AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet32/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

Pulun  

diktaturası 

 

 



312 

Bel


ə  ki, «Holland sindromu» ilə  «Afrika sindromu»nu 

müqayis


ə  etməli olsaq görərik  ki,  bunlar  arasında  ümumi  və 

f

ərqli cəhətlər mövcuddur. Hər iki sindromu müəyyən əlamətlə-



rin

ə görə təyin edib bir-birindən fərqləndirmək olar. «Holland 

sin

dromu» zamanı: 



1.

 

ölk



ənin valyutası möhkəmlənir; 

2.

 



ölk

ə iqtisadiyyatı xarici ölkələrdən asılı vəziyyətə düşür; 

3.

 

ölk



əyə  həm daxili, həm də  xarici sahibkarlar tərəfindən 

investisiya qoy

uluşu azalır; 

4.

 



idxal olunan m

əhsullar çoxluq təşkil edir; 

5.

 

ixrac edil



ən məhsulların növləri azalır; 

6.

 



bütövlükd

ə istehsal prosesi pozulur; 

7.

 

xammal ixracı çoxalır; 



8.

 

rüşvət və korrupsiya güclənir. 



«Afrika sindromu»nda is

ə: 


1.

 

ölk



ədə inhisarçılıq artır; 

2.

 



ölk

ə  daxilində  iqtisadi sahələrin yenidən  bölüşdürülməsi 

uğrunda mübarizə güclənir; 

3.

 



ölk

ədə korrupsiya və rüşvət geniş vüsət alır; 

4.

 

ölk



əyə  həm daxildən, həm də  xaricdən gələn gəlirlər az 

bir qrupun 

əlində cəmləşir; 

5.

 



ölk

ədə iki qütb yaranır: həddən artıq varlılar və yoxsullar; 

6.

 

g



əlirlərin  bölgüsü  zamanı  dövlətlə  sahibkarlar  arasında 

d

ərin fərqlər meydana çıxır; 



7.

 

dövl



ət hüquq-mühafizə  orqanlarına  geniş  səlahiyyətlər 

verir v


ə onlara çəkilən xərclər çoxaldılır. 

Q.Fetisov  Rusiyada  «Holland  sindromu»  prosesini  şərh 

ed

ərkən göstərməyə çalışır ki, həqiqətənmi Rusiya bu xəstəliyə 



tu

tulmuşdur, ölkə iqtisadiyyatı üçün bu xəstəlik nə qədər təhlü-

k

əlidir və onu necə müalicə etmək olar? İqtisadi ədəbiyyatda bu 



m

əsələlərə  dair yekdil fikir yoxdur. Onda nəyə  görə  «Holland 

sindromu» bu q

ədər neqativ hadisədir? 

Birincisi, renta g

əlirlərinin götürülməsi və yenidən bölgüsü 

ç

ətin problem yaradır. 



Pulun  

diktaturası 

 

 



313 

İkincisi, hətta dövlət tərəfindən təbii rentanın tam götürül-

m

əsi və  vətəndaşlar  arasında  onun  ədalətli  bölgüsü  zamanı  da 



m

əhsulların  tələb və  təklifinin regional qeyri-tarazlığının  prob-

leml

əri meydana çıxa bilər. 



Üçüncüsü, «Holland sindromu»nun mühüm aspekti onun 

bir sıra hallarda müvəqqəti xarakterdə olmasıdır. 

Dördüncüsü, xammal 

əmtəələri  bazarları  üçün qiymətlə-

rin xüsusi qeyri-sabitliyi xarakterikdir. 

Beşincisi,  hətta  əgər  xammalın  qiymətinin qeyri-sabitli-

yind

ən uzaqlaşsaq belə, onda sual yaranır: təbii rentanı mənim-



s

əyərək  xammalı  hasil  etmək və  ixrac etmək  imkanının  möv-

cud

luğu, ümumiyyətlə, Rusiya üçün nemətdirmi?



1

 

Göründüyü kimi, Q.Fetisov problemi iqtisadiyyatın bütün 



sah

ələrinə  təsirini  şərh etməyə  çalışır.  O,  Rusiya  timsalında 

«Holland sindromu»nun 

əlamətlərinin nüfuz dairəsini daha da 

d

ərinləşdirməyə çalışır və bundan çıxış yollarını sanki təhlil edir. 



Dünyada t

əbii ehtiyatlardan səmərəli istifadə  edib, sabit 

iqti

sadiyyat qurub inkişaf etmiş ölkələr də var. Belə ölkələr iq-



ti

sadiyyatlarını  təkcə  özlərində  olan sərvətlər üzərində  forma-

laşdırmayıblar. İqtisadiyyatın digər sahələrini də paralel surətdə 

inkişaf etdirmiş ölkələr də mövcuddur. Bunlardan ABŞ, Kana-

da,  Norveç,  Avstraliya  kimi  sivilizasiyanın  yüksək zirvəsinə 

çat


mış ölkələri göstərmək olar. Təbii ehtiyatlarla zəngin olan bu 

ölk


ələrdə, gəlirlərdən istifadə  taktikası  müxtəlifdir. Norveç və 

Al

yaskada  (ABŞ)  qeyri-neft sektoru problemi mövcud deyil. 



Dem

əli, bu ölkələrdə  «Holland sindromu» problemi yoxdur. 

Lakin müt

əxəssislərin göstərdiyinə  görə  Norveçdə  «qocalma 

sindromu» qorxusu var. Bu ölk

ədə təbii sərvətlərlə bağlı nəinki 

problem, h

ətta narahatçılıq belə yoxdur. Onları düşündürən gə-

l

əcək nəsilləri ehtiyatlarla problemsiz təmin etməkdir. 



                                                 

1

 Ба х : 



Г.Фетисов. «Голландская болезнь» в России: макроэкономичес-

кие и структурные аспекты. «Вопросы экономики». 2006. № 12,  с. 38. 



Pulun  

diktaturası 

 

 



314 

T

əbii ehtiyatlardan səmərəli istifadə  etməyən, öz iqtisa-



diy

yatlarında münasib islahatlar həyata keçirə bilməyən, qeyri-

neft sektorunu l

əng inkişaf etdirən ölkə Nigeriya, Anqola, Yeni 

Qvineya, Trinidad 

– Tabaqo kimi ölk

ələrin həyat tərzini qəbul 

etm


əlidir. 

«Holland  sindromu»nun  baş  verdiyi  ölkələrdə  bir  sıra 

c

əhətlər və eybəcərliklər özünü göstərməyə bilməz. Lakin bəzi 



ölk

ələr bunu həm siyasi, həm də  iqtisadi alətlərlə  müvəqqəti 

olaraq l

əngidə və ya pərdələyə bilirlər. Bu isə uzun sürən proses 

ola bilm

əz. 


İqtisadiyyata  dərin  nüfuz  etmiş  olsaq,  görərik ki, 

«Holland  sindromu»nun  baş  verdiyi  ölkələrdə  aşağıdakı 

xüsusiyy

ətlər özünü tam qabarıq şəkildə göstərir: 

1.

 

Demokratiyanın bütün prinsipləri pozulur. 



2.

 

Ölk



ənin istər siyasi və istərsə də iqtisadi idarə edilməsin-

d

ə xaos yaranır. 



3.

 

T



əbii ehtiyatlardan gələn gəlirlərin şəffaflığı təmin edilmir. 

4.

 



G

əlirlərin bölgüsünə və səmərəli istifadəsinə nəzarət me-

xa

nizmi iflasa uğrayır. 



5.

 

Ölk



ənin bütün iqtisadiyyatını korrupsiya və rüşvət bürüyür. 

6.

 



Ölk

ə əhalisi arasında qeyri-bərabər gəlir bölgüsü nəticə-

sind

ə qütbləşmə yaranır. 



7.

 

Yoxsulluğun səviyyəsi daim yüksəlir. 



8.

 

İşsizlik günü-gündən artır. 



9.

 

Ölk



ədə  təbii ehtiyatlardan kənar qeyri-sahələrin məhsul-

la

rının istehsalı azalmaqla ixracı tamamilə dayanır. 



B

əzi tədqiqatçıların fikrinə görə, «Holland sindromu» şə-

raitind

ə neft-qaz sektoru ilə qeyri-ixrac məhsulları sektoru (pə-



rak

əndə ticarət, xidmət və tikinti istisna olmaqla) inkişaf etdiyi 

halda 

ənənəvi ixracyönümlü qeyri-neft sahələr yalnız daxili ba-



za

ra  işləyir. Xüsusilə  də, kənd təsərrüfatı  və  emal sahələrinin 

ümumi daxili m

əhsulda mövqeyini zəiflədir. 

B

əzi ölkələrdə  sindrom  bu  formada  artıq  müşahidə  olu-



nub. İqtisadçılar belə bir ümumi nəticəyə gəliblər ki, neft sekto-

Pulun  

diktaturası 

 

 



315 

runda baş verən qiymət artımı iqtisadiyyatın digər sahələrində 

d

ə bahalaşmaya gətirib çıxarır. Bu təzahürün özü «Holland xəs-



t

əliyi» kimi tanınır və qəbul edilir. 

«Holland sindromu»na tutulan ölk

ələrdən biri də Nigeriya-

dır.

1

 Afrika ölk



ələri içərisində neft hasilatına görə Nigeriya 3-cü, 

dünyada is

ə 13-cü yeri tutur. Nigeriya Afrikada yeganə ölkədir 

ki, OPEK-in üzvüdür. 

1953-1958-ci ill

ərdə Nigeriyanın ixracı bütünlüklə kənd tə-

s

ərrüfatı  məhsulları  üzərində  qurulmuşdur,  xüsusilə  də, kakao, 



ara

xis, kauçuk istehsalı geniş yayılmışdı. Qurğuşun, odun, gön-də-

ri d

ə o zaman əsas ixrac məhsullarından idi. 1958-ci ildən başla-



yaraq ölk

ədə neft istehsal edilməyə başladı. Az bir vaxtda neft öl-

k

əyə külli miqdarda valyuta gətirdi. Neftdən gələn gəlir elə yük-



s

ək səviyyəyə  qalxmışdır  ki,  digər sahələrin  inkişafı  sanki  diq-

q

ətdən kənarda qalmışdır. Nigeriya, hətta ənənəvi məhsulları olan 



pambıq araxis və palma yağı ilə özünü təmin edə bilmirdi. Sanki, 

bu ölk


ədə kənd təsərrüfatı istehsalı heç zaman olmamışdır. 

1971-ci ild

ə  Nigeriya da OPEK

2

-



ə  daxil oldu. Elə  o za-

man


dan başlayaraq özünün ənənəvi məhsulları olan palma yağı, 

pam


bıq araxislə özünü təmin edə bilmədi. 

                                                 

1

 Qeyd: Nigeriyada neft bir növ «yeni» sah



ə olduğuna görə Azərbaycanla heç 

cür müqayis

ə edilə bilməz. 

2

 Qeyd: OPEK 



– ingilisc

ə tərcümədən Neft İxrac Edən Ölkələr Birliyi demək-

dir. OPEK n

əhəng neft istehsalçısı olan ölkələrin iqtisadi birliyidir. Bu quruma 

üzv olan ölk

ələr aşağıdakılardır: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmir-

likl

əri  (BƏƏ),  İran,  Qətər, Küveyt, Qabon, Əlcəzair, Venesuela, Ekvador, 



İndoneziya, Liviya, Nigeriya, İraq. Dünyanın neft hasilatının təxminən 50%-i, 

neftin ixracının 80%-i bu ölkələrin payına düşür. (Bax: Воронин В.П., Кан-

дакова Г.В., Подмалодина  И.М. Мировое хозяйство и экономика стран 

мира:  учеб.пособие  /  Под  ред.  В.П.Воронина  –  М.,  Финансы  и  статис-

тика, 2008, с. 175). 

OPEK-


ə daxil olan ölkələr birlikdə daimi olaraq istehsal həcmini tənzimlə-

m

əklə dünya neftinin qiymətlərinin ifrat dərəcədə enməsinin qarşısını almaqla, 



öz üzvl

ərinin gəlir səviyyəsini qorumaqla məşğuldur. Qurum həmişə çalışır ki, 

neftin qiym

əti ifrat dərəcədə  artmasın.  Ona  görə  ki, neftin qiyməti həddən 

artıq yüksələrsə, OPEK-in nəzarətində olmayan neft yataqları inkişaf edə bi-


Pulun  

diktaturası 

 

 



316 

Nigeriya dövl

ətinin  tarixinə  nəzər yetirsək görərik ki, 

1958-ci ild

ən başlayaraq ölkədə neft hasilatı sürətlə artmağa baş-

la

yıb.  Son  dövrlərdə  Nigeriyanın  neft  ixracı  hər il 150 milyon 



tondan çox artır. Buna baxmayaraq Nigeriya dünyanın ən yoxsul 

v

ə korrupsiyaya uğramış ölkələrindən biridir. 



Nigeriyada «Holland sindromu»na s

əbəb  Amerikanın  re-

gion

da İsraili dəstəkləməsinə etiraz əlaməti olaraq 1973-cü ilin 



20 oktyabrında neft ixrac edən ərəb ölkələrinin ABŞ-ın xammal-

la t


əchiz edilməsinə embarqo qoyması idi. Göründüyü kimi, bu-

rada Nigeriya hökum

ətinin günahı yox idi. Bu, daxili deyil, xari-

ci amilin t

əsiri idi. Bunu obyektiv amil kimi qiymətləndirmək 

                                                                                                        

l

ər. Hətta neftlə bağlı olmayan energetika sahələri də yeni enerji mənbələri ya-



rada bil

ərlər.  


Əslində OPEK-nın yaradılmasında əsas məqsəd bu quruma daxil olan öl-

k

ələrin  iqtisadi  inkişafını  daimi  olaraq  artırmaq  və  beynəlxalq inhisardan 



qoru

maq olmuşdur. OPEK-in üzvü olan ölkələr hər il 270-280 mlrd dollar-

dan çox qazanc 

əldə edirlər. 

OPEK 1960-

cı ildə yaranmışdır. 1973-cü ildə neft böhranı yaratmaqla da-

ha da m

əşhurlaşdı. Bəzən OPEK-in fəaliyyətinə bu təşkilata daxil olmayan 



ölk

ələrlə  –  Meksika, Rusiya, Oman və  Norveçlə  əməkdaşlıq,  kömək  edir. 

ABŞ-ın strateji maraqlarına OPEK-in neft hasilatı və qiymətləri üzərində nə-

zar


ətini azaltmaq və zəiflətmək daxildir. Bu, yeni neft yataqlarının, o cüm-

l

ədən də Xəzərdəki və Afrika ölkələrindəki neft ehtiyatlarının istismar edil-



m

əsi üçün əsas stimuldur. 

Konkret m

əhsul üzrə olmasa da Avropa ölkələri arasında da belə bir qu-

rum yaradılıb. Bu, Şengenə daxil olan ölkələrdir. Şengen sözü Lüksemburq-

da kiçik bir şəhərin adından götürülüb və məhz bu şəhərdə 1985-ci ilin iyun 

ayında 5 Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə 

son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkələr də bu sazişə 

qo

şulublar. Hazırda 27 Şengen ölkəsi var: Almaniya, Avstriya, Belçika, Çe-



xi

ya  Respublikası,  Danimarka,  Estoniya,  Finlandiya,  Fransa,  İslandiya,  İs-

veç,  İtaliya,  Latviya,  Litva,  Lüksemburq,  Macarıstan,  Malta,  Niderland, 

Nor


veç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, Lixtenşteyn, 

İsveçrə, Bolqarıstan, Rumıniya. İslandiya və Norveç istisna olmaqla bütün 

ölk

ələr Avropa Birliyinin üzvləridir. 



Avropa Birliyin

ə  daxil olan 5 ölkə  –  Birləşmiş  Krallıq,  İrlandiya, Kipr  

Şengenin zonasına daxil deyillər. 


Pulun  

diktaturası 

 

 



317 

olar. O zaman neftin bir barelinin qiym

əti 40 dollara qədər yük-

s

əlmişdir.  Bundan  təkcə  Nigeriya deyil bütün  neft ixrac edən 



ölk

ələr ziyan çəkmişdir. Nigeriya isə iqtisadi tənəzzülə görə ta-

rix

ə  düşmüşdür.  Həmin illərdə  Nigeriyanın  dövlət büdcəsinin 



60 faizini neftd

ən gələn gəlir təşkil edirdi və ölkənin ixracının 

85 faizi d

ə  neft  idi.  Nigeriyanın  «Holland  sindromu»na  tutul-

ma

sında  subyektiv  səbəb isə  ölkədə  iqtisadiyyatın  idarə  olun-



ma

sına birtərəfli yanaşma idi.  

Nigeriya tarix

ən kənd təsərrüfatı  məhsulları  istehsal  et-

mişdir. İxracını da məhz kənd təsərrüfatı məhsulları təşkil edir-

di. Lakin bird

ən-birə Nigeriya kənd təsərrüfatı məhsullarını id-

xal ed


ən ölkəyə çevrildi. Ölkədə kənd təsərrüfatı məhsullarının 

isteh


salı o dərəcədə azalmışdır ki, qiymətləri tənzim etmək, nə-

zar


ət etmək mümkün deyildi. Qiymətlər əhalinin pul gəlirlərinə 

uy

ğun deyildir, olduqca yüksək idi.  



1974-1975-ci ill

ərdə dünyada neftin qiyməti kəskin surət-

d

ə  aşağı  düşməyə  başladı



1

.  Nigeriya  iqtisadiyyatı  bundan  da 

böyük ziyan ç

əkmişdi. Bu, ölkənin ixracdan əldə etdiyi gəlirlə-

rin azalmasına səbəb oldu. Ölkə iqtisadiyyatında sabitlik yarat-

maq, 


əhalinin maddi tələbatını minimum səviyyədə də olsa tə-

min etm


ək üçün Nigeriya hökuməti 1978-ci ildə  beynəlxalq 

maliyy


ə  bazarlarından  borc  götürməyə  məcbur oldu. Bu isə  o 

dem


ək idi ki, artıq Nigeriya dövləti beynəlxalq maliyyə qurum-

la

rından asılı vəziyyətə düşmüşdü. 



B

əzi ədəbiyyatlarda bu gün Nigeriyanı idarə olunma ba-

xımından  bir  dövlət  kimi  saymırlar.  Burada  vahid  idarəetmə 

sistemi ortadan götürülüb, idar

əetməni bir neçə mafioz qüvvə, 

giz


li iqtisadiyyatın nümayəndələri həyata keçirir. Belə dövlətlər 

C

ənubi Amerikada və digər qitə ölkələrində də mövcuddur. 



                                                 

1

  Qeyd: Görünür bunun s



əbəbi 1973-cü ildə  heç  bir  neft  çatışmazlığının 

olmamasıdır.  Həmin ilin sonunda isə  1 barel neftin qiyməti qəflətən 5,20 

dollardan 11,65 dollara qalxmışdır. (Bах: Эрик Лорaн. Нефть: ложь, тайны, 

махинации / Эрик Лорaн; пер. с фр. Татьяна Ждановой – М.: СТОЛИЦА 

 

ПРИНТ, 2007, с. 15, 17). 



Pulun  

diktaturası 

 

 



318 

2006-


cı ildə Nigeriyanın xarici borcu 35,9 milyard dollar 

ol

muşdur



1

. Bu ölk


ənin ÜDM-nun 50,4 faizi demək idi. 2010-cu 

ild


ə Nigeriyanın daxili və xarici borcu 29 milyard dollar olmuş-

dur


.  Ayrıca  götürdükdə  xarici borcu 2012-ci ilin sonunda 

10.100 milyard dollara enmişdir.   

BVF-nin göst

əricilərinə görə Nigeriya neft hasil etdiyi 40 

il 

ərzində 250 mlrd dollar vəsait əldə edib. Ancaq buna baxma-



yaraq Nigeriyada gün

ə 1 dollardan az məbləğə yaşayanların sa-

yı 27 faizdən 66 faizə qədər artıb. 

Ölk

ə  ixracatında  neftin  xüsusi  çəkisinin  çox  olmasını 

bütün hallarda m

ənfi qiymətləndirmək iqtisadi cəhətdən 

düz deyil. İqtisadçılar o zaman bunu birtərəfli inkişaf kimi 

t

ənqid edirlər ki, ölkədə idarəçilik aparatı zəifdir. Əgər ölkə 

r

əhbərliyi düzgün mövqe tutub iqtisadiyyatın digər sahələ-

                                                 

1

 Qeyd: Ölk



ənin xarici borcunun olması əslində qorxulu amil deyil. Dünyanın 

ən inkişaf etmiş ölkələrində xarici borc var və bu iqtisadiyyatda adi hal sayılır. 

Əgər həmin ölkələr sonrakı, perspektiv inkişaflarında, iqtisadi strukturlarında 

islahatlar h

əyata keçirməsələr mənfi  hallarla  rastlaşacaqlar.  Məsələn, xarici 

borcu olan ölk

ələrdən bir neçəsini göstərmək  olar:  ABŞ-ın  -16.749 trilyon 

dollar  (21  oktyabr  2013);  Böyük  Britaniyanın  –  10.090 trilyon dollar (31 

dekabr 2012); Fransanın – 5.165 – trilyon dollar (30 iyun 2011); Almaniyanın 

– 5.719 trilyon dollar (30 iyun 2011); Y

aponiyanın – 3.024 trilyon dollar (31 

dekabr 2012); İtaliyanın – 2.460 trilyon dollar (30 iyun 2011); İspaniyanın – 

2.290  trilyon  dollar  (11  aprel  2013);  İrlandiyanın  –  2.163 trilyon dollar (30 

dekabr  2012);  Avstraliyanın  –  1.466 trilyon dollar (31 dekabr 2012); 

İsveçrənin – 1.563 trilyon dollar (31 dekabr 2012); Kanadanın – 1.326 trilyon 

dollar (31 dekabr 2012); İsveçin – 1.034 trilyon dollar (31 dekabr 2012); Çinin 

– 

771.7 milyard dollar (31 dekabr 2012); Rusiyanın – 631.8 milyard dollar (31 



dekabr 2012); 

Danimarkanın  –  626.9 milyard dollar (30 iyun 2011); 

Yunanıstanın  –  583.3 milyard dollar (30 iyun 2011); Türkiyənin  –  331.4 

milyard  dollar  (31  dekabr  2012);  Ukraynanın  –  135.0 milyard dollar (31 

dekabr  2012);  Qazaxıstanın  –  105.5 milyard dollar (31 dekabr 2012); 

Malayziyanın  –  95.5 milyard dollar (31 dekabr 2012); Sinqapurun –  1.174 

trilyon dollar (31 dekabr 2012); Az

ərbaycanın  –  4.042 milyard dollar (31 

dekabr  2012);  Gürcüstanın  –  8.200 milyard dollar (31 dekabr 2012); 

Erm


ənistanın – 6.435 milyard dollar (31 dekabr 2012) olmuşdur. (Bax: ABŞ-

ın Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatları). 



Pulun  

diktaturası 

 

 



319 

rini  tarazlı  şəkildə  inkişaf  etdirə  bilərsə  təbii ehtiyatların 

h

ər hansı birinin ixracından əldə edilən gəlir kifayətdir. La-

kin, ist

ər elmi, istərsə də praktiki cəhətdən bunun özü mü-

v

əqqəti hal kimi qiymətləndirilməlidir. Digər bir tərəfdən 

h

əmin təbii ehtiyatların ixracı zamanı gələcək nəsillərin bu 

s

ərvətlərə ehtiyacını nəzərə almaq lazımdır. İsrafçılıqla bu-

nu h

əyata keçirmək olmaz. 

1950-ci ill

ərdə Avstraliya zəif inkişaf etmiş ölkə idi. Yük-

s

ək surətdə inkişaf edən və eyni zamanda, təbii ehtiyatlar cəhət-



d

ən kasıb, lakin intellektual səviyyəsi yüksək olan Yaponiyaya 

nefti, bütün dig

ər  mineralları  –  dəmir filizi, kömür, boksit, 

fosfor,  pambıq  və  buğdanı  Avstraliya  satırdı.  Bu  məhsulların 

satışından  əldə  edilən gəlir sonralar yeyinti, turizm və  maşın-

qayırma  sahələrinin  inkişafına  yönəldi və  Avstraliya tədricən 

inkişaf  etmiş  ölkəyə  çevrildi.  Hazırda  isə  Avstraliyanın  ixra-

cının yalnız 42 faizini mineral xammal təşkil edir. Emal məh-

sul


ları ixracın 35 faizini təşkil edir. 

Dünya ölk

ələrinin təcrübəsi göstərir ki, «Holland sindro-

mu» yalnız hasilat sənayesində baş vermir. Kolumbiya «Holland 

sindromu»na q

əhvə istehsalına görə yoluxub. Fil Sümüyü Sahil-

l

əri kofe, kakao və ağac materialları istehsalı ilə Zambiya və Zair 



is

ə filiz istehsalı ilə bağlı olmuşdur. Bu ölkələrin neftlə heç bir 

əlaqəsi yoxdur. 

Q

əhvə istehsalına və ixracına görə Braziliyadan sonra dün-



yada ikinci yeri Kolumbiya tutur. Dünya  ölk

ələrinə  nə  qədər 

q

əhvə ixrac olunursa, onun 50%-i bu iki ölkənin payına düşür. 



Statistika göst

ərir  ki,  dünya  bazarında  alqı-satqı  əməliy-

ya

tına görə neftdən sonra qəhvə ikinci yerdədir. Kolumbiyanın 



tarixin

ə nəzər salsaq görərik ki, XVI-XVII əsrlərdə İspaniyanın 

müst

əmləkəsi olub. 1886-cı ildə qəbul olunmuş yeni konstitusi-



yaya 

əsasən ölkə  mərkəzləşdirilmiş  dövlətə  çevrilmiş  və  Ko-

lum

biya  adlanmışdır.  O  dövrlərdə  Kolumbiya  iqtisadiyyatında  



əsas  yeri  faydalı  qazıntıların  hasilatı  tuturdu.  1916-1918-ci il-

l

ərdə zəngin neft yataqları tapılmışdır. Kolumbiyada banan, şə-



Pulun  

diktaturası 

 

 



320 

k

ər qamışı, pambıq, tütün, kakao, qarğıdalı, buğda, çəltik də ye-



tişdirilir. Heyvandarlıq məhsulları da kifayət qədər əhəmiyyətli 

sah


ələrdən  biri  olmuşdur.  Lakin  sonralar  Kolumbiyada qəhvə 

istehsalı həm hasilat sənayesini, həm də digər kənd təsərrüfatı 

sah

ələrini sıxışdırıb aradan çıxarmışdı. 



Kolumbiyaya q

əhvə 1732-ci ildə braziliyalılar tərəfindən 

g

ətirilmişdi.  XIX  əsrin  ortalarından  başlayaraq  Kolumbiyada 



q

əhvə istehsalı geniş yayılmağa başladı. İlk dövrlər qəhvəni öl-

k

ə daxilində satmaq üçün istehsal edirdilər, sonralar 1835-ci il-



d

ən başlayaraq ixrac etməyə başladılar. 

XX 

əsrdən başlayaraq Kolumbiyada qəhvə istehsalı göz-



l

ənilmədən yüksəlməyə başladı. Buna səbəb Braziliyada quraq-

lığın, dünyaya qəhvə istehsalına görə seçilən Qvatemalada isə 

z

əlzələnin baş verməsi oldu.  



Kolumbiyanın  dünyadakı  bu  ciddi  rəqiblərinin istehsalı-

nın təbii fəlakətlər nəticəsində birdən-birə azalması dünya baza-

rında qəhvə qıtlığına gətirib çıxarmışdır. Təbii ki, bütün bunla-

rın nəticəsində dünyada qəhvənin qiyməti qalxmışdır. Beləliklə, 

Kolumbiya q

əhvəsinə tələbat istər-istəməz artmışdır. 

«Holland sindromu»nun 

əlamətlərindən biri də tədavüldə 

əlavə pul ehtiyatlarının əmələ gəlməsidir. Belə olan halda ölkə 

iq

tisadiyyatında  maliyyə  tarazlığı  pozulur.  Təbii ehtiyatlardan 



iri h

əcmdə valyutanın axması ölkə daxilindəki müxtəlif müəssi-

s

ələr  arasında  rəqabət  yaradır.  Bəzi müəssisələr rəqabətə  döz-



m

əyərək sıradan çıxır. İşsizlik yaranır, istər-istəməz işçilər ara-

sında narazılıq əmələ gəlir. Ölkədə təbii ehtiyatlar istehsal edən 

sah


ələrə meyil artır, işçilərin bu istiqamətə axını güclənir, peşə, 

ixtisas d

əyişikliyi baş verir. İnvestorların bu sahələrə maraqları 

gücl


ənir. Belə halların baş verməsi nəticəsində ölkə iqtisadiyya-

tının başqa sahələrində durğunluq yaranır, məhsul çatışmazlığı 

baş verir və digər sahələrin ixtisaslı kadrları işsizlikdən əziyyət 

ç

əkirlər. Bütün əhali ölkədəki təbii ehtiyat istehsalçılarından 



asılı vəziyyətə düşür. 


Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling