Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Download 56.86 Kb.
bet1/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
  1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)


https://e-qanun.az/framework/52566
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Müəssisələrinin Akkreditasiyası Qay­daları”-nı rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.05. 2015-ci il tarixli 46-03-2955/17 nömrəli məktubuna əsasən XXXndə akkreditasiya qaydalarına uyğun olaraq özünütəhlil aparmaq üçün Univer­sitetin 09 oktyabr 2015-ci il tarixli 228 nömrəli əmri ilə tərkibi 17 nəfərdən ibarət sə­la­hiyyətli komissiya yaradılmışdır. Komissiya ötən dövr ərzində XXXnin tədris-metodik fəaliyyətini təhlil etmiş və aşağıdakı hesabat mate­rialını müzakirə üçün təqdim etmişdir.


XXXnin akkreditasiyası üzrə özünütəhlilin
H E S A B A T I

  1. Fəaliyyətin təşkilati-hüquqi təminatı və idarə olunması.

XXX Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Ali Eks­pert komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarına əsasən qeydə alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il ta­rixli 204 saylı qərarı ilə hüquqi status verilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31 oktyabr 1997-ci il tarixli 13 saylı şəhadətnaməsinə əsasən XXX-nun Nizam­na­mə­si dövlət qeydiyyatından keç­miş və nizamnamədə aparılan müvafiq dəyişikliklər nəzərə alınmaqla 05 iyun 2012-ci il tarixində təkrar dövlət qeydiyyatına alınmışdır.
XXXnə mütəxəssis hazırlığı haqqında Azərbaycan Res­pub­likası İqtisadiyyat Nazirliyi tərəfindən sonuncu dəfə 19 yanvar 2016-cı il tari­xində 088106 № - li müddətsiz lisenziya verilmişdir.
XXX-nun idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Təh­sil Qanununa, Ali təhsil müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Res­pub­­likası Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına, Universitetin Nizam­na­mə­si­nə, universitetin ali idarəetmə orqanı hesab olunan Elmi Şuranın qərarlarına və da­xili əsasnamələrə müvafiq olaraq həyata keçirilir.
XXX öznütəhlil apararkən Azərbaycan Respublikası Na­zir­­lər Kabinetinin “Təhsil Müəssisələrinin Akkreditasiyası Qaydaları”nın təsdiqi barədə 28 sentyabr 2010-cu il tarixli, 167 saylı qərarı əldə rəhbər tutulmuş və on­dan irəli gələn tələb və müddəalara, eləcə də Azərbaycan Respublikası Təhsil Na­zir­liyi tərəfindən təsdiq və tövsiyə edilmiş meyarlara ciddi əməl olunmuşdur.
Universitetin idarəetmə orqanı Rektorluq və Elmi Şuradır. Elmi Şura müvafiq Əsasnamənin tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Elmi Şuranın tərkibi 23 nə­fərdən (o cümlədən: 8 nəfər elmlər doktoru, professor, 14 nəfər elmlər namizədi, dosent və 1 nəfər doktorant) ibarətdir. Elmi Şu­ranın iş planları və protokollarının təhlili göstərir ki, müzakirəyə çıxarılan mə­sə­lə­lər ümumilikdə Universitetin cari və perspektiv inkişaf problemlərinin həllinə yö­nəl­mişdir.
Elmi Şura və rektorluq Universitetin fəaliyyətinin idarəedilməsini tədris me­todiki şöbə, fakültələr, kafedralar və digər struktur bölmələri ilə birlikdə sıx əlaqə­li şəkildə həyata keçirir.
Universitetin rektoru tərəfin­dən təsdiq edilmiş əsasnamələrin, daxili əmr və sərəncamların tələblərinə müvafiq olaraq ümumi işlərin koordinasiyası ümumi işlər üzrə prorektor, tədris və tədris-metodiki işlərlə əlaqədar fəaliyyətin koordi­nasiyası tədris işləri üzrə prorektor, elmi işlərin koordinasiyası elmi işlər üzrə pro­rektor, tərbiyə işlərinin koordinasiyası tərbiyə işləri üzrə prorektor və xarici əla­qələrlə bağlı fəaliyyətin koordinasiyası isə xarici əlaqələr üzrə prorektor tərə­findən həyata keçirilir.
Universitetin tərkibində struktur bölmə kimi 2 fakültə, 8 ka­fedra, elmi şöbə, magistratura şöbəsi, məzunlarla iş və karyera mərkəzi, müstəqil elmi-tədqiqat (problem) laboratoriyaları, “İngilis dili Resurs Mərkəzi”, Kitab­xana, İnformasiya Hesablama Mərkəzi (İHM) fəaliyyət göstərir.
Universitetdə bakalavr səviyyəsi üzrə 10, magistratura səviyyəsi üzrə 5 ixtisasda mütəxəssis hazırlanır ki, bunlar da fakültələr arasında aşağıdakı kimi bölüşdürülmüşdür:
I. “İqtisadiyyat və idarəetmə” fakültəsində 050401 “Dünya iqtisadiyyatı”, 050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə və kredit”, 050203 “Tər­cümə” (ingilis dili) ixtisasları üzrə 605 nəfər tələbə təsil alır.
Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri dekan rəhbərlik edir. Fakültə Elmi Şuranın tərkibi 17 nə­fər­dən ibarətdir (3 nəfər pofes­sor, 10 nəfər fəlsəfə doktoru, dosent, 4 nəfər tələbə).
Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir. (“İqtisadi nəzəriyyə”, “Mü­ha­sibat uçotu və audit”, “Maliyyə” və “Dillər”). Həmin ka­fed­­­raların ümumi dərs yükü və professor-müəllim heyətinın tərkibi aşağıdakı kimidir:

  • “İqtisadi nəzəriyyə” kafedrasında cəmi 14 nəfər müəllim, o cümlədən 3 nəfər elmlər doktoru-professor, 10 nəfər dosent və 1 nəfər doktorant çalışır. Kafedranın illik ümumi dərs yükü 4816 saat təşkil edir.

  • “Mühasibat uçotu və audit” kafedrasında cəmi 16 nəfər müəllim, o cümlədən 4 nəfər elmlər doktoru, professor, 11 nəfər fəlsəfə doktoru və 1 nəfər müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 5636 saat təşkil edir.

  • “Maliyyə” kafedrasında cəmi 11 nəfər müəllim, o cümlədən 2 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru, dosent, 1 nəfər müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 4263 saat təşkil edir.

  • “Dillər” kafedrasında cəmi 12 nəfər müəllim, o cümlədən 3 nəfər fəlsəfə doktoru, dosent, 3 nəfər baş müəllim və 6 nəfər müəl­lim çalışır. Kafedranın illik ümumi dərs yükü 5144 saat təşkil edir.

II. “Biznes və menecment” fakültəsində 050407 “Menecment (sənaye üzrə)”, 050408 “Marketinq (sənaye üzrə)”, 050404 “İqtisadiyyat”, 050409 “BiznIq və bə­lə­diyyə idarəetməsi” ixtisasları üzrə 755 nəfər tələbə təhsil alır. Fakültənin fəa­liyyətinə onun Elmi Şurası və sədri dekan rəh­­bər­lik edir. Fakültə Elmi Şurasının tərkibi 17 nəfərdən ibarətdir (5 nəfər elmlər doktoru-pro­fes­sor, 6 nəfər fəlsəfə doktoru-dosent, 2 nəfər fəlsəfə doktoru, 4 nəfər tələbə).
Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir. Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

  • “Menecment və marketinq” kafedrasında cəmi 14 nəfər müəllim, o cümlədən 13 nəfər fəlsəfə doktoru, dosent və 1 nəfər müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 5355 saat təşkil edir.

  • “Humanitar elmlər” kafedrasında cəmi 13 nəfər müəllim, o cümlədən 3 nəfər elmlər doktoru-professor və 8 nəfər fəlsəfə doktoru dosent, 1 nə­fər doktorant, 1 nəfər müəllim çalışır. Kafedranın il­lik ümumi dərs yükü 4239 saat təşkil edir.

  • “Ali riyaziyyat və texniki fənlər” kafedrasında cəmi 12 nəfər müəllim, o cümlədən 1 nəfər f.r.e.doktoru-professor, 10 nəfər fəlsəfə dok­toru dosent, 1 nəfər müəllim çalışır. Kafedranın il­lik ümumi dərs yükü 4153 saat təşkil edir.

  • “Sənayenin təşkili və bələdiyyə idarəetməsi” kafedrasında cəmi 7 nəfər müəllim , o cümlədən 1 nəfər elmlər doktoru, professor, 6 nəfər fəlsəfə doktoru, dosent, müəllim çalışır. Kafed­ranın illik ümumi dərs yükü 3788 saat təşkil edir.

Universitetdə magistratura səviyyəsi üzrə aşağıdakı ixtisaslar və ixtisas­laş­malar üzrə “Dünya iqtisadiyyatı” (060401 “Beynəlxalq iqtisadi münasibətlər”- üz­rə 7 nəfər, 060401 “Gömrük işi” üzrə – 2 nəfər), “Mühasibat uçotu və audit” (060402 “İs­teh­sal sferasında mühasibat uçotu və audit” üzrə – 4 nəfər, 060402 “Xidmət sferasında müha­sibat uçotu və audit” üzrə – 2 nəfər), “Maliyyə” (060403 “Bank işi” üzrə – 4 nəfər, 060403 “Vergi və vergiqoyma” üzrə – 3 nəfər), “Me­necment” (060407 “Heyətin idarə­edilməsi” üzrə – 4 nəfər, 060407 “Menecment” üzrə – 4 nəfər), “Dövlət və bələdiyyə idarə­etməsi” (060410 “Dövlət strukturunda menec­ment” üzrə - 7 nəfər, 060410 “Regional idarəetmə” üzrə – 1 nəfər) 38 nəfər tələbə təhsil alır. Şöbənin fəaliy­yətinə doktorant Abbasova Məleykə Nazim qızı rəhbərlik edir.




  1. Download 56.86 Kb.

    Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling