AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


  İNFORMATLAŞMA  ŞƏRAİTİNDƏ  PEDAQOJİ  TƏHSİLİN  MƏQSƏD  VƏ


Download 5.01 Kb.
Pdf ko'rish
bet2/11
Sana26.01.2018
Hajmi5.01 Kb.
#25308
1   2   3   4   5   6   7   8   9   10   11

 
3.  İNFORMATLAŞMA  ŞƏRAİTİNDƏ  PEDAQOJİ  TƏHSİLİN  MƏQSƏD  VƏ 
VƏZİFƏLƏRİ 
İnformasiya  cəmiyyəti  şəraitində  müəllim  pedaqoji  prosesdə  xüsusi  hesablama 
vasitələrindən – müəllimin avtomatlaşdırılmış iş yerindən (AİY) istifadəni bacarmalıdır. AİY 
təlim  prosesinin  səmərəli  idarə  edilməsinə  imkan  verən  proqram  təminatıdır.  Gələcək 
müəllimin belə vasitələrlə işə keyfiyyətli hazırlanması üçün isə pedaqoji universitetin özündə 
mükəmməl  informasiya-təhsil  məkanı  formalaşmalı,  tədris  prosesində  AİY  tip  vasitələrdən 
geniş istifadə edilməlidir. Lakin çox vaxt universitetlərdə informatlaşmanın səviyyəsi burada 
olan  kompyuterlərin  sayı  ilə  müəyyən  edilir.  Nəticədə  universitetdə  kompyuterlərin  sayının 
artmasına  baxmayaraq,  təlimin  keyfiyyətində  yüksəlişə  nail  olunmur,  bəzi  hallarda  isə 
keyfiyyət daha da zəifləyir. Bu vəziyyət tədris prosesinə elmi yanaşmanın olmaması, metodik, 
təşkilatı  və texniki  problemlərlə, təhsil  haqqında  müasir elmlərin  nailiyyətlərini  qulaqardına 
vurmaqla  əlaqədardır,  nəticədə  təhsilin  informatlaşmasına  tələbə  və  pedaqoji  heyətdə  qeyri 
ciddi münasibət yaranır. Bunun aşağıdakı kimi səbəbləri var: 
1.
 
Ali  məktəblərdə  İT-dan  istifadəyə  dair  vahid  metodologiyası  yoxdur.  Bu  proses 
konseptual və məqsədli proqram layihələr əsasında deyil, kor-təbii, sistemsiz aparılır.  
2.
 
Bu  proseslərə  maliyyə  ayrılmır.  Təbii  ki,  belə  mürəkkəb  elmi-texniki  sahənin 
inkişafı  maliyyəsiz  əsla  mümkün  deyil.  Bu  problemlərlə  əlaqədar  Dövlət  Proqramları  qəbul 
edilsə də, universitetlərə hələ ki, bu sahənin inkişafı üçün maliyyə ayrılmayıb.  
3.
 
Təhsilin  informatlaşması  üzrə  kadr  təminatı  yox  səviyyəsindədir.  Təhsilin 
informatlaşması  xüsusi  bir  fəaliyyət sahəsidir, bu  işi  nə İT mütəxəssisləri,  nə də pedaqoqlar 
keyfiyyətlə  reallaşdıra  bilməzlər.  Bu  sahənin  mütəxəssisləri  pedaqoji  informatika,  elektron 
pedaqogika  üzrə  ixtisaslaşmalıdırlar.  RF-da,  TC-də  universitetlərdə  bu  profilli  kadrlar  10 
ildən  artıqdır  ki,  hazırlanır.  Təəssüf  ki,  bu  günə  qədər  respublikamızda  bu  sahə  üzrə  nə 
bakalavr,  nə  də  magistr  hazırlığı  reallaşmayıb.  Peşəkar  olmayan  yerdə  təbii  ki,  işin  nəticəsi 
ola bilməz.  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
11 
4.
 
Təhsilin  informatlaşması  üzrə  universitetlərdə  infrastruktur  yoxdur.  Bəzi 
universitetlərdə elementar səviyyədə müəyyən strukturlar var, lakin maliyyə qıtlığı səbəbi ilə 
bura peşəkarların işə cəlb edilməsi və ya yeni kadrların hazırlanması problemlidir.  
5.
 
Ali  təhsilin,  o  cümlədən  ali  pedaqoji  təhsilin  informatlaşmasının  elmi-metodik, 
pedaqoji-psixoloji təminatı zəifdir. 
6.
 
Proqram  təminatın  və  metodik  təminatın  hazırlanmasında  ali  təhsil  müəsissələri 
arasında əlaqələndirmə və iş birliyi zəifdir. 
7.
 
Pedaqoji və rəhbər heyətin təhsildə İT sahəsində hazırlıq səviyyəsi zəifdir. 
Ali  pedaqoji  təhsilin  informatlaşması  prosesinin  təşkili  və  idarəedilməsi  məqsədi  ilə 
bir  sıra  aktual  problemləri  həll  etmək  lazımdır.  Pedaqoji  təhsilin  informatlaşması  aşağıdakı 
məqsədlərə xidmət edir: 
1. Gələcək müəllimlərin İT-nın tətbiqi şəraitində peşə fəaliyyətini səmərəli qurmaq. 
2.  İT-nın  tətbiqi  əsasında  pedaqoji  kadrların  hazırlıq  səviyyəsinin  yüksəldilməsi,  bu 
məqsədlə konkret təşkilati-metodik tədbirlər əsasında təlim texnologiyalarını təkmilləşdirmək.  
3.  Gələcək  müəllimlərin  müasir  tələblər  səviyyəsində  hazırlanması  üçün  peşə  təhsil 
proqramlarından daha səmərəli istifadəni təmin etmək . 
4.  Təlim  prosesinin  səmərəsini  yüksəltmək  məqsədi  ilə  İT-na  əsaslanan  mütərəqqi 
təlim metodlarından istifadə. 
5.  Ali  məktəblərdə  aparılan  elmi-tədqiqatların  informatlaşma  vasitələri  ilə  təmin 
edilməsi. 
6. Ali məktəbin idarə edilməsində yeni texnologiyalarının tətbiqi. 
İT-nin pedaqoji təhsildə potensialı çoxaspektli olub, aşağıdakı real imkanları yaradır: 
1.  Pedaqoji  təhsilin  məzmunun  seçilməsi  metodologiya  və  strategiyasının 
təkmilləşdirilməsi. 
2. 
Təlimin 
səmərəsinin 
yüksəldilməsi 
üçün 
onun 
fərdiləşməsi 
və 
differensiallaşdırılmasının  təmin  edilməsi,  təlim  prosesində  qarşılıqlı  münasibətlərin  yeni 
formalarının təşkili, müəllim və tələbə fəaliyyətinin xarakter və məzmunca dəyişməsi. 
3.  Təlim  prosesinin  planlaşdırılması,  təşkili,  monitorinqi,  idarə  edilməsinin 
təkmilləşdirilməsi, pedaqoji təhsil sisteminin idarəetmə mexanizminin modernləşdirilməsi. 
Ali pedaqoji təhsilin informatlaşmasının əsas məqsədlərinə nail olmaq üçün aşağıdakı 
məsələləri həll etmək lazımdır: 
1.
 
Humanitar və təbiət profilli pedaqoji təhsilin xüsusiyyət və tələbləri səviyyəsində 
müvafiq pedaqoji təhsil sisteminin yaradılması.  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
12 
2.
 
Tədris  kursları  və  proqramların  hazırlanmasında,  tətbiqində  informatlaşma 
məsələlərinin nəzərə alınması. 
3.
 
Ali pedaqoji təhsilin informatlaşma prosesinin tələbləri nəzərə alınmaqla mövcud 
kvalifikasiya (ixtisas) xarakteristikalarının təkmilləşdirilməsi.  
4.
 
Pedaqoji 
təhsil 
sisteminin 
tələbələrin 
qabiliyyətindən 
asılı 
olaraq 
diferensiallaşmasını.  
5.
 
İnformasiya  vasitələrinin  proqramlaşmanı  bilməyən  tələbə  və  müəllimlər 
tərəfindən sərbəst istifadəsi üçün adaptasiya edilməsi, sadə interfeysə malik olması.  
6.
 
Təhsilin  informatlaşması  vasitələrinin  hazırlanmasına  sərf  edilən  maliyyə 
vəsaitlərinə və vaxta qənaət edilməsi. 
7.
 
Ali  pedaqoji  təhsil  sistemində  tələbələrin  yüksək  fəaliyyət  stimullarını 
müəyyənləşdirmək və ondan praktik istifadə. 
Bu  məsələlərin  səmərəli  həlli  pedaqoji  təhsilin  planlaşdırılmış  nəticələrinin  əldə 
edilməsinə əlverişli şərait yaradır.  
 
4.  TƏHSİLİN  İNFORMATLAŞMASI  ÜZRƏ  LAYİHƏLƏRİN  İDARƏ 
EDİLMƏSİ 
Təşkilati  baxımdan  təhsilin  informatlaşması  uzunmüddətli  prosesi  olub,  elmi-texniki 
proqramlar  (ETP)  sistemidir.  Bu  proqramlar  aşağıda  qeyd  edilən  istiqamətlərdə  layihələr 
külliyatından ibarətdir: 
1.
 
Elmi-tədqiqat layihələri. 
2.
 
Elmi-texniki layihələr. 
3.
 
Maddi-texniki təminat layihələri. 
Təhsilin  informatlaşması  yönümlü elmi-texniki  layihələr əsasən  büdcədən və qismən 
də  digər  əlavə  mənbələrdən  maliyyələşir.  Pedaqoji  təhsilin  informatlaşması  konsepsiyasının 
reallaşması üçün, müvafiq informatlaşma proqramı yaradılmalıdır.  
Geniş əhatəli və mürəkkəb strukturlu layihələrin reallaşması istiqamətində beynəlxalq 
təcrübədə  bir  sıra  mühüm  prinsiplər  müəyyən  edilmişdir.  Bu  prinsiplər  təhsilin 
informatlaşması layihələrinə də şamil edilə bilər. Bu prinsiplərə diqqət edək: 
1.  Proqram  yaradıcı  və  perspektiv  xarakterli  məsələlərdən  ibarət  olmalı,  siyasi, 
iqtisadi, sosial və elmi texniki ideallara xidmət etməlidir. 
2. Proqram aydın struktura malik olmalı, aralıq mərhələlərin reallaşdırılması nəticələri 
özlüyündə praktik dəyər daşımalı, digər yeni layihələrə təşəbbüslər yaratmalıdır.  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
13 
3.  Proqrama  kifayət  qədər  geniş-konseptual  baxış  olmalıdır.  Bu  imkan  verir  ki, 
proqram bütün metodları, vasitələri və elementləri vahid mövqedə birləşdirsin.  
4.  Bu  sahədə  reallaşan  beynəlxalq  səviyyəli  layihələr  diqqətdə  saxlanılmalı,  imkan 
daxilində onlara kooperasiya edilməlidir.  
5.  Proqramın  əsas  məqsədləri  siyasi,  sosial,  elmi-texniki  tələblərlə,  iqtisadi  amillərlə 
balanslaşdırılmalıdır.  Proqramın  qısa  müddətli  aralıq  məqsədləri  müəyyənləşməlidir.  Qısa 
müddətli aralıq məqsədlər layihənin qiymətləndirilmə meyarları kimi istifadə edilə bilər. 
6.  Məqsədli  proqramların,  elmi-tədqiqat  mövzularının  məzmunu  ilə  ümumi  proqram 
arasında  olan  münasibətlər  dəqiq  müəyyənləşməlidir.  Hər  mərhələdə  bir  neçə  alternativ 
variantdan seçim imkanı nəzərdən keçirilməli, aparılmış seçim əsaslandırılmalıdır. 
7.  Proqramın  idarə  edilməsi  və  icrasına  fasiləsiz  nəzarət  məqsədi  ilə  bu  problemə 
aidiyyəti  olan  müxtəlif  strukturların  nümayəndələrindən  ibarət  təşkilati  qrup  yaradılmalıdır. 
Qrupun üzvləri çox olmamalı və proqramın icrası müddətində tərkib dəyişməməlidir. 
8.  Tamlıq  prinsipinə  riayət  edilməlidir.  Əsas  ideyalar  aydın  ifadə  edilməli  və 
sənədləşdirilməlidir.  İcra  prosesində  ciddi  səhvlər  müəyyən  edilməzsə,  proqramda  heç  bir 
dəyişiklik edilməməlidir.  
Təhsilin informatlaşması layihələrinin reallaşdırılması prosesində müvafiq işlərin İKT 
vasitəsi  ilə  icrasına  qadir  olan  kadrlara  ehtiyac  yaranacaq.  Belə  kadrlar  məqsədli  şəkildə, 
intensiv təlim proqramları əsasında, müxtəlif istiqamətlər üzrə, mərhələlərlə hazırlanmalıdır. 
Təhsilin  informatlaşması  üzrə  səriştəli  kadrların  hazırlanması  geniş  əhatəli  və  mürəkkəb 
prosesdır. Beynəlxalq təcrübədə bu prosesin uğurlu reallaşma təcrübəsi mövcuddur. 
İnformatlaşma  ideyalarının  təhsil  sistemində  praktik  reallaşdırılması  üzrə  müvafiq 
kadr  hazırlığına  verilən  əsas  tələb  təhsilin  bütün  mərhələləri  üzrə  informatlaşma  sahəsində 
vahid  siyasət  və  varisliyin  təmin  edilməsidir.  Hazırlanan  kadrların  müvafiq  siyasət, 
konsepsiya, strategiya, icra proqramları ilə yaxından tanış olması, beynəlxalq təcrübəyə bələd 
olması zəruridir.  
Təhsilin  informatlaşma  konsepsiyasının  reallaşması  üzrə  işlərin  planlaşdırılması  və 
buna  nəzarət  xüsusi  indikatorların-  prosesin  qiymətləndirilməsi  metod  və  vasitələrinin 
yaradılması sistemini tələb edir. Konsepsiyanın reallaşdırılması gedişatı barədə məlumatların 
toplanılması və statistikası sisteminin yaradılması da zəruridir. 
İstənilən  proqramın  idarə  edilməsi  və  icrasına  nəzarət  inteqrə  edilmiş, 
balanslaşdırılmış  göstəricilər  sistemi  əsasında  aparılır.  Bu  zaman  aşağıdakı  xarakeristikalar 
nəzərə alınır: 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
14 
1.
 
Proqramın aralıq və son məqsədlərinə nail olma dərəcəsi.  
2.
 
Proqramın  icrası  gedişatında  əldə  olunan  nəticələrin  sosial  və  elmi-texniki 
əhəmiyyəti. 
3.
 
İcra edilən işlərin iqtisadi səmərəsi. 
İT-dan  istifadənin  səmərəsi  bir  çox  hallarda  onların  keyfiyyəti  və  istifadəçinin  bu 
texnologiyalara etibar dərəcəsi ilə müəyyən edilir.  
İnformasiya texnologiyarına əsasən aşağıdakı komponentlər daxildir: 
1.
 
 Hesablama texnikasının apparat vasitələri. 
2.
 
 Telekommunikasiyanın apparat vasitələri. 
3.
 
 İnformasiya texnologiyaları funksiyalarını realizə edən proqram vasitələri.  
4.
 
 Verilənlər bazası.  
5.
 
 İT-nin  bütün  komponenetlərinin  funksiya  və  tətbiqlərini  tənzimləyən  sənədlər 
külliyyatı. 
İT-nin  apparat  komponentləri  kifayət  qədər  universal  xarakter  daşıyır  və  İT-nin 
konkret  funksional  təyinatından  az  asılıdır.  Bununla  belə  seçim  zamanı  çox  vaxt  İT-nin  bir 
sıra texniki xarakteristikaları nəzərə alınır.  
İT-nin digər komponenti onun intellektual hissəsidir. İntellektual hissə konkret İT-nin 
həll  etdiyi  məsələlərin  təyinatını,  funksiyalarını  və  keyfiyyətini  müəyyən  edir.  İT-nin  bu 
komponenti prinsipial yeniliklərlə, xarakteristikaların müxtəlifliyi ilə fərqlənir. 
 
5. TƏHSİLİN İNFORMATLAŞMASININ ELMİ TƏMİNATI 
Təhsil  sisteminin  informatlaşması  nəticəsində  bu  sistemi  əhatə  edən  informasiya 
mühiti keyfiyyət və kəmiyyət dəyişikliklərinə məruz qalır. Nəticədə hər bir şəxsin və ümumən 
cəmiyyətin  intellektual  səviyyəsinin  sürətli  inkişafına  yeni  imkanlar  yaranır.  İT  bazasında 
reallaşan təhsil sisteminin təhlili göstərir ki, təhsil texnologiyaları və təhsil nəzəriyyəsi kimi 
mühüm  məsələlər  öz  aralarında  lazımi  səviyyədə  əlaqələndirilmir.  Nəticədə  təhsildə  yeni 
informasiya  texnologiyalarının  tətbiqi  bir  çox  hallarda  pedaqoji  problemlərin  həllinə  təkan 
verə  bilmir. Əsas problem  budur ki, texniki  vasitələr tədris prosesinə sadəcə olaraq görüntü 
xatirinə  nüfuz  etməsin,  pedaqoji  problemlərin  həllinə  yönəlmiş  yeni  təhsil  texnologiyaları 
yaradılsın.  Pedaqoji  elm,  təlim  nəzəriyyəsi,  təlim  prosesi  haqqında  nəzəri  təsəvvürlər 
baxımından dərin düşünülmüş və  layihələndirilmiş  yeni təhsil texnologiyaları  yaradılsın. Bu 
gün  təhsil  sferasına  yeni  texnologiyaların  nüfuz  etməsi,  elektron  təhsilin  formalaşması 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
15 
müvafiq  olaraq  elektron  pedaqogikanın  yaranmasını  zəruri  edir.  Bu  mənada  pedaqogika 
sahəsində ciddi tədqiqatların aparılmasına kəskin ehtiyac var. 
 Təhsilin  informatlaşması  üzrə  araşdırmaların  aparılması  metod  və  vasitələrinin 
düzgün  əsaslandırılması  üçün  qabaqlayıcı  xarakterli  elmi  tədqiqatlar  icra  edilməlidir.  Bu 
tədqiqatlar aşağıdakı istiqamətləri əhatə edə bilər: 
1.
 
İbtidai  təhsildən  diplomdansonrakı  təhsilə  qədər  təhsilin  bütün  mərhələlərində 
ümumi  təyinatlı  İT  (informatika)  üzrə  bilik,  bacarıq  və  vərdişlərin  tədrisi  məzmunu  və 
metodologiyasının  müəyyənləşdirilməsi. Hər  növbəti  mərhələdə  bilik, bacarıq  və  vərdişlərin 
inkişafında varisliyin təmin edilməsi. 
2.
 
İbtidai  təhsildən  diplomdansonrakı  təhsilə  qədər  təhsilin  bütün  mərhələlərində 
ayrı-ayrı  fənlər  üzrə  İT-dan  və  təlimin  ənənəvi  metodlarından  istifadənin  nisbəti, 
məqsədəuyğunluğunun təhlili və əsaslandırılması. 
3.
 
İT-dan istifadə zamanı tələbələrin təhlükəsizliyinin təmin edilməsi problemlərinin 
tədqiqi.  
4.
 
 Avtomatlaşdırılmış  öyrədici  sistemlər  (AÖS)  və  onların  komponentlərinin 
(avtomatlaşdilımış dərslik, kurs, praktikum v. s.) yaradılma metodologiyası.  
5.
 
Peşə  təhsilinin  müxtəlif  istiqamətlərində  (mühəndis,  iqtisadi  və  pedaqoji  və  s.) 
avtomatlaşdırılmış öyrədici sistemlərin məzmunu, strukturunun təhlili və əsaslandırılması. 
6.
 
Avtomatlaşdırılmış  öyrədici  sistemlərin  tədrisdə  istifadə  metodikalarının 
yaradılması.  
7.
 
Təhsilin bütün pillələrində İT-nin tətbiqi vasitəsi ilə təlimin keyfiyyətinə nəzarətin 
metodologiyasının hazırlanması. 
8.
 
Ali  pedaqoji  təhsil  prosesində  virtual  təhsillə  real  təhsilin  optimal  nisbətinin 
müəyyənləşməsi.  
9.
 
Perspektiv baza İT (proqram-texniki İT, telekommunikasiya İT, multimediya İT ) 
sahəsində tədqiqatlar. 
10.
 
Pedaqoji  təhsilin  informasiya  infrastrukturunun  qlobal  təhsil  sistemi  ilə,  elm, 
istehsalat, mədəniyyətin müvafiq infrastrukturları ilə inteqrasiya problemlərinin tədqiqi. 
Yuxarıda  qeyd  edilənlər  fasiləsiz  pedaqoji  təhsilin  informatlaşması  problemi  üzrə 
tədqiqatların  əsas  istiqamətlərini  müəyyən  edir.  Bura  aşağıdakı  konkret  elmi  tədqiqat 
istiqamətləri və mövzularını da əlavə etmək mümkündür: 
1.
 
İKT bazasında reallaşan müasir təhsil haqqında elmlərin inkişafı. 
2.
 
Nəzəri informatika sahəsində fundamental təhsilin problemlərinin tədqiqi.  

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
16 
3.
 
İKT əsaslı pedaqoji təhsil sistemində pedaqoji texnologiyaların təkmilləşdirilməsi. 
4.
 
Cəmiyyətin  informatlaşması  şəraitində  ali  pedaqoji  təhsil  müəssisələrində 
informatika fənninin tədrisi metodik sisteminin inkişafı. 
5.
 
Cəmiyyətin  informatlaşması  şəraitində  əlavə  pedaqoji  təhsilin  məzmunu  və 
metodik sisteminin inkişafı. 
6.
 
Ali  pedaqoji  təhsilin  informatlaşması  proseslərinin  inkişafını  təmin  etmək 
məqsədi ilə İT-nın səmərəli tətbiqinin pedaqoji, erqonomik şərtləri.  
7.
 
İnformasiya-metodik  təminatın  avtomatlaşdırılması,  tədris  müəssisəsinin  müasir 
İKT vasitələri əsasında idarə edilməsi.  
8.
 
Ali pedaqoji təhsil üzrə elmi-pedaqoji informasiya bankının yaradılması. 
9.
 
İKT  bazasında  distant  pedaqoji  təhsilin  yaradılması  və  inkişafı  problemlərinin 
tədqiqi. 
Ali  pedaqoji  məktəblərdə  İT-nın  kompleks  tətbiqi  əsasında  təlim-tərbiyə  prosesi 
təşkilinin tədqiqi. 
Qeyd  edilən  istiqamətlərdə  aparılan  elmi  tədqiqatların  nəticələri  ekspertizadan 
keçdikdən  sonra  bu  bazada  normativ  və  tövsiyyə  xarakterli  sənədlər  hazırlanmalıdır. 
İnformasiya  təhsil  mühitinin  yaradılması  üzrə  işlər  öz  əhəmiyyəti  və  problemlərin 
mürəkkəbliyi  səbəbindən  müstəqil  proqram  şəkilində  tərtib  edilməlidir.  Təhsilin 
informatlaşması layihələrinin hazırlanması və icrası prosesində digər nazirliklərin tabeliyində 
olan qurumlarla, habelə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq zəruridir.  
Pedaqoji  təhsilin  infrastrukturunun  yaradılması  zamanı  aşağıdakı  məsələlər  həll 
edilməlidir: 
1.
 
Pedaqoji  təhsil  sisteminin  vahid  telekommunikasiya  şəbəkəsi,  vahid  verilənlər 
bazası sistemi, informasiya resursları yaradılmalı və inkişaf etdirilməlidir. 
2.
 
Pedaqoji işçilərin və digər istifadəçilərin pedaqoji təhsilin vahid verilənlər bazası 
sisteminə, informasiya resurslarına sərbəst və kütləvi əlyetərliyi təmin edilməlidir. 
3.
 
Müəllim  hazırlığının  hər  bir  istiqaməti  üzrə  məntiqi  cəhətdən  tam,  bitkin 
informasiya təhsil məkanı yardılmalıdır.  
4.
 
Pedaqoji  təhsilin  hər  səviyyəsi  və  forması  üzrə  məntiqi  cəhətdən  bitkin 
informasiya təhsil məkanının yaradılması, bu informasiya məkanında metodik, tədris və elmi 
işlər üzrə məlumatlar, bu sferada kadr potensialının xarakteristikası əks olunmalıdır. 
Göründüyü  kimi  ali  təhsilin,  o  cümlədən  ali  pedaqoji  təhsilin  informatlaşması 
kompleks  problem  olub,  bir  çox  məsələlərin  səriştəli  həllini  tələb  edir.  Bu  İT  və  onların 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
17 
təhsildə  tətbiqlərinin  beynəlxalq  standartlarla  müəyyən  edilməsi  ilə  əlaqədardır.  Ali 
təhsilimizin qlobal informasiya-təhsil məkanına səmərəli inteqrasiya edilməsini istəyiriksə, bu 
problemləri  beynəlxalq  standartlara  uyğun  olaraq,  kompleks  şəkildə  həll  etməliyik.  Elm 
qlobal  xarakter  daşımadığı  kimi,  informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  olaraq 
yaradılacaq  yeni  milli  təhsil  sistemi  də  qlobal  xarakter  daşıyır.  Bu  səbəbdən  yeniləşən  ali 
pedaqoji təhsil sistemi məzmun və texnologiya baxımından qlobal xarakter daşımalı, yüksək 
texnologiyalar əsasında qurulmalıdır. Bu mürəkkəb işlərin icrasına isə xeyli resurs - kadr, vaxt 
və maliyyə lazımdır.  
ƏDƏBİYYAT 
1.
 
İlham  Əhmədov.  Təhsilin  qloballaşmasında  İKT  amili  .  “Təhsildə  qloballaşma  və  İKT”, 
Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2008. 
2.
 
 И.  Б.  Ахмедов.  Открытые  образовательные  ресурсы  в  развитии  инновационного 
образования.  Материалы  Всероссийской  научной  конференции  «Информационные 
технологии в образовании 21-го века». Москва, 2011. 
3.
 
Роберт И.В. Теория и методика информатизации образования (психолого-педагогические и 
технологические аспекты). 3-е изд. М.: ИИО РАО 2010, 356 с. 
4.
 
Роберт  И.В.,  Поляков  В.А.  Основные  направления  научных  исследований  в  области 
информатизации  профессионального  образования.  М.  :  Информатика  и  Образования  2004, 
68 с.  
5.
 
Павлова Т.Б. Подготовка преподавателя педагогического вуза к деятельности в современной 
информационной образовательной среде: Автореферат дисс. …канд. пед. наук. Спб.: 2010. 
6.
 
Сергеев  А.Н.  Теоретические  основы  и  технологии  обучения  в  сетевых  сообществах 
Интернета: монография. Волгоград: Изд-во ВГПУ «Перемена», 2010 (апр.). 183 с. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
18 
DİSTANT TƏLİM TEXNOLOGİYALARI 
 
F.A. Rüstəmov 
pedaqoji elmlər doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
XULASƏ 
Məqalədə  göstərilir  ki,  distant  təlim  fasiləsiz  təhsil  formalarından  biridir.  Mahiyyət  etibarilə 
distant  təlim  məsafədən  (telekommunikasiya,  kompyuter,  elektron  poçtlar,  peyk  televiziya,  radio, 
kompyuter və internet əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir. 
 
ABSTRACT 
Features  of  forming  of  the  distant  training  one  forms  of  the  continuous  education  are 
investigated. 
АННОТАЦИЯ 
В  статье  рассматриваются  особенности  организации  дистанционного  обучения  как 
одной  из  форм непрерывного  образования.  Объясняется сущность  дистанционных  технологий 
обучения. 
 
Distant  təlim  deyərkən,  əhalinin  geniş  təbəqələri  üçün  ölkə  daxilində  və  xaricdə 
xüsusi informasiya – təhsil şəraitinin yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə 
əsaslanan  distant  təlim  məsafədən  (telekommunikasiya,  kompyuter,  elektron  poçtlar,  peyk 
televiziya,  radio,  kompyuter  və  internet  əlaqələr  və  s.)  təlim  informasiyası  mübadiləsi 
vasitəsilə həyata keçirilir Distant təlim fasiləsiz təhsil formalarından biridir və insanın təhsil 
və informasiya almaq hüquqlarını reallaşdırır, ölkə daxilində vətəndaşların təhsil imkanlarını 
genişləndirir. Distant təlim məktəbliyə, tələbəyə, hərbi və hüquqi şəxslərə, ölkə daxilində və 
xaricdə  işsizlərə  aparıcı  universitetlərin,  institutların,  akademiyalar,  mütəxəssis  hazırlığı, 
ixtisasartırma  və  ixtisasdəyişmə  mərkəzləri  və  digər  təhsil  müəssisələrinin  elmi  və  təhsil 
potensialından faydalanmağa imkan verir. Distant təlim əsas fəaliyyət və təhsillə yanaşı, əlavə 
təhsil üçün şərait yaradır.  
Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur: 
-
 
Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və onların təminatı. 
-
 
Regional distant təlim sistemləri və onların təminatı. 
-
 
Lokal distant təlim sistemləri və onların təminatı. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
19 
-
 
Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır: 
-
 
Distant təlimin konseptual aspektləri. 
-
 
Distant təlimin didaktik aspektləri. 
Müəllim-məsləhətçilər sistemi və onların təhsilalanlarla əlaqə formaları. 
-
 
Distant təlimdə testləşdirmə. 
-
 
Distant təlim şəraiti və texnologiyaları. 
-
 
İnformasiyaların verilməsi qaydaları. 
-
 
Kommunikasiya formaları. 
Bütün  dünyada  distant  təlimi  reallaşdırmaq  məqsədilə  tədris  proqramlarının 
translyasiyasından geniş istifadə olunur. Bu zaman geniş auditoriya üçün müxtəlif təlim idrak 
proqramları,  mühazirələr  nümayiş  etdirilir.  Distant  təlimin  bu  formasından  iqtisadi,  hüquqi, 
ekoloji, elmi,  mədəni  və digər biliklərin əldə edilməsində  istifadə olunur. «Qlobal  mühazirə 
zalı»,  «Dünya  universiteti»,  «Xalqlararası  elektron  universitet»  və  digər  distant  təlim 
sistemləri  bütün  dünyada  geniş  yayılmışdır.  Bu  elektron  sistemlər  dünyanın  müxtəlif 
yerlərində  yaşayan  insanlar  arasında  ünsiyyət  yaratmağa,  insan  həyatının  müxtəlif  sferaları 
haqqında biliklər mübadiləsi və diskussiya təşkil etməyə şərait yaradır. 
Distant  təlimin  regional  sistemləri  ayrıca  götürülmüş  region  daxilində,  regionun 
xüsusiyyətləri  nəzərə  alınmaqla,  təhsil  vəzifələrini  həyata  keçirir.  Həmin  sistem  federal 
distant  təlim  sisteminin  tərkib  elementidir.  Bu  səbəbdən  də,  regional  sistemlər  yaradılarkən, 
konkret dövlət təhsil standartlarının tələbləri nəzərə alınmalıdır. 
Lokal  distant  təlim  sistemi  bir  şəhər,  yaxud  bir  universitet  çərçivəsində  hər  hansı 
professional bilik sahəsi çərçivəsində reallaşdırılır. 
Distant  təlim  sisteminin  əsas  vasitəsi  –  telekommunikasiya  sistemidir.  Bunlar 
aşağıdakı vəzifələrin həllinə yönəlir: 
-
 
zəruri tədris və tədris-metodik materialın təmin edilməsi; 
-
 
öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması; 
-
 
distant təlim sistemi daxilində idarəetmə informasiyası mübadiləsi; 
-
 
xalqlararası informasiya şəbəkəsinə qoşulmaq. 
Respublikamızda distant təlim sistemini formalaşdırmaq üçün, birinci, interaktiv peyk 
televiziyası yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından ibarət olmalı və 
peyk kanalları ilə birləşməlidir.  
İkincisi,  regionlarda  ali  məktəb  kompyuter  telekommunikasiya  sistemlərinin 
(RUNNET, UNJCOR, RELARN) inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
20 
Üçüncüsü,  respublika  daxilində  mövcud  olan  sahə  ilə  distant  təlim  sistemlərinin 
əlaqəsi təmin edilməlidir. 
Dördüncüsü,  kompyuter  telekommunikasiya  üçün  müvafiq  təlim  xarakterli 
informasiya ehtiyatlarının sistemini  yaratmaq  və  nəhayət, ən  başlıcası, elektron kitabxanalar 
sistemini inkişaf etdirmək lazımdır. 
Kütləvi  auditoriya  üçün  nəzərdə  tutulan  distant  təlim  formasından  başqa  ünvan 
xarakterli mühazirə və məşğələlər sistemi də mövcuddur. Bu halda müvafiq kursu bitirən şəxs 
imtahan verib, müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər. 
Distant  təlim texnologiyası dedikdə,  insanın  müəyyən  bilikləri  müstəqil  surətdə əldə 
etməsinə,  habelə  bu  prosesə  nəzarət  etməyə  imkan  verən  metod,  forma  və  vasitələrin 
məcmusu başa düşülür.  
Distant təlim texnologiyası aşağıdakı vəzifələrin həllini təmin etməlidir: 
-
 
təhsil alanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq. 
-
 
öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək; 
-
 
tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq; 
-
 
qiymətləndirmə. 
Dünya praktikasında bu vəzifələrin həllini təmin edən texnologiyalar aşağıdakılardır: 
-
 
Tədris və digər çap materialının təqdim edilməsi. 
-
 
Öyrənilən materialların kompyuter telekommunikasiya vasitəsilə göndərilməsi. 
-
 
Kompyuter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi. 
-
 
Videoplyonka. 
-
 
Milli  və  regional  televiziya  və  radiostansiyalar  vasitəsilə  tədris  proqramlarının 
translyasiyası. 
-
 
Kabel televiziyası. 
-
 
Səsli poçt. 
-
 
İkitərəfli videokonfrans. 
-
 
Birtərəfli videoyayın və telefonla əks-əlaqə. 
-
 
Lazer disklərində kompyuter elektron dərsliklər, yaxud elektron dərsliklər.  
Distant  təlimdə  informasiya  texnologiyalarının  geniş  spektrinə  baxmayaraq,  çap 
materialları  onun  mühüm  tərkib  hissəsidir.  Bütün  distant  texnologiyalar  baza  dərsliklərinə 
əsaslanmalıdır.  Ola  bilər  ki,  dərsliklər  heç  də  distant  təlim  üçün  nəzərdə  tutulmasın.  Lakin 
dərsliklər  əsas  informasiyaları  və  bilikləri  əks  etdirməlidir.  Universal  baza  dərslikləri  ilə 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
21 
yanaşı,  müxtəlif  çap  materiallarından  da  istifadə  oluna  bilər.  Hər  bir  kursa  aid  metodik 
materialların da olması çox vacibdir. 
Əsas  materialın  tekst  (mətn),  yaxud  qrafik  şəkildə  təqdim  edilməsinin  ən  sadə 
texnologiyaları  İnternet,  Batnet,  EuNet  tipli  kompyuter  şəbəkəsidir.  Öyrəniləcək  materiallar 
və  məlumat  materialları  qlobal  kompyuter  şəbəkəsinin  arxivində  saxlanılır  və  kompyuter 
şəbəkəsinə  qoşulan  sifarişçiyə  əməliyyat  rejimdə,  yaxud  sinxron  (yunanca  a-inkar  şəkilçisi, 
sunchrons - «eyni vaxtda» deməkdir) elektron poçt vasitəsilə çatdırılır. 
Video-distant  təlimin  çox  faydalı  texnologiyasıdır.  Videoplyonka  ən  yaxşı 
müəllimlərin  mühazirələrini  dinləməyə  imkan  verir.  Bunlardan  həm  videoauditoriyalarda, 
həm də ev şəraitində istifadə etmək mümkündür. 
Distant  təlimin  ən  müfəssəl  texnologiyalarından  biri  elektron  dərsliklər  və  məlumat 
kitablarıdır.  Müvafiq  texnologiya  təlim  materialını  saxlamağa  və  istənilən  anda  istifadəyə 
verməyə  imkan  yaradır.  Bu  zaman  material  həm  adi,  həm  də  SD-ROM  tipli  lazer  diskə 
yazılmış  formada  təqdim  edilir.  Müvafiq  texnologiyalar  özünütəhsil  və  özünüyoxlama  üçün 
əlverişli şərait yaradır. Bu texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq, 
materialı qrafik formada təqdim etməyə imkan verir. 
Distant  təlim  texnologiyalarının  mühüm  tərkib  elementlərindən  biri  öyrədənlə 
öyrənənlər arasındakı yaranan ünsiyyətdir. Ünsiyyətin sinxron sistemi informasiya mübadiləsi 
(suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün şərait yaradır. 
Sinxron ünsiyyətin geniş  yayılmış  forması səsli poçtdur. Öyrənən  müəyyən  nömrəyə 
zəng edir və verdiyi suallar plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa 
plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir. 
Müasir  dövrdə  sinxron  kommunikasiyanın  daha  geniş  yayılma  forması  qlobal 
telekommunikasiya  şəbəkəsidir.  İndi  bütün  dünyada  İNTERNET-dən  geniş  istifadə  olunur. 
İnternet-tədqiqat  və  təhsil-idrak  xarakterli  kompyuter  şəbəkələrini  özündə  birləşdirən  dünya 
kompyuter  şəbəkəsidir.  İnkişaf  etmiş  bütün  ölkələrdə  tədris  müəssisələri  bu  şəbəkəyə 
qoşulmaq  imkanlarına  malikdir.  Bunun  üçün  istənilən  kompyuterin  və  modemin  olması 
kifayətdir. İnternetin regional mərkəzləri adi telefon xətlərinə qoşulur. İnternet-elektron poçtu 
informasiyanı sinxron olaraq bir istifadəçidən digərinə ötürməyə imkan verir. 
Distant təlim  texnologiyaları  müəyyənləşdirilərkən,  aşağıdakı  kriteriyalar  (K)  nəzərə 
alınmalıdır: 
Kriteriya (K1) – Məqsədli təhsil səviyyəsi: 
K11 - ali təhsil; 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
22 
K12 – əlavə təhsil (əlavə kvalifikasiya); 
K13 – professional hazırlıq (yenidən hazırlıq); 
K14- şəxsi maraqlar. 
Kriteriya (K2)-«Təhsilalanların (öyrənənlərin) kateqoriyaları»;  
K21 – uşaqlar (məktəblilər); 
K22 – tələbələr; 
K23 – yaşlılar; 
K24 – işsizlər (yaxud, ixtisası dəyişmək istəyənlər); 
K25 – əlillər. 
Kriteriya (K3) – «Təlim prosesində distant təlim sisteminin tətbiqi» : 
K31 – ənənəvi təlim formalarının köklü surətdə yenisi ilə əvəz olunması (bütün təlim 
prosesi  distant  formada  cərəyan  edir,  öyrədən  və  öyrənənlərin  əyani  görüşü  baş  vermir. 
Öyrədən  və  öyrənən  yalnız  buraxılış  imtahanında,  yaxud  buraxılış  işinin  müdafiəsində 
görüşür). 
K32 – ənənəvi təlim qaydalarının tamamlanması (əlavələr edilməsi). 
Kriteriya (K4) – «Təlimin təşkili metodları»: 
K41 – fərdi; 
K42 – qrup; 
K43 – qarışıq. 
Kriteriya (K5) – «Öyrənilən bilik sahəsi». 
K51 – humanitar elmlər və fənlər; 
K52 – təbiət elmləri və fənləri; 
K53- mühəndislik; 
K54- professional bacarıqlar. 
Kriteriya (K6) – «İnformasiya mübadiləsi qaydaları». 
K61 – poçta (prokat); 
K62 – faks və telefon (konsaltinq); 
K63- radio və televiziya; 
K64- telekommunikasiya sistemləri (kompyuter şəbəkələri). 
Kriteriya (K7) –«İnformasiya daşıyıcısının növü»: 
K71 – çap materialı; 
K72 – audio; 
K73 - video; 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
23 
K74 - softvare (elektron nəşrlər). 
Kriteriya (K8) - «Adaptasiya səviyyəsi (intellekt səviyyəsi): 
K81 – adaptiv distant təlim sistemi (konkret sifarişçinin səviyyəsinə uyğunlaşdırılır; 
K82 – distant təlim sisteminə adaptasiya komponentləri daxil edilmir. 
Distant təlim sistemi aşağıdakı xüsusiyyətlərə malikdir: 
Çeviklik. 
Distant  təlim  iştirakçıları  mühazirə  və  seminar  məşğələlərinə  müntəzəm  olaraq 
gəlmirlər.  Özlərinə  uyğun  vaxtda,  şəraitdə  və  tempdə  işləyirlər.  Bu  öz  həyat  tərzini  dəyişə 
bilməyən, yaxud bunu istəməyənlər üçün çox əlverişlidir. 
Modulluluq. 
Distant  təlim  modul  prinsip  əsasında  qurulur.  Hər  bir  kursun  proqramı  –  modulu 
müəyyən bilik sahəsi haqqında tam təsəvvür yaradır. 
İqtisadi səmərəlilik. 
Dünya təhsil sistemlərinin orta qiyməti göstərir ki, distant təlim ənənəvi təlimdən 50 
% ucuz başa gəlir. 
Tezləşdirmə. 
Distant  təlimdə  nəzarət  məqsədilə  vahid  dövlət  testləri  müəyyənləşdirilməlidir. 
Nəzarət  formaları  kimi  distant  imtahanlar,  müsahibələr,  kurs  və  proyekt  işləri,  eksternat, 
intellektual  testlər  tətbiq  oluna  bilər.  Test  sistemi  mənimsəmə  prosesinə  nəzarət  etməklə 
yanaşı,  öyrənən  haqqında  (mənimsəmənin  dərinliyi  və  sürəti,  unutmanın  tezliyi  və  s.) 
məlumat toplamaqla ona (öyrənənə) öyrənmənin səmərəli yollarını göstərməlidir. 
Deyilənləri 
nəzərə  alsaq,  distant  təlimin  prinsiplərini 
aşağıdakı  kimi 
müəyyənləşdirmək olar: 
-
 
didaktik prosesin təlimin qanunauyğunluqlarına əsaslanması; 
-
 
nəzəri biliklərin aparıcı rolu; 
-
 
təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyalarının vəhdəti; 
-
 
təhsilalanların təlimə stimullaşdırılması və motivləşdirilməsi; 
-
 
təlim prosesində kollektiv işlə fərdi işin uzlaşdırılması; 
-
 
təlimdə əyaniliklə mücərrəd təfəkkürün vəhdəti; 
-
 
öyrədənin  (müəllimin)  rəhbərliyi  altında  öyrənənlərin  şüurlu,  aktiv  və  müstəqil 
fəaliyyəti; 
-
 
təlimdə sistemlilik və ardıcıllıq; 
-
 
mənimsəmənin möhkəmliyi. 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
24 
Ümumi didaktik prinsiplərdən başqa distant təlimin spesifik prinsipləri də mövcuddur: 
Distant təlimin humanistləşdirmə prinsipi. 
Təlim və təhsil prosesi şəxsiyyətə istiqamətlənməli, onda yaradıcılıq qabiliyyətlərinin, 
əxlaqi,  intellektual  və  fiziki  keyfiyyətlərinin  inkişafı,  vətəndaşlıq  mövqeyinin  formalaşması 
üçün şərait yaratmalıdır. 
Yeni informasiya texnologiyalarının tətbiqinin məqsədəuyğunluğu prinsipi. 
Yeni  informasiya  texnologiyaları  təlim  sisteminin  bütün  komponentlərinə,  təlimin 
məqsədlərinə və  məzmununa, təlimin vasitələrinə, metod və təşkili formalarına təsir göstərir 
ki,  bu  da  pedaqogika  elminin  aktual  vəzifələrinin  həllini,  xüsusən  də  insanın  intellektual  və 
yaradıcı potensialının, analitik təfəkkürünü və müstəqilliyinin inkişafını reallaşdırmağa imkan 
verir. 
Təlimin «qabaqlama» prinsipi. 
Bu  prinsipin  mahiyyəti;  gənc  nəsli  bəşəriyyətin  yaratmış  olduğu  biliklərlə 
silahlandırmaq,  dünyagörüşünü  və  təfəkkür  tərzini  inkişaf  etdirmək,  onların  sürətlə  dəyişən 
aləmə  adaptasiyasını  təmin  etməkdən  ibarətdir.  Distant  təlim  idrak  və  təlim  strategiyasına 
yönəlməli,  şəxsiyyətin  idrak  resurslarını  (potensialını)  (məsələn,  uzunmüddətli  hafizə, 
mərkəzləşdirilmiş  və  uzunmüddətli  diqqət  və  s.)  təlim  məqsədlərinin  icrasına  səfərbər 
etməlidir. Distant təlim qiyabi təhsillə formaca eynilik təşkil etsə də, onun bir sıra üstünlükləri 
var: 
-
 
təlim və ünsiyyət üçün əlverişli vasitələrin olması; 
-
 
işin qrup formasında təşkili imkanlarının geniş olması; 
-
 
müəllimlə (metodistlə) ünsiyyətin daha səmərəli olması; 
-
 
müəllimin (metodistin) cavabı üçün az vaxt tələb olunması; 
-
 
öyrənənlərin  kitabxana  və  digər  informasiya  ehtiyatlarından  istifadə  etməsinin 
asan olması; 
-
 
ev tapşırıqlarının qısa vaxt ərzində alınması və göndərilməsi; 
-
 
testləşdirmənin birbaşa keçirilməsinin mümkünlüyü. 
Kompyuter distant təlimin nöqsanlı cəhətləri də var. 
-
 
şəbəkəyə tez-tez qoşulmaq zəruriliyi; 
-
 
informasiyalarla «yüklənmə»; 
-
 
diskussiyanın gedişini çevik izləməyin çətinlikləri ilə bağlı mənfi əhvallar; 
-
 
diskussiya mövzularının həddən ziyadə fraqmentləşdirilməsi; 
-
 
vaxtla bağlı problemlər (vaxtın azlığı, sinxronluq və s.); 

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
25 
Distant təlim iştirakçılarının davranışına verilən tələblər: 
-
 
fəallıq; 
-
 
çeviklik; 
-
 
məsuliyyət; 
-
 
digər iştirakçıları dəstəkləmək; 
-
 
məlumatlandırmanın qısa və dəqiq olması. 
Müəllimdən  (metodistdən)  isə  diskussiyanı  idarə  etmək,  onu  lazımi  istiqamətə 
yönəltmək;  eyni  zamanda  onun  sərbəst  gedişini  təmin  etmək;  diskussiyanı  yekunlaşdırmaq; 
qiymətləndirmək bacarığı tələb olunur.  
Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling