Nino Nijaradze Keysi Makleyn


Download 2.82 Kb.
Pdf ko'rish
bet10/10
Sana09.02.2017
Hajmi2.82 Kb.
#79
1   2   3   4   5   6   7   8   9   10

Əhvalat 2.
Mişanın yüksək akademik nailiyyətləri var, amma dərsdə öz 
nadincliyi ilə diqqəti cəlb edir. Hiss edəndə ki, müəllim baxmır, 
partasından başqalarına kağız atır. Bu hərəkətə görə müəllim 
məzəmmət edəndə, uşaqlar gülüşürlər və bu da, Mişanı daha çox 
dəcəllik etməyə sövq edir. Müəllim çox cəhd göstərsə  də heç 
bir nəticə  əldə edə bilmədi. Necə düşünürsünüz, müəllim necə 
davranmalıdır?
Mişanın müəllimi aşağıda verilən variantlardan birini seçə bilər:
 
Mişanı direktorun yanına apara bilər və  qəti  şəkildə onu 
1. 
cəzalandırmağı tələb edə bilər. 
Məsləhət almaq üçün həmkarına müraciət edə bilər. 
2. 
Əvvəllər belə bir şagirdlərlə işləmiş müəllimlər yaxşı məsləhət 
verə bilərlər. Bu növ problemlərə  məktəbin müdiriyyətini cəlb 
etmək arzu olunmur. Amma, ailə üzvləri ilə əlaqə saxlamaq və ya 
ciddi intizam ölçülərini götürmək lazım gələrsə, o zaman yaxşı 
olardı ki, direktoru vəziyyətdən xəbərdar edəsiniz. 
Direktorun vəzifələrindən biri əməkdaşlarının işlərini nəzarət 
etməkdir. Bu, bir çox hallarda dərs prosesinin idarəsi ilə əlaqədar 
şərhləri nəzərdə tutur. Yaxşı olardı ki, tədris üslubu və ya peşəkar 
bacarıqlar üzrə onun qeydlərini müsbət qəbul edəsiniz. Peşəkar 

143
irəliləyişin ön şərtlərindən biri məhz dəyişikliklər üçün hazır 
olmaqdır. 
Əhvalat 3. 
Direktor üçüncü sinifl ə əlaqədar məsələləri həll etmək üçün 
Mayanı öz kabinetinə dəvət edir. O, bir neçə gün əvvəl Mayanın 
dərsini müşahidə edib. Direktor qeyd etdi ki, Maya fənni yaxşı bilir 
və şagirdlər də onu sevirlər. Amma, onu da qeyd edir ki, dərs zamanı 
şagidlərdən bir neçəsi öz partaları arxasında  əyləşməmişdilər. 
Onlar söhbət edir, müəllimə qulaq asmır və başqa işlərlə  məğul 
idilər. Ümumi vəziyyət xaotik idi. Direktor Mayadan soruşur ki, 
sinfi  daha yaxşı necə idarə etmək mümkündür. 
Aşağıda Mayanın göstərdiyi reaksiyanın bir neçə variantını 
təklif edirik:
Maya direktora söyləyir ki, o, yalnız bir dərsi müşahidə 
1. 
edib. Ümumiyyətlə isə, onun dərsə nəzarəti çox yaxşı alınır. 
Əslində isə, uşaqların bu cür davranışlarının səbəbi qonşu 
otaqdan gələn səs-küy idi. Həmin sinfi n şagirdlər hər vaxt 
dəhlizdə olur və səs salırlar.
Maya etiraf edir ki, davranışı idarə etməkdə çətinlik çəkir. 
2. 
O, problemin həlli ilə əlaqdar öz fi krini direktora söyləyir. 
Onun fi krincə, məsləhət üçün sinfi  daha yaxşı idarə etməyi 
bacaran müəllimə müraciət etməlidir və yaxşı olardı əgər 
direktor ona praktikada həyata keçirmək üçün hər hansı bir 
stategiya təklif etsin.
Əlbəttə ki, ikinci variant daha yaxşıdır. Mayanın direktora 
cavabı onu göstərir ki, göstərişləri düzgün anlayıb və onun 
reaksiyası da dəyişiklik üçün hazır olmağını göstərir. Birinci 
variantda Maya özünü müdafi ə etməyə çalışdı. O, problemi 
danmağa və başqalarını günahlandırmağa çalışdı  və problemin 
həllinə heç maraq göstərdiyini də bildirmədi. 
Məktəbə, dərs prosesinin  idarə olunmasında, müəllimlərdən 

144
əlavə başqa işçilər də lazım gəlir: psixoloq, sosial işçi, kitabxanaçı, 
katib, xidmətçi və s. Psixoloqlar və sosial işçilər xüsusi diqqətə 
ehtiyacı olan şagirdlərlə  işləyirlər, onlar müəllimin yardımı 
olmadan uşağın problemlərini düzgün təyin edə bilmirlər. Bu 
cür hallarda, əməkdaşlıq münasibətləri çox nəticəli olur. Bundan 
əlavə, onlar uşaq haqqında elə bir informasiyaya malik ola bilərlər, 
hansının məxfi liyi qorunmalıdır. Əgər uşağın problemlərini başqa 
müəllimlərə söyləmiş olsaq, o zaman şagiridn hüquqlarını pozmuş 
olarıq. 
Texniki işçilər dərs prosesinə birbaşa cəlb olunmurlar, amma 
onlar məktəb həyatının  əhəmiyyətli məsələlərini təmin edirlər. 
Onlar da, adətən, hörmətlə yanaşmağa layiqdirlər.
Əhvalat 4. 
Elza məktəbdə xidmətçi işləyirdi. Müəllimlərdən biri onunla 
saymazyana rəftar edirdi; bir dəfə həmin müəllim sinfi n və digər 
əməkdaşların yanında Elzanı sinif otağındakı lövhəni yaxşı 
silmədiyinə görə sözlə təhqir etdi. Məlum olur ki, şagirdlər tənəffüs 
zamanı lövhədə  şəkil çəkiblərmiş, lövhədə  həmin müəllimin də 
karikaturası çəkilibmiş. Bu faktdan hiddətlənən müəllim vəziyyəti 
ayırd etməyə cəhd belə göstərmədi  və acığını xidmətçiyə tökdü, 
şagirdlərin və digər əməkdaşların qarşısında onu alçaltdı. 
Problemin həllinin mümkün variantı:
Elza məktəb direktorunu vəziyyətdən xəbərdar etdi və baş 
verənləri  ətrafl ı  təsvir etdiyi yazılı  ərizəsi ilə ona müraciət etdi. 
Bundan sonra məktəbin direktoru məktəbin intizam komitəsinə 
müraciət etdi ki, daxili nizamnamə ilə təyin olan qaydalara əsasən 
müəllimin davranışına baxılsın.  İntizam komitəsinin qərarına 
əsasən, müəllimə töhmət verildi.
Prolemin bu cür həlli düzgündür. Elzanın etirazı tam haqlı idi, 
çünki müəllim vəziyyətdən sui istifadə edib xidmətçini təhqir etdi. 
Bundan irəli gələrək, aydın  şəkildə görünür ki, müəllim Elzanın 
dəyərlərini alçaldıb. Məktəb direktoru məcbur idi ki, Elzanın 
şikayətinə reaksiya göstərsin, çünki direktor məktəbin işçiləri 
(eləcə  də xidmətçilərlə) ilə  əmək müqaviləsi imzalayır. Bundan 

145
əlavə, direktorun səlahiyyəti çatır ki, şikayətə özü baxsın və ya 
intizam komitəsinə müraciət etsin. 
 
Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab 
verə bilərsiniz. Suallara qayıdın və cavab verin.
Əsas nəticələr və tövsiyyələr:
Müəllimlər və  məktəbin digər işçiləri arasında səmimi 
• 
münasibətlər uğurlu dərs prosesini əhəmiyyətli  şəkildə 
müəyyən edir;
Fənn səriştəsindən  əlavə, müəllimin peşəkarlığı 
• 
başqalarına qarşı əməkdaşlıq münasibətləri və mehriban 
davranışla müəyyən edilir. Bu, başqalarının hüquqlarına 
hörmətlə yanaşmağı, peşəkar (işgüzar) mühitin 
yaradılmasını və saxlanılmasını və münaqişəyə anlayışlı 
yanaşmanı nəzərdə tutur;
Müəllim borcludur ki, məktəbin işçilərinin dəyərlərini 
• 
qorusun və onlara hörmətlə yanaşsın. 

146
Peşəkar inkişaf
Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz:
Peşəkar inkişaf nəyi nəzərdə tutur;
Müəllimlər üçün peşəkar inkişafa qayğı göstərmək nə 
dərəcədə əhəmiyətlidir;
Peşəkar inkişafın hansı vasitələri mövcuddur;
Peşəkar inkişaf planının hansı əhəmiyyəti vardır.
Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində 
düşünün:
Peşəkar bacarıqlarınızın yaxşılaşdırılması üçün hansı 
1. 
yollara müraciət edərdiniz?
Müəllim peşəkar inkişaf planını hansı tezliklə 
2. 
yeniləşdirməlidir?
Niyə müəllimin özqiymətləndirməsi  əhəmiyyətlidir və o, 
3. 
dərs prosesində nə kimi təsir göstərir?

147
*****
Müəllimlik peşəsi dinamikdir və daim dəyişikliklərə tabe 
olunur. Peşəkar inkişaf peşəkar irəliləyişə yönələn tədbirləri 
nəzərdə tutur. “Ümumi təhsil haqqında” Gürcüstan qanununa 
əsasən, peşəkar inkişafın vasitələridir:
akreditasiya keçmiş peşəkar inkişaf proqramlarını 
a) 
keçmək;
müəllim sertifi kasiya imtahanını verdikdən 6 il sonra uyğun  
b) 
müəllim sertifi kasiya imtahanını vermək;
tədris və ya pedaqoji məhsulunu yaratmaq (dərslik, təhsil 
c) 
proqramının müəllifl iyi,  təhsil layihıəsinin hazırlanması 
və yaxud  həyata keçirilməsi, stajer-müəllim və ya digər 
müəllimlərlə biliyini paylaşmaq və sairə).
Peşəkar səriştə yalnız fənn biliyini deyil, eləcə  də peşəkar 
vərdiş-bacarıqları və yanaşmaları da özündə birləşdirir. O, məsələn, 
həm təhsil materialının çatdırılması və tapşırıqları qiymətləndirmək 
bacarığını, eləcə də geyim üslubunu əks etdirə bilər.
Müəllimin peşəkar məsuliyyəti təhsil sahəsində baş verən 
yenilikləri bilməyi və pedaqoji təcrübənin inkişafını nəzərdə tutur. 
Müəllim həri il peşəkar yüksəliş planını işləyib hazırlamalı və onu 
həyata keçirməlidir. Peşəkar inkişaf planında bütün o fəallıqlar 
yazılmalıdır, hansıları həmin il üçün müəllim yerinə yetirməlidir. 
Plan müəllim üçün bələdçilik rolunu oynayır. Bu bir reseptdir, 
hansı ki, şərtsiz olaraq yerinə yetirilməlidir. Planın təhlil və 
təkmilləşdirilməsi qüzərində iş isə, peşəkar inkişafın bir hissəsidir. 
Özünü analiz etmək texnikası müəllimə imkan verir ki, peşəkar 
inkişaf prosesini planlaşdırsın. Plan sistematik yanaşmadır, hansı ki, 
konkret tədbirlərdən ibarətdir. Bu, lazımi ədəbiyyatın öyrənilməsi, 
başqa müəllimlərin dərsində  iştirak etmək, tədris kursları  və ya 
internetdə materialın axtarışı ola bilər. 

148
Peşəkar yüksəliş planının işlədikdə, Milli Tədris Planlarını 
və  təhsil sahəsində Gürcüstan qanunvericiliyini nəzərə almaq 
 
vacibdir. Aşağıda peşəkar inkişafa dəstək göstərən fəallıqlar və 
strategiyalar verilibdir, hansılar peşəkar inkişafa şərait yaradır və 
həm fərdi, eləcə də qrup peşəkar inkişaf planının hissəsi şəklində 
həyata keçirilə bilər.
Şəxsi təcrübəsinin analizi (refl eksiya)  peşəkar inkişaf üçün 
xüsusilə  əhəmiyyətli bacarıqdır. Özünü analiz etməyi bir neçə 
mərhələlərə ayırmaq olar:
problemin eyniləşdirilməsi, bu zaman müəllim özünun iş 
1. 
fəaliyyətindən elə bir problemi və ya sualı ayırır, hansını 
həll etmək istəyir.
İnformasiya toplamaq, bu zaman müəllim onun üçün 
2. 
maraqlı məsələ ətrafında məlumatlar toplayır;
Analiz və qərarın qəbul edilməsi, bu zaman müəllim çalışır 
3. 
ki. toplanılmış material üzərində düşünsün və onların 
hərtərəfl i öyrənilməsi əsasında qərar qəbul etsin;

149
Praktiki fəaliyyət, bu zaman müəllim özünün peşəkar 
4. 
inkişafını planlaşdırır. Bundan sonra o, cədvəl işləyir, 
hansına cari ilin məqsədlərini köçürür. 
Özqiymətləndirmə peşəkar inkişafın  srategiyalarından 
biridir. Müəllimin  fəaliyyətinə yeni başlamasına və yaxud da 
müəllimin böyük təcrübəsinə baxmayaraq, zəif və güclü tərəfl ərin 
qiymətləndirilməsi və bu informasiyanın düzgün istifadəsi dərs 
prosesinə müsbət təsir göstərir. Özqiymətləndirmənin üstünlüyü 
ondan ibarətdir ki, bu zaman başqalarının fi kirlərinim təsiri altına 
düşmürsünüz və sərbəst şəkildə öz bacarıqlarınızı qiymətləndirib 
analiz edə bilərsiniz. O, çox zərərsiz bir metoddur və buna uyğun 
olaraq onu istifadə etdikdə  səmimiyət, realistik qiymətləndirmə 
və saktiliyin saxlanılmasının ehtimalı da böyükdür. Əldə edilən 
nəticələrə  əsasən, peşəkar inkişafın daha mükəmməl planını da 
tərtib etmək olar.
Əhvalat 1.
Nato 7 ildir ki, müəllim işləyir. Peşəkar inkişaf məqsədilə o, qərara 
alıb ki, özqiymətləndirmə metoduna müraciət etsin. Aşağıda 
verilən  əlamətlərə  əsasən qiymətləndirmə sxemini tərtib edib və 
öz imkanlarını 3-ballıq sistemlə qiymətləndiribdir.
1 = bu konkret bacarığı inkişaf etdirmək lazımdır;
2 = müəyyən təcrübəyə malikəm, amma daha çox 
çalışmalıyam;
3 = bu baxımdan imkanlarımın maksimumuna çatmışam.
Şagirdlər və həmkarlarla münasibət zamanı iradənin gücü 
• 
və səbr;
Enerjili olmaq və zəhmətkeş olmaq;
• 
Dəqiq və intizamlı olmaq;
• 
Ədalətli olmaq;
• 
Diqqətsiz və passiv uşaqların dərs prosesinə cəlb olunma 
• 
bacarığı;
Qərarın vaxtında qəbul edilməsi bacarığı;
• 
Vaxtdan effektiv istifadə etmək bacarığı;
• 

150
Şagirdlərin motivasiyalarının yüksəldilməsi bacarığı;
• 
Tədrisin müxtəlif metod və strategiyalarının effektiv çəkildə 
• 
istifadə etmək bacarığı;
Sosial və qrup qərəzsizliyi;
• 
Öz fənni və şagirdlərlə əlaqədar entuziazm;
• 
Dərsin və ya konkret tədbirin effektiv şəkildə planlaşdırılması, 
• 
təşkil edilməsi və idarəsi bacarığı;
Dərsin məqsədini təyin etmək bacarığı;
• 
Məsləhət və yardımı xahişi etmək məqsədilə  həmkarlarla 
• 
əməkdaşlıq etmək;
Öz təcrübəsini başqaları ilə bölüşmək bacarığı.
• 
Qzqiymətləndirmə nəticələrindən irəli gələrək, planlaşdırılmış 
tədbirlər Natonun nailiyyətlərinə müsbət təsir göstərəcəkdir, bu 
isə, şagirdlərin nəticələrində özünü göstərəcəkdir. 
Özqiymətləndirmədən  əlavə, sizin peşəkar inkişafınız üçün 
şagirdlər tərəfi ndən qiymətləndirməni effektiv şəkildə istifadə edə 
bilərsiniz. Əgər bilmək istəyirsinizsə ki, şagirdlər sizin keçirdiyiniz 
dərslər haqqında nə düşünürlər, xüsusilə nəyi bəyənirlər, yaxud da 
dərs barədə hansı qeydləri və fi kirləri ola bilər, o zaman aşağıda 
verilən qiymətləndirmə formasından istifadə edə bilərsiniz. Fənnin 
xüsusiyətindən irəli gələrək, qiymətləndirmə formasını  dəyişə 
bilərsiniz. Yaxşı olardı ki, həmin formadan trimestrin sonu və ya 
konkret materialı başa vurduqdan sonra istifadə edəsiniz. Şagirdlərə 
izah edin ki, qiymətləndirmə anonimdir və onların qiymətlərinə 
təsir göstərməyəcəkdir. Izah edin ki, qiymətləndirmə formasını 
doldurmaqla, onlar sizə dərs prosesini daha yaxşı planlaşdırmaqda 
yardım edəcəklər. 
Qiymətləndirmə formasında bu dərs haqqında öz 
təəssüratlarınızı ifadə edin.
Hər bir sualla diqqətlə tanış olun və istədiyiniz cavabı dairəyə 
alın. 

151
                
1. Dərs yaxşımı təşkil edilmişdi
 hə / yox / belə də / bitərəfəm
2. İstifadə olunan material (dərsliklər, kserosurətlər, əlavə 
oxu vəsaiti) maraqlımı idi
hə / yox / belə də / bitərəfəm
3.  Bu dərs fənni yaxşı qavramaqda mənə yardım etdi
hə / yox / belə də / bitərəfəm
4. Müəllimin qiymətləndirməsi ədalətli idi 
hə / yox / belə də / bitərəfəm
5.  Müəllim yerinə yetirdiyim işi obyektiv qiymətləndirirdi 
və səhvlərin təhlilində mənə yardım edirdi
hə / yox / belə də / bitərəfəm
6. Dərs çətin idi
hə / yox / belə də / bitərəfəm
7. Ev tapşırığının həcmi çox böyük idi
hə / yox / belə də / bitərəfəm
8. Müəllim hər bir şagirdə hörmətlə yanaşırdı
hə / yox / belə də / bitərəfəm
9. Şagirdlər müəllimə hörmət edirdilər
hə / yox / belə də / bitərəfəm
10. Müəllim olduqca ciddi idi
hə / yox / belə də / bitərəfəm
11. Dərs maraqlı idi
hə / yox / belə də / bitərəfəm
12. Dərsə yüksək qiymət verirəm
hə / yox / belə də / bitərəfəm

152
                      
Sizə dərsdə ən çox təəssüratı nə verdi?
Dərsdə nəyi bəyənmədiniz?
Siz  müəllim olsaydınız, dərsi necə yaxşılaşdırardınız?
Dərslə  əlaqədar istənilən məsələ üzərində öz fi krinizi  bildirə 
bilərsiniz.

153
Peşəkar inkişafın effektiv yollarından biri peşəkar ədəbiyyatla 
tanışlıq  və onu öyrənməkdir. Bu forma ilə yeni informasiyanı əldə 
etmək və və özünün bilik və təcrübəni dərinləşdirmək olar.
Peşəkar inkişafın vasitələrindən birini dərs prosesini müşahidə 
etmək təqdim edir. Müəllimlər müşahidəni genişləndirmək 
məqsədilə, eləcə də özünün pedaqoji yanaşmalarını təkmilləşdirmək 
üçün həmkarlarının dərs prosesində iştirak edirlər.
Əhvalat 2. 
Teona tarix müəllimidir. O, təqdimat bacarığını yaxşılaşdırmağı 
çox istəyir. Onun dərsində  uşaqlar tez darıxırlar və idarəetməz 
olurlar. Tamriko başqa sinifdə tarix dərsini tədris edir. Teona 
əvvəlcədən Tamriko ilə razılaşıb və  dərsdə onun təcrübəsi ilə 
paylaşmaq məqsədlə iştirak edir. 
Teona qeyd edir ki, Tamriko yaxşı müəllimdir və materialı da 
yaxşı bilir. Amma ən əsası isə, onun tədris metodudur. Divarlara bir 
çox rənglu şəkillər vurub, bunlardan bir çoxu şagirdlər tərəfi ndən 
çəkilən şəkillərdir. Sinif qarşısında durmaq və mühazirə keçmək 
əvəzinə, Tamriko partalar arasında gəzir. Teona qərara alır ki, 
Tamrikonun dərsindən götürdüyü bir neçə metodu öz dərsində 
istifadə etsin və görsün ki, bu metodlar şagirdlərdə hansı effekti 
göstərəcəklər.
Dərs planının qruplarda işlənməsi müəllimlərə  fənləri ilə 
əlaqədar məsələləri dərinliklərinə  qədər axtarmaq imkanını 
verir. Birlikdə  işləməklə müəllimlər dərs materiallarını, tədris 
metodologiyasını, yeni resursları və qiymətləndirmə mexanizmlərini 
yaratmaq imkanlarlına malik olurlar. Bu, onların peşəkar inkişafına 
çox kömək edər. 
Peşəkar inkişafın alternativ vasitəsi konfranslar və digər iş 
görüşlərində iştirak etməkdir. 
Əhvalat 3. 
Nana və Qiorqi riyaziyyat dərslərini tədris edirlər. Qiorqi 
riyaziyyat tədrisinin strategiyalarını öyrənməyi qərara alır. O 
öyrənib ki, universitetlərdən birində seminar keçirilir, hansının 

154
vasitəsilə o, öz bacarıqlarını  təkmilləşdirə bilər. Qiorqi istəyir 
ki, Nana da bu işgüzar görüşdə iştirak etsin, amma Nana hazırkı 
mərhələdə öz biliyi və bacarıqlarının səviyyəsindən tamamilə 
razıdır. 
İşgüzar görüşdə Qiorqi uşaqlar üçün cəbr bərabərsizliklərinin 
izahatı metodunu, xüsusilə  də, riyaziyyatda çətinlik çəkən 
uşaqlar üçün effektiv metodları öyrənir. Aydındır ki, bu 
baxımdan Qiorqinin işi daha bəhrəli olacaqdır, nəinki Nananın.
Peşəkar inkişaf eləcə  də internetdə materialların axtarılması 
yolu ilə mümkündür. Amma internetdə aparılan araşdırma bir neçə 
istiqamətdə  məhdud ola bilər. Mınimal texniki bacarıqlı  hər bir 
insan informasiya yerləşdirə bilər. Bundan əlavə, internet-səhifələr 
sahiblərinin zövqünə  əsasən yaradılır və  dəyişilir. Bəzi səhifələr 
ekspertlərin fi kirlərini ifadə edir, digərləri isə sadəcə diletantların. 
Bunun üçün də, belə bir material çox da etibarlı olmurlar.

155
Yenicə başlayan müəllimlərə bir çox hallarda dərs prosesini 
idarə etməkdə  və  tədris bacarıqlarını  təkmilləşdirməkdə yardım 
lazım gəlir. Təcrübəli müəllim də onlara peşəkar vərdiş-bacarıqlarını 
təkmilləşdirməklərində məsləhət verə bilər. Peşəkar inkişaf üçün 
stajor-müəllimlərlə və digər müəllimlərlə təcrübəni paylaşmaq da 
çox vacibdir. 
Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab 
verə bilərsiniz. Suallara qayıdın və cavab verin.
Əsas nəticələr və tövsiyyələr:
Müəllim hər zaman öz peşəkar inkişafının qayğısına 
• 
qalmalıdır;
Peşəkar inkişafın müxtəlif vasitələri mövcuddur;
• 
Peşəkar inkişafın iş planı üzərində iş müəllimə çox yardım 
• 
edir;
Peşəkar inkişafı bir dəfəlik tədbir kimi deyil, ardı-arası 
• 
kəsilməyən bir proses kimi müzakiə etməliyik.

156
İstifadə olunmuş ədəbiyyat: 
“Ümumi təhsil 
 
-
haqqında” Gürcüstan qanunu, 2004-cü il.
Müəllimlərin Peşəkar  İnkişaf Mərkəzi. (2008-ci il). 
 
-
Müəllimin Peşəkar 
Standartı. Tbilisi.
Milli Tədris Planları  və Qiymətləndirmə  Mərkəzi. (2007). Milli Tədris 
 
-
Planı. Tbilisi.
Milli Tədris Planları  və Qiymətləndirmə  Mərkəzi. (2007). 
 
-
Şagirdlərə 
düşünməyi necə öyrədək (I his.). Tbilisi. 
Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzi. (2007). 
 
-
Təhsil işçiləri 
üçün izahatlı lüğət. (I his.) Tbilisi. 
Gürcüstan Konstitusiyası. 
 
-
İnsan Hüquqları  və  Əsas Azadlıqların Müdafi əsinin Avropa 
 
-
Konvensiyası. 
“.H. and others v. Czech Republic” işi, İnsan Hüquqlarının Müdafi əsi üzrə 
 
-
Avropa Məhkəməsi, 13/10/2007.
Ascher, M.B, 2004, Teacher understanding children, Washington, DC: 

American Pshiqological Association:
Bandura, A. , 1997, Self-efficacy: the exzecize of control, New York: 

Freeman
Betger, A.T, 1997, Parent and and school relationship: Clinical, experimental 

and theoretical aspects, New York: Hoeber
Blatchford, P., Baines, E., Rubie-Davies, C., Bassett. P., & Chowne, A.. 

(n.d¤ Improving the effectiveness of pupil group work: effects on pupil-
pupil interactioans, teacher-pupil interactions and classroom engagement: 
Retrived April 25, 2008, from http:/www.spring-project.org.uk/AERA-
SpringPaper.pdf:
 Blatchford, P., & Baines, E. , 2002 , May, The SPR in G proje

ct:  the 
ct: the 
case for group work in school: Retrieved November 10, 2007, from: 
case for group work in school: Retrieved November 10, 2007, from: http://
http://
www.creict.homerton.cam.ac.uk/spring/current.do
www.creict.homerton.cam.ac.uk/spring/current.doc
Building on the Concept of the ‘Fat L’ Shaped Classroom. Design Shere. 
Building on the Concept of the ‘Fat L’ Shaped Classroom. Design Shere. 


Retrieved  December  7,  2008,  from 
Retrieved December 7, 2008, from http://www.designshere.com/index.
http://www.designshere.com/index.
php/artikles/thes-1-shaped-classroom/3
php/artikles/thes-1-shaped-classroom/3/
Creating an Effektiv Physical Classroom Enviroment. Retrived December 
Creating an Effektiv Physical Classroom Enviroment. Retrived December 


8,2008,  from 
8,2008, from http://www.teachervision.fen.com/classroom-management/
http://www.teachervision.fen.com/classroom-management/
decorative-arts/6506.htm
decorative-arts/6506.html
Cutot,  F.  (1996).  Teaching  mediation  as  a  conflict  resolution  process:  a 
Cutot, F. (1996). Teaching mediation as a conflict resolution process: a 


new agenda for responding. Retrived January 17, 2008, from 
new agenda for responding. Retrived January 17, 2008, from http://www.
http://www.
behavoirad-visor.com/PeerMediatio
behavoirad-visor.com/PeerMediation. html
. html
Dorworth, T.R., & Overmier. J.B. (2006). On self –evaluation.                                                                                                             
Dorworth,  T.R.,  &  Overmier.  J.B.  (2006).  On  self  –evaluation.                                                                                                             


School Psychology, 5, 355-358 
School Psychology, 5, 355-358 
Finch,  B.K.,  Kolody,  B  &  Vega,  W.A.  (2000).  Social  development  in 
Finch, B.K., Kolody, B & Vega, W.A. (2000). Social development in 



157
schools. Journal of Academic Succes, 41 (3), 295-313
schools. Journal of Academic Succes, 41 (3), 295-313
Gilmore,L. (1999) Educator,s Gude to Intellectual Property, Copyright, and 
Gilmore,L. (1999) Educator,s Gude to Intellectual Property, Copyright, and 


Plaigiarism: Copyright Law and Education> University of IIIinois-Urbana 
Plaigiarism: Copyright Law and Education> University of IIIinois-Urbana 
Champaign> Retrived January 8, 2008, from 
Champaign> Retrived January 8, 2008, from http://www.ed.uiuc.sdu/wp/
http://www.ed.uiuc.sdu/wp/
copyright/copyrightlaw,ht
copyright/copyrightlaw,htm.
Gormally, J., & Power,F. (n.d.)  Assessment for learning and cooperative 
Gormally, J., & Power,F. (n.d.)  Assessment for learning and cooperative 


learning  strategies.  Retrieved  Vovember  5,  2007,  from 
learning strategies. Retrieved Vovember 5, 2007, from http://www.
http://www.
teachingexpertise.com/articles/implementing-learning-innovations-162
teachingexpertise.com/articles/implementing-learning-innovations-1625
Gwinnett  County  Public  Scchoolc  (GCPS).  (2007)  Gwinnett  County 
Gwinnett County Public Scchoolc (GCPS). (2007) Gwinnett County 


Public  School  Student  Parent  Handbook:  Grades  4-12.Retrived  January 
Public School Student Parent Handbook: Grades 4-12.Retrived January 
24,  2008  from 
24, 2008 from http://www.Gwinnett.k12.ga.us/gcps-mainweb01.nsf/16A
http://www.Gwinnett.k12.ga.us/gcps-mainweb01.nsf/16A
6C2431AA247F6852573050053A15D/Sfile/2007-08_Student-Parent_4-
6C2431AA247F6852573050053A15D/Sfile/2007-08_Student-Parent_4-
12_handbook-pd
12_handbook-pdf
Gwinnett County Public Schools (GCPS).(2008a) 9 tips for helping with 
Gwinnett County Public Schools (GCPS).(2008a) 9 tips for helping with 


homework.  Retrived  January  24,2008  fr0m 
homework. Retrived January 24,2008 fr0m http://www.gwinnett.k12.
http://www.gwinnett.k12.
ga.us/gcpsmainweb01.nsf/17dd737b9accbdf852567f40072b8a3/4233cd7
ga.us/gcpsmainweb01.nsf/17dd737b9accbdf852567f40072b8a3/4233cd7
32c9ef7eb85256f2e00475063z?OpenDocument&4-QuickLink
32c9ef7eb85256f2e00475063z?OpenDocument&4-QuickLinks
Gwinnett County Public Schools (GCPS).(2008b) Staying Healthy During 
Gwinnett County Public Schools (GCPS).(2008b) Staying Healthy During 


Cold and Flu Season. retrived January 24, 2008, from 
Cold and Flu Season. retrived January 24, 2008, from http://www.gwinnett.
http://www.gwinnett.
k12.ga.us/gcpsmainweb01.nsfD8F3265212DF78F48525729E0057D087/
k12.ga.us/gcpsmainweb01.nsfD8F3265212DF78F48525729E0057D087/
Sfile/StayingHealthyDuringColdandFluSeason.pd
Sfile/StayingHealthyDuringColdandFluSeason.pdf
Harmer,J.(2001). The practice of English language teaching. Harlow:Pearson 
Harmer,J.(2001). The practice of English language teaching. Harlow:Pearson 


Education limited
Education limited
Juergens, B. (2002), Schwierige schueler? Disziplinkonflikte in der schule. 
Juergens, B. (2002), Schwierige schueler? Disziplinkonflikte in der schule. 


Hohengehren: Schneider.
Hohengehren: Schneider.
Jones,F.  (n.d)  Tools  for  teaching.  Retrieved  December  14,  2007,  from 
Jones,F. (n.d) Tools for teaching. Retrieved December 14, 2007, from 


http://www.educationworld.com/a_curr/columnists/jones/jones.shtm
http://www.educationworld.com/a_curr/columnists/jones/jones.shtml
Kelley, W.M. (2004). . Rookie teaching for dummies. A guide for parent 
Kelley, W.M. (2004). . Rookie teaching for dummies. A guide for parent 


relationships. Hillsdale, NJ:Erlbaum.
relationships. Hillsdale, NJ:Erlbaum.
Krapp, A., & Weidemann, B. (Hrsg). (2001). Paedagogische Psychologie 
Krapp, A., & Weidemann, B. (Hrsg). (2001). Paedagogische Psychologie 


Weinheim: Beltz.      
Weinheim: Beltz.      
Learninng  Environments  and  Classroom  design>  Retrieved  December 
Learninng Environments and Classroom design> Retrieved December 


7,2008, from 
7,2008, from http://www.garysturt.free-online.co.uk/classdes.ht
http://www.garysturt.free-online.co.uk/classdes.htm
Loftin.  R.L.,  Gibb,  A.C,  &    Skiba,  R.  (2005).Usingself-monitoring 
Loftin. R.L., Gibb, A.C, &  Skiba, R. (2005).Usingself-monitoring 


strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived 
strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived 
December  7,2008,  from 
December 7,2008, from http://www.garystur
http://www.garysturt,  free-online.co.uk.classdes.
, free-online.co.uk.classdes.
htm
htm
Loftin,  R.L.,  Gibb,  A.C.,  &  Ski
Loftin, R.L., Gibb, A.C., & Ski


ba, R. (2005). Using self-monitoring 
strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived 
January 15,2008, from http://ici.umn.edu/products/182/overo.html
Martin, S.H. (2002). The classroom environment and its effects on the  

practice of teachers. Journal of Environmental Psychology; 22, 139-156

158
-McIntyre, T. (2006, July). Self-monitoring of behavior. Retrieved January 
17,2008, from   http://www.behavioradvisor.com/SelfMonitoring.html
-McIntyre, T. (2006, July). Ways to catch kids being good. Retrieved January 
17, 2008, from  http://www.behavioradvisor.com/CatchGood.html
-McIntyre, T., & Franks, A. (2004, May). Dealing with bullying. Retrieved Jan-
uary 20, 2008, from http://www.behavioradvisor.com/Bullying.html
-Oerter, R., & Montada, L. (Hrsg.). (2002). 
Entwicklungspsychologie.
 
Weinheim:Beltz.
-Redesigning the classroom environment. School zone, Educational intelli-
gence. Retrieved  December 7, 2008, from http://www.schoolzone.co.uk/resources/
articles/GoodPractice/classroom/Redesigning.asp
-Rivlin,  L.G., &Rothenberg, M. (1976). The use of space in open classrooms. 
In Proshansky, H.M., Ittelson, W.H., Rivlin, L.G. (Eds.). 
Environmental Psychol-
ogy: People and Their Physical Settings,
 pp. 479-489. New York: Holt, Rinehart & 
Winston.
-Roemer, F. (n.d.) What is whole class self-moniotoring? Retireved February 
11,2008,  from http://www.pb5th.com/selfmoni.shtml
 -Taylor A., Aldrich R. A., & Vlastos, G. (1988). Architecture Can Teach. Trans-
forming Education, In Context,18. Retrieved  December 7,2008, from http://www.
context.org/ICLIB/IC18/Taylor.htm 
-Teglasi, H.  (2006).   
Professional development.
   New York: Holt Rinehart and 
Winston.
-Thompson, J. G. (2007). 
The first-year teacher’s survival guide.
 San Francisco: 
Jossey-Bass.
-Thompson, J.G. (2006).  
The first year-teacher’s survival guide. 
 New York: Holt Rinehart and Winston.
-Ulrich, K. (1996).
 Beruf Lehrerin. Arbeitbelastungen, Beziehungskonflikte, 
Zufriedenheit.
 Wenheim: Beltz.
-UNICEF.  The Convention on the Rights of the Child:  Participation Rights:  
Having an Active Voice.  Retrieved  January 8, 2008 from http://www.unicef.
org/crc/files/Participation.pdf.  
-United Nations. (1989).  Convention on the Rights of the Child.  New York.
-United Nations. (1948).  Universal Declaration on Human Rights. New York.
-Ur, P.(1991). 
A course in language teaching. Cambridge
: Cambridge University 
Press. 
-World Intellectual Property Organization (WIPO). (2007) World Intellectual 
Property Organization: An Overview.  Retrieved  January 8, 2008, 
from http://www.wipo.int/freepublications/en/general/1007/wipo_pub_1007.
pdf

159
Sinif otağının  fi ziki mühiti (N. Qoqiçadze)...................................... 3
Sinfi n idarəetmə  tərzi
 (T. Lodia)................................................... 12
Dərs vaxtının idarə edilməsi (N. Nijaradze)........................... 20
Dərs mərhələləri (N. Nijaradze)....................................................... 28
Sinfi n təşkili modelləri (N. Nijaradze)..........................................35
Qrup işinin idarə edilməsi (N. Nijaradze)............................... 46
Davranış qaydaları 
(N. Nijaradze)............................................. 59
Davranışın idarə edilməsi (N. Nijaradze).............................. 65
Münaqişələrin həll edilməsi 
(N. Nijaradze)........................... 78
Təhsil və qanunvericilik (K.Makleyn, T. Bol)..................... 90
Müəllimin hüquqları  və  vəzifələri (K.Makleyn, T. Bol)...............103
Şagirdin hüquqları  və  vəzifələri (K.Makleyn, T. Bol)..............108
Valideyn və müəllim münasibətləri (K.Makleyn, T. Bol)........... 121
Həmkarlarla münasibətlər (K.Makleyn, T. Bol).......................... 129
Peşəkar inkişaf (K.Makleyn, T. Bol)............................................. 138
İstifadə olunmuş  ədəbiyyat........................................................... 156
Mündəricat

160
Qeydlər üçün

Download 2.82 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling