AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Download 5.01 Kb.
Pdf ko'rish
bet6/11
Sana26.01.2018
Hajmi5.01 Kb.
#25308
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT 
1.
 
Ə.M. Məmmədov. Tədris prosesində hesablama texnikasından istifadə edilməsi. Dərs vəsaiti, 108 
səh. Bakı ADPU nəşriyyatı. 
2.
 
Vilyams P, Maklin K.  
3.
 
Ə.M.  Məmmədov,  M.  Ə.  Salmanova. Təlimin  kompyuter  texnologiyasının  yaradılması.  Təhsildə 
İKT elmi metodiki jurnal No:1, səh 42-47, Bakı 2011. 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
58 
AÇIQ SİSTEMLİ KOMPYUTER TƏLİM PROQRAMLARININ 
HAZIRLANMASININ METODİKİ VƏ TEXNOLOJİ ƏSASLARI 
 
E.V. Seyidzadə 
Qafqaz Universiteti 
Kompyuter Mühəndisliyi kafedrasının baş müəllimi 
 
XÜLASƏ 
Kompyuter dəstəkli təlim (KDT), kompyuterin sinifdə bir dərs vasitəsi kimi istifadəsini tələb edir. 
Kompyuterin təlim prosesinə daxil olması müxtəlif məqsədlərə çatmaq üçün kompyuterdən çox müxtəlif 
yollarla  faydalanma  imkanı  verə  bilər.  KTP-nin  hazırlanması  prosesi  klassik  proqramlaşdırma 
əməliyyatlarının çoxundan fərqlənir. Bəzi klassik kompyuter proqramlarında təsvir ön plana çıxır. KTP-
də təsvir əhəmiyyətli olsa belə, təklikdə mənası olmaz. Bunun yerinə, proqramın istifadəsinin sadəliyi, 
bəlkə  də  digər  proqramlara  nisbətən  KTP-də  daha  əhəmiyyətlidir.  Kompyuter  mütəxəssisləri  və 
proqramçıları tərəfindən istiqamətləndirilən ilk KTP fəaliyyətlərində yuxarıda göstərilən müxtəlifliklər 
kifayət  qədər  diqqətə alınmadığı  üçün  təlim  keyfiyyəti  olduqca  zəif  olan  proqramlar  ortaya çıxmışdır. 
Son illər bu məqsədlə müxtəlif instrumental sistemlər yaradılmışdır. Lakin bu mərhələdə hər müəllimin 
dərs  proqramını  hazırlamasının  nə  iqtisadi  baxımdan,  nə  keyfiyyət  baxımdan,  nə  də  təlimin  sınaqdan 
keçirilməsi baxımından mümkün olmadığı müəyyən edilmişdir. 
Açar sözlər: kompyuter dəstəkli təlim, kompyuter təlim proqramları. 
 
ABSTRACT 
Preparation process of computer instructional program (KIP) differs from classic programming. 
In  some  classic  computer  programs,  description  appears  to  be  first.    Despite  importance  of  the 
description  in  KIP,  it is  supposed to be  useless  when  it  is  separate.  Instead, easiness  in  usage  of this 
program possibly appears to be more important compared to other programs in the KIP. Since above 
mentioned varieties are not paid close attention in the initial KIP which instructed by computer experts 
and  programmers,  many instructional  programs  have  appeared  to be  of  a  quite  low  quality. Besides, 
many various instrumental systems have been appeared nowadays. However, it has been found out that, 
at this step, it is not possible to prepare lesson programs for every teacher either economically, neither 
quality point of view nor testing of the instructional teaching. 
Keywords: computer aided education, computer instructional programs. 
 
Müasir dövrdə orta və ali təhsil mərhələsinin əsas vəzifəsi böyük həcmli biliklər əldə 
etməkdən yox, yeni biliklərin əldə edilməsi üçün mövcud bilikləri yaradıcılıqla tətbiq etməyi 
və  bu  bilikləri  sərbəst  əldə  etməyi  öyrətməkdən  (öyrənməyi  öyrətməkdən)  ibarətdir. 
Həqiqətdə  bu  yalnız,  təlim  və  tərbiyə  məqsədlərinin  həyata  keçirilməsinə  istiqamətlənmiş 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
59 
təhsil  prosesinə  yeni  informasiya  texnologiyalarının  (YİT)  daxil  olması  ilə  mümkündür. 
Hazırda YİT-lərin böyük kütləsini kompyuterlər təşkil edirlər. 
Təlim  prosesində  kompyuterlərdən  istifadə  edilməsinin  ilk  təcrübələri  60-cı  illərin 
əvvəllərinə  təsadüf  edir.  İlk  olaraq  avtomatlaşdırılmış  təlim  kursları  (ATK),  sonra  isə 
proqramlaşdırılmış təlim formalarını reallaşdıran avtomatlaşdırılmış təlim sistemləri (ATS) 
formasında  ilk  proqram  təlim  vasitələri  yaradılmışdır.  ATS-lərin  "intellektuallaşdırılması" 
ekspert  sistemləri  sahəsində  tədqiqatların  aparılması  ilə  həyata  keçirilirdi.  Müasir  dövrdə 
praktik  reallaşdırılması  böyük  xərclər  tələb  edən  intellektual  ATS-lərin  nəzəri  hissəsinin 
hazırlanması davam edir. "İdeal"  fərdi  kompyuter (FK) anlayışına daha dolğun cavab  verən 
kəmiyyətcə  yeni  imkanlara  malik  olan  yeni  nəsil  FK-lərin  meydana  gəlməsi  proqram  təlim 
vasitələrinin  tam  hazırlanmasının  yenidən  qiymətləndirilməsi  məsələsini  ortaya  qoyur. 
Bundan  başqa  proqramlaşdırılmış  təlim  ideyalarının  tammiqyaslı  reallaşdırılması  böyük 
intellekt və maddi xərclər tələb edir. Bu cür ATS-lərin təlim prosesində səmərəli istifadəsi isə 
yəqin deyildir. 
Kompyuter  təlim  proqramı  (KTP)  -  əsas  təlim  vasitəsinin  kompyuter  olduğu 
kompyuter təlim texnologiyasını (KTT) dəstəkləyən təlim vasitəsidir. Funksional imkanlarına 
görə  kompyuter  artıq  bu  gün  praktik  olaraq  ideal  təlim  vasitəsidir,  lakin  bu  imkanların, 
biliklərin  əldə  edilməsində,  bacarıq  və  vərdişlərin  hasil  edilməsi  prosesinin  müvəffəqiyətlə 
həyata  keçirilməsi  zamanı  bir  çox  problemlər  ortaya  çıxır.  Təlim  və  təhsil  sahəsi 
mütəxəssisləri  bu  problemlərlə  mini-kompyuterlər  meydana  gəldiyi  gündən  məşğul  olurlar. 
Fərdi kompyuter (FK) erası isə bunların aktuallığını daha qabarıq göstərir. 
Təhsildə KTP-dən istifadənin əsas perspektiv istiqamətlərinə aşağıdakıları daxil etmək 
olar: 
1.
 
Avtomatlaşdırılmış təlim vasitələri  (ATV) – aktiv təhsil  fəaliyyətini təmin  edən 
proqram-texniki  və  təlim-metodik  vasitələr  məcmuyudur.  ATV  nəinki,  müəyyən  biliklərin 
öyrənilməsini,  həmçinin  şagirdin  cavablarının  yoxlanılmasını,  yardım  etmə  imkanlarını, 
öyrənilən materialın əyləncəliliyini və maraqlılığını və s. təmin edir. 
ATV növbəti bir sıra fənn sahələrinin birləşdirildiyi mürəkkəb insan-maşın sistemidir: 
-
 
didaktika (təhsilin məqsəd, məzmun, qanunauyğunluq və prinsipləri elmi cəhətdən 
əsaslandırılır); 
-
 
psixologiya (şagirdin xarakter xüsusiyyəti və daxili aləmi nəzərə alınır); 
-
 
modelləşdirmə; 
-
 
maşın qrafikası və s. 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
60 
İstifadəçinin ATV ilə əsas qarşılıqlı təsir vasitəsi – dialoqdur. Təlim sistemi ilə dialoqu 
istifadəçinin özü, həm də sistem idarə edə bilər. Birinci halda istifadəçi, öz fərdi qabiliyyətinə 
uyğun  gələn  materialın  öyrənmə  üsulunu  seçərək  ATV  ilə  iş  rejimini  özü  təyin  edir.  İkinci 
halda materialı öyrənmə metodikası və üsulunu sistem təyin edir və bu halda ssenariyə uyğun 
təlim materialı və bununla əlaqədar sualları istifadəçiyə təqdim edir. İstiadəçi öz cavablarını 
sistemə  daxil  edir.  Sistem  də  özü  üçün  onların  mənasını  anlayaraq  cavabın  xüsusiyyəti 
haqqında  məlumat  verir.  Cavabın  doğruluq  səviyyəsindən,  ya  da  şagirdin  suallarından  asılı 
olaraq sistem öyrənmə strategiyasını seçərək və şagirdin bilik səviyyəsinə uyğunlaşaraq bu və 
ya digər təlim ssenarisi yollarının yüklənməsini təşkil edir. 
2.
 
Ekspert  təlim  sistemləri  (ETS)  –  təlim  funksiyasını  həyata  keçirir  və  müəyyən, 
kifayət qədər məhdud fənn sahəsindən ibarət biliklərdən təşkil olunur. ETS tədris olunan fənn 
sahəsi üzrə məsələlərin həlləri strategiyası və taktikalarını şərh etmə imkanlarına malikdir və 
təlim nəticələrinə görə bilik, bacarıq və vərdişlərin səviyyəsinə nəzarət olunmasını təmin edir. 
3.
 
Bir neçə fənn sahəsinə istiqamətlənmiş təlim verilənlər bazası (TVB) və təlim 
verilənlər  bilikləri  (TVBL)  -  TVB  təlim  məsələsi  üçün  verilənlər  yığımı  təşkil  edir  və  bu 
informasiya  yığımında  olanların  seçimi,  çeşidlənməsi,  analizi  və  emalını  həyata  keçirir. 
TVBL-də bir qayda olaraq fənn sahəsinin əsas anlayışlarının şərhi, tapşırığın həlli strategiyası 
və  taktikası;  fənn  sahəsi  üzrə  təqdim  olunan  çalışma,  nümunə  və  tapşırıqların  məcmusu, 
həmçinin şagirdin edə biləcəyi mümkün səhvlərin siyahısı və onların düzəldilməsi haqqında 
məlumat; metodik təlim üsulları və təşkilati formalarından ibarət siyahı saxlanılır. 
4.
 
Multimedia  sistemi  -  intensiv  təlim  metod  və  formalarını  həyata  keçirməyə, 
təlimin motivasiyasını müasir audiovizual informasiyanın emalı vasitələrinin tətbiqi hesabına 
artırmağa, informasiyanın emosional qavranma səviyyəsini inkişaf etdirməyə, informasiyanın 
emalı  üzrə  müxtəlif  fəaliyyət  formalarını  sərbəst  həyata  keçirmə  qabiliyyətlərini 
formalaşdırmağa imkan verir. 
Multimedia  sistemləri  müxtəlif  təbiətli  proseslərin  modelləşdirilmə  əsasında  
öyrənilməsi  məqsədilə  geniş  istifadə  olunur.  Burada  fizikanın  tədrisi  zamanı  adi  gözlə 
görünməyən  elementar  hissəciklərin  həyatınının  əyaniliyini  təmin  etmək,  abstrakt  və 
çoxölçülü  dünyalar  haqqında  ətraflı  söhbət  açmaq,  bu  və  ya  digər  alqoritmin  icrasını  izah 
etmək və s. olar. Real prosesi rəng və səslə müşayiət edərək modelləşdirmək təhsili kəmiyyət 
baxımından yeni səviyyəyə qaldırır. 
5.
 
“Virtual reallıq” - hər hansı bir obyektin qrafik təsvirinə görə onun abstrakt fəza 
obrazını  yaratmaq  bacarığının  inkişaf  etdirilməsi  tələb  olunan  layihə-qrafik,  bədii  və  digər 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
61 
məsələlərin  həlli  zamanı;  sterometriya  və  rəsmxəttin  tədrisi  zamanı;  texnoloji  proseslərin, 
nüvə qurğularının, aviasiya, dəniz və quru nəqliyyatının kompyuterləşdirilmiş trenajorlarında 
istifadə edilir. Bu cür qurğular olmadan insanın çox mürəkkəb və təhlükəli müasir mexanizm 
və  hadisələrlə  qarşılıqlı  təsiri  ilə  əlaqədar  biliklər  əldə  etməsi  prinsipial  olaraq  mümkün 
deyildir. 
6.
 
Təlim məqsədli kompyuter telekommunikasiya şəbəkələri - müəllim və şagirdin 
məkan və ya zaman baxımından ayrıldığı, lakin təlim prosesinin telekommunikasiya, əsasən 
də İnternet şəbəkəsi vasitəsilə həyata keçirildiyi məsafədən təhsili (MT) təmin etməyə imkan 
verir.  Bu  zaman  bir  çox  insanlar  (məsələn,  işgüzar  və  ailə  qayğıları  ilə  əhatələnmiş  yaşlı 
adamlar, kənd yerlərində və ya kiçik şəhərlərdə yaşayan gənclər) təhsilini evdə artırma imkanı 
əldə edir. İnsan ömrünün istənilən dövründə, praktik olaraq dünyanın istənilən elm və təlim 
mərkəzlərində məsafədən yeni sənət almaq, ixtisasını və dünyagörüşünü artırmaq imkanı əldə 
edir. 
Təlim  prosesinin  kompyuter  vasitəsilə  həyata  keçirilməsi,  hər  bir  təlim  kursu  üçün 
təlim  sisteminin  hazırlanması  ilə üzvü surətdə bağlı olan prosesdir.  Bu zaman ardıcıl olaraq 
növbəti məsələlər həll edilir: 
-
 
kompyuterin istifadəsinin vacibliyinin təyini; 
-
 
təlim prosesinin kompyuterləşdirilmə səviyyəsinin təyini; 
-
 
kompyuterlə bağlı funksiyaların təyini; 
-
 
fənn  müəllimlərinin  və  metodistlərin  informasiya  metodik  məqsədlərinə  uyğun 
kompyuter təlim vasitələrinin (KTV) hazırlanması. 
KTP  -  təlim  informasiyasının  əsas  kütləsinin  müəllim  tərəfindən  deyil,  kompyuter 
tərəfindən verildiyi vasitəli təlimi həyata keçirir. Müəyyən bir müəllim, təlim prosesi aparıcısı 
kimi  bir  qayda  olaraq  KTP-nin  hazırlanmasında  iştirak  etmir.  Buna  görə  də  bu  zaman  təlim 
prosesinin  kompyuter  vasitəsilə  dəstəklənməsi  üçün  təlim-informasiya  materiallarının 
(TİM)  hazırlanması  zamanı  əsas  prinsip,  bu  materialların  onu  hazırlayanlardan 
“uzaqlaşdırılmasıdır”. 
KTP  açıq  sistem  kimi  hazırlanmalı  və  müəllimə  tapşırığı  didaktik  tamamlama 
imkanını  verməlidir.  Bu  onunla  təyin  olunur  ki,  dərsin  ssenarisi  istifadəçinin  fəaliyyətini 
kifayət  qədər  dəqiq  təyin  edir  və  onu  idarə  edir.  Buna  görə  də  tapşırığın  didaktik  qiyməti 
böyük həcmli dəyişikliklər zamanı praktik olaraq dəyişmir. 
Bununla  da  müəllim  original  tamamlama,  cari  pedaqoji  tapşırığı  nəzərə  alaraq 
müəyyən istifadəçi kontingentinə istiqamətlənən dərs  ssenarisi yaratma imkanı əldə edir. Bu 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
62 
cür yanaşma, müəllimə əhəmiyyətli dərəcədə fəaliyyət sərbəstliyinin verilməsi zamanı təhsilin 
məzmununu standartlaşdırmaq üçün zəmin yaradır. 
Təlim  sisteminin  təlim-informasiya  və  metodik  təminatının  tərkib  hissələri 
aşağıdakılardır: 
-
 
təlim paylanma materialları; 
-
 
nəzarətedici və testləşdirici materiallar; 
-
 
çalışmalar; 
-
 
qrup, fərdi və sərbəst məşğələlərin aparılması metodikaları; 
-
 
hər  bir  təlim  vasitəsi  və  onların  məcmusunun  istifadə  edilmə  strategiya  və 
taktikasının, istifadəçi tərəfindən dəyişdirilmə və təkrarlanması imkanları; 
-
 
bütün TİM-in təlim vasitələrindən və dərsin təlim metodikalarından asılılığı. 
KTP  təlim  sisteminin  tələblərinə  tamamilə  uyğun  olaraq  hazırlanır  və  onun 
informasiya-metodik əsası  yuxarıda göstərilənlərdir.  KTP, KTT əsasında təlim  xidmətlərinin 
verilməsi  zamanı  layihə  ilə  tanışlığın  ümumi  mərhələsində  təyin  olunmuş  tapşırıqları  həll 
etməklə təlim prosesinin idarə edilməsi funksiyalarını dəstəkləməlidir. KTP-nin hazırlanması 
və  həyata  keçirilməsi  yalnız  müxtəlif  sahədə  çalışan  mütəxəssislərin  cəlb  edilməsi  əsasında 
mümkün  olan  çox  profilli  məsələdir.  Aşağıda  fənn  müəllimlərindən  başqa  kompyuter təlim 
metodikası,  təlim  materiallarının  kompyuterlə  şərhi,  nəzarət  metodu  üzrə  mütəxəssislərin, 
həmçinin proqramçıların da daxil olduğu işçi qrupun funksional tərkibi təsvir olunmuşdur: 
-
 
Hesab  və  idarəedici  alqoritmlərin  “ssenarisi”nin  kodlaşdırılması  üzrə  mütəxəssis 
(proqramçı); 
-
 
Təlim materialının kompyuterdə əks olunması üzrə mütəxəssis (“ssenarist”); 
-
 
Təhsil nəticələrinə nəzarət metodu üzrə mütəxəssis; 
-
 
Təlim metodikası üzrə məsləhətçi; 
-
 
Təlim sahəsi üzrə biliklər daşıyıcısı (müəllim). 
Burada növbəti vacib cəhətləri qeyd etmək lazımdır: 
-
 
təlim-informasiya,  nəzarətedici  və  testləşdirici  materialların  istifadə  edilməsi 
üçün, onlar kompyuterdə öz əksini tapmalıdır; 
-
 
ənənəvi  təlim  metodikasına  düzəlişlər  edilməli  və  ya  yeni  təlim  metodikaları 
hazırlanmalı,  kompyuterin  funksional  imkanlarını  və  onun  təlim  prosesində  istifadə 
edilməsinin spesfik xüsusiyyətlərini nəzərə alaraq didaktik üsullara düzəlişlər edilməlidir; 
-
 
dərs çərçivəsində hər bir kurs mövzusu, dərs və təlim pilləsi üzrə fərdi ssenarilər və 
təlim proqramlarının ümumi ssenarisi hazırlanmalıdır; 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
63 
-
 
istifadəçiyə,  müəyən  təhsil  səviyyəsinin  tələblərinə  uyğun  olaraq  proqramın  hər-
hansı bir funksional hissəsini dəyişdirmə imkanlarının verilməsi baxımından yaradılan KTP-
nin “açıqlılıq” dərəcəsi təyin edilməlidir. 
KTP-nin  hazırlanmasının  son  mərhələsi,  onun  kodlaşdırılmasıdır.  TMPT-nin 
hazırlanmasının  müasir  səviyyəsi  bu  məqsədlə  HM-Card,  Visual  Basic,  Delphi,  Power 
Builder və s. kimi instrumental sistemlərin (İS) istifadə edilməsini tələb edir. 
İS-in istifadə edilməsinin üstünlükləri aşağıdakılardır: 
-
 
TMPT-nin hazırlanma müddətini qısaldır; 
-
 
TMPT-nin bütün inkişaf mərhələsində rahat müşayiət olunmasını təmin edir; 
-
 
proqramın, istifadəçi-müəllim tərəfindən dəyişdirilə bilmə imkanını verir; 
-
 
proqram  vasitəsinin  ayrı-ayrı  tərkib  hissələrinin  dəyişdirilməsi  zamanı  istifadəçi-
interfeysinin vahidliyini təmin edir. 
2.  TƏLIM  MƏQSƏDLI  PROQRAM  TƏMİNATI  VƏ  KOMPYUTER  TƏLİM 
TEXNOLOGİYALARI 
2.1. 
TMPT-NİN TƏSNİFATI 
Kompyuter təlim vasitələri mövzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji) 
məqsədli proqram tiplərini səciyyələndirən çox sayda terminlərdən istifadə edilir. Bu zaman 
müxtəlif  müəlliflər  tez-tez  eyni  bir  terminə  əhəmiyyətli  dərəcədə  fərqli  və  ya  əks  məna 
verirlər.  Eyni  tipli  proqramlar  müxtəlif  terminlərlə  səciyyələndirilir.  Müasir  dövrdə  təlim 
prosesinin  təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  üçün  hazırlanmış  bir  çox  kompyuter 
proqramları mövcuddur. 
Psixoloqların  ayırdıqları  iki  əsas  idrak  fəaliyyətlərinə  (təlim  və  tədris)  uyğun  olaraq 
təlim vasitələrini iki böyük sinfə bölürlər: təlim mühütləri və təlim proqramları. 
Təlim  mühitlərinin  qlobal  pedaqoji  məqsədi  -  müvəffəqiyyətli  mühitin  yaradılması 
yolu ilə öyrənənin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Bu mühitdə öyrənən lazımı 
biliklər əldə edir. 
Təlim proqramı növbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: 
-
 
təlim materialının nümayiş etdirilməsi; 
-
 
müəyyən sahədə təlim; 
-
 
təlim prosesi gedişinin idarə edilməsi üçün testləşdirmə və diaqnostika; 
-
 
xüsusi təlim. 
Yerinə yetirilən metodik funksiya nöqteyi-nəzərdən təlim mühiti və təlim proqramları 
arasında  dəqiq  "çəkilmiş  sərhədlər"  yoxdur.  Bu  sinifdən  olan  təlim  vasitələri  arasındakı 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
64 
yeganə fərq təlim mühitlərindəki nəzarətçi tipli nəzarətin olmaması, təlim proqramlarında isə 
bu nəzarətin olmasıdır. Perspektivdə isə bu komponent bu və ya digərində həmişə olur. 
2.2 
TMPT-DA REALLAŞDIRIALAN TƏLİM ÜSLUBLARI 
Bu  halda  proqramlaşdırılmış  təlimdə  reallaşdırılan  üsullara  baxılmır.  Müasir  TMPT-
lər növbəti təlim üslublarını və ya onların məcmusunu reallaşdırır: 
-
 
uzlaşdırılmış fəaliyyət; 
-
 
müəllim və şagirdin müsahibəsi; 
-
 
izahlı təlim; 
-
 
konsultativ (məsləhətçi) təlim. 
Uzlaşdırılmış  fəaliyyət  zamanı  həlli  bir  neçə  şagirdin  iştirak  etdiyi  qrupla 
reallaşdırılan  mürəkkəb  (ümumi)  məsələ  qoyulur.  Bu  zaman  hər  bir  şagird  öz 
xüsusiləşdirilmiş  rolunu  alır.  Məsələnin  həlli  prosesində  qarşıya  qoyulmuş  məqsədə  tez  və 
optimal çatmağa  yönəldilmiş şagirdlərin  fəaliyyətlərinin uzlaşdırılmasının  vacibliyi qoyulur. 
Bu yanaşma adətən layihəli təlim və işgüzar oyunlarla reallaşdırılır. 
Müəllim  və  şagirdin  müsahibəsi  prosesində  təşəbbüsü  növbə  ilə  həm  (məqsədi 
şagirdin  biliklərindəki  boşluğu  müəyyənləşdirmək  olan)  müəllim,  həm  də  (biliklərini 
dərinləşdirmək üçün sorğular formalaşdıran) şagird ələ alır. Müsahibənin proqramlaşdırılması 
çox  çətindir,  ancaq  bu  mexaniki  öyrənmədən  fərqli  olaraq  şagirdin  biliklərini  dəqiq 
qiymətləndirməyə  imkan  verir.  Bu  cür  təlim  prosesində  şagirdin  bilikləri  elə  dialoqun 
gedişində analiz oluna bilər. 
İzahedici  təlimdə  şagirdə  məsələ  həllinin  çoxsaylı  nümunələri  təqdim  olunur  və  son 
nəticənin alınması prosesində biliklərin bütün elementlərinin mənası izah edilir. Təlim prosesi 
biliklərin ardıcıl canlandırılması prosesi kimi təqdim olunur. Yeni biliklərin əldə edilməsinin 
vacibliyi  şagird  tərəfindən  dərk  edilməlidir  və  hər  bir  yeni  bilik  kvantı  yeni  imkanlarla 
müşaiyət  olunmalıdır.  Bu  yanaşma  fənn  sahəsinə  görə  daha  sadə  və  ya  artıq  məlum  olan 
anlayışları terminlərə görə açmaq üçün əks fəaliyyəti də nəzərdə tutur. 
Məsləhətçi  təlim  şagirdin  təlim  mühitində  daha  fəal  fəaliyyətini  nəzərdə  tutur.  Bu 
təlim  mühitində  şagirdə,  öyrənilən  fənn  sahəsini  açan  məsələlər  təqdim  olunur  və  tədqiqat 
üçün  imkan  verilir.  Şagirdin  fəaliyyətinin  (doğru  və  ya  yanlış)  nəticələrini  alaraq  sistem 
mənaca asılı olan anlayışlar verə bilər və ya intellektual komponentlərin olduğu halda şagirdi 
məsələnin həllinə yönəldə bilər. Bu rejim bir qayda olaraq, istifadəçinin özü tərəfindən tələb 
olunur,  sistem  isə,  istifadəçinin  əsasəsən  sistemin  suallarına  cavab  verdiyi  təlimatlı 
(müəllimli)  təlimdə  olduğundan  fərqli  olaraq  daha  passiv  rol  oynayır.  Bununla  da,  sistem 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
65 
sorğu  sistemində  müraciətin  təmin  olunduğu  "elektron  ensiklopediya"ya  oxşar  bir  şeyə 
çevrilir.  Uyğun  təlimatlı  təlim  yardımı  təlim  mühitlərinin  vacib  komponenti  olur,  həm 
konseptual, həm də əməli biliklərdən istifadə etmək, həmçinin təlim materialını təqdim etmək 
öyrənmə rejimlərini (izah etmə, bilikləri  möhkəmləndirmə, diaqnostika, təkrarlama, tədqiqat 
və s.) təşkil etmək üçün vasitələrdən ibarət olmalıdır. 
2.3. FUNKSİONAL ƏLAMƏTLƏRİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ 
Proqram-aparat  vasitələrinin,  kompyuterlərin  təlim  prosesində  istifadə  edilməsi 
təcrübəsinin  və  təlim  prosesinin  təşkilinin  müasir  mərhələsində  TMPT-ləri  aşağıdakı  kimi 
sinifləndirmək olar: 
-
 
kompyuter dərslikləri - KD; 
-
 
fənnə-yönəlmiş  mühitlər  (virtual  reallıqlar,  mikrodünyalar,  modelləşdirici 
proqramlar, təlim paketləri) - FYM; 
-
 
laboratoriya məşğələləri - LM; 
-
 
trenajorlar - TR; 
-
 
nəzarətçi proqramlar - NP; 
-
 
təlim məqsədli "soraq kitabları", məlumatllar bazası TMB. 
Kompyuter  dərsliyi  təlim  kursunu  və  ya  onun  bölməsini  sərbəst  mənimsəmə 
imkanlarını təmin edən proqram-metodik kompleksdir. KD adi dərslik, sorğu kitabları, məsələ 
kitabı və laboratoriya məşğələlərinin xassələrini özündə birləşdirir. 
Fənnə-yönəlmiş  mühitlər  (virtual  reallıqlar,  mikrodünyalar,  modelləşdirici 
proqramlar,  təlim  paketləri)  -  müəyyən  sinif  obyektlər  üzərində  əməliyyat  aparmağa  imkan 
verən  təlim  paketi  formalarıdır.  Şagirdlər  qoyulmuş  didaktik  məsələni  əldə  etmək,  ya  da 
məqsəd  və  vəzifələri  şagirdin  özü  tərəfindən  qoyulmuş  tədqiqatları  aparmaq  məqsədi  ilə 
metodik göstərişlərə əsaslanaraq mühitin obyektləri üzərində əməliyyat aparırlar. 
Laboratoriya 
məşğələləri  formasında  hazırlanmış  proqramlar  müşaidələrin 
nəticələrini,  onların  ədədi  və  qrafik  təsvirlərini  emal  etmək  və  obyektlərin  istifadə 
olunmasında  müxtəlif  baxışları tədqiq etmək üçün obyektlər, onların qarşılıqlı əlaqəsi  və  ya 
bəzi xassələri üzərində müşahidələr aparmaq üçün nəzərdə tutulur. 
Trenajorlar  məsələnin  həllində  əldə  edilmiş  texniki  təcrübələri  emal  etməyə  və 
möhkəmləndirməyə  xidmət  edirlər.  Bu  cür  proqramlar  məsələnin  nəzəri  və  praktik  həlli 
üsullarına görə, informasiya əldə etməyi, müxtəlif sərbəstlik səviyyələrinin məşqi, nəzarət və 
özünənəzarəti təmin etməlidir. 

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
66 
Nəzarətedici  proqramlar  biliklərin  keyfiyyətini  yoxlamaq  (qiymətləndirmək)  üçün 
nəzərdə tutulmuş proqram vasitələridir. 
Təlim  məqsədli  soraq  kitabları,  məlumat  bazaları  şagirdlərin  müxtəlif  cür  sorğu 
xarakterli təlim informasiyasını saxlaması və təqdim etməsi üçün nəzərdə tutulmuşdur. Onlar 
üçün  materialın  ierarxik  təşkili  və  informasiyanın  müxtəlif  əlamətlərə  və  ya  məzmuna  görə 
axtarılması səciyyəvidir. 
Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling