AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti
Download 5.01 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT
- TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT
- “Gənc İngilis dili Müəllimlər”
- “Xarici dil kurrikulumu şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran
- Presentation Practice Production (PPP)
KAYNAKÇA 1. Akkoyunlu, B. (2008). Bilgi Okuryazarlığı Ve Yaşam Boyu Öğrenme. International Educational Technology Conference (IECT) 2008, 6 – 8 Mayıs. Eskişehir, Anadolu Üniversitesi. 2. Elkind, D. (2001). Child Rearing and Education in a Changing World. Dünya da ve Türkiye’de Değişen çocukluk. 3. Ulusal Çocuk Kültürü Kongresi, 16-18 Ekim 2000, Ankara. Ankara: Üniversitesi Çocuk Kültürü Araştırma ve Uygulama Merkezi Yayınları, 231-240. 3. Erkan, S.(1998). Cumhuriyetin 75 Yılında Eğitimde Yeni Arayışlar: Enformasyon Toplumunun Okul Öncesi Öğretmeni, Milli Eğitim Dergisi, Cumhuriyetimizin 75 Yılında Eğitim.Temmuz- Ağustos-Eylül, Sayı: 39, 49-52. 4. MEB. (2008). OÖE. www.meb.gov.tr. 5. Oktay, A. (2000). Yaşamın Sihirli Yılları: Okul Öncesi Dönem, Epsilon Yayınları, İstanbul. 6. Oktay, A. (2001). 21. Yüzyılda Yeni Eğilimler ve Eğitim, 21. Yüzyılda Eğitim ve Türk Eğitim Sistemi, Serdar Yayınları, İstanbul. 7. Oktay, A. (2003). 21. Yüzyıla Girerken Dünyada Yaşanan Değişimler ve Erken Çocukluk Eğitimi. Erken Çocuklukta Gelişim ve Eğitimde Yeni Yaklaşımlar, Morpa kültür Yayınları, İstanbul. 8. Önderoğlu, S. (2006) Bologna Süreci. www.meds.hacettepe.edu.tr/diger/genel kurullar/Bologna.ppt. Erişim tarihi: Mayıs,2008. 9. Sezal, İ. Ve Erkan, S. (1996). XXI. Yüzyılın Öğretmeni. Yeni Türkiye, Ocak Şubat 1996, Yıl 2, Sayı 7, 58-62. 10. T.C. Yüksek Öğretim Kurumu Bologna Uzmanları Ulusal Takımı. Bologna Süreci Projesi. http://www.bologna.gov.tr.tr/documents/files/2007_Bologna_Projesi_Sunum.pdf.Erişim Tarihi: Mayıs, 2008. TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI Təhsildə İKT 35 11. Tuğrul, B. (2002). Blomm’un Taksonomik Süreçlerine Etkileşimci Taksonomi Açısından Bir Bakış. H.Ü Eğitim Fakültesi Dergisi, 23, 267- 274. 12. Tuğrul, B. (2005). Çocuk Gelişiminde Anaokulu Eğitiminin Önemi. Milli Eğitim Dergisi, sayı: 62, yıl 6 . 13. Tuğrul, B. (2007).Etkili Okul Öncesi Eğitim Programının Özellikleri. Okul Öncesi Eğitimi & Öğretmen Eğitimi, Türkiye Özel Okullar Derneği Birliği, VI. Antalya Sempozyumu Kitabı, 50-61. 14. TÜSİAD (2005). Doğru Başlangıç: Türkiye’de Okulöncesi Eğitim. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 36 ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNGİLİS DİLİ FƏNNİNİN TƏDRİSİNDƏ İKT-NİN ROLU S.Ə. Məmmədov Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşı XÜLASƏ Məqalədə orta ümumtəhsil məktəblərində ingilis dili fənninin tədrisində yeni təlim metodlarından istifadə etməklə, dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodiki yanaşma problemləri nəzərdən keçirilir. ABSTRACT Teachers will play a great role in establishment of classes for active and curious students going to be a worthy citizen of the society using modern teaching technology. This, in its turn, means that pedagogical searches of teachers giving preference to intellection all over the world will never end. Taking into account all these, for productive results of all above-mentioned cases new pedagogical and methodological approach, new way of thinking meeting world standards are extremely important by using new methods in teaching the English language at comprehensive secondary schools. АННОТАЦИЯ В статье рассматривается пути достижения эффективного результата в преподавании английского языка в обще - образовательных школах с использованием новых методов, отвечающих мировым стандартам. Son illərdə respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi nailiyyətlər əldə edilmişdir. Bu baxımdan 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında qanun” və bununla bağlı olan bir sıra islahatlar təhsildə keyfiyyətli tədris prosesinin təşkili üçün zəmin yaratmışdır. Öz növbəsində, keyfiyyətli təlim – tərbiyə prosesinin təşkili üçün məktəb rəhbərliyi və məktəb kollektivi üzərinə böyük məsuliyyət düşür. Orta ümumtəhsil məktəblərində dərs prosesi elə qurulmalıdır ki, müəllim – şagird qarşılıqlı fəaliyyəti müasir təlim metodlarında özünü qabarıq şəkildə göstərməklə zamanın tələbinə cavab versin. Məlumdur ki, orta ümumtəhsil məktəblərində “dərs” təlim – tərbiyə prosesinin əsas təşkili formasıdır. Dərsin təşkili prosesi düzgün aparılarsa, müasir təhsil metodlarından səmərəli istifadə edilərsə o zaman təlimdə yüksək nəticə əldə etmək olar. Pedaqogika fənni kursundan bizə məlumdur ki, müasir dərsə verilən tələblər aşağıdakılardan ibarətdir: TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 37 təhsilverici tələblər, tərbiyəedici tələblər, inkişafetdirici tələblər. Bunlar birlikdə vəhdət təşkil etdiyi zaman yüksək səviyyəli təhsildən söhbət gedə bilər. Son dövrlərdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ingilis dili fənninə böyük maraq yaranmışdır. Belə ki, orta ümumtəhsil məktəblərində müəllim – şagird fəaliyyətində bu fənnə ciddi yanaşmalar müşahidə olunur. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən ingilis dili fənni tədrisinə dair keçirilən layihələr təqdirəlayiqdir. Bunlardan “British Council” (Britaniya Şurası) ilə Təhsil Nazirliyi birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində keçirilən çoxsaylı layihə və proqramlar barədə bir sıra istiqamətləri qeyd etmək olar: – Azərbaycan İngilis dili Müəllimlər Assosiasiyasına dəstək layihəsi . Bu layihə British Councilin Azərbaycanda həyata keçirdiyi əhəmiyyətli layihələrdən biridir. Layihənin icrasına 2003–cü ildən başlanmışdır. Layihənin əsas məqsədi Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının geniş tanınması və davamlı infrastrukturunun qurulmasına kömək etməkdir. Hazırda “Gənc İngilis dili Müəllimlər” layihəsi bu assosiasiya tərəfindən həyata keçirilir. Eyni zamanda bu təşkilat ingilis dili müəllimləri üçün seminarlar, təlimlər, konfranslar təşkil edir, ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi istiqamətində səylər göstərir. – İngilis dilinin tədrisi sahəsində layihələr həyata keçirilir. Bu layihələr vasitəsilə British Council Azərbaycanda ingilis dili müəllimlərinin təkmilləşdirilməsi vasitəsilə müəllimlərin peşəkar inkişafını dəstəkləyir. Layihə müasir təlimin aspektlərini, dərsliklərin qiymətləndirilməsi, yeni ingilis dili kurrikulumunun nəzərdən keçirilməsi, innovativ layihə modulu, tədrisin təkmilləşdirilməsi, dərsin səmərəli planlaşdırılması və müşahidə, müəllimlərin ixtisasının artırılması və digər sahələri əhatə edir. Məlum olduğu kimi ingilis dili dünyada inteqrasiya rolu oynadığı üçün bu fənnin tədrisinə respublikamızda böyük önəm verilir. Bu baxımdan da ingilis dili fənninin tədrisində müasir təlim metodlarından istifadə etməyə böyük zərurət yaranmışdır. Yeni təlim metodu dedikdə fənn kurrikulumu, interaktiv təlim metodları, İKT və onun tətbiqi və s. kimi başa düşülür. Artıq 2006–cı ildən etibarən Milli Kurrikulum Konsepsiyası işlənmiş, bu konsepsiyaya uyğun fənn kurrikulumları hazırlanmışdır. Azərbaycanda Milli Kurrikulum çərçivə sənədinə müvafiq yaradılan xarici dil üzrə fənn kurrikulumunda deyilir: “Xarici dil kurrikulumu şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 38 bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir şagirdin maraq və meylləri nəzərə alınmaqla onların nitq və dil, bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur”. İngilis dilinin tədrisi zamanı müasir təlim metodlarından və İKT – dən istifadə müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Təlim prosesinin daha da yaradıcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qavranılmasının və qəbul edilməsinin asanlaşması üçün müxtəlif metodlar təklif olunur. İngilis dilinin tədrisi zamanı müasir təlim metodlarından istifadədə fəal dərsin mərhələləri aşağıdakılardan ibarətdir: 1. Motivasiya (problem situasiyanın yaranması, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı ) – 5-10 dəq. 2. Tədqiqat işi (qrup işi) – 10-12 dəq. 3. Məlumat mübadiləsi (şagirdlərin cavabları, qrupların cavablarının bir – birinə təqdimatı) – 7-8 dəq. 4. Məlumatın müzakirəsi və təşkili (hər alınan cavabdan sonra) – 5 dəq. 5. Ümumiləşdirmə və nəticə - 5 dəq. 6. Qiymətləndirmə - 3 dəq. 7. Yaradıcı tətbiqetmə (ev tapşırığının verilməsi) – 2 dəq. Həm sinifdə, həm də dərnəklərdə xarici dil dərslərinin təşkili üçün ənənəvi model uzun müddət presentation – practice – production (təqdimat – məşqetmə - əksetdirmə) yanaşmasına əsaslanmışdır. Həmin model üzrə hər hansı leksik material müəllim tərəfindən təqdim olunduqdan sonra şifahi və yazılı tapşırıqlar formasında məşq olunur. Bu yanaşma ona görə tənqid olunur ki, seçilmiş qrammatik material açıq – aydın kortəbii şəkildə təyin olunur və bu da öyrənənlərin linqvistik ehtiyaclarına uyğun gəlməyə bilər. Presentation Practice Production (PPP) modelinin alternativlərindən biri TTT (ÖYÖ), yəni Teach – Test – Teach (Öyrət – Yoxla – Öyrət) – dir. Bu modelə müvafiq olaraq, əksetdirmə (production) mərhələsi birinci gəlir və dili öyrənənlərdən hər hansı tapşırığı yerinə yetirmək tələb olunur (məsələn, rollarda oyun). Bundan sonra müəllim birinci mərhələdə qaldırılan bəzi qrammatik və ya leksik problemlə məşğul olur. Bu zaman öyrənənlərdən tələb olunur ki, ya ilkin tapşırığı yenidən yerinə yetirsinlər, ya da oxşar tapşırıq etsinlər. “Öyrət” (teach) mərhələsində təqdim olunacaq leksik materialı əvvəlcədən o zaman proqnozlaşdırmaq olar ki, ilkin əks etdirmə mərhələsi diqqətlə seçilmiş olsun. Ancaq bu modeldə təsadüfilik təhlükəsi mövcuddur. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 39 Task – Based – Learninq (Tapşırığa əsaslanan təlim) modeli Ceyn Villis 1996 – cı ildə “Tapşırığa əsaslanan təlimin kursu” adlı kitabında təqdim etmişdir. ÖYÖ – dən radikal şəkildə fərqlənməyən dərslərin təşkili üçün istifadə olunan bu model möhkəm nəzəri bazaya əsaslanır və həqiqi ünsiyyətə olan ehtiyacı nəzərə alır. Tapşırığa əsaslanan təlim (TƏT) əsasən üç mərhələdən ibarət olur. Birinci mərhələ tapşırıqdan əvvəlki mərhələ adlanır ki, burada mövzunu təqdim edib, mənasını açır və öyrənənlər məşğələyə başlayırlar. Bu fəaliyyət ya onlara əsas tapşırığın yerinə yetirilməsində yararlı olacaq söz və ifadələri xatırlamaqda, ya da tapşırıq üçün əhəmiyyət kəsb edən yeni leksik ifadələri öyrənməkdə kömək edir. Bundan sonrakı mərhələni Villis “Tapşırıq dövrəsi” adlandırır. Burada öyrənənlər tapşırığı (əsasən oxu, dinləmə və ya problemi həlletmə tapşırığını) cütlükdə və ya kiçik qruplarda yerinə yetirirlər. Daha sonra onlar tapşırığı necə yerinə yetirdiklərinə və hansı nəticələrə gəldiklərinə dair bütün sinfə hesabat hazırlayırlar. Nəhayət, onlar tapıntılarını və ya nəticəni yazılı və ya şifahi şəkildə sinfə təqdim edirlər. Yekun mərhələdə dilə diqqət yetirilir və bu zaman tapşırıqdan doğan spesifik dil xüsusiyyətləri vurğulanır və üzərində iş görülür. Məruzələrin təqdimatı mərhələsində öyrənənlərin işinə əks əlaqənin göstərilməsi müvafiq ola bilər. TƏT – in əsas üstünlükləri ondadır ki, dil həqiqi məqsəd üçün istifadə olunur, ünsiyyət baş verir, öyrənənlər bütün qrup üçün məruzə hazırladıqda TMƏ modelində olduğu kimi yeganə formaya deyil, dil formasını ümumilikdə nəzərə almalı olurlar. TMƏ modelinin məqsədi dəqiqlikdən səlisliyə aparmalı olduğu halda, TƏT – in məqsədi bütün dörd vərdişi inteqrasiya etmək və səlislikdən dəqiqliyə keçmək, daha sonra yenidən səlisliyə qayıtmaqdır. Bu model üzrə mövcud olan tapşırıq diapazonu (oxu və dinləmə üçün mətnlər, problemi həlletmə tapşırıqları, rollarla oyunlar, anketlər və s.) böyük ölçüdə işləklik, elastiklik təklif edir və öyrənənləri təlim prosesində olduqca həvəsləndirir. Qrammatik proqrama istinad edən daha ənənəvi modelə öyrəşmiş şagirdlər üçün TƏT – in müəyyən mənada təsadüfliyi çətin ola bilər, lakin TƏT sistematik yanaşma ilə qrammatika və leksikaya inteqrasiya olunarsa, nəticədə bütün öyrənənlərin ehtiyaclarını ödəyən müfəssəl, hərtərəfli yanaşma yarana bilər. ƏDƏBİYYAT 1. Təhsil Nazirinin çıxışı, “Azərbaycan müəllimi” qəzeti, Bakı 19 mart 2010. 2. A.R. Təhsil Nazirliyi, AMİ “Pedaqogika fənni üzrə proqram”, Bakı, 2010, 1541№li əmr. 3. Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, “Elmi əsərlər” Bakı, 2008, №4. 4. “Müasir təlim metodları və yeni pedoqoji texnologiyaların tətbiqi”, A. Həsrət, 2 may 2010 –cu il. 5. В. Сафонова, И. Тверхлебова, Е. Соловьева English VIII класс, М: Просвещение, 2000. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 40 NİTQİN TANINMASI ÜÇÜN SƏSİN RƏQƏMLƏR AXININA ÇEVRİLMƏSİ VASİTƏLƏRİ M.M. Kərəmova Azərbaycan Dillər Universiteti XÜLASƏ Məqalədə nitqin tanınması üçün təyin olunmuş vasitələrin və kompyuter proqramlarının iş prinsipləri haqqında məlumat verilir. Səsin rəqəmsal axına çevrilməsi prosesi xarakterizə olunur. ABSTRACT The Article deals with the principles of certain means and programs installed in the computer for the recognition of speech. The process of transformation of the sound to the stream of digits is characterized. АННОТАЦИЯ Для опознания речи в статье даются конкретные информации о принципах работы определенных средств и программ вложенных в компютер. Характеризуется процесс превращения звука в цифровой поток. Kompyuterlər üçün nitq interfeysinin yaradılması problemlərinin həlli istiqamətində tədqiqatçılar çox zaman müstəqil olaraq kompyuterə səsin daxil edilməsi və kompyuterdən səsləndirilməsi (çıxarılması) üçün avadanlıqlar hazırlamaq məcburiyyətində olurdular. Bu gün artıq belə avadanlıqlar yalnız tarixi əhəmiyyət kəsb edə bilər. Belə ki, müasir kompyuterləri səsin giriş və çıxış qurguları olan səs adapteri, mikrofon, səs gücləndiricilər və qulaqcıqlar kimi avadanlıqlarla asanlıqla təmin etmək olar. Bildiyimiz kimi səs, insanın qəbul edə biləcəyi diapazon tezliyində olan hava dalğalarıdır. Müxtəlif insanlarda eşidilən tezliklərin diapazonları fərqli ola bilər, lakin qəbul olunur ki, səs dalğaları 16-20000 Hers diapazonunda yerləşir. Kompyuterə səsli informasiyaları daxil edən qurğulardan biri mikrofondur. Mikrofonun funksiyası səs dalğalarının elektrik rəqslərinə çevirməkdir ki, sonradan onlar gücləndirilə bilər, maneələrdən təmizlənmək üçün filtarsiya edilə bilər və kompyuterə daxil olması üçün rəqəmsal səsə çevrilər. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 41 İş prinsipinə görə daha çox yayılmış mikrofonlar aşağıdakılar sayıla bilər: kömürlü, elektrodinamik, kondensatorlu və elektertli. Bu mikrofonlardan bəzilər işləməsi üşün xarici enerji mənbəyi tələb edir (məsələn, kömürlü və kondensatorlu), digərləri isə səs dalgalarının təsiri altında özləri müstəqil olaraq dəyişən elektrik cərəyanı hasil etməyə qadirdirlər (məsələn, elektrodinamik və elektret mikrofonlar). Mikrofonları təyinatına görə də ayırmaq olar. Studiyalarda istifadə olunan mikrofonlar: onları əldə saxlamaq və ya müxtəlif dirəklərə bərkitmək olar, radiomikrofonlarda vardır ki, onları paltara bərkitmək olar və s. Kompyuterlər üçün təyin olunmuş xüsusi mikrofonlar var. Onlar adətən masanın üstündə qoyulur. Prinsip etibarı ilə kompyuterə qoşula bilən istənilən mikrofonla sınaqlar keçirmək olar. Lakin nitqin tanıma sistemlərinin yaradıcıları mikrofonun işləmə vaxtı danışanın ağzından müəyyən sabit məsafədə olmasını tövsiyyə edirlər. Əgər ağızla mikrofon arasındakı məsafə dəyişmirsə, onda mikrofondan daxil olan elektrik siqnalının orta səviyyəsi də kəskin dəyişməyəcəkdir. Bu müasir nitqin tanıma sistemlərinin işinə müsbət təsir göstərər. Burada problemin mahiyyəti nədən ibarətdir? İnsan çox geniş hüdudlarda dəyişən nitqin yüksəkliyini uğurla tanımağa (qəbul etməyə) qadirdir. İnsan beyni yavaş (asta) nitqi müxtəlif maneələrdən filtarsiya edərək, (məsələn, küçədə hərəkət edən maşınların səsindən, kənar danışıqlar və musiqidən) qəbul edə bilir. Müasir nitqin tanıma sistemlərinə gəlincə onların bu istiqamətdə imkanlarının artması arzu ediləndir. Əgər mikrofon masanın üstündədirsə, insanın başının fırlanması və ya müxtəlif səbəblərdən mikrofonla ağız arasındakı məsəfənin dəyişməsi mikrofonda çıxış siqnalının dəyişməsinə və nəticədə nitqin tanınmasının etibarlılığını azaldılmasına gətirib çıxaracaq. Buna görə də nitqin tanınması sistemləri ilə işləyərkən qulaqcıqlarla kombinə edilmiş mikrofondan istifadə etməklə daha yaxşı nəticələr əldə etmək olar. Onun istifadəsi zamanı mikrofonla ağız arasındakı məsafə dəyişməz olaraq qalır. Mikrofon bizə səs dalğalarının elektrik rəqslərinə çevrilməsini həyata keçirir. Bu rəqsləri ossiloqrafın ekranlarında müşahidə etmək olar. Ossiloqrafik tədqiqatları biz səs kartı (platası, adapteri) Sound Blaster ilə təchiz olunmuş adi kompyuterin köməyi ilə yerinə yetirə bilərik. Şəkil 1.-də uzun “a” səsinin tələffüzündən alınan səs siqnalının ossiloqramması verilmişdir. Bu ossiloqram GoldWave proqramının köməyi və şəkil 1.-də göstərilmiş mikrofon və Sound Blaster səs kartının vasitəsilə alınmışdır. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 42 Şəkil. 1. Səs siqnalının ossiloqramı GoldWave proqramı ossiloqramı zaman oxu üzrə uzatmaq imkanı verir ki, bu da xırda detalları diqqətlə müşahidə etməyə imkan verir. Şəkil 2.-də “a” səsinin ossiloqramının uzadılmış bir fraqmenti göstərilmişdir. Diqqətlə baxdıqda mikro- fonda qəbul olunan giriş siqnalının qiyməti periodik olaraq dəyişir və həm müsbət , həm də mənfi kəmiyyətlər alır. Əgər giriş siqnalında yalnız bir tezlik iştirak edərsə (yəni səs “təmiz” olarsa), mikrofondan qəbul edilən siqnalın forması sinusoidal olardı. Lakin, artıq qeyd etdiyimiz kimi insan nitqinin səs spektri tezliklər külliyatından (çoxluğundan) ibarət olduğundan, nitqin ossiloqramının forması sinusoiddən uzaqdır (fərqlidir). Zaman ərzində qiyməti kəsilməz dəyişən siqnal, analoq siqnal adlanır. Məhz belə siqnal mikrofondan daxil olur. Analoq siqnaldan fərqli olaraq, rəqəmsal siqnal zaman ərzində diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarətdir. Kompyuterin səs siqnalını emal edə bilməsi üçün onu analoq formasından rəqəmsal formaya çevirmək lazımdır. Yəni onun ədədi qiymətlər çoxluğu formasına gətirmək lazımdır. Bu proses analoq siqnalının rəqəmsallaşdırılması adlanır. Səs siqnalının (və digər istənilən analoq) rəqəmsal siqnala çevrilməsi xüsusi qurgu vasitəsilə yerinə yetirilir. Buna analoq-rəqəmsal çevirici (ARÇ) (Analog to Digital Converter, ADC) deyilir. Bu qurgu mikrosxem şəklində olaraq səs kartının (platasının) üzərində yerləşir. TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI Təhsildə İKT 43 ARÇ iki mühüm parametrə görə xarakterizə edilir – çevirmə tezliyinə və giriş siqnalının kvantlaşma səviyyəsinin kəmiyyətlərinə görə. Bu parametrlərin düzgün seçimi analoq siqnalının rəqəmsal adekvatlığının son dərəcə vacib şərtidir. Qeyd etmək lazımdır ki, peşəkar səs avadanlıqlarında çevrilmə tezliyi verilmiş kəmiyyətlərdən dəfələrlə çox seçilir. Məqsəd səsin rəqəmsallaşdırıl-masında çox yüksək keyfiyyətə nail olmaqdır. Nitqin tanınması sistemində bu məsələ bir o qədər də aktual deyildir. Kompyuterlərdə istifadə olunan nitqin tanınma sistemləri standart səs kartlarına (platalarına) uyğun olaraq rəqəmsallaşdırma üçün 44000 Hers çevrilmə tezliyindən istifadə edirlər. Bu bir tərəfdən informasiya həcminin kəskin artımına imkan vermir, digər tərəfdən isə - nitqin kifayət qədər keyfiyyətlə rəqəmsallaşdırılmasını təmin edir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling