AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti
İNFORMATLAŞMA ŞƏRAİTİNDƏ PEDAQOJİ TƏHSİLİN MƏQSƏD VƏ
Download 5.01 Kb. Pdf ko'rish
|
3. İNFORMATLAŞMA ŞƏRAİTİNDƏ PEDAQOJİ TƏHSİLİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ İnformasiya cəmiyyəti şəraitində müəllim pedaqoji prosesdə xüsusi hesablama vasitələrindən – müəllimin avtomatlaşdırılmış iş yerindən (AİY) istifadəni bacarmalıdır. AİY təlim prosesinin səmərəli idarə edilməsinə imkan verən proqram təminatıdır. Gələcək müəllimin belə vasitələrlə işə keyfiyyətli hazırlanması üçün isə pedaqoji universitetin özündə mükəmməl informasiya-təhsil məkanı formalaşmalı, tədris prosesində AİY tip vasitələrdən geniş istifadə edilməlidir. Lakin çox vaxt universitetlərdə informatlaşmanın səviyyəsi burada olan kompyuterlərin sayı ilə müəyyən edilir. Nəticədə universitetdə kompyuterlərin sayının artmasına baxmayaraq, təlimin keyfiyyətində yüksəlişə nail olunmur, bəzi hallarda isə keyfiyyət daha da zəifləyir. Bu vəziyyət tədris prosesinə elmi yanaşmanın olmaması, metodik, təşkilatı və texniki problemlərlə, təhsil haqqında müasir elmlərin nailiyyətlərini qulaqardına vurmaqla əlaqədardır, nəticədə təhsilin informatlaşmasına tələbə və pedaqoji heyətdə qeyri ciddi münasibət yaranır. Bunun aşağıdakı kimi səbəbləri var: 1. Ali məktəblərdə İT-dan istifadəyə dair vahid metodologiyası yoxdur. Bu proses konseptual və məqsədli proqram layihələr əsasında deyil, kor-təbii, sistemsiz aparılır. 2. Bu proseslərə maliyyə ayrılmır. Təbii ki, belə mürəkkəb elmi-texniki sahənin inkişafı maliyyəsiz əsla mümkün deyil. Bu problemlərlə əlaqədar Dövlət Proqramları qəbul edilsə də, universitetlərə hələ ki, bu sahənin inkişafı üçün maliyyə ayrılmayıb. 3. Təhsilin informatlaşması üzrə kadr təminatı yox səviyyəsindədir. Təhsilin informatlaşması xüsusi bir fəaliyyət sahəsidir, bu işi nə İT mütəxəssisləri, nə də pedaqoqlar keyfiyyətlə reallaşdıra bilməzlər. Bu sahənin mütəxəssisləri pedaqoji informatika, elektron pedaqogika üzrə ixtisaslaşmalıdırlar. RF-da, TC-də universitetlərdə bu profilli kadrlar 10 ildən artıqdır ki, hazırlanır. Təəssüf ki, bu günə qədər respublikamızda bu sahə üzrə nə bakalavr, nə də magistr hazırlığı reallaşmayıb. Peşəkar olmayan yerdə təbii ki, işin nəticəsi ola bilməz. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 11 4. Təhsilin informatlaşması üzrə universitetlərdə infrastruktur yoxdur. Bəzi universitetlərdə elementar səviyyədə müəyyən strukturlar var, lakin maliyyə qıtlığı səbəbi ilə bura peşəkarların işə cəlb edilməsi və ya yeni kadrların hazırlanması problemlidir. 5. Ali təhsilin, o cümlədən ali pedaqoji təhsilin informatlaşmasının elmi-metodik, pedaqoji-psixoloji təminatı zəifdir. 6. Proqram təminatın və metodik təminatın hazırlanmasında ali təhsil müəsissələri arasında əlaqələndirmə və iş birliyi zəifdir. 7. Pedaqoji və rəhbər heyətin təhsildə İT sahəsində hazırlıq səviyyəsi zəifdir. Ali pedaqoji təhsilin informatlaşması prosesinin təşkili və idarəedilməsi məqsədi ilə bir sıra aktual problemləri həll etmək lazımdır. Pedaqoji təhsilin informatlaşması aşağıdakı məqsədlərə xidmət edir: 1. Gələcək müəllimlərin İT-nın tətbiqi şəraitində peşə fəaliyyətini səmərəli qurmaq. 2. İT-nın tətbiqi əsasında pedaqoji kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi, bu məqsədlə konkret təşkilati-metodik tədbirlər əsasında təlim texnologiyalarını təkmilləşdirmək. 3. Gələcək müəllimlərin müasir tələblər səviyyəsində hazırlanması üçün peşə təhsil proqramlarından daha səmərəli istifadəni təmin etmək . 4. Təlim prosesinin səmərəsini yüksəltmək məqsədi ilə İT-na əsaslanan mütərəqqi təlim metodlarından istifadə. 5. Ali məktəblərdə aparılan elmi-tədqiqatların informatlaşma vasitələri ilə təmin edilməsi. 6. Ali məktəbin idarə edilməsində yeni texnologiyalarının tətbiqi. İT-nin pedaqoji təhsildə potensialı çoxaspektli olub, aşağıdakı real imkanları yaradır: 1. Pedaqoji təhsilin məzmunun seçilməsi metodologiya və strategiyasının təkmilləşdirilməsi. 2. Təlimin səmərəsinin yüksəldilməsi üçün onun fərdiləşməsi və differensiallaşdırılmasının təmin edilməsi, təlim prosesində qarşılıqlı münasibətlərin yeni formalarının təşkili, müəllim və tələbə fəaliyyətinin xarakter və məzmunca dəyişməsi. 3. Təlim prosesinin planlaşdırılması, təşkili, monitorinqi, idarə edilməsinin təkmilləşdirilməsi, pedaqoji təhsil sisteminin idarəetmə mexanizminin modernləşdirilməsi. Ali pedaqoji təhsilin informatlaşmasının əsas məqsədlərinə nail olmaq üçün aşağıdakı məsələləri həll etmək lazımdır: 1. Humanitar və təbiət profilli pedaqoji təhsilin xüsusiyyət və tələbləri səviyyəsində müvafiq pedaqoji təhsil sisteminin yaradılması. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 12 2. Tədris kursları və proqramların hazırlanmasında, tətbiqində informatlaşma məsələlərinin nəzərə alınması. 3. Ali pedaqoji təhsilin informatlaşma prosesinin tələbləri nəzərə alınmaqla mövcud kvalifikasiya (ixtisas) xarakteristikalarının təkmilləşdirilməsi. 4. Pedaqoji təhsil sisteminin tələbələrin qabiliyyətindən asılı olaraq diferensiallaşmasını. 5. İnformasiya vasitələrinin proqramlaşmanı bilməyən tələbə və müəllimlər tərəfindən sərbəst istifadəsi üçün adaptasiya edilməsi, sadə interfeysə malik olması. 6. Təhsilin informatlaşması vasitələrinin hazırlanmasına sərf edilən maliyyə vəsaitlərinə və vaxta qənaət edilməsi. 7. Ali pedaqoji təhsil sistemində tələbələrin yüksək fəaliyyət stimullarını müəyyənləşdirmək və ondan praktik istifadə. Bu məsələlərin səmərəli həlli pedaqoji təhsilin planlaşdırılmış nəticələrinin əldə edilməsinə əlverişli şərait yaradır. 4. TƏHSİLİN İNFORMATLAŞMASI ÜZRƏ LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ Təşkilati baxımdan təhsilin informatlaşması uzunmüddətli prosesi olub, elmi-texniki proqramlar (ETP) sistemidir. Bu proqramlar aşağıda qeyd edilən istiqamətlərdə layihələr külliyatından ibarətdir: 1. Elmi-tədqiqat layihələri. 2. Elmi-texniki layihələr. 3. Maddi-texniki təminat layihələri. Təhsilin informatlaşması yönümlü elmi-texniki layihələr əsasən büdcədən və qismən də digər əlavə mənbələrdən maliyyələşir. Pedaqoji təhsilin informatlaşması konsepsiyasının reallaşması üçün, müvafiq informatlaşma proqramı yaradılmalıdır. Geniş əhatəli və mürəkkəb strukturlu layihələrin reallaşması istiqamətində beynəlxalq təcrübədə bir sıra mühüm prinsiplər müəyyən edilmişdir. Bu prinsiplər təhsilin informatlaşması layihələrinə də şamil edilə bilər. Bu prinsiplərə diqqət edək: 1. Proqram yaradıcı və perspektiv xarakterli məsələlərdən ibarət olmalı, siyasi, iqtisadi, sosial və elmi texniki ideallara xidmət etməlidir. 2. Proqram aydın struktura malik olmalı, aralıq mərhələlərin reallaşdırılması nəticələri özlüyündə praktik dəyər daşımalı, digər yeni layihələrə təşəbbüslər yaratmalıdır. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 13 3. Proqrama kifayət qədər geniş-konseptual baxış olmalıdır. Bu imkan verir ki, proqram bütün metodları, vasitələri və elementləri vahid mövqedə birləşdirsin. 4. Bu sahədə reallaşan beynəlxalq səviyyəli layihələr diqqətdə saxlanılmalı, imkan daxilində onlara kooperasiya edilməlidir. 5. Proqramın əsas məqsədləri siyasi, sosial, elmi-texniki tələblərlə, iqtisadi amillərlə balanslaşdırılmalıdır. Proqramın qısa müddətli aralıq məqsədləri müəyyənləşməlidir. Qısa müddətli aralıq məqsədlər layihənin qiymətləndirilmə meyarları kimi istifadə edilə bilər. 6. Məqsədli proqramların, elmi-tədqiqat mövzularının məzmunu ilə ümumi proqram arasında olan münasibətlər dəqiq müəyyənləşməlidir. Hər mərhələdə bir neçə alternativ variantdan seçim imkanı nəzərdən keçirilməli, aparılmış seçim əsaslandırılmalıdır. 7. Proqramın idarə edilməsi və icrasına fasiləsiz nəzarət məqsədi ilə bu problemə aidiyyəti olan müxtəlif strukturların nümayəndələrindən ibarət təşkilati qrup yaradılmalıdır. Qrupun üzvləri çox olmamalı və proqramın icrası müddətində tərkib dəyişməməlidir. 8. Tamlıq prinsipinə riayət edilməlidir. Əsas ideyalar aydın ifadə edilməli və sənədləşdirilməlidir. İcra prosesində ciddi səhvlər müəyyən edilməzsə, proqramda heç bir dəyişiklik edilməməlidir. Təhsilin informatlaşması layihələrinin reallaşdırılması prosesində müvafiq işlərin İKT vasitəsi ilə icrasına qadir olan kadrlara ehtiyac yaranacaq. Belə kadrlar məqsədli şəkildə, intensiv təlim proqramları əsasında, müxtəlif istiqamətlər üzrə, mərhələlərlə hazırlanmalıdır. Təhsilin informatlaşması üzrə səriştəli kadrların hazırlanması geniş əhatəli və mürəkkəb prosesdır. Beynəlxalq təcrübədə bu prosesin uğurlu reallaşma təcrübəsi mövcuddur. İnformatlaşma ideyalarının təhsil sistemində praktik reallaşdırılması üzrə müvafiq kadr hazırlığına verilən əsas tələb təhsilin bütün mərhələləri üzrə informatlaşma sahəsində vahid siyasət və varisliyin təmin edilməsidir. Hazırlanan kadrların müvafiq siyasət, konsepsiya, strategiya, icra proqramları ilə yaxından tanış olması, beynəlxalq təcrübəyə bələd olması zəruridir. Təhsilin informatlaşma konsepsiyasının reallaşması üzrə işlərin planlaşdırılması və buna nəzarət xüsusi indikatorların- prosesin qiymətləndirilməsi metod və vasitələrinin yaradılması sistemini tələb edir. Konsepsiyanın reallaşdırılması gedişatı barədə məlumatların toplanılması və statistikası sisteminin yaradılması da zəruridir. İstənilən proqramın idarə edilməsi və icrasına nəzarət inteqrə edilmiş, balanslaşdırılmış göstəricilər sistemi əsasında aparılır. Bu zaman aşağıdakı xarakeristikalar nəzərə alınır: TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 14 1. Proqramın aralıq və son məqsədlərinə nail olma dərəcəsi. 2. Proqramın icrası gedişatında əldə olunan nəticələrin sosial və elmi-texniki əhəmiyyəti. 3. İcra edilən işlərin iqtisadi səmərəsi. İT-dan istifadənin səmərəsi bir çox hallarda onların keyfiyyəti və istifadəçinin bu texnologiyalara etibar dərəcəsi ilə müəyyən edilir. İnformasiya texnologiyarına əsasən aşağıdakı komponentlər daxildir: 1. Hesablama texnikasının apparat vasitələri. 2. Telekommunikasiyanın apparat vasitələri. 3. İnformasiya texnologiyaları funksiyalarını realizə edən proqram vasitələri. 4. Verilənlər bazası. 5. İT-nin bütün komponenetlərinin funksiya və tətbiqlərini tənzimləyən sənədlər külliyyatı. İT-nin apparat komponentləri kifayət qədər universal xarakter daşıyır və İT-nin konkret funksional təyinatından az asılıdır. Bununla belə seçim zamanı çox vaxt İT-nin bir sıra texniki xarakteristikaları nəzərə alınır. İT-nin digər komponenti onun intellektual hissəsidir. İntellektual hissə konkret İT-nin həll etdiyi məsələlərin təyinatını, funksiyalarını və keyfiyyətini müəyyən edir. İT-nin bu komponenti prinsipial yeniliklərlə, xarakteristikaların müxtəlifliyi ilə fərqlənir. 5. TƏHSİLİN İNFORMATLAŞMASININ ELMİ TƏMİNATI Təhsil sisteminin informatlaşması nəticəsində bu sistemi əhatə edən informasiya mühiti keyfiyyət və kəmiyyət dəyişikliklərinə məruz qalır. Nəticədə hər bir şəxsin və ümumən cəmiyyətin intellektual səviyyəsinin sürətli inkişafına yeni imkanlar yaranır. İT bazasında reallaşan təhsil sisteminin təhlili göstərir ki, təhsil texnologiyaları və təhsil nəzəriyyəsi kimi mühüm məsələlər öz aralarında lazımi səviyyədə əlaqələndirilmir. Nəticədə təhsildə yeni informasiya texnologiyalarının tətbiqi bir çox hallarda pedaqoji problemlərin həllinə təkan verə bilmir. Əsas problem budur ki, texniki vasitələr tədris prosesinə sadəcə olaraq görüntü xatirinə nüfuz etməsin, pedaqoji problemlərin həllinə yönəlmiş yeni təhsil texnologiyaları yaradılsın. Pedaqoji elm, təlim nəzəriyyəsi, təlim prosesi haqqında nəzəri təsəvvürlər baxımından dərin düşünülmüş və layihələndirilmiş yeni təhsil texnologiyaları yaradılsın. Bu gün təhsil sferasına yeni texnologiyaların nüfuz etməsi, elektron təhsilin formalaşması TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 15 müvafiq olaraq elektron pedaqogikanın yaranmasını zəruri edir. Bu mənada pedaqogika sahəsində ciddi tədqiqatların aparılmasına kəskin ehtiyac var. Təhsilin informatlaşması üzrə araşdırmaların aparılması metod və vasitələrinin düzgün əsaslandırılması üçün qabaqlayıcı xarakterli elmi tədqiqatlar icra edilməlidir. Bu tədqiqatlar aşağıdakı istiqamətləri əhatə edə bilər: 1. İbtidai təhsildən diplomdansonrakı təhsilə qədər təhsilin bütün mərhələlərində ümumi təyinatlı İT (informatika) üzrə bilik, bacarıq və vərdişlərin tədrisi məzmunu və metodologiyasının müəyyənləşdirilməsi. Hər növbəti mərhələdə bilik, bacarıq və vərdişlərin inkişafında varisliyin təmin edilməsi. 2. İbtidai təhsildən diplomdansonrakı təhsilə qədər təhsilin bütün mərhələlərində ayrı-ayrı fənlər üzrə İT-dan və təlimin ənənəvi metodlarından istifadənin nisbəti, məqsədəuyğunluğunun təhlili və əsaslandırılması. 3. İT-dan istifadə zamanı tələbələrin təhlükəsizliyinin təmin edilməsi problemlərinin tədqiqi. 4. Avtomatlaşdırılmış öyrədici sistemlər (AÖS) və onların komponentlərinin (avtomatlaşdilımış dərslik, kurs, praktikum v. s.) yaradılma metodologiyası. 5. Peşə təhsilinin müxtəlif istiqamətlərində (mühəndis, iqtisadi və pedaqoji və s.) avtomatlaşdırılmış öyrədici sistemlərin məzmunu, strukturunun təhlili və əsaslandırılması. 6. Avtomatlaşdırılmış öyrədici sistemlərin tədrisdə istifadə metodikalarının yaradılması. 7. Təhsilin bütün pillələrində İT-nin tətbiqi vasitəsi ilə təlimin keyfiyyətinə nəzarətin metodologiyasının hazırlanması. 8. Ali pedaqoji təhsil prosesində virtual təhsillə real təhsilin optimal nisbətinin müəyyənləşməsi. 9. Perspektiv baza İT (proqram-texniki İT, telekommunikasiya İT, multimediya İT ) sahəsində tədqiqatlar. 10. Pedaqoji təhsilin informasiya infrastrukturunun qlobal təhsil sistemi ilə, elm, istehsalat, mədəniyyətin müvafiq infrastrukturları ilə inteqrasiya problemlərinin tədqiqi. Yuxarıda qeyd edilənlər fasiləsiz pedaqoji təhsilin informatlaşması problemi üzrə tədqiqatların əsas istiqamətlərini müəyyən edir. Bura aşağıdakı konkret elmi tədqiqat istiqamətləri və mövzularını da əlavə etmək mümkündür: 1. İKT bazasında reallaşan müasir təhsil haqqında elmlərin inkişafı. 2. Nəzəri informatika sahəsində fundamental təhsilin problemlərinin tədqiqi. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 16 3. İKT əsaslı pedaqoji təhsil sistemində pedaqoji texnologiyaların təkmilləşdirilməsi. 4. Cəmiyyətin informatlaşması şəraitində ali pedaqoji təhsil müəssisələrində informatika fənninin tədrisi metodik sisteminin inkişafı. 5. Cəmiyyətin informatlaşması şəraitində əlavə pedaqoji təhsilin məzmunu və metodik sisteminin inkişafı. 6. Ali pedaqoji təhsilin informatlaşması proseslərinin inkişafını təmin etmək məqsədi ilə İT-nın səmərəli tətbiqinin pedaqoji, erqonomik şərtləri. 7. İnformasiya-metodik təminatın avtomatlaşdırılması, tədris müəssisəsinin müasir İKT vasitələri əsasında idarə edilməsi. 8. Ali pedaqoji təhsil üzrə elmi-pedaqoji informasiya bankının yaradılması. 9. İKT bazasında distant pedaqoji təhsilin yaradılması və inkişafı problemlərinin tədqiqi. Ali pedaqoji məktəblərdə İT-nın kompleks tətbiqi əsasında təlim-tərbiyə prosesi təşkilinin tədqiqi. Qeyd edilən istiqamətlərdə aparılan elmi tədqiqatların nəticələri ekspertizadan keçdikdən sonra bu bazada normativ və tövsiyyə xarakterli sənədlər hazırlanmalıdır. İnformasiya təhsil mühitinin yaradılması üzrə işlər öz əhəmiyyəti və problemlərin mürəkkəbliyi səbəbindən müstəqil proqram şəkilində tərtib edilməlidir. Təhsilin informatlaşması layihələrinin hazırlanması və icrası prosesində digər nazirliklərin tabeliyində olan qurumlarla, habelə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq zəruridir. Pedaqoji təhsilin infrastrukturunun yaradılması zamanı aşağıdakı məsələlər həll edilməlidir: 1. Pedaqoji təhsil sisteminin vahid telekommunikasiya şəbəkəsi, vahid verilənlər bazası sistemi, informasiya resursları yaradılmalı və inkişaf etdirilməlidir. 2. Pedaqoji işçilərin və digər istifadəçilərin pedaqoji təhsilin vahid verilənlər bazası sisteminə, informasiya resurslarına sərbəst və kütləvi əlyetərliyi təmin edilməlidir. 3. Müəllim hazırlığının hər bir istiqaməti üzrə məntiqi cəhətdən tam, bitkin informasiya təhsil məkanı yardılmalıdır. 4. Pedaqoji təhsilin hər səviyyəsi və forması üzrə məntiqi cəhətdən bitkin informasiya təhsil məkanının yaradılması, bu informasiya məkanında metodik, tədris və elmi işlər üzrə məlumatlar, bu sferada kadr potensialının xarakteristikası əks olunmalıdır. Göründüyü kimi ali təhsilin, o cümlədən ali pedaqoji təhsilin informatlaşması kompleks problem olub, bir çox məsələlərin səriştəli həllini tələb edir. Bu İT və onların TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 17 təhsildə tətbiqlərinin beynəlxalq standartlarla müəyyən edilməsi ilə əlaqədardır. Ali təhsilimizin qlobal informasiya-təhsil məkanına səmərəli inteqrasiya edilməsini istəyiriksə, bu problemləri beynəlxalq standartlara uyğun olaraq, kompleks şəkildə həll etməliyik. Elm qlobal xarakter daşımadığı kimi, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yaradılacaq yeni milli təhsil sistemi də qlobal xarakter daşıyır. Bu səbəbdən yeniləşən ali pedaqoji təhsil sistemi məzmun və texnologiya baxımından qlobal xarakter daşımalı, yüksək texnologiyalar əsasında qurulmalıdır. Bu mürəkkəb işlərin icrasına isə xeyli resurs - kadr, vaxt və maliyyə lazımdır. ƏDƏBİYYAT 1. İlham Əhmədov. Təhsilin qloballaşmasında İKT amili . “Təhsildə qloballaşma və İKT”, Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2008. 2. И. Б. Ахмедов. Открытые образовательные ресурсы в развитии инновационного образования. Материалы Всероссийской научной конференции «Информационные технологии в образовании 21-го века». Москва, 2011. 3. Роберт И.В. Теория и методика информатизации образования (психолого-педагогические и технологические аспекты). 3-е изд. М.: ИИО РАО 2010, 356 с. 4. Роберт И.В., Поляков В.А. Основные направления научных исследований в области информатизации профессионального образования. М. : Информатика и Образования 2004, 68 с. 5. Павлова Т.Б. Подготовка преподавателя педагогического вуза к деятельности в современной информационной образовательной среде: Автореферат дисс. …канд. пед. наук. Спб.: 2010. 6. Сергеев А.Н. Теоретические основы и технологии обучения в сетевых сообществах Интернета: монография. Волгоград: Изд-во ВГПУ «Перемена», 2010 (апр.). 183 с. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 18 DİSTANT TƏLİM TEXNOLOGİYALARI F.A. Rüstəmov pedaqoji elmlər doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universiteti XULASƏ Məqalədə göstərilir ki, distant təlim fasiləsiz təhsil formalarından biridir. Mahiyyət etibarilə distant təlim məsafədən (telekommunikasiya, kompyuter, elektron poçtlar, peyk televiziya, radio, kompyuter və internet əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir. ABSTRACT Features of forming of the distant training one forms of the continuous education are investigated. АННОТАЦИЯ В статье рассматриваются особенности организации дистанционного обучения как одной из форм непрерывного образования. Объясняется сущность дистанционных технологий обучения. Distant təlim deyərkən, əhalinin geniş təbəqələri üçün ölkə daxilində və xaricdə xüsusi informasiya – təhsil şəraitinin yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompyuter, elektron poçtlar, peyk televiziya, radio, kompyuter və internet əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir Distant təlim fasiləsiz təhsil formalarından biridir və insanın təhsil və informasiya almaq hüquqlarını reallaşdırır, ölkə daxilində vətəndaşların təhsil imkanlarını genişləndirir. Distant təlim məktəbliyə, tələbəyə, hərbi və hüquqi şəxslərə, ölkə daxilində və xaricdə işsizlərə aparıcı universitetlərin, institutların, akademiyalar, mütəxəssis hazırlığı, ixtisasartırma və ixtisasdəyişmə mərkəzləri və digər təhsil müəssisələrinin elmi və təhsil potensialından faydalanmağa imkan verir. Distant təlim əsas fəaliyyət və təhsillə yanaşı, əlavə təhsil üçün şərait yaradır. Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur: - Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və onların təminatı. - Regional distant təlim sistemləri və onların təminatı. - Lokal distant təlim sistemləri və onların təminatı. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 19 - Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır: - Distant təlimin konseptual aspektləri. - Distant təlimin didaktik aspektləri. Müəllim-məsləhətçilər sistemi və onların təhsilalanlarla əlaqə formaları. - Distant təlimdə testləşdirmə. - Distant təlim şəraiti və texnologiyaları. - İnformasiyaların verilməsi qaydaları. - Kommunikasiya formaları. Bütün dünyada distant təlimi reallaşdırmaq məqsədilə tədris proqramlarının translyasiyasından geniş istifadə olunur. Bu zaman geniş auditoriya üçün müxtəlif təlim idrak proqramları, mühazirələr nümayiş etdirilir. Distant təlimin bu formasından iqtisadi, hüquqi, ekoloji, elmi, mədəni və digər biliklərin əldə edilməsində istifadə olunur. «Qlobal mühazirə zalı», «Dünya universiteti», «Xalqlararası elektron universitet» və digər distant təlim sistemləri bütün dünyada geniş yayılmışdır. Bu elektron sistemlər dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət yaratmağa, insan həyatının müxtəlif sferaları haqqında biliklər mübadiləsi və diskussiya təşkil etməyə şərait yaradır. Distant təlimin regional sistemləri ayrıca götürülmüş region daxilində, regionun xüsusiyyətləri nəzərə alınmaqla, təhsil vəzifələrini həyata keçirir. Həmin sistem federal distant təlim sisteminin tərkib elementidir. Bu səbəbdən də, regional sistemlər yaradılarkən, konkret dövlət təhsil standartlarının tələbləri nəzərə alınmalıdır. Lokal distant təlim sistemi bir şəhər, yaxud bir universitet çərçivəsində hər hansı professional bilik sahəsi çərçivəsində reallaşdırılır. Distant təlim sisteminin əsas vasitəsi – telekommunikasiya sistemidir. Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir: - zəruri tədris və tədris-metodik materialın təmin edilməsi; - öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması; - distant təlim sistemi daxilində idarəetmə informasiyası mübadiləsi; - xalqlararası informasiya şəbəkəsinə qoşulmaq. Respublikamızda distant təlim sistemini formalaşdırmaq üçün, birinci, interaktiv peyk televiziyası yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından ibarət olmalı və peyk kanalları ilə birləşməlidir. İkincisi, regionlarda ali məktəb kompyuter telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN) inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 20 Üçüncüsü, respublika daxilində mövcud olan sahə ilə distant təlim sistemlərinin əlaqəsi təmin edilməlidir. Dördüncüsü, kompyuter telekommunikasiya üçün müvafiq təlim xarakterli informasiya ehtiyatlarının sistemini yaratmaq və nəhayət, ən başlıcası, elektron kitabxanalar sistemini inkişaf etdirmək lazımdır. Kütləvi auditoriya üçün nəzərdə tutulan distant təlim formasından başqa ünvan xarakterli mühazirə və məşğələlər sistemi də mövcuddur. Bu halda müvafiq kursu bitirən şəxs imtahan verib, müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər. Distant təlim texnologiyası dedikdə, insanın müəyyən bilikləri müstəqil surətdə əldə etməsinə, habelə bu prosesə nəzarət etməyə imkan verən metod, forma və vasitələrin məcmusu başa düşülür. Distant təlim texnologiyası aşağıdakı vəzifələrin həllini təmin etməlidir: - təhsil alanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq. - öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək; - tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq; - qiymətləndirmə. Dünya praktikasında bu vəzifələrin həllini təmin edən texnologiyalar aşağıdakılardır: - Tədris və digər çap materialının təqdim edilməsi. - Öyrənilən materialların kompyuter telekommunikasiya vasitəsilə göndərilməsi. - Kompyuter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi. - Videoplyonka. - Milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramlarının translyasiyası. - Kabel televiziyası. - Səsli poçt. - İkitərəfli videokonfrans. - Birtərəfli videoyayın və telefonla əks-əlaqə. - Lazer disklərində kompyuter elektron dərsliklər, yaxud elektron dərsliklər. Distant təlimdə informasiya texnologiyalarının geniş spektrinə baxmayaraq, çap materialları onun mühüm tərkib hissəsidir. Bütün distant texnologiyalar baza dərsliklərinə əsaslanmalıdır. Ola bilər ki, dərsliklər heç də distant təlim üçün nəzərdə tutulmasın. Lakin dərsliklər əsas informasiyaları və bilikləri əks etdirməlidir. Universal baza dərslikləri ilə TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 21 yanaşı, müxtəlif çap materiallarından da istifadə oluna bilər. Hər bir kursa aid metodik materialların da olması çox vacibdir. Əsas materialın tekst (mətn), yaxud qrafik şəkildə təqdim edilməsinin ən sadə texnologiyaları İnternet, Batnet, EuNet tipli kompyuter şəbəkəsidir. Öyrəniləcək materiallar və məlumat materialları qlobal kompyuter şəbəkəsinin arxivində saxlanılır və kompyuter şəbəkəsinə qoşulan sifarişçiyə əməliyyat rejimdə, yaxud sinxron (yunanca a-inkar şəkilçisi, sunchrons - «eyni vaxtda» deməkdir) elektron poçt vasitəsilə çatdırılır. Video-distant təlimin çox faydalı texnologiyasıdır. Videoplyonka ən yaxşı müəllimlərin mühazirələrini dinləməyə imkan verir. Bunlardan həm videoauditoriyalarda, həm də ev şəraitində istifadə etmək mümkündür. Distant təlimin ən müfəssəl texnologiyalarından biri elektron dərsliklər və məlumat kitablarıdır. Müvafiq texnologiya təlim materialını saxlamağa və istənilən anda istifadəyə verməyə imkan yaradır. Bu zaman material həm adi, həm də SD-ROM tipli lazer diskə yazılmış formada təqdim edilir. Müvafiq texnologiyalar özünütəhsil və özünüyoxlama üçün əlverişli şərait yaradır. Bu texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq, materialı qrafik formada təqdim etməyə imkan verir. Distant təlim texnologiyalarının mühüm tərkib elementlərindən biri öyrədənlə öyrənənlər arasındakı yaranan ünsiyyətdir. Ünsiyyətin sinxron sistemi informasiya mübadiləsi (suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün şərait yaradır. Sinxron ünsiyyətin geniş yayılmış forması səsli poçtdur. Öyrənən müəyyən nömrəyə zəng edir və verdiyi suallar plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir. Müasir dövrdə sinxron kommunikasiyanın daha geniş yayılma forması qlobal telekommunikasiya şəbəkəsidir. İndi bütün dünyada İNTERNET-dən geniş istifadə olunur. İnternet-tədqiqat və təhsil-idrak xarakterli kompyuter şəbəkələrini özündə birləşdirən dünya kompyuter şəbəkəsidir. İnkişaf etmiş bütün ölkələrdə tədris müəssisələri bu şəbəkəyə qoşulmaq imkanlarına malikdir. Bunun üçün istənilən kompyuterin və modemin olması kifayətdir. İnternetin regional mərkəzləri adi telefon xətlərinə qoşulur. İnternet-elektron poçtu informasiyanı sinxron olaraq bir istifadəçidən digərinə ötürməyə imkan verir. Distant təlim texnologiyaları müəyyənləşdirilərkən, aşağıdakı kriteriyalar (K) nəzərə alınmalıdır: Kriteriya (K1) – Məqsədli təhsil səviyyəsi: K11 - ali təhsil; TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 22 K12 – əlavə təhsil (əlavə kvalifikasiya); K13 – professional hazırlıq (yenidən hazırlıq); K14- şəxsi maraqlar. Kriteriya (K2)-«Təhsilalanların (öyrənənlərin) kateqoriyaları»; K21 – uşaqlar (məktəblilər); K22 – tələbələr; K23 – yaşlılar; K24 – işsizlər (yaxud, ixtisası dəyişmək istəyənlər); K25 – əlillər. Kriteriya (K3) – «Təlim prosesində distant təlim sisteminin tətbiqi» : K31 – ənənəvi təlim formalarının köklü surətdə yenisi ilə əvəz olunması (bütün təlim prosesi distant formada cərəyan edir, öyrədən və öyrənənlərin əyani görüşü baş vermir. Öyrədən və öyrənən yalnız buraxılış imtahanında, yaxud buraxılış işinin müdafiəsində görüşür). K32 – ənənəvi təlim qaydalarının tamamlanması (əlavələr edilməsi). Kriteriya (K4) – «Təlimin təşkili metodları»: K41 – fərdi; K42 – qrup; K43 – qarışıq. Kriteriya (K5) – «Öyrənilən bilik sahəsi». K51 – humanitar elmlər və fənlər; K52 – təbiət elmləri və fənləri; K53- mühəndislik; K54- professional bacarıqlar. Kriteriya (K6) – «İnformasiya mübadiləsi qaydaları». K61 – poçta (prokat); K62 – faks və telefon (konsaltinq); K63- radio və televiziya; K64- telekommunikasiya sistemləri (kompyuter şəbəkələri). Kriteriya (K7) –«İnformasiya daşıyıcısının növü»: K71 – çap materialı; K72 – audio; K73 - video; TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 23 K74 - softvare (elektron nəşrlər). Kriteriya (K8) - «Adaptasiya səviyyəsi (intellekt səviyyəsi): K81 – adaptiv distant təlim sistemi (konkret sifarişçinin səviyyəsinə uyğunlaşdırılır; K82 – distant təlim sisteminə adaptasiya komponentləri daxil edilmir. Distant təlim sistemi aşağıdakı xüsusiyyətlərə malikdir: Çeviklik. Distant təlim iştirakçıları mühazirə və seminar məşğələlərinə müntəzəm olaraq gəlmirlər. Özlərinə uyğun vaxtda, şəraitdə və tempdə işləyirlər. Bu öz həyat tərzini dəyişə bilməyən, yaxud bunu istəməyənlər üçün çox əlverişlidir. Modulluluq. Distant təlim modul prinsip əsasında qurulur. Hər bir kursun proqramı – modulu müəyyən bilik sahəsi haqqında tam təsəvvür yaradır. İqtisadi səmərəlilik. Dünya təhsil sistemlərinin orta qiyməti göstərir ki, distant təlim ənənəvi təlimdən 50 % ucuz başa gəlir. Tezləşdirmə. Distant təlimdə nəzarət məqsədilə vahid dövlət testləri müəyyənləşdirilməlidir. Nəzarət formaları kimi distant imtahanlar, müsahibələr, kurs və proyekt işləri, eksternat, intellektual testlər tətbiq oluna bilər. Test sistemi mənimsəmə prosesinə nəzarət etməklə yanaşı, öyrənən haqqında (mənimsəmənin dərinliyi və sürəti, unutmanın tezliyi və s.) məlumat toplamaqla ona (öyrənənə) öyrənmənin səmərəli yollarını göstərməlidir. Deyilənləri nəzərə alsaq, distant təlimin prinsiplərini aşağıdakı kimi müəyyənləşdirmək olar: - didaktik prosesin təlimin qanunauyğunluqlarına əsaslanması; - nəzəri biliklərin aparıcı rolu; - təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyalarının vəhdəti; - təhsilalanların təlimə stimullaşdırılması və motivləşdirilməsi; - təlim prosesində kollektiv işlə fərdi işin uzlaşdırılması; - təlimdə əyaniliklə mücərrəd təfəkkürün vəhdəti; - öyrədənin (müəllimin) rəhbərliyi altında öyrənənlərin şüurlu, aktiv və müstəqil fəaliyyəti; - təlimdə sistemlilik və ardıcıllıq; - mənimsəmənin möhkəmliyi. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 24 Ümumi didaktik prinsiplərdən başqa distant təlimin spesifik prinsipləri də mövcuddur: Distant təlimin humanistləşdirmə prinsipi. Təlim və təhsil prosesi şəxsiyyətə istiqamətlənməli, onda yaradıcılıq qabiliyyətlərinin, əxlaqi, intellektual və fiziki keyfiyyətlərinin inkişafı, vətəndaşlıq mövqeyinin formalaşması üçün şərait yaratmalıdır. Yeni informasiya texnologiyalarının tətbiqinin məqsədəuyğunluğu prinsipi. Yeni informasiya texnologiyaları təlim sisteminin bütün komponentlərinə, təlimin məqsədlərinə və məzmununa, təlimin vasitələrinə, metod və təşkili formalarına təsir göstərir ki, bu da pedaqogika elminin aktual vəzifələrinin həllini, xüsusən də insanın intellektual və yaradıcı potensialının, analitik təfəkkürünü və müstəqilliyinin inkişafını reallaşdırmağa imkan verir. Təlimin «qabaqlama» prinsipi. Bu prinsipin mahiyyəti; gənc nəsli bəşəriyyətin yaratmış olduğu biliklərlə silahlandırmaq, dünyagörüşünü və təfəkkür tərzini inkişaf etdirmək, onların sürətlə dəyişən aləmə adaptasiyasını təmin etməkdən ibarətdir. Distant təlim idrak və təlim strategiyasına yönəlməli, şəxsiyyətin idrak resurslarını (potensialını) (məsələn, uzunmüddətli hafizə, mərkəzləşdirilmiş və uzunmüddətli diqqət və s.) təlim məqsədlərinin icrasına səfərbər etməlidir. Distant təlim qiyabi təhsillə formaca eynilik təşkil etsə də, onun bir sıra üstünlükləri var: - təlim və ünsiyyət üçün əlverişli vasitələrin olması; - işin qrup formasında təşkili imkanlarının geniş olması; - müəllimlə (metodistlə) ünsiyyətin daha səmərəli olması; - müəllimin (metodistin) cavabı üçün az vaxt tələb olunması; - öyrənənlərin kitabxana və digər informasiya ehtiyatlarından istifadə etməsinin asan olması; - ev tapşırıqlarının qısa vaxt ərzində alınması və göndərilməsi; - testləşdirmənin birbaşa keçirilməsinin mümkünlüyü. Kompyuter distant təlimin nöqsanlı cəhətləri də var. - şəbəkəyə tez-tez qoşulmaq zəruriliyi; - informasiyalarla «yüklənmə»; - diskussiyanın gedişini çevik izləməyin çətinlikləri ilə bağlı mənfi əhvallar; - diskussiya mövzularının həddən ziyadə fraqmentləşdirilməsi; - vaxtla bağlı problemlər (vaxtın azlığı, sinxronluq və s.); TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 25 Distant təlim iştirakçılarının davranışına verilən tələblər: - fəallıq; - çeviklik; - məsuliyyət; - digər iştirakçıları dəstəkləmək; - məlumatlandırmanın qısa və dəqiq olması. Müəllimdən (metodistdən) isə diskussiyanı idarə etmək, onu lazımi istiqamətə yönəltmək; eyni zamanda onun sərbəst gedişini təmin etmək; diskussiyanı yekunlaşdırmaq; qiymətləndirmək bacarığı tələb olunur. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling