AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet5/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   2   3   4   5   6   7   8   9   ...   55

siyasi yolla, öz xeyrin

ə müəyyən siyasət yeritməklə insanla-

ra xoşbəxtlik gətirmək olmaz. V.V.Mixeev haqlı olaraq göstə-

rir ki, iqtisadiyyatla siyas

ət arasında sərt asılılıq mövcud deyil 

v

ə tarix sübut etmir ki, avtoritarizmə daha çox iqtisadi artım uy-



ğun gəlir, nəinki demokratiya, ən güclü iqtisadiyyat demok-

ratik ölk

ələrdədir

2

Siyas


ətçilər həmişə  çalışırlar  ki,  insanları  narahat  edən 

m

əsələlərdən onları kənarlaşdırsınlar, vədlər versinlər, ümidlər 



ya

ratsınlar. Onlar bolluq, yüksəliş, inkişaf yaratsalar da bu hələ 

iq

tisadiyyatın artımı demək deyildir.  



Amerikalı professor N.Qreqori Menkyu yazır: «Siyasətçi-

l

ərin də məqsədləri var. Sözsüz ki, siyasi liderlərin hər zaman 



c

əmiyyətin  rifahının  yaxşılaşdırılması  və  səmərəli və  ədalətli 

bölgü 

arasında  ən optimal seçimin edilməsi barəsində  düşün-



dükl

ərini fərz etmək yaxşı olardı. Düzdür, yaxşı olardı, lakin bir 

o q

ədər də real olmazdı. Şəxsi maraq, istehlakçılar və müəssisə 



r

əhbərləri  üçün  olduğu  qədər siyasətçilər üçün də  çox güclü 

stimul m

ənbəyidir. Bəzi siyasətçilər təkrar seçilmək arzusunda-

dır və az seçici bazasını artırmaq üçün cəmiyyətin maraqlarını 

qurban verm

əyə hazırdırlar.  

… B


əzi siyasətçilərin isə stimulu sadəcə olaraq acgözlük-

dür»


3

                                                 



1

  Bax: Con Meynard Keyns. M

əşğulluq,  mənfəət və pulun ümumi nəzəriyyəsi. Bakı: Qanun,  

2001,  s. 440. 

2

 

Bax: Авторитаризм развития: генезис, функции,  перспективы.// Мировая экономика и 



международные отношения, 2005. № 6,  c.104.

 

3



  Bax: N.Qreqori M

ənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində). Harvard Universiteti. 

200,  s. 488. 


Pulun  

diktaturası 

 

 



57 

 Siyas



ətdə yalan, dolayı, üstüörtülü, iki və çox mənalı 

fikir, aldatma sanki normal v

ə adi görünür. Yalan olan yer-

d

ə isə əxlaq və tərbiyədən danışmaq olmaz. Bu, siyasətçinin 

əxlaqsız, tərbiyəsiz olması anlamına gətirmir. Siyasətçi san-

ki tarix s

əhnəsində öz rolunu oynayır. Halbuki, bu rol müs-

b

ət və mənfi insan obrazı ola bilər. Deməli, siyasətçinin əx-

laq

sızlığı onun adi bir insan kimi əxlaqının ifadəsi deyildir. 

M.Ə.Rəsulzadə vaxtilə yazırdı: «Fikri, milli və siyasi is-

tiq

lalların kökü iqtisadi istiqlaldır»



1

İqtisadi vəzifələrin yerinə yetirilməsinə, hər şeydən əvvəl, 



siyasi c

əhətdən yanaşmaq lazımdır. Müasir Qərb iqtisadi nəzə-

riyy

əsində iqtisadiyyata və siyasətə «insanlar arasında qarşılıqlı 



f

əaliyyətin həyata keçirildiyi vahid ümumi strukturun bir his-

s

əsi kimi» yanaşırlar



2

Elmi c



əhətdən əsaslandırılmış, dərki mümkün olan siya-

s

ət işlənib hazırlanmadan və həyata keçirilmədən iqtisadiyyatın 



in

kişafı mümkün deyildir. 



 

1.2. Müasir iqtisadi siyas

ət: düşüncələr, 

reallıqlar və mülahizələr 

 

İqtisadiyyat  insanların  həyatına  həm iqtisadi, həm sosial, 



h

əm də  siyasi proseslər vasitəsilə  təsir göstərir. Qədim Çində 

Kon

futsi  ideologiyasının  ən görkəmli nümayəndəsi olan Syun-



tszı (b.e.ə. 313-238-ci illər) yazırdı ki, dövlətin iqtisadi siyasəti 

üç 


əsas prinsipə söykənməlidir: xərclərə qənaətə, xalqda bolluğu 

t

əmin etməyə  və  mövcud  olanı  saxlamaq  zərurətinə.  Hesab 



edirdi ki, «bolluq» -  c

əmiyyətin sosial dərəcəsinə (ranqına) uy-

ğun gələn tələbatlar səviyyəsinin ödənilməsidir. Syun-tszı despot 

dövl


əti yalnız ictimai məhsulun istehsalı və bölgüsünün qaydaya 

                                                 

1

 Bax: M.R



əsulzadə. Azərbaycan cümhuriyyəti. Bakı, 1990, s.3 

2

  Bax: 



Серёгина  С.Ф.  Роль  государства  в  экономике.  Синергетический  подход.-  М.: 

Издательство  «Дело  и  Сервис»,  2002,  с.  231;  Альт  Дж.И.,  Алесина  А.  Политическая 

экономия:  общие  проблемы:  Политическая  наука:  новые  направления  /  Под.ред. 

Р.Гудина и Х.Д.Клингеманна.- М.: 1999,  с.625.

 


Pulun  

diktaturası 

 

 



58 

salınmasına  yox,  həm də  onun  istehlakına  çağıraraq  (dəvət 

ed

ərək) istismarın aşkar məddahlığı ilə çıxış edirdi. İstehlak isə 



iqtisadiyyatın mühüm sabitləşdirici amilinə çevrildi

1



Pol A.Samuelson v

ə  Vilyam D.Nordxaus qeyd edirdilər 

ki, 

iqtisadiyyat yalnız oyun deyil, məntiqdə, hesabda və riyaziy-



yatda (m

əharətdə, mənfəətdə) öz qüvvəsini  sınamaqdan  ötrü 

yal

nız  incə  başsındırma  deyil.  Əgər  iqtisadiyyat  şəxsi xudpə-



s

əndlik nöqteyi-nəzərindən sizin üçün həyati cəhətdən mühüm 

olan m

əsələlərlə və yaxşı cəmiyyət üçün nəzərdə tutulan insan 



üçün 

əhəmiyyətli məsələlərlə bağlı deyilsə, onda öz maraqlarını 

itirir

2

. Mövcud siyasi prosesl



ərə inamsızlıq bir çox iqtisadçılar-

da h


ər hansı bir siyasi təsirdən iqtisadi siyasətin formalaşması 

prosesini azad etm

ək cəhdi doğurur

3



Bir sıra iqtisadçılar hesab edirlər ki, iqtisadi siyasət bəzi 

m

əsələləri siyasətçilərin sərəncamına buraxmaqdan ötrü kifayət 



q

ədər mühüm sahədir. Belə  bir fikir iqtisadi siyasətin rolunu 

qiym

ətləndirmək üçün həlledici  əhəmiyyətə  malikdir, baxma-



yaraq ki, o, iqtisadi xarakter

ə  nisbətən  ən çox siyasi xarakter 

da

şıyır. İnsanlar çəkinirlər ki, pul-kredit və büdcə-vergi siyasə-



tinin güclü al

ətləri səlahiyyətli və ya opportunist əhval-ruhiyyə-

li siyas

ətçilərin əlində oyuncaq ola bilər. 

İqtisadi  siyasətdə  səlahiyyətlilik və  səlahiyyətsizlik bir 

neç


ə səbəblə izah olunur. Bir sıra iqtisadçılar hesab edirlər ki, 

siyas


ət müxtəlif qrupların spesifik maraqlarının təsiri altında ni-

zamsız  formalaşır.  Bundan  əlavə,  makroiqtisadiyyat-mürək-



k

əb elmdir və  siyasətçilər  əsaslı  qərarlar qəbul etməkdən 

ötrü b

əzən onu kifayət qədər  yaxşı  dərk etmirlər.  Siyasət-

çil


ərin kifayət etməyən  peşəkarlığı  cəlbedici  (aldadıcı),  lakin 

düzgün olmayan mür

əkkəb problemlərin həllini tələb edən fırıl-

daqçılar üçün əlverişli zəmin yaradır. Siyasi prosesin gedişində 

                                                 

1

  Bax: 



История  экономических  учений:  Учебное  пособие  /  Под.ред.  В.А.Жамина, 

Е.Г.Василевского – М.: Изд-во МГУ, 1989,  с.17. 

2

 

Bax: Пол А.Самуэльсон, Вильям Д.Нордхаус. Экономика. Пер. с.англ. – М.: «БИНОМ», 



«Лаборатория Базовых Знаний», 1999, с. 35. 

3

 Bax: 



Мэнкью Н.Г.Макроэкономика. Пер. с англ. – М.: Изд-во МГУ, 1994 , с. 497.

 


Pulun  

diktaturası 

 

 



59 

fırıldaqçıların  məsləhətindən səlahiyyətli  iqtisadçıların  töv-

siy

ələrini qorumaq heç də həmişə mümkün olmur



1



İqtisad  elmi  iqtisadiyyatı  nə  qədər real əks etdirərsə 



iqtisadi siyas

ət mükəmməl olar və onun həyata keçirilməsi 

sür

ətlənər. İqtisadi siyasət elmi cəhətdən dürüst idarə edilmiş 

ideya v


ə  müddəaların,  uzunmüddətli və  yaxın  vəzifələrin, elə 

m

əqsədyönlü fəaliyyətinin məcmusudur ki, onların köməyi ilə 



dövl

ətin iqtisadiyyata rəhbərliyi həyata keçirilir. 

S.Bryu v

ə  K.Makkonnellin «Ekonomiks»in -  də  yazılır: 

«İqtisadi siyasətin düzgün əsaslandırılması  iqtisadi  prinsiplərə 

istinad etm

əlidir. Məsələn, ən məşhur iqtisadi prinsiplərdən bi-

rin


ə görə müəyyən hüquqlar daxilində xərclərin ümumi səviy-

y

əsi ilə ölkədə məşğulluq səviyyəsi arasında birbaşa əlaqə var-



dır: “Xərclərin ümumi həcmi artdıqda işsizliyin səviyyəsi aşağı 

şür”.  Bu  prinsip  iqtisadi  siyasəti müəyyənləşdirərkən höku-



m

ətə çox böyük fayda verə bilər. Məsələn, hökumət iqtisadçıla-

rın əldə olan statistik materiallardan xərclərin ümumi həcminin 

azaldığını gördükdə, göstərilən prinsip onlara arzu olunmayan 

işsizliyin  yaranacağını  qabaqcadan  söyləməyə  imkan verəcək. 

Bu xoşagəlməz nəticədən xəbər tutan dövlətin səlahiyyət sahib-

l

əri xərclərin ümumi həcminin artırılmasına və işsizliyin gözlə-



nil

ən səviyyəsinin qarşısının alınmasına, yaxud aradan qaldırıl-

ma

sına yönəldilmiş müəyyən hökumət siyasətini işə sala bilər-



l

ər. Qısaca desək, səmərəli idarəetmə üçün biz qabaqcadan gör-

m

ək qabiliyyətinə malik olmalıyıq. İqtisadi prinsiplər bu irəli-



görm

əni mümkün edir və  sağlam  iqtisadi  siyasət üçün zəmin 

ya

radır»


2

Onlar eyni zamanda qeyd edirl



ər ki, iqtisadi siyasət iqti-

sa

di davranışa və onun nəticələrinə nəzarət edir və ya onlara tə-



sir göst

ərir


3

. İqtisadi nəzəriyyə və praktikaya dair ensiklopedik 

                                                 

1

 Bax: 



Мэнкью Н.Г. Макроэкономика. Пер.с англ. – М.: Изд – во МГУ, 1994, c. 496-497. 

2

 



Bax: Макконнелл К.Р., Брю С.Л.Экономикс: Принципы, проблемы и политика. В. 2Т.: 

Пер. с англ. 11-го изд. Т.Т. – М.: Республика, 1992,  с. 23. 

3

  Yen


ə orada,  s. 20. 

Pulun  

diktaturası 

 

 



60 

ğətdə də doğru olaraq göstərilir ki, iqtisadi siyasət – dövlət tə-



r

əfindən həyata keçirilən iqtisadi tədbirlər sistemidir, iqtisad el-

minin bir sah

əsidir


1

AFR-in m



əşhur alimi X.Girşinin fikrincə, dövlətin iqtisa-

di siyas


əti proseslərin gedişini qaydaya salmaqdan, onlara təsir 

etm


əkdən ötrü ona istiqamətlənmiş tədbirlərin məcmuudur. İq-

tisadi siyas

ətin məzmunundan  danışarkən bir neçə  prinsipial 

müdd


əanı nəzərə almaq vacibdir: 

1.

 



İqtisadi siyasət özündə iki aspektin təsirini sınayır: bir tə-

r

əfdən, təsərrüfat vəziyyətinin dəyişilməsini, digər tərəfdən iqti-



sadi t

əfəkkürdə dəyişikliyi. Hər iki məqam qarşılıqlı əlaqəlidir, 

lakin eyni zamanda onlar nisbi müst

əqilliyə  malikdirlər. Cə-

miyy

ətin inkişafı prosesində iqtisadi təfəkkür labüd olaraq də-



yişir,  çünki  dəyərlər  haqqında  təsəvvürlər  başqalaşır.  Bununla 

əlaqədar olaraq, hətta ənənəvi vəzifələrin bəzən yeni mövqelər-

d

ən həll edilməsi qəbul olunur. 



2.

 

Mövcud  t



əcrübə  göstərir: iqtisadi siyasətin səmərəsi o 

halda yüks

ək olur ki, bu zaman hökumətin qərarları  ölkədə 

möv


cud olan reallıqlara – siyasi qüvvələrin düzəlməsinə və öl-

k

ənin  inkişaf  səviyyəsinə  (istehsal-texniki potensial, sosial 



strukturun v

əziyyəti, ümumdövlət və yerli idarəetmənin institu-

si

onal qaydası) yönəldilməklə qəbul olunur. 



3.

 

İqtisadi siyasət ölkənin siyasi kursuna dəstək verilməsinin 



h

əlledici vasitəsidir

2



Bütün yuxarıda deyilənlərdən bu nəticəni çıxarmaq olar ki, 



iqtisadi siyas

ət bir sıra şərait və amillərdən asılıdır. Bunlar isə bir-

biri il

ə bağlı və əlaqədardır. Daha doğrusu, bu səbəblər bir-birini 



tamamlayır. İqtisadi siyasət ilk növbədə maddi istehsalın inkişa-

fına  təsir göstərir.  Hazırda  postsovet  ölkələrində  iqtisadi  siyasət 

bazar münasib

ətlərinin  yaradılmasına,  elmi-texniki  inqilabın 

                                                 

1

 Bax: 



Лубнев Ю.П., Кравцова Н.И., Лозовой А.М. Краткий энциклопедический словарь 

по экономической теории и практике / Рост. Гос.э-коном. акад. – Ростов н/д, 1997, с. 72. 

2

  B


ах:  Экономическая  теория:  Учеб.  для  студ.  высш.  учеб.  заведений  /Под.  ред. 

В.Д.Камаева. – 7-е изд., перераб. и доп. – М.: Гуманит. Изд. центр ВЛАДОС, 2001, с. 457.

 


Pulun  

diktaturası 

 

 



61 

nailiyy


ətlərinin bazar sisteminin üstünlükləri ilə  üzvi surətdə 

birl


əşdirilməsi sahəsində vəzifənin həllinə yönəldilmişdir. Lakin, 

bazar  yalnız  məqsəd yox, cəmiyyətin həyatının  yaxşılaşdırıl-

ması,  iqtisadiyyatın  sağlamlaşdırılması  vasitəsi  olmalıdır. 

Bazara tullanmaqla yox t

ədricən (təkamül yolu ilə),  yavaş-

yavaş, addım-addım hərəkət etmək lazımdır. 

Çikaqo Universitetinin professoru, 1976-

cı ildə istehlak sa-

h

əsində tədqiqatları, monetar nəzəriyyə və pul tədavülü tarixinin 



işlənməsinə  görə  Nobel  mükafatı  laureatı  Milton Fridmen 

yazır: “... heç bir hökumət bazardan ağıllı ola bilməz... ”

1

.  

 

Bazarın  xəmirini,  mayasını,  ardıcıllığını,  prinsiplərini, 



v

əzifələrini və məqsədini hazırlamaq lazımdır. B.A.Rayzberqin 

«İqtisadiyyatın  əsasları»  dərsliyində  iqtisadi siyasətin məqsədi 

haqqında söylədiyi fikirlərlə razılaşmamaq olmur. O göstərir ki, 

iqtisadi siyas

ət  -  dövlət, ölkənin hökuməti tərəfindən  aparılan 

iqtisadi h

ərəkətlərin baş xəttidir, iqtisadi proseslərə arzu olunan 

istiqam

ətin verilməsidir. O, məcmu halda dövlət tərəfindən 



q

əbul edilən tədbirlərdə təcəssüm olunur ki, bunların vasitəsilə 

n

əzərdə tutulan məqsəd və vəzifələr əldə edilir, sosial-iqtisadi 



probleml

ər həll olunur. Hökumətin reallaşdırdığı ölkənin kursu 

bilavasit

ə  iqtisadi siyasətdə  əksini  tapır.  Öz  mənasına  görə 

iqtisadi siyas

ət ölkənin, dövlətin,  xalqın  məqsədlərini, vəzi-

f

ələrini,  maraqlarını  ifadə  etmək, təcəssüm etmək iqtidarında-



dır

2

. Dig



ər dərslikdə  isə  iqtisadi siyasətə  buna  yaxın  fikirlər 

söyl


ənsə də yeni yanaşma da hiss olunur. Burada iqtisadi siya-

s

ətə  qarşıya  qoyulmuş  məqsədlərin  reallaşması  üçün  iqtisadi 



prosesl

ərə  dövlət tərəfindən təşəbbüs edilən təsir tədbirlərinin 

m

əcmusu kimi baxılır. Məsələ ondadır ki, siyasətçilər necə fəa-



liyy

ət göstərirlər, iqtisadi siyasətin normativ nəzəriyyəsi ilə ne-

c

ə məşğul olurlar. İqtisadi siyasətin normativ nəzəriyyəsi iqtisa-



diyyata dövl

ət müdaxiləsinin zərurəti, xarakteri və  sərhədləri 

problemini öyr

ənir. 


                                                 

1

 Bax: 



Фридмен М. Если бы деньги заговорили… / Пер.с.англ. – М.: Дело, 1999, с.12. 

2

 Bax: 



Райзберг Б.А. Основы экономики: Учеб. пособие. – М., ИНФРА – М.: 2000, с. 371.

 


Pulun  

diktaturası 

 

 



62 

İqtisadi siyasətin pozitiv (müsbət) nəzəriyyəsi politologi-

ya il

ə sıx əlaqədardır, bu elm isə iqtisadi siyasətin hazırlanması 



v

ə reallaşması praktikasını öyrənir

1



B



əzi iqtisadçılar iqtisadi siyasəti ölkənin qarşısına qoyduğu 

m

əqsədlərin həyata keçirilməsinə  və  bu məqsədlərə  nail olmaq 



yollarının,  iqtisadi  inkişafın  əsas meyillərinin elmi cəhətdən 

əsaslandırılmış  şəkildə  qabaqcadan görülməsinin vahid prosesi 

ki

mi şərh edirlər. 



Professor Ş.Hacıyev bu nöqteyi-nəzərdən haqlı olaraq ya-

zır ki, iqtisadi siyasətin obyekti – ümumxalq dövlətinin  maraq-

la

rı və istehlakçılarıdır



2

Dünya iqtisad 



ədəbiyyatında  «iqtisadi  siyasətlə» «dövlət 

t

ənzimlənməsi»  anlayışları  bəzən eyni mənada  işlədilir. Lakin 



in

kişaf etmiş ölkələrdə iqtisadi siyasətin mövcud təcrübəsi gös-

t

ərir ki, «iqtisadi siyasət» «dövlət tənzimlənməsi» anlayışından 



ge

nişdir. Dövlət iqtisadi siyasəti həyata keçirərək, təşəbbüsçü, 

əsas halqa rolunu oynayır. Lakin dərk etmək lazımdır ki, dövlət 

bu rolda, nec

ə deyərlər, kifayət qədər böyük orkestrin dirijoru 

ki

mi çıxış edir



3

Ş.Hacıyev isə iqtisadi siyasətdə milli iqtisadiyyatın inki-



şafını ön plana çəkir. O, müasir şəraitdə beynəlxalq iqtisadi mü-

nasib


ətlərin mürəkkəb sistemini və mexanizmini, onların milli 

iqtisadi münasib

ətlərlə  qarşılıqlı  fəaliyyətinin, milli iqtisadiy-

yatın  bu  mexanizminə  implantasiyasının  (köçürmənin) spesi-

fikliyini açan t

ədqiqatların olmasını, iqtisadi siyasət üçün aktual 

əhəmiyyət kəsb etməsini göstərmişdir

4



                                                 

1

 Bax: 



Современная экономика. Общедоступный учебный курс. Ростов н/д.:  «Феникс», 

1999


, с. 393. 

2

 Bax: 



Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сообществу: стратегия 

внешнеэкономического развития. – Киев.: «Експрес об.ява», 2000,  с. 352. 

3

 Bax: 


Экономическая теория: Учеб. для студ. высш. учеб. заведений. / Под ред. 

В.Д.Камаева. – 7-е изд., перераб. и доп. - - М.: Гуманит. изд. центр ВЛАДОС. 2001,  с. 

461. 

4

 



Bax: Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сообществу: стратегия 

внешнеэкономического развития. – Киев.: «Експрес об.ява», 2000,  с. 355. 



Pulun  

diktaturası 

 

 



63 

Əhalisi çox, ərazisi əhalisinin sayına görə kiçik, iqtisadi 

c

əhətcə  vaxtilə  zəif olan Çində  «islahatların  memarı»  Den 



Syaopinin

1

 iqtisadi siyas

əti ölkəni qabaqcıllar sırasına çıxartdı. 

Den Syaopin kim idi? Onun iqtisadi möcüz

əsinin mahiyyəti nə 

v

əd edirdi?  



Çin iqtisadçısı Xuan J. yazır ki, siyasi risklər qadağanedici 

ola bil


ər.  Lakin  bu,  Den  Syaopinin  islahatlarına  təsir etmədi. 

Mao Tzedun

2

  hakimiyy



ətinin sonuncu illəri Çin Nikita Xruşşo-

vun dövründ

əki Sovet İttifaqına bərabər tutulurdu. Den Syaopi-

nin islahatları Çini o səviyyəyə yüksəltdi ki, ibtidai biliklərə ma-

lik ist

ənilən adam yəqin ki, bunu skeptik (yəni inanılmaz, hər şe-



y

ə şübhə ilə baxan adam – (Kursiv Ş.Q.) qəbul edər. Mao döv-

ründ

əki Çin ilə Den dövründəki Çin arasında müqayisəedilməz 



inkişaf mövcuddur. Bu, “Den Syaopin effekti” dir.  Praktik ola-

raq Çin islahatlarına dərhal yaranan inam kifayət dərəcədə Çin 

siyas

ətinə  hər  hansı  başqa  birinin  deyil,  məhz Den Syaopinin 



başçılıq etməsi ilə səciyyələnir. Həm alimlər, həm də praktiklər 

ara


sında belə bir fikir formalaşır ki, Den Syaopin Çin islahatları-

nın memarıdır. 

Denin reytinqi Maodan xeyli d

ərəcə  yüksəkdir. “Xeyli 

d

ərəcə”  burada  aparıcı sözdür.  Dendə  hamıya məlum olan bir 



sıra üstünlüklər vadır. Sahibkarlar tərəfindən cavabı ona şəhərin 

yüks


ək təbəqəsindən deyil, bütün ölkədən yüz milyonlarla çinli 

k

əndlilərdən gəlmişdir. Onlar inanırdılar ki, Denin dövründə si-



yas

ətdəki dəyişikliklər uzunmüddətlidir, tsiklik deyil və  Den 

Çini Mao Çinind

ən obyektiv olaraq fərqlənir. Denin böyük əhə-

miyy

ət kəsb etməsi də öz rolunu oynadı: o üç dəfə Maonun gös-



t

ərişi ilə repressiyaya məruz qaldı, onun oğlanlarından birini Ma-

o

nun “qırmızı qvardiyaçıları” “mədəni inqilab” dövründə şikəst 



                                                 

1

 Bax: 



Э.П. Пивоварова. Реформационные воззрения Дэн Сяо-пина и Лю Гогуана: 

важный аспект анализа современных экономических дискуссий в КНР// «Российский 

экономический журнал». - 2007. -  № 4,  с. 71.

 

2



  Qeyd:  Mao Tzedun (1893-1976) 1949-cu  ild

ən 1976-cı  ilə  qədər Çin Xalq Respublikasına 

başçılıq edib. 


Pulun  

diktaturası 

 

 



64 

etdil


ər. Başqa heç bir Çin rəhbəri onun kimi etimad qazanma-

mışdır.


1

  

Den dünyaya g



ələndə  onun  adı  Den  Sisyan  idi.  İnqilabi 

f

əaliyyəti dövründə  adını  dəfələrlə  dəyişmiş,  gah  Den  Bin  ol-



muş, gah da Den İxe. «Syaopin» təxəllüsü onun balaca boyuna 

gör


ə verilmişdir. Syao – Çin dilində balaca deməkdir. Syaopi-

nin h

əmkarları  ona  «boyu  bir  qarış,  saqqalı  yeddi  qarış» 

deyirdil

ər. 

XX 


əsrin 20-ci illərində Den Syaopin Fransada «Reno» za-

vodunda  işləmişdir.  O,  öz  ölkəsində  dəfələrlə  təqiblərlə  üzləş-

mişdir. Çindəki mədəni inqilab illərində  Denin  65 yaşı var idi. 

Den öz ölk

əsində traktor zavoduna sürgünə göndərilir. «Reno» 

za

vodunda topladığı təcrübə onun zavodda da köməyinə gəlmiş-



dir. O, zavodda çiling

ərliklə,  arvadı  isə  şurupları  təmizləməklə 

m

əşğul olmuşdur. 



Ziddiyy

ətli, mübarizələrlə dolu həyat yolu keçmiş bu bala-

ca

boy  kişi  Çin iqtisadiyyatında  möcüzələr yaratmışdır.  Əlbəttə, 



ona Çin r

əhbərliyinin  inamı  olmuş  və  eksperimentlərini həyata 

keçirm

əyə  imkan  yaratmışlar.  Den elə  nüfuz  qazanmışdır  ki, 



Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling