AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Download 5.01 Kb.
Pdf ko'rish
bet1/11
Sana26.01.2018
Hajmi5.01 Kb.
#25308
  1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
T Ə H S İ L D Ə İ K T 
 
Elmi-metodik jurnal 
 
 
 
 
 
 
 
 
 
B A K I – 2012 
 

Redaksiya Şurasının Sədri: 
 
Y.Ə.Məmmədov 
Аzərbaycan Dövlət Pedaqoji Universitetinin 
ректору, АМЕА-nın müxbir üzvü, professor 
 
Redaksiya Şurası: 
 
F.A.Rüstəmov 
Аzərbaycan Dövlət Pedaqoji Universiteti 
Pedaqoji fakültənin dekanı, professor. 
A.O.Mehrabov 
Təhsil Problemləri İnstitutunun direktoru, 
professor. 
A.H.Naxçıvanlı 
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, 
Professor. 
A.D.Zamanov 
Bakı Pedaqoji Kadrların İxtisasartırma 
və yenidənhazırlanma İnstitutunun rektoru, 
professor. 
T.A.Əliyev 
Azərbaycan Milli Elmlər Akademiyası 
Kibernetika İnstitutunun direktoru, 
AMEA-nın həqiqi üzvü. 
R.M.Əliquliyev 
Azərbaycan Milli Elmlər Akademiyası 
İnformasiya Texnologiyaları İnstitutunun 
Direktoru, AMEA-nın müxbir üzvü. 
İ.B.Əhmədov 
Аzərbaycan Dövlət Pedaqoji Universiteti 
“Kompyuter Mərkəzi”nin direktoru, dosent. 
B.Akkoyunlu 
Türkiyə Cümhuriyyəti Hacəttəpə Universiteti 
Egitim fakültəsinin dekanı, professor, doktor. 
P.Aşkar 
Türkiyə Cümhuriyyəti Hacəttəpə Universiteti 
Egitim fakültəsinin bölmə müdiri, professor, doktor. 
H.Yurdugül 
Türkiyə Cümhuriyyəti Hacəttəpə Universiteti 
Egitim fakültəsinin müəllimi, doktor. 
T.H.Vəzirov 
Rusiya Federasiyası, Dağıstan Dövlət Pedaqoji 
Universiteti, professor. 
V.P.Tixomirov 
Avrasiya Distant Təhsil Assosiasiyasının 
Prezidenti, professor. 
Y.Paker 
London Universiteti, professor. 
J.Bonnin 
Elm və Təhsil Əlaqələri Assosiasiyasının 
Prezidenti, professor. 
 
Dövlət qeydiyyatı: 
«Təhsildə İKT» elmi-metodiki jurnalı 11.12.2008-ci 
ildə Аzərbaycan Рespublikası Ədliyyə Nazirliyində 
Mətbu nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil 
edimişdir. 
Qeydiyyat: № 2764 
 
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali 
Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi 
nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin 
siyahısına daxil edilmişdir. 
 
 
Baş redaktor: 
prof. A.R.Buniyatov 
 
Redaksiya Heyəti: 
 
A.S.Adıgözəlov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər doktoru, professor. 
R.R Abdurazaqov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər namizədi, dosent. 
İ.N.İsmayılov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər namizədi, dosent. 
Z.Ə.Tağıyeva 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
fizika-riyaziyyat elmləri namizədi, dosent. 
Ə.Q.Pələngov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər namizədi, dosent. 
F.M.Mustafazadə 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
texniki elmlər namizədi, dosent. 
məsul katibE.V.Seyidzadə 
Qafqaz Universiteti, baş müəllim. 
H.B. Kərimova 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Kompyuter tərtibatçısı 
 
 
 
 
 
Çapa imzalanmış 20.02.2012-ci il 
Kagız formatı 60x84 1/16, çap vərəqi 8 
Sifariş 121, sayı 200 
 
ADPU-nun mətbəəsi 
Bakı, Ü.Hacıbəyov küçəsi, 34 
Tel: 493-74-10 
 

 
Təhsildə İKT 
1 
MÜNDƏRİCAT 
 
TƏHSİLİN İNFORMATLAŞDIRILMASININ NƏZƏRİ VƏ 
METODOLOJİ ƏSASLARI 
 
İ.B. Əhmədov 
Ali pedaqoji təhsilin informatlaşmasına konseptual baxış ....................................................... 3 
 
F.A. Rüstəmov 
Distant təlim texnologiyaları ................................................................................................. 18 
 
Semra Erkan, Belma Tuğrul, Elif Üstün 
Bologna Sürecinde Okul Öncesi Eğitimin Yaygınlaştırılmasında Eğitim 
Fakültelerinin Rolü ............................................................................................................... 26 
 
TƏHSİLİN İNFORMATLAŞDIRILMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
S.Ə. Məmmədov 
Orta ümumtəhsil məktəblərində İngilis dili fənninin tədrisində İKT-nin rolu ........................ 36 
 
M.M. Kərəmova 
Nitqin tanınması üçün səsin rəqəmlər axınında çevrilməsi vasitələri ..................................... 40 
 
METODİKA VƏ TƏCRÜBƏ 
 
İ.N. İsmayılov, G. Musayeva 
Ümumi fiziki modellər sistemində kompyuter modellərinin yeri və rolu ............................... 44 
 
Ə.M. Məmmədov, O.A. Əfəndiyeva, Ş.Ə. Həmidova 
Müasir İKT-dən pedaqoji-psixoloji informasiyaların işlənməsində zəruriliyi ........................ 52 
 

 
Təhsildə İKT 
2 
 
E.V. Seyidzadə 
Açıq sistemli kompyuter təlim proqramlarının hazırlanmasının metodiki və 
texnoloji əsasları ................................................................................................................... 58 
 
Г.В. Исаева 
Интеграционная роль информационных технологий в формировании математического 
знания в процессе обуцения ............................................................................................... 69 
 
V.F. Həsənova, G.Z. Verdiyeva 
Riyaziyyat dərslərinin tədrisində yeni kompyuter texnologiyalarının tətbiqi ......................... 73 
 
KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Н.И. Потапенко, Т.Г. Везиров 
Сервисы Web 2.0 в образовательной практике учителя ................................................... 78 
 
V.Ə. Qasımov 
Təhsilin informasiya təminatında biliklərin təşkili texnologiyalarının rolu ............................ 84 
 
A.N. Ələkbərova 
İnternet informasiyalarının ötürülmə strukturları ................................................................... 90 
 
E.M. Qocayev, N.Y. Səfərov, S.K. Rüstəmova 
Ümumi orta məktəbin Fizika kursunda laboratoriya məşğələsi şəxsiyyətyönümlü bacarıqların 
formalaşdırılması yolu kimi .................................................................................................. 98 
 
S.A. İsaxanlı, R.R. Abdurazaqov 
Test dizayner proqramının Power Point proqramı vasitəsilə təqdimatı ................................ 111 
 
 
 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
3 
ALİ PEDAQOJİ TƏHSİLİN İNFORMATLAŞMASINA KONSEPTUAL BAXIŞ 
 
İ.B. Əhmədov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
XÜLASƏ 
Məqalədə  müasir  informasiya  texnologiyalarının  intensiv  inkişafı  fonunda  ali  təhsilin,  o 
cümlədən  ali  pedaqoji  təhsilin  informatlaşması  problemləri  şərh  olunur.  Ali  təhsilin  informatlaşması 
prosesi  milli  səviyyədə  hazırlanmış  xüsusi  konsepsiya  və  strategiyalara  əsaslanmalı, layihələrin  idarə 
edilməsi prinsipləri bazasında reallaşmalıdır. Prosesin səmərəli olması üçün pedaqoji elmlər müvafiq 
istiqamətlərdə  tədqiqatlar  aparmalı,  ölkədə  elektron  pedaqogikanın  nəzəriyyə  və  praktikası 
formalaşmalıdır.  Ali  pedaqoji  məktəblərdə  müasir  tələblərə  cavab  verən  yeni  formatlı  müəllim 
kadrların hazırlanması mükəmməl layihələnmiş informasiya təhsil məkanında, elektron pedaqogikanın 
nailiyyətləri əsasında reallaşmalıdır.  
 
ABSTRACT 
The  article  outlines  the  background  to  the  intensive  development  of  the  IT  problems  of 
Informatization  of  higher  professional  education,  including  higher  pedagogical  education. 
Informatization  of  higher  education should  be  realized  basing  on  the  conceptual  and  strategic 
development  of  informatization  of  education.  It  is  necessary  to  comply  with the  principles  of  project 
management as the process of informatization of education is a megaproject. In order  to get the real 
effect,  pedagogical  science  should  investigate in  advance  the  scientific  challenges of  this  process  and 
make  recommendations  for  higher  schools.  For  the  preparation  of  new  format  teachers  in  the 
pedagogical  higher  schools  informative-educational  space  should  be  created,  the  learning  process 
being organized in this environment. 
 
АННОТАЦИЯ 
В  статье  излагается  на  фоне  интенсивного  развития  ИТ  проблемы  информатизации 
высшего  профессионального,  в  том  числе  высшего  педагогического  образования. 
Информатизация  высшего  образования  должна  реализоваться  на  основе  концептуальных  и 
стратегических  программ  развития  информатизации  образования.  При  этом  необходимо 
соблюдать  принципов  управления  проектами,  так  как  процесс  информатизации  образования 
является  мегапроектом.  Для  получения  реального  эффекта  педагогические  науки  должны  в 
опережающем  порядке  исследовать  научные  проблемы  этого  процесса  и  дать  рекомендации 
для  вузов.  Для  подготовки  педагогов  нового  формата  в  педвузах  необходимо  создавать 
информационно-образовательное пространство и организовать учебный процесс в этой среде. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
4 
1.
 
MÜASİR TƏHSİLİN İNFORMATLAŞMASINA SİSTEMLİ YANAŞMA 
Məqalədə  ali  pedaqoji  təhsil  sisteminin  informatlaşması  problemlərinə  ümumi  baxış 
formalaşdırmağa cəhd edilmişdir. Lakin burada qoyulan bir çox problemlər ali peşə təhsilinin 
digər istiqamətləri üçün də xasdır.  
İT-nin  inkişafı  və  istifadə strategiyasının  yaradılması  hər  bir ölkənin  milli səviyyədə 
hazırladığı  strateji  planların  mühüm  komponentlərindəndir.  İnkişafın  müasir  səviyyəsində 
dəyişiklərin, 
innovasiyaların 
istiqaməti 
və 
intensivliyi 
hesablama 
texnikası, 
telekommunikasiya,  proqram  vasitələrinin  imkanları  ilə  deyil,  daha  çox  bu  vasitələrdən 
istifadə  edən  insanların  yeniliklərə,  innovasiyalara,  davamlı  dəyişikliklərə  hazırlığı,  onların 
ixtisas  səviyyəsi,  tələb  və  problemləri  ilə  müəyyən  edilir.  Bu  amillər  bir  daha  cəmiyyətdə 
təhsilin artan rolunu göstərir. Bu gün təhsil və cəmiyyət tam bir vəhdət təşkil edir, bir sistem 
halında birləşir. Bu sistemin həqiqi masştabı hələ də cəmiyyət tərəfindən aydın dərk edilmir.  
Cəmiyyətin,  bəşəriyyətin  inkişafında  baş  verən  hər  hansı  qlobal  dəyişiklik  təhsil 
sektorunun  real  vəziyyətinə  ciddi  təsir  göstərir.  Bu  gün  hər  hansı  ölkənin  öz  inkişafinda 
optimal tarixi trayektoriya seçməsi və onu səmərəli reallaşdırması nəticə etibarı ilə bu ölkədə 
mövcud  olan  informasiya  mühitindən,  təhsil  mühitindən  çox  asılıdır.  Çünki,  informasiya 
mühitinin formalaşma səviyyəsi kadrların ixtisas səviyyəsindən, kadrların ixtisas səviyyəsi isə 
ölkədəki təhsil sisteminin vəziyyətindən asılıdır. 
Yeni  düzəndə  formalaşan  dünyaya  geniş  yol  açan  müasir  təhsil  sisteminin  əsas 
alətlərindən biri məhz informasiya texnologiyalarıdır. İT varlığımızın, bizi əhatə edən aləmin 
mühüm  komponentlərini  dəyişdirməyə  imkan  verir.  İT-nın  təhsil  sferasında  istifadə 
strategiyasının  hazırlanması  milli  və  qlobal  səviyyədə  strateji  planlaşdırılmanın  mühüm 
problemlərindəndir.  Bu  səbəbdən  təhsilin  informatlaşması  bütün  ölkələr  üçün  prioritet 
məsələdir.  Hər  hansı  sosial  sahənin  səmərəli  informatlaşması  məhz  təhsilin 
informatlaşmasından başlayır.  
Bu gün müstəqil Azərbaycan Respublikasının qarşısında mürəkkəb siyasi, iqtisadı və 
sosial  vəzifələr  durur.  Bu  vəzifələrin  həlli  ölkədə  müasir  tələblərə  cavab  verən  mükəmməl 
təhsil sisteminin formalaşmasını tələb edir. Bu yöndə ali təhsilin xüsusi rolu var. İnformasiya 
cəmiyyətində ali  məktəbdə müasir tələblərə cavab verən, keyfiyyətli kadr hazırlığı daha çox 
tədris prosesində İT-dan səmərəli istifadədən asılıdır.  
İnformatikaya bir elmi istiqamət kimi şərti olaraq 3 səviyyədə baxmaq olar: 
1.
 
Aşağı səviyyə (fiziki səviyyə) – hesablama və rabitə texnikasının proqram-aparat 
vasitələri.  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
5 
2.
 
Orta səviyyə (məntiqi səviyyə) – informasiya texnologiyaları. 
3.
 
Yuxarı səviyyə (istifadəçi səviyyəsi) – tətbiqi informasiya sistemləri. 
Təhsil  cəmiyyətin  sosial  sferasının  mühüm  tərkib  hissəsidir.  Bu  səbəbdən  təhsilin 
informatlaşmasının problemləri, əsas istiqamətləri və mərhələləri cəmiyyətin informatlaşması 
müddəaları  ilə  üst-üstə  düşür.  İnformatlaşmanın  1-ci  mərhələsinin  məqsədi  cəmiyyətin 
kompyuterləşməsidir. Bu mərhələnin təhsil sahəsində əsas nəticəsi ali məktəblərin hesablama 
texnikası  ilə  təchiz  edilməsidir.  Bu  mərhələdə  informasiya  mədəniyyəti  əsaslarının 
formalaşması,  təhsil  sahəsində  olan  informasiya  fondlarının  rəqəmsal  formaya  keçirilməsi 
əsas  məqsədlərdən  biridir.  İnformatlaşmanın  2-ci  mərhələsi  informasiya  fondlarının 
fərdiləşməsindən ibarətdir, bu məqsədlə təhsilin bütün səviyyələrində hesablama texnikasının 
intensiv tətbiqinə ehtiyac yaranır. İnformatlaşmanın 3-cü mərhələsi informasiya fondlarının 
ictimailəşdirilməsindən  ibarətdir.  Bunun  nəticəsində  informasiya  mədəniyyətinin  yüksək 
səviyyəsi  formalaşacaq,  məsafədən  əlyetərli  olan  inteqral  kompyuter  informasiya  fondları 
yaranacaq, əhalinin informasiya ehtiyacları tam təmin olunacaq. 
Təhsil sferasında informatlaşma prosesi 2 “müstəvi”də həyata keçirilir: 
1.
 
İdarə edilməyən informatlaşma. Bu istiqamət “aşağıların” təşəbbüsü ilə həyata 
keçirilir.  Bu  zaman  innovativ  düşüncəli  pedaqoji  kadrların  təşəbbüsü  ilə  tədris  prosesinin 
müəyyən hissəsi, ayrı-ayrı mərhələlər qismən informatlaşır. Lakin bu sistemli və qənaətbəxş 
sayıla  bilməz,  çünki  təhsilin  informatlaşması  kimi  mürəkkəb  proses  dəqiq  layihələnməli  və 
ciddi resurslarla təmin edilməlidir. 
2.
 
İdarə edilən informatlaşma. Bu  istiqamət “yuxarıların” təşəbbüsü  ilə  müəyyən 
konsepsiya  və  proqramlar  əsasında  həyata  keçirilir,  tədris  prosesini  maddi  və  qeyri-maddi 
resurslarla təmin edilir. Bu proses ölkənin təhsil strategiyası və müvafiq dövlət proqramları ilə 
əlaqəli şəkildə həyata keçirilməlidir.  
Ənənəvi  təhsil  texnologiyalarından  fərqli  olaraq,  informasiya  texnologiyalarının 
predmeti və prosesin (əməyin)  son nəticəsi  informasiyadır, əmək aləti  isə  kompyuterdir. Bu 
səbəbdən  yaradılmış  informasiya  məhsullarının  keyfiyyəti  və  istifadə  səmərəsi  tətbiq  edilən 
aparat və proqram vasitələrinin keyfiyyətindən asılıdır. 
İT-nin tətbiqi aşağıdakı 2 tip problemi əhatə edir: 
1.
 
İstifadəçinin konkret funksional problemlərinin həlli; 
2.
 
Konkret problemlərin həllini dəstəkləyən informasiya proseslərinin təşkili. 
Təbiət etibarı ilə bütün məsələləri 2 qrupa bölmək olar: 
1.
 
formallaşan bilən məsələlər; 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
6 
2.
 
çətin formallaşan məsələlər. 
Formallaşan  məsələlərin  həlli  prosesinin  tipik  ardıcıllığı  bəllidir.  Bu  ardıcıllığa 
mövcud  riyazi  modelin  seçilməsi  və  ya  yenisinin  yaradılması,  alqoritm  və  proqramın 
hazırlanması, hesablamanın reallaşması kimi mərhələlər daxildir. Tədris planlarında olan fənn 
proqramlarının əksəriyyətində  formalaşa  bilən  məsələlər kifayət qədərdir. Bu  səbəbdən  belə 
məsələlərin həllində ənənəvi olaraq İT-dən istifadə edilib, hal hazırda da geniş istifadə edilir.  
Çətin  formallaşan  məsələlər  isə  xeyli  mürəkkəblik  yaradır.  Bu  sıraya  formallaşması 
üçün  dəqiq  riyazi  modeli  olmayan  məsələlər  aiddir.  Bu  tip  məsələlərin  formallaşması  üçün 
biliklərin məntiqi, alqoritmik, semantik və freym kimi təsviri modellərdən istifadə edilə bilər. 
Bu modellərin əsasında çətin formallaşan məsələlər elementar məsələlərə gətirilir və məntiqi 
nəticə olaraq həlli tapılır. 
Bir  çox  ölkələrdə  təhsil  sisteminin  informatlaşması  konsepsiyası  mövcuddur.  Bu 
konsepsiyalarda  qeyd  edilir  ki,  təhsilin  informatlaşmasının  strateji  məqsədi  yeni 
informasiya  texnologiyalarından  (YİT)  istifadə  əsasında  intellektual  fəaliyyətin  qlobal 
rasionallaşması,  postindustrial  cəmiyyətin  tələblərinə  uyğun  olaraq  yeni  tip  təfəkkürə 
malik  mütəxəssislərin  hazırlanması,  bu  proseslərin  keyfiyyət  və  səmərəsinin 
yüksəldilməsidir.  Bu  prosesin  nəticəsində  cəmiyyətdə  kütləvi  kompyuter  savadlılığına  nail 
olmaq, təhsilin  fərdiləşməsi  hesabına  informasiya  mədəniyyəti  formalaşdırmaq  mümkündür. 
Təhsilin  informatlaşmasının  bu  məqsədləri  mahiyyətcə  uzunmüddətli  dövrü  əhatə  edir,  bu 
səbəbdən XXI əsrdə də öz aktuallığını saxlayacaq.  
Təhsil  sferasının  informatlaşmasının  strateji  məqsədi  çoxaspektli  olub,  bir  sıra 
hədəfləri müəyyyən edir: 
1.
 
Tələbələri  informasiya  cəmiyyəti  şəraitində  yaşamağa,  ictimai  və  peşə 
fəaliyyətində səmərəli iştiraka hazırlamaq. 
2.
 
Təhsilin keyfiyyətini yüksəltmək; 
3.
 
Təhsilin əlyetərlilik səviyyəsini yüksəltmək; 
4.
 
Əhalinin  təhsil  səviyyəsinin,  insan  kapitalı  keyfiyyətinin  yüksəldilməsi  hesabına 
ölkənin iqtisadi potensialının artımına nail olmaq.  
5.
 
Milli  təhsil  sistemini  qlobal  elm,  iqtisadiyyat,  ictimai-  siyasi  və  mədəni 
infrastruktura inteqrasiya etmək.  
Təhsilin informatlaşmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir: 
1.
 
Perspektiv İT –dən istifadə edərək təhsilin keyfiyyətinin yüksəldilməsi;  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
7 
2.
 
Mütəxəssis  hazırlığının  müxtəlif  istiqamət  və  səviyyələrində  İT-dən  istifadənin 
məqsədəuyğunluğunun təhlili;  
3.
 
Ümumi və peşə təhsilinin informatlaşma metodologiyasının elmi əsaslandırılması; 
4.
 
Məlumatların  toplanması,  emalı,  təqdiminin  yeni  prinsip  və  metodlarının 
hazırlanması; 
5.
 
İT-nin  standartlaşma  sisteminin  yaradılması,  təhsil  yönümlü  proqram  və  texniki 
vasitələrin sertifikatlaşma metodikasının hazırlanması;  
6.
 
Təhsil sferasının vahid telekommunikasiya şəbəkəsinin yaradılması; 
7.
 
 Ölkənin  bütün  istifadəçi  qrupları  üçün  təhsilyönümlü  informasiya  resurslarının 
vahid verilənlər bazasına kütləvi əlyetərliliyin təmin edilməsi. 
Təhsil sisteminin informatlaşmasının əsas istiqamətləri aşağıdakılardır
1. Ümumi və peşə təhsilində təlim proseslərinin avtomatlaşdırılması; 
2.  Dövlət  təhsil  standartları  ilə  müəyyən  edilmiş  ümumi  və  peşə  “informasiya 
mədəniyyəti”nin  formalaşması  üçün  tələbələrin  zəruri  bilik,  bacarıq  və  vərdişlərə 
yiyələnməsi;  
3. Təhsil sferasının informasiya infrastrukturunun yaradılması; 
4. Təhsilin idarə edilməsi proseslərinin informatlaşması; 
5. Milli təhsil sistemində həyata keçirilən elmi tədqiqatların informatlaşması; 
6.  Təhsil  sferasının  müasir  informasiya-hesablama  vasitələri  və  telekommunikasiya 
sistemi ilə təminatı;  
7. Müasir distant təhsil sisteminin yaradılması və inkişafı. 
 
2. İNFORMASİYA CƏMİYYƏTİNDƏ PEDAQOJİ TƏHSİL 
Müasir pedaqoji təhsil informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin tələblərinə 
uyğun  olaraq  yeni  formatlı  müəllim  kadrları  hazırlamalıdır.  Bu  gün  universitetlərimizdə 
Avropa  və  dünya  təhsil  sisteminə  inteqrasiya  istiqamətində  “2009-2013-  cü  illərdə 
Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində  islahatlar  üzrə  Dövlət  Proqramı”,  təhsilin 
informatlaşması 
istiqamətində 
«Azərbaycan 
Respublikası 
Təhsil 
Sisteminin 
İnformasiyalaşdırılması  (2008-2012-ci  illər)”  Dövlət  Proqramları  icra  edilir.  Digər 
universitetlər  kimi,  ali  pedaqoji  təhsil  müəssisələri  də  Avropa  təhsil  məkanına  inteqrasiya 
edilir.  
Ölkədə həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərindən biri də fasiləsiz 
pedaqoji təhsil sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının müasir tələblər səviyyəsinə 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
8 
yüksəldilməsindən  ibarətdir.  Orta  ümumtəhsil  məktəblərində  aparılan  davamlı  islahatlar 
pedaqoji  təhsil  sisteminin  daim  yeniləşməsini  tələb  edir.  Bu  istiqamətdə  “Azərbaycan 
Respublikasında  Fasiləsiz Pedaqoji Təhsil,  müəllim  hazırlığının konsepsiya  və strategiyası”, 
2008-2015-ci  illər  üçün  bu  strategiyanın  icrası  ilə  əlaqədar  müvafiq  tədbirlər  planı 
hazırlanmış,  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmişdir.  Strategiya  və  tədbirlər  planına 
uyğun  olaraq  pedaqoji  təhsilin  informatlaşması  istiqamətində  aşağıdakı  tədbirlərin  həyata 
keçirilməsi nəzərdə tutulur:  
1.
 
Müəllim hazırlığında İKT-nin, yeni təlim üsulları və texnologiyaların tətbiqi; 
2.
 
Pedaqoji  ixtisaslar  üzrə  təhsil  alan  tələbələrin  biliyinin  cari  və  yekun 
qiymətləndirilməsi  üzrə  yeni  üsulların,  texnologiyaların,  informasiya-kommunikasiya 
vasitələrinin tətbiqi; 
3.
 
Pedaqoji  təhsil  müəssisələrində  distant  təhsil  formasının  tətbiqi  üçün  xüsusi 
proqramın hazırlanması; 
4.
 
Pedaqoji  təhsil  müəssisələrinin  kompyuterləşdirilməsi,  elektron  təhsilin  həyata 
keçirilməsi üçün müvafiq proqramın hazırlanması. 
Göründüyü  kimi  “Fasiləsiz  Pedaqoji  Təhsil,  müəllim  hazırlığının  konsepsiya  və 
strategiyası”nın  tədbirlər  planında  pedaqoji  təhsilin  informatlaşması  istiqamətində  müəyyən 
layihələr  nəzərdə  tutulmuşdur.  Hər  zaman  olduğu  kimi  bu  gün  də  tədris  prosesində  əsas 
həlledici  amil  müəllim  şəxsiyyətidir.  İnformasiya  cəmiyyəti  şəraitində  müəllimin  peşə 
fəaliyyəti  forma  və  məzmunca  yeni  şəraitə uyğun olaraq dəyişir. Bu ğün ali pedaqoji təhsil 
müəssisələrində  yeni  formalaşan  təhsil  paradiqmasına  keçid  yolları  araşdırılır.  Yeni  təhsil 
paradiqması gələcək müəllimlərdə   səriştəlilik,  erudisiya,  kreativlik,  mütəxəssisin  şəxsi  və 
peşə  mədəniyyəti  kimi  keyfiyyətlərin  formalaşdırılmasına  istiqamətlənməlidir.  Təhsilin  yeni 
paradiqması əvvəlki paradiqmanı inkar etmir, ənənəvi paradiqmanın prioritetlərini saxlayaraq 
təhsilin  keyfiyyətini  daha  yüksək  səviyyəyə  qaldırılmasını  nəzərdə  tutur.  Bu  səbədən  ali 
pedaqoji təhsil sisteminə yanaşma və onun məqsədləri dəyişikliklərə məruz qalır.  
Yeni təhsil paradiqmasının mühüm komponentləri aşağıdakılardır: 
1. Təhsil prosesinin informatlaşması konsepsiyası; 
2. Təlimin yeni texnologiyalarının hazırlanması və tədris prosesində tətbiqi; 
3.  İnformasiya-təhsil  məkanı  (İTM)  şəraitində  müəllimin  yeni-innovativ  fəaliyyət 
modelinin konseptual əsaslarının hazırlanması; 
4. Müəllim peşəkarlığının yüksəldilməsinin psixoloji-pedaqoji qanunauyğunluqlarının 
elmi təhlili, təcrübədə ondan geniş istifadə. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
9 
Ali pedaqoji təhsil  müəssisələrində təlim-tərbiyə  strategiyası  hazırlanarkən aşağıdakı 
bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır: 
1.  Ali  pedaqoji  təhsil  müəssisələrində  təhsilin  məzmunu  və  məzunlarının  fəaliyyət 
spesifikliyi digər ali məktəblərdən müəyyən qədər fərqlənir. Belə ki, məzunların gələcək peşə 
fəaliyyəti yeni nəslin təlim-tərbiyəsi, insan kapitalının inkişafı ilə, nəticə etibarı ilə xalqın və 
dövlətin  gələcəyi  ilə  birbaşa  bağlıdır.  Məzunların  gələcək  peşə  fəaliyyəti  informasiya 
resursları  və texnologiyalarının  sürətli artımı  fonunda,  müəllimin  informasiya  mənbəyi kimi 
statusunun dəyişməsi şəraitində baş verir; 
2. Elmi texniki tərəqqinin sürətlə artan tempi, informasiya axınlarının intensivləşməsi, 
mürəkkəb  pedaqoji  sistemlərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  gün  pedaqoji  prosesdə 
məlumatların yığılması, saxlanılması, emalı, ötürülməsi  intensivliyi, məlumatların həcmi elə 
bir  həddə  çatmışdır  ki,  İT-dan  sistemli  və  elmi  əsaslarla  istifadə  artıq  həlledici  amilə 
çevrilmişdir.  İT-nin  tətbiqi  ilə  əlaqədar  hər  hansı  bir  proses  aşağıdakı  3  mühüm  məsələnin 
həllini tələb edir: 
1. Yeni aparat vasitələrinin müəyyən edilməsi; 
2. Yeni proqram vasitələrinin hazırlanması; 
3. Kadrların yeni tələblər səviyyəsində hazırlığı. 
Sonuncu  problem-  kadrların  hazırlığı  digər  2  problemdən  daha  mürəkkəb  və 
mühümdür. Qeyd etməliyik ki, bir çox pedaqoji kadrların yeni informasiya-təhsil mühitində iş 
səriştəsi  və  psixoloji  hazırlığı  zəifdir.  Pedaqoji  kadrların  İKT  səriştəliliyinin  yüksəldilməsi 
problemi hələ də öz real həllini tapmamışdır.  
İstənilən təhsil səviyyəsinin, o cümlədən ali təhsil sisteminin informatlaşması üçün ilk 
növbədə  “Milli  təhsil  sisteminin  informatlaşması”  konsepsiyası  hazırlanmalıdır.  Bu 
konsepsiyanın  hazırlanmasından  sonra  ali  pedaqoji  təhsil  sisteminin  informatlaşması 
konsepsiyası hazırlanan bilər. Bu konsepsiyada bir çox məsələlərlə yanaşı pedaqoji kadrların 
İKT  səriştəliliyi  konkretləşməli,  onun  reallaşmasının  konkret  yolları  müəyyənləşməlidir. 
Müəllim  bilməlidir  ki,  kompyuterin  imkanlarından  harada,  hansı  məqsədlə  və  necə  istifadə 
etsin, bu məqsədlə hansı proqram vasitələrini tətbiq etsin.  
Cəmiyyətin  informatlaşması  şəraitində  pedaqoji  fəaliyyətin  xüsusiyyətləri  nədən 
ibarətdir?  Bu  sualın  cavablandırılması  pedaqoji  təhsil  ictimaiyyatı  qarşısında  duran  mühüm 
problemlərdir. Bu suala cavabı ilk növbədə ali pedaqoji təhsil müəssisələri tapmalıdır.  
XXI  əsrdə  istənilən  mütəxəssis  İT-na  yaxından  bələd  olmalıdır.  Bu  gün  istənilən 
mütəxəssisin  fəaliyyətinin  son  nəticəsi onun  informasiyadan  səmərəli  istifadə qabiliyyəti  ilə 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
10 
müəyyən  edilir.  İnformasiya  axınından  səmərəli  faydalanmaq  üçün  müasir  müəllim 
kompyuter, telekommunikasiya  və  digər  İT  vasitələri  ilə  məlumatı  əldə  etmək,  emal  etmək, 
ondan  öz  peşə  fəaliyyətində  səmərəli  istifadə  etmək  bacarığına  yiyələnməlidir.  Gələcək 
müəllimin  informasiya  mədəniyyətinin  əsası  isə  məhz  ali  pedaqoji  təhsil  müəssisələrində, 
tələbəlik dövründə qoyulur. Bu prosesdə bir sıra fənlərin, xüsusən də ”İnformatika” fənninin 
tədrisi mühüm rol oynayır.  

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling