AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
Download 5.13 Mb. Pdf ko'rish
|
Pulun diktaturası
212 qal
masına şərait yaradılıb. Krallıqda qadınların mehmanxanada qal
masına onların şəxsiyyətini təsdiq edən sənəd təqdim etmək şərtilə icazə verilib. C əmiyyət inkişaf etdikcə qadınlara münasibət də tədricən d əyişməyə başladı. XIX əsrin sonu XX əsrin əvvəllərində qadın- lar öz hüquqları uğrunda mübarizəyə qalxdılar. 1910-cu ildə Da- ni markanın paytaxtı Kopenhagen şəhərində sosialist qadınların beyn əlxalq konfransı olmuşdur. Həmin konfransda məşhur icti- mai xadim v ə inqilabçı qadın Klara Setkinin təklifi ilə hər il mar- tın 8-də bütün ölkələrdə Beynəlxalq qadınlar günü keçirilməsi q ərara alınmışdır. 1948-ci ildə isə BMT-də qadının bir insan kimi hüquqları bərpa olundu. 1975-ci ildə BMT-nin qərarı ilə Beyn
əlxalq qadın ili elan olundu. XX v
ə XXI əsrdə qadınlar siyasətdə, incəsənətdə, hərbdə, elmd
ə və hətta terrorda özlərini sınadılar. Radioaktivlik haqqında t əlimin banilərindən biri polyak Sklodovskaya-Küri iki dəfə, qızı Jolılo Küri bir dəfə Nobel mükafatına layiq görüldü. İsrail dövlətinin inkişafında böyük xidmətlər göstərmiş Qol da Meir Əmək naziri vəzifəsində işləyərkən, ölkədə kütləvi immiqrasiyaya baxmayaraq onun f əaliyyəti nəticəsində işsizlik dem ək olar ki, yox idi. Qətiyyətinə görə onu Ben-Qurionun hö- kum ətində yeganə kişi adlandırırdılar. XX əsr böyük siyasətçi İngiltərənin baş naziri «dəmir ledi» adını daşıyan Marqaret Tetçeri, Pakistanın keçmiş baş naziri, Şərqin «d əmir ledisi» sayılan Bənazir Bhuttonu dünyaya gətirmişdir. Müasir dövrd ə qadınlar bütün sahələrdə uğur qazanmaqla ya- naşı, ən çox siyasətlə və sahibkarlıqla məşğul olurlar. ABŞ, Kana- da, Almaniya, Fransa, İngiltərə, Rusiya, Ukrayna, Türkiyə, Finlan- diya, Norveç, Şri-Lanka və digər dövlətlərdə qadınlar dövlət katibi, baş nazir, müdafiə və xarici işlər naziri kimi mühüm vəzifələr tutur. B əzi filosofların, iqtisadçıların və psixoloqların fikrincə, ki- şilər üçün həlli çətin problemlərin öhdəsindən qadınlar asanlıqla g əlir, onlara qayğı və məsuliyyətlə yanaşırlar, hətta riskə getmək- d ən belə çəkinmirlər. Pulun diktaturası
213 Qadınlar daha yüksək etik normalara və insanlarla daha yax şı münasibət yaratmaq qabiliyyətlərinə malikdirlər. 5.2. «İnsan kapitalı» nəzəriyyəsində ailə problemi
XX əsrin 50-ci illərində iqtisadi nəzəriyyədə «insan kapita- lı» anlayışı meydana gəldi və bir sıra müəlliflər problemin müx- t əlif tərəflərini tədqiq etməyə başladılar. Bundan əvvəl isə iq- tisadi ədəbiyyatda tarixən bu anlayışı «əmək», «iş qüvvəsi» kimi işlədirdilər. 1 H ətta bəzi iqtisadçılar «insan kapitalı»nı iş qüv- v əsinin çevrilmiş forması kimi şərh etmişlər 2 . Professor N.Qreqori Menkyu kapitala iqtisadiyyatdakı ava- danlıq və qurğuların cəmi, insan kapitalına isə insanların istehsal f əaliyyəti üçün hazırlanmasına qoyulan investisiyanın məcmu ifad əsi kimi baxır 3 .
ABŞ iqtisadçısı professor Teodor Şults 1979-cu ildə, professor Qarri Bekker is ə 1992-ci ildə Nobel mükafatına layiq gö- rülmüşlər. T.Şults insan kapitalı nəzəriyyəsinin əsasını qoymuş- dur. O, t ədqiqatında belə nəticəyə gəlmişdir ki, ABŞ iqtisadiy- yatı uzun müddət ərzində «maddi kapitala» nisbətən «insan ka-
1 Qeyd: Vaxtil ə problem müxtəlif səpgidə V.Petti, A.Smit, K.Marks, C.Mill, A.Marşall, J.B.Sey, L.Valras, V.Pareto, İ.Fişer və s. iqtisadçılar tərəfindən öyr ənilmişdir. Müasir dövrdə digər məşhur iqtisadçılar da «insan kapitalı» problemin ə toxunmuşlar. Məsələn: S.Minker, E.Denison və s. (Bax: А.О.Вереникин. Человеческий капитал: концептуалные основания и особенности проявления. «США. Канада: Экономика. Политика. Культура». Журнал. 2005. № 3, с. 85; Nobel mükafatı almış iqtisadçılar və onların nəzəriyyələri. Bakı.: «Elm» nəşriyyatı. 2004, s. 80-82, 136-140, 200). 2
XXI века. «Вопросы экономики». Журнал. 2006. № 3, с. 131.
3 Bax: N.Qreqori Menkyu. Ekonomiksin əsasları (Azərbaycan dilində). Harvard Universiteti. 2004, s. 412-413.
Pulun diktaturası
214 pitalı»ndan daha çox mənfəət əldə etmişdir. XX əsrin ikinci yarısında dünya iqtisad ədəbiyyatında in- san kapitalı problemi makro və mikroiqtisadi səviyyədə işlənmə- y ə başlamışdır. Q.Bekker öz tədqiqatlarında «iqtisadi ailə» probleminin mühüm istiqam ətlərini ümumiləşdirmiş və müəy- y ən nəticələr çıxarmışdır. Ona görə mikroiqtisadiyyat səviy- y əsində gündəlik həyatımızda üzləşdiyimiz problemlərin hamısı son n əticədə ailənin iqtisadi problemləri ilə bağlı olur. Məsələn, nikah, bo şanma, uşaqların anadan olması haqqında qərarlar q əbul edilməsi, uşaqların sayı, tərbiyəsi və s. kimi hadisələr. Müt əxəssislərin fikrinə görə Qarri Bekker tədqiqatının nəti- c ələri həm xüsusi, həm də dövlət səviyyəsində kapitalın «insan amili»n ə qoyulmasının iqtisadi cəhətdən məqsədəuyğunlu- ğunun sübut olunmasına aid idi. Q.Bekker «insan kapitalı»nı tədqiq edərək aşağıdakı nəti- c ələrə gəlib: 1.
tirm əyə tələsmir. Ona görə ki, yaşadığı cəmiyyətdə həyat stan dartları onun əməkhaqqına uyğun gəlmir. Məlumdur ki, ba zar iqtisadiyyatı şəraitində uşağın təhsilinə çox miqdarda pul s ərf olunur. Yüksək gəlir əldə edən ailələrdə isə uşağın tərbiyəsi- n ə və təhsilinə daha çox vəsait lazımdır. Çünki hər bir ailə cə- miyy ətə gözəl, tərbiyəli və savadlı vətəndaş bəxş etmək istəyir 1 .
əbəbdən hər bir ailə az uşaq dünyaya gətirməkdə maraqlıdır. Ona gör
ə də inkişaf etmiş ölkələrdə doğum faizi aşağıdır. Bu m
əsələnin təhlilində Y.A.Vasilçukla razılaşmamaq müm
kün deyil. O yazır ki, məsrəflərin kapitallaşmasının ən ümu
mi formulu bir çox şeyləri hesaba almır. Belə ki, o “görmür ki”, uşaq haqqında qayğı doğulmasından daha çox-çox öncə baş- la nır və heç də onun 18-20 yaşa çatdığında yekunlaşmır, ailənin bir çox dig ər xərcləri birbaşa olmasa da dolayısı ilə bu investisi-
1 Qeyd: Ümumiyy ətlə o qadın gözəl və ağıllıdır ki, cəmiyyətə lazım olan bir övlad böyüdüb, t ərbiyə edir.
Pulun diktaturası
215 ya qoyuluşu prosesində iştirak edir. Faktiki olaraq uşaqların və g ənclərin formalaşması illərindəki ailənin az qala bütün xərcləri yeni n əslin psixoloji, intellektual və mənəvi sağlamlığı üçün zə- ru ridir. İnsana kapital qoyuluşlarının bu kimi prosesindən keç- miş hər bir nəsil özündə ailələrin daxilində yaradılan və bu mü- r əkkəb, yaxud yaradıcı istehsal əməyinə qabil olan insanların g ələcək qazanclarında reallaşdırılan nəhəng yeni əlavə olunmuş d əyər daşıyır. 1
Boşanmağı düşünən ər-arvad iqtisadi cəhətdən daha yaxşı vəziyyətdə olmayacağını başa düşdükcə boşanmadan əl çəkir. Əgər ərin və arvadın (xüsusilə də qadının) pul və- saitl əri imkan verərsə, onlar sərbəst yaşamağı daha üstün tuturlar. Bu baxımdan Q.Bekker belə bir nəticəyə gəlir ki, qa- dın işləməyə başlayan andan boşanmaların sayı artır. Belə bir hal mövcuddur. C əmiyyət insanlara bol-bol «azadlıq» verdikc ə, bu nəticə daha da özünü eybəcər şəkildə göstərir. Qa dın fikirləşir ki, özüm-özümü saxlaya bilərəm nə üçün başqasına qulluq etməliyəm. Eqoizm insanlarda belə bir psi xologiya yaradır. 2 Müasir dövrd ə bu sahədə bir paradoks yaranıb. İngiltərə
ABŞ prezidenti Barak Obama 2012-ci ildə gənclər qar-
1 Bax: Васильчук Ю.А. Социальное развитие человека в ХХ веке. Фактор денег. // Общественные науки и современность. 2001. №4, с.25, 2 Qeyd: Son ill ərdə respublikamızda qadın müğənnilərinin sayının artması bu- na
əyani sübutdur. Bir az səsi olan qadın ərindən boşanaraq müğənniliyə baş- la yır. Çünki toylar həm onlara şöhrət gətirir, həm də pul. Pulun diktaturası
216 şısında çıxışı zamanı söylədiyi fikir ailə problemini yaşayan öl- k ələr üçün sanki bir örnəkdir. O, deyib: “Amerikada yaşayın və h ələ evlənməmiş oğlanlara bir tövsiyəm var. Ən qısa zamanda ça lışın gözəl, yaxşı ailə tərbiyəsi almış və sağlam genləri olan qızlarla evlənin. Əgər evləndiyiniz qızın genləri yaxşı olsa öv- lad larınızın da tərbiyəsi yaxşı olacaq”. 1
Bu fikirl ər bizim atalar sözlərimizlə necə də eynidir: “Ana sı gəzən ağacı, balası budaq-budaq gəzəcək”. Biz bəzən Q ərbi çılpaqlıqda, açıqlıqda, pozğunluqda qınayırıq. Ancaq hə- yat göst ərir ki, Qərb sanki Şərq ailə problemlərinə daha da ya- xındır və üstünlüklərdən bəhrələnmək istəyir.
Nobel mükafatı laureatları - Herbert Saymon (ABŞ-1978), Da niel Kaneman (ABŞ-2002), Morris Alle (Fransa-1988) «iqti- sadi insan» modelini t ənqid ediblər. Dig ər məşhur iqtisadçılar da «insan kapitalı» probleminə to xunmuşlar, məsələn: S.Munser, E.Denison və b 3 . Daha d
əqiq des
ək, Munser və Denison bu nəzəriyyəni inkişaf etdirərək öz modell
ərini təklif etmişdilər. Qadınların uşaq doğumunda yaş həddinin rolunu müəyyən-
1 Bax. “Yeni Müsavat” q əzeti. №111 (5120) 30 aprel 2012-ci il. 2
Bax: Гарри Беккер. Семья. Экономическая теория / Под ред. Дж. Иту- элла, М.Милгейта, П.Ньюмена: Пер. с англ. / научн.ред.чл-корр. РАН А.С.Автомонов – М.: ИНФРА – М.: 2004, с. 308-322; Ş.Qafarov. Müasir iqtisadi sistem v ə qloballaşma (Monoqrafiya). Bakı.: 2005, s. 249-251. 3
Qeyd: Eyni zamanda bax: А.О.Вереникин. Человеческий капитал: кон- цептуальные основания и особенности проявления. США. Канада: Эко- номика. Политика. Культура. 2005. № 3, с. 85; Nobel mükafatı almış iq- tisad
çılar və onların nəzəriyyələri. Bakı.: «Elm» nəşriyyatı. 2004, s. 80-82, 136-140, 200. Pulun diktaturası
217 l əşdirmək üçün və iqtisadi nöqteyi-nəzərdən səmərəliliyi öy- r ənmək məqsədilə Amerika alimləri araşdırmalar apararaq belə n əticəyə gəlmişlər ki, uşaq dünyaya gətirməyin bir il gecik- dirilm əsi həyat səviyyəsini ən azı 10% yaxşılaşdırır. Sahibkar, işgüzar qadınların 24 yaşda yox, 25 yaşda uşaq doğması isə illik g əlirin 3% və 4,7% artmasına gətirib çıxarır. Əgər bu proses 33 yaşına qədər davam etdirilsə, hər il gəlir yüksələ bilər. 2010-cu ild ə Böyük Britaniyada sosioloji tədqiqatların n əticəsi göstərib ki, ərə gedən qızların yaş həddi 30,1-ə yüksə- lib. Hansı ki, 1976-cı ildə orta yaş səviyyəsi 22,6 olub. (Burada söhb
ət yəqin ki, rəsmi nikahdan gedir, vətəndaş nikahından yox).
Britaniyalı qadınlar öz şəxsi həyatlarından 40 yaşdan sonra daha çox h əzz alırlar. Onların fikrinə görə intensiv və avantüralarla dolu olan h əyat 20 yaşında olandan daha ma- raq lıdır. Kişilər isə 32 yaşında evlənirlər. Ümumiyyətlə, müasir dövrd ə avropalı qadınlar mətbəx və paltar yumaq- dan çox t əhsil və işə meyil göstərirlər. Böyük Britaniya nevroloqları qadınların beyninin 40 ya şa çatdıqda kamilləşdiyi qərarına gəliblər. Onların araş- dırmalarının nəticəsinə görə qadınların beyninin 21 yaşında tam yetişməsi haqqındakı fikirlər yanlışdır. Qadınların bey- ni uşaqlıq və yeniyetməlik dövrü bitdikdən sonra da inkişafı davam etdirir. Onların beyninin arxa hissəsinin öz for- masını 30-40 yaş arasında mütəmadi olaraq dəyişdiyi üzə çıxıb. Bu hissə beynin əsasını təşkil edir və insanın ağlı, dərra- k əsi məhz bununla əlaqədardır. Lakin baş verən proseslər nəticəsində dünyada, xüsusilə d ə inkişaf etmiş ölkələrdə qadınlar arasında gec uşaq doğmağa me yilliliyin daha çox olduğu hiss olunur. Hətta son dövrlərdə yaş həddi artıq 40-a çatmışdır. Əlbəttə, tibb elmi bu fikri birmə- nalı qarşılamamışdır. Həyatda bu prosesin sürətlə inkişafına baxmayaraq b əzən gecikmə və səhlənkarlıq tənhalığa gətirib çı- xa rır. İnkişaf etmiş ölkələrdə əhalinin xeyli hissəsi tənhalıq- dan əzab və iztirab çəkirlər. Sivil ölkələrin statistikasına mü- Pulun diktaturası
218 raci
ət etməli olsaq görərik ki, son 25-30 ildə tənhalıq iyirmi də- f əyə qədər yüksəlmişdir. Mütəxəssislərin fikrincə, buna əsas s əbəb onların vaxtının çox hissəsini ofislərində keçirmələri və bütün probleml ərini internetlə həll etməklərindədir. Hətta son ill ər evlənmək istəyənlər kompyuter vasitəsilə xarakterləri- n ə uyğun insan axtarmağa çalışırlar. Belə hallar isə məhəb- b ət və insanlıq qayğılarından, ailə-uşaq sevgisini hiss et- m əkdən deyil, şəhvəti yox etmək üçün müvəqqəti müqavilə şərtləri ilə evlənməyə gətirib çıxarır 1 . 2008-ci ild ə dünyada tanınan «FOCUS» jurnalı yazır ki, t ədqiqatlar nəticəsində məlum olub ki, dünyada kişilərin sayı t ədricən azalacaqdır. Buna səbəb qadınların kişilərsiz də hamilə ol malarıdır. Lakin bu cür mayalanmada laboratoriya şəraitində ki şilərdə olan γ xromosomunun əldə edilməsi hələ ki, mümkün deyil. Bu xromoson olmadan is ə oğlan uşağı doğula bilməz. H ətta jurnal tədqiqatlara inanaraq kişi nəslinin kəsilməsi ta- rixini d ə göstərib: 1. 2108-ci ild ə qadınların kişilərsiz hamilə qala biləcəkləri kli- nikalar dünyaya yayılacaq;
1 Qeyd: Son ill ər İngiltərə tədqiqatçıları belə qənaətə gəlmişlər ki, qadınları sevm
ək üçün kişilərə cəmi 8 saniyə vaxt lazımdır. Əgər qadın kişinin xoşuna g əlmirsə 4 saniyə ərzində qərar çıxara bilər. Onların gəldikləri nəticəyə görə “ əsl məhəbbət” kişilərdə orta hesabla 4 ildən artıq davam etmir. Onlar sevgi his sinin qadınlarda daha çox olduğunu qeyd edirlər. Tədqiqatdan belə nəticə çıxır ki, qadınlar ömürlərində yalnız bir dəfə sevirlər. Kişilər isə ömürləri boyu 5- 8 qadını sevə bilərlər. Bu kişilərdə nəsil artırmaq tələbatının, qadınlarda isə əsas məqsədin uşaqları tərbiyə etməsi ilə izah edilir. Alimlər bunun səbəbini insan anatomiyası ilə şərh edirlər. Sevməyi isə, insan beynindəki müəyyən hüceyr ələrin hərəkətə keçməsi ilə yaranan emosional – impulsiv hiss kimi ay- dınlaşdırırlar. Sevən adam məhəbbət bəslədiyi adamdan başqa heç bir şey haqda fikirl əşmək iqtidarında olmur. Ən güclü sevgi hissini həyatda yal- nız bir dəfə keçirmək mümkündür. Bunu əsl sevgi adlandırırlar. Digər bütün halları isə ancaq seksual baxışdan cəlbediciliklə bağlayırlar. Hətta onlar bel ə nəticəyə gəliblər ki, məhəbbət insanın hərtərəfli inkişafına, xüsus ən yaradıcı insanlarda həyat fəaliyyətinin azalmasına mənfi təsir göst ərir. Pulun diktaturası
219 2. 2128-ci ild ə dünya əhalisinin 70 faizini qadınlar təşkil edəcək; 3. 2158-ci ild ə son oğlan uşağı dünyaya gələcək; 4. 2238-ci ild ə dünyada sonuncu kişi də öləcək və kainatda an caq qadınlar yaşayacaq. 2006- cı ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) doğum səviyyəsinin vəziyyətilə bağlı xüsusi hesabat ha zırlamışdır. Hesabata əsasən 15 Avropa ölkəsində hər qadına 1,3 uşaq düşür. Şərqi Avropada vəziyyət daha ağır olmuşdur – h ər qadına 1,2 uşaq düşürdü. Çexiya, Sloveniya, Latviya və Pol şa son illərdə dünya tarixinin ən aşağı doğum göstəricilərinə malik ol muşlar.
40 il bel ə davam etsə, Çexiya əhalisi təxminən 20 faiz aza lacaq. Yunanıstan, İtaliya və İspaniyada bu problem daha k əskindir. Fransada isə onlara nisbətən vəziyyət yaxşıdır – hər qa dına 1,8 uşaq düşür. Təhlil göstərir ki, normal olmasa da, hə- l əlik bu cür vəziyyət az-çox mühacirlərin hesabınadır. İrqçi hücumlarına məruz qalmalarına baxmayaraq Avropa h ələ də daha çox mühacirə ehtiyac duyur və qitəyə 2030-cu ildə 20 milyon əlavə işçi lazım olacaqdır. Mühacirlər arasında artım avropalılardan 3 dəfə çoxdur. Bu da ən çox Qərbi Avropadakı müs
əlman icmasının payına düşür. Mütəxəssislər Avropada artımın səviyyəsinin aşağı düşməsinin bir sıra səbəblərini gös- t ərirlər. 1.
Abortun leqallaşdırılması. 2.
Hamil əlik əleyhinə preparatlardan istifadə olunması. Bəzi ölk
ələrdə bunlara qadağa qoyulduğundan artım nisbətən yüksək- dir. M
əsələn, İrlandiya, Portuqaliya və Maltada. B əzi ölkələrdə, məsələn, Almaniya, Fransa, Çexiya və Ru siyada bir sıra proqramlar qəbul edilib. Məsələn, Rusiyanın prezidenti V.Putin 2006- cı ildən yeni demoqrafik proqram elan edib. Rusiyanı «insan böhranı»ndan xilas etmək üçün hazırlan- mış proqram 100 maddədən ibarətdir. Proqram yaxın 10 il üçün elan edilib v ə 10 ildən sonra, o yenidən müzakirə ediləcək. Bu iki m ərhələyə ayrılıb. 2010-cu ildə birinci mərhələyə yekun Pulun diktaturası
220 vuruldu v ə 2015-ci ilə qədər davam etdiriləcək. 2010-cu ildə, birinci m ərhələ başa çatdı onun səmərəsi və qüsurları öyrənildi v ə ikinci mərhələdə bunlar nəzərə alınacaq. Proqramda ən ümdə məsələlərdən biri Rusiya ərazisində do ğulmuş ikinci uşaq üçün ailəyə 250 min rubl məbləğində bir- d əfəlik müavinətin veriləcəyidir (Fars körfəzi ölkələrində bu m əbləğ bəzən 500 min dollara qədər qaldırılır). Bu o dövr üçün (2006- cı il) 8 min ABŞ dollarından bir qədər artıqdır. Bundan əlavə, hər bir uşaq üçün verilən aylıq müavinatın h əcmi də artırılıb: birinci uşaq üçün ayda 1500 rubl (təqribən 50 dollar), ikinci uşaq üçün isə 3000 rubl (100 dollar). Məktəb ya- şına çatmamış hər bir uşaq üçün də ailəyə kompensasiya verilir. 2012-ci ild ə Rusiya Federal Statistik Xidmətinin məluma- tına görə Rusiya prezidenti Vladimir Putin 3 və ya daha çox uşaq sahibi olan ailələrə iqamətgah, ikinci uşağa görə 387 min rubl (12 min dollar) verilm əsi və aylıq sosial yardımla təmin edilm əsi kimi imkanlar yaradıb. Proqramın qəbul olunmasına səbəb rus demoqraflarının h əyəcan təbili çalmaları olub. Onların proqnozlarına görə 100 ild ən sonra Rusiyada rus qalmayacaq. Bu göstəricinin azalma meyli ild ən-ilə sürətlənir. Yadımdadır, 1982-ci ildə Moskva Dövlət Universitetində 5 aylıq ixtisasartırma kursunda dinləyici olarkən o zamankı Mər- k əzi Komitənin şöbə müdirlərindən biri bizə «bağlı» qapılar ar- xa sında mühazirə oxudu. O dedi ki, bizi ən çox narahat edən odur ki, bel ə getsə 2000-ci ildə SSRİ sərhədlərini müsəlmanlar qo rumalı olacaqdır. Çünki ruslarda ildən-ilə uşaq doğumu azalır. SS Rİ tərkibindəki müsəlman dövlətlərində isə artım günü-gün- d ən çoxalır. Rusiyada ail ələrin 15 faizinin uşağı olmur. Rusiyada 76,9 (17.01.2013) (54%) milyon qadın var. Onların 39,1 milyonu do- ğa biləcək yaşdadır: 15-49. Statistika təsdiq edir ki, indi uşağı ol- maq ehti malı olmayan qadınların sayı 6 milyondur. Bu rəqəm h ər il demək olar ki, 250 min nəfərə qədər artır. Bu proses üzrə |
ma'muriyatiga murojaat qiling