AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti
Kitabxana sistemlərində istifadə olunan əsas ənənəvi təsnifat sistemləri
Download 5.01 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT
- İnternetin informasiya resursları üçün biliklərin təşkili texnologiyaları və təsnifat sistemləri
- KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 89 ƏDƏBİYYAT
- Açar sözlər
- Key word
Kitabxana sistemlərində istifadə olunan əsas ənənəvi təsnifat sistemləri Dyui Onluq Təsnifatlandırıcısı (DOT) ən qədim və ən geniş yayılmış universal təsnifat sistemidir. DOT Melvil Dyui tərəfindən təklif olunmuş və onun cədvəlləri ilk dəfə 1876-cı ildə nəşr olunmuşdur. M.Dyui onu ABŞ-ın kütləvi kitabxanalarında kitabların sistemləşdirilməsi üçün işləyib hazırlamışdı. O vaxtdan indiyədək bu təsnifat sistemi on doqquz dəfə yenidən işlənmiş və dəyişdirilmişdir. Universal Onluq Təsnifatlandırıcı (UOT) 1895-1905-ci illərdə Belçikalı alimlər P.Otle və A.Lafonten tərəfindən Beynəlxalq Biblioqrafiya İnstitutu üçün yaradılmışdır. UOT-un cədvəlləri ilk dəfə 1905-ci ildə “Universal biblioqrafik repertuar üçün əsasnamə” adı altında toplu şəklində nəşr olunmuşdur. Əsasında onluq prinsipi (sistemi) durduğuna görə UOT onluq sistem adlandırılmışdır. Hazırda UOT dünyada yayılma dairəsinə və istifadə dərəcəsinə görə ikinci təsnifat sistemidir. 36 ölkədə istifadə olunan UOT 20 dilə tərcümə olunmuş və 21 ölkədə milli təsnifat sistemi kimi qəbul edilmişdir. Konqres Kitabxanasının Təsnifatlandırıcısı 1897-ci ildə Herbert Putnam tərəfindən tərtib edilmiş təsnifat sxemidir. Müəyyən mənada DOT və CET sxemlərinə əsaslanmasına baxmayaraq, bu sxem təsnifatlandırmanın nəzəri qaydalarına uyğun deyildir. Bu sxem böyük kitabxanalarda həddən artıq çox kitabın toplanması, eləcə də kiçik kitabxanalarda detallaşdırma və kompleks istifadə baxımından tələbatların təmin edilməsi üçün reallaşdırılmışdır. Biliklərin abstrakt nizamlanmasını təmin edən DOT-dan fərqli olaraq, KKT konkret obyektə əsaslanmış, başqa sözlə, Konqresin kitabxana fondunun təşkili üçün real tələbata cavab olaraq yaradılmışdır. Lakin sonradan bu təsnifat sistemi dünyanın əksər ölkələrində elmi-tədqiqat və universitet kitabxanaları tərəfindən qəbul edilmişdir. Kitabxana biblioqrafik təsnifatlandırıcısı Rusiyanın milli təsnifat sistemidir. XX əsrin 30-cu illərindən başlayaraq bir neçə on illər ərzində işlənib hazırlanmışdır. KBT-nin cədvəlləri ilk dəfə (25 nəşrdən 30 kitabdan ibarət) 1960-1968-ci illərdə çap olunmuşdur. Sonradan tam variantın əsasında elmi, kütləvi, uşaq və s. kitabxanalar üçün variantlar yaradılmışdır. KBT-nin cədvəlləri özündə o dövrün təsnifat nəzəriyyəsinin inkişaf səviyyəsinə uyğun olan bütün KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 87 məqamları kifayət qədər dərindən əks etdirir, kombinasiyalılıq xassələrinə, inkişaf etmiş ümumi və xüsusi nümunəvi bölmələr sisteminə malikdir. İnternetin informasiya resursları üçün biliklərin təşkili texnologiyaları və təsnifat sistemləri Bu gün İnternet şəbəkəsində təhsillə bağlı informasiya xidmətini həyata keçirən çoxlu sayda saytlar, portallar və s. fəaliyyət göstərir. Onlar müxtəlif İnternet saytlarını, informasiya sistemlərini, elektron kitabxanaları, elektron məlumat bazalarını və banklarını özündə birləşdirirlər. Təbii ki, belə xidmətlərin səmərəliliyini təmin etmək üçün biliklərin təşkili texnologiyalarının və təsnifat sistemlərinin tətbiqi və reallaşdırılması zəruridir. Qeyd edilməlidir ki, təsnifat sistemlərinin çap materiallarının (kitabların və s.) rəflərdə fiziki yerlərinin müəyyən edilməsi kimi ənənəvi funksiyası İnternet üçün əhəmiyyətinin itirir. Lakin təsnifat sistemlərinin kataloqlaşdırma (kateqoriyalaşdırma) və sistemləşdirmə funksiyası isə virtual informasiya şəbəkəsi, o cümlədən elektron resurslar üçün daha faydalı olur və onların mövzu üzrə təşkil edilməsində böyük rol oynayır. Elektron informasiya resurslarının kataloqlaşdırılmasına zərurət onların kitabxana- informasiya sistemlərinin kataloqlarına daxil edilməsi və orada təsnif olunması ilə bağlı yaranmışdır. Lakin elektron informasiya resurslarının təşkili üçün təsnifat sistemlərindən istifadə olunması cəhdləri kitabxana və kataloqlaşdırma sahələrindən kənarda edilmişdir. Belə ki, İnternetdə tematik axtarışı yaxşılaşdırmaq məqsədilə elektron informasiya resurslarının müəyyən prinsiplər əsasında sistemləşdirilməsi və təşkil olunması üçün mövcud kitabxana təsnifat sistemləri prinsiplərindən istifadə olunmuşdur. Elektron informasiya resurslarının təşkili və təsnifatlandırılması məsələsinin həlli üçün reallaşdırılan yanaşmaları iki qrupda ümumiləşdirmək olar: - mövcud universal, xüsusi (sahə) və ya faset təsnifat sistemləri əsas kimi qəbul edilməsi və tətbiqi; - informasiya xidmətinin təyinatından asılı olaraq xüsusiləşdirilmiş təsnifat sxemlərinin yaradılması. İnternetin bir çox xidmətlərinin bazasında mövcud təsnifat sistemləri (DOT, UOT və KKT) durur. Bu təsnifat sxemlərini reallaşdıran İnternet saytları barədə məlumatları və nümunələri İova Dövlət Universitetinin “Beyond Bookmarks” veb saytında tapmaq olar. Bu siyahıya daxil edilmiş saytların icmalı göstərir ki, İnternet resursların təşkili üçün daha çox istifadə olunan təsnifat sxemi DOT-dur. Bir çox təşkilatlar və elmi-tədqiqat institutları müasir tələblərdən irəli gələrək DOT-un dəyişdirilməsi və inkişaf etdirilməsi istiqamətində müəyyən işlər həyata keçirirlər. Bu gün ən vacib tələblərdən biri təsnifat sisteminin elektron mühitdə işləməsinin təmin edilməsindən ibarətdir. Məsələn, DOT-u inkişaf etdirməklə maşınla oxunan KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 88 formanın yaradılması istiqamətində aparılmış tədqiqatlar nəticəsində Electronic Dewey və Dewey for Windows yaranmışdır. Bu gün İnternetin informasiya sistemlərində mövcud təsnifat sistemlərini inkişaf etdirməklə tətbiqi ilə yanaşı, tamamilə fərqli və məxsusi biliklərin təşkili və təsnifatı sxemi reallaşdıran bir çox məşhur informasiya xidməti sistemləri fəaliyyət göstərir. Belə sistemlərə misal olaraq ACM və VİNİTİ təşkilatlarını göstərmək olar. ACM (Association for Computing Machinery) Computing Classification System bu gün hesablama texnikası üzrə ən geniş yayılmış, ən çox istifadə olunan və nəhəng elektron kitabxanaya malik olan informasiya xidməti sistemlərindən biridir. İnformasiya xidmətinin təşkili və həyata keçirilməsi üçün ACM tərəfindən hesablama texnikası üzrə təsnifat sistemi (CCS – Computing Classification System) reallaşdırılmışdır. VİNİTİ bilik sahələri rubrikatoru (RVİNİTİ) Elmi-Texniki İnformasiyanın (ETİ) 3 səviyyəli Dövlət Reyestrinin 9 səviyyəyə qədər dərinləşdirilməsi əsasında təbiət və texniki elm sahələri üzrə qurulmuş universal təsnifat sxemidir. RVİNİTİ təsnifat sxemi VİNİTİ-nin məlumat bazasında informasiya məhsullarının sistemləşdirilməsi və axtarışı üçün nəzərdə tutulmuşdur. RVİNİTİ-nin tərkibinə 30 bilik sahəsi üzrə ayrı-ayrı təsnifatlar daxildir. RVİNİTİ iyerarxiyanın 3-cü pilləsində ETİ Dövlət Sisteminə daxil olan lokal rubrikatorlarla uzlaşır. Bir çox bölmələr üçün VİNİTİ-nin təsnifatı ümumdövlət standartına çevrilmişdir. Nəticə Təhsil sisteminin informasiya təminatının həyata keçirilməsi məqsədilə biliklərin müvafiq qaydada qeydiyyata alınmasını, yerləşdirilməsini, lazım olan məlumatların asanlıqla axtarılıb tapılmasını təmin etmək üçün biliklərin təşkili mexanizmlərinin və təsnifat sistemlərinin öyrənilməsi, mövzu sahəsinə uyğun olan sistemin seçilməsi, zəruri hallarda dəyişikliklər edilməsi və ya yeni təsnifat sisteminin işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir. İnternetdə informasiya resursları ilə səmərəli işin təşkili məqsədilə təsnifat sistemləri və biliklərin təşkili texnologiyaları İnternet fayllarına girişin yaxşılaşdırılması, əlaqəli mövzuların birlikdə əldə olunması, kolleksiyanın inkişaf etdirilməsində, biblioqrafiyanın yaradılmasında, satış və dəstək xidmətləri ilə əlaqələrin təmin edilməsində kitabxanaçılara, eləcə də istifadəçilərə kömək göstərilməsi, axtarışın genişləndirilməsi və daraldılması, kontekst üzrə informasiyanın baxılmasında istifadəçilərə kömək göstərilməsi, kolleksiyalara çoxdilli giriş üçün potensial imkanların yaradılması problemlərini həll etməyə imkan verir. KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 89 ƏDƏBİYYAT 1. Taylor, A.G. The organization of information. Englewood, Colorado: Libraries Unlimited. 1999. 2. Matveyeva S. A Role for Classification: The Organization of Resources on the Internet. // MLA Forum. Volume I, İssue 2, June 14, 2002. 3. Svenonius, E. Use of classification in online retrieval. Library Resources and Technical Services 27(1), 76-80. 1983. 4. Vizine-Goetz, D. (n.d.). Using library classification schemes for Internet resources. OCLC Internet Cataloging Project Colloquium Position Paper. Retrieved from http://www.oclc.org/oclc/man/colloq/v- g.htm. 5. McRee, E.J.. Classification of Internet resources: an AUTOCAT discussion [Electronic version]. Cataloging & Classification Quarterly, 29(4), 19-38. Retrieved from http://www.slc.bc.ca/mac/net.htm. 2000. 6. Olson, N.B. (Ed.). Cataloging Internet resources: A manual and practical guide. 2nd ed. [Electronic version]. Dublin, Ohio: OCLC. Retrieved from http://www.purl.org/oclc/cataloging-internet/. 1997. 7. Koch, T. & Day, M. (n.d.). DESIRE - Development of a European Service for Information on Research and Education: The role of classification schemes in Internet resource description and discovery. Retrieved from http://www.ukoln.ac.uk/metadata/desire/classification 8. ACM Computing Classification System. http://www.acm.org/. KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 90 İNTERNET İNFORMASİYALARININ ÖTÜRÜLMƏ STRUKTURLARI A.N. Ələkbərova Qafqaz Universiteti XÜLASƏ Məqalədə internet şəbəkələrində istifadə olunan TCP/İP protokollarının İnternet İnformasiyaları Servisi (İİS) vasitəsi ilə işləmə mexanizmi aydınlaşdırılmış və onların imkanları izah edilmişdir. Eyni samanda bütün dünyada istifadə edilən İP ünvanlarının qrupları verilmişdir. Açar sözlər: İnternet şəbəkəsi, internet informasiyaları servisi. ABSTRACT The article reflects the mechanism action of Internet Information Service (IIS) with the Network Internet Protocol TCP/IP and shows their opportunities. And also all groups IP addresses which used in the world are stated in the article. Key word: Internet Networks, Internet Information Service. АННОТАЦИЯ В статье обсуждается механизм действия Информационного Интернет Сервиса (ИИС- IIS) с Сетью Интернет Протокола TCP/IP и показаны их возможности. А также изложены все группы İP адресов, используемые во всем мире. Ключевые слова: сети интернета, информационный интернет сервис. İnternet, dünyanın müxtəlif ölkələrində olan milyonlarla kompyuterlərin bir-birinə qoşularaq şəbəkə halında çalışması və bir-birləri ilə çox sürətli bir şəkildə informasiya mübadiləsi edə bilməsidir. Bu informasiya mübadiləsi insanlara aşağıdakı imkanları yaradır: 1. Dünya ölkələrinin elmi məqalələrini, müxtəlif jurnal və qəzetlərini oxumaq; 2. Dünya ölkələrinin radio verilişlərini dinləmək; 3. Dünya ölkələrinin televiziya kanallarını izləmək; 4. Müxtəlif formatlı video klipləri izləmək; 5. E-poçt vasitəsi ilə istənilən ölkədə yaşayan şəxslərə məktub, şəkil, video, film, elmi məqalə, sənəd və s. göndərmək; 6. “Online” rejimində videokonfranslara qoşulmaq; 7. Müxtəlif formalarda olan verilənlər bazasına daxil olaraq oradan müəyyən informasiyalar almaq; 8. Müxtəlif formalı və müxtəlif səviyyəli oyunlar oynamaq; 9. Öz evində oturmaqla dünyanın müxtəlif ölkələri ilə alqı-satqı işlərini yerinə yetirmək; KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 91 10. Dünyanın müxtəlif ölkələrində olan insanlarla səsli və görüntülü şəkildə üz-üzə söhbət etmək; 11. Dünyanın müxtəlif ölkələrində olan alimlərin bir-birləri görüntülü fikir mübadiləsini izləmək; 12. İnsanların uzaqdan təhsil alması və ömür boyu öyrənməsi; 13. Öz evlərində oturmaqla insanların elektrik, su, telefon və s. xidmət haqqının ödənilməsi; 14. İnsanların öz reklamlarını internetdə yerləşdirə bilməsi və verilmiş reklamları izləyə bilməsi və s. Bütün bu imkanlar kompyuterlər arasında rabitə kanalları və xüsusi ünvanlar vasitəsi ilə əldə edilir. Kompyuterlər arasındakı bu imkanların yaradılması internet protokolları vasitəsi ilə baş verir. Bu protokol TCP/IP kimi də adlandırılır. TCP – ingilis dilində Transmission Control Protocol sözlərinin baş hərflərindən götürülmüşdür. Transmission Control Protocol, Azərbaycan dilinə Göndərişə Nəzarət Protokolu kimi tərcümə olunur. Burada faylların internet vasitəsi ilə digər kompyuterlərə göndərilməsinə nəzarətdən bəhs edilir. İP isə İnternet Protocol – İnternet Protokolu deməkdir. TCP/IP protokolu istənilən iki kompyuter arasında əlaqə yaradan, onları bir-birinə tanıdan və onlar arasındakı informasiya mübadiləsini təşkil edən qaydalar çoxluğudur. Həmin kompyuterlər arasındakı əlaqələr müxtəlif olduqca, qaydalar da onlara uyğun olaraq dəyişir. IP (İnternet Protokol) – kompyuterlərin bir biri ilə əlaqə yaratmaları üçün ünvanlardır. Məsələn, 193.255.143.24 yazılışı bir IP ünvanıdır. Göründüyü kimi, IP ünvanları a.b.c.d formasında olmaqla 4 hissədən ibarətdir. Hər hissənin 8 bitlik imkanı vardır. Beləliklə, a.b.c.d formalı hər bir ünvan 32 bitlikdir. Bu isə 2 32 sayda ünvanın ola bilməsi deməkdir. IP imkanları ayrıca iki bölümdə qiymətləndirilir. Birinci bölüm, “network” adlanan və dilimizə “kompyuter şəbəkəsi” kimi tərcümə olunan hissədir. İkinci bölüm isə “host” adlanan və ingiliscədən dilimizə “ev sahibi”, “aparıcı”, “qonaqları qəbul edən” kimi tərcümə olunan hissədir. Bu hissə informatikada başqa kompyuter şəbəkəsindən informasiyaları öz şəbəkəsinə qəbul edən baş kompyuter (və ya server) adlanır. “Network” və “Host” uzunluqları şəbəkədə olan kompyuterlərin sayına görə dəyişə bilir. Ümumiyyətlə, dünyada IP ünvanlarının asan idarə edilə bilməsi üçün onları aşağıdakı qruplara ayırırlar: 1. A qruplu IP ünvanları. Bu ünvanlar 1.0.0.0 ünvanından 127.0.0.0 ünvanına qədər olan aralığı əhatə edirlər. Buradakı hər bir şəbəkədə 1,6 milyon kompyuter istifadə oluna bilər. 2. B qruplu IP ünvanları. Bu ünvanlar 128.0.0.0 ünvanından 191.255.0.0 ünvanına qədər olan aralığı əhatə edir. Burada 16065 şəbəkə ünvanı və hər şəbəkədə 65500 kompyuter olmaqla cəmi 16065*65500= =1052257500 sayda kompyuterdən istifadə oluna bilər. KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 92 3. C qruplu IP ünvanları. Bu ünvanlar 192.0.0.0-dan başlayaraq 223.255.255.0 ünvanına qədər olan aralığı özündə saxlayır. Burada hər biri 254 kompyuterdən ibarət olan 2 milyon şəbəkənin qurulması mümkündür ki, bu şəbəkələr də ümumilikdə 254*2000000= =508000000 kompyuteri əhatə edir. 4. D qruplu IP ünvanları. Bu ünvanlar 224.0.0.0 ilə 254.255.255.0 arasında qalan aralığı əhatə edir. Bu hissə hələlik ehtiyat saxlanılır. Kompyuter şəbəkələri artdıqca bu ehtiyatdan istifadə ediləcəkdir. Yuxarıda göstərilən qruplarda 4 dənə 8 bitlik ünvanlardan istifadə olunur. Dünyada kompyuter şəbəkələrinin çox sürətlə artmasını və bu zaman ünvanların çatışmazlığı problemlərinin qarşısını almaq üçün artıq 6 dənə 8 bitlik IP ünvanlarından istifadə edilməyə başlanılmışdır. Bu ünvanlar Ipv6 adlanır. Hər bir kompyuter şəbəkəsində istifadə edilən TCP/IP protokolları IIS (Internet Information Server – İnternet İnformasiyaları Serveri) vasitəsi ilə çalışırlar. IIS-lər TCP/IP ünvanlarına aşağıdakı xidmətləri göstərirlər: 1. HTTP (Hyper Text Transfer Protokol – Hipermətn Yerdəyişmə Protokolu); 2. FTP (File Transfer Protocol – Fayl Ötürülməsi Protokolu); 3. SMTP (Simple nMail Transfer Protocol – Sadə Elektron Məktub Ötürülməsi Protokolu); 4. NNTP (Network News Transfer Protocol – Şəbəkə Yeniliklərinin Ötürülməsi Protokolu); 5. POP3 (Post Office Protocol version 3 – Poçt Ofis Protokolu, 3-cü versiya); 6. IMAP (Internet Messaging Access Protocol – İnternet Mesajlaşmasının Çatdırılması Protokolu). Bu xidmətlərin Şəkil 1-də verilmiş sadə sxeminin qısa izahını verək. HTTP, Web şəklində hazırlanmış faylları şəbəkəyə daxilolan kompyuterlər arasında bir- birinə ötürməyə, onlar arasında əməliyyatlar aparmağa (müəyyən hissəni köçürməyə, orada qoyulmuş suala cavab verməyə və s.) imkan verən WWW servisi tərəfindən istifadə edilən giriş/çıxış protokoludur. Şəbəkəyə qoşulan hər hansı bir istifadəçi siçan vasitəsi ilə Veb səhifəsindəki bir “hiperlink”ə tıkladığı zaman, HTTP, istifadəçinin istədiyi (başqa sözlə, “tələb etdiyi”) görüntülərin displey ekranında canlanmasına şərait yaradır. KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 93 Şəkil 1. Serverlə müştəri kompyuterlər arasında protokolları FTP, şəbəkəyə daxil olan iki müxtəlif kompyuter arasında TCP/IP protokoluna uyğun olaraq fayl paketlərini daşımağa xidmət edir. IIS, Windows sistemində FTP ilə bərabər işləyə bilir. FTP, kompyuterlər arasındakı informasiya mübadiləsi zamanı TCP protokolundan istifadə edir. Bu zaman IIS əvvəlcə Windows Sockets (yəni, Windows yuvaları) ilə əlaqə yaradır, sonra isə Windows Sockets öz növbəsində TCP ilə əlaqə yaradır. SMTP, şəbəkəyə daxil olan kompyuterlər arasında e-mail informasiyalarının TCP/IP protokolları vasitəsi ilə ötürülməsi və qəbul edilməsinə xidmət edir. Microsoft, şəbəkəyə daxil olan kompyuterlər arasında informasiya mübadiləsi zamanı TCP protokolundan istifadə edilir. NNTP, şəbəkəyə qoşulmuş kompyuterlərə yeni xəbərləri ötürməyə imkan verən bir protokoldur. Burada da Microsoft şirkətinin yaratdığı sistemlərin istifadə etdiyi TCP protokolundan istifadə edilir. POP3, şəbəkəyə qoşulmuş kompyuterlər arasında e-mail şəklində verilən informasiyaların standart şəklində görünməsini təmin edən proqramdır. Bu proqram ixtiyari istifadəçiyə gələn e-mailləri qəbul edərək, yaddaşında saxlayan və istifadəçi öz e-mailini yoxlayan zaman həmin e-maili ona təqdim edən proqramdır. POP3 proqramı, əslində e-mail şəklindəki informasiyaların seçiciliyini (yəni, hansı e-mail kimdən gəlir və kimə çatacaq) təmin edən sadə bir proqramlar sistemidir (paketidir). Burada sistemə daxil olan mesajlar eyni zamanda qəbul edilərək sistemləşdirilir və orada göstərilən ünvanlara göndərilir. Əgər ünvan doğru yazılmamışdırsa, həmin an e-mail göndərən istifadəçiyə bildirilir ki, belə ünvan yoxdur. Bu da o deməkdir ki, POP3 sistemində bütün e-mail ünvanlarının kataloqları var. Hər bir istifadəçi yeni bir e-mail yaratdıqda, həmin ünvan avtomatik olaraq ünvanlar kataloq una daxil edilir. IMAP servisi, şəbəkəyə qoşulmuş kompyuterlər arasında yenicə istifadəyə başlamış və gələcəkdə də geniş istifadə ediləcək IMAP protokolundan istifadə edir. IMAP, əvvəl qeyd etdiyimiz POP3 kimi, istifadəçiyə gələn e-mailləri qəbul edib saxlamaq və istənilən vaxt onu istifadəçiyə təqdim etmək xüsusiyyətinə malikdir. IMAP, POP3 sistemindən daha çox imkanlara malikdir. Beləki, IMAP istifadəçinin öz informasiyalarını müəyyən qovluqlarda arxivləşdirməsinə və eyni zamanda e-maillərlə mübadilə etməyə imkan verir. HTTP FTP SMTP NNTP POP3 IMAP Müştəri kompyuter Server kompyuter KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 94 Windows sistemində istifadə olunan IIS aşağıdakı 4 əsas komponentdən ibarətdir: 1. İnetinfo process/connection – Internet Information Services Application – İnternet İnformasiyaları Xidməti Paketi (İİXP); 2. Microsoft Windows System Services – Mikrosoft Windows Servis Sistemi; 3. Web Services – Veb Servisləri; 4. Application Services – Tətbiq servisləri; Standart İnternet xidmətləri qısa şəkildə Internet Information Services Application (Inetinfo) kimi yazılır. İnternet xidmətlərinə əlavə olaraq Inetinfo, Ümuni (Shared) bağlantı hovuzu (Pool), Keş yaddaşı (Cache), faylların hazırlanması və daşınması (Logging) və Sadə Şəbəkə İdarəedicisi Protokolu Xidmətləri (SŞİP Xidmətləri) – Simple Network Management Protocol (SNMP) adlanan xidmətləri istifadəçilərə təklif edir (şəkil 2). Şəkil 2. İnternet saytına qoşulmaqda iştirak edən İnetinfo əməliyyatları və Bağlantı qurucuları IIS-də internet şəbəkəsi daxilindəki kompyuterlər arasında bağlantı qurmaq işini İnternet Server Application Programming Interface Dinamic Link Library (ISAPI DLL) – İnternet Xidməti Tətbiqi Proqramlar İnterfeysi Dinamik Əlaqə Proqramxanası (İXTPİ DƏP) öz aralıq əlaqə yaradıcısı fəaliyyəti ilə görür. IIS ilə birlikdə fəaliyyət göstərə bilən bağlantı qurucuları (əlaqələndiriciləri) aşağıdakılardır: 1. Microsoft BackOffice Connectors – Mikrosoftun digər əməliyyat sistemləri ilə (eləcə də digər kompaniyalarla) əlaqə kommutatoru. Bu əlaqələndiricilər (kommutatorlar) özündə aşağıdakı iki əsas əlaqələndiricini saxlayır: Bağlantı qurucuları ISAPI DLL Cache HT TP TCP IP FTP İnetinfo əməliyyatları 5. Bağlantı hovuzu – Pool; 6. Keş yaddaşı – Cache 7. Giriş –Logging 8. SŞİP Xidmətləri – SNMP Services İnternet saytı 1. İdarəetmə hissəsi: 2. Windows yuvaları: 3. Xəbərləşmə hissəsi: 4. İnternet hissəsi: Cache HT TP FT P TC P IP İnetinfo əməliyyatları 1. Bağlantı hovuzu – Pool; 2. Keş yaddaşı – Cache 3. Giriş –Logging 4. SŞİP Xidmətləri – SNMP Services İnternet saytı 1. İdarəetmə hissəsi: 2. Windows yuvaları: 3. Xəbərləşmə hissəsi: 4. İnternet hissəsi: Cache HTT P FTP TC P IP İnternet saytı 1. İdarəetmə hissəsi: 2. Windows yuvaları: 3. Xəbərləşmə hissəsi: 4. İnternet hissəsi 4. İnternet hissəsi: Cache HTTP FTP TC P IP KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 95 a) Microsoft Exchange Server/Web Connector – Mikrosoft Mübadilə Serveri/Web Konnektoru. Bu əlaqələndirmə “hər bir kəs üçün açıq qovluq” (ingiliscə - Public Folder) prinsipi ilə IIS imkanlarının birləşməsidir. b) ODBC Connector – Open DataBase Connectivity – Verilənlər Bazası Əlaqələndiricisini Aç. Bu əlaqələndirici digər sistemdəki kompyuterlərdə olan verilənlər bazasının bazasının açılmasına imkan verir. Bu konnektor hər hansı bir ODBC tipli verilənlər bazası (VB) ilə informasiya mübadiləsinin aparılmasına imkan verir. 2. Common Getway Interface (CGI) – Ümumi Keçid Qapıları İnterfeysi (ÜKQİ). Bu interfeys UNIX və Pardus2009, Pardus 2011 tipli sistemlərdə Web servisinə xidmət üçün yaradılmışdır. Buna baxmayaraq IIS sistemi də CGI sistemi ilə bərabər işləyə bilir. 3. Internet Server Application Programming Interface Filters (ISAPI Filters) – İnternet Xidməti Tətbiqinin Proqramlaşdırılmış İnterfeys Filtrləri (İXTPİ Filtrləri). Bu filtrlər informasiya paketlərinə ilk proses olaraq IIS proseslərindən əvvəl istifadə edilir. Bu isə IIS strukturlarının ixtiyari qaydada dəyişdirilə bilməsinə imkan verir. İXTPİ Filtrlərinə Secure Sockets Layer – Təhlükəsizlik Əlaqələndiricisi Təbəqəsi (TƏT) filtrlərini misal göstərmək olar. 4. Active Server Pages (ASP) – Aktiv Xidmət Səhifələri (AXS). Aktiv xidmət səhifələri dinamik Veb komponentləri yaratmaq üçün özündə açıq skript sistemini saxlayır və istifadə edir. IIS arxitekturasının orta təbəqəsi Veb servisidir. Bu təbəqə IIS sisteminin normal işini təmin edir. Veb servisinin komponentləri şəkil 3-də göstərilmişdir. Şəkil 3. Veb servisinin komponentləri. Şəbəkəyə qoşulmuş kompyuterlərdə giriş-çıxış əməliyyatları asinxron bağlantı komponenti vasitəsi ilə həyata keçirilir. İncim.dll komponenti IIS serveri üçün aşağıdakı funksiyaları yerinə yetirir: 1. İdarəetmə hissəsi: 2. Windows yuvaları: 3. Xəbərləşmə hissəsi: 4. İnternet hissəsi: Cache HTT P FT P Veb servisləri Cache TC P IP ISAPI uzantıla rı ISAP I Filtri CGI FTP İsadmin PO P3 IMA P SMT P WWW W İnfocom . dll KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI Təhsildə İKT 96 1. File handling cache – Çox sürətli yaddaşa (keşə) müraciət faylı; 2. Security – Təhlükəsizlik; 3. Authentication - İdentifikasiya (eyniləşdirmə); 4. Administration support – Yardım administrasiyası; 5. Utilities – Utilitlər (Faydalı imkanlar proqramları); 6. Service Controller İnterface (SCİ) – Xidmətə Nəzarət İnterfeysi; 7. Meta Cache – Meta verilənlər bazası üçün çox sürətli yaddaş; 8. İnstant Support – Tələbata Dəstək. FTP komponenti FTP tələblərinə xidmət etdiyi kimi, WWW komponenti də Veb tələblərinə xidmət edir. Veb servisinin digər komponenti də İsadmindir. Bu komponent MetaBase üçün DCOM- ın normal işini təmin edir. İsadmin IIS servislərinin idarə edilməsi üçün ən əsas komponentlərdən biridir. SMTP, NNTP və POP3 komponentləri IIS üçün e-mail, həm də xəbərləşmə servislərini istifadə edə bilirlər. Hər birinin genişlənməsi .dll şəklində olan bu komponentlər IIS üçün xüsusi əhəmiyyət kəsb edir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling