Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"


Download 18.1 Mb.
Pdf ko'rish
bet82/119
Sana31.12.2017
Hajmi18.1 Mb.
#23506
TuriDərslik
1   ...   78   79   80   81   82   83   84   85   ...   119

Шякил 

(x

 

579



bölünməsini, toqquşan nüvələrin kinetik enerjisi klassik fizika baxımından bu nüvələr 

arasında kulon potensial çəpərini aşmaq üçün kifayət etmədikdə  də baş verən nüvə 

reaksiyalarını və s. göstərmək olar. Bu hadisələr isə nüvə fizikasında öyrənilir. 

 

 



Ё92. Elektronların metaldan soyuq emissiyası. 

Kontakt potensiallar fərqi 

 

Tunel effektinin nəzəriyyəsi metalların elektron nəzəriyyəsində  və nüvə fizikasında 

mühüm tətbiqlərə malikdir. Belə ki, bu nəzəriyyənin köməyi ilə klassik fizikada izah 

edilməsi mümkün olmayan bir sıra hadisələr rahat başa düşülür. Belə hadisələrə misal 

olaraq birinci növbədə soyuq elektron emissiyasını, yəni elektrik sahəsinin təsiri altında 

elektronların metaldan qopmasını  və iki metal arasında kontakt potensiallar fərqinin 

yaranmasını göstərmək olar. 

Metalların yüksək elektrik keçiriciliyinə malik olması onu göstərir ki, elektronlar 

metalın kristal qəfəsinin daxilində nisbətən sərbəst hərəkət edə bilirlər. Lakin onların 

metaldan xaricə, yəni vakuuma çıxması çıxış işi adlanan enerjinin sərf olunmasını tələb 

edir. Bu isə belə bir fikir söyləməyə  səbəb olur ki, metala potensial çuxurun daxilində 

hərəkət edən elektron qazı kimi sadə bir modeli tətbiq etmək olar; bu potensial çuxurun, 

yəni metalın daxilində potensial enerji sıfra bərabərdir (u=0) və metaldan xaricdə, yəni 

vakuumda isə potensial enerji sabit müsbət  ədəddir (u>0). Bu, o deməkdir ki, metal 

daxilində elektron 92.1 şəklində göstərilmiş "potensial əyrisi" ilə  təsvir olunan sahədə 

hərəkət edir. Potensial enerjini isə  aşağıdakı kimi də  təyin etmək olar: OABC potensial 

çuxurundan kənarda (vakuumda) potensial enerji sıfra, potensial çuxurun daxilində isə – 

u-ya bərabərdir. 

l

M

O



C

N

B



A

U

0



x

E

T



Вакуум

U



U

U



0

Метал


Вакуум

Шякил 

Шякил 

Potensial enerji üçün sıfrıncı  səviyyənin seçilməsi ixtiyari olduğundan, potensial 

enerjinin sıfra bərabər olduğu səviyyəni elə götürək ki, metalın daxilində sükunətdə olan 

elektronun potensial enerjisi müsbət işarəli u'' olsun (şəkil 92.2). Onda metaldan kənarda 

(vakuumda) sükunətdə olan elektronun da potensial enerjisi u' müsbət olar və  u

0

=u'-u'' 



fərqi isə elektronun yerləşdiyi potensial çuxurun dərinliyinə  bərabərdir.  Əgər elektron 

metal daxilində sükunətdə olmayıb, hərəkət edərsə, onda onun E tam enerjisi u''-dən 

böyük olar. Onda E-u''=T elektronun kinetik enerjisinə bərabərdir. 

 

580 



Məlumdur ki, potensial çuxurda yerləşən elektronun enerjisi yalnız diskret sıra əmələ 

gətirən qiymətlər ala bilər (ЁЁ87-89). Sonlu ölçüyə malik olan metal parçası üçün bu 

enerji səviyyələri arasındakı məsafə çox kiçik olur. Lakin bu səviyyələrin mövcud olması 

təbiətin vacib qanunlarından biri olan Pauli prinsipindən də tam müəyyən  şəkildə 

görünür. Məsələ burasındadır ki, elementar zərrəciklər (elektronlar, protonlar, neytronlar 

və s.) spin adlanan məxsusi impuls momentinə və buna müvafiq olaraq məxsusi maqnit 

momentinə malikdirlər və özü də kütlə  və elektrik yükü kimi spin də onların 

özünəməxsus daxili xassəsidir. Elektronun spininin mühüm xüsusiyyəti ondan ibarətdir 

ki, bu spin vektoru seçilmiş istiqamətdə, xüsusi halda digər elektronun spin vektoruna 

nisbətən yalnız iki cür, yəni paralel və ya antiparalel yönələ bilər. Elektronun spini 

haqqında gələcəkdə  ətraflı  bəhs edəcəyik. Burada isə  hələlik onu qeyd edək ki, Pauli 

prinsipinə görə metalda hər bir enerji səviyyəsində spinləri antiparalel olan iki elektron 

yerləşə bilər. Fərz edək ki, başlanğıcda yalnız müsbət ionlardan təşkil olunmuş  qəfəs 

vardır və mütləq sıfra bərabər olan temperaturda bu qəfəsə elektronlar ardıcıl olaraq bir-

bir daxil edilir. Onda ilk iki elektron ən aşağı enerji səviyyəsində yerləşəcəkdir və üçüncü 

elektron bu səviyyədə yerləşə bilmədiyi üçün növbəti daha yüksək səviyyədə yerləşməli 

olur, yəni o, yalnız potensial enerjiyə deyil, həm də çox kiçik kinetik enerjiyə malikdir. 

Metalda sərbəst elektronların sayı çox böyük olduğundan (məsələn, 1 mol birvalentli 

metalda, məsələn natriumda N

A

=6,02


⋅10

23

  dənə 



sərbəst elektron vardır), uyğun sayda, yəni 

sərbəst elektronların sayından 2 dəfə az sayda 

enerji səviyyəsi dolmuş olacaqdır. Elektronlar 

tərəfindən tutulmuş  ən yuxarı enerji səviyyəsi, 

dolmuş və dolmamış səviyyələr arasında kəskin 

sərhəddi müəyyən edir. Bu ən yuxarı səviyyə 

ξ

 

ilə işarə edilir və böhran səviyyəsi və ya Fermi 



sərhəddi adlanır. Aydındır ki, elektronu 

metaldan çıxarmaq üçün ona heç olmasa 

potensial çuxurun dərinliyi ilə böhran 

səviyyəsinin enerjisinin fərqinə  bərabər olan 

enerji verilməlidir (şəkil 92.3). Bu fərq 

x

w

U



0

U

ξ



Шякил 

ω

=u



0

-

ξ



   

 

 



       (92.1) 

kimi təyin olunur və elektronun metaldan çıxış  işi adlanır /məsələn, fotoeffekt üçün 

Eynşteyn tənliyində (Ё10) çıxış işi/. 

Elektron metaldan müxtəlif üsullarla /məsələn, işığın təsiri (fotoeffekt), metalın 

qızdırılması, yəni termoelektron emissiyası  və s./ qoparıla bilər. Mütləq sıfırdan böyük 

temperaturlarda elektronların bir hissəsi Fermi sərhəddindən yuxarıdakı  səviyyələrdə 

yerləşirlər.  Əgər metalın qızdırılması sayəsində elektronun enerjisi tormozlayıcı sahəni 

dəf edərək metaldan çıxmaq üçün kifayət edirsə, termoelektron emissiyası baş verir. 

Lakin müəyyən edilmişdir ki, termoelektron emissiyasından başqa soyuq elektron 

emissiyası da baş verir. Belə ki, güclü elektrik sahəsinin təsiri altında elektronlar 

metaldan hətta  ən alçaq temperaturlarda belə  çıxırlar. Soyuq elektron emissiyası 

hadisəsini klassik fizika baxımından keyfiyyətcə izah etmək mümkün olsa da, bu üsulla 

cərəyan şiddəti üçün tapılmış qiymət təcrübi faktlardan kəskin şəkildə fərqlənir. 

 

581



Soyuq elektron emissiyasının klassik fizika baxımından izahı aşağıdakından ibarətdir. 

Elektrik sahəsi olmayanda metal daxilində  və onun səthi yaxınlığında potensialın 

paylanması, yuxarıda qeyd edildiyi kimiKLMN sınıq xətti ilə təsvir olunur (şəkil 92.4). 

Fərz edək ki, metal intensivliyi 

ε

 olan elektrik sahəsinin təsirinə  məruz qalmışdır. Bu 



elektrik sahəsi metala doğru yönəldilir, lakin o, metalın daxilinə nüfuz etmir və metal 

daxilində elektronun potensial enerjisi dəyişməz qalır. Metaldan kənarda yerləşən 

elektrona təsir edən qüvvə isə sahənin bu elektrona göstərdiyi  e

ε

 qüvvəsi ilə "xəyal 



qüvvəsi" adlanan qüvvənin cəminə  bərabər olur. "Xəyal qüvvəsi" metaldan kənarda 

yerləşən elektronun elektrostatik induksiya təsiri nəticəsində metalın daxilində onun 

səthindən x məsafədə yaratdığı +e yükü ilə, yəni vakuumdakı elektronun metal daxilində 

öz xəyalı ilə (şəkil 92.5) qarşılıqlı təsir qüvvəsinə bərabərdir. Beləliklə, metaldan kənarda 

yerləşən elektrona təsir edən tam qüvvə 

+U

Метал



Вакуум

0

A



K

M

N

L

Шякил 

Q

x

0

U

max



x

 

K



L

N

 

M



0

e

ε

3



-e

+e

x



x

Вакуум


Мета



Шякил 

2

2

4x



e

e

F

=



ε

   


 

           (92.2) 

olar. Bu qüvvənin təsiri altında həmin elektronun potensial enerjisi isə 

x

e

x

e

u

u

4

2



0



=

ε

 



 

             (92.3) 

kimi təyin olunur. 92.5 şəklində bu potensial enerjiyə uyğun  əyri qırıq xətlə 

göstərilmişdir. Göründüyü kimi, bu əyri səthdən x=x

0

 məsafəsində maksimuma malikdir. 



Bu x

0

 məsafəsini tapmaq üçün  



0

4

2



2

0

=



+

=



=



x

e

e

x

u

x

x

ε

  



                 (92.4) 

şərtindən istifadə edilir. Buradan 

 

582 


ε

e

x

2

1



0

=

 



 

 

         (92.5) 



olar. x

0

-ın bu qiymətini (92.3)-də yazaraq potensial çuxurun dərinliyi üçün 



ε

3

0



e

u

u

maks

=



 

 

           (92.6) 



alırıq. Beləliklə, biz görürük ki, tətbiq olunan elektrik sahəsi potensial çuxurun divarlarını 

ε

3



e

 qədər aşağı endirir, yəni onun dərinliyini 

ε

3

e



 qədər azaldır. 

Klassik mexanika baxımından metalın daxilində enerjisi u



maks

-dan kiçik olan 

elektronlar onun səthindən kənara çıxa bilməzlər, çünki buna LQN potensial çəpəri (şəkil 

92.5) mane olur. Lakin metalın daxilində enerjisi u



maks

-dan böyük olan elektronlar isə 

metalı artıq tərk edirlər, Deməli, elektrik sahəsi mövcud olduqda elektronun metaldan 

(92.1) çıxış işi azalır və 

ε

ω

ξ



ε

ξ

ω



3

3

0



'

e

e

u

u

maks

=



=



=

                (92.7) 



olur. Burada 

ω

–sahə olmadıqda (92.1) çıxış işidir. 



Aydındır ki, maksimal cərəyanın alınması üçün 

ω

′=0 olmalıdır. (92.7)-yə əsasən isə 



bu şərtin ödənməsi üçün tətbiq olunan elektrik sahəsinin intensivliyi 

sm

V

e

 

10



7

2

6



3

2

ω



ω

ε



=

=

   



                (92.8) 

olmalıdır. Məsələn, volfram üçün 

ω

=4,9 eV olduğundan, maksimal cərəyan (92.8)-ə 



əsasən 

ε

=2



⋅10

8

 V/sm intensivliyində alınmalıdır. Lakin Millikenin təcrübələrində soyuq 



emissiya nəticəsində maksimal cərəyan  şiddəti 

ε

-nin (92.8)-ə  əsasən hesablanmış 



qiymətinə nisbətən çox kiçik qiymətlərində (məsələn, 

ε

=4



⋅10

6

 V/sm) alınırdı. 



Nəzəri və  təcrübi nəticələr arasında belə  kəskin fərqin olmasına səbəb klassik 

mexanikada nəzərə alınmayan tunel effektidir, yəni 

elektronların potensial çəpərdən sızaraq keçməsidir. 

Sahə olduqda yenə  də metalın səthi yaxınlığında 

potensialı  nəzərdən keçirək. Xəyal qüvvəsinin nəzərə 

alınması daha dəqiq nəticə əldə etməyə imkan versə də, 

bu hesablamaları xeyli mürəkkəbləşdirir. Ona görə  də 

indi həmin qüvvəni nəzərə almırıq. Onda potensialın 

paylanması  KLMN  sınıq xətti ilə  təsvir olunar (şəkil 

92.6). Kvant mexanikası  təsəvvürlərinə görə  E enerjisi 

potensial çəpərin  u

0

 hündürlüyündən  ədədi qiymətcə 



kiçik olan elektron bilavasitə tunel effekti sayəsində 

metaldan çıxa bilər. Bu çıxışın ehtimalı potensial 

çəpərin (91.24) düsturu ilə  təyin olunan şəffaflıq 

əmsalınna bərabərdir: 

e

ε

x



2

x

x

2

x

1

K

E



0

U

U



0

L

N



M

Шякил 92.6. 

(

)



=



2

1



2

2

0



x

x

dx

E

u

m

e

D

D

h

 



 

               (92.9) 

Burada  u–potensial çəpərin daxilində  hər hansı bir nöqtədə potensial enerji, E isə 

hissəciyin potensial çəpərin hündürlüyünə uyğun olan səviyyədən hesablanan enerjisidir. 

 

583


92.6 şəklindən görünür ki,  

u=u

0

-e



ε

x 

 

                (92.10) 



Ona görə də x

1

=0 götürərək 



(

)

(



)

(

)



.

3

2



3

2

3



2

2

3



0

2

3



2

0

0



2

3

0



0

0

0



2

2

2



E

u

e

E

x

e

u

e

E

x

e

u

e

dx

E

x

e

u

dx

E

u

x

x

x

+





=

=



=



=



=



ε

ε



ε

ε

ε



ε

       (92.11) 

92.6 şəklindən bilavasitə görünür ki, u

0

-e



ε

x

2

=E. Ona görə də (92.11)-də birinci hədd sıfra 



bərabər olur və deməli, (92.9) şəffaflıq əmsalı üçün 

(

)



ε

1

3



2

4

0



2

3

0





=

h

e



m

E

u

e

D

D

   


              (92.12) 

ifadəsi alınır. Burada 

(

)

sm



V

e

m

E

u

 

10



~

3

2



4

6

2



3

0

0



h

=



ε

   


        (92.13) 

işarə etsək 

ε

ε

0



0

=



e

D

D

 

 



 

       (92.14) 

alarıq. Göründüyü kimi, (92.13) düsturu ilə  təyin olunan 

ε

0



  kəmiyyəti sərbəst 

elektronların metaldan çıxış işindən (u

0

-E) asılıdır. 



Soyuq elektron emissiyası  nəticəsində yaranan elektrik cərəyanının  j  sıxlığı  D 

şəffaflıq əmsalı ilə mütənasib olduğundan (92.14) düsturuna əsasən 

ε

ε

0



0

0



=

=

e



j

D

j

j

 

 



          (92.15) 

yazmaq olar. Maraqlıdır ki, təcrübələr zamanı "soyuq cərəyanın" sıxlığının tətbiq olunan 

elektrik sahəsinin 

ε

 intensivliyindən asılılığının məhz (92.15) kimi olduğu müəyyən 



edilmişdir. 

92.1 cədvəlində  tətbiq olunan elektrik sahəsinin 

ε

 intensivliyinin müxtəlif 



qiymətlərində potensial çəpərin şəffaflığı və soyuq cərəyanın sıxlığı üçün bəzi qiymətlər 

verilmişdir. Burada iki maraqlı cəhət diqqəti cəlb edir. 

 

 

 



 

 

 



 

 

         Cədvəl 92.1 



E=-2 eV E=-5 eV 

ε

 



(V/sm



j (A/sm

2



D 

j (A/sm

2



10

6

5



⋅10

6

10



7

2

⋅10



7

3

⋅10



7

 

10



-30

8

⋅10



-15

1,3


⋅10

-6

0,013 



 

10



-74

1,5


⋅10

-7

100 



4

⋅10


6

7

⋅10



8

 

10



-328

8

⋅10



-65

10

-31



2

⋅10


-15

6

⋅10



-10

 

10



-322

6

⋅10



-58

3

⋅10



-74

3

⋅10



-7

0,18 


 

 

584 



 

1) Sahənin 

ε

 intensivliyi artdıqca D şəffaflıq əmsalının çox böyük sürətlə artması; 2) D-



nin çox kiçik qiymətlərində cərəyan sıxlığı j üçün böyük qiymətlər alınması. İkinci faktı 

belə izah etmək olar ki, potensial çəpərin divarını bir saniyə ərzində bombardman edən 

elektronların sayı o qədər çoxdur ki, tunel effektinin hətta ən kiçik ehtimalı olduqda belə 

cərəyan sıxlığı alınır. 

İndi isə kontakt potensiallar fərqinin yaranması  səbəblərinin izahına baxaq. Hələ 

Volta tərəfindən kəşf olunmuş bu hadisə  də tunel effektinə  əsasən izah olunur. İki 

müxtəlif (məsələn, mis və sink) I və II metalına 

baxaq (şəkil 92.7). Potensial çuxurların dibini və 

bütün enerji səviyyələrini eyni bir ümumi 

səviyyədən hesablayaq. Aydındır ki, I və II metala 

uyğun potensial çuxurların dibi və  həm də bu 

metallarda Fermi sərhədləri ümumiyyətlə eyni 

olmayacaqdır. Fərz edək ki, I metalda Fermi 

sərhəddi daha yuxarıda yerləşmişdir. I və II 

metallarda daxili potensiallar və bu metallar üçün w

1

 



və w

2

 çıxış işləri müxtəlifdir və özü də w



1

<w

2

 olsun. 



Bu iki metalı bir-birinə doğru elə yaxınlaşdıraq ki, 

onların səthləri arasındakı  məsafə (vakuumun 

ölçüsü) atom ölçüləri tərtibində, yəni 10

-8

sm olsun. 

Onda metallar arasındakı boşluqda nazik potensial 

çəpər yaranmış olur. Hər iki metalda 

ξ

 Fermi sərhəddindən aşağıda yerləşmiş bütün enerji 



səviyyələri elektronlar tərəfindən tutulmuşdur, yuxarıda yerləşmiş səviyyələr isə boşdur. I 

metalda Fermi sərhəddi II metaldakına nisbətən yuxarıda yerləşdiyi üçün I metalın yuxarı 

enerji səviyyələrindən elektronlar bu metalları ayıran potensial çəpərdən tunel effekti 

sayəsində II metalın boş enerji səviyyələrinə keçəcəkdir. Lakin II metaldan elektronlar I 

metala keçə bilməzlər. Çünki, II metaldan elektronların keçə biləcəyi bütün enerji 

səviyyələri I metalda elektronlar tərəfindən artıq tutulmuşdur. Beləliklə, I metal 

elektronlar itirərək müsbət yüklənir, onun potensialı artır və Fermi sərhəddi aşağı enir. II 

metal isə,  əksinə,  əlavə elektronlar qazanaraq mənfi yüklənir, onun potensialı azalır və 

Fermi sərhəddi yuxarı qalxır. Bu proses hər iki metalda Fermi sərhədləri bərabərləşənə 

qədər davam edir. Nəticədə metallar arasında xarici potensiallar fərqi və ya, adətən 

deyildiyi kimi, kontakt potensiallar fərqi yaranır.  İki müxtəlif metalın kontaktı zamanı 

yaranan xarici potensiallar fərqi bu 

metallardan sərbəst elektronun çıxış 

işlərinin fərqinə  bərabərdir. Bu müddəa 

aşağıdakı mülahizələrdən aydın olur. Fərz 

edək ki, çıxış  işləri  w

1

<w

2

 olan I və II 



metalları bir-birinə toxunur (şəkil 92.8). I və 

II metalın səthləri yaxınlığında vakuumda 

yerləşmiş  A  və  B nöqtələrinə baxaq. 

Metalların temperaturu eynidir. Yuxarıda deyilənlərə uyğun olaraq bu metalların biri 

müsbət, digəri isə  mənfi yüklənmiş olur. Nəticədə bu metalların sərbəst ucları arasında 

elektrik sahəsi yaranır. Kontaktda olan metallardan kənarda, lakin onların bilavasitə 

səthləri yaxınlığında yerləşən iki ixtiyari A  və  B nöqtələri arasındakı potensiallar fərqi 

x

0

U

ζ

1

ζ



2

U



U

 

Метал І


Метал ІІ

Ва

ку



ум

Шякил 92.7. 

B

A

ΙΙ

Ι



×

×

Шякил 92.8. 

 

585


məhz kontakt potensiallar fərqi adlanır. Elektrik cərəyanı olmadıqda hər bir metalın səthi 

ekvipotensial səth olduğundan bu potensiallar fərqi, A nöqtəsi I metalın, B nöqtəsi isə II 

metalın səthi yaxınlığında yerləşmək şərti ilə, bu nöqtələrin vəziyyətindən asılı deyildir. 

Ona görə  də elektron A nöqtəsindən I metalın daxilinə Fermi sərhəddindəki enerji 

səviyyəsinə keçdikdə w

1

 çıxış işinə bərabər olan enerji ayrılır; bunun kimi də elektron B 



nöqtəsindən II metalın daxilinə Fermi sərhəddindəki enerji səviyyəsinə keçdikdə w

2

 çıxış 



işi qədər enerji ayrılır. Lakin yuxarıda göstərdik ki, hər iki metalda Fermi sərhədləri 

statistik tarazlıq yaranması  nəticəsində eyni hündürlükdə yerləşir. Hər bir metal üçün 

xarakterik olan çıxış işi isə bu metalın digər metalla kontaktda olub-olmamasından asılı 

deyildir.  Əgər kontaktda olan iki metalın Fermi sərhəddi eyni hündürlükdədirsə  və bu 

metallar üçün çıxış işləri w

2

>w



1

 kimidirsə, bu, yalnız o zaman ola bilər ki, B nöqtəsində 

potensial  A nöqtəsindəki potensialdan məhz  w

2

-w



1

  qədər böyük olsun. Deməli, kontakt 

potensiallar fərqi I və II metallar üçün çıxış işlərinin fərqinə bərabərdir. 

 

 



Download 18.1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling