Ekoloji LÜĞƏt a


ATMOSFERİN SİRKULYASİYASI


Download 3.98 Mb.
Pdf ko'rish
bet5/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   2   3   4   5   6   7   8   9   ...   60

ATMOSFERİN SİRKULYASİYASI 

– atmosferdə hava 

axınlarının, o cümlədən tsiklon, antitsiklon, musson və passatların 

ümumi sistemi. 



ATMOSFERİN ŞƏFFAFLIĞI atmosferin radiasiya, o cümlədən 

görünən  işığı buraxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi 

(toz hissəciklərilə, karbon qazı, kükürd, azot, aerozollarla) A.ş. azaldır. 

A.ş.-nın pozulmasının ən qlobal nəticəsi parnik effekti hesab olunur. 



ATOLL  (ing. atoll)  – tropik qurşaqda mərcan riflərinin  əmələ 

gətirdiyi daxili laqunları qapayan qövsvari ada. 



ATOM BOMBASI – atom nüvəsinin parçalanma reaksiyası 

nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin 

ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. İlk 

A. b. İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. A.b. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

38 


 

havada (istənilən hündürlükdə, yer səthində  və su altında, lazımi 

dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ A. b-nı sınaqdan 

çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki 

(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına 

ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam 

ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 

35 min adam ölmüşdür. 



ATOM ELEKTRİK STANSİYASI  (AES) – nüvə yanacağını 

«yandırmaq» hesabına enerji əldə edən elektrik stansiyası. AES – 

radioaktiv çirklənmə  nəticəsində  ətraf mühitə  təsir göstərir, qəza vaxtı 

daha təhlükəli təzadlar baş verir. AES, həm də güclü istilik çirklənmə 

faktorudur. 

ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK  Atom 

enerjisindən dinc sahədə beynəlxalq  əməkdaşlağın inkişafı  məqsədilə 

1957-ci ildə yaradılmışdır. (10-dan çox dövləti birləşdirir). 

ATTRAKTANTLAR (yun. attraho – özümə çəkirəm) – Öz iyi ilə 

zərərli həşərat, gəmirici və b. orqanizmləri özünə  cəlb edən təbii və 

sintetik (kimyəvi) maddələr. Son vaxtlar A.-dan bitkinin 

zərərvericilərdən mühafizəsində istifadə edilir. 



AUTEKOLOGİYA – ekologiyanın bir bölməsi; bitki, göbələk və 

heyvanat aləminin yaşadığı mühitlə olan qarşılıqlı  əlaqəsini, onların 

ekoloji amillərlə olan davamlılığını, orqanizmin fizioloji və morfoloji 

adaptasiya prosesini tədqiq edir. A.-nın xüsusi bölməsi  antekologiya 

adlanır. 

AUTVELLİNQ  (ing. aut – kənar, well – sel kimi axmaq) – 

estuarilərdən dənizə biogen maddələrlə zəngin olan suyun axması. 



AZ YARARLI SÜXURLAR

 – 


bitkinin inkişafı üçün əlverişsiz 

fiziki və kimyəvi xassələrə malik olan süxurlar. Belə süxurlarda bioloji 

rekultivasiyanın aparılmasını  təmin etmək üçün kimyəvi, aqrokimyəvi 

və meliorativ araşdırmaların aparılması tələb olunur. 



AZALAN NÖV – fərdləri və populyasiya müxtəlifliyi nəzərə 

çarpacaq dərəcədə durmadan azalmağa doğru gedən növ. 



AZDUZLU (ŞORTƏHƏR) SU – Duzun qatılığı 10q/l-rə  qədər 

olan su. 



AZOY MÜHİT  – canlı orqanizmlərdən mərhum olan mühit 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

39 


 

(vulkanın krateri, hiperqalin su və s.). 



AZONAL BİTKİ ÖRTÜYÜ, İNTROZONAL BİTKİ ÖRTÜYÜ 

– heç bir yerdə müstəqil zona əmələ  gətirməyən, lakin müxtəlif 

zonalarda rast gəlinən bitki örtüyü. A.b.ö. müxtəlif litoloji çılpaq 

süxurlar üzərində, müəyyən zona üçün xas olmayan izafi rütubətli və ya 

əksinə çox az rütubətli sahələrdə,  şoran və s. yerlərdə inkişaf edir. 

A.b.ö.-nə bataqlıq, çay gətirmələri, duzlu su hövzələri bitkiləri də 

daxildir. 

AZOT BAKTERİYALARI  – havadan azotu fiksasiya etmə 

qabiliyyəti olan aerob bakteriyalar qrupu. 



AZOT GÜBRƏLƏRİ  – bitkilərin azot qidasının mənbəyi kimi 

istifadə edilən üzvi və mineral maddələr. 

Azot, mineral A. g.-nin tərkibində ammonyak (NH

3

), nitrat (NO



3

), 


ammonyak - nitrat (NH

3

 və NO



3

) və amid (NH

2

) şəklində olur. 



Ammonyaklı gübrələrə ammonium-sulfat, ammonium-xlorid, 

ammonium-bikarbonat və maye azot gübrələri aiddir. 

Ammonyaklı-nitratlı gübrələrə ammonium şorası  və ammonium 

sulfonitrat aiddir. 

Nitratlı gübrələrə natrium şorası, kalsium şorası (kalsium-nitrat), 

kalium şorası (kalium-nitrat) aiddir. 

Amidli gübrələrə karbamid (sidik cövhəri), kalsium-sianamid və 

karbalid-formaldehid aiddir. 



AZOT FİKSASİYASI  – molekulyar atmosfer azotunun (N

2



kimyəvi birləşmə  şəklinə salınması  və azotlu maddələrə çevrilməsi 

prosesi. Azotfiksə edən mikroorqanizmlər, o cumlədən yumrucuq 

bakteriyaları torpaqda, şirin su hövzələrində, dəniz və okeanlarda 

yaşayan mikroorqanizmlər A.f.-na səbəb olur. A.f. azotun təbiətdə dövr 

etməsində böyük rol oynayan, torpaq və su hövzələrini azotlu 

birləşmələrlə zənginləşdirən ən mühüm bioloji prosesdir. 



AZOT FİKSƏ EDƏN MİKROORQANİZMLƏR, AZOT 

FİKSATORLARI  – havanın molekulyar azotunu mənimsəyərək onu 

üzvi birləşmələrə çevirir. A.f.m.-ə paxlalı bitkilərlə (noxud, yonca və s.) 

simbioz (müştərək)) həyat tərzi keçirən Phisobium cinsindən olan və 

sərbəst yaşayan bakteriyalar aiddir. Köklərində yumrucuqlar əmələ 

gələn paxlalı bitkilər  əkilmiş 1 ha torpaqda il ərzində 100-250 kq-dan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

40 


 

çox molekulyar atmosfer azotlu maddələrə çevrilir. Bə’zi aktinomisetlər 

və paxlasız bitkilərin (qızılağac, akasiya, iydə  və s.) köklərində 

yumrucuq əmələ gətirən mikroorqanizmlər də A.f. m.-dir. Bir çox göy-

yaşıl yosun növləri, bə’zi qırmızı  və yaşıl yosun növləri, bə’zi qırmızı 

və yaşıl kükürd bakteriyaları da fəal azot fiksatorlarıdır. 



AZOTOFİL ORQANİZM  – yalnız azotla zəngin olan torpaqda 

yaşayan bitkilər (kəndalaş, gicitkən, sirkən və s.). 



AZOTUN DÖVRANI – bu proses yağıntı vasitəsi ilə azot 

birləşmələrinin ekosistemə daxil olması ilə başlanır, torpaq 

mikroorqanizmləri ilə azot fiksə olunur və bitki tərəfindən mənimsənilir, 

sonra ekosistemin trofik kanalları vasitəsilə  hərəkət edərək redusentə 

çatdırılır. Burada nitritlər və nitratlar əmələ  gəlir. Ekosistem azotunun 

əsas hissəsi torpaqda toplanır. Buradan azot yenidən bitki orqanizminə, 

sonra isə dövranın daxili kanallarına daxil olur. Azotun bir hissəsi isə 

denitrifikasiya prosesindən sonra atmosferə daxil olur. 



AZTULLANTILI  İSTEHSAL  – az miqdar tullantılı optimal 

sənaye istehsalı. A.İ.  ətraf mühitin çirklənmədən mühafizəsinin  ən 

effektiv və perspektiv formasıdır. 

AYSBERQ – qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iri 

buz parçaları. Ən iri A. Antarktida və Qrenlandiya buzlaqlarından əmələ 

gəlir. A. gəmilər üçün böyük təhlükə yaradır. 

AVİOYEMLƏMƏ  – Təyyarə  və ya vertolyotdan mineral və 

mikrobioloji gübrələrin səpilməsi (verilməsi). 



AVİTAMİNOZ – uzun müddət vitaminsiz və ya az vitaminli 

yeməklə qidalanma nəticəsində baş verən xəstəlik. Qidada S, V, D və 

RR vitaminlərinin çatışmazlığı skorbut, beri-beri, raxit, pellara 

xəstəliklərinə səbəb olur. Polivitaminoz (eyni vaxtda bir neçə vitaminin 

çatışmazlığı) və hipovitaminoz (qidada vitaminin normadan az olması) 

daha çox təsadüf edilir. 



AVİFAUNA – bax Ornitofauna. 

AVTOQAMİYA – 1) – öz-özünə tozlanma – eyni bir çiçəyin 

tozcuğunun həmin çiçəyin dişiciyi ağızcığına düşməsi; 2) öz-özünə 

mayalanma – bir hüceyrə daxilində əmələ gələn ilk nüvənin birləşməsi. 

AVTOGEMOREYA – bə’zi həşəratların xüsusi qorxuducu maye 

ifraz edərək özünü düşməndən qoruması (qarışqalar, parəbüzən və s.). 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

41 


 

AVTOMEXANOXORİYA – toxumların yayılma üsullarından 

biri: meyvələrin açılması ilə əmələ gələn təzyiq nəticəsində toxumların 

meyvədən ətrafa yayılması. 

AVTORADİOQRAFİYA, AUTORADİOQRAFİYA, 

RADİOAVTOQRAFİYA – təsdiq olunan obyektin üzərinə radioaktiv 

şüalanmaya həssas fotoemulsiya qatı  çəkməklə  həmin obyektdə 

radioaktiv maddələrin paylanmasını öyrənən üsul. Bu zaman obyektin 

daxilindəki radioaktiv maddələr sanki özü öz şəklini çəkir. A-dan izotop 

indikatorların tətbiq olunduğu bütün sahələrdə (fizika, texnika, 

biologiya, təbabət və s.) geniş istifadə olunur. A. ilə bitki və heyvan 

orqanizmlərinin toxumalarında təbii radioaktiv elementlərin paylanması 

öyrənilir və s. 



AVTOTROFLAR, AVTOTROF ORQANİZMLƏR  – həyat 

fəaliyyəti üçün lazım olan üzvü birləşmələrin fotosintez və hemosintez 

nəticəsində qeyri-üzvi birləşmələrindən sintez edən orqanizmlər. A. ali 

bitkilərə (parazit və saprofitlərdən başqa, yosunlar və fototrof 

bakteriyalar) aiddir. Xlorofilli ali bitki və yosunlar üzvi maddəni günəş 

enerjisi hesabına karbon qazı  və sudan, avtotrof bakteriyalar isə  bə’zi 

kimyəvi reaksiyaların enerjisi hesabına mineral birləşmələrdən sintez 

edir. Təbiətdə maddələr dövranında A.-rın rolu olduqca böyükdür. 



AVTOFERTİL BİTKİLƏR  – öz-özünə tozlanma nəticəsində 

normal toxum verən özümeyvəli bitkilər. Buğda, arpa, vələmir, darı, 

şaftalı, heyva, pomidor və s. bitkilər. 

AVTOXORLAR, AVTOXOR NÖVLƏR  – yayılması toxum və 

meyvələrinin  hər hansı bir təbii agenti vasitəsilə deyil, öz ağırlıq 

qüvvəsilə düşərək və ya qəflətən açılan meyvənin toxumlarının 

müəyyən məsafəyə (20 m radius) sıçraması ilə (məs. paxlalılar, 

ətirşahlar, bə’zi bənövşə növləri) yayılan bitkilər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

42 


 

 

BAĞQORUYUCU MEŞƏ ZOLAĞI – bağların, üzümlüklərin, çay 

və sitrus plantasiyalarının kənarında və daxilində torpağı  və  kənd 

təsərrüfatı bitkilərini zərərli təbii və antropogen amillərdən qorumaq 

məqsədilə salınmış qoruyucu meşə zolağı. Belə zolaqlar küləyin təsirini 

zəiflədir, qarın sovrulmasının qarşısını alır, bağların məhsuldarlığını 

artırır. B.m.z. bağlar salınmazdan 2-3 əvvəl yaşlı ağaclardan salınır. 

BAKİRƏ MEŞƏ – bax: ilkin bitki örtüyü. 

BAKTERİAL KAĞIZ – gümüş nitratla hopdurulmuş kağız. 

BAKTERİAL TOKSİNLƏR – bakteriyaların  ətraf mühitə 

buraxdığı (eksotoksinlər) və ya mikrob hüceyrələrdə saxladığı 

(endotoksinlər) zəhərli maddələr. 

BAKTERİBENTOS – bentosun tərkibinə daxil olan mikroorqanizm 

populyasiyasının məcmusu. 



BAKTERİOFAQLAR – bakteriyaları  və digər mikroorqanizmləri 

dağıdan bakterial viruslar, faqlar. Onlar bakteriya və s. hüceyrələrin 

daxilində yaşayıb hüceyrəni əridir. 

BAKTERİOLOGİYA – mikrobiologiyanın bakteriyaları  tədqiq 

edən sahəsi. 



BAKTEROLOJİ  SİLAH, BİOLOJİ  SİLAH  – bakteriyaların 

fəaliyyətinə  əsaslanan kütləvi qırım silahı; insan, heyvan və bitkiləri 

kütləvi surətdə yoluxdurmaq və  məhv etmək vasitələrindən biri. B.s. 

təhlükəli yoluxucu xəstəliklər (vəba, taun, qarayara və s.) törədən 

bakteriya, virus və  bəzi mikrobların törətdiyi zəhərlə (toksinlərlə) təsir 

edir. 


BAKTERİOTROFİZM – bitki kökləri və bakteriyalar arasında 

qarşılıqlı faydalı  əlaqə. Bakteriyalar bitkilər tərəfindən mənimsənilən 

müxtəlif qida maddələri, vitaminlər sintez edir (məs. kökyumrulu 

bitkilərdə, paxlalılarda). 



BAKTERİSİDLƏR – mikroorqanizmlərlə mübarizə aparmaq 

məqsədilə  işlədilən kimyəvi maddələr (etil spirti, formalin, bəzi anti-

biotiklər). Bir çox xəstəliklərin müalicəsində, sterilizəsində istifadə 

olunur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

39 


 

BAKTERİOZ – bakteriyaların törətdiyi bitki xəstəlikləri. 

BAKTERİOZLAR – Bakteriyalar vasitəsilə bitki, heyvan və in-

sanda yayılan infeksiya xəstəlikləri. (məs. vərəm xəstəliyi insan və 

heyvanda koxa basillası vasitəsilə yayılır).  İndiyə  qədər 300-ə  qədər 

xəstəlik törədici B. təsvir olunmuşdur. Təbiətdə B. heyvan və bitki 

növlərinin populyasiyalarının sayını nizamlama rolunu oynayır. Lakin 

onların bəziləri ev heyvanlarına, həmçinin insanın sağlamlığına böyük 

ziyan vurur. 

BAKTERİYA KOLONİYASI  – böyümə  və çoxalma prosesində 

mikroorqanizmlərin qida məhsullarının torpaq səthində toplanması. 



BAKTERİYALAR  (yun. Bakterion - çöp)  – tərkibində çoxlu 

miqdarda dezoksiribonuklein turşusu (DNT) olan birhüceyrəli 

mikroorqanizmlər qrupu (tipi) əksəriyyəti xlorofil və plastisidlərdən, 

aydın seçilən xromosomlardan və s. törəmələrdən məhrum olan primitiv 

nüvəli orqanizmlərdir. B. torpaq, hava, su hövzələri və s.-də yayılmışdır. 

Onlar aerob (oksigenli) və anaerob (oksigensiz) şəraitdə yaşayırlar. 



BAKTERİYALI GÜBRƏLƏR  – tərkibində  kənd təsərrüfatı 

bitkiləri üçün faydalı torpaq mikroorqanizmləri olan preparatlar. B.g. 

torpaqda biokimyəvi prosesləri gücləndirir və bitkilərin köklə 

qidalanmasını yaxşılaşdırır. B.g.-dən nitragin, azotbakterin və 

fosforobakterin işlədilir. 

BALIQÇILIQ, BALIQYETİŞDİRMƏ  – təbii su hövzələrində 

balıq ehtiyatını artıran, balıqların keyfiyyətini yaxşılaşdıran və süni 

göllərdə balıq çoxaldan təsərrüfat sahəsi. Azərbaycanda bir çox balıq-

yetişdirmə müəssisəsi (Çaykənd, Çuxurqəbələ,  Əli-Bayramlı, Kürağzı 

balıqyetişdirmə zavodları  və s.) var. Bu müəssisələrdə  hər il çoxlu 

qızılbalıq, nərə balığı, çəki balığı, çapaq, suf, xəşəm, şamayı və s. balıq 

körpələri yetişdirilib Kür çayına buraxılır. 

BALIQYETİŞDİRMƏ 

PİTOMNİKİ 

– Balıq kürüsünü 

mayalandıran, inkubasiya edən və körpə balıq yetişdirərək, sonradan 

onu satlıq həcminə  qədər yetişdirmək üçün balıqçılıq göllərinə  və ya 

təbii su hövzələrinə buraxan müəssisə. məs.. Xanlar rayonunun Çaykənd 

və Qəbələ rayonunun Çuxurqəbələ zavodlarında süni surətdə çoxaldılan 

qızılbalıq körpələri Kür çayına buraxılır. 

BALL – təbii hadisələrin (zəlzələ, külək, buludluq və s.) gərginlik və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

40 


 

qüvvə dərəcəsinin göstəricisi. məs., küləyin gücü 9

b

, zəlzələ 6



b

 və s. 


BALNEOLOGİYA  – mineral suların mənşəyini, fiziki-kimyəvi 

xassələrini, onlardan müalicə profilaktika məqsədi ilə istifadə etmək 

üsullarını, habelə onların orqanizmə təsirini öyrənən elm. 

BALVERƏN BİTKİLƏR  – örtülütoxumlu bitkilərin böyük bir 

qrupu. Arıçılığın yem bazasıdır. Bu bitkilərdən bal arısı nektar (şirə) və 

tozcuq yığır. Azərbaycanda 4000-dən artıq balverən bitki növü vardır. 

Bunların ən əhəmiyyətlisi cökə, kəkotu, dalamaz, sarı yonca, üçyarpaq 

yonca, xaşa, günəbaxan, yemişan, armud, alma, alça, ərik, dağnanəsi, 

yarpız, xiyar, qarpız, pambıq və s.-dir. Arılar başdan-başa belə bitkilər 

əkilmiş sahənin hər ha-ından 100 kq-a qədər bal toplaya bilər. 

BARXANLAR – qum səhralarında küləyin təsiri ilə relyefin hərəkət 

edən formaları. B. küləyin rejimindən asılı olaraq tirə  və  təpə 

formasında olur. Qum ekosistemlərində B. şirin suların akkumlyatorları 

hesab olunur. 



BARİFOBLAR – aşağı  təzyiqli yerlərdə yaşayan orqanizmlər 

(bitkilər, heyvanlar), yüksək dağlıq zonanın orqanizmləri. Dəniz 

səviyyəsindən yüksəkliyə qalxdıqca bitki və heyvan növlərinin sayı 

tədricən azalır. 



BAROXORLAR – toxumları öz ağırlıq qüvvəsilə düşərək yayılan 

bitkilər. 



BAROMETR  – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı  və 

metal (aneroid) B.-lər olur. Hipsotermometrlər də B.-lərə aiddir. Mayeli 

B.-lərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə 

sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. 



BATAQLIQ – yer səthinin izafi rütubətlənərək çürüməmiş üzvi 

maddələrin toplandığı sahəsinə deyilir. B. müxtəlif yolla-sututarlarda 

suyun azalması  və quruması, yeraltı suların səthə  çıxması, çay 

daşqınlarının quru sahələri su basması  və s. yolla əmələ  gəlir. Belə 

yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi (anaerob) gedir. 

Azərbaycanda özünəməxsus qamış B.-larına Kürçayı boyu, Lənkəran və 

Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast 

gəlinir. Xəzər dənizinin qalxması ilə  əlaqədar suyun ətraf sahəni 

basması nəticəsində yeni B.-ların əmələ gəlməsi müşahidə olunur. 

BATAQLIQ LANDŞAFTI  – izafi rütubətli landşaft, bura 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

41 


 

bataqlıqlar və onunla  təmasda olan bataqlaşmış  ərazilər daxildir. 

Əsasən tayqa, tundra, qarışıq meşələr zonasında və ekvatorial 

qurşaqlarda (Cunqli, ekvator meşələri) yayılmışdır. 



BATAQLIQ TORPAQLAR – çoxlu miqdarda çürüməmiş  və 

yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaqlar. 

B.t. adətən, turş, neytral, qələvi, həmçinin  şoranlı,  şorakətli, karbonatlı 

və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya 

tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək 

üçün istifadə edilir. B.t. respublikamızın  ərazisinin 0,38% -ni tutur. 

Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu 

çökəkliklərində (Qarasuda) və  Dəvəçi rayonunun Ağzıbirçala gölü 

hövzəsində var. 

BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ – (yun. bathus 

– dərin) göl, dəniz və okeanın daha dərinliklərində yaşayan orqanizm. 

BATİRPLANKTON – okeanın dərin sularındakı plankton, əsasən 

bakteriya populyasiyalarından, infuzorlardan, xərçəngkimilərdən, balıq 

sürfələrindən ibarət olub abissal və ultraabissalın asudə (dinc) yırtıcıları 

üçün yem hesab olunur. 



BATİSFER – litosferdən sonra gələn Yerin daxili qabığı. 

BATOMETR – laboratoriya tədqiqat məqsədi ilə  dəniz və s. su 

hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. 

Dəniz B.-i, üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc 

qabdır. 


BAYQUŞLAR  (Sirigiformes) – quşlar sinfinin bir dəstəsi.  Əsasən 

siçan, həmçinin xırda onurğalı heyvan və  həşərat yeyir. 134 növü mə-

lumdur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, 

qulaqlı bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşə 

bayquşu, kənd təsərrüfatı  və meşə ziyanvericilərini məhv etdiklərinə 

görə xeyir verən quşlardır; yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan 

vurur. 

BAZA MONİTORİNQİ  – regional antropogen təsir alınmadan 

ümumi biosferin, əsasən təbii hadisələrin vəziyyətinə və mümkün dəyiş-

məsinin proqnozlaşdırılmasına nəzarət. 

BAZİFİLLƏR – qələvi reaksiyalı torpaqlara üstünlük verən 

heyvanlar məs. urobakteriyalar. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

42 


 

BAZİFİTLƏR – Qələvi reaksiyaya malik olan (pH 7-dən çox olan) 

torpaqlara üstünlük verən bitkilər. Məs. ağ akasiya, sarağan və digər 

kalsefil bitkilər. 

BAZOFİL BİTKİLƏR – bitkilərin bozqır, səhra və yarımsəhralarda 

qələvi torpaqlarda bitməsi. 



BEDLEND (ingiliscə pis torpaqlar) – alçaq dağlıq ərazidə kəskin və 

mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. 

Respublikamızda Bozqır yayla ərazisində daha çox rast gəlinir. 

III dövr yaylasında bedlend ərazi

BENTOFAQ  – Su hövzələri dibində yaşayan orqanizmlərlə 

qidalanan heyvanlar, özləri yalnız qida axtarmaq üçün hövzənin dibinə 

enir. 

BENTOS  (yun. benthos -dərinlik) – Su ekosistemlərinin dib 

biohorizonlarında yerləşən orqanizmlərin cəmi. B. avtotrof 

orqanizmlərdən (yosunlar, qismən ali bitkilər),  əsasən az hərəkətli 

heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, 

xərçəngkimilər) ibarətdir. 

BERİ-BERİ  – Qidada B vitaminin çatışmamasından irəli gəlir. 

Uzun müddət qidada təmizlənmiş şəkər, çox təmizlənmiş taxıl dənəsi (o 

cümlədən düyü) istifadə etdikdə B-b. xəstəliyi baş verir. 

BEYNƏLXALQ COĞRAFİYA  İTTİFAQI (BCİ)  – dünya 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

43 


 

coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə 

yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım 

göstərir, beynəlxalq  əməkdaşlıq  şəraitində aparılmalı  tədqiqatların 

təşkili və  mərkəzləşdirilməsi ilə  məşğul olur, beynəlxalq coğrafiya 

konqreslərini çağırır və s. 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling