Ekoloji LÜĞƏt a
ARBORİSİD (lat. arbor - ağac)
Download 3.98 Mb. Pdf ko'rish
|
ARBORİSİD (lat. arbor - ağac) – arzu olunmayan ağac və kol bitkilərini məhv etmək məqsədilə işlədilən kim. maddələr. AREAL (yun. Area - sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. A-ı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. A.-ın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. – Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
– Təbii areal – insan fəaliyyətilə dəyişməyən areal. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 31
– Qışlama arealı – növün soyuq mövsümünü keçirdiyi region. – Kosmopolit areal – qurunun və ya akvatoriyanın geniş ərazilərində yayılan növ və ya başqa sistematik qruplar. – Relikt areal – hər hansı bir ərazinin müasir coğrafi şəritinə yad olan növün arealı. Adətən kiçik ölçülü sahələrdə olur. – Müasir areal – digər sistematik qrupun növü və ya tipinin hazırki sərhədləri. – Qısalan areal – hər hansı bir sistematik qrupun və ya növün təbii və ya antropogen səbəblər nəticəsində azalması. Ekoloji areal – regionun harada yerləşməsindən asılı olmayaraq hər hansı bir növ üçün əlverişli olan şəraitdə məskunlaşması. AREKOLOGİYA – ekoloji tələbləri nəzərə alan arxitekturanın bölməsi. AREALŞÜNASLIQ – 1) Biocoğrafiyanın bitki və heyvanın arealını öyrənən bölməsi; 2) Arealın əmələ gəlməsinin ümumi qanunauyğunluqlarını tədqiq edən elm sahəsi. ARENAL (yun. arena-qum) – vulkanın qonşuluğunda bitkidən məhrum olan zona. ARXAC – otlaq şəraitində gecələr, həmçinin hava isti olduqda gündüzlər qoyunların və qaramalın dincəlməsi üçün yer. Baharın əvvəllərində və payızda külək tutmayan, yayda isə bir qədər hündür yerdə düzəldilir. A.-ın yeri arabir dəyişdirilir. ARXEOFİTLƏR – bəşəriyyət tarixindən əvvəl mövcud olan bitkilər. ARXEOLOJİ ABİDƏLƏR (yun. archaios - qədim) – insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. A.a-ə, əsasən, əmək alətləri, silahlar, məişət şeyləri, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabalar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. A.a. insan cəmiyyətinin tarixini öyrənir. ARXİPELAQ – bir-birindən az aralı olub vəhdət təşkil edən adalar qrupu. Məs., Bakı arxipelaqı, Apşeron arxipelaqı. A. materik, mərcan və vulkan mənşəli olur.
arıların baş və döş vəzilərindən ifraz olunan südəbənzər maddə. A.s-nün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 32
tərkibi, əsasən arının qidalandığı tozcuqlardan aslıdır. Tərkibində bəzi aminturşular, hormon, 40-58% zülal, 5-18% piy, 26%-ədək şəkər, bir sıra mineral duzlar, həmçinin vitaminlər və b. bioloji aktiv maddələr var. Körpə və kiçikyaşlı uşaqlarda bir sıra xəstəliklərin müalicəsində işlədilir. ARI ZƏHƏRİ, APİTOKSİN – arı sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə. A.z-nin tərkibində bioloji aktiv melittin zülalı, sərbəst amin turşuları, müxtəlif fermentlər, histamin (1%-ə qədər) nuklein, formiat, ortofosfat və xlorid turşuları, piylər, uçucu yağlar, Mg, Cu, Sa və s. var. A.z güclü bakterisid təsirlidir. Qədimdən xalq təbabətində istifadə olunur. A.z-dən alınan dərmanlar oynaq xəstəliklərində elektroforez yolu ilə, mezolit, radikulit, nevralgiya, övrə, miqren, trofik xora, endarterioz, bronxial astma, tromboflebit və s. xəs- təliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir. Böyrək, qaraciyər, mədəaltı vəzi, qan, diabet, ürək-damar və s. xəstəliklərdə istifadə etmək olmaz.
bitkilərin məhsuldarlığını artırmaq məqsədilə onları tozlandırmaq üçün arının artırılması.
Azərbaycanda 5 növü yaşayır: iri A., abı A., Aralıq dənizi A.-ı, qara pəsnək quşu. Respublikamızda oturaq həyat sürən bu quşlar zərərverici həşəratları yediyi üçün xeyirlidir. ARİD BİTKİLƏR (lat. aridus - quru) – vegetasiya dövrünün çox hissəsi rütubəti çatışmayan quraq iqlimli şəraitdə inkişaf edən bitkilər. A. b-rə səhraların və kserofit seyrək meşələrin fitosenozları aiddir. Azərbaycanda Bozqır yaylada (saqqız, ardıc seyrəkliyi), Həkəri və Araz çaylarının aşağı axını yamaclarında və Naxçıvan Muxtar Respublikasında (arid meşələr, ardıc, dağdağan, araz palıdı, badam, gürcü ağcaqayını və s.) Ellər oyuğunda – eldar şamı A.b.-dir. Efemerlər də A.b.-rə aiddir. Arid bitki növlərində rütubətin çatışmazlığına qarşı müxtəlif adaptasiya üsulları yaranmışdır. Bunlara yağıntıların qısa vegetasiya dövrünə düşməsi, xüsusi morfoloji və anatomik uyğunlaşmaları (yarpaqların reduksiyası və sallaq olması, iri toxumların inkişafı), fizioloji adaptasiya (hüceyrə şirəsində osmos təzyiqinin qalxması və s.) və s. daxildir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 30
Bozdağın arid ardıc meşəsi ARİD EKOSİSTEMLƏR – çöl və səhra zonalarının ekosistemləri. ARİD İQLİM – səhra və yarımsəhraların quru, isti iqlimi. A.İ.-də düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından bir neçə dəfə azdır. A.i-li sahələrdə daimi axar çay olmur. Bitki örtüyü yox dərəcəsindədir. A.İ.-əsasən tropik və subtropik enliklər üçün səciyyəvidir. (Böyük Səhra, Ərəbistan yaylası və Avstraliya səhraları). Dəniz hövzələrindən uzaqlığı ilə əlaqədar Mərkəzi və Orta Asiya səhraları da A.i.-ə malikdir.
yarımkürənin passat küləkləri əsasında xas olan səhra zonal tipi. Quru və isti kontinental iqlim ilə səciyyələnir.
rütubətdən çox olduğu rayonlarda əmələ gələn torpaqlar. Su ilə yuyulmadığı üçün torpaq profilində, yaxud torpaqaltı qatlarda karbonat, xlorid və sulfatlar toplanır. Quru çöllərdə, səhralaşmış savannalarda, yarımsəhra və səhralarda əmələ gəlir. A.t.-a şabalıdı, boz qonur yarımsəhra və müxtəlif səhra torpaqları aiddir. ARİD ZONA – arid iqlim olan ərazi; səhra və yarımsəhra zonaları. Burada əkinçilik yalnız süni suvarma aparmaqla mümkündür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 32
ARİDLİK – orqanizmin həyatı üçün rütubətin çatışmazlığını yaradan quru (arid) iqlim. ARİDLİK İNDEKSİ – iqlimin quraqlıq göstəricisi. Martona görə A.i:
R T R J , 10 + = – yağıntının illik miqdarı (sm-lə) T-ortaillik temperatur (dərəcə ilə). Çox arid iqlimdə indeks kiçik olur. Emberjeyə görə A.i: R m M m M J 100
) ( ) ( − ⋅ + =
R – yağıntının illik miqdarı (mm-lə), M-ən isti ayın orta maksimum temperaturu və m-ən soyuq ayın minimumlarının orta rəqəmi. ARKTİK SƏHRASI, SOYUQ SƏHRA – arktik və yüksək dağlıq vilayətləri – bitki örtüyünün kasıblığı (zəifliyi), havanın quraqlığı ilə deyil, aşağı temperatur ilə müəyyən edilir.
əriməmiş, hərəkətdə olan şimal qütbü ətrafı akvatoriya (83-80 ° ş.e.d.) 2) Dünya okeanının 500-1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün il boyu temperatur 0 °-yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2-3°-dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır.
naftalin, antrasen və b.) və onların törəmələri (anilin, benzol turşusu, fenol). Molekullarında 6 karbon atomundan (benzol nüvələr) ibarət halqalar olur. ARTEZİAN SULARI – sukeçirməyən laylar arasında kollektor süxurlarda toplanan basqılı yeraltı sular. A.s-in kimyəvi tərkibi əmələgələn şəraitdən asılı olaraq kalsium-hidrokarbonatlı şirin sulardan, natrium-xlor tipli şor sulara qədər dəyişir. A.s.-ndan su təhcizatında, suvarmada, yod, brom, bor istehsalında istifadə olunur. Azərbaycanda Gəncə-Qazax, Qarabağ- Şirvan, Quba-Xaçmaz artezian hövzələri məlumdur.
sisteminin boğulması. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 33
ASILI GƏTİRMƏLƏR – Müvəqqəti və daimi axınlar vasitəsi ilə torpağın yuyulması nəticəsində suda asılı halda olan hissəciklər. Bu hissəciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.
və qeyri üzvi maddələr. ASILI TOZ – atmosferin çirkləndirici komponenti olan havadakı bərk hisəciklərdir. A.t.-un 90%-i xırda dispers fraksiyalardan ibarət olub toztutanlar vasitəsilə çətin tutulur. A.t. ciyərlərdə toplanaraq insanın sağlamlığı üçün təhlükəli sayılır. A.t.-da təhlükəli ağır metallar və polisiklik aromatik karbohidrogenlər (benzopiren daxil olmaqla) çökür. Sürtülmüş avtomobil təkərlərinin və azbestin hissəcikləri təhlükəli çirklənmə törədir. Şəhərlərdə A.t.-ların mənbəyi kimya və yanacaq energetika kompleksi, həmçinin avtonəqliyyat hesab edilir. ASİDOFİLLƏR (lat. acidus - turş) – Turş reaksiyalı su və torpaq məhlulu olan biosenozlarda yaşayan heyvanlar. Sirkə turşusu bakteriyaları və süd turşusu bakteriyaları asidofil orqanizmlərdir. Bunlar anaerob şəraitdə şəkərləri sirkə və süd turşusuna çevirir. Həmin bakteriyaların bu xüsusiyyətindən sirkə turşusu istehsalında, süd sənayesində, yemin siloslaşdırılmasında və s. istifadə edilir. ASİDOFİTLƏR – turş torpaqlara üstünlük verən oksilofil bitkilər. Bura asidohiqrofitlər, asidomezohiqrofitlər və asidomezofitlər daxildir. Ali bitkilər arasında lüpin, sfaqnum və s. A.-ə aiddir.
və yalnız qələvi mühitdə inkişaf edən (bazifil) orqanizmlər. Bəzi bakteriyalar (məs. sidik cövhərini parçalayan bakteriyalar, həmçinin çu- ğundur, yonca və lobya kimi ali bitkilər A.o.-dir). ASPEKT (yun. Aspectus - görünüş) – vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişir. Bu çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. A. müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. A. adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məs. cilin quru yarpaqlarının qonur A-i, xoruzgülünün qızılı-sarı A-i və s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 34
ASPEKTLƏŞDİRMƏ – ilin mövsüm tsikllərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsi. ASSENİZASİYA – kanalizasiya olmayan yerlərdə təmizləmə sistemi: əsasən çalalardan müxtəlif çirkab və tullantıların daşınması üçün görülən tədbirlər. Müasir şəhərlərdə A.-ya ehtiyac aradan qalxmışdır. ASSİMİLYASİYA (yun. assimslatio) – bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. A. daha bəsit maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ gəlməsidir. A. prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.
biosenozun əsas təsnifat vahidi. Quruluşu, növ tərkibi, maddələr mübadiləsi, torpaq örtüyü eyni olan, həm orqanizmlərlə, həm də orqanizm ilə mühit arasında qarşılıqlı əlaqələri oxşar olan fitosenozlar birliyi. A. relyef, su və torpaq şəraitinin dəyişilməsi, habelə bilavasitə (ot biçini, meşənin məhv edilməsi və s.) və ya dolayı təsir (mal-qara otarılması) nəticəsində kökündən dəyişilə bilər. İlkin və törəmə A.-lar ayırırlar. A.-lar adi hakim bitkilərə görə müəyyən edilir. A.-nın öyrənilməsi bitki örtüyü sahələrinin yararlılıq dərəcəsini, onların səmərəli istifadəsi və yaxşılaşdırılması yollarını müəyyən etməyə imkan verir. İri miqyaslı bitki örtüyü xəritələri çəkildikdə ayrı-ayrı A.-lar, miqyas kiçildikdə isə A. birlikləri göstərilir. ASTMA – nəfəsalmanı çətinləşdirməkdə özünü göstərən allergiyanın variantlarından biri. ASTROBİOLOGİYA – Kainatda həyatın hər cür təzahür formalarını öyrənən elm sahəsi. A. astronomiya, biologiya və biokimya nailiyyətlərinə əsaslanır. Bəzi məsələləri isə insanın kosmik fəzaya fəal müdaxiləsi nəticəsində meydana gəlmiş kosmik biologiya və kosmik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 35
tibb ilə birlikdə həll edir. AŞI BİTKİLƏRİ – sənayedə istifadə etmək üçün tərkibində kifayət qədər aşı maddələri və tannidlər olan bitkilər. Tannidlər bitkilərin ən mühüm biokimyəvi reaksiyalarında iştirak edir, həmçinin bitkiləri heyvanların yeməsinə (məhv etməsinə), bitki toxumlarında parazit göbələklərin və bakteriyaların inkişafına mane olur. Azərbaycanda, əsasən, nar qabığı, dəvədabanı kökü, sumaq yarpağı və şabalıdın qərzəyindən istifadə edilir. A.b. həm də dərman, boyaq və yeyinti sənayesi üçün xammaldır. AŞINMA – Yer səthində və onun ən üst qatlarında süxurların fiziki, kimyəvi və bioloji amillərin təsirilə parçalanması və kimyəvi dəyişməsi prosesi. Fiziki A. temperaturun dəyişməsi, su, külək və bitki köklərinin təsiri ilə süxurların kövrəkləşməsi, mexaniki parçalanmasıdır. Kimyəvi A. hava, su və üzvi aləmin kimyəvi aktiv birləşmələrinin (O 2 , SO
2 və s.) təsiri ilə süxurların kimyəvi dəyişməsidir. A. bitkilərin və heyvanların həyat fəaliyyəti nəticəsində süxurların mexaniki dağılmasına və ya kimyəvi dəyişilməsinə deyilir. A. relyef prosesində böyük rol oynayır.
əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafiya xəritələri məcmuəsi. A.-dan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. “Dünyanın fiziki atlası” (1964), “Dünyanın kiçik atlası” (1975), “Azərbaycanın atlası” (1949, 1963) nəşr olunmuşdur. Azərbaycan respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərb. MEA akad. Həsən Əliyev adına Coğrafiya institutu nəşrə hazırlamışdır.
növlər, bitkilərin aşağı hisələrinə qalxma qabiliyyətinə malik olub iri ölçülü, tam inkişaf etmiş gözləri, nisbətən uzun çıxıntıları (antenna ayaqlar və hoppanma qarmağı) olur. ATMOSFER (yun. atmos – buxar və spharia - təbəqə) – yerin hava-qaz təbəqəsi. A. başlıca olaraq azot (78%), oksigen (21%) və arqondan (1%-ə qədər) ibarətdir. Karbon qazı – 0,03%, hidrogen, helium, kripton, ksenon, neon və s. qazlar 0,01% təşkil edir. A.-in alt sərhədi qurunun səthi (okean səviyyəsi) hesab olunur, üst sərhədinin hündürlüyü 1300 km-ə qədərdir. Yuxarı qalxdıqca A. seyrəkləşir, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 36
təzyiqi düşür və tərkibi dəyişir. Hazırda A. beş əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir. Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda 12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir, onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir. Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir. Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir. ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs dalğalarının yayılmasını və s.-ni öyrənir.
tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, çirklənməsi və i.a.).
damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür. ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, çirkləndiricilərin olması). ATMOSFER FİZİKASI – atmosferdə baş verən fiziki proses və hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini, onların radiasiyasını udması və şüalandırmasını və buxarın kondensasiyasını, buludların və yağıntıların əmələ gəlməsini, atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 37
hadisələr arasındakı asılılığı və s. öyrənir. ATMOSFER TƏZYİQİ – atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760 mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə ölçülür. ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim- yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir.
çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları ilə yuyulması.
mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii radioaktivliyin mənbəyinə həmçinin kosmik şüalar aiddir. Radioaktiv izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs- tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox ölkələrdə aparılır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling