Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet3/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   2   3   4   5   6   7   8   9   ...   60

ALKOLOFİLLƏR – qələvi mühiti üstün tutan (su. torpaq) 

orqanizmlər. 



ALQOLOGİYA – Botanikanın yosunları öyrənən  sahəsi. 

ALKOLOİDLƏR – tərkibində azot olan qələvi xassəli, adətən bitki 

mənşəli üzvi maddələr. (kofein, efedrin, atropin, kinə və s.) A. fizioloji 

aktiv birləşmələrdir. A.-in çoxu qiymətli dərman maddəsidir: bəziləri 

güclü zəhərdir. 



ALLAXORLAR (allo və yun. – choreo – hərəkət edirəm) – Külək 

(anemoxorlar), su (qidroxorlar), heyvan (zooxorlar) və insan 

(antropoxorlar) vasitəsilə yayılan bitkilər. 

ALLELOPATİYA  (yun. allelon - qarşılıqlı)  – bitkilərin müxtəlif 

maddələr ifraz etməsi nəticəsində bir-birinə  təsir göstərmələri. Dörd 

qrup belə maddə  məlumdur.  İki qrupunu mikroorqanizmlər  əmələ 

gətirir; bunlar başqa mikroorqanizmlərin fəaliyyətini dayandıran 

antibiotiklər və ali bitkilərə  təsir edən marazminlərdir (soldurucu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

22 


 

maddələr). Digər iki qrupun maddələrini ali bitkilər ifraz edir, bunlar 

mikroorqanizmlərin fəaliyyətini boğan fitonsidlər və ali bitkilərin 

inkişafını  ləngidən kolinlərdir. Kənd təsərrüfatı bitkilərinin 

becərilməsində (növbəli əkin, qarışıq əkinlər üçün bitki seçilməsi və s.) 

A-nı nəzərə almaq lazımdır. 



ALLERGENTLƏR – ətraf mühitdən orqanizmə daxil olub, onda 

səciyyəvi antitel əmələ gətirən maddələr. 



ALLERGİYA  – orqanizmin hər hansı maddəyə qarşı  həddən artıq 

həssaslığı. Son illərdə  ətraf mühitin çirklənməsilə  əlaqədar allergiya 

genişlənib. 

ALLOGEN SUKSESSİYA  (yun. allos - başqası)  – ekzogen 

dəyişilmə, ekzogenez, ekzogenetik suksessiya – fiziki-kimyəvi, 

geokimyəvi, geoloji, antropogen və s.-nin xaricdən təsiri nəticəsində 

qruplaşmanın inkişaf prosesi. Konsepsiya L.Q.Ramenski (1938), 

V.N.Sukaçev (1942, 1954), V.D.Aleksandrovanın (1964) işləri əsasında 

T.A.Rabotnov (1983) tərəfindən geniş işlənib hazırlanmışdır. 



ALLOXTONLAR  – təkamül prosesində müəyyən yerdə  əmələ 

gəlib sonralar başqa yerlərə yayılmış orqanizmlər. 



ALLOPATRİK  İZOLYASİYA  – bir-birindən sahəcə ayrılan 

populyasiyalar arası izolyasiya, mikrotəkamülün aparıcı mexanizmi 

hesab olunur. 

ALLOTROF GÖL – biogen mineral və üzvi maddələri,  əsasən 

sutoplayıcı sahədən qəbul edən göl. 



ALLÜVİ  (yun. alluvio - gətirmə)  – daimi və müvəqqəti çayların 

çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. A-də bitki 

və heyvan qalıqları da olur. 

ALLÜVİAL OVALIQLAR (VƏ YA DÜZƏNLİKLƏR)  – çay 

çöküntülərindən  əmələ  gəlmiş düzənliklər. Lombardiya, Qanq, Böyük 

Çin və Kür-Araz ovalıqları  əsas etibarilə allüvial çöküntülərdən  əmələ 

gəlmişdir. 



ALP ZONASI – Dağlıq ölkələrdə hündürlük landşaft zonası olub 

meşə  və subalp zonalarından yuxarıda yerləşir. A.z.-nın bitki örtüyü 

alçaq temperatur, qısa vegetasiya dövrü şəraitində  əmələ  gəldiyi üçün 

gövdəsi qısa, boyu alçaq və yarpaqları  xırda olur. Alp bitki örtüyü 

Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında yayılıb yüksək 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

23 


 

qoruyucu rol oynayır. Alp çəmənliklərindən yay otlaqları kimi istifadə 

edilir. 

ALTERASİYA – ətraf mühitdə üzvi maddələri (qida, kağız, 

oduncaq, dəri və s.) parçalanmaya (çürüməyə) yönələn fiziki, kimyəvi, 

bioloji və b. təbii proseslər. A. nəticəsində elementar kimyəvi 

birləşmələr (üzvi maddələri təşkil edən) yenidən bioloji dövrana 

başlayır. 

ALTERNATİV ENERGETİKA  – enerjinin ənənəvi (kömür, neft, 

qaz) olmayan günəş, külək, qabarma-çəkilmə geotermal və s. 

mənbələrdən alınması. 

ALVAR  – çılpaq və ya yuxa torpaq qatı ilə örtülü əhəngdaşından 

ibarət meşəsiz sahə. 



AMENSALİZM (lat. mensa – süfrə, masa) – A.-də iki növ birlikdə 

yaşadıqda birinin təsirindən digəri zərər çəkir, növün biri isə nə ziyan, 

nə  də xeyir görür. Belə qarşılıqlı  əlaqə forması  ən çox bitkilərdə 

müşahidə edilir. Məsələn: fıstıq meşəsi altında bitən işıqsevər ot bitkiləri 

ağacların güclü kölgəsi altında sıxıntı keçirərək məhv olmağa doğru 

gedir, lakin bu «qonşuluğun» fıstıq ağacı üçün fərqi yoxdur. 



AMFİBİONTLAR  – həm quruda, həm də suda yaşamağa 

uyğunlaşan orqanizmlər. Bitkilər arasında (bəzi yosunlar, oxyarpaq, su 

qaymaqçiçəyi), heyvanlar arasında (amfibin) A.var. 

AMFİBİYALAR – onurğalı heyvanlar sinfi. Suda-quruda 

yaşayanlar. 



AMFİFİTLƏR  (yun. amphi - ətrafında)  – su hövzəsinin dibinə 

yapışan, yarpaq və çiçəklərinin çoxu suyun üzərində yerləşən su 

bitkiləri. 

AMFLİKASİYA  – orqanizmin ona kənardan olan təsirləri 

neytrallaşdırmaq qabiliyyəti. 



AMİLOFİL BİTKİLƏR – fotosintez nəticəsində əmələ gələn şəkəri 

nişastaya çevirən bitkilər. Bu nişasta bitkinin yarpaq və başqa 

hissələrində toplanır. Yaşıl bitkilərin  çoxu A. b.-dir. 

AMMONİFİKASİYA – tərkibində azot olan üzvi maddələrin (zülal, 

nuklein turşuları, sidik cövhəri və s.) mikroorqanizmlər tərəfindən 

parçalanıb sərbəst ammoniumun (amonyakın) əmələ gəlməsi prosesi; A. 

təbiətdə azotun dövranının mühüm mərhələsi olub torpağı azotun 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

24 


 

mənimsənilən forması ilə  zənginləşdirir. Orqanizmlərin fəaliyyəti və 

məhv olması  nəticəsində torpağa və su hövzələrinə çoxlu miqdarda 

tərkibində azot olan üzvi maddələr daxil olur. A. prosesi nəticəsində 

onlar minerallaşır və yenidən bitki və müxtəlif mikroorqanizmlər tə-

rəfindən mənimsənilə bilir. Yaxşı aerasiyalı neytral, kifayət qədər 

rütubətli torpaqlarda A. prosesi müvəffəqiyyətlə keçir. 

AMPEL BİTKİLƏRİ  – asma vazalarda (ampellərdə), dibçəklərdə 

və s. becərilən sallaq və ya sürünən gövdəli, gözəl yarpaqlı  bəzək 

bitkiləri. A.b. ilə otaqları, eyvanları, ictimai binaları, sütun, tağ  və 

postamentləri bəzəyirlər. 



AMPLİTUDA  (yun. amplituda - ölçü)  – hava temperaturunun və 

atmosfer təzyiqinin gündəlik, aylıq və ya çoxillik ən alçaq və ən yüksək 

göstəriciləri arasındakı  fərqi ifadə edən kəmiyyət. Məs., Bakıda 

yanvarda havanın orta temperaturu 3

°, iyulda isə 25°-dir. Deməli A. -

22-dir. 


ANA SÜXUR – bioloji və biokimyəvi proseslər, həmçinin insan 

fəaliyyəti nəticəsində torpağın  əmələgəlmə prosesində  iştirak edən 

süxurların üst qatı. Bərk və  aşınmış narın süxurlardan ibarət olur. 

Kimyəvi xassəsi, həmçinin mineroloji və mexaniki tərkibi onun 

üzərində əmələ gələn torpağın xassəsinə və münbitliyinə təcir göstərir. 

ANABOLİZM  – orqanizmdə mürəkkəb üzvi maddələrin  əmələ 

gəlməsinə yönələn maddələr mübadiləsi reaksiyasının məcmusu. 



ANADROM MİQRASİYA  – su heyvanlarının çoxalmaq üçün 

dənizdən çaya miqrasiyası (məs., bəzi qızıl balıqlar). 



ANAEROBİOZ  – sərbəst azotun olmadığı  şəraitdə  həyat; 

orqanizmlər həyat fəaliyyəti üçün lazım olan enerjini A. şəraitində üzvi 

və qeyri üzvi birləşmələrin birləşmiş oksidləşmə-reduksiya reaksiyası 

hesabına alır. Anaeroblar üçün enerji mənbəyi olan üç anaerob prosesi 

tipi ayrılır: qıcqırma, anaerob tənəffüsü və bakterial fotosintez. 

ANAEROBLAR, ANAEROB ORQANİZMLƏR – sərbəst 

oksigensiz mühitdə yaşayıb inkişaf edən orqanizmlər.  İki cür A. 

ayırırlar:  1. tamamilə oksigensiz şəraitdə yaxşı inkişaf edən, oksigen 

olduqda isə  məhv olanlar obliqat A. adlanır, (əsasən bakteriyalar). 2

Həm oksigenli, həm də oksigensiz mühitdə yaşamağa qadir olanlar 

fakultətiv A. adlanır (bakteriyalar, maya, göbələkləri, ibtidailər, irin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

25 


 

törədən köklər, azqıllı qurdlar və s.). Bəzi A. patogen xarakterli olub 

heyvan və insanlarda infeksiya xəstəlikləri törədir. (məs. botulizm, 

tetanum, qanqrena). 



ANALİTİK EKOLOGİYA  – ekologiyanın orqanizm və onun 

polpulyasalarının təbii mühitlə əlaqəsinin qanunauyğunluqlarını öyrənən 

bölməsi. 

ANALİTİK KİMYA  – kimyanın maddənin keyfiyyətcə  və  kə-

miyyətcə analiz metodlarını öyrənən istiqaməti. 



ANEMOFİLİYA  (yun. anemos - külək)  – çiçək tozunun külək 

vasitəsilə aparılması yolu ilə bitkinin tozlanma qabiliyyəti. 



ANALİTİK YANAŞMA – yeni biliklər əldə etmək üçün tədqiqatın 

məqsədindən asılı olaraq tama, özünün ayrı-ayrı hissələrinin cəmi kimi 

baxmaqla, mürəkkəb olanı sadələşdirməklə, vacib cəhətlərini vacib 

olmayanlarından ayırmaqla tədqiq edilən obyekti fikrən hissələrə ayırma 

üsulu. 

ANEMOXORLAR, ANEMOXOR BİTKİLƏR  – meyvə, toxum 

və sporları külək vasitəsilə yayılan bitkilər. Buna meyvə və toxumların 

xırda, yüngül, tüklü olması  və s. kömək edir. Allaxorlar qrupuna 

daxildir. 



ANODROM MİQRASİYA  – kürüləmək üçün balıqların dənizdən 

çaya keçməsi (məs. qızıl balıq, nərə balığı). 



ANOMALİYA  (yun. anomalia) – müəyyən bir məntəqədə me-

teoroloji elementlərin orta gündəlik, aylıq və ya illik kəmiyyətlərinin 

həmin məntəqənin çoxillik orta kəmiyyətlərindən meyl etməsi. Bu meyl 

mənfi və ya müsbət ola bilər. Məs., Bakının çoxillik yanvar orta 

temperaturu 2 + 3

°-dir. 1963-cü ilin orta yanvar temperaturu – 1° 

olmuşdur. Deməli, həmin il üçün temperatur (və ya termik) A.-sı 4-dür. 

ANTARKTİK ZONA – arktik temperatur zonasının cənub analoqu. 

ANTEKOLOGİYA  biologiyanın bir bölməsi, bitkinin çiçəkləməsi 

və tozlanması  məsələlərini, bu prosesə  təsir göstərən faktorlar 

kompleksinin təsirini nəzərə alaraq öyrənir. 

ANTİBİOTİKLƏR  (yun. anti - əks) – mikroorqanizmlərin sintez 

etdiyi bioloji mənşəli maddələr. Bakteriyaların və s. mikrobların, habelə 

virus və hüceyrələrin inkişafını dayandırır. A-in çoxu mikrobları məhv 

edə bilir. Hər antibiotik yalnız müəyyən mikrob növlərinə təsir edir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

26 


 

Təbabətdə insan orqanizminə zərər verməyən təqr. 40 antibiotikdən 

istifadə edilir. (pensillin, benzilpenisillin; streptomisin, pantomisin, 

veomisin və s.) 

Bitkiçilikdə müəyyən konsentrasiyada işlədilən A. toxumun cücərmə 

qabiliyyətini artırır, bitkinin inkişafını  və kök əmələ  gətirməsini 

sürətləndirir. Bundan ötrü toxum A.-lə  dərmanlanır, yaxud bitkilərə 

antibiotik məhlullar çilənir, ya da onların gövdəsinə A. yeridilir. 



ANTİDOTLAR zəhərlənmə zamanı istifadə edilən dərmanlar. 

ANTİOKSİDANTLAR  – Orqanizmin qocalmasına  şərait yaradan 

oksidləşmə prosesini zəiflədən və qarşısını alan kimyəvi maddələr. 

(tokoferollar, ionollar və s.). 

ANTİSEPTİKLƏR – xəstəliktörədən mikroorqanizmləri məhv 

etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi 

maddələr. Tibbdə A. dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin 

qarşısını almaq üçün işlədilir. A-in bir qismindən (karbol turşusu, 

krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları 

dizinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən A-ə pantosid, 

yodoform, hidrogen-peroksid, kalium- permanqanat, bor turşusu, 

natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov 

mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid), 

fitonsidlər və s. aiddir. 



ANTİtSİKLON – atmosfer havasının yüksək təzyiqə malik olan 

sahəsi; A-nun mərkəzindəki  ən yüksək təzyiq kənarlara doğru azalır. 

Ayrı-ayrı A-nun mövcudluq dövrü bir neçə sutka və ya həftə davam edə 

bilər.  Şimal yarımkürəsində A-nun sürəti 30 km/saata, cənub 

yarımkürəsində isə 40 km/saata çatır. 

ANTİSİKLON AXINI – dairəvi dəniz axını: şimal yarımkürəsində 

saat  əqrəbi istiqamətində, cənub yarımkürəsində isə  əksinə olur. A.a. 

dünya okeanının bioloji məhsuldarlığına müəyyən təsir göstərir (adətən 

burada o, olduqca aşağıdır). 



ANTOFİLLƏR  (yun. anthos - çiçək)  – Bitki çiçəkliyində 

məskunlaşaraq, onun ləçəkləri, erkəkcikləri və nektarı (nektarofaqlar) 

ilə qidalanan heyvanat aləmi, xüsusilə də həşəratlar. 

ANTOFİTLƏR – çiçək əmələ gətirən bitkilər; çiçəkli bitkilər. 

ANTOQONİSTLƏR – rəqabət  şəraitində yaşayan orqanizmlərdən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

27 


 

bir növün fərdləri digər növün fərdlərinin həyat fəaliyyətini sıxışdırır 

(ləngidir). 

ANTOQONİZM  – orqanizmlərin bir-birilə barışmaz, kəskin 

mübarizəsi, bu zaman növün biri digərinin boy və inkişafını zəiflədir və 

ya tamamilə dayandırır. 

ANTROBİOSENOZ  (yun. anthropos - insan) – insanın təsərrüfat 

fəaliyyətinin altında olan biosenoz. 



ANTROPİK (ANTROPOGEN) AMİLLƏR  – təbii mühitə insan 

fəaliyyətinin təsiri amilləri. A.a. mənfi və müsbət ola bilər. 



ANTROFİLLƏR – insana yaxınlıqda (təmasda) yaşayan heyvanlar. 

Məs. ev sərçəsi, ev siçanı və s. 



ANTROFİTLƏR – insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri 

ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil 

bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir. Antrofitlərə: 

1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin, 

ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda 

inkişaf edən yerli alaq otları: 2) insan tərəfindən təbii bitki örtüyünün 

məhv edildiyi yerdə, məs. herikdə  və zibillikdə  qısa müddətli 

prosenozlar yaradan yerli ruderal növlər (rudefitlər). 3) yerli becərilən 

bitki növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib 

düşünmədən daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi 

becərilən (introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış 

mədəni bitkilər (erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar 

növlər (efemerofitlər) aiddir. 

ANTROPOFOBLAR  – hədsiz otarmaya, biçinə  və s. tab 

gətirməyən bitki və heyvanlar. 



ANTROPODİNAMİK DƏYİŞİLMƏLƏR VƏ YA 

SUKSESSİYALAR – insanın düşünülməmiş (şüursuz olaraq) və ya şü-

urlu surətdə (hər hansı bir məqsədlə) təsiri ilə biosenozların dəyişilməsi. 

Bu dəyişilmə endodinamik (məs. təbii çəmənə gübrə verməklə) xarakter 

daşıya bilər. (Sukaçev). İnsan tərəfindən aqrosenozların dəyişilməsi ciddi, 

laborogen, texnogen və rekreasiya dəyişilmələri ilə nisbətən zəif nizam-

lanır. 


ANTROPOGEN ÇİRKLƏNMƏ  – insanın təsərrüfat fəaliyyəti 

nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə  və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

28 


 

intensivliyinə bilavasitə  və vasitəli təsir göstərir. Məs. hidrotikintilər 

aparmaq, yol örtüyü salmaq yolu ilə və s. 

ANTROPOGEN DÖVR, KAYNOZEYİN ÜÇÜNCÜ DÖVRÜ – 

neogendən sonra başlayıb hazırda da davam edir; pleystosen və holoseni 

əhatə edir. A.d. həm də dördüncü dövr adlanır. A.d.-ün uzunluğu 

müxtəlif sxemlərə görə 0,6-3,5 mln il təşkil edir. A.d. şüurlu insanın 

meydana gəlməsi dövrüdür. Dövrün adı da elə onunla bağlıdır. 

ANTROPOGEN EROZİYA  – insanların düzgün olmayan 

təsərrüfat fəaliyyəti (meylli yamacların başdan-başa  şumlanması, 

meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, 

müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. 



ANTROPOGEN LANDŞAFT  – insan cəmiyyəti fəaliyyətinin 

nəticəsində  kəskin dəyişilmiş  və ya yeniləşdirilmiş landşaft. Təbii 

landşaftın aqrosenozlarla, yaşayış  məntəqələri ilə, texniki və  nəqliyyat 

qurğuları ilə əvəz olunması. 



ANTROPOGEN MADDƏLƏR  – sferi mühitinə insan fəaliyyəti 

nəticəsində daxil edilən kimyəvi birləşmələr qrupu. 



ANTROPOGEN MÜHİT – canlı orqanizmləri əhatə edən və insan 

tərəfindən dəyişdirilən ətraf mühit. 



ANTROPOGEN POPULYASİYALAR  – insan tərəfindən 

introduksiya nəticəsində yaranan populyasiyalar, onların çoxalması, 

yayılması. 

ANTROPOGEN RELYEF – qurunun insan fəaliyyəti nəticəsində 

dəyişilmiş  və ya yaradılmış relyefi. İki cür A.r. ayrılır: kortəbii A.r. 

(yarğan, uçqun, hərəkət edən qumlar və s.) və istiqamət verilmiş A.r. 

(yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) 



ANTROPOGEN SEYRƏLMƏ  – Ayrı-ayrı bitki və ya heyvanın 

sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsi. 



ANTROPOGEN SƏHRALAR  – insanın təbiətə bilavasitə  və 

vasitəli təsiri nəticəsində yaranan səhralar. A.s-ın sahəsi getdikcə artır 

və 10 mln. km

2

-ə çatmışdır. (qurunun 7%-ni təşkil edir). Dünyanın bü-



tün səhralarının antropogen mənşəli olması haqda fikir yürüdülür. 

ANTROPOGEN SİSTEMİ (DÖVR) (yun. anthropos – insan və 

genos - doğum)  – stratiqrafik şkalanın son sistemi və Yerin geoloji 

tarixində indiyədək davam edən axırıncı dövr. 700 min – 1mln. – 2,5 -



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

29 


 

3,5 mln. il bundan əvvəl başlanmışdır. A.s. alt Pleystosen, Orta 

Pleystosen, Üst Pleystosen və Holosenə bölünür. Azərbaycan ərazisində 

A.s. çöküntüləri Samur və Astara çayları arasındakı (Abşeron y.a. daxil 

olmaqla) bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və 

onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur. 

İnsanın əmələ gəlməsi və formalaşması A.s. ilə əlaqədardır. 

ANTROPOGEN STRES – 1) İnsan fəaliyyətinin təsiri altında (o 

cümlədən narahat etməsi) heyvanlarda baş verən distres. 2) Həyat 

mühitinin ümumi fonunun (məs. kəndli üçün şəhər mühiti), başqa 

adamın yersiz hərəkətinin (kobudluğu,  ədəbsizliyi, yemək vaxtı  ağzını 

marçıldatmaq və s.), bir yerə  həddindən çox adamların toplaşmasının 

təsiri altında insanda psixi gərginliyin yaranması. 



ANTROPOGEN TƏZYİQ (TƏSİR)  – insanın, onu əhatə edən 

ətraf mühitə bilavasitə və vasitəli təsiri. 



ANTROPOGEN YÜK – insanın və onun təsərrüfatının təbiətə  və 

onun ayrı-ayrı komponentlərinə bilavasitə və vasitəli təsir dərəcəsi. 



ANTROPOXORİYA – insanın özü bilmədən bitki (antropoxor) 

toxumunu bir yerdən başqa yerə yayması. Bəzən insanın bilərəkdən 

yaydığı mədəni bitkilər də A.-ya aid edilir. 

ANTROPOLOGİYA  – insan, onun mənşəyi, təkamülü, 

morfologiyası, irqi, etnik tərkibi və mühit şəraitinə adaptasiyasını 

öyrənən elm. 

ANTROPOSENOLOGİYA – insan ekologiyasının bir bölməsi 

olub insan cəmiyyətinin  ətraf mühit ilə qarşılıqlı  əlaqəsini öyrənir. 

(adətən dar regional çərçivəsində). 

ANTROPOSFER – 1) İnsan yaşayan və ya daxil olan yer sferi; 2) 

Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə  və ya 

vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək 

hissəsi. 3) biosferin insan tərəfindən dəyişilmiş halda istifadə olunan 

hissəsi. (coğrafi landşaft qabığı). Neosfer sinonimi kimi də işlədilir. 

ANŞLAQ (təbiəti mühafizə)  – təbiətdə  hər hansı bir insan 

fəaliyyətini qadağan etmək üçün şifahi və ya yazılı elan (ov, mal-qara-

otarma, hər hansı bir yerdə gəzməyi qadağan etmə və s.). 

APOBİOSFER  (yun. apo – sız, siz şəkilçisi) – canlı orqanizmin 

qalxa bilmədiyi və biogen maddələrin çox cüzi olduğu atmosferin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

30 


 

yüksək qatları (60-80 km-dən yüksəkdə yerləşən). 



APOFİTLƏR – şum yerində və ya insanın yaratdığı digər yerlərdə 

yayılan yerli bitki növləri. Bu növlər həmin yerlərin alağı hesab edilir. 



ARAN  – Azərbaycanda tarixi-coğrafi  ərazi məfhumudur; yaylanın 

və dağlıq ərazilərin əksinə olaraq, ovalıq-düzənlik sahələrə deyilir. Yayı 

isti, qışı yumşaq-mülayim iqlimə malikdir. (Azərbaycanın Kür-Araz, 

Samur-Dəvəçi, Gəncə-Qazax və Arazboyu düzənlikləri və s.). Mal-qara 

üçün təbii qış otlaqları və əsasən pambıq tarlaları A.-dadır. 

ARASI KƏSİLƏN (FASİLƏLİ) MÜVAZİNƏT KON-

SEPSİYASI  – Amerika bioloqları S.Qolud və N.Eldric (1977) 

tərəfindən hazırlanmışdır. Bu konsepsiya əsasən təkamül arası kəsilməz 

(fasiləsiz) deyil, sıçrayışla gedərək uzunmüddətli müvazinət dövrləri 

biri-birini əvəz edir. 



ARAT  – Səpindən qabaq su ehtiyatı yaratmaq məqsədilə torpağın 

suvarılması. A. torpağın fiziki xassəsini yaxşılaşdarır, torpaqda qışlayan 

ziyanvericiləri məhv edir, zərərli duzların yuyulmasına kömək edir, alaq 

toxumlarının səpinə qədər cücərməsinə və kultivatorla məhv edilməsinə 

şərait yaradır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling