Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Mövzu 23.Beynəlxalq marketinq fəaliyyətinin səmərəliliyinə


Download 4.84 Mb.
Pdf ko'rish
bet43/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

Mövzu 23.Beynəlxalq marketinq fəaliyyətinin səmərəliliyinə 

nəzarət və onun qiymətləndirilməsi 

Mövzunun planı 

1.

 



Beynəlxalq marketinq fəaliyyətinə nəzarətin mahiyyəti və spesifikliyi. 

2.

 



Beynəlxalq marketinq fəaliyyətinə nəzarətin əsas növləri. 

3.

 



Qlobal marketinq nəzarətinin əsas mərhələləri. 

4.

 



Beynəlxalq marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi. 

5.

 



Planların və təşkiletmənin təsis edilməsi, beynəlxalq marketinq fəaliyyətinə nəzarətin 

nəticəsi kimi. 

306 


1.

 

Beynəlxalq marketinq fəaliyyətinə nəzarətin mahiyyəti və spesifikliyi 

Nəzarətin həyata keçirilməsi, bu və ya digər nəticələrlə  yerinə yetirilən və yoxlanmalı 

olan məqsədlərin, strategiyanın və siyasətin qabaqcadan müəyyən edilməsini nəzərdə tutur. 

Yalnız məqsədlərlə və xərclərlə müqayisədə nəticələr deyil, həm  də onlara nail olunması 

forması və metodları yoxlanır. Nəzarət yalnız ayrılmış mahyyə, material, insan, informasiya, 

vaxt  ehtiyatlarının  şirkətin  nəzərdə  tutduğu  məqsədlərlə  istifadə  edilib-edilməməsinin 

aydmiaşdırmasmdan ibarət deyil, nəzarət şirkətdə planlaşdırma prosesinin tərkib hissəsidir 

və beynəlxalq istiqamətli marketinq proqramlarının həyata keçirilməsini yoxlayır. 

Beynəlxalq  marketinq  fəaliyyətinə  nəzarət  hərtərəfli,  sistematik  və  dövri  olmalıdır  və 

marketinq miksin: əmtəə, qiymət, satış və komunikasiya siyasəti kimi tərkib hissələrinin hər 

birində  marketinq  mühitini,  məqsədləri,  strategiyaları,  proqramları,  təşkil  edilməni, 

sistemləri,  prosedurları və təcrübəni,  habelə dünya bazarlarında marketinq tədqiqatlarının 

təşkilinin strategiyalarını və texnologiyalarnı əhatə etməlidir. 

Beynəlxalq  fəaliyyətə  nəzarətin  daxili  bazarda  işləyən  şirkətin  fəaliyyətinə  nəzarətlə 

müqayisədə  mühüm  fərqli  xüsusiyyətləri  vardır.  Beynəlxalq  fəaliyyətə  nəzarət 

xüsusiyyətləri  və  spesifikası  ilə  birlikdə  müxtəlif  bazarlara  to.xunur.  O  ,əslində  bütün 

dünyada böyük həcmli əməliyyatların müxtəlif növlərini həyata keçirən, ölçüsü böyük və 

təşkili  mürəkkəb  olan  şirkətlərə  aid  edilir.  Beynəlxalq  şirkətlərin  təşkilat  strukturunun 

çoxtəbəqəli olması sayəsində nəzarətin səviyyələri mürəkkəbləşir və s. 

Beynəlxalq fəaliyyətə nəzarət bir sıra problemlərlə əlaqədardır. Onları Amerika alimi C. 

Vaydinq  tərtib  etmişdir.  Onlara,  ilk  növbədə,  xaricdəki  bölmələrin  fəaliyyətinə  maliyyə 

nəzarətinin çətinlikləri, mərkəzi xidmətlər və xaricdəki filiallar arasında və ya sonuncular 

arasında  müştərilərə,  yaxud  bazar  ərazilərinə  görə  mümkün  ola  bilən  münaqişələr, 

beynəlxalq fəaliyyətin gözlənilməyən yolla inkişaf etməsi, xarici bazarda işləməklə və əsas 

baza milli bazarla məsələlərin koordinasiyası ilə əlaqədar olaraq şəxsi heyyətin və inzibati 

xidmətlərin ikiqat məşğulluğu , istehsalın və ya xarici bazarlarda satışın imkanlarından tam 

istifadə edilməməsi və s. aiddir. 

Bu problemlərin əsas hissəsi bazarların birinin digərindən xeyli uzaqlığı, onların böyük 

müxtəlifliyi,  yerlərdə  istehsal  və  satış  metodlarının  diversifikasiyası  zərurəti  xaricdə 

nəzarətsiz  qalan  amillətin  sayının  artması,  sürətli  dəyişikliklərlə  informasiyanın 

qeyri-dəqiqliyi, mədəni fərqlər və s. ilə əlaqədardır. 

Beynəlxalq nəzarətin spesifikliyi onunla müəyyən edilir ki, beynəlxalq şirkətlərin xarici 

ölkələrdə gömrük tarifləri və ticarətin tənzimlənməsi səbəbindən qiymətlərə nəzarət üzrə az 

imkanları  olur.  Bundan  əlavə  beynəlxalq  bazarlar  haqqında  məlumatlar  çox  zaman 

natamam,  etibarsız  və  ölkələr  üzrə  tutuşdurula  bilən  olmur.  Bu  məlumatlardan  nəinki 

planlaşdırma üçün, həm də nəzarət üçün istifadə etmək çətindir. Xarici filialları olan firmalar 

üçün  işgüzarlıq  təcrübəsində  və  mühitində  olan  fərqlərlə  əlaqədar  onlara  baş  kontrdan 

nəzarət etmək çətindir. 

Beynəlxalq  marketinq  fəaliyyətinə  təsirli  nəzarət  iki  əsas  xarakteristikaya  uyğun 

olmalıdır. 

1)

 

O, rəsmi (formal) və sistematik olmalıdır; 



2)

 

O, dövrü (bir qayda olaraq hər il) aparılmalıdır. 



Hətta  əgər  şirkət  çiçəklənmə  və  inkişaf  mərhələsində  olanda  və  heç  bir  çətinlik  hiss 

etməyəndə nəzarət həmişə aparılmalıdır. Nəzarət  həm  şirkətin özünün xüsusi səlahiyyətli 

bölmələri (onun mərkəzi xidmətləri səviyyəsində), həm də müstəqil xarici 

307 


ixtisaslaşmış  agentliklər  tərəfindən  həayata  keçirilə  bilər.  Boston  Consolting  Group, 

Pricewater Coperest, MCKinsey, Dum and Breadsreet və bir çox başqalarının böyük nüfuzu 

vardır. Bunula belə qəti elan etmək olmaz ki, xarici audit daxilidən daha obyektivdir. Əgər 

şirkət  xarici  nəzarətin  obyektivliyində  maraqlıdırsa,  şirkətin  meneceri  yoxlamaya  dair 

müvafiq tapşırıq verən zaman xüsusi qeyd etməlidir. 

Maliyyə  nəzarətindən  fərqli  olaraq  beynəlxalq  marketinq  nəzarəti  hökümət,  ictimai 

orqanların  təşəbbüsü  ilə  yaxud  məhkəmə  qərarı  ilə  deyil,  həmişə  yalnız  şirkətin  özünün 

təşəbbüsü ilə aparılır. Beynəlxalq şirkətin menecerləri təsirli nəzarətin təşkili məqsədilə, ilk 

növbədə,  nəzarətin  mərkəzləşdirilməsi  və  mərkəzləşdirilməməsi  səviyyəsini,  onun  sərtlik 

dərəcəsini  seçməlidirlər.  Baş  ofisin  dəstəyi  ilə  sahibkarlıqda  hərəkət  sərbəstliyi  verilmiş 

strateji mərkəz səlahiyyətli xarici bölmələrin əməliyyatları üzərində nəzarət nisbətən yumşaq 

və  mühafizəkar  xarakter  daşıya  bilər,  halbuki  informasiya  axınlarının  ona  və  ondan 

axınlarının koordinasiyası yüksək səviyyəli menecmentin intensiv müdaxiləsini tələb edir. 

Yumşaq nəzarət xarici filialların və aşağı halqaların təşəbbüsünə mane olmur və onların 

şirkətin  məqsədlərindən  kənara  çıxmağa  imkan  verə  bilər.  Məsələn,  Westing  House 

şirkətində hökümət kontraktları əsasında ucuz xammal istehsalı üzrə bölmələrin inkişafına 

tam  sərbəstlik  verilmişdir  və  bu  bölmələr  mənfəətliyi  nəzərə  almadan  kontraktlar 

bağlamışlar, bu isə xeyli zərərə gətirib çıxarmışdır. 

Əksinə,  korporativ  rəhbərliyin  qəbul  etdiyi  qərarları  yerinə  yetirən  xarici  bölmələrə 

münasibətdə  sərt  nəzarət  tətbiq  olunur.  O,  hərəkətlərin  koordinasiyası  üzrə  standart 

sistemlərdən istehsal etməklə əməliyyatlar üzərində nəzarət şəklində həyata keçirilir. Belə 

bölmələr nisbətən sadə məsələləri həll etməsini nəzərə alaraq, defisit ehtiyat- lardm onların 

istifadə etməsinin koordinasiyası minimal ola bilər. 

Lakin,  həddindən  artıq  sərt  nəzarət  də  təhlükəlidir.  General  Mills  şirkətinin  mərkəzi 

xidmətləri  Parker  Brothersdə  və  İzodda  satışların  azalmasım  aşkar  etdikdə  onların  yeni 

çeşidlərlə  çıxış  etmək  təşəbbüsünə  icazə  verməmişlər,  onların  menecerlərini  işdən  azad 

etmişdilər və həmin biznesi əvvəlkilər kimi yaxşı bilməyən öz menecerlərinin qüvvəsilə hər 

şeyi mərkəzləşdirilmiş qaydada islah etməyə çalışmışlar. Nəticədə müvəffəqiyyətli nəticəyə 

nail olunmamışdır. 

Nəzarət  təsirli  olmamalıdır,  lakin  həddindən  artıq  və  səhlənkarlıq  da  yolverilməzdir. 

Odur  ki,  şirkətdə,  o  cümlədən,  beynəlxalq  marketinq  fəaliyyətinə  münasibətdə,  nəzarətin 

sərtlik dərəcəsi və səviyyələrində balansın müəyyən edilməsi son dərəcə vacibdir. Şirkətin 

strateji inkişaf .xəttinə riayət edilməsinə, maliyyə nəticələrinə, vəsaitlərin sərf edilməsinə və 

bölüşdürülməsinə,  malların  nomenklaturasma,  coğrafi  və  məqsədli  bazarlar  dəstinə  və  s. 

nəzarətin balansı (tarazlığı) xüsusilə əhəmiyyətlidir. 

Şirkətin beynəlxalq nəzarət sistemi yaradılması üçün addımlar atılır. Nəzarətin metodları 

və  normaları  müəyyən  edilir,  onlardan  kənarlaşma  nəzarətin  gedişində  ölçüləcəkdir.  Bu 

mərhələdə  hər  xarici  bölmə  üçün  məqsədlərin  və  vəzifələrin  lokallaş-  ması  gedir,  onun 

məsuliyyət və səlahiyyət sahəsi müəyyən edilir. 

Lazımi  nəzarətin  təmin  edilməsi  habelə  praktik  olaraq  bütün  Yer  kürəsini  əhatə  edən 

informasiya  sisteminin,  qapalı  korporasiyadaxili  istifadə  sisteminin  yaradılmasını  nəzərdə 

tutur. Belə sistem nəinki yalnız xarici bazarların vəziyyəti yerli istehlakçıların tələblərində 

dəyişikliklər  və  biri  haqqında  real  vaxt  rejimində  mötəbər  məlumatlar  almaq,  həm  də 

beynəlxalq  bölmələrin  hər  birində  satışların  nəticələrini  izləmək  imkanı  yaradır.  Belə 

kommunikasiyalar sistemi  -  beynəlxalq  marketinq fəaliyyətinə nəzarət  sisteminin əsasıdır. 

O, xarici bölmələrin işinin təhlili üçün müvafiq məlu 

508 


matları müntəzəm toplamaq və vermək imkanı yaradır. 

Müxtəlif  ölkələrdə  yerləşmiş  beynəlxalq  bölmələr  üzrə  məlumatların  müqayisəsi 

metodikasının hazırlanması çox mühümdür, bu onların marketinq işinə real qiymət vermək 

üçün real imkan yaradır. 

Hesabat məlumatlarının əsas siyahısı müə

50

^ən edilir. Bu, ilk növbədə, satışların mütləq 

rəqəmlərlə  ölçülən  həcmi,  bazar  payı,  qiymətlərin  səviyyəsi,  satışların  stimullaşdınlması 

formaları  və  metodları,  satış  kanalları  haqqında  məlumatlar  marketinq  siyasətini  həyata 

keçirən heyət üzrə məlumatlardır. 

Şirkət  nəzarətin  məqsədlərini,  metodlarını,  məsuliyyət  standartlarım  və  səviyyələrini 

müəyyən  edir.  O,  habelə  satışların  həcmini,  xərclərin  və  mənfəətlərin  səviyyəsinin 

dəyişilməsi meyillərini izləyə bilər. 



2.

 

Beynəlxalq marketinq fəaliyyətinə nəzarətin əsas növləri 

Firmada  beynəlxalq  fəaliyyətə  nəzarət  xarici  iqtisadi  əməliyyatların  mallar  və  ölkələr 

üzrə  bölünməklə  və  bütövlükdə  cəm  yekunları  üzrə  vəziyyəti  və  nəticələri  haqqında 

hazırlanmış hesabat növləri formasında həyata keçirilir. Nəzarət müvafiq filiallar, şöbələr və 

əməkdaşlar  üzrə  bölünməklə  də  aparılır.  Beynəlxalq  marketinq  fəaliyyətinə  nəzarətin 

müxtəlif növləri vardır (şəkil 23.1.). 

 

Şəkil 23.1 Şirkətin beynəlxalq marketinq fəaliyyətinə nəzarətin əsas növləri. 

Nəzarət  xarici  bazardan  bütövlükdə  marketinq  işi  üzrə  strateji  nəticələrinə  nail 

olunmasını  yoxlayan  strateji  və  cari  xarakterli  operativ  ola  bilər.  Strateji  nəzarət  xarici 

filialların  baş  şirkət  tərəfindən  hazırlanmış  qlobal  məqsədlərə  əməl  etməsi  dərəcəsini 

qiymətləndirir.  Bu  nəzarət  bir  sıra  hallarda  şirkətin  marketinq  işinin  xarici  ölkələrin 

mühitinin,  bazasının  və  istehlakçılarının  tələblərinə  uyğunlaşması  dərəcəsini  müəyyən 

etməlidir. 

Şirkətin firmadaxili inkişaf proqramının marketinq hissəsinin müddətlər və nəticələr üzrə 

həyata keçirilməsinə nəzarət vacibdir. Bu halda beynəlxalq marketinq fəaliyyətinə nəzarət 

faktiki nəticələrin plan göstəriciləri ilə müqayisəsi yolu ilə həyata keçirilir. Müddətlər üzrə 

nəzarət  vəzifəli  şəxslərin  beynəlxalq  marketinq  planında  nəzərdə  tutulmuş  tədbirlərin  və 

göstəricilərin icrası haqqında hesabatlarının nəzarət müddətləri ilə hər gün tutuşdurulması 

deməkdir. Nəticələr üzrə icraya nəzarət yerinə yetirilmiş tədbirlərin ümumi məqsədlərə və 

inkişaf  straregiyasma  nail  olunması  mövqelərindən  təhlili  deməkdir.  Təhlilin  nəticələri 

xidməti yazılı qeydlər (xülasə) 

309 


şəklində  rəsmiləşdirilir,  buraya  planla  nəzərdə  tutulmuş  nəticələrin  alınması  və  ya 

alınmaması, onların həyata keçirilməsi yolunda baş vermiş problemlərin, maneələrin və yeni 

şəraitin göstərilməsi, bunun səbəbindən yerinə yetirilə bilməyən sonrakı tədbirlərin siyahısı, 

habelə məsələnin mahiyyəti üzrə təkliflər əksini tapır. 

Bu  yazılı  qeydlərdə  plandan  kənarlaşmanın  səbəblərinin  təhlilinin  nəticələri  :  düzgün 

olmayan  və  ya  səriştəsiz  hərəkətlər,  ayrı-ayrı  xidməti  şəxslərin  qeyri-qənaətbəxş 

səlahiyyətləri, ehtiyyatlarm (maliyyə, əmək, inzibati, texniki, vaxt) çatışmazlığı, yeni xarici 

amillər,  qarşısı  alma  bilməyən  qüvvə  halları  göstərilir.  Orada  habelə  plandan 

kənarlaşmaların səbəblərinin aradan qaldırılması üzrə təkliflər, məsələn: intizam tədbirləri 

tətbiq edilməsi, şirkətin planında və işində müvafiq düzəlişlər aparılması da ehtiva edilir. 

Belə  nəzarət  yalnız  kəmiyyət  göstəricilərinin  deyil,  həm  də  keyfiyyət  göstəricilərinin 

yoxlanmasını, yəni planda qarşıya qoyulmuş məqsədlərin və vəzifələrin yerinə yetirilməsini 

nəzərdə tutur. Planların həyata keçirilməsinə nəzarət şirkətin plan işinin ayrılmaz hissəsidir, 

strateji idarəçiliyin məcburi elementidir və strateji planlaşdırma sisteminin mövcudluğunun 

özünün zəruri şərtidir. 

Strateji  beynəlxalq  marketinq  planın  həyala  keçirilməsinə  baş  şirkətin  beynəlxalq 

marketinq  planlaşdırma  qrupu,  şirkətin  xarici  bölmələrinin  operativ  planlarının  yerinə 

yetirilməsinə isə onların mərkəzi aparatı nəzarətedir. 

Son  vaxtlar  qlobal  marketinq  nəzarəti  geniş  yayılıb.  O,  xarici  bölmələrin  marketinq 

fəaliyyətinin  hərtərəfli  və  tam  yoxlanmasını  deyil,  daha  çox  şirkətin  bütün  bölmələrinin 

hərəkətlərini  onun  vahid  qlobal  marketinq  strategiyasına  və  proqramlarına  uyğun  vahid 

qlobal koordinasiyasını gücləndirməyi nəzərdə tutur. Bu qloballaşma prosseslərinin inkişafı 

ilə  və  bir  sıra  TMK  tərəfindən  xarici  ölkələrin  bazarlarının  əksəriyyətində  marketinq 

fəaliyyətinin qlobal standart proqramlar hazırlanması ilə əlaqədardır. 

Marketinq  xərclərinə  nəzarət  və  ya  maliyyə  nəzarəti  marketinq  tədqiqatlarının  və 

tədbirlərin həyata keçirilməsinə sərf edilmiş məbləğlərini, onların müvafiq maddələr üzrə 

bölüşdürülməsini və onlardan səmərəli istifadə edilməsini müəyyən edir. 

Bu  halda  xarici  bölmələrin  əsas  maliyyə  sənədlərinə:  mənfəət  və  zərərlər  haqqında 

hesabata,müəssisənin  balansına,  pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabata,  xüsusilə 

bütövlükdə  marketinq  üzrə,  həm  də  onun  ayrı-yrı  maddələri  üzrə  büdcəyə  dair  hissədə 

nəzarət həyata keçirilir. Nəzarət müvafiq maliyyə əmsalları: rentabellik, işgüzarliq fəallığı 

(dövr  etməsi),  satılma  qabiliyyəti  (ödəmə  qabiliyyəti)  və  s.  üzrə  edilir.  O  cümlədən,  Ros 

(return  on  sales)  mənfəətin  satışlara  nisbəti  əmsalı  (vergi  tutulmaya  qədər  mənfəətin 

satışların  həcminə  nisbəti),  Roi  (return  on  investment)  -  investisiyaların  qaytarılması 

norması  əmsalı  (vergitutulmaya  qədər  mənfəətin  investisiyaların  həcminə  nisbəti),  ROE 

(return on equity) - səhmdar kapitalına dair gəlir (vergitutulmaya qədər mənfəətin səhmdar 

kapitalına  nisbəti),  ROA  (return  on  assets)  -  aktivlərə  dair  gəlir  (vergitutmaya  qədər 

mənfəətin aktivlərə nisbəti), AT (Assest trunover) - aktivlərin dövriyyəsi (aktivlərə nisbətən 

satışların həcmi) və digər əmsallar hesablanır. 

Funksional  şirkətin  xarici  bölmələrinin  marketinqinin  bir  və  ya  bir  neçə  funksiyasını 

təhlil  edir,  əmtəə,  qiymət,  distribusiya  və  kommunikasiya  sahələrini  əhatə  edir.  Bununla 

əlaqədar satışa nəzarət ,yaxud malların və xidmətlərin realizasiyasına nəzarət çox vacibdir. 

310 


Şirkətin işinin marketinq mühiti, onun məqsədləri, proqramları siyasəti və ehtiyyatları da 

yoxlanılmalıdır. 

Təşkilati marketinq nəzarəti beynəlxalq marketinq işini təmin edən xidmətlərin təşkilat 

quruluşunun  yoxlanmasını  nəzərdə  tutur.  Bu  nəzarət  əməkdaşların,  onların  vəzifə 

mükəlləfiyətlərinin  və  bu  kimi  bölgüsü  məsələlərinə  toxunur.  Nəzarəti,  kontro-  linqi  və 

monitorinqi  fərqləndirirlər.  “Nəzarət  (kontrol)”  -  ən  ümumi  və  toplu  anlayışdır,  həm 

birdəfəlik yoxlamaları, həm daimi nəzarəti, həm də nəzarət edilməsi prosesini ehtimal edə 

bilər. Monitorinq nəzarət prosesinin sabitliyini (daimiliyini) və fasiləsizliyini nəzərdə tutur, 

kontrollinq  nəzarət  prosesinin  mərhələləri  və  ardıcıllığı  ilə  özü  deməkdir.  Təftişləri  və 

monitorinqi nəzarətin formaları hesab edirlər. 

Nəzarət yoxlanılan biznes vahidləri üçün gözlənilmədən aparılan təftişlər formasında və 

ya planlaşdırılmış təftişlər formasında aparıla bilər. Təftişlər həm xarici təşkilatlar,həm də 

şirkətin  struktur  bölmələri  tərəfindən  həyata  keçirilə  bilər.  Monitorinq  dəqiq  müəyyən 

edilmiş  müddətlərdə  və  ya  real  vaxt  rejimində  razılaşdırılmış  fəaliyyət  növləri:  sazişlərin 

daxil  olması,  kontraktların  bağlanması,  ödənişlərin  daxil  olması,  lokal  marketinq 

araşdırmalarının,  reklam  kompaniyalarının  nəticələri  və  s.  üzrə  məlumatların  müntəzəm 

təqdim  edilməsini  nəzərdə  tutur.  Daimi  nəzarət,  monitorinq  müntəzəm  və  ya  fasiləsiz,  o 

cümlədən real vaxt rejimində ola bilər. 

Beynəlxalq  marketinq  fəaliyyətinə  nəzarət  həm  bütövlükdə  şirkəti  əsas  strateji 

istiqamətlər üzrə, həm də onun ayrı-ayrı xarici bölmələrini və ya onların qruplarını əhatə edə 

bilər. 

3.

 

Qlobal marketinq nəzarətinin əsas mərhələləri 

Beynəlxalq marketinq fəaliyyətinə nəzarət edilməsi prosesi bir sıra ardıcıl mərhələlərə 

bölünə bilər (şəkil 23.2). 

 

Şəkil 23.2 Beynəlxalq marketinq fəaliyyətinə nəzarət 



edilməsi prosesinin mərhələləri. 

311 


Beynəlxalq  marketinq  fəaliyyətinə nəzarətin birinci  mərhələsinə şirkətin  rəhbərliyinin 

auditorlarla görüşü ilə əlaqədardır, burada beynəlxalq marketinq auditi üzrə tapşırıq, yəni 

nəzarətin əhatəsi və ya seçiminin məqsədləri, obyektləri, dərəcəsi, informasiyanın dərinliyi, 

mənbələri, nəzarətin formaları, audit yoxlamasının yekun xülasəsinin formatı və nəzaərtin 

aparılması vaxtı müəyyən edilir, ikinci mərhələ nəzarətin aparılmasının müfəssəl planının 

tərtib edilməsini və auditor yoxlaması komandalarını yerləşdirilməsini əhatə edir. Üçüncü 

mərhələ  hesabatlar,  müsahibə,  korporasiya  daxili  sənədlərə  baxış  formasında  lazımi 

məlumatlar  toplanması  ilə  əlaqədardır,  ikinci  və  birinci  informasiya  toplanması  üçün 

tədqiqatların kabinet və kabinetdənkənar metodlarından istifadə edilir. 

Marketinq  auditi  üçün  mühüm  sənədlərdən  biri  şirkətin  müvafiq  bölmələrinin 

hesabatlarıdır. Hesabatların vaxtında təqdim edilməsi üçün nəzarət vacibdir. Çünki onların 

məlumatları  əsasında  ehtiyatların  bölüşdürülməsi,  planların  təsisatı,  əməyin 

qiymətləndirilməsi  və  işçilərə  haqq  ödənilməsi  aparılır.  Adətən,TMŞ  xarici  bölmələrinin 

hesabat  sistemi  yerləşdiyi  hesabatla  eynidir,  çünki  baş  şirkətin  menecerləri  onunla  yaxşı 

tanışdırlar və yeknəsəklik işin nəticələrinin tutuşdurulmasını asanlaşdırır. Müxtəlif ölkələrdə 

istifadə olunan maəlumatlann işlənməsi sisteminin uyğunsuzluğu və dövlətlərin sərhədindən 

keçən informasiya axınlarına münasibətdə məhdudiyyətlər vaxtlı vaxtında və müqayisaəli 

hesabatlar alınmasını çətinləşdirilir. 

Alınmış  informasiya  toplanır  və  sistemləşdirilir.  Onu  toplayan  zaman  şirkətin  sorğu 

keçirilən (soruşulan) əməkdaşların təsiri altına düşməmək vacibdir. Məsələn, şirkətin satış 

fəaliyyəti yoxlanan zaman şirkətin ticarət heyəti ilə sorğu keçirmək, çətin ki, yerli olardı, 

bunun alıcıları və istehlakçıları ilə görüşmək daha əhəmiyyətlidir. Bundan əlavə, rəhbərin 

auditorla  şəxsi  əlaqəyə  necə  çalışmasını  müşahidə  etmək  faydalı  olur.  Əgər  auditoru 

əlahiddə kabinetdə yerləşdirirlərsə və yoxlanılan bölmənin rəhbəri ora tez-tez daxil olursa, 

bu yoxlanan qulluğun işində ciddi nöqsanlar olmasını sübut edə bilər. 

Şirkətin beynəlxalq fəaliyyəti genişləndikdə onun idarəçilik sistemində və strukturunda 

xarici  filialların  mötəbər  hesabatlarını  təmin  edən  vəsaitlər  formalaşdırılmalıdır.  Xarici 

bölmələrin əhəmiyyəti nə qədər böyük olarsa onların qarşısında hesabat verməli olduqları 

səviyyə  və  iyerarxiya  o  qədər  yüksək  olur.  Beynəlxalq  marketinq  fəaliyyətinə  nəzarət 

edilməsi  prosesinin  dördüncü  mərhələsində  toplanmış  məlumatlar  təhlil  olunur  və  şərh 

edilir. Nəzarət üzrə 100 səhifəlik hesabatla fəxr etməyə dəyməz, bu özlüyündə hələ heç nə 

demir, başlıcası səriştəli təhlil və müvafiq nəticələrdir. Beşinci mərhələ auditor xülasəsinin 

hazırlanması  və  təqdimatı  ilə  əlaqədardır.  Xülasıənin  məzmununa  auditin  məqsədləri, 

obyektləri və çərçivələri, nəzarət nəticəsində alınmış əsas, o cümlədən, rəqəm göstəriciləri, 

habelə  şirkətin  beynəlxalq  marketinq  fəaliyyətinin  təkmilləşdirilməsinə  və  inkişafına 

münasibətdə nəzarət orqanının gəldiyi nəticələr, təklifləri və tövsiyələri daxildir. Bu zaman 

özünə hesabat vermək lazımdır ki, auditor xülasəsi - bütün bəlaların ponoreyası (dərmanı) 

deyil,  qlobal  marketinq  nəzarəti  -  qlobal  şirkətin  dünya  bazarında  qələbəsi  məqsədilə 

nəzarətin yüksək səviyyəsidir. 

Nəzarət edilməsi prosesi planlaşdırma prosesindən ayrılmazdır: nəzarət edilməsi prosesi 

planlaşdırma prosesinə daxildir və planlaşdırma prosesi nəzarətin nəticələrindən başlayır. 

Beynəlxalq marketinq mühitinin burulganhgı və qeyri-müəyyənliyi şəraitində 

112 


nəzarətin  rolu  xeyli  yüksəlir.  Məhz  nəzarət  şirkətin  inkişafının  xarici  şirkətlərinin 

transformasiyasını  izləmək  imkanı  verir  və  onun  inkişafı  strategiyasının  çevikliyi  və 

uyğunlaşmasını təmin etmək iqtidarındadır. Şirkət biznesin qloballaşdırılması strategiyasına 

nə  qədər  istiqamətlənməyə  başlayırsa  nəzarət  o  qədər  çox  xarici  bölmələr  səviyyəsində 

mərkəzi xidmətlərə doğru yer dəyişir və sonuncuların əhəmiyyəti dəyişir. 

4.

 

Beynəlxalq marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi 

Firma  səviyyəsində  beyməlxalq  marketinq  fəaliyyətinin  səmərəliliyi  ilk  növbədə, 

gəlirlərin və xərclərin, habelə plan tapşırıqlarının, onların yerinə yetirilməsinin nəticələrinin 

müqayisəsi yolu ilə xarici ticarət əməliyyatlarının mənfəətliliyinin diqqətlə təhlili nəticəsində 

müəyyən  edilir.  Beynəlxalq  marketinq  fəaliyyətinin  səmərəliliyi  habelə  onun  bazar  payı, 

malın  və  firmanın  ticarət  markasının  tanınması  dərəcəsilə,  onun  alıcılarının  və 

kontragentlərinin sayının artması dərəcəsilə və b. müəyyən edilir. 

Beynəlxalq  təcrübədə  çox  zaman  marketinq  fəaliyyətinin  səmərəliliyi  məsələnin 

sadələşdirilməsi  məqsədilə  xarici  ölkədə  şirkətin  satış  fəaliyyətinin  səmərəliliyi  ilə  əvəz 

edilir.  Baxmayraq  ki,  bu  ,marketinqin  ayrı-ayrı  ölkələrdə  inkişafının  ümumi  mənzərəsini 

təhrif  edir,  müəyyən  dərəcədə  işlərin  vəziyyəti  haqqında  məlumat  verə  bilər,  müəyyən 

qeyd-şərtlərlə  xarici  filialların  və  törəmə  firmaların  marketinq  işinin  səmərəliliyinin 

qiymətləndirilməsi üsullarından biri kimi qəbul olunar. 

Məsələn,  şirkətlərin  xarici  bölmələrinin  və  törəmə  firmalarının  satış  fəaliyyətinin 

qiymətləndirilməsi üçün aşağıdakı variantlar üzrə hesablar tətbiq edilə bilər: 

1)

 



Mənfəət / Beynəlxalq marketinqə .xərclər x 100%; 

2)

 



Satışların real həcmi / Satışların plan üzrə həcmi x 100%; 

3)

 



Flazırki dövrdə satışların həcmi / Əvvəlki dövrdə satışların həcmi x 100%; 

4)

 



Mənfəət / Satışların real həcmi x 100%; 

5)

 



Satışların real həcmi / Alıcıların sayı x 100%; 

6)

 



Alınmış sifarişlərin sayı / Ticarət agentlərinin görüşlərinin sayı x 100%; 

7)

 



Birbaşa ticarət xərcləri / Satışların real həcmi x 100%;; 

8)

 



Müştərilərlə görüşlərə sərf edilən saatların sayı / İş saatlarının sayı x 100%; 

9)

 



Şirkətlərin və reklamasiyaların sayı / Daimi alıcıların sayı x 100%; 

10)


 

Satışların real həcmi / Ticarət agentlərinin görüşlərinin sayı xl00%; 

Satış  fəaliyyətinin  səmərəliliyinin  hesablanması  üçün  həmin  düsturlar  sırasını  davam 

etdirə bilər. 

Şirkətin xarici bölmələrinin işinin səmərəliliyini qiymətləndirmək, baza ölkələrində milli 

bazarda yerləşmiş bölmələrin işinə nəzarət etməkdən daha çətindir. Iş ondadır ki, müxtəlif 

ölkələrdə  marketinq  və  sahibkarlıq  mühitinin  fərqlənən  şəraiti  onların  bazarlarına 

yeridilmənin müxtəlif çətinliyi, şirkətin inkişafı və artımı üçün müxtəlif əhəmiyyət dərəcəsi 

və  b.  vardır.  Ona  görə,  firmanın  beynəlxalq  marketinq  fəaliyyətinin  səmərəliliyinin 

qiymətləndirilməsi  üçün  yalnız  kəmiyyət  deyil,  həm  də  keyfiyyət  meyarları  mütləq  tətbiq 

edilməlidir. 

Keyfiyyət meyarlarına şirkətin beynəlxalq marketinqi və beynəlxalq fəaliyyətinin idarə 

edilməsi texnologiyalarının işlənmə dərəcəsi, korporativ ruhyüksəkliyinin səviyyəsi, şirkətin 

beynəlxalq  nüfuzu,  idarəçilikdə  əsas  dəyər  oriyentirləri  (istiqamətləri)  və  s.  aiddir. 

Korporativ mədəniyyət şirkətin yoxlanılan fəaliyyətinin səmə 

313 


rəliliyinə nəzarətin və onun qiymətləndirilməsinin gizli formasıdır. Doğrudur, TMK- da o, 

şirkətin  idarə  edilməsində  dəyər  təsəvvürlərinin  eyni  olmaması  mümkünlüyü  səbəbindən 

çətinləşir, lakin müxtəlif ölkələrin şirkətlərinin struktur bölmələrinin idarəçilik və marketinq 

istiqamətlərinin yaxınlaşması ümumi işgüzar mədəniyyət formalaşmasına şərait yaradır. 

Ilk baxışdan təəccüblü görünsə də, hətta şirkətin əməkdaşlarının həmin bölməyə keçmək 

arzuları da müvafiq xarici bölmənin fəaliyyətinin səmərəliliyinin meyarı kimi baxıla bilər. 

Xarici  bölmənin  fəaliyyətinin  qiymətləndirilməsi  onun  rəhbərinin  əməyin 

qiymətləndirilməsi  mexanizmindən  və  meyarlarından  fərqlənir,  hərçənd,bəzi  maliyyə  və 

marketinq  meyarları  hər  iki  halda  istifadə  edilir.  Şirkətin  xarici  bölmələrinin  fəaliyyətinə 

nəzarət  edilməsində  və  onun  qiymətləndirilməsində  baş  şirkətin  mərkəzi  xidmətlərinin 

əməkdaşlarının onun filiallarının və törəmə şirkətlərinin əməkdaşları ilə şəxsi əlaqələri də 

əhəmiyyətlidir. 

Bu  informasiya  mübadiləsinə,  kollektivdə  iqlimi,  işgüzarlıq  və  marketinq 

mədəniyyətinin  səviyyəsini  hiss  etməyə  imkan  yaradır.  Xarici  bölmələrdən  əməkdaşları 

dəvət  etməklə  müntəzəm  görüşlər  və  yığıncaqlarda  bütövlükdə  şirkətin  beynəlxalq 

marketinq  işinin  təkmilləşdirilməsi  formalarından  biridir,  çünki  şirkətin  inkişaf  planının 

istiqamətlərinə,  nəzarət  prosesinin  təşkilinə  dair  və  bir  çox  başqaları  haqqında  dəyərli 

informasiya almağa imkan verir. 

Heablamaların  son  məqsədi  şirkətin  mövcud  beynəlxalq  marketinq  əməliyyatları 

kompleksinin  təkmilləşdirilməsindən  və  istehsal-satış  fəaliyyətinin  ümumi  rentabelliyinin 

yüksəldilməsindən ibarətdir. 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling