Ekoloji LÜĞƏt a
BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN
Download 3.98 Mb. Pdf ko'rish
|
BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN METAEKOSİSTEMİ (Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi: B.e.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri (biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı təyin edir. B.e.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında kömür, əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar, riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə qədər). B.e.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orqanizmlər tə- rəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə həyat yaranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun təkamülün nəticəsidir. B.e. termini B.A.Bıkova (1988) məxsusdur.
vilayətlərində biosferin daha xarakterik, etalon qorunan sahələri. B.q. müəyyən biocoğrafi vilayətlərin təbii ekosistemlərini və onların genofondunun təbii halında qorunub saxlanması, onların vəziyyəti və müxtəlif təbii proseslərin gedişi üzərində hərtərəfli müşahidələr aparmaq məqsədilə yaradılır. B.q.-ın prinsipial sxemi belədir: nüvəsi, yaxud mütləq qorunan ərazisi; nüvənin ətrafında təsərrüfatda ciddi səmərəli istifadə olunan ərazi. Bütün dünyada müxtəlif xarakterik biocoğrafi provinsiyalarda 33-dən çox (1988) B.q. yaradılmışdır. Nəzəri cəhətdən B.q. özününizamlayan təbii sistemdir, ona görə onların sahəsi kifayət qədər böyük olmaqla, qonşu ekosistemlərdən ekoloji cəhətdən ayrılmış halda (təcrid olunmuş) olmalıdır. BİOSFER TƏZAHÜRÜNÜN ÖLÇÜSÜ – kəmiyyət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 60
göstəricilərinin dəyişkənliyinin yol verilən intervalı, bu zaman o özünün başlanğıc keyfiyyət müəyyənliyini saxlayır.
radioaktiv maddəllərlə çirklənmə nəticəsində, atmosferin, çay, dəniz və okeanların tərkibi və rejiminin dəyişilməsi, onların bir çoxunun, o cümlədən ən məhsuldar tropik meşələrin tamamilə yox edilməsi. Təkamül məhsullarının – bir sıra heyvan və bitki növlərinin, onların birgə yaşayan mürəkkəb sisteminin, yəni biosenozların məhv edilməsi. Bir çox regionlarda, o cümlədən Azərbaycanda (Xəzər dənizi, Sumqayıt şəhəri, tuqay meşələri və s.) bu hadisələr təbii fəlakət xarakteri daşıyır. BİOSFERİN ANTROPOGEN REDUKSİYASI – insanın dağıdıcı fəaliyyəti (mühitin çirklənməsi, meşələrin məhv edilməsi, bozqırların şumlanması, sənaye heyvanlarının həddən artıq ovlanması, təşkil olunmamış turizm, urbanizasiya, qida və dərman bitkilərinin nəzarətsiz yığılması və s.) nəticəsində biosferin növmüxtəlifliyinin durmadan (bərpa olunmadan) azalması prosesi. B.a.r.-nın qarşısının alınması üçün planetin heyvanat və bitki aləminin genetik fondunun qorunması üzrə qlobal proqram hazırlanmalı, biosfer qoruqlarının, milli parkların, botaniki bağların, zooloji parkların şəbəkəsi genişləndirilməlidir.
tərəfindən irəli sürülmüş bu qanuna əsasən biosferin komponentlərinə antropogen təsir dayandırıldıqdan sonra o, hökmən öz “itirilmiş mövqeinə” qayıtmağa cəhd edir, yəni özünün ekoloji tarazlığını və davamlığını saxlaya (bərpa edə) bilər. Belə ki, meşəsizləşdirilmiş sahələrdə meşə örtüyü yenidən tədricən bərpa olunmağa başlayır. BİOSFERİN BUFERLİYİ – biosferin antropogen çirkləndiricilərə müqavimət göstərməsi (neytrallaşdırması) qabiliyyəti. BİOSFERİN DƏYİŞMƏ HƏDDİ – biosferin funksiyasını onu təşkil edən yarımsistemlərin və mühit əmələgətirən komplekslərini əhəmiyyətli dərəcədə, lakin dönən dəyişmələrə məruz qalan təsir qüvvəsi. BİOSFERİN TƏKAMÜLÜ – a) canlı maddələrin xarakterinin (növlərinin yaranması, inkişafı və məhv olması, biotik qrupların formalaşması və dağılması); b) bu maddələrdən yaranmış Yer qabığı kimi biosferin xassələrinin; c) ekosferin xassələrinin; ç) ekosferin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 61
(planetin) fasiləsiz, eyni zamanda və qarşılıqlı dəyişilmə prosesi. BİOSFERİN MƏHSULDARLIĞI – Bir il ərzində onun biokütləsinin ümumi artımı. Son hesablamalara görə (Uitteker, 1980) illik (ilk) bitki məhsulu (quru kütlə) 170 ⋅ 10
9 t olub 300-500 ⋅ 10 2
ener. ibarətdir. Bu miqdarın quru fitosenozlarının payına 117 ⋅ 10
9 t
düşür. Onun böyük hissəsi (74 ⋅ 10
9 ) meşələr (xüsusilə tropik zonanın) verir. Heyvanların illik məhsulu(ikinci) quruda 909 ⋅ 10
6 t, cəmi 3934 ⋅ 10
t təşkil edir. BİOSFERİN SABİTLİYİ – biosferin xarici (kosmik) və daxili təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə bilməsi.
xarici (kosmik) və daxili, o cümlədən antropogen təsirlərə qarşı davamlığı. Elmi-texniki inqilab dövründə B.s. güclü pozulmağa məruz qalır və ekoloji fəlakətlə üzləşə bilər, onun qarşısı yalnız bütün bəşəriyyətin ümumi gücü ilə alına bilər.
(bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və s.) cəmi. BİOSİD – 1) Bütün varlığı (canlıları) məhv edə bilən maddə; 2) Geniş ərazilərdə canlıları məhv etmək (məs., hərbi məqsədlə). BİOSİKL – 1) biosferin ən iri ekoloji hissəsi. Aşağıdakı B.-lər ayrılır; dəniz, estuari (liman) və daxili su hövzələri. Hər bir B. tərki- bində çoxlu miqdarda biotoplar olan bioxorlara bölünür. Məs., qum, gil və daşlı səhralar biotopları səhra bioxorunda birləşir, onlar da meşə, çöl və s. bioxorları ilə birlikdə qurunun B.-ni təşkil edir. 2) orqanizm inkişafının faza və mərhələlərinin dəyişilməsi qanunauyğunluqları. BİOSİSTEMİN İNFORMASİYASI – bioloji sistemin müxtəlifliyinin göstəricisi. Məs. populyasiyaların mürəkkəb cins, yaş, sahə-etoloji, ölçü və s. strukturu olur; ekosistemlər çox saylı müxtəlif mikroorqanizm növlərinin populyasiyalarından ibarətdir. Beləliklə, biosistemin informasiya mənbəyi onun mütəşəkkilliyi sayılır. BİOSPELEOLOGİYA, SPELEOBİOLOGİYA – mağaralarda həyatı öyrənən elm. B-nın əsası ruminiya bioloqu E.Rakovise (1907) tərəfindən qoyulmuşdur. O, mağaraların ekoloji şəraitinin xüsusiyyətlərini və onların canlı orqanizmlərə təsiri, yeraltı biotaların təkamül qanunauyğunluqlarını, mağara sakinlərinin çoxalması və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 62
coğrafi yayılması və s. tədqiq etmişdir. BİOSTANSİYA – stasionar bioloji müşahidə yeri. BİOSÜZGƏC – çirkabı bioloji təmizləyən qurğu. Dairəvi, yaxud dördbucaqlı çən şəklində olur. Dibi ikiqatdır və qatların arasında azı 0.4 m məsafə qoyulur: içərisinə posa, qranit qırıntıları, çınqıl, keramzit və s. süzgəc materialı tökülür. Süzgəc təbəqəsinin hünd. 1,5-2 m, dənələrinin ölçüləri 30-40 mm, alt döşənək təbəqəsi dənələrinin ölçüləri isə 60-100 mm-dir. Çirkab süzgəc materiallarından keçərkən onun üzərində bakteriya və göbələklərdən ibarət bioloji təbəqə əmələ gəlir. Həmin təbəqə çirkabın üzvi maddələrini oksidləşdirmək və minerallaşdırmaq yolu ilə təmizləyir.
daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). B.-nın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. B. termini ən çox biocoğrafiyada istifadə olunur.
orqanizmlərin təsnifatı ilə məşğul olan elmi fənn. BİOTEXNİYA – faydalı heyvanların sayını artırmaq və məhsuldarlıq xassələrini yaxşılaşdırmaq məqsədi ilə tətbiq olunan tədbirlər kompleksi.
materialların sənayedə istifadə olunması. B. – perspektiv sahə olub ətraf mühitə mənfi təsiri minimuma endirir.
biofiziki prosesi. B. proses zamanı hər orqanizm üçün xarakterik olan temperatur realizə olunur.
(bitki və heyvanın bir-birilə və birinin digəri ilə əlaqəsi, yırtıcıların və parazitlərin təsiri, yemlə təmin etmə və i.a.).
əlaqələrinin müxtəlif formaları. BİOTİK FAKTORLAR – orqanizmə təsir göstərən canlı təbii faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 63
BİOTİK MÜHİT – canlı orqanizmlərin (heyvan, bitki, mikroorqanizmlər) mühiti və onların təsiri (qarşılıqlı və abiotik mühitə). BİOTİK POTENSİAL – növ populyasiyasının nəzəri maksimal artması sürəti. BİOTOKSİN – canlı orqanizmlərin ifraz etdiyi toksin. BİOTOP, EKOTOP – eyni relyef, iqlim və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahə. Aşağıdakı B.-ları ayırmaq olar: polipedon, yəni torpaq sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop, su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. B. termini adətən ekoloqlar tərəfindən işlədilir.
orqanizmlər (yırtıcılar, parazitlər, simbiontlar). BİRƏBÖCƏKLƏR – (Chrysomelidae) – yarpaqyeyən böcəklər fəsiləsi. 5000-ə yaxın növü var. Azərbaycanda zolaqlı taxıl birəsi, qara xaççiçək birə, cənub çuğundur birəsi, böyük taxıl birəsi və s. növləri var. Əksər növləri taxıla, kartofa, bostan-tərəvəz bitkilərinə və s. zərər verir. Mübarizə tədbirləri: alaqlar məhv edilir, kimyəvi maddələr (metafos, heksaxloran, xlorofos və s.) tətbiq olunur. BİRƏLƏR (Aphaniptera) – parazit həşərat dəstəsi. 1000-ə yaxın növü məlumdur. Azərbaycanda 58 növü qeydə alınmışdır: insan birəsi, it birəsi, pişik birəsi, cənub siçan birəsi və s. daha çox yayılmışdır. İnsan, at və pişik birəsi, taun və bir çox yoluxucu xəstəliyin keçirisidir. Mübarizə tədbirləri: binalar təmiz saxlanmalı, döşəmə 2-5%-li sabun- karbol məhlulu ilə yuyulmalı və s. BİRİLLİK BİTKİLƏR – həyatını bir vegetasiya dövründə (adətən 2-5 aya) başa vuran bitkilər. B.b.-in toxumu yazda və ya yayda cücərir, bitki payızda toxum verib, məhv olur. B.b.-ə kətan, qarabaşaq, yazlıq buğda, yulafca, əkin qərənfili və s. daxildir. Öz inkişafını daha tez (1-2,5 aya) başa vuran B.b. efemerlər (erkən baharotu, şərq bozağı, xırda qarayonca və s.) adlanır. Əlverişsiz şəraitdə öz həyatını bir il ərzində tamamlaya bilməyən bəzi B.b. çoxilliklərə çevrilir. (məs., Arktikada və yüksək dağ şəraitində bitən qırtıc bitkisi). BİRLƏPƏLİLƏR (Monocotyledones) – örtülütoxumlular şöbəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 64
bir sinfi. Toxumunda bir ləpənin olması ilə xarakterizə edilir. 65 mindən artıq növü məlumdur. Keçmiş SSRİ-də 2600-dən çox növü yayılmışdır. Əksəriyyəti ot bitkiləridir. Subtropik və tropik ölkələrdə ağac formalarına da təsadüf edilir. Ərzaq (buğda, çovdar, çəltik, qırtıc və s.) dekorativ (zanbaq, sünbülçiçək və s.), lifli, dərman və s. bitkilərin əksəriyyəti birləpəlidir.
ciyər xəstəliyinə tutulması. BİTKİ ANATOMİYASI – botanikanın bitki orqan və toxumalarının daxili quruluşunu öyrənən elm bölməsi. BİTKİ BAKTERİOZLARI – bakteriyaların törətdiyi bitki xəstəlikləri. B.b-nın törədiciləri bitkiyə zədələnmiş yerlərdən, yarpaq ağızcıqlarından, çiçək nektarisindən və b. məsamələrdən keçir. Onlar xəstə toxum və bitki qalığı, habelə həşərat, molyusk, nematod və s. ilə ətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz, fındıq və s. bitkilərə böyük zərər vurur. BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) – yer səthində bitki növləri və onların digər taksonomik kateqoriyalarının yayılması qanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c. sahələrinə bölünür. BİTKİ DOMİNANTLARI – bitki qruplaşmalarında (fitosenozlarda) və ya biosenozların əsas qatlarında üstünlük, yəni dominantlıq edən bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edən növlər subdominantlar, əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkil edən növlər isə kondominantlar adlanır. Bir çox bitki qruplaşmalarında (o cümlədən meşədə) əsas yarusda mütləq üstünlük təşkil edən dominantı ayırmaq çətin olur. Belə fitosenozlar polidominant fitosenoz adlanır. Bir növ üstünlük təşkil edən isə monodominant fitosenoz adlanır. Fitosenozların təsnifatı dominantlara görə verilir. BİTKİ FORMASİYASI – Eyni bitki növündən təşkil olunmuş hakim yarusdakı assosiasiyların məcmusu. B.f.-na genetik və ekoloji cəhətdən müxtəlif assosiasiyalar daxil ola bilər.
növmüxtəlifliyini saxlamaq üzrə təbdirlər kompleksi. B.g.q. üçün qoruqlar, təbii parklar, botaniki və kompleks yasaqlıqlar, rezervatlar və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 65
digər qorunan obyektlər təşkil olunur; botanika bağlarında və təcrübə stansiyalarında yerli və introduksiya olunmuş növlərin genefondunun bankı yaradılır; qiymətli bitkilərin mədəni yetişdirilməsi metodları işlənib hazırlanır; introduksiya, reintroduksiya və repatriasiya üzrə işlər genişləndirilir; bitkinin bitmə mühitinə ümumi bioloji və ekoloji qiymət və onun gələcəkdə dəyişməsi proqnozlaşdırılır, qırmızı kitab burxılır və s. B.g.q. təbiəti mühafizənin tərkib hissəsidir. BİTKİ XƏSTƏLİKLƏRİ – xəstəlik törədiciləri və əlverişsiz mühit şəraiti kimi müxtəlif təsirli səbəblərin nəticəsində baş verən pataloji hal. B.x. bitkilərin quruluşunun, funksiyalarının (fotosintez, tənəffüs, su cərəyanı, qida maddələri) pozulması zamanı baş verir və orqanizmin vaxtından əvvəl məhvinə və ya onun ayrı-ayrı orqanlarının zədələnməsinə səbəb olur. 30 mindən çox müxtəlif B.x. məlumdur. B.x. kənd və meşə təsərrüfatına böyük zərər vurur. B.x. məhsulun keyfiyyətini, toxumun cücərmə qabiliyyətini aşağı salır və s. B.x-ni öyrənən və onlara qarşı mübarizə tədbirləri hazırlayan elm fitopatologiya adlanır. BİTKİ QRUPLAŞMASI – bir-biri ilə, eləcə də mühitin biotik və abiotik komponentləri ilə mürəkkəb qarşılıqlı əlaqədə olan avtotrof və heterotrof bitkilərin məcmusu (müəyyən sahədə).
xarici və daxili quruluşunu, fərdi (ontogenez) və təkamül-tarixi (filogenez) inkişafında forma əmələ gəlməsi qanunauyğunluqlarını öyrənən elm. B.m. taksonomiyanın tərkibində və seleksiyada istifadə edilir. O, bitkiçilik, bağçılıq, üzümçülük və s. elmi-təcrübi sahələrdə də tətbiq olunur. BİTKİ MÜHAFİZƏSİ – müxtəlif kənd təsərrüfatı və meşə ziyanvericilərinə qarşı yönəldilən kompleks (aqrotexniki, bioloji və kimyəvi xarakterli, məs. pestisidlərdən istifadə) tədbirlər kompleksi.
müəyyən hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki qruplaşmalarının (fitosenozların) məcmusu. Bitki növlərinin yayılmasını tədqiq edən floradan fərqli olaraq B.ö. bitkilərin müəyyən sahədə örtük yaratması ilə səciyyələnir. Yer kürəsində zonallıq qanununa uyğun olaraq, ekvatordan qütblərə doğru iqlim, torpaq və s. amillərin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 66
dəyişilməsinə müvafiq olaraq B.ö. də dəyişir. (tundra, tayqa, meşə-çöl, səhra). Dağlıq zonada B.ö. tiplərinin yayılması şaquli zonallıq qanununa tabedir. Müxtəlif təsnifatlarda su, mezofit, kserofit, qalofit bitki örtüyü, ağac, ot, kol bitki örtüyü ayrılır.
qruplaşmalarını yüksək ranqda birləşdirmək. (formasiya və onun sinifləri).
tərkibində kserofil növlərin sayının çoxalması, sıxlığının və bioloji məhsuldarlığının azalması.
həmin yer üçün ilkin bitki örtüyünün bərpası istiqamətində dəyişməsi (suksessiya).
mühüm əlamətlərinə görə oxşar fitosenozların daha iri qruplarda birləşdirilməsi olub bitki örtüyünü öyrənən metodlardan biri. Bitki qruplaşmaların quruluşunun əlamətləri əsasında morfoloji təsnifat, dominantlıq edən bitkinin ekologiyasına əsasən ekoloji təsnifat, dominantların biologiyası və ekologiyasına əsasən bioekoloji təsnifat, floranın tərkibinə əsasən floristik təsnifat, təkamülünün müddətinə görə aşağıdakı şöbələrə bölünür: (bakterial qayalığın nitrifikasiya bakteriyaları), yosun, şibyə, çılpaqtoxumlular və örtülütoxumlular. Axırıncı şöbə iki yarımşöbəyə – çəmən-meşə və savanna-səhra – çöl bitki örtüyünə bölünür. Şöbələr bitki örtüyü tiplərinə ayrılır (məs. yarpağı tökülən meşə, mezofil kolluqlar, çəmən, bataqlıq və su bitkiləri).
müddəti. Bitkilərdə xüsusi, ümumi,orta və həd yaş ayrılır. Cücərmə dövründən indiyə kimi olan yaş xüsusi yaş adlanır. Vegetativ yolla artan bitkilərdə ümumi yaş təyin olunur. O, ana bitkinin və pöhrənin xüsusi yaşının cəminə bərabər olur. Ağac və kol bitkilərinin yaşı onların kötük kəsimlərində olan illik həlqələrinin sayı ilə hesablanır. Otların yaşı onların uzun müddət böyüməsini müşahidə etməklə təyin edilir. Qaraçöhrə, çinar ağacları 1000 ildən artıq ömür sürür. Heyvanlarda xüsusi, orta və həd yaş ayrılır. Növün sistematik vəziyyəti və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 67
morfologiyasından asılı olaraq olduqca çoxlu üsullardan istifadə olunur. Nərə və keçəl kərkəs balıqları 100 ildən artıq, fil tısbağası 150 ildən artıq, naqqa balığı isə 300 ildən artıq yaşayır. BİTKİ VƏ ONUN ORQANLARININ SƏTHİ – bitki qruplaşmalarını və populyasiyalarını səciyyələndirən mühüm göstərici. Birhüceyrəli orqanizmlərdə bitki ilə mühit arasında maddələr mübadiləsi aparan fəaliyyətdə olan səthlərin-assimilyasiya (yarpaq və yaşıl budaqların) və adsorbsiya (köklərin fəaliyyətdə olan hissəsi) səthlərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaruslarda yarpaqla örtülmə faizinin təyin edilməsi də müəyyən əhəmiyyətə malikdir. BİTKİ ZƏRƏRVERİCİLƏRİ – bitkiləri zədələyən və ya onları məhv edən heyvanlar. Kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran gəmiricilər və həşəratlardan kəpənəkləri (payız sovkası, kələm kəpənəyi və s.) və böcəkləri göstərmək olar. Bitkiyeyən gənələr, sap qurdlar, qarınayaqlı molyuskalar və bəzi quşlar da kənd təsərrüfatı bitkilərinə zərər verir. BİTKİLƏR – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan və hüceyrələri bir qayda olaraq sellülozdan ibarət sıx qılaflı canlı orqanizmlər. Yer Kürəsində 500 min növ bitki yayılmışdır ki, bunun 200-250 min növü çiçəkli B.-dir. B. ibtidai və ali B.-ə bölünür. İbtidai bitkilər bədənlərində vəzifə bölgüsü getməmiş orqanizmlərdir. Ali bitkilərdə isə toxuma və hüceyrələr arasında vəzifə bölgüsü getmişdir. Ali B. kök, gövdə və yarpaqlardan ibarətdir. İbtidai B. bakteriyalar, yosunlar, göbələklər, şibyələr, ali B. isə mamırkimilər, qıjıkimilər, çılpaqtoxumlular, örtülütoxumlular tipinə (şöbəsinə) ayrılır. BİTKİLƏRİN HƏRƏKƏTİ – onun hərəkət tərzi forması, boşluqda bitkinin və ya onun üzvlərinin vəziyyətinin dəyişməsi. Bir hüceyrəli yosunların və miksomisetlərin hərəkəti avtonom hərəkət olub amyobşəkilli və ya çox qamçıların köməyilə yerinə yetirilir. Bitkinin aktiv hərəkəti onun böyüməsilə bağlıdır. Bitkinin passiv hərəkəti bəzi toxumların kalloid hüceyrələrində suyun miqdarının dəyişməsi ilə əlaqədardır (məs. xınagülü və quduz xiyar bitkisində toxumun sıçraması).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 68
uyğunlaşmasını əks etdirən xarici görkəmi (habitus). Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling