Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- BİTKİLİK
- ──────────────────────────────────────────
- BİTKİNİN QAZA DÖZÜMLÜYÜ
- BİTKİNİN SOYUĞA DAVAMLILIĞI
- BİÇƏNƏK TİPİ
- BİTUMLAMA
- BOLLUQ
- BOTANİKİ COĞRAFİYA
- BOZQIR (çöl) EKOSİSTEMLƏRİ
- BÖYÜMƏ MADDƏLƏRİ
- BÖYÜMƏNİN İNQİBİTORU
- BROBİONT
- BUFER ZOLAQLARI
- BUFER ZONASI (qoruyan zona)
- BUFERLİK QABİLİYYƏTİ
- BURAĞAN
BİTKİLƏRİN QORUNMASI – bitki növlərinin populyasiya növ tərkibini və sayını qoruyub saxlamaq üzrə kompleks beynəlxalq, dövlət və regional, inzibati-təsərrüfatı və ictimai tədbirlər kompleksi.
zərərvericilərə qarşı mübarizədə bioloji, aqrotexniki, kimyəvi və mexaniki üsullardan istifadə olunur. Bioloji üsulla bitki mühafizəsi zamanı faydalı quş, cücü, göbələk, bakteriya və s. canlıların köməyi ilə zərərvericilər və xəstəlik törədicilər məhv edilir. Aqrotexniki tədbirlər sisteminə düzgün növbəli əkin dövriyyəsi, alaq otlarının məhv edilməsi, mineral və üzvi gübrələrin tətbiqi, bitki qalıqlarının məhv edilməsi, zərərvericilər və xəstəliklərə qarşı davamlı sortlardan, sağlam əkin materialından istifadə zamanı müxtəlif pestisidlər vasitəsilə zərərvericilər və xəstəlik törədicilər məhv edilir. Mexaniki üsulla bitki mühafizəsi zamanı zərərvericilər tutucu tor, tutucu kəmər və müxtəlif mexaniki vasitələrlə məhv edilir. BİTKİÇİLİK – 1) Kənd təsərrüfatının əsas sahələrindən biri; insanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini (yeyinti, qarışıq yem, toxuculuq, əczaçılıq, ətriyyat və s.) bitki mənşəli xammalla təmin etmək üçün mədəni bitkiləri hərtərəfli öyrənməklə məş- ğul olur. B.-in tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura aiddir), tərəvəzçilik, meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gül- çülük və s. kimi sahələri də var. 2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni bitkilər və onların becərilmə üsulları haqqında elm.
(kəsilən və ya zədələnən) köklərin təzyiqi ilə floem və ksilem şirəsinin axması. Floem şirəsi ksilem şirəsinə nisbətən üzvi maddələrlə (şəkər, amin turşuları, zülallar) daha zəngindir. Ağac bitkilərində yaz şirəaxını zamanı, ot bitkilərində isə bütün vegetasiya dövründə baş verir. Maksimum B.a. günorta çağı, minimum B.a. isə səhərlər müşahidə olunur. Bir neçə gündən bir neçə aya kimi davam edir. Bitkini süni yolla «ağladaraq»” ondan şərab (palma, aqava), şəkər (şəkər ağcaqayını) və içməli şirə (tozağacı) alınır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 69
BİTKİNİN “APOPLEKSİYASI” – ziyanvericilər, xəstəliklər, daşqın suyunun basması nəticəsində ağacların qəflətən quruması. BİTKİNİN DONMASI – aşağı temperatur şəraitində hüceyrələrin protoplazmasında maddələr mübadiləsinin pozulması və buz kristallarının əmələ gəlməsi nəticəsində bitkinin məhv olması.
ehtiyatını və ya artımını öyrənərkən təyin olunur. Meşə taksasiyasında model ağaclarının və meşənin həcmini təyin etmək üçün bir sıra düsturlar mövcuddur. Ot bitkisi qruplaşmalarında bitkinin həcmi çox nadir hallarda öyrənilir.
hava mühiti şəraitində bitkinin yaşama qabiliyyətini saxlaması (onlardan ən təhlükəlisi ftor, xloridlər, kükürdlü anhidrid, azot iki oksiddir).
bitkinin turqoru itirməsi (yarpaqlarda suyun transpirasiyası onun hü- ceyrələrə daxil olmasını keçir). Bu zaman yarpaq və budaqlar sallaq vəziyyət alır. Belə hal müvəqqəti və uzunmüddətli ola bilər. Müvəqqəti solma zamanı torpaqdan daxil olan su bitkinin istifadəsi ilə kompensasiya olunmağa macal tapır, transpirasiya zəiflədikdə isə su balansı və bitkinin normal vəziyyəti bərpa olunur. Uzun müddətli solma bitkinin istifadəsi mümkün olan suyun torpaqda olduqca azalması zamanı baş verir, bu zaman hətta gecə vaxtı su defisiti bərpa olunmur. Uzun müddətli solma nəticəsində böyümə dayanır, həyat üçün mühüm proseslər sayılan fotosintez, tənəffüs və s. pozulur, hüceyrələr ölür və bitki məhv olmağa başlayır. B.s.-nın qarşısını almaq üçün suvarma aparılır, bitkinin mineral qidalanması yaxşılaşdırılır, quraqlığa dözümlü sortlardan istifadə olunur. BİTKİNİN SORTU – mədəni bitkinin bir növünün fərdlərinin məcmusu; konkret şəraitdə becərildikdə müəyyən davamlı morfoloji, fizioloji və təsərrüfat əlamətlərilə səciyyələnir. Mədəni bitkilərin aşağı təsnifat vahidi. BİTKİNİN SOYUĞA DAVAMLILIĞI – vegetasiya keçirən bitkinin aşağı müsbət temperaturun (1-5 °C) təsirinə dözmək və əlverişli şəraitdə öz böyüməsini bərpa etmək qabiliyyəti. Soyuğa davamlı bitkilər, (arpa, vələmir, çöl noxudu, kətan, çuğundur) aşağı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 70
temperaturun təsiri ilə öz hüceyrələrinin quruluş və funksiyasının təşkilini dəyişdirmək qabiliyyətinə malik olub, bununla da böyüməni ləngidir və zülalın, amin turşularının, xüsusilə şəkərin miqdarının çoxalmasına imkan yaradır. İstisevər bitkilərdə bu xüsusiyyət olmadığından aşağı temperaturda zədələnir və məhv olur. BİTKİNİN SÜKUTLUĞU – fizioloji vəziyyət olub bitkinin həyat fəaliyyəti (əsasən metabolizm və böyümə) aşağı düşür, bunun nəticəsində tumurcuqların açması, toxumun, kökümsovun cücərməsi gecikir. B.s. mühüm adaptasiya prosesi olub əlverişsiz şəraitdə bitkinin məhv olmasının qarşısını alır.
otla örtülü sahələr. Təbii və mədəni (səpilən) B.-lər ayrılır. BİÇƏNƏK DÖVRİYYƏSİ – biçənəklərin səmərəli istifadə olunması sistemi: müəyyən plan üzrə sahələrdə ot biçini vaxtının dəyişdirilməsi. B.d. qiymətli yem bitkiləri olan yaxşı otlu biçənək sahələrində tətbiq edilir. Müxtəlif tərkibli sahələrdə bir neçə B.d.- istifadə olunur, bu zaman oxşar tərkibli massivlər 4-5 sahəyə bölünür və ilbəil onların biçilmə növbələşməsi dəyişilir. Adətən 4 və ya 5 illik B.d.- dən istifadə edilir. B.d. bitki örtüyünün botaniki tərkibini yaxşılaşdırır, alaq otlarının məhv olmasına şərait yaradır və yem sahələrinin uzun müddətli məhsuldarlığını təmin edir.
biçənəklərin birliyi. BİTLƏR (Anoplura) – qansoran həşərat dəstəsi. İnsan və məməli heyvanlarda təsadüf edilir. İnsanda baş biti, paltar biti, pəncəli bit parazitlik edir. Təmizliyə və sanitariya qaydalarına riayət etmək ən yaxşı mübarizə vasitəsidir. BİTMƏ ŞƏRAİTİ – fərd, populyasiya və ya növün məskunlaşdığı yer və həyat şəraiti. Mühitin abiotik amillər kompleksindən ibarət olub ekotopda (fitosenozun mühit rejimi – hava, su, mineral qida, temperatur- radiasiya), biotik amillərin kompleksində (fitosenoz üçün heyvan və mikroorqanizmlərin fəaliyyəti) birləşir. İlkin və törəmə bitmə şəraiti ayrılır. BİTUMLAMA – qumların bitum emulsiyası ilə bərkidilməsi. BİVOLTİNLİK – ayrı-ayrı heyvanların, adətən həşəratların il Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 71
ərzində iki nəsil verməsi. BOĞAZ – dünya okeanında hər hansı iki quru sahəni (materikləri, adaları, ada ilə materiki) bir-birindən ayıran və ya iki su hövzəsini birləşdirən dar su zolağı. Məs. Magellan B.zı, Dardanel B.zı.
dənizdəki dalğaya təsirinə əsasən küləyin gücünü (sürətini) balla ifadə etmək üçün istifadə edilən şkala. B.ş.-na görə sıfır bal – küləksiz hava; 4 bal mülayim külək; 7 bal qasırğadır. BOLLUQ – vahid sahədə və ya həcmdə növün və ya qruplaşmanın fərdlərinin miqdarı (sayı). BOLLUQ (SIXLIQ) ŞKALALARI – proyektiv örtmə dərəcəsi nəzərə alınmaqla hər hansı bir populyasiya fərdlərinin sayının gözəyarı ballarla qiymətləndirilməsi. O.Drude (1890), E.Rubel (1992), B.A.Keller (1936), A.K.Tapsle 1926), İ.Braun-Blanke (1951), H.S.Hanson (1936) şkalaları məlumdur.
Ballar A.K.Tansle (1926) Braun-Blanke (1951) N.S.Hanson (1930)
O.Drude (1890)
1 Seyrək o-olduqca, seyrək, örtmə dərəcəsi xeyli aşağı I-çoxlu, örtmə dərəcəsi aşağı və ya seyrək, örtmə dərəcəsi bir qədər yüksək Çox seyrək Sol 2 Təsadüf 2-çoxlu, - sahənin örtmə dərəcəsi 20 1 Seyrək Sp 3 Tez-tez 3-sahəni örtmə dərəcəsi 2 1 4 1 −
Hərdən Cop1 4 Bol 4-sahəni örtmə dərəcəsi 4 3 2 1 −
Tez-tez Cop2 5 Bolluqca 5-sahəni örtmə dərəcəsi 4 3 Bol Cjp2-Soc
meşə, heyvanat aləmi və s.) və onların ərazicə birləşmələrinin (biogeosenoz, landşaft, təsərrüfat sahəsi və s.) bal hesabı ilə keyfiyyət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 72
qiyməti. Yüksək bal müəyyən obyektin yüksək keyfiyyətinə uyğun gəlir.
növləri (qovun, qarpız, qabaq və s.). BOTANİKA – bitkilər haqqında elm, biologiyanın əsas bölmələrindən biri. B. bitkilərin quruluşunu, həyat fəaliyyətini, tarixi inkişafını, təbiətini və insanın həyatında onların əhəmiyyətini öyrənir. Bitkilər haqqında məlumat artdıqca B.-dan bitki sistematikası, bitki morfologiyası, bitki fiziologiyası, bitki coğrafiyası, geobotanika, bitki ekologiyası, paleobotanika, bitki genetikası, fitosenologiya və s. kimi bir sıra ixtisaslaşmış sahələr ayrılmışdır. Respublikamızda B. sahəsində tədqiqat işləri Azərb. MEA Botanika institutunda genetika və seleksiya, əkinçilik və s. elmi tədqiqat institutlarında, ali məktəblərin botanika və fiziologiya kafedralarında aparılır.
öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, B.b. bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur. Azərb. respub.-da B.b. 1934 ildə Bakının dığlıq hissəsində salınmışdır. Mərdəkanda filialı var.
aləmində növ və digər taksonomik vahidlər arasında filogenetik əlaqəni, taksonomik qrupların əmələ gəlməsi yollarını tədqiq edir.
səthinə çəkilərək hopdurulur. Qədimdə işlədilən təbii boyalar toksik olmamışdır. Hazırda işlədilən sintetik boyaların tərkibində ağır metallar (arsen, civə, qurğuşun, kadmium, xrom, uran) olub zəhərli hesab olunur. Bütün sintetik boyalar və həlledicilər insanın sağlamlığı üçün təhlükəli sayılır, odur ki, ondan istifadə edərkən ehtiyatlı davranmaq lazımdır. Boya kistlərini təmizləmək üçün işlədilən vasitələri kanalizasiyaya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 73
tökmək məsləhət görülmür. Çünki bütün toksik boyalar və həlledicilər canlı orqanizmləri məhv edir, bununla da məişət axıntılarının təmizlənməsi çətinləşir. BOYAQ BİTKİLƏRİ – kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər, M.Qasımova (1980) görə respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in təşkil edir. Boyaqçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon saforası, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndalaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s.-ni göstərmək olar. M.Qasımov (1980) qeyd edir ki, bir boyaq bitkisindən alınan boyaq məhluluna istənilən metalın (alüminium, mis, xrom, dəmir, kobalt, qalay, qurğuşun, sink, natrium, kalium və s.) müxtəlif duzlarını əlavə etməklə 10-dan 100-ə qədər, hətta 3000-4000-ə qədər rəng və çalar almaq mümkündür.
torpaq tipi. Afrika, Şimali və Cənubi Amerika, Avstraliya, Orta Asiya və qismən Azərbaycanda yayılmışdır. Respublikamızın B.t.-ında pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Resp-nın qışlaqları əsasən boz torpaqlar zonasındadır.
şəraitində əsasən kserofil taxıl bitkilərinin dominantlığı ilə formalaşan ekosistemlər. Azərbaycan Respublikasında bozqır ekosistemlərinə Böyük Qafqazda – Bozqır yaylada və Kiçik Qafqazın dağətəyi zonasında rast gəlinir. Burada yarımsəhra – bozqır bitkiləri (yovşan, ziyilotu, tonqalotu, bozqır pişikquyruğu, çobantoxmağı) yayılmışdır. Ağac və kol növlərindən qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, gürcü ağcaqayını və badama rast gəlinir. Qəhvəyi bozqırlaşmış, boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Biçənək və ya otlaq kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Tədqiqatçıların (Qrosheym, Qulisaşvili, Prilipko) fikrincə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 74
bozqır ekosistemləri meşə örtüyünün yox edilməsilə əlaqədardır. BOZ-QONUR TORPAQLAR – quru kontinental iqlimi olan səhralarda efemerlər və şoran bitkiləri altında əmələ gələn torpaq tipi. Müxtəlif dərəcədə şorakətli, şoranvarı, yüksək karbonatlı və gipslidir. Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən də Abşeronda yayılmışdır. Tərkibində qida maddələri azdır, əsasən otlaq kimi istifadə olunur.
BÖCƏKLƏR, sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi. Qidalanma xüsusiyyətlərinə görə B. bitki yeyənlər (fitofaqlar), çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür. Təqr. 140 fəsiləyə mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü məlumdur.
böyümə və inkişafına kiçik konsentrasiyada təsir göstərən üzvi birləşmələr.
həcmi ilə təyin olunur. BÖYÜMƏNİN İNQİBİTORU – orqanizmin böyüməsinə mane olan maddə. Məs. antibiotiklər. BRAKONYERLİK – qadağan olunmuş ov tutmaqla, yaxud meşə qırmaqla məşğul olan, təbii sərvəti qanunsuz istifadə edilməsi, ovetmə, balıqtutma qaydalırını və heyvanlar aləminin mühafizəsi haqqında digər tələbləri pozmaqla vəhşi heyvanların ovlanması. Qanunvericilik B.-ə görə məsuliyyət (inzibati, cinayət və mülki) nəzərdə tutulur.
sahillərində əsas yerli külək. Quru və su səthinin müxtəlif dərəcədə qızması nəticəsində əmələ gəlir.
axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət zolaqlar. B.z. düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir. Yamac çox dik olduqda B.z.-nın eni 2,5-10 m və daha çox, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 75
zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z. yaratmaq olar. BUFER ZONASI (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (B.z) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. B.z. saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.
dəyişməsinin qarşısını almaq xüsusiyyəti. BUXARLANMA – maddənin maye və bərk haldan qaz halına keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində rütubətin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. BUXARLANMA DƏRƏCƏSİ – hər hansı bir regionda potensial buxarlanmanın göstəricisi, su səthindən və ya izafi rütubətlənmiş torpaqdan xüsusi buxarlandırıcı cihazla ölçülür.
Temperaturu 20 °-yə qədər olan B. soyuq B-lar hesab olunur, 20-37° olan subtermal B-lar, 37-42 ° olan termal B.-lar, 42°-dən yuxarı olan isə isti B-lar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan B-a mineral B.-lar deyilir. B-ın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar B-lardan qidalanır.
toplantısı. B. diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. B. başlıca olaraq troposferdə toplanır. B.-u təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 76
BULUDLUQ – Səmanın buludlarla ötürülmə dərəcəsi, 10 ballıq şkala ilə müəyyən edilir. B.sıfır bal olduqda göy buludsuz, 10 bal olduqda isə tam buludlu olur. B. hava və iqlimi xarakterizə edən mühüm amillərdən biridir. BURAĞAN – Burula-burula əsən şiddətli qarlı və yağışlı külək. BUZLAQ – Dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. B. bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu B. iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Adətən hər B. qar sərhədi ilə iki hissəyə bölünür: bu sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və o, buza çevrilir. Qar sərhədindən aşağıda isə ablyasiya sahəsi, yəni B-ın əridiyi və buxarlandığı sahə yerləşir.
qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri qismən hamarlaması prosesi. Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq («təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur. Respublikamızda B.e. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m- dən yüksək olan ərazilərdə müşahidə olunur. BUZLAQ GÖLÜ – buzlağın fəaliyyəti ilə bağlı göllər (məs. Skandinaviyadakı göllərin çoxu).
antropogendə buzlaq epoxaları arasında isti iqlimlə xarakterizə edilən epoxalar. Antropogendə 4 buzlaq epoxası (GENS, MİNDEL, RİSS və VURM) və üçüncü buzlaqlararası epoxa (GÜNS-Mindel, Mindel-Riss, Riss-VURM) ayırd edilir. Güns-Mindel buzlaqlararası epoxası təqr. 75 min il bundan əvvəl olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 77
C CALAQ – hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya tumurcuğunu (gözcüyünü) başqa bitkiyə calamaq. C.-dan şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur. Meyvəçilikdə və dekorativ bağçılıqda göz və qələm C.-ından istifadə olunur.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling