Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Kimyəvi və elektrokimyəvi proseslər


Download 0.62 Mb.
Pdf ko'rish
bet13/48
Sana17.06.2023
Hajmi0.62 Mb.
#1553564
TuriMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
Bog'liq
Fiziki-və-kolloid-kimya-2(1)

Kimyəvi və elektrokimyəvi proseslər 
 
Elektrokimyəvi prosesləri kimyəvi proseslərdən fərqləndirmək üçün kimyəvi 
çevrilmələrin energetik effektlərinin birinci halda elektrik enerjisi vasitəsilə, 
ikinci halda isə istilik enerjisinin hesabına getməsinin səbəblərini aydınlaşdırmaq 
lazımdır. Bunun üçün hər hansı kimyəvi çevrilməni nəzərdən keçirək: 
Fe
3+
+ Cu
+

Fe
2+ 
+ Cu
2+
Şübhəsiz, bu reaksiyanın kimyəvi yolla getməsi üçün həmin hissəciklərin 
toqquşması labüddür. Bu zaman elektronların bir hissəcikdən digərinə keçməsi 
üçün şərait yaranar. Elektronların isə keçməsi hissəciklərin enerji ehtiyatından və 
onların aktivlik enerjilərinin nisbətindən asılıdır. Aktivlik enerjisi isə kimyəvi 
reaksiyaların təbiətinin funksiyasıdır. 
Kimyəvi proseslərin energetik effekti istiliklə xarakterizə olunur.
Elektrokimyəvi proseslər isə elektrik enerjisinin sərfi və ya alınması 
nəticəsində, daha doğrusu elektronların axını nəticəsində mümkün olur. Kimyəvi 
proseslərdən fərqli olaraq bu zaman elektronlar yaxın məsafədən deyil, uzaq 
məsafədən, xaotik deyil, bir istiqamətli olur. Bu zaman sərf olunan enerjinin 
miqdarı hər iki halda eyni olur, ancaq kinetik şərait isə müxtəlif olur.
Elektrokimyəvi mexanizm zamanı reaksiyanın aktivlik enerjisi elektrodların 
katalitik təsiri nəticəsində kimyəvi mexanizmə nəzərən fərqli olur. Daha sonra 
elektrodların potensialı da dəyişə bildiyi üçün elektrokimyəvi mexanizmin 
aktivlik enerjisi nəinki elektrodun təbiətindən, hətta onun potensialından və başqa 
faktorlardan da asılıdır. Buna görə də elektrokimyəvi reaksiyalar, kimyəvi 
reaksiyalardan təkcə prosesin energetik effektinə görə (termodinamiki effekt) 
deyil, eyni zamanda aktivlik enerjisinə görə (kinetik effekt) fərqlənir. 
Elektrik enerjisinin hesabına kimyəvi çevrilmələr gedən qablar elektroliz 
vannaları adlanır. Reaksiya iştirakçısından elektron alan elektrod anod, reaksiya 
iştirakçısına elektron verən elektrod isə katod adlanır.
Elektrolitin anoda toxunan hissəsi anolit, katoda toxunan hissəsi isə katolit 
adlanır. Anodda elektron itirilməsi ilə gedən reakiyalar oksidləşmə, katodda 
elektron alınması ilə gedən reaksiyalar reduksiya və ya hidrogenləşmə adlanır. 
Ona görə də anod cərəyan mənbəyinin müsbət qütbünə, katod isə cərəyan 
mənbəyinin mənfi qütbünə birləşdirilir. 


Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling