Nino Nijaradze Keysi Makleyn
b) Şagirdlərin yanaşmaları
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Qrup işinin idarə edilməsi
- Qrup işinə hazırlıq
- Qrup işi prosesi
- Qrup işinin yekun mərhələsi
- Davranış qaydaları
b) Şagirdlərin yanaşmaları Bizi təəccübləndirməli deyil ki, qrup işindən istifadənin elə birinci dəfəsindən şagirdlər onu sevinclə qarşılasınlar. Burada bir çox problemlər yarana bilər. Bir tərəfdən, qrup işi onlar üçün adi olmayan bir fi rmadır. Müəllimin daimi nəzarətinə və düzəlişlərinə adət etmiş uşaq göstərişlər və həvəsləndirmələr xaricində işi təhlükə kimi qəbul edə bilər. Müəllimin nəzarətinin azalması və buna uyğun olaraq, onların məsuliyyətinin artması şagirdləri narahat edir. 52 Qrupda tamamilə iş prosesinə nəzarət etməyə çalışacaq bir lider seçilə bilər. Bu isə, digər şagirdləri qıcıqlandıra bilər. Əksinə də ola bilər, özlərini yükləndirməmək və bütün işin yerinə yetirilməsini başqalarına etibar etməyə üstünlük verən uşaqlar da ola bilər. Bir çox uşaqlar üçün qrup işi tamamilə yeni bir formadır və şagirdlər onu “həqiqi dərs” hesab etmir və daha çox oyun kimi, vaxt keçirmək kimi hesab edirlər. Bütün bu səbəblərə görə, əgər şagirdlər qrup işinə şübhə ilə yanaşırlarsa, o zaman təəccüblənməli deyilik. Buna görə də, yaxşı olardı ki, bəri başdan bu modelin bəzi tərəfi nin müzakirəsi üçün vaxta qənaət etməyək. Məsələn, cütlüklərə, 3-4-nəfərlik qruplara bir neçə tapşırıqlar verək və sonra yazılı və yaxud da şifahi soruşaq ki, nəyi bəyəndilər və nəyi –yox. Növbəti cümlələrin sona çatdırılmasını da təklif edə bilərik: Sərbəst işi bəyənirəm/bəyənmirəm ona görə ki, ------------------------------------------------------------------------ Cütlüklərdə işi bəyənirəm/bəyənmirəm ona görə ki, ------------------------------------------------------------------------ Qrup işini bəyənirəm/bəyənmirəm ona görə ki, ------------------------------------------------------------------------ Sonra sinifdə onların cavablarını müzakirə edib bir- birləri ilə müqayisə edirik. Bu informasiya müəllimə gələcək işinin planlaşdırılmasında çox yardım edəcəkdir, ona göstərəcək ki, sinifdə qrup və cütlüklərdə işdən istifadə etmək nə dərəcədə lazımdır və ona hansı aspektlərdə diqqət yetirmək lazımdır. Bir çox hallarda, şagirdlərə əvvəlcədən izah etmək lazımdır ki, qrup işi hansı məqsədi daşıyır, konkret bu tapşırığı yerinə yetirməklə onlar nəyə nail olacaqlar və bu tapşırıq dərs proqramı ilə hansı əlaqədədir. Bununla belə, yaxşı olardı ki, müəllim və 53 sinif əvvəlcədən iş prosesində riayət ediləcək qaydalar haqqında razılıq əldə etsinlər. Qrup işinin başlanmasına qədər uşaqlar bilməlidirlər: yardım lazım olduqda müəllimə necə müraciət etsinlər; • tapşırığın yerinə yetirilməsinə nə qədər vaxt verilir; • onlardan hər birinə nə tapşırılır, çünki bəzi hallarda, • iş zamanı şagirdlərin rolları fərqli ola bilər. Məs., biri müzakirənin nəticələrini yazır, başqa birisi şagirdlərin aktivliyini müşahidə edir, ayrı-ayrı uşaqlar informasiya əldə edirlər və ya debatlar zamanı müxtəlif mövqeləri təqdim edə bilərlər və s. səs-küyə nə səviyyədə icazə verilir; • qrup işi bitdikdən sonra hansı məhsul təqdim olunmalıdır • və qrup işinin sona çatmasına necə işarə etmək lazımdır. Yekun olaraq demək olar ki, uşaqlar üçün qrup işi forması nə qədər tanış olarsa, bir o qədər də onlar üçün az problemlər yaranar və onlar qrup işinin üstünlüklərindən istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən çox qısa və sadə qrup işlərini yerinə yetirmək faydalı olar, hansıların nailiyyəti şagirdləri inandıracaq ki, onların tələblərə cavab vermək bacarıqları vardır. c) Tapşırığın növü Faktiki olaraq, kiçik modifi kasiyadan sonra istənilən tapşırıq qrup işinin prinsiplərinə uyğun ola bilər. Xüsusilə də, əgər tapşırığın sərbəst şəkildə yerinə yetirilməsini çox çətin hesab ediriksə, o zaman sinif təşkilinin bu modelindən istifadə etmək yaxşı olardı. Əsas odur ki, elə bir tapşırıq hazırlayaq, hansı ki, konsensus, yəni razılığın əldə edilməsini tələb edir. Bununla yanaşı, nəzərə almalıyıq ki, təşkil və planlaşdırma cəhətindən, cütlüklərdə işləmək müəllim üçün çox asandır. Hətta, ibtidai sinif şagirdləri ilə, yaxud da ilk dəfə qrupda işləməyə başlayan şagirdlərlə də bundan asanlıqla istifadə edə bilərik. 54 Əhvalat 1. Fəallığın müddəti: 10 -15 dəqiqə. Fəallığın məqsədi: izah olunan materialın qavranılmasını yoxlamaq İngilis dili dərsində müəllim yeni qrammatik vaxtı izah edir, məsələn, keçmiş qeyri-müəyyən zamanı (Past Simple) və yoxlamaq istəyir ki, şagirdlər həmin zaman və indiki qeyri-müəyyən (Present Simple) zaman arasında fərqi nə dərəcədə başa düşüblər. Bunun üçün onlara çalışmalar verir, hansında cümlələrin buraxılmış yerləri felin uyğun forması ilə tamamlanmalıdır. Çalışma, bir çox hallarda olduğu kimi, sərbəst şəkildə yerinə yetirilmək əvəzinə, cütlüklərdə də yerinə yetirilə bilər, materialı çox yaxşı başa düşən şagird yanında oturan şagirdə yardım edə bilər və ya onunla mübahisə zamanı daha yaxşı anlaya bilər ki, felin bu və ya digər formasının istifadəsi nə üçün lazımdır. 55 Əhvalat 2. Fəallığın müddəti: 20 -25 dəqiqə. Fəallığın məqsədi: əsərin ideyasının tənqidi dərk edilməsi və oxşar problematikası olan əsərlər arasında problemlərin axtarılması. Gürcü ədəbiyyatı dərsində A. Tseretelinin şeiri, “Qantiadi”- nin təqdimatı və müzakirəsindən sonra müəllim 2 sual verir: biz artıq Barataşvilinin “Kartlinin taleyi” poemasını öyrənmişik. Bu iki əsərin hansı ümumi problemi vardır? Bu iki əsərin və İlya Çavçavadzenin “İtirilmiş Edem”i arasında hansı əlaqə vardır? Bu sualların cavabını, sözsüz ki, ümumi sinif müzakirəsi zamanı tələb edə bilərik, lakin yaxşı olardı ki, o zamana qədər cütlərə müzakirə və düşünmək üçün 10-15 dəqiqə vaxt verilsin. Sonra cütlüklərdən hər bir uşaq onların ümumi nəticələrini və sübutlarını bütün sinif qarşısında təqdim edir, hansı ki, sözsüz, ümumi sinif diskusiyasına səbəb olur (cütlüklərdən hər hansı bir uşağın passivliyini aradan qaldırmaq olar, əgər ki, təqdimatçını uşaqların özləri yox, müəllim seçirsə və uşaqlar əvvəlcədən bilməyəndə ki, sinif qarşısında təqdimatı kim edəcəkdir, o zaman cavab üçün ikisi də, eyni şəkildə hazırlaşırlar). Əhvalat 3 Fəallığın müddəti: 30 dəqiqə. Fəallığın məqsədi: keçilən materialın yekunlaşdırılması; əldə edilən informasiyanın təhlili və qiymətləndirmə bacarığının inkişafı; dinləmə, diskusiya və başqalarını inandırmaq vərdiş- bacarıqlarının formalaşdırılması. Təbiətşünaslığın IV sinif dərsliyində “Gürcüstana səyahət”-də Şərqi Kavkasioninin beş vilayəti – Xevi, Mtiuleti, Pşavi, Xevsureti və Tuşeti ayrı-ayrılıqda təhlil edilir. Bu material bitdikdən sonra, yekunlaşdırma və şagirdlərin biliyinin yoxlanılması məqsədilə, müəllim növbəti tapşırığı planlaşdıra bilər: sinfi 5 nəfərlik qruplara ayırıb və qrupun hər üzvünə bir vilayəti tapşırsın. Hər bir qrupda 56 Şərqi Kavkasioninin bir xəritəsi və tapşırıq kartoçkası vardır, hansında qeyd edilir ki, Gürcüstana xarici turist qrupları gəlibdir və onları vilayəti gözdən keçirmək maraqlandırır, lakin onların cəmi 4 günləri var və əlbəttə ki, hər yeri görə bilməyəcəklər. Xüsusilə də, onları gözəl təbiət və tarixi abidələr maraqlandırır (yaxud da, yerli ənənələr və geyimlər, kənd təsərrüfatı, suvenirlər almaq və s. Müəllim şagirdlərin diqqətini nəyə yönəltməyi əvvəlcədən seçir). Bütün qruplara tapşırılır ki, turistlər üçün ən yaxşı marşrut seçsinlər və marşrutu günlərə əsasən xəritədə qeyd etsinlər. Qrup işinin başlanılmasına qədər, yaxşı olardı ki, uşaqlara bir neçə dəqiqə vaxt verək ki, qrupun təqdim edəcəyi və lazımi detallar toplayacağı vilayət haqqında informasiyanı nəzərdən keçirsinlər (yaxud da xatırlasınlar). 15-20 dəqiqəlik müzakirədən sonra bütün qruplar öz xəritələrini sinif qarşısında təqdim edirlər. Ən yaxşı marşrut da seçilə bilər, hansı ki,turistlərin tələblərini daha çox razı salacaqdır. 57 Əhvalat 4. Fəallığın müddəti: 30-35 dəqiqə. Fəallığın məqsədi: üçbucağın daxili bucaqlarının cəmi haqqında materialın təqdimatı: tənqidi düşüncə, müzakirə və isbat etmə bacarığının inkişafı. VII sinfi n riyaziyyat dərsində sinif üçbucağın xassələrinin təhlili üzərində işləyir. Şagirdlər müəllimlə birlikdə bucaqlar haqqında öyrəndikləri materialı, bucaqların xassələrini, onların cəmini və s. xatırlayırlar. Sonra müəllim ölçüsünə əsasən sinfi 3-5 nəfərlik qruplara ayırır. Qrupların ikinci hissəsinə tapşırıq verilir ki, müxtəlif növ üçbucaqları ölçmək üçün transportirdən istifadə etsinlər və bu əsasda üçbucağın daxili bucaqlarının cəmi haqqında (əgər qruplar çoxdursa, başqa-başqa qrupa təhlil üçün müxtəlif növ üçbucaqları vermək olar). Sonda bütün qruplar sinif qarşısında öz ehtimallarını təqdim edirlər və ümumi sinif işi gedir. Sözsüz ki, qrup işi modelindən istifadə etmək olan bütün fəallıqların burada təsviri mümkün deyil, lakin sadalanan nümunələr də isbat edir ki, sinif təşkilinin bu modeli həm yeni materialın təqdimatı (IV nüm.,), izah edilənin yoxlanılması və möhkəmləndirilməsi (I nüm.,), eləcə də keçilənlərin yekunlaşdırılması (II və III nümunə) zamanı müxtəlif yaş dövrü və səviyyəsi olan uşaqlarla iş zamanı, praktiki olaraq bütün fənlərdə və dərs prosesinin bütün mərhələsində çox əlverişlidir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab tapa bilərsiniz. Suallara qayıdın və cavab verin. 58 Əsas nəticələr və tövsiyyələr: Qrup işi zamanı şagirdləri cütlərə, üçlüklərə, 4-5 nəfərlik • kiçik qruplara və ya böyük qruplara ayıra bilərsiniz. Qrupun ölçüsü tapşırığın xarakteri və uşaqların bilik səviyyəsindən asılıdır. Qrup işinə adət etməmiş şagirdlərlə bu modelin istifadəsini cütlüklər və ya üçlüklərlə başlamaq yaxşı olardı; Qruplaşdırma meyarı kimi şagirdin bilik səviyyəsi, onun • fəallığının səviyyəsi, şagirdlər arasında dostluq (lakin yaxşı olardı ki, bu meyardan nadir şəkildə istifadə edək) və ya təsadüfi prinsip istifadə edilə bilər; Məqsədlərin izah edilməsi, onlarla məsləhət və onların • fi kirlərinin nəzərə alınması yolu ilə şagirdlərin qrup işinə olan yanaşmalarını yaxşılaşdırmaq olar; Qrup işi üçün bütün fənlər üzrə, başqa-başqa səviyyələrdə • və dərs prosesinin müxtəlif mərhələlərində (təqdimat, çalışma və yekunlaşdırma mərhələsində) müxtəlif növ çalışmalardan istifadə etmək olar. Əsas, dərsin məqsədinə nail olmağa xidmət edən tapşırığı müəyyən etmək lazımdır. 59 Qrup işinin idarə edilməsi Bu fəsli oxuduqdan sonra siz tanış olacaqsınız: Sinfi qrup işi üçün necə hazırlamaq olar; Qrup işi prosesində müəllimin rolu necədir; Qrupda problemlər yarananda necə hərəkət etmək lazımdır; Yekun mərhələsində qrup işini necə aparmaq lazımdır. Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: Sinfi və sinif otağını qrup işi üçün necə hazırlamaq olar? 1. Qrup işi prosesində müəllim hansı funksiyaları yerinə 2. yetirir? Qrup işi zamanı sinifdə səs-küyün səviyyəsinə necə nəzarət 3. etmək olar? Qrup işi nə zaman bitir? 4. Qrup işinin yekun mərhələsində nə baş verir? 5. 60 Müəllimlərin böyük qismini qrup işi zamanı birbaşa hər şagirdin işinə nəzarət edə bilmədikləri xüsusilə narahat edir. Sinifdə eyni zamanda, 3 və ya çox qrup çalışanda mümkün deyil ki, müəllim hamını eyni zamanda dinləsin, bütün səhvləri qeyd etsin, bütün şagirdlərə yardım etsin və problemlərdən uzaqlaşsın. Bunun üçün də, təəccüb doğurmur ki, adi funksiya xaricində qalan müəllimdə bəzən gücsüzlük və özünü itirmək hissi yaranır. Suallar yaranır: Necə başa düşək ki, bütün şagirdlər nə edəcəklərini və • düzgün istiqamət seçdiklərini bilirlər? Nə etmək lazımdır ki, verilən vaxtı şagirdlər qeyri-tədris • məqsədləri üçün öz şəxsi işləri haqqında söhbətə sərf etməsinlər? Başqa-başqa qruplar arasında diqqəti necə bölüşdürə bilmək • olar? Çox səs-küy yarandıqda nə etmək lazımdır? • Sinif qrup işinə keçən zaman bütün bu problemlər müəllimin qarşısında durur və onları minimuma endirmək lazımdır. Bunun üçün, prosesi düzgün hazırlamaq və idarə etmək lazımdır ki, bununla da qrup işi zamanı müəllimin rolunu düzgün dərk edə bilək. Qrup işinə hazırlıq Ümumiyyətlə, qrup işinə hazırlıq prosesi şagirdlərdə növbəti bacarıqların formalaşdırılması məqsədini daşıyan istənilən hər hansı bir sinif fəallığı ola bilər: məntiqi sualların verilməsi; • bir-birini fəal şəkildə dinləmək; • başqalarının fi kirləri ilə paylaşmaq; • fi krin düzgün və məntiqi formalaşdırılması; • yardım və ya izahat xahişi; • ideyaların və fi kirlərin izahatı və qiymətləndirilməsi; • söhbətin əsas məhzini yekunlaşdırmaq. • Bütün bu bacarıqlar qrup işinin uğurlu aparılması üçün vacibdir. 61 Uşaqları qruplara bölməmişdən əvvəl konkret qrup tapşırığının hazırlıq prosesində vacibdir ki, bütün izahatları şagirdlərə konkret, sadə dildə verək. Eləcə də yaxşı olardı ki, bütün sinif üçün kiçik məşq və ya nümunəni nümayiş etdirək. Əgər şagirdlər bu növ işə adət ediblərsə, o zaman tapşırığın verilmə prosesi asanlaşır. İşin başlanmasına qədər şagirdlər tapşırığı hansı vaxtda yerinə yetirməklərini bilməlidirlər. Müəllim tapşırıqları başqalarından tez bitirənlər üçün əlavə iş düşünməlidir. Yenə bir vacib prosedur şagirdlərin qrup işinin başlanmasına qədər yerdəyişmələridir. Şagirdlər sinif yoldaşları ilə bir-birinə arxalarını çevirib və ya başqa sırada oturub diskusiya apara bilməzlər. Onlar birlikdə oturmalıdırlar. Bu proses bir çox hallarda xüsusilə çətin qavranılır, çünki onu müəyyən hərəkətlər və ya səs-küy müşaiyət edir. Xoşbəxtlikdən, bu prosedur şagirdlərə tanış olduqda səs-küyün səviyyəsi azalır. Hərəkət isə, yüklənmiş əqli işdən sonra onlar üçün sakitləşmək vasitəsi və yeni tapşırığa keçid siqnalıdır. Onu sübut etmək düzgün olmaz ki, kiçik və böyük qruplarda iş yalnız müasir təchiz edilmiş sinif otağında mümkündür. Əgər onun hər tərəfi ndən stullar düzülərsə, o zaman adi parta arxasında sərbəst şəkildə böyük qruplar yerləşə bilərlər. Qrup işi prosesi Qruplar işə başlayan zaman müəllimin rolu dəyilşir. İndi o, sinifdə baş verən hər şeyə diqqət yetirən bir müşahidəçidir. O, partalar arasında hərəkət edir, qruplara diqqət yetirir, onların işlərinin müsbət və mənfi tərəfl ərini qeydə alır. Bu zaman qeydlərin aparılması həmin informasiyadan sonra istifadə olunma imkanını verir (ümumi səhvlərin müzakirəsi, yeni dərsin planlaşdırılması və ya şagirdlər üçün fərdi məsləhətlərin verilməsi). Bununla yanaşı, şagirdlərin diqqəti bu müddət ərzində müəllimdə və onun qeydlərində deyil, tapşırığın üzərində cəmləşdirilmiş olması üçün ehtiyatla yanaşmaq lazımdır. Belə ki, müəllim çalışır ki, əgər heç bir zərurət yoxdursa, qrup işi prosesinə müdaxilə etməsin. Belə zərurət isə, kifayət qədər tez- tez yaranır və buna uyğun olaraq, müəllim müxtəlif funksiyaları 62 üzərinə götürür: əgər şagirdlər yanlış istiqamətlə işi aparırlarsa və aydın • görünür ki, onlar düzgün nəticələr əldə edə bilməyəcəklər, o zaman müəllim onlara yenidən göstərişlər verir, tapşırığı aydınlaşdırır, yaxud da məsləhət verir; əgər şagirdlərə tapşırığı yerinə yetirmək üçün hər hansı bir • növ informasiya lazımdırsa (məs., xarici dil dərsində konkret sözü və ya ifadəni xatırlaya bilmirlərsə, kimya dərsində - düsturu, tarix dərsində - tarixi), müəllim seçə bilər ki, lüğət, ensiklopediya və ya dərslik funksiyasını yerinə yetirsin, yaxud da onlara işarə versin ki, həmin informasiyanı harada əldə etmək olar; əgər hər hansı bir qrupu həvəsləndirmək və ya fəallaşdırmaq • lazım gəlirsə,o zaman üzv kimi həmin qrupun işinə qoşula bilər. Bu, xüsusi taktı tələb edir, çünki şagirdlərin müəllimə olan hörmətləri onun fi krinə xüsusi nüfuz verir və bərabər diskusiyanı aparmaq çox çətin olur. Əgər bu təhlükənin qarşısı alına bilərsə, o zaman şagirdlər də, müəllimlər də belə bir əməkdaşlıqdan zövq almış olurlar; əgər hər hansı bir qrup xüsusilə çətinlik çəkirsə və yaxud • da bilirik ki, o, nisbətən zəif şagirdlərdən ibarətdir, o zaman müəllim onlara daha çox vaxt ayırıb onlarla fərdi çalışa bilər. Buna baxmayaraq, hər hansı bir qrupa saymamazlıqa yanaşmaq düzgün deyil. Bütün qrupların tapşırığın yerinə yetirilməsində iştirakına əmin olduqda müəllim müvəqqəti olaraq passiv rol seçə bilər. O, bütün sinfi görə biləcəyi bir yerdə əyləşir, amma şagirdlərin diqqət mərkəzində olmur. Bu mərhələdə sinifdə səs-küyün səviyyəsi kifayət qədər ciddi problem yaradır. Səs-küyə nəzarət etmək üçün mütləq şagirdlərin qruplarda qarşı-qarşıya, bir-birlərinə yaxın oturmaqları lazımdır; müəllim yerlərdən durmağı və başqa qruplarla söhbət aparmağı qadağan edə bilər; əvvəlcədən şagirdlərlə müəyyən bir işarəni razılaşdırmaq lazımdır ki, nəyin əsasında onlar sual verə bilər və ya yardım istəyə bilərlər; qrup üzvlərindən birinə həmqruplarının 63 səs salmalarına nəzarət etməyi tapşıra bilərik. Əgər hər hansı bir qrup çox ucadan danışırsa, o zaman müəllimin yaxınlaşması və ya hər hansı bir şərhi bir çox hallarda yetərlidir ki, şagirdlər səslərini alçaltsınlar. Qrup işinin yekun mərhələsi Qrup işi qabaqcadan deyilən vaxtda bitirilir və yaxud da, qrupların əksəriyyətinin yekun nəticələri hazır olan vaxtda. Ümumiyyətlə, yaxşı olardı ki, şagirdləri o zaman saxlayaq, nə vaxt ki, onlar (hissələri) hələ ki, məmnuniyyətlə tapşırığı yerinə yetirirlər. Əgər biz sonuncu qrupun da tapşırığı yerinə yetirməsini gözləsək, bu onu göstərir ki, sinfi n qalan hissəsi həmin vaxtı səmərəsiz keçirə bilər. Buna görə də, şagirdlərin əksəriyyətinin (təxminən 60%) nəticələrin təqdimatına hazır olduğunu, yaxud da tapşırığa maraqlarının azalmasını qeyd edən kimi deyə bilərik: “uşaqlar, tapşırığı bitirməyə 3 dəqiqəniz qalıb (bu vaxtı tələbata əsasən müəyyən edə bilərsiniz). Düz 3 dəqiqədən sonra bütün qruplar işlərini təqdim edirlər”. Tapşırığın yerinə yetirilməsindən sonra sözsüz ki, nəticələrin yekunlaşdırılması üçün vaxt ayrılmalıdır. Bir çox hallarda bu, ümumi sinif işi forması ilə aparılır. Tapşırığın məqsədlərindən irəli gələrək nəticələrin yekunlaşdırılması müxtəlif forma alır. Bu, suallara düzgün cavab vermək, yaxud da ehtimal variantların lövhədə qruplara ayrılması, şifahi təqdimat və yaxud da hazır əyani vəsaitlərin (posterlər, xəritələr, cizgilər) divar sərgiləri ola bilər. Bu mərhələdə müəllimin əsas məqsədi odur ki, diqqəti, tərifi ilə işin müsbət tərəfl ərinə diqqəti yönəltsin ki, şagirdlər tərəfi ndən görülən ciddi işi və bacarığı qiymətləndirir. Tənqidi qeydlərin əsas hissəsi isə, müəllimin gələcək iş planında nəzərə alınmalıdır. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. 64 Əsas nəticələr və tövsiyyələr: qrup işinə başlamazdan əvvəl şagirdlərə aydın təlimatlar • və tapşırığın yerinə yetirilmə modelini verin; əvvəlcədən müəyyən edin və bildirin ki, onların işərini necə qiymətləndirəcəksiniz; şagirdlərin qruplara ayrılması,yerdəyişmə prosesini • düzgün aparmaq lazımdır və yaranan çətinliklərdən çəkinmək lazım deyil; qrup işi zamanı müəllim müşahidəçi, informasiya • mənbəyi, sıravi iştirakçı və ya məsləhətçi kimi ola bilər. Bütün bu rolların kombinasiyası və əvəzedilməsi tapşırığın nailyyətini təmin edir; qrupların əksəriyyətinin nəticələri təqdim etməyə hazır • olduğu zaman qrup işi bitir. Gecikmiş qruplara görə, daha cəld və aktiv iştirakçılar zərər çəkməməlidirlər; işin sonunda şagirdlərə nəticələrin təqdimatı və • müzakirəsi üçün vaxt verək. Bu zaman müəllimin əsas məqsədi şagirdlər tərəfi ndən əldə edilən nəticələrin müsbət tərəfl ərinin ön plana keçirilməsi və təşəbbüslərin dəstəklənməsidir. 65 Davranış qaydaları Bu fəsli oxuduqdan sonra biləcəksiniz: Sinifdə davranış qaydaları və prosedurları nəyi bildirir; Qaydaların hazırlanması zamanı nə etməliyik; Nizam-intizamın pozulmasının qarşısını necə almalıyıq; Qayda pozuntusu zamanı hansı ölçülərə müraciət etməliyik. Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: 1. Müəllim şagirdlərə növbəti monoloqla müraciət edir: “Uşaqlar, mən sizi sinifdə davranış qaydaları ilə tanış etmək istəyirəm, hansılara bütün il boyu əməl etməlisiniz. Birinci, heç bir halda gecikmək olmaz; ikinci, sinifdə qaçmaq, səs-küy salmaq, dalaşmaq qadağandır; və üçüncü, mən dərsdə intizamsız və hazırlıqsız şagirdə davam gətirə bilmirəm. Ümid edirəm ki, sizin üçün bu qaydaları təkrarlamaq lazım gəlməyəcək və bu zaman biz il ərzində problemsiz işləyə biləcəyik”. Bu müraciəti necə qiymətləndirərdiniz? Davranış qaydalarının şagirdlərə bu forma ilə verilməsi nə dərəcədə effektivdir? Niyə? Nadir halda qayda-qanun pozuntusu olan bir mühiti sinifdə 2. hansı yolla yarada bilərik? 3. Şagirdlər tərəfi ndən intizamın pozulması halında hansı 4. üsullardan istifadə edirsiniz? 66 ***** Müəllimlərin böyük qismi yeni sinifl ə görüş zamanı, şagirdlərlə tanışlıqla yanaşı birgə işləməyin əsas qaydalarından söhbət aparmaqla başlayırlar. Bu, təbiidir. Müəllim, elə ilk gündən effektiv dərs mühitinin yaradılmasını düşünür, yəni elə bir mühitin yaradılması, hansında şagir üçün bütün şərtlər vardır ki, o təhsil alsın və tədris məqsədlərinə çatsın. Bu isə, yalnız düzgün təşkil edilmiş mühitdə həyata keçirilə bilər, hansında iş qaydaları və prinsipləri hamı üçün yaxş bəllidir və buna görə də onların mühafi zə olunması, gündəlik ehtiyacları və detallarının həllinə minimal vaxt xərclənir. Yalnız dərsin aydın strukturu olanda, şagirdlərin müəllimin hansı mərhələdə onlardan nəyi gözlədiyini bildikdə, nə zaman və hansı əməllərin qəbul edilən və hansılarının qəbul edilməyən olduğunu bildikdə, şagirdlərin bütün vaxt və enerjilərini bilavasitə təhsilə yönəldə bilərik. Effektiv tədris mühitinin yaranmasının əsas şərtləri davranış qaydalarının hazırlanması və onların ardıcıllıqla həyata keçirilməsidir. Qaydalar haqqında söhbət apardıqda iki qrupu ayırırlar: ümumi qaydalar, yəni müəllimin şagirddən hansı növ a) davranışını gözlədiyi barədə kifayət qədər genişhəcmi formul (məs., “dərsdə diqqətli olaq və bütün tapşırıqları yerinə yetirək”); konkret prosedurlar, yəni bu və ya digər hərəkəti necə həyata b) keçirdiyimiz barədə ətrafl ı verilən izahat. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling