AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet13/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

Pulun  

diktaturası 

 

 



139 

iqtisadi azadl

ıq ola bilməz. Bu gün bəzi ölkələrdə bir nomen-

kla


tura sahibkarlığı mövcuddur. İqtisadi azadlıq həm istehlakçı-

da, h


əm də istehsalçıda şəxsi marağı genişləndirir. Şəxsi azad-

lıqla  iqtisadi  azadlığın  vəhdəti üçün iqtisadiyyat demok-

ratikl

əşməlidir. 

XX 


əsrin 60-70-ci illərində Cənubi Koreya, Tayvan, Çili, 

İndoneziyada, əsrin sonunda isə Çində iqtisadiyyatın liberallaş-

ma

sı  nəticəsində  vətəndaşlar  üzərində  nəzarət demək olar ki, 



iti

rilmişdir. 



Sosial sabitliyi saxlamaq üçün iqtisadiyyatın liberallaş-

ması  labüd  prosesdir.  İqtisadi  demokratiya  əslində  iqtisa-

diyyatın liberallaşdırılmasından başlayıb. 

Dövl


ət mülkiyyəti nə qədər bir əldə mərkəzləşdirilirsə və tə-

m

ərküzləşdirilirsə, bir o qədər də diktaturaya meyil güclənir. Bu 



şəraitdə isə normal iqtisadiyyatdan danışmağa dəyməz. 

İqtisadiyyatın  liberallaşdırılması  xarici  iqtisadi  əlaqələrin 

in

kişafından çox asılıdır. Belə ki, idxal və ixrac ölkənin inkişaf 



s

əviyyəsinə görə müəyyən həddə qədər liberal olmalıdır. Dövlət 

id

xalın və ixracın həvəsləndirilməsi üçün müxtəlif növ vergi gü-



z

əştləri tətbiq etməlidir. 



İqtisadi azadlıq siyasi plüralizmə rəvac verir. İqtisadi 

azad

lıq orta sinfi doğurur, vətəndaşların dövlətdən asılılığı-

nı azaldır. O yoxsulluğun azaldılması ilə sıx bağlıdır. 

                                                                                                        

r

əyə  1920-ci ildə  mühacirət  etmişdir)  azadlığı  iki  qismə  bölür: neqativ və 



pozitiv azadlıq. Berlin pozitiv azadlığı bəşəri və ya ictimai məqsədlərin əldə 

edilm


əsi azadlığı kimi müəyyənləşdirir. “Azadlıq” sözünün pozitiv mənası 

f

ərdin öz şəxsi həyatının sahibi olmaq istəyindən irəli gəlir. Neqativ azadlıq 



is

ə  cəmiyyət və  dövlətin  insanın  muxtariyyətinə  müdaxilə  etməməsi üçün 

g

ərək olan azadlıqdır. (Bax: Yenə orada, s. 339, 344). 



F

əlsəfi nöqteyi-nəzərdən  azadlıq  insanların  idrak  və  zərurətə 



yiy

ələnməsi vasitəsilə  nail  olduğu  real  sərbəstlikdir.  İnsanın  yaşadığı 

c

əmiyyət nə qədər azad olarsa, o, özü də bir o qədər azad olar. Digər 

t

ərəfdən,  şəxsiyyət  daha  çox  inkişaf  etdikcə, cəmiyyətdən də  daha çox 

azadlıq tələb edir. Dünyada insan azadlığından qiymətli heç nə yoxdur. 

Pulun  

diktaturası 

 

 



140 

Sözün 


əsl mənasında hər hansı bir ölkə yüksək azad iqtisa-

diyyata  malikdirs

ə, orada digər azadlıqlar da mövcuddur. Yəni 

t

əkcə iqtisadi sahədə deyil, siyasi, ideoloji, mənəvi və s.  



2006-

cı ildə «State of World Liberty» təşkilatı dünya ölkə-

l

ərinin  azadlıq  xəritəsini tərtib  etmişdir.  Burada  üç  meyar  əsas 



götürülmüşdü:  insan  (fərdi)  azadlığı,  iqtisadi  azadlıq  və  höku-

m

ətin siyasəti. Qeyd etmək lazımdır ki, iqtisadi azadlıqla şəxsi 



azadlığın  birlikdə  təhlili və  ümumiləşdirilməsi buna qədər heç 

bir t


əşkilat tərəfindən araşdırılmamışdır. 

X

əritəyə  159 ölkə  daxil  edilmişdir.  Qiymətləndirmə  100 



bal

lıq sistem üzrə aparılmışdır. İlk onluğa aşağıdakı ölkələr da-

xil

dir:  Estoniya,  İrlandiya,  Kanada,  İsveçrə,  İslandiya,  Baham 



Ada

ları, Böyük Britaniya, ABŞ, Kipr və Yeni Zelandiya. 

İlk baxışda elə görünə bilər ki, demokratiya geniş mənada 

azadlıqlar gətirməklə sivilizasiyanın mühüm meyarı olan ədalət 

yaradır, lakin tarixi təcrübə göstərir ki, demokratiyanın özünün 

d

ə  effekti müəyyən ölçülər daxilində  olur.  İfrat  demokratik 



siyas

ət və  azadlıqlar  müəyyən  şəraitdə  anarxiya üçün, cəmiy-

y

ətdə  müəyyən amillərin təsiri ilə  formalaşmış  harmoniyanın 



pozulması üçün şərait yaradır. 

Demokratiya h

ər  hansı  bir  cəmiyyətin ancaq tələb etdiyi 

ölçül


ərdə effektlidir. Onun bundan artıq olması yol verilməzdir. 

Başqa sözlə, cəmiyyət demokratiyaya hazır olduqda bu demok-

ratiya institutu m

əqsədəuyğun hesab olunur.  

C

əmiyyətdə iqtisadi artım və daha yüksək gəlir səviyyəsi 



h

əm də demokratiyaya gətirib çıxarmalıdır və yaxud bu məqsə-

d

ə  uyğun  gəlməlidir.  Demokratiyanı  qoruyub  saxlamaq  üçün 



yüks

ək iqtisadi inkişaf lazımdır. 

İqtisadi azadlıq iqtisadiyyatı yüksəldə bilər, ancaq demok-

ratiyaya aparmaya da bil

ər. Çünki cəmiyyətdə tam iqtisadi azad-

lıq  mümkün  deyil.  Məsələn, Honkonq, Sinqapur və  Avstraliya 

azad iqtisadiyyatlı ölkələrdir. Zəngin təbii ehtiyatlara malik olan 

v

ə bunun nəticəsində yüksək gəlir əldə edən ölkələr də iqtisadi 



azadlığa və demokratiyaya nail olmaya da bilərlər. Əksinə, de-

Pulun  

diktaturası 

 

 



141 

mokratiya olan ölk

ələrdə  iqtisadi  azadlığın  mövcudluğu  daha 

real görünür. 

Siyasi v

ə iqtisadi azadlıqlar bir-birini tamamlamalıdır. İqti-

sadiyyat üzr

ə 1976-cı ildə Nobel mükafatı laureatı ABŞ iqtisad-

çısı  Milton  Fridman  1962-ci ildə  yazmışdır  ki,  tarixdə  siyasi 

azad


lıq ilə azad bazar arasında əlaqədən çox danışırlar. Mən yük-

s

ək  siyasi  azadlıq  dərəcəsinə  malik olan və  eyni zamanda əsas 



iqtisadi f

əaliyyətin təşkili üçün azad bazara bənzər hər hansı bir 

şeydən istifadə  etməyən cəmiyyət nümunəsinin  hansı  zamanda 

v

ə  hansı  məkanda isə  mövcudluğu  barədə  heç nə  bilmirəm. O 



t

əsdiq edir ki, iqtisadi azadlıq və siyasi azadlıq bir-birini tamam-

la

yır.  Bunlar  bir-birindən tədric  edilmiş  halda  mövcud  ola  bil-



m

əz, olsa da müvəqqəti hal kimi qəbul edilməlidir. Siyasi və iqti-

sadi  azadlıqlar  arasında  qarşılıqlı  əlaqələr mürəkkəbdir və  heç 

cür birt


ərəfli xarakter daşımır

1



Latın  Amerikasında  25-30 ölkə  var, bunlardan iki-üçünü 

çıxmaq şərtilə qalanları antidemokratik dövlətlər hesab edilir. Tə-

bii ki, bunların səsi BMT-də qərarların qəbuluna şərait yaradır. 

BMT-d


ə  ölkələrə  regional prinsip əsasında  səs verilir. 

M

əsələn, ədalət naminə demək lazımdır ki, burada Azərbayca-



nın vəziyyəti ora iddia edən Ermənistanın vəziyyətindən yaxşı-

dır. Səs verən ölkələrin çoxu Azərbaycanın təbii ehtiyatlarından 

g

əlir  əldə  edirlər. Təbiidir ki, belə  şəraitlə  Azərbaycan-Ermə-



nistan münasib

ətlərinə  dair səsvermə  keçirilərsə, hər  şey  res-

publikamızın  xeyrinə  həll olunar. Çünki, səs verən ölkələr öz 

v

ətəndaşlarının  Azərbaycanda vəziyyətinin  yaxşı  olmasını  is-



t

əyəcəklər. Realist olanlar başa düşürlər ki, dünyanı maraq-



lar idar

ə edir. Təəssüf ki, bəzən demokratiya da bu prinsipə 

söyk

ənir. 

2006-


cı ildə ABŞ səfirliyinin şöbə rəisi Conatan Henik öz 

müsahib


ələrinin birində demişdir ki, ABŞ-ın Azərbaycanda bir 

                                                 

1

  Bax: Demokratiya: Gedil



əsi uzun bir yol. Demokratiya və 

Antidemokratiya Ant

ologiyası (e.ə. 430-b.e. 1998).  Bakı. 2002, s. 350-355. 


Pulun  

diktaturası 

 

 



142 

sıra maraqları var. Belə maraqların sayı dörddür – demokratik 

islahatlar,  energetika,  iqtisadi  inkişaf  və  təhlükəsizlik məsələ-

l

əri. Bizi bəzən  bir  marağı  digərinə  qurban verməkdə  ittiham 



edirl

ər. Əslində isə onlar bir-biri ilə bağlıdır. 

2006-

cı ildə Minsk Qrupunun yeni təyin olunan amerikalı 



sabiq h

əmsədri, dövlət katibinin Avropa və Avrasiya məsələləri 

üzr

ə  sabiq köməkçisinin müavini Metyu Brayza «Azadlıq» ra-



dio

sunun  Praqadakı  baş  redaksiyasının  əməkdaşlarına  geniş 

müsahib

ə verib. O göstərib ki, biz axmaq deyilik ki, demokrati-



yadan imtina ed

ək. Bəli,  bizim  enerji  maraqlarımız  da  var  və 

ç

əkinmədən deyirik ki, enerji – strateji maraqdır. Eyni zamanda 



bizim t

əhlükəsizlik, terrorizmlə mübarizə, hərbi münaqişələrin 

qar

şısının  alınması  və  region ölkələrinin  ərazi bütövlüyünün 



b

ərpası maraqlarımız da var. Mən onu nəzərdə tuturam ki, Gür-

cüstan daxilind

əki münaqişələr bu ölkənin ərazi bütövlüyü prin-

sipi daxilind

ə  həll edilməlidir.  Dağlıq  Qarabağ  münaqişəsinə 

g

əldikdə, bizim rəsmi mövqeyimiz Azərbaycanın  ərazi bütöv-



lüyünün d

əstəklənməsindən ibarətdir. Bizim üçüncü qrup ma-

raqlarımıza hər bir ölkədə daxili islahatlar, demokratik və bazar 

iqtisadiyyatı islahatları daxildir. 



ABŞ-ın  sabiq  prezidenti  oğul  Buş  öz nitqlərində  və 

h

ərəkətlərində ziddiyyətli addımlar atmışdır. O, ikinci inauqu-



rasiya m

ərasimindəki nitqində  demişdir  ki,  uzunmüddətli sta-

billik ancaq demokratiya say

əsində təmin oluna bilər. Biz ax-



maq deyilik ki, ist

ənilən ölkədə uzunmüddətli maraqlarımı-

zın enerji maraqları və ya təhlükəsizlik maraqlarından asılı 

ol

duğunu düşünək və demokratiyadan geri çəkilək. 

Corc  Buş  öz  çıxışında  qeyd  edib  ki,  kommunizm  iflasa 

uğradıqdan  sonra  nisbi  sakitlik  oldu.  İllər  sakit  ötüşdü.  Lakin 

sonra bird

ən-birə odlu-alovlu günlər başladı. Nə qədər ki, bütün 

dünya regionları qəzəb və istibdad içindədir, zorakılıq artacaq, 

ən möhkəm sərhədləri belə keçəcək, ölüm təhlükəsi yaradacaq. 

Tarixd

ə  nifrət və  qəzəbi  dağıda  biləcək,  tiranları  ifşa  edə-


Pulun  

diktaturası 

 

 



143 

c

ək, sadə və dözümlüləri mükafatlandıracaq bir qüvvə var 

– 

insan azadlığının qüvvəsi. 

Siyas


ətçilər hesablamışlar ki, Buş əgər 2001-ci ildə inau-

qurasiya m

ərasimindəki çıxışında azadlıq və demokratiya söz-

l

ərini 431 dəfə səsləndirmişdisə, 2005-ci ildə bu rəqəm 1564-



dür. O zaman amerikalıların 62%-i Buşun çıxışını yüksək qiy-

m

ətləndirmiş, 11%-i isə dəhşətli adlandırmışlar. 



Bunun n

əticəsi  SSRİ  dövründə  yaranmış  lətifəyə  bənzə-

yir. Amerika prezidenti il

ə Sovet İttifaqı Kommunist Partiyası 

M

ərkəzi Komitəsinin Baş Katibi öz ölkələrində demokratiyanın 



in

kişafından  danışırlar  və  hərəsi öz ölkəsini daha demokratik 

sa

yır.  Amerika  prezidenti  deyir  ki,  onun  ölkəsində  kim istəsə 



Ağ Evin qarşısında prezidenti söyə bilər. Sov.İKP MK-nın Baş 

Katibi d


ə deyir ki, SSRİ-də də belə demokratik şərait var: «Biz-

d

ə  də  hər bir vətəndaş  Kremlin  qarşısında  –  Qızıl  Meydanda 



ABŞ prezidentini istədiyi qədər söyə bilər». 

Ayrı-ayrı  epizodlar  hələ  ölkənin  demokratik  inkişafına 

d

əlalət etmir. Sosializmdən ayrılmış Çexiyanın paytaxtı Praqa-



nın polis rəisi Vladislav Hursak 2006-cı ildə özünü üç ay müd-

d

ətinə sürücülük hüququndan könüllü surətdə məhrum edib. O, 



ey

ni zamanda uşaqlara yardım göstərən xeyriyyə fondunun he-

sa

bına 440 dollar köçürməyi qərara alıb. Hursakın özü barəsin-



d

ə belə qərar qəbul etməsinə səbəb isə ölkənin populyar qəzeti-

nin 

əməkdaşlarının  polis  rəisini  maşını  yüksək sürətlə  (saatda 



190 kilometr) sürdüyün

ə görə ifşa etmələri olub. Rəis ona yö-

n

ələn ittihamları qəbul edib, səhvini boynuna alıb və bütün Çe-



xiyadan üzür ist

əyib. 


C

ənubi Amerikada yerləşən Paraqvayın polisi 2009-cu il-

d

ə ölkənin prezidenti Fernando Luqonu yol hərəkəti qaydalarını 



pozduğuna  görə  cərimələmişdir.  Prezident  qadağan  olunmuş 

ərazidə  ötmə  əməliyyatını  pozduğuna  görə  polislər tərəfindən 

sax

lanılmış və 104 dollar cərimə edilməklə, bir il sürücülük hü-



ququndan m

əhrum edilmişdir. Hətta polislər onu sükan arxasın-

dan enm

əyə və yerini cangüdənə verməyə məcbur ediblər. 



Pulun  

diktaturası 

 

 



144 

H

ər iki epizod Qərbsayağı demokratiyadır.  



Bu heç d

ə o demək deyil ki, artıq Çexiya və Paraqvay tam 

demokratik ölk

ədir.  Lakin  demokratiyanın  dəyərlərini qiymət-

l

əndirən, özünə  və  xalqına,  qanunlara  hörmət edən məmurlar  



mövcuddur. 

İtaliyanın  ədliyyə  naziri Klementi Mastella məhkəmə 

onun arvadı Sandra Lonardo Mastellanı ev dustağı kimi cəza-

lan


dırdığına görə 2008-ci ildə vəzifəsindən imtina etmişdir. 

«Ail


əmə və hökumətə olan sevgim arasında seçim etmə-

liydim. M

ən ailəmi seçdim» deyən K.Mastella ədliyyə  naziri 

ol

masına baxmayaraq, arvadını ədalətsizlikdən müdafiə edə bil-



m

əməsindən şikayətlənib. Qeyd etmək lazımdır ki, ədliyyə na-

zirinin  arvadı,  Kampaniya  vilayətinin  regional  şurasının  sədri 

Sandra  Lonardo  Kazerta  şəhər xəstəxanasının baş  həkimindən 

rüşvət almaqda günahlandırılırdı.  

CAR-


ın müdafiə naziri Mosiuoa Lekota 2008-ci ildə də-

mir barmaql

ıqlar  arasına  düşməkdən  canını  güclə  qurtarıb.  O, 

heç d


ə külli miqdarda korrupsiyada təqsirli bilinməyib. Sadəcə 

olaraq, CAR-

ın  müdafiə  naziri  avtomobilini  normadan  artıq 

sür


ətlə idarə edibmiş. O, maksimum sürət 120km/saat olan yer-

d

ə 189 km/saatla hərəkət edibmiş. Məhkəmə isə olaya görə na-



zirin bir il h

əbs cəzası və ya bunun müqabilində pul cəzası ödə-

m

əsi barədə qərar çıxarıb. Müdafiə nazirinin pul cəzasını ödə-



m

əyə  razılıq verərək həbsdən qurtulduğu bildirilir. 

Bütün bunlar ayrı-ayrı epizodlar olsa da, müxtəlif ölkələrdə 

demokratik şəraitin necə olması haqqında müəyyən fikir yaradır. 



Bizim ölk

əmizə gəldikdə isə, bu gün qeyri-adi görünən 

hadis

ələr yəqin ki, gec-tez  reallığa  çevriləcək. Cəmiyyətin 

başqa inkişaf yolu görünmür. 

H

ələlik isə, hətta düzgün seçilmiş yol hesab etdiyimiz bazar 



münasib

ətlərinin müvəffəqiyyət  qazanılacağına  tam  təminat 

verm

ək düzgün olmazdı. Heç kəs iddia edib deyə bilməz ki, bazar 



münasib

ətləri bütün problemləri həll edəcəkdir.  Əksinə, bazar 

münasib

ətləri yeni problemlər  doğurmuş,  bəzi insanlarda 



Pulun  

diktaturası 

 

 



145 

inamsızlıq yaratmış və əgər idarəçilikdə köklü dəyişiklik edilmə-

s

ə, bizi nələr gözləyir demək çətindir. Söhbət təkcə  bizim ölkə-



mizd

ən deyil, bu istiqaməti  tutmuş  bütün  dünya  ölkələrindən 

gedir. 

O da aydındır ki, bazar münasibətləri heç də hamının 

ür

əyincə deyil, ləngitmə qüvvələri hələ böyük və təhlükəli-

dir. Onlar fürs

ət düşən kimi əvəz çıxmağa çalışırlar. 

Lakin,  kimin  xoşuna  gəlib-gəlməməsindən  asılı  olmaya-

raq yol seçilmişdir. Bu yol bazar iqtisadiyyatıdır. Məsələn, aka-

de

mik N.Şmelyovun fikrincə, Rusiyada bazar işləmir



1

. O, bunu 

bir sıra misallarla sübut etməyə çalışır. Doğrudan da belə inki-

şaf  nə  Rusiyada, nə  də  Azərbaycanda hələ  bazar  iqtisadiyyatı 

dem

ək deyildir. Burada, bazar iqtisadiyyatının bir sistem kimi 



bütün komponentl

ərinin, mexanizmlərinin xalis fəaliyyəti nə-

z

ərdə tutulur. 



B

əziləri stalinizmin, digərləri brejnevçiliyin, bir başqaları 

is

ə  qorbaçovçuluğun  həsrətini çəkir, bir qrup isə  hadisələrin 



m

əntiqi və reallıqları ilə hesablaşmayaraq onun gedişini tələs-

dirm

əyə  çalışırlar.  Halbuki  siyasətdə  yolu seçmək və  həmin 



yolda büdr

əməmək eyni dərəcədə  vacibdir.  Əks  mövqelərdən 

h

ər  biri  vacib  işlərdən  yayındırır,  qiymətli  vaxtın  itirilməsinə 



s

əbəb olur.  

İqtisadi demokratiyanın iqtisadi inkişafla, demokratik in-

ki

şafla  əlaqəsini epizodik görünən bu faktlarla izah etməyə 



c

əhd etdik. İqtisadi demokratiya haqqında yaranan ümumi 



an

layış belə deməyə əsas verir ki, bir cəmiyyət hadisəsi kimi 

bu  da  insan  davranışlarından  ibarətdir.  Bu  davranışların 

is

ə psixoloji, mənəvi, milli, dini aspektləri də mövcuddur və 

bunlar heç d

ə az əhəmiyyət kəsb etmir. Məsələn, eyni inkişaf 

m

ərhələsini keçən, eyni səviyyədə qanunvericilik bazasına, hü-



quqi bazaya malik müxt

əlif xalqlarda demokratiya ilə, o cümlə-

d

ən iqtisadi demokratiyaya münasibət onun dərk  olunması  və 



                                                 

1

 



Bax: «Вопросы экономики» журнал. 2006,  № 2,  с. 156.  

Pulun  

diktaturası 

 

 



146 

istifad


əsi müxtəlif ola bilər. Bir həqiqət də vardır ki, istənilən 

c

əmiyyət hadisəsini (o insanlarla bağlı olduğu üçün) maraq-

landıran,  bu  maraqların  reallaşdırılması  vasitəsi olan pul-

dan k

ənarda təsəvvür etmək mümkün deyildir.    

Pulun  

diktaturası 

 

 



147 

IV FƏSİL 

 

PUL SİYASƏT VƏ İQTİSADİYYATDA MÖCÜZƏLİ 

ALƏT KİMİ 

 

4.1. Pulun etimologiyası və təkamül mərhələləri 

 

Peşəkar  iqtisadçılar  üçün  sadə  görünsə  də,  geniş  oxucu 



kütl

əsi üçün pul nədir  sualı  dünən, bu gün və  sabah  da maraq 

dair

əsindədir. Pula verilən elmi təriflər,  pul  haqqında  müxtəlif 



deyiml

ər bu möcüzəli, sirli, cazibədar, eybəcər təsəvvürolunmaz 

güc v

ə  qüdrətə  malik olan hadisənin  tam  anlayışını  yaratmaqda 



yen

ə  də  acizdir. Bəşər  sivilizasiyasına  meydan  oxuyan dünyada 

bütün müharib

ələrin, toqquşmaların səbəbi olan, həm də insanlara 

z

ənginlik gətirən, maddi dünya adlanan bir dünyanı formalaşdıran 



pul haqqında bir daha bəhs etməyi lazım bilirəm.  

N.B.Şulevski doğru olaraq yazır: “Pul – hətta fenomen də 

deyil o noumendir” (y

əni yenilik baxımından fenomenin daha 

yüks

ək səviyyəsi. Məsələn, insan noumeni – tarixdə şəxsiyyə-



tin,  induviduallığın  rolu.    (Kursiv  Ş.Q.).  Burada  bir  paradoks 

şahidə olunur. Pullarda və pullar vasitəsilə hansısa daimi və 



sonsuz subyekt t

əsir göstərir. Demək olmaz ki, bu subyekt 

ölümsüzdür, lakin onun g

ələcəyi də hələlik ifşa olunmayıb. Heç 

kim pulun m

ənasını,  yaranma  mənşəyini bilmir. Amma pulun 

subyekti çox yaxşı bilir ki, insan mövcuddur, o nəyə görə dün-

yaya  lazımdır,  ondan  özü  üçün,  öz  dostları  üçün  və  dünyanın 

sahibi  üçün  hansı  faydanı  götürmək mümkündür. Pullarda 

insanın özünüdərk tapmacası gizlədilmişdir.

1

 

Genezis  baxımından  pulun  meydana  gəlməsi ictimai 



əmək bölgüsü ilə bilavasitə bağlıdır. Tarixdə birinci böyük icti-

mai 


əmək bölgüsünün meydana gəlməsi nəticəsində  istehsal 

                                                 

1

 Bax: 


Шулевский Н.Б. Деньги – Логос – Инкогнито мира. «Россия как 

цивилизация  денег».  Под  редакцей  проф.  Ю.М.Осипова;  проф. 

М.М.Гузева и др. Москва – Волгоград – 2008, с.11.  


Pulun  

diktaturası 

 

 



148 

olunan müxt

əlif məhsulların miqdarı artmağa başlamışdır. Bu-

nunla da mübadil

ə prosesi genişlənmiş, daha çox məhsul əmtəə 

mübadil


əsinə daxil olmuşdur. 

N

əticədə  isə  əmtəələrin dəyəri ekvivalent rolu oynayan 



bir çox 

əmtəələrin istehlak dəyərində öz ifadəsini tapır, yəni da-

ha çox 

əmtəə  ekvivalent  rolunda  çıxış  edir.  Bununla  bərabər, 



əmtəələrin mübadilə edildiyi miqdar nisbətləri əvvəlkindən sa-

bit xarakter alır. Lakin vahid ölçünün olmaması mübadilədə çə-

tinlikl

ər yaradır. 



İctimai  əmək bölgüsünün və  mübadilənin dərinləşməsi 

n

əticəsində əmtəələr aləmindəki bütün digər əmtəələrə mübadi-



l

ə edilə biləcək bir əmtəənin ümumi ekvivalent rolunda çıxış et-

m

əsinə  zərurət  yaranır.  Pulun  əmələ  gəlməsini A.Smit  əmək 



bölgüsünün meydana g

əlməsi ilə və cəmiyyətin «ticarət ittifaqı-

na» çevrilm

əsi ilə əlaqələndirirdi. O hesab edirdi ki, mübadilə 

iştirakçıları bir-birilə mübadilə prosesində müəyyən çətinliklər-

l

ə üzləşirdilər. Lakin pulun yoxluğundan irəli gələn mübadilə-



nin texniki ç

ətinliklərini A.Smit pulun meydana gəlməsinin 

izah edilm

əsində çıxış nöqtəsi hesab etmir. Əksinə o, bu çətin-

likl

əri  əmək bölgüsünün dərəcəsi ilə  müəyyən olunan müba-



dil

ənin inkişaf şərtlərindən çıxarır. Smit yazır ki, hər bir ağıllı 

insan 

əmək bölgüsü əmələ  gəldikdən sonra cəmiyyətin hər 



hansı bir inkişaf pilləsində, təbiidir ki, öz işlərini qurmağa elə 

çalışmalıdır ki, daim özünün xüsusi peşəsinin xüsusi məhsulları 

il

ə  yanaşı,  onun  fikrincə,  öz  peşəsinin məhsuluna dəyişməyə 



heç kimin imtina etm

ədiyi müəyyən miqdar əmtəəyə  malik 

olsun

1

. Bel



əliklə, mübadilə münasibətlərinin inkişafı labüd ola-

raq  pulun meydana g

əlməsinə gətirib çıxarır. 

Heç d


ə  təsadüfi  deyildir  ki,  ingilis  iqtisadçısı  L.Harris 

«Pulun n


əzəriyyəsi»  kitabında  pulun meydana gəlməsi və 

                                                 

1

  Ба х : 



Адам  Смит  и  современная  политическая  экономия.  Под  ред. 

Н.А.Цаголова.  М.,  Изд-во  Моск.  Ун-та,  1979,  с.  140;  Смит  А.  Иссле-

дование о природе и причинах богатства пародов. М.: 1962,  с. 33. 


Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling