Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Download 4.84 Mb.
Pdf ko'rish
bet46/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

7.

 

Beynəlxalq marketinq fəaliyyəti planının 

yoxlanması və onun zəifliyinin 

qiymətləndirilməsi 

Planın  tərtib  edilməsi  prosesi  müxtəlif  parametrlər  üzrə  onun  keyfiyyətliliyinin 

yoxlanması da daxildir. Bu parametrlərə aşağıdakılar aiddir: 

 



Planın məqsədəuyğunluğu(onun həyata keçirilməsi şirkət və onun malları üçün əlavə 

rəqabət üstünlükləri yaradırım?); 

 

Planın əsaslanmış olması (həmin planın əsasında qoyulmuş fərziyyələr realdırmı?); 



 

Planın  həyata  keçirilə  bilməsi(şirkət  onun  həyata  keçirilməsi  üçün  müvafiq 



ehtiyatlara malikdirmi?); 

 



Planın uyğunlaşmış olması (planda onun ayrı-ayrı bölmələrinin uyğun- laşdırılması 

təmin edilmişdirmi və onlar xarici marketinq mühitilə uyğunlaş- dırılmışdırmı?); 

 

Planın zəifliyi(planm həyata keçilməsi prosesində və onun nəticələrinə görə riskin 



dərəcəsi necədir, müvəffəqiyyətin və uğursuzluğun amilləri hansılardır?); 

 



Planın çevikliyi(şirkət öz inkişafında planın məqsədləri və istiqamətləri ilə nə qədər 

əlaqələnmiş olur, plan göstəricilərinə və strategiyasına dəyişikliklər edilməsi, dəyişilmələr 

aparılması imkanları varım?); 

 



Planın  rentabelliyi(planm  maliyyə  cəhətdən  cəlbediciliyi  nədən  ibarətdir,  tərtib 

edilmiş planın həyata keçirilməsi hansı mənfəəti verəcəkdir, onlar şirkətin əsas marketinq 

məqsədlərinə uyğundurmu?); 

Bu zaman tərtib edilən planın zəifliyinin təhlili çox əhəmiyyətlidir(şəkil 24.7); 

Yük.sək 

Nəzarətin dərəcəsi 

Aşagı 

Zəiflik zonası 



Riskin dərəcəsi 

Yüksək 

.■\şağı 


Şəkil 24.7. Planın zəifliyinin qiymətləndirilməsi matrisası. 

330 


Zəiflik  zonası  riskin  yüksək  səviyyəsi  və  nəzarətin  aşağı  dərəcəsi  ilə  səciyyələnir  və 

marketinq proqramın tərtib edənlərin əsas diqqəti, məhz ona yönəldilir, onlar böhran halları 

başlanması ehtimalının istisna edilməsi məqsədilə ehtiyat strategiyalar hazırlayırlar. 

Riskin əsas amillərinə malın dar çərçivədə tətbiqi, onun istehsalının texnoloji asılılığı, 

satış şəbəkələrinin dar olması(və ya yalnız bir şəbəkə olması), yüksək kapitallaşma dərəcəsi, 

investisiyaların bağlılığı, şirkətin inkişafının beynəlxalq marketinq strategiyasının nəzarətdə 

saxlanılmayan amillərə istiqamətlənməsi, məhdudluq imici, dəb(moda) və s. aid edilir. 

Şirkətin inkişafının sabitliyinin başlıca amilləri əsas dəyərlərə istiqamətlənmə, malların 

və  bazarların  müxtəlifliyi(diversifıkasiyası),  mallardan  istifadə  edilməsi  dairələrinin  və 

metodlarının  diferensiasiyası(fərqləndirilməsi),  müxtəlif  texnologiyalar,  bir  neçə  satış 

şəbəkələri, icarə, lizinq, mülkiyyətə birgə sahiblik, şirkətin inkişafının beynəlxalq marketinq 

strategiyasının sabit, nəzarət edilən amillərə istiqamətlənməsi, universallıq imicidir. 



Yoxlama sualları 

1



2



3 .  

4 .  

5 .  

6



7 .  

8



9 .  

10

.

 



11

.

 



12

.

 



Strateji planlaşdırma beynəlxalq marketinqdə niyə xüsusi rol oynayır? 

Siz beynəlxalq marketinqdə planların hansı növlərini bilirsiniz? 

Beynəlxalq marketinqi standart qlobal proqramlarından və fərqli 

uyğunlaşdırılmış proqramlarından istifadə edilməsinin fərqi və xüsusiyyətləri 

nədən ibarətdir? 

Marketinq planının, biznes-planın və firmadaxili planın fərqi nədən ibarətdir? 

Beynəlxalq miqyasda marketinq planlaşdırmasmm konseptual modeli necədir? 

Beynəlxalq marketinq planının əsas bölmələri hansılardır? 

Beynəlxalq marketinqdə planlaşdırma hansı prinsiplər üzərində qurulur? 

Beynəlxalq marketinqdə planlaşdırmanın hansı metodları tətbiq edilir? 

“Ölkə dəftəri” hansı bölmələrdən ibarətdir və beynəlxalq marketinq 

fəaliyyətinin planlaşdırılmasında onun rolu necədir? 

Beynəlxalq marketinqdə planlaşdırma prosesi hansı modulları əhatə edir? 

Planın tərtib edilməsi prosesinin yoxlanması nədən ibarətdir? Onun zəifliyinin 

qiymətləndirilməsi matrisası necədir? 

Sizə tanış olan firma hansı planları tərtib edir? O, beynəlxalq marketinq 

proqramı tərtib edirmi? 

331 


VIII BOLMƏ 

MÜASİR MARKETİNQİN AKTUAL PROBLEMLƏRİ 



Mövzu 25. Müasir qloballaşma prosesi və marketinqin aktual problemləri 

Mövzunun planı 

1.

 



Keçid dövrü şəraitində istehlak bazarının və marketinqin inkişaf xüsusiyyətləri. 

2.

 



Marketinq xidmətinin amerikan və yapon təcrübəsi. 

3.

 



Müasir qloballaşma prosesinin milli iqtisadiyyata, istehlakçı davranışına təsiri və 

müasir marketinq nəzəriyyələri. 

4.

 

Qloballaşma və seqmentləşmə problemləri. 



5.

 

İstehlakçı davranışı və onun modelləşdirilmə problemləri. 



6.

 

Respublika istehlak malları bazarında marketinq tədqiqatlarının tətbiqi imkanları və 



problemləri. 

I.

 



Keçid dövrü şəraitində istehlak bazarının və marketinqin inkişaf xüsusiyyətləri 

Aydındır  ki,  keçid  iqtisadiyyatı  şəraitində  digər  sferalarla  yanaşı,  istehlak  bazarı  da 

özünəməxsus xüsusiyyətlər kəsb edir ki, onun da konseptual əsasda dəqiqləş- dirilməsinə 

böyük ehtiyac vardır. Fikrimizcə, bunun üçün ilkin olaraq, istehlak bazarının tarixi-xronoloji 

aspektdən tədqiqinə (özü də ümumiqtisadi çərçivədə) nəzər yetirmək məqsədəuyğun olardı. 

Beləliklə, ümumi şəkildə götürsək, dünyanın iqtisadi inkişaf tarixi göstərir ki, sahibkarlıq 

fəaliyyətinin  və bütövlükdə bazar münasibətlərinin inkişaf tarixi  üç  déterminai  səviyyədə 

təzahür etmişdir. 



L Kütləvi istehsal erası. Məlumdur ki, bu era XX əsrin 70-ci illərinin sonu, 80-ci illərin 

əvvəllərində bitmişdir. Belə ki, bu dövr yapon iqtisadi nəhənglərinin triumfu ilə nəticələnən 

və elmi ədəbiyyatlarda istehsalı səmərəli səviyyədə saxlayan keyfiyyətli, ucuz məhsulların 

və xidmətlərin təklifi əsasında çeviklik göstərən rəqabət şəklində istehlakçıların çox sürətlə 

önə çıxması ilə yadda qalmışdır. 

II.


 

Keyfiyyət erası. Nə zaman ki, bazar cynitipli (analoq) məhsullarla dolmağa başladı, 

praktiki  olaraq  bütün  dünyada  hər  bir  istehsalçını  birinci  növ  bazara,  istehsal  prosesini 

yüksək  səmərəlilik  səviyyəsində  saxlamaq  şərtilə,  yüksəkkeyfıyyətli  məhsulların  və 

xidmətlərin  təklifi  maraqlandırmağa  başladı.  Ümumi  nəticədə,  bazar  yenidən  problemlə 

üzləşməli  oldu:  əgər  bazarda  eyni  məhsul  eyni  yüksək  kcyfıyyətdədirsə  və  hətta  satış 

qiymətləri  arasında  da  heç  bir  fərq  yoxdursa,  onda  eyni  fəaliyyəti  həyata  keçirən  və 

bir-birinə rəqib olan iki (və daha artıq) müəssisə və şirkətin bazardakı liderlik vəziyyəti necə 

müəyyənləşdirilməlidir? 

III.

 

Marketinq erası. Bu vəziyyətdə istehlakçı artıq diqtə etməyə başladı: bu zaman o, 



nəinki ucuz (kütləvi istehsalın erasının nəticəsi) və keyfiyyətli (keyfiyyət erasmm nəticəsi) 

məhsul və xidmət istəyir, o cümlədən də, öz ehtiyaclarına tam cavab verən və hətta daim 

dəyişən,  fıksasiya  olunan  məmnuniyyətini  «nizamlamağa»  çalışırdı.  Bu  dövrdə  rəqabət 

amillərinin dərinləşməsi nəticəsində istehsalçılar istehlakçıların fərdi və qrup ehtiyaclarını 

və  alıcılıq  tolerantlarını  səmərəli  və  istehsal,  sistemli,  çevik  planlaşdırma  ilə  bir  araya 

gətirərək, istehlakçı davramşı əsasında «hədəf marketinqini» ön plana çəkdilər. 

Bazar  iqtisadiyyatı  şəraitində  marketinq  məhsul  istehsalı  üçün  mühüm  əhəmiyyət 

daşıyır. Amma bu tezis həmişə nəzərə alınmamışdır. Belə ki, indi də ABŞ-da, o 

332 


cümlədən, sənayecə inkişaf etmiş ölkələrdə başqa (xüsusilə, İngiltərədə, İtaliyada, Fransada 

və  s.)  marketinq  erasının  başlamasından  50  il  keçməsinə  baxmayaraq,  bir  sıra  işgüzar 

təşkilatlar, müəssisələr öz fəaliyyətini marketinq konsepsiyası üzərində qurmamışlar. 

Marketinq konsepsiyası biznesin inkişafının müəyyən mərhələsində meydana gəlmişdir. 

A.F.Delyagindən fərqli olaraq, amerikan marketoloqları V.Prayd və 

O.Ferrell məhsul istehsalı konsepsiyasının inkişafını üç eraya bölürlər: istehsal erası, satış 

erası və marketinq erası. 

İstehsal  erası  (185ü-1920-ci  illər).  XIX  əsrin  sonundakı  sənaye  inqilabı  bəşəriyyətə 

elektrik enerjisi, dəmiryolları, yayım xətləri gətirdi. Kütləvi istehsal, yeni texnologiyalar və 

əməyin yeni istifadə üsulları bazarlarda daha möhkəm və dayanıqlı tələbi formalaşdıraraq 

məhsul axınlarının həcmini artırdı. Mənfəət əldə etməyə cəhd edən biznesmenlər istehsalın 

təkmilləşdirilməsinə üstünlük vermək istiqamətini seçirdilər. 

Satış  erası  (1920-1950-ci  illər)  .XX  əsrin  20-ci  illərinin  əvvəllərində  bazarda  artan 

təklifin hesabına məhsullara olan tələb aşağı düşməyə başladı. Məhsul istehsalçıları belə bir 

nəticəyə gəldilər ki, malları «satmaq» lazımdır. Satışla əlaqədar fəaliyyət mənfəət əldə etmək 

üçün  əsas  vasitə  hesab  edilirdi.  Təşkilatlar  satışdan  asılı  olaraq  öz  istehsallarını  (istehsal 

proseslərini)  təkmilləşdirməyə  üstünlük  verirdilər.  1950-ci  illərin  əvvəllərində  biznesin 

bütün fəaliyyət sferalarında uzunmüddətli mənfəət əldə etməyin  yeganə yolunu marketinq 

fəaliyyətində, şəxsi satışda və reklamda görməyə başladılar. 

Marketinq  erası.  1950-ci  illərin  əvvəllərindən  etibarən  biznes  mühiti  hiss  etməyə 

başladı ki, səmərəli istehsal və ekstensiv mal yeridilişi bazarda istehlakçılara məhsul satmağa 

heç  də  təminat  vermir.  Aydın  olmağa  başladı  ki,  biznes,  ilk  növbədə,  istehlakçıların  nə 

istədiklərini müəyyənləşdirməli və daha sonra onu istehsal edib bazara təklif etməlidirlər. 

İstehlakçının istək və ehtiyaclarını müəyyənləşdirdikdən sonra ABŞ biznesi marketinq 

erasına-istehlakçıya  yönəldilmiş  bazar  erasına  qədəm  qoydu.  Biznes  etikası  və  sosial 

məsuliyyətləri  özündə  təcəssüm  etdirən  və  istehlakçının  məmnuniyyətini  tam 

müəyyənləşdirən Amerika biznesi qlobal bazarlara ekspansiya etməyə başladı. 

1960-1970-ci  illərdə  ABŞ-da  və  Qərbi  Avropanın  bir  sıra  ölkələrində  biznes 

fəaliyyətində  sosial  aspekin  önə  çıxması  nəticəsində  sosial-elik  marketinq  konsepsiyası 

yarandı. Bu konsepsiya biznes fəaliyyətinin daha uzunmüddətliliyini təmin edə biləcək və 

istehlakçıların istək və ehtiyaclarını daim silsiləvi şəkildə təmin edəcək, müəssisələrin əsas 

məqsədlərinin  həyata  keçirilməsini  dayanıqlı  səviyyəyə  gətirəcək  məqsədlərin 

balanslaşdırılması siyasəti nəticəsində əldə edilmişdir. 

Cəmiyyətdəki  münasibətlərin  məcmusunun  tərkib  elementi  kimi  çıxış  edən 

istehsalçı-istehlakçı, satıcı-alıcı münasibətləri relaksion (qarşılıqlı) mübadilə nəticəsində öz 

«toxunma nöqtəsinə» hansısa bir zamanda və zaman kəsiyində çatır. Bu sözləri ifadə edən və 

əsasən  də,  keçid  iqtisadiyyatlı  ölkələrin  bazarlarını  təhlil  edən  Harvard  Universitetinin 

professoru  və  Dünya  Bankı  İnstitutunun  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  üzrə  baş 

mütəxəssisi A.Mansuri keçid iqtisadiyyatlı ölkələrin milli bazarlarında məhsul istehsalının 

mərhələlərini aşağıdakı kimi qruplaşdırır; 

1.

 



İstehlak-istehsal erası, 

2.

 



Satış-istehsal erası, 

3.

 



İstehsal-istehlak erası, 

4.

 



İstehlakçı erası, 

5.

 



İnteraktiv-relaksionist era. 

Direktiv planlı təsərrüfatdan yenicə çıxmış, keçmiş sosialist ölkələri (Mərkəzi və Şərqi 

Avropa ölkələri, o cümlədən də, MDB ölkələri) ilk vaxtlar, yəni 1990-1995-ci illərdə (bu 

illər bölgüsü müxtəlif regionlarda və ölkələrdə müxtəlifdir) istehlakçıların 

333 


istehlakları naminə xarici istehsalın bazasına söykənirdi. Bu era Mərkəzi və Şərqi Avropa 

ölkələrində (bəzən bura MDB ölkələrindən Rusiya və Ukraynanı və Pribaltika ölkələrini aid 

edirlər) 1993-1994-cü illərə qədər davam etmişdir. Azərbaycanda bu mərhələ 1995-ci ilin 

sonunda bitmişdir. 

Satış-istehsal erasında satışın üzərinə düşən yük V.Prayd və O.Ferrellin Qərbi Avropa 

ölkələri və ABŞ-da 1920-1950-ci illərdə dövran etmiş satış erasına bənzərliliyi ilə seçilir. Bu 

era  keçid  iqtisadiyyatlı  ölkələrdə  və  hətta  ayrı-ayrı  regionlarda  fərqli  xarakter  daşımaqla, 

ümumiyyətlə 1995-2000-ci illəri əhatə edir. Mərkəzi Avropa ölkələrində bu era 1998-ci ildə, 

Şərqi  Avropa  ölkələrində  1999-cu  ildə,  MDB  ölkələrinin  əksəriyyətində  isə  2000-ci  ildə 

bitmiş hesab edilir. 

İstehsal-istehlak  erası  2000-2010-cu  illəri  əhatə  edir.  MDB  ölkələrinin  əksəriyyətində 

2003-cü və 2005-ci illərdə istehsalın həcminin, keyfiyyətli məhsulların istehsalının artması 

proqnozlaşdırılır. Mərkəzi və Şərqi Avropa ölkələrinin böyük əksəriyyətində isə bu dövrün 

2008-ci ildə bitəcəyi güman edilir. 

İstehlakçı erası özündən əvvəlki erada satışın və o cümlədən də, istehsalın (keyfıyyəth 

məhsul,  xidmətlər  və  ideyalar)  artması  və  xarici  bazarlara  «ekspansiyanın»  hesabına 

2010-2018-ci illəri əhatə edəcəkdir. Bu eranın Mərkəzi və Şərqi Avropa ölkələrində 2015- ci 

ildə, Qırğızıstan, Tacikistan, Əfqanıstanda isə 2020-ci ildə bitəcəyi gözlənilir. 

Dünya  iqtisadiyyatında  dərinləşməkdə  olan  qloballaşma  prosesinin  nəticəsində  Qərbi 

Avropa ölkələrində, ABŞ-da, inkişaf etmiş ölkələrdə, o cümlədən də, inkişaf etməkdə olan 

ölkələrin böyük əksəriyyətində marketinq erasının (istehlakçı erasının) 2012-2015-ci illərdə 

bitəcəyini bildirən bir sıra qərb iqtisadçıları (Şiftman və Solomon) yeni eranı «virtual» era 

adlandırırlar. 

Ölkələrarası  qlobal  iqtisadi  (o  cümlədən  də  mədəni,  mənəvi,  sosial,  dini  və  s.) 

yaxınlaşma nəticəsində keçid iqtisadiyyatlı ölkələrdə professor Mansurinin fikrincə 2018-ci 

ildə interaktiv-relaksionist era başlayacaqdır və bu era inkişaf etmiş ölkələrdə 2015-ci ildə 

başlamış  «virtual»  eranın  eynidir.  Beləliklə,  2020-ci  ildə  bütün  ölkələrin  bazarlarında 

virtual-interaktiv-relaksionist  eranın  başlanması  ilə  əlaqədar  bütün  bazarlar  bir-birinə 

bənzərliliyi ilə seçiləcəkdir. 

Bu  erada  istehlakçının  istehsalçı  üzərində  və  əksinə  «qələbə  qazanmasına»  heç  bir 

ehtiyac qalmayacaqdır. 

Bu eraların baş verməsi üçün müxtəlif müəlliflər, o cümlədən də, professor Mansu- ri, 

Solomon  və  Şiftmann  «hədəf  istehlakçının»  əldə  edilməsi  üçün  tətbiq  ediləcək  «hədəf 

marketinq» nəzəriyyəsini və onun tətbiqi metodlarını ön plana çəkirlər. 



2.

 

Beynəlxalq marketinq xidmətinin amerikan və yapon təcrübəsi 

Bu sualla bağlı mövcud dünya təcrübəsindən yararlanmaq mümkündür. 

ABŞ  XX  əsrin  əvvəllərində  öz  məhsullarının  toplam  defısiti  və  sənayenin  tələbin 

maksimum ödənilməsinə istiqamət aldığı bir zamanda, 1929-1932-ci illərdə təkrar istehsal 

böhranı  ilə  üz-üzə  qalmışdır.  Yaponiya,  Almaniya  və  Avropanın  bir  sıra  ölkələri  İkinci 

Dünya  müharibəsindən  sonra  yaşanan  «təkrar  istehsal  böhranının»  qarşısını  almaq  üçün 

beynəlxalq  təcrübənin  və  dünya  iqtisadi  elminin  nailiyyətlərindən  istifadə  edərək, 

İDU 


vəziyyətdən  çıxış  yollarını  axtardılar  və  bir  sıra  bununla  əlaqədar  çətin  məsələləri  həll 

eldilər. 

ABŞ-da böhrandan çıxmaq üçün F.D.Ruzvelt administrasiyası qısa bir zamanda ağıllı bir 

nəticəyə gəldi: ölkədə alıcılıq qabiliyyətli tələb əsasında cəmiyyətin ehtiyacı üçün məcmu 

mal  (xidmətlər)  istehsalını  tarazlaşdırmaq  lazımdır.  Tələb  və  təklif  arasında  və  mümkün 

istehsal və istehlak arasında dinamik tarazlığın yaradılması üçün əsas kriteriyalarm tapılması 

və problemin déterminai həlli üçün, ötən əsrin 30-cu 

334 


illərinin əvvəllərində ABŞ-da sənaye müəssisələrinin, o cümlədən də pərakəndə və lopdan 

salış  ticarətinin  siyahıya  alınması  həyata  keçirilmişdir.  Əldə  edilmiş  statistik  məlumatlar 

daha sonra ABŞ-m ticarət departamentinin daxili və xarici ticarət bürosunun materiallarında 

dərc  edilmişdir.  Demək  olar  ki,  məhz  bu  tədbirlər  sistemi  ölkədə  işgüzar  aktivlik 

səviyyəsinin  obyektiv  xarakteristikasını  artıraraq,  işgüzar  sahibkarlıq  təşəbbüsünün 

sərhədlərini  müəyyənləşdirdi  və  iqtisadi  fəaliyyətin  dövlət  tənzimlənməsi  əsasında 

inkişafına nail olmağa imkan verdi. 

Məhz elə bu dövrdə ABŞ-da kütləvi istehsala yönələn nəhəng firma və müəssisələrdə 

bazarın tədqiq olunması və proqnozlaşdırılması ilə məşğul olan xüsusi təyinatlı strukturlar 

yaradılmağa  başlanıldı.  Bu  dövrdə  marketinq  fəaliyyətinin  əsas  klassik  metod  və 

vasitələrindən  istifadə  edilərək,  reklam  vasitəsiilə  satışın  həcminin  maksimum  səviyyəyə 

çatdırılmasına  və  digər  kommersiya  və  psixoloji  təsiredici  elementlərdən  istifadə  edərək 

istehlakçıların  məhsulu  alınmasını  həyata  keçirmək  kimi  işlərin  yerinə  yetirilməsinə 

başlanıldı. Bu cür siyasəti həyata keçirmək üçün funksiyaların bölüşdürülməsində marketinq 

şöbəsi,  əvvəllər  bu  işlə  bilavasitə  və  birbaşa  məşğul  olan  maliyyə,  istehsal  şöbələrindən 

ayrılaraq  müstəqillik  qazandı.  Beləliklə,  marketinq  şöbəsinin  işi:  bazarın  təhlili, 

istehlakçıların  ehtiyaclarının,  seçimlərinin  və  məmnuniyyətlərinin  müəyyənləşdirilməsi, 

bazarların inkişaf perspektivlərinin dəyərləndirilməsi, tədqiqatların proqnozlaşdırılması kimi 

fəaliyyətlə əhatə olundu. 

1950-ci  illər  beynəlxalq  ticarətin,  rəqabətin  artması  ilə  genişləndirilmiş  və  artırıirmş 

ticarət əməliyyatları ilə yadda qalmışdır. Müəssisələrin bazarda «yaşam dövrlərini» artırmaq 

üçün  bazarların  vəziyyətinin  daim  tədqiq  edilməsi  və  perspektiv  inkişaf  imkanlarının 

proqnozlaşdırılması, satış əməliyyatlarının planlaşdırılması, mal yeridilişi kanalları sistemini 

təşkil etmək kimi vasitələrin yaradılması kommersiya fəaliyyətinin önündə gedirdi. Elə bu 

dövrdə  də  müəssisələrdə,  firmalarda,  şirkətlərdə  müstəqil  marketinq  şöbələri  fəaliyyət 

göstərməyə başladı. 1960-cı illərin əvvəllərinə qədər marketinq xidməti (şöbə, sektor) digər 

şöbələrin konsultativ orqanı və müxtəlif funksiyaları özündə cəmləşdirən, proqnozlaşdırma 

işlərini yerinə yetirən bir qruma çevrilmişdir. 

Müasir  klassik  marketinq  konsepsiyası  ABŞ-da  qəbul  edilmişdir  və  ona  bir-birilə 

qarşılıqlı əlaqədə və sistemli asılılıqda olan tədbirlər toplusu olmaqla istehsalla məşğul olan 

şirkətin məqsədyönlü kompleks fəaliyyəti kimi ba.xıhr. 

Bu  sistemə  daxildir:  məhsulun  yaradılması  və  hazırlanması  üçün  elmi-texniki  və 

konyuktur-iqlisadi  tədqiqatlar;  istehsalla  əlaqədar  idarəetmə  sxeminin  və  texnologiyanın 

hazırlanılması;  bazarda  məhsulun  rəqabət  qabiliyyətini  nəzərə  alaraq  onun  sənaye 

istehsalının  təşkili,  müasir  xidmət  vasitələrinin  istifadə  edilməsi  ilə  əlaqədar  olaraq, 

məhsulun satışı sisteminin optimal təşkil olunması və maksimum yüksək gəlir əldə edilməsi 

üçün reklamdan istifadə. 

Marketinq fəaliyyəti bu gün nəinki istehlakçıların ehtiyaclarının öyrənilməsi və tədqiq 

olunmasından  ibarətdir,  o  cümlədən  də,  bu  fəaliyyət  sisteminə  «gələcək  məhsulun» 

yaradılması ilə əlaqədar tədbirlər kompleksinin, keyfiyyət göstəricisinin, texniki səviyyənin 

və keçmiş məhsul bazarında gələCək iqtisadi parametrlərin komplek- sasiyası durur. Hələ 

mövcud olmayan məhsul reklamın və «publik relations» (ictimaiyyətlə əlaqələrinO vasitəsilə 

konkret  istehlakçı  qrupuna  yönəldilir,  seqmentləşdirilir  və  bazara  yeridilməsi  vaxtı 

müəyyənləşdirilir. Bu əsİl amerikan yoludur. 

Yaponiyada  da  marketinqin  təcrübəsindən  istifadə  edilməsi  istiqamətində  bolluca 

tədbirlər  sistemi  mövcuddur.  Tanınmış  iqtisadçı-analitiklərin  fikrincə,  «yapon  iqtisadi 

sirrinin»  əsasında  Yaponiyanın  və  onun  məhsullarının  dünya  bazarında  belə  bir 

müvəffəqiyyəti marketinq sahəsində əldə edilən uğurlarla əlaqələndirilir və heç də təsadüfi 

deyil ki, onu «yapon marketinqinin zəfəri» adlandırırlar. 

Yaponiyada marketinqin tətbiqi 1946-cı ildən başlayır. Belə ki, Yaponiyada 1946- 

335 


1953-cü illəri ön marketinq dövrü adlandırırlar. Bu dövr əhalisinin əsas ərzaq məhsulları və 

sənaye məhsulları ilə təchizatında amerikan marketinq metodlarının sadələşdirilmiş bazar 

araşdırmaları bazasında tətbiqi ilə fərqlənir. Əsİl marketinqin öyrənilməsi və tətbiqi 1954-cü 

ildə başlamış və 1963-cü ildə bitmişdir. Bu dövrün fərqləndirici cəhəti isə ondan ibarətdir ki, 

bu dövrdə menecerlər və alimlər tərəfindən onun elm kimi öyrənilməsi və onun nəticələrinin 

təcrübəyə tətbiqi ilə yadda qalmışdır. Bu dövrün iqtisadi iqlimi istehsalın həcminin sürətli 

şəkildə  artması,  ticarətin  liberallaş-  dırılması,  kütləvi  istehlakçıya  istiqamət  alması  ilə 

xarakterizə oluna bilər. 

1964-1969-cu illəri marketinqin yayılması, genişləndirilməsi, 1970-1973-cü illəri əhatə 

edən dövrü isə marketinqin funksiyalarının və fəaliyyət sferasının genişləndirilməsi dövrü 

kimi ümumiləşdirmək olar. 

1974-cü ildən başlamış və müasir dövrdə də öz modifıkasiyaolunmuş forması ilə davam 

edən  dövr  iqtisadi  ədəbiyyatlarda  qlobal  marketinq  adlanır.  Yaponiyada  uğurla  həyata 

keçirilən marketinqin əsas amillərinə yapon tədqiqatçıları aşağıdakıları aid edirlər: 

-

 

şirkətlərin dövlət orqanları ilə yaxından əməkdaşlığı; 



-

 

şirkətlərin  səmərəli  artımını  yaradan  və  onların  beynəlxalq  bazarlarda  rəqabət 



mübarizəsində  iştirakını  yüngülləşdirən  daxili  bazarda  rəqabətin  sürətlənməsi  və 

dərinləşməsi; 

-

 

qeyri-marketinq  xidmətlərində  fəaliyyət  göstərən  işçilərin  marketinq  fəaliyyətində 



geniş miqyaslı iştirakı; 

-

 



idarəetmənin aşağı, orta və yüksək səviyyələrində mövqe tutan menecerlərin marketinq 

qərarlarının qəbul edilməsində iştirak etməsi; 

-

 

marketinq  xidmətinin  işçilərinin  funksiya  və  vəzifələrinin  bölüşdürülməsinin 



sadələşdirilməsi və marketinq xidmətinə üstünlük verməsi (idarəetmə strukturunda tutduğu 

mövqeyə görə). 



Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling