AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


g ələndə isə «Mən yer üzündə öz vəzifəmi yerinə yetirmişəm» deyərək həyatını


Download 5.13 Mb.
Pdf ko'rish
bet9/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

g

ələndə isə «Mən yer üzündə öz vəzifəmi yerinə yetirmişəm» deyərək həyatını 

peşmanlıqsız  başa  vurdu.  O,  təntənəli dəfn mərasimini məqbul  saymamış  və 

v

əsiyyət etmişdir ki, dəfn olunduğu yer gizli qalsın ki, insanlar oranı məbədə çe-

vir

ə bilməsinlər. Onun dəfnində 12 nəfər ən yaxın adamı iştirak etmiş və öz ar-

zusu il

ə  meyiti  yandırılandan  sonra  külünü  küləyə  sovurmuşlar.  Kursiv  Ş.Q.). 

Onun dostu v

ə silahdaşı Fridrix Engels dəfn mərasimində çıxışı zamanı belə bir ifadə 

işlətmişdir. «Onun adı və işi əsrlər boyu yaşayacaq». O zaman bu çox yüksək qiymət 

kimi s

əslənsə də sonralar həqiqətə çevrildi. (Bax: Р.Нуреев. Исторические судьбы 



учения  Карла  Маркса. «Вопросы  экономики». 2007,  №  9,    с. 87: Маркс  К.  и 

Енгелс Ф. Соч. 2-е изд., т. 19, с. 352.). 

Dig

ər məqalələrdə də K.Marks yaradıcılığı yüksək qiymətləndirilmişdir. (Bax: 



А.Бузгалин,  А.  Колганов.  Нужен  ли  вам  либеральный  марксизм? (О  статье 

Е.Гайдара и В.Мау «Марксизм»: между научной теорией и «светский религи-

ей»). «Вопросы  экономики». 2004,  №  7,  с. 132-150.;  Е.Гайдар,  В.Мау.  Марк-

сизм: между научной теорией и «светской религией» (либеральная аналогия). 

«

Вопросы экономики». 2004, № 5, с. 4-28.; Л.Гребнев. «Мавр» возвращается? А 



он  и  не  приходил  (к  дискуссии  о  значимости  научного  наследия  К.Маркса). 

«

Вопросы экономики». 2004, № 10, с. 55-70; В.Кудров. К современной научной 



оценке  экономической  теории  Маркса  –  Энгельса  –  Ленина  (десять  пунктов 

для размышления). «Вопросы экономики». 2004, № 12, с. 111-131.; О.Ананьин. 

Карл  Маркс  и  его  «Капитал»:  из  девятнадцатого  в  двадцать  первый  век. 

«

Вопросы экономики» 2007, № 9, с. 72-87.; А.Бузгалин, А.Колганов. «Капитал» 



Pulun  

diktaturası 

 

 



106 

Marks v


ə  Engelsdə  qloballaşma  sözü  yox  idi,  lakin  onlar 

istehsalın  beynəlmiləlləşdirilməsindən, ümumdünya tarixindən 

yazmışlar.  Professor  V.Kulikov  isə  qeyd edir ki, E.Qaydar və 

V.Maunun d

əfələrlə marksizmin böhranı haqqında yazdıqlarına 

n

əzər yetirəndə  düşünürsən  ki,  doğurdan  da  marksizm  böhran 



döv

rünü yaşayır. Lakin, V.Kulikova belə gəlir ki, müasir dövr-

d

ə təkcə marksizm deyil, bütövlükdə iqtisadi nəzəriyyə – mark-



sist v

ə qeyri-marksist istiqamətlər böhran keçirir

1



İqtisad elmləri doktoru M.Voeykov marksizmi elm kimi 



v

ə marksizmi ideologiya kimi qarışdırmağı lazım bilmir

2



Marksın orijinallığının ən görkəmli nümunəsi tarixi iqti-



sadi c

əhətdən şərh etməsidir. Dünyada elə bir mütəfəkkir ta-



pılmaz ki, tarixə Marks qədər böyük təsir göstərmiş olsun. 

Mak


millanın müasir iqtisadi nəzəriyyə lüğətində göstərildiyi ki-

mi, çox d

əqiq  baxılan  zaman,  hətta  bir  sıra  yekun  nəticələri 

s

əhv olsa belə  Marksın  nailiyyətləri  çox  böyükdür.  Şumpeter 



özü

nün «İqtisadi təhlilin tarixi» əsərində yazırdı ki, Marks tərə-

find

ən  tarixin  iqtisadi  şərhi, tarixi materializm «güclü analitik 



vasit

ədir» və  onun «hər  şeyi  əhatə  edən sistemi» və  «iqtisadi 

prosesin t

əkamülündə  labüdlüyün görünməsi…  Marksa böyük 

iq

tisadçı adını almaq hüququ verir»



3

“Keyns



ə  qədər  100  böyük  iqtisadçı”  kitabının  müəllifi 

Mark Blauq yazır ki: “... Qoy onun böyük iqtisadçı olduğundan 

                                                                                                        

в XXI веке: pro et contra. «Вопросы экономики» 2007, № 9, с. 104-121.; Э.Райт. 

Что такое аналитический марксизм? «Вопросы экономики» 2007, № 9, с. 121-

139.; 


В.Черковец.  К  вопросу  об  основных  альтернативах  в  общей  эко-

номической теории (по поводу 140-летия I тома «Капитала» К.Маркса). «Рос-

сийский экономический журнал». 2007, № 11-12, с. 74-99.; К.Тронев. О пред-

мете и содержании первого отдела I тома «Капитала» К.Маркса. «Российский 

экономический журнал». 2007,  №  9-10, с. 62-98 və s.

 

1



 Bax: 

Марксово наследие и современная экономическая наука («круг-

лый  стол»  журнала  «Вопросы  экономики»). «Вопросы  экономики». 

2005. 


№ 1, с. 94-95. 

2

  Yen



ə orada. с. 121. 

3

 Ba



х: Словарь современной экономической теории Макмиллана. – М.: 

ИНФРА – М.: 2003. с. 316. 



Pulun  

diktaturası 

 

 



107 

heç  bir  şübhə  olmasın.  Əgər biz, hətta fundamental marksist 

sxemini v

ə  onun  əsas nəticələrinin  əksəriyyətini inkar etsək, 

“Kapital”-

ın üç cildini, xüsusilə də son iki cildində, müasir iqti-

sad

çıların öyrənə biləcək bir çox maraqlı misallar olduğunu qə-



bul etm

əliyik.”


1

 

Əgər kommunistlər  Marksın  ssenarisi  (əslində  o ssenari 



yaz

mamış, sadəcə olaraq tədqiqat aparıb öz fikirlərini söyləmiş-

di, özü d

ə qətiyyətlə, lakin hökmlə yox, elmi əsaslarla) üzrə hə-

r

əkət etməmişlərsə, onun nəzəriyyələrini ehkama çevirmişlərsə 



kimdir günahkar,  Marksın özümü? 

Qurani-K


ərimdə yazılanlar, dindarlar və dindar olmayan-

lar t


ərəfindən təhrif olunursa və yaxud ölkədə qanunlar işləmir-

s

ə, onun günahı qanunları qəbul edən deputatlardadırmı? 



Marks öz dövrünün bütün kapitalist sistemini mühakim

ə 

edirdi, onun iç üzünü elmi c



əhətdən açırdı. O, kapitalizmin əsas-

la

rını,  ziddiyyətlərini, problemlərini üzə  çıxartmış  və  onu  əvəz 



ed

ə  biləcək  quruluş  haqqında  mülahizələrini söyləmişdir.  Pol 

A.Samuelson v

ə Vilyam D.Nordxaus ədalətli olaraq K.Marksın 

uzaqgör

ənliyi və səhvi haqqında yazır: «Sonrakı onilliklər ərzin-



d

ə tarix sanki Marksın bir neçə qabaqcadan dediyi fikirlərini təs-

diq etdi. 1890-

cı  illərin və  1930-cu illərin  iqtisadi  çaxnaşması 

XX 

əsrin əql sahiblərini xüsusi sahibkarlığa əsaslanan kapitaliz-



min h

əyat qabiliyyəti məsələsinə  gətirib  çatdırdı.  1917-ci ildən 

başlayaraq sosialistlər öz modelindən istifadə etməyə başladılar 

v

ə  bu sistemin çiçəklənmə  zirvəsində  dünyanın  demək olar ki, 



üçd

ə bir hissəsi marksist doktrinasına tabe olurdu. Doğrudur, ha-

zırda özünü marksist adlandıran dövlətlərin sayı kəskin surətdə 

aşağı düşmüşdür. K.Marks bir çox məsələlərdə, xüsusilə iqtisadi 

sistem kimi sosializmin üstünlüyü m

əsələsində səhvlər etmişdir. 

La

kin bu böyük iqtisadçı kimi onun əhəmiyyətini azaltmır»



2

                                                 



1

 Bax: Mark Blauq. Keyns

ə qədər 100 böyük iqtisadçı / rus dilindən tərcü-

m

ə. Bakı: “İqtisad Universiteti”, 2009, s. 182. 



2

  Ба


х:  Пол  А.Самуельсон,  Вильям  Д.Нордхаус.  Экономика:  Пер.  с 

англ. – М.: «БИНОМ», Лаборатория Базовых Знаний, 1999, с. 51. 



Pulun  

diktaturası 

 

 



108 

Əlbəttə, unutmaq lazım deyildir ki, K.Marks sosializm və 

kommunizm dey

əndə  «marksistlərin» qurmaq istədikləri cə-

miyy

ətləri nəzərdə tutmamışdır. Kapitalizm bu gün Marksın 



dövründ

ə  olduğuna  bənzəmir.  Artıq  kapitalizm  məfhumu-

nun özü leksikonumuzdan çıxmaq üzrədir. Kapitalist əvəzi-

n

ə sahibkar, biznesmen, menecer və s. ifadələr işlədilir. Bu-

nu n

əzərə almaq lazımdır. Lakin unutmaq da olmaz ki, bu-

nunla mahiyy

ət dəyişmir. 

Bir t


ədqiqatçı kimi Marks nəhəng şəxsiyyət idi. O, özün-

d

ən əvvəlki və öz dövründəki filosof və iqtisadçıların əsərlərini 



t

əhlil etmiş və şəxsi mülahizələrini söyləmişdir. Marksı iqtisadi 

t

əfəkkür tarixi üzrə dünyada aparıcı nüfuz sahibi hesab etmək 



olar. Bu fikr

ə sivil ölkələrin tanınmış mütəfəkkirləri də heç bir 

zaman etiraz etm

əyiblər. 

K.Marks bütün ictimai elml

ərdə dərin iz buraxmışdır. La-

kin h

ər halda, ilk növbədə  o,  iqtisadçı  idi,  ona  görə  ki, onun 



t

ədqiqatının başlıca predmeti siyasi iqtisad idi. Bir çox insanlar 

bu gün d

ə K.Marksı bütün dövrlərin ən böyük iqtisadçısı hesab 

edirl

ər və onun nəzəriyyəsində həyatda yoxsullar, məzlumlar ol-



maqdan,  görünm

əmiş  bərabərsizlik,  ədalətsizlik, satqınlığın 

möv

cud  olmaması  üçün  cəmiyyətin iqtisadi həyatının  necə  qu-



rul

ması sualına cavab axtarırlar. K.Marksın iqtisadi ideyaları in-

diy

ə qədər kəskin diskussiyaların predmeti olaraq qalır, baxma-



ya

raq ki, onun başlıca əsərləri 100 ildən çox əvvəl yazılmışdır. 

Bu yaxşıdır və ya pisdir, lakin onun ideyaları o təsəvvürlər alə-

minin t


ərkib hissəsinə  çevrilmişdir  ki,  bunun  çərçivəsində  biz 

şünürük. Hazırda heç kim A.Smit və ya D.Rikardo uğrunda 



mübariz

ə  etmir, elə  ki, Marks tədqiqatın  predmeti  olur, sanki 

əvvəlki kimi qan təzyiqi qalxır

1



                                                 

1

 Ба



х: Современная экономика. Общедоступный учебный курс. Ростов 

н/Д.:  «Феникс», 1999, с. 645; Блауг М. Экономическая мысль в ретро-

спективе. М.: 1994, с. 207. 


Pulun  

diktaturası 

 

 



109 

Marks anadang

əlmə analitik idi. Bu bir həqiqətdir. Afrika 

m

əsəlində deyildiyi kimi, həqiqəti də günəş kimi ovucla ört-



m

ək olmaz.  Dağıstanlılar  isə  deyir:  keçmişinə  tapançadan 

güll

ə atma, gələcək səni topa tutar. 

ABŞ-ın  keçmiş  prezidenti  Ronald Reyqan  K.Marks və 

V.Lenin

ə qəribə ironiya ilə, lakin məntiqi mühakimə ilə yana-



şaraq tutumlu sual verir: 

-  Sizc



ə kommunist kimdir? Bu, K.Marks və V.Lenini 

oxu

yan  şəxslərdir. Bəs sizə  görə  antikommunist kimdir? 

Bu, K.Marks v

ə V.Lenini başa düşən şəxslərdir.  

Marks ondan 

əvvəlki iqtisadçıların etinasız yanaşdığı, on-

dan sonrakı iqtisadçıların isə artıq keçinə bilmədiyi bir çox mü-

hüm m

əsələləri qaldırmışdır. Bütün bunları Marks öz dövründə 



ən  inkişaf  etmiş  kapitalist  ölkəsi  olan  İngiltərənin  timsalında 

t

əhlillər aparmış və nəticələr çıxarmışdır. 



O, 

əsrinin dahi iqtisadçı-filosofu

1

 

olmuş, bu gün də təfək-



kürlü insanlar t

ərəfindən qəbul  edilir,  ideyaları  yaşayır  və 

                                                 

1

 Qeyd: B



əzi müəlliflər doğru olaraq göstərirlər ki, Marksın iqtisadi təlimi – 

iqtisadi n

əzəriyyədə diqqətəlayiqdir və dərin istiqamətlidir. Bununla yanaşı 

onlar Marks n

əzəriyyəsindəki müasir dövrün tələbinə uyğun gəlməyən cə-

h

ətləri də  göstərirlər.  (Bax:  Экономика.  Учебник. 3-е  изд.,  перераб.  и 



доп./Под ред. д-ра экон. наук проф. А.С.Булатова. – М.: Юристь, 2001, 

с. 146-150). 

   

Maraqlı məsələlərdən biri də odur ki, Marksın müasirlərindən olan təka-



mül n

əzəriyyəsinin banilərindən biri, dəyişkənlik, irsiyyət, təbii və süni seçmə 

t

əliminin banisi Çarlz Darvin (1809―1882) Marksın təlimini bilmirdi və bilmək 



d

ə istəmirdi. K.Marks isə Darvin təliminə yüksək qiymət verirdi. 

   Marks özünün «Kapital» 

əsərini Darvinə hədiyyə göndərmiş və əsərin 

Darvin t

əliminə uyğun bir fəslini ona həsr etmək arzusunda olduğunu bildir-

mişdir. 

   Darvin is

ə bundan imtina etmiş və göstərmişdir: «Mən bu hədiyyəyə 

özümü o q

ədər də layiq hesab etmirəm, çünki mən siyasi iqtisadla tanış de-

yil


əm». (Bax: Nələr olmur bu dünyada!  (Toplayıb  tərtib edəni və  işləyəni 

Ə.Əsgərov). B.: İşıq. 1990, s. 8-9). 

Əsil elm adamı ancaq bu cavabı verə bilərdi. Bunun şərhə gərək ki, eh-

ti

yacı yoxdur. 



Pulun  

diktaturası 

 

 



110 

g

ələcəkdə  də  yaşayacaqdır.  Şapiro  İen  Karl  Marksı  klassik 



iqtisadçı adlandırmışdır

1

Bunu inkar etm

ək, onun yaradıcılığı-

na d

ərindən bələd olmayanların, süni, yüngül şöhrət naminə və 



yaxud kim

əsə,  hansı  saxta  ideologiyaya  xidmət etmək xatirinə 

mümkün ola bil

ər. Bunu isə tarix öz yoluna qoyacaqdır. Necə ki, 



tarix sanki yenid

ən təkrar olunur. Lakin əslinə  baxanda 

t

əkrar olunan tarix deyil, həyatda  özünün  reallığını  tapan 

ideyalar v

ə  nəzəriyyələrdir.  Belə  ki, 2008-ci ildə  dünyanı, 

xüsusil


ə  də  inkişaf  etmiş  ölkələri maliyyə  böhranı

2

  bürüdü. 



Böhran  ABŞ-dan  başladı.  2009-cu ildə  ABŞ  prezidenti  Barak 

Obama  etiraf  etmişdir  ki,  dünyadakı  böhranın  səbəbkarı  ABŞ-

dır. Amerika maliyyə böhranı ilə mübarizəyə 700 milyard dollar, 

ardınca Fransa, Almaniya və Böyük Britaniya birlikdə bir trilyon 

dollar  ayırdılar.  İqtisadiyyat üzrə  Nobel  mükafatı  laureatı  Pol 

Kruq


man böhranın dərinləşməsinə reaksiya verərək qeyd etmiş-

dir ki, dünyanın maliyyə sistemini hələlik də olsa, Britaniyanın 

baş  naziri  Qordon  Braun  xilas  etdi.  Onun  fikrincə, Britaniya 

Ame


rikanın  iqtisadi  rəhbərlərindən fərqli olaraq aydın  düşüncə 

göst


ərdi. Braunun və onun maliyyə naziri Alistair Darlinqin qə-

tiyy


ətlə həyata keçirdiyi iddia odur ki, hökumət çökən banklarda 

h

əlledici pay alsın. Britaniya hökuməti 3 bankdan nəzarət zərfini 



aldı, nəticədə Amerika hökuməti elan etdi ki, vəziyyəti pis olan 

9 bankın səhmlərini alır və buna 250 milyard dollar verir. 

H

əmin  ərəfədə  İtaliyada  yüksək rütbəli ruhanilər məcli-



sind

ə çıxış edən Roma Papası qlobal maliyyə böhranını ilahi 



x

əbərdarlıq  kimi  xarakterizə  edib.  Vatikanda «Yepiskoplar 

si

nodu»  adlı  toplantının  açılış  mərasimində  çıxış  edən papa 



bank

ların və kredit qurumlarının batmasından ibrət alınmasının 

z

əruriliyini bildirib. Böyük bankların iflas etməsini və valyuta-



la

rın dəyərini itirməsini müşahidə etdiyimiz zaman bütün bun-

                                                 

1

 Bax: 



Шапиро Иэн. Моральные основания политики. Учебное пособие 

/ Пер. с англ. под ред. В.С.Малахова. – М.: КДУ, 2004, с.55. 

2

 Qeyd: Böhran sözü Çin dilind



ə “heroqlifdən” ibarətdir, “təhlükə” və “im-

kan” dem


əkdir. Deməli, böhran həm təhlükə, həm də bir imkan şansıdır. 

Pulun  

diktaturası 

 

 



111 

la

rın  heç  bir  qiymətinin  olmadığını  görürük.  Yaşanan  böhran 



maddiyata bel bağlamanın yanlışlığını bir daha nümayiş etdirib. 

H

əyatlarını yalnız nailiyyət, karyera və pul kimi gözlə görünən 



şeylər əsasında quranlar evlərini qumların üzərində inşa etmiş 

insanlara b

ənzəyirlər.  İnsanın  həqiqət hesab etdiyi bu kimi 

şeylər gec-tez yox olub onun əlindən  çıxaracaq  –  deyə  Roma 

Papası sinoddakı çıxışında qeyd edib. 

Beyn


əlxalq Valyuta Fondunun (BVF) 2009-cü ilin əvvəl-

l

ərində  dünya  iqtisadiyyatının  son  mərhələsinə  həsr  olunmuş 



proq

nozları  əvvəlkindən daha məyusedici  olmuşdur.  Belə  ki, 

proq

nozda  bildirilirdi  ki,  İkinci  Dünya  müharibəsindən sonra 



bel

ə əhatəli qlobal iqtisadi tənəzzüllə dünya iqtisadiyyatı rast-

laşmayıb. Bu il (yəni 2009-cu ildə) geriləmə nəticəsində iqtisa-

di artım 1,3 faiz həddinə düşəcək. Gələn il isə cüzi artım (1,9 

faiz) gözl

ənilir. 


BVF qlobal iqtisadiyyatda 0,5 faiz artım olacağını söylə-

yir


di.  O  zaman  böhranın  episentri  ABŞ-ın  maliyyə  sistemi 2 

trilyon 700 milyard dollar itirdi. BVF-nin o dövrd

əki proqnozu-

na gör


ə,  Obama  administrasiyasının  gördüyü  tədbirlər dərhal 

s

əmərə  verməyəcək.  ABŞ  iqtisadiyyatı  2010-cu ildə  də  sıfır 



nöqt

əsində qalacaq. Avropada isə iqtisadi artım daha gec başla-

yacaq. Haz

ırda dünya iqtisadiyyatının bayraqdarı Çin və Yuna-

nıstan sayılır. Bu ölkələrdə indi artım var, növbəti ildə daha çox 

gözl


ənilir. Düzdür, bu proqnozlar özünü tam doğrultmadı. Çün-

ki, Yunanıstanda vəziyyət getdikcə pisləşməyə başladı. 

2009-cu ild

ə Londonda dünyanın ən iri iyirmi ölkəsinin li-

derl

əri  iqtisadi  böhranın  aradan  qaldırılması  ilə  əlaqədar olaraq 



birg

ə bəyanat qəbul etdilər və qərara gəldilər ki, dünyanın aparıcı 

ölk

ələri Beynəlxalq Valyuta Fondu və  Dünya  Bankı  vasitəsilə 



inkişaf  etməkdə  olan  ölkələrə  2 trilyon dollar vəsaiti kredit 

şəklində versinlər. Lakin London samitində 2 trilyon deyil, yalnız 

1,1 trilyon dollar v

əsaitin verilməsi barədə  razılıq  əldə  olundu. 

Bunun özü d

ə o zaman üçün kifayət qədər ciddi rəqəm idi.  



Pulun  

diktaturası 

 

 



112 

Bu proqnozun ardınca yeni böhran dalğasının başlanması 

deyil

ənləri demək olar ki, alt-üst etdi. Proqnoz çox cəhətdən 



özü

nü doğrultmadı.    

Bütün dünyada yaranan iqtisadi böhran Karl Marksın «Ka-

pital» 


əsərinin satışını rekord həddə çatdırdı. Almaniyada bir gün 

ərzində 300 min ədəd satılan «Kapital»ın müəllifinin XIX əsrdə 

yazdığı  «Burjua  öz  məzar  ekskavatorlarını  yaradacaq», «Ka-

pitalizm öz-özünü yox ed

əcək» kimi fikirləri bu gün öz təsdiqini 

tapır.  Qeyd edək ki, 1848-ci ildə  Fridrix Engelslə  Karl Marksın 

birg

ə yazmış olduğu «Kommunizmin manifesti» əsəri «Kapitaliz-



min özünü yox etm

əyə gətirib çıxaracaq daxili dinamitlər yarada-

caq, eynil

ə feodalizm kimi» fikirləri ilə zəngindir. Bu gün yaşanan 

iqtisadi  böhran  anında  insanlar  yenidən «Kapitalizm çökməyə 

m

əhkumdur» deyən  Marksı  oxuyur  və  xatırlayırlar. Bu ara 



Türkiy

ədə də Marksın yaradıcılığına böyük maraq yaranmışdır. 



Böyük italyan şairi Dante (1265-1321) demişdir: - Sən 

öz yolunla get, qoy adamlar n

ə deyirlər desinlər. K.Marks 

h

əmişə yeri gəldikcə bu sözləri təkrar edərdi, hətta «Kapi-

tal»a yazdığı müqəddiməsini də bu sözlərlə qurtarmışdır. 

Marks elmd

ə dahi idi, lakin əvəzedilməz də deyildir. Qə-

dim Çin hikm

ətində  deyildiyi kimi, özünü əvəzedilməz bilən 

şəxs qoy barmağını su dolu fincana salsın və sonra baxsın ki, 

barmağını çıxarandan sonra suda hansı deşik qalıb. 

F

əlsəfi və iqtisadi təfəkkürü güclü insanlar isə, quru-

lu

şundan,  hakimiyyət  başında  kimin  dayanmasından  asılı 

ol

mayaraq,  cılız  fikirlərdən  uzaqlaşıb,  tarixin  qiymət verə 

bil

əcəyi elmə  əsaslanmalıdır.  Ruslar  demişkən,  başı  itirən-

d

ən sonra saça heyfsilənməzlər. 

M

əşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süley-



ma

nov başıbəlalı «Az-Ya» əsərində çox kəskinliklə yazmışdır: 

«T

ək şübhə hesabına elmi irəli aparmaq mümkün olmadığı ki-



mi, t

əkcə inam gücünə onu inkişaf etdirmək olmaz. Əks halda 

tarixi tutya iki dinin 

– nihilizmin v

ə vətənpərvərliyin bir atribu-


Pulun  

diktaturası 

 

 



113 

tuna çevrilir. M

ənbəni bilmək mənbədən nə  almaq istədiyini 

bilm


əkdən qat-qat əhəmiyyətlidir. 

Bel


ə bir şəraitdə elmdə ən dəyərli fiqur skeptik olur. Onu 

qoruyub saxlamaq elmin ömrünü uzatmaq dem

əkdir. 

… Skeptik – 



neştərli arıdır. Yalnız nadan bağban bu arını 

qo

ruq sayılan gül-bağçadan qova bilər. Məhz arı gülzarlığa so-



xularaq çiç

əkləri  mayalandırır.  Qiymətli çiçək  şirəsini tüklücə 

quldurdan qorumaqla g

ələcək məhsulu məhv etmiş oluruq»

1



 



 

2.2. Marksizm, marksist ideologiya, marksist 

r

əhbərlər (siyasətçilər) 

 

T



ədqiqatımızda  marksizmin  təhlilinə, marksizmə  dair 

müa


sir baxışlara nisbətən çox diqqət yetirilməsi təəccüblü gö-

rünm


əməlidir. Çünki, iqtisadi nəzəriyyələr tarixində  alternativ 

n

əzəriyyələr axtarışının ən ciddi dövrü başlanıb.   



XX 

əsrdə 70 il hökm sürən ölkəni Marksın ideyalarından 

ya

ranmış tam sosializm hesab etmək olmaz. Bu sosializm haq-



qında tarixən söylənilmiş fikirlərdən və 70 illik təcrübədən çı-

xan obyektiv n

əticədir. 

Marksizm formalaşdırılmış marksist ideologiya və mark-

sist r

əhbərlərin fəaliyyəti ilə nəinki elmi simasını saxlamış, ək-



sin

ə illüziyaya çevrilmişdir. Elmlə gerçəklik arasında böyük 



Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling