Azərbaycan Respublikası Təhsil Nazirliyi
Dərəcəyə görə bərabərləşdirən (tarazlaşdıran) ARÇ
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
7.2.3. Dərəcəyə görə bərabərləşdirən (tarazlaşdıran) ARÇ. Adətən bu
tip ARÇ-lər gərginlik – rəqəm kodu çeviricisi əsasında qurulur. Dərəcəyə görə bərabərləşdirmə (tarazlaşdırma) ARÇ-sinin struktur sxemini şək.7.6-da verilmiş kimi təsvir etmək olar. Onun tərkibinə takt impulsları generatoru (TİG), müqayisə qurğusu (MQ), idarəetmə qurğusu (İQ) və kod-nümunə gərginlik çeviricisi rolunu oynayan rəqəm – analoq çeviricisi (RAÇ) daxildir. Ölçülən gərginlik u x müəyyən qanun üzrə, məsələn, ikilik say sisteminin dərəcələrinə uyğun şəkildə tərtib olunmuş u n1 u n2 ... u nn nümunə gərginlikləri ilə müqayisə olunur. Bu gərginliklər müqayisə qurğusuna (MQ), kod-nümunə gərginlik çeviricisindən idarəetmə qurğusunun əmrlərinə uyğun olaraq daxil olur. Kod- 121 nümunə gərginlik çeviricisi rolunu oynayan rəqəm – analoq çeviricisinin (RAÇ) vəzifəsi girişinə daxil olmuş rəqəm koduna uyğun analoq gərginliyi hasil etməkdən ibarətdir. Şək.7.6. Dərəcəyə görə bərabərləşdirən ARÇ-nin struktur sxemi 7.2.4. Eninə impuls modulyatorlu ARÇ-lər. Tərkibində EİM (eninə impuls modulyatoru) istifadə olunan nisbətən sadə quruluşlu ARÇ - lər olub kifayət qədər dəqiqliyə malik ola bilərlər. EİM –çevirici istifadə olunan ARÇ- lər sadə ölçmə sistemlərində giriş dövrəsi ilə mikroprosessor bloku arasında əlaqə yaratmaq üçün istifadə olunur. Belə ARÇ-nin ümumi struktur sxemi şəkil 7.7-da verilmişdir. EİM-in işə salınması və məntiq elementinin (ME) çıxışındakı impulsların sayılmasını birbaşa mikroprosessor (MP) yerinə yetirir. EİM-in çıxışındakı impulsun uzunluğu U gir -ə mütənasib olduğundan ME-nin çıxışından MP-nin girişinə düşən impulsların sayı da U gir -ə mütənasibdir. Zəruri hallarda sxemdə ME və MP arasında impuls sayğacı quraşdırıla bilər və daxili generator nəzərdə tutula bilər. Şək.7.7. EİM – çevirici istifadə olunan ARÇ. Bu sxem sinxroimpulsların tezliyinin dreyfinə həssasdır və onu sistemin özündə kvars generatoru olduqda istifadə etmək sərfəli olur. Maksimal çevirmə müddəti məlum olduğundan EİM-li ARÇ-lər çoxkanallı sistemlərdə çox effektli 122 istifadə oluna bilər. EİM- çeviricinin işə hazırlanması üçün çevirmə ilə eyni həddə olan müəyyən vaxt tələb olunur. Ona görə də hər kanalda öz EİM-in istifadə etmək lazım olur, bu isə analoq kommutatorunun sxemdən çıxarılmasına imkan verir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling