə aktivlərə yerləşdirirlər. Bu bir qayda olaraq, inkişaf etmiş öl- k ələrin dövlət öhdəlikləri və etibarlı şirkətlərin səhmləridir. Döv- l ət öhdəliklərinin, məsələn istiqrazların əldə edilməsi zamanı yüks ək etibarlılıq, lakin aşağı gəlirlilik təmin edilir. Səhmlərə yatırım zamanı isə gəlirlilik artır, amma etibarlılıq azalır.
Pulun diktaturası
336 VIII FƏSİL NEFT GƏLİRLƏRİ: FORMALAŞMASI VƏ İSTİFADƏNİN STRATEGİYASI 8.1. Neft g əlirlərinin ontologiyası və təzadlı xarakteri
T əbii ehtiyatlarla zəngin ölkələrdə əgər idarəetmə aparatı güclüdürs ə, əldə edilən gəlir yüksək iqtisadi artım sürətinin daimi xa rakter almasına, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinə müs- b ət təsir göstərir. Dünyada t əbii ehtiyatlarla zəngin olan 51 ölkə var. Təbii eh- tiyatlarla z əngin o ölkə hesab olunur ki, orada Ümumi Daxili M əhsulun 25%-dən çoxu məhz təbii ehtiyatların istismarından əl- d ə olunur. Azərbaycanda yanaşı sahələrlə birlikdə bu rəqəm 10%- dir. Az ərbaycan təbii sərvətlərlə zəngin ölkələr sırasına daxildir. T ədqiqatçıların fikrinə görə Azərbaycanda neft kortəbii şə- kild ə min ildən artıqdır ki, çıxarılır. Neftin satılması isə 1848-ci ilə t əsadüf edir. O zaman Balaxanıdakı neft yatağındakı quyu fontan vur muş və bu tarixi hadisəyə çevrilmişdir. Hesablamalara görə Az ərbaycanda bu günə qədər təqribən 1,6 mlrd tondan çox neft çı- xar ılıb. Bunun 500 mln tondan artığı dənizdəki yataqların payına dü şür. Bunun 20 faizi ölkənin öz daxili tələbatının ödənilməsinə s ərf edilib. Yerdə qalan hissəsi əvvəlcə Rusiyanın, sonra isə SSRİ- nin s ərəncamında olub. Mütəxəssislərin hesablamalarına görə Az ərbaycana öz ehtiyaclarını ödəmək üçün ildə 10 milyon ton xam neft lazımdır. Tarixən Azərbaycanda ən çox neft 1941-ci ildə çıxarılıb. O zaman neft hasilatı 23,4 mln ton olub 1 .
Az ərbaycanın 7 milyard barel təsdiqlənmiş neft və 1,35 milyard kub metr qaz ehtiyatları var. Bu məlumatlar Britaniyanın BP şir- k ətinin hesablamaları ilə demək olar ki, üst-üstə düşür. Hesa- batda eyni zamanda göst ərilir ki, dünyada ən çox neft ehtiyatı
1 Qeyd: Müst əqillik dövründən əvvəlki illər nəzərdə tutulur. Pulun diktaturası
337 S əudiyyə Ərəbistanındadır – 266,8 milyard bareldir. Bu göstəri- ci İranda – 138,4, Rusiyada – 60, Qazaxıstanda isə 30 milyard barel t
əşkil edir. Dünyada ən çox qaz ehtiyatı Rusiyadadır – 47,8 trilyon kubmetr. İran – 26,8, Türkmənistan – 2,9, Qazaxıs- tan is ə – 1,9 trilyon kubmetr mavi yanacaq ehtiyatına malikdir. Müasir dövrd ə neftin qiyməti tələbatdan asılı olaraq gah ar tır, gah da aşağı düşür. Neftlə zəngin ölkələrdə iqtisadiyyat düzgün t ənzimlənməyəndə hasilat sahələrindəki sürətli artım is- t ər-istəməz emal sənayesinin inkişafına da mənfi təsir göstərir. Bu da emal s ənayesində ümumi daxili məhsulun payının aşağı düşməsinə gətirib çıxarır. Buna səbəb isə sənayenin nisbətən böyük h
əcmdə olmasıdır. Digər tərəfdən bu sahədə struktur mür
əkkəbdir, texnika müasir tələblərə cavab vermir və bütöv- lükd
ə səmərəli deyil. Emal sənayesinin bu cür zəif inkişafı öl- k ənin digər istehsal sahələrinə də mənfi təsir göstərir. Bunu Az ərbaycan timsalında təhlil etsək onda təbii olaraq belə bir su- al meydana çıxar: Azərbaycanda sənaye sahələrinə investisiya qoyuluşu nə üçün zəifdir? Nə üçün iri müəssisələrin özəlləşdi- rilm əsi prosesi ləng gedir? Cavab isə aydındır, ona görə ki, in- vestorların sənayeyə qoyduqları hər bir manatdan əldə etdikləri g əlir neft sektoruna və ticarətə qoyulan hər bir manatın gəli- rind ən azdır. İnvestorlar heç bir zaman az gəlir gətirən səna- ye mü əssisələrinə vəsait qoymaqda maraqlı deyillər. Çünki investorları ölkənin iqtisadiyyatının inkişafından çox, özl ərinin şəxsi gəlirləri maraqlandırır. Tarixən də belə olub, kapitalist öz kapitalını daha tez gəlir gətirən sahələrə qo- yub. Bu is ə müasir dövrdə enerji daşıyıcıları, xüsusən də ti- car ət sahələridir. Bu, sahibkarların tarixən xarakterik xü- susiyy ətidir. Neft və ticarət sahələri elədir ki, az bir müd- d ətdə qoyulan vəsaiti çıxarmaq imkanına malikdir. Ekspertl
ərin rəyinə görə Azərbaycanda neft ehtiyatlarının perspektivl əri daha böyükdür. Əgər yeni yataqların istismarı n əzərdə tutulmazsa belə, hər il təxminən 40 milyon ton neft çı- xar maq imkanı var. Bu isə 100 il neftlə təminat deməkdir. Pulun diktaturası
338 Az ərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln kubmetr- dir.Vaxtil ə, akademik Azad Mirzəcanzadə müsahibələrinin birin- d ə yazırdı: «Xruşşov dövründə Azərbaycan neftini ümumiyyətlə «bağlamaq» istəyirdilər. Guya ki, çıxarmaq səmərəsizdir. Sonra balaca bir detal aydınlaşdı: burada elə yüksək keyfiyyətli yağlar var ki, SSRİ-də heç bir başqa neft vermir. Neftimizi indi də, ümumiyy
ətlə, yaxın gələcəkdə də «bağlamaq» müyəssər olma- yacaq. Onun h əmişə dünya bazarında layiqli yeri olacaq. Özü də t əkcə yüksək keyfiyyətinə görə yox, həm də Azərbaycanın çox əlverişli geopolitik vəziyyətini nəzərə almaq lazımdır» 1 . Neft istehsal ed ən ölkələrdə yataqların kəşfi ilə əlaqədar olaraq bonus da əldə edirlər. Bonus-perspektiv sahənin aşkar edilm əsinə və yataqda kəşfiyyat aparılmasına xərclənən vəsait- l ərin dövlətə kompensasiya olan birdəfəlik ödənişidir. Bonusla- rın ölçüsü faydalı qazıntıların kəşf edilmiş ehtiyatlarının dəyəri il ə və həmin yataqların sahələrinə olan tələblə müəyyən edilir 2 .
ədə təkcə neftin zəngin olması, çıxarılması əsas şərt olsa da, onun səmərəli formada reallaşdırılması iqtisa- diyyatda mühüm əhəmiyyətə malikdir. Daha çox gəlir əldə etm ək üçün hansı sərfəli infrastrukturdan istifadə edilməsi
1 Bax: «Az ərbaycan» qəzeti. 31 oktyabr 1999-cu il. 2 Bax: А.В.Корнеев, В.И.Соколов. Современное состояние добывающих отраслей и энергетики США. «США Канада: - Экономика. Политика. Культура». Журнал. 2007. № 12, с. 25. Qeyd: Bonus – kontrakt sah əsindən istifadə hüququna malik olmaq üçün veril ən haqq deməkdir. Beynəlxalq təcrübədə mineral resursların hasilatında t ətbiq edilən ödəmələr, məsələn, royaltı, vergilər, icarə haqqı və s. arasında bonuslar xüsusi yer tutur. Bonuslar mükafat xarakterli bird əfəlik ödənişlər ol- maqla, dövl ətin gəlirlərinin cüzi bir hissəsini təşkil edir. Buna görə də ona mü- qavil ədə dövlət gəlirlərinin artırılmasına yönəldilmiş əlavə müddəa kimi ba- xılır. Bonuslar bir və ya bir neçə mərhələdə ödənilə bilər. Adətən belə müka- fatlar müqavil ələr imzalananda, kəşfiyyat mərhələsi başa çatdıqda, ilkin hasi- lat baş tutduqda ödənilir. (Bax: Z.S.Abdullayev, G.Z.Yüzbaşova. Qısa izahlı terminl ər. Bakı.: «Nurlan» . 2007, s. 53). |
ma'muriyatiga murojaat qiling