AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti
Download 5.01 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 44 ÜMUMİ FİZİKİ MODELLƏR SİSTEMİNDƏ KOMPYUTER MODELLƏRİNİN YERİ VƏ ROLU
- Açar sözlər
- METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT
- Molekulyar fizika və termodinamika
- METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 52 MÜASİR İKT-DƏN PEDAQOJİ-PSİXOLOJİ İNFORMASİYALARIN İŞLƏNMƏSİNDƏ ZƏRURİLİYİ
ƏDƏBİYYAT 1. Петров В.Н. Информационные системы. Учебник.-С.Пб.: Питер, 2002.-688с. 2. Məlikov G.Y, Müslümov V.B., Novruzov A.H. Tətbiqi dilçilik məsələlərinin MS Office – də həlli, Bakı 2012, -256 s. 3. Müslümov V.B., Novruzov A.H., Babayev F.P. Nitqi tanıma və emalı sistemləri // ADPU, Təhsildə İKT, Elmi-metodik jurnal, №1, Bakı, 2011, səh. 115-119. 4. http://www.analyrics.com/search?q=Speech%20recognizer 5. http://en.wikipedia.org/wiki/Speech_recognition 6. http://www.speechrecognition.com 7. http://www.capterra.com/speech-recognition 8. http://www.speech-soft.ru Şəkil. 2. Səs siqnalı ossiloqramının bir fraqmenti METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 44 ÜMUMİ FİZİKİ MODELLƏR SİSTEMİNDƏ KOMPYUTER MODELLƏRİNİN YERİ VƏ ROLU İ.N. İsmayılov pedaqoji elmlər namizədi, dosent Azərbaycan Dövlət Pedaqoji Universiteti G. Musayeva magistr Azərbaycan Dövlət Pedaqoji Universiteti XÜLASƏ Məqalədə model anlayışı, fizikadan ümumi tədris modellərinin xüsusiyyətləri, onların didaktik imkanları şərh edilmişdir. Bu sistemdə kompyuter modellərinin yeri və imkanları araşdırılaraq maraqlı ümumiləşdirmələr aparılmışdır. Açar sözlər: Model, maddi, əşyəvi, imitasiya, fiziki hadisə, riyazi modelləşdirilmə, eksperimentin modelləşdirilməsi, təcrübə nümayişləri. ABSTRACT The article describes the concept of model, the specifications and didactic capabilities of general educational models in physics. The article also includes interesting outcomes of researches on the role and importance of computer models. АННОТАЦИЯ В статье описывается понятие модели, а также комментируются особенности общих учебных физический моделей с их дидактическими возможностями. Здесь также исследовались место и возможности компьютерных моделей, в результате чего была проведена их обобщенность. Model – hər hansı bir obyektin, yaxud obyektlər sisteminin şərti obrazıdır (əksi, sxemi, təsviri və i.). Modelin yaradılması üçün öyrənilən hadisənin əsas əlamətlərini ayıraraq prosesi əyaniləşdirmək lazımdır, başqa sözlə, onu modelə çevirmək üçün əsas əlamət adekvat əks olunmalı, öyrənilən hadisəyə izomorf model yaradılmalı, şagirdlər üçün həmin modelin əlverişliliyi təmin edilməlidir. Bütün modellərin ümumi xassəsi onların bu və ya digər şəkildə həqiqəti əks etdirmə imkanına malik olmasıdır. Müasir elmdə “model” sözü daha böyük və dərin məna kəsb edir, METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 45 bu da əsas diqqətin obyektin gizlin qalmış daxili xassəsinin modelləşdirilməsinə yönəlməsi ilə əlaqədardır. Belə modellər adətən, təsvir xarakteri daşıyır və bir qayda olaraq fiziki obyektlərin hazırlanmasına ehtiyac qalmır. Modelin yaradılması üsulundan, vasitələrdən, öyrənilən obyektin modellə necə canlandırılmasından asılı olaraq bütün modelləri iki sinfə ayırmaq olar: 1) maddi (fəaliyyətli, əşyəvi, fiziki); 2) ideal ( fikri, təsəvvür edilən) İnsan tərəfindən metal, ağac, şüşə, elektrik elementləri ilə və i. yaradılan və obyektiv mövcud olan bütün mümkün modellər maddi modellərə aiddir. Süni yaradılmayan və müəyyən xüsusiyyətləri insanın gücü ilə seçilən, öyrənilən mürəkkəb prosesləri sadə formada imitasiya edən ( məsələn, kristal qəfəslər, atomun planetar modeli, molekulun modeli) “Canlı”modellər- əşyəvi- obrazlı modellər adlanır. Maddi (əşyəvi) modellər müxtəlif maddi əşyalarla təmsil olunsalar da, insanlar tərəfindən hazırlanmış və obyektiv mövcuddurlar. Buraya süni şəkildə hazırlanmış, belə demək mümkündürsə, canlı modellər də aiddir. Onların spesifik təyinatı: birincisi, öyrənilən hadisə, obyekt və prosesin mahiyyətini, baş vermə səbəblərini və strukturunun canlandırılmasını həyata keçirir; ikincisi, təfəkkür proseslərinə və təbiət qanunlarına aid hadisə və prosesləri əhatə edir. Hal-hazırda ümumtəhsil məktəblərinin fizika fənni üzrə uzun müddətli tarixi təcrübə əsasında işlənmiş, təbii eksperimentlərin aparılmasında istifadə olunan bir sıra ənənəvi maddi (əşyəvi) modellər vardır ki, biz də onların ən çox istifadə olunanını bölmələr üzrə seçərək verməyi məqsədə müvafiq hesab etdik. Mexanika 1. Maddi nöqtə (ideal model) 2. Mütləq bərk cisim (ideal model) 3. İdeal yay (ideal model) 4. Ətalət qanununun öyrənilməsində istifadə olunan Qalileyin fikri eksperiment modeli. 5. «Arximed qüvvəsi» anlayışını daxil edərkən istifadə olunan fikri eksperiment. 6. Elektrik mühərrikli avtomobilin modeli. 7. Akselometrin modeli. 8. Raket modeli. 9. Üfüqlə müəyyən bujaq altında atılmış jismin hərəkət trayektoriyasının modeli. METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 46 10. Mail müstəvinin elektriklənmiş modeli. 11. Vint modeli. 12. Qaldırıcı kran modeli. 13. Hidravlik maşının əldə hazırlanmış modeli. 14. Hidravlik presin modeli. 15. Hidravlik əyləcin hərəkətli modeli. 16. Müxtəlif diametrli, monometrli borular modeli. 17. Təyyarənin qanadlarının modeli. 18. Hidravlik turbinin modeli. 19. Avtomatik nasos stansiyasının modeli. 20. Vertolyot modeli. 21. Külək mühərrikinin modeli. Molekulyar fizika və termodinamika 22. Molekul modelini yaratmaq üçün qulplu atomlar dəstinin modeli. 23. Broun hərəkətinin modeli. 24. Ştern təcrübəsinin modeli. 25. İdeal qaz modeli. 26. Real qaz modeli. 27. Atomların uzaq düzülüşdə yerləşməsinin nümayiş modeli. 28. Zərrəciklərin sıxlaşdırılaraq yerləşdirilməsi və fəza qəfəsinin nümayiş modeli. 29. Cisimlərin deformasiyasının öyrənilməsi üçün istifadə olunan model. 30. Dörd taktlı daxili yanma mühərrikinin modeli. 31. Buxar turbinin əldə qayırma modeli. Elektrodinamika 32. İofe – Milliken təcrübəsinin modeli. 33. Mandelştam – Papeleksi təcrübəsinin modeli. 34. Tolmen – Styuart təcrübəsinin şəkil modeli. 35. Elektronun ətalət hərəkətinin mexaniki modeli. 36. Elektrik sahəsinin mənzərəsinin modeli. 37. Elektrik dövrəsində baş verən proseslər üçün mexaniki model. 38. Yarımkeçiricilərin xüsusiyyətləri (aşqarlı və aşqarsız). 39. Qalvanik elementin modeli. 40. Turşulu akkumulyatorun modeli. METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 47 41. Qələvili akkumulyatorun modeli. 42. Elektrostatik generatorun modeli. 43. Günəş batareyasının modeli. 44. MHD generatorunun hərəkətli modeli. 45. Elektromaqnit sistemli cihazın modeli. 46. Maqnitoelektrik sistemli cihazın modeli. 47. Elektrodinamik sistemli cihazın modeli. 48. Elektrostatik sistemli cihazın modeli. 49. A.S.Popovun ilk radioqəbuledicisinin modeli. 50. Radioteleqraf əlaqəsi yaradan metrlik dalğaların modeli. 51. Radiotelefon əlaqəsi yaradan metrlik dalğaların modeli. 52. Lazer şüalarının köməyi ilə məsafədən informasiyaların ötürülməsinin modeli. 53. Breqin zəncirvari modeli. 54. Göz modeli. 55. Periskop modeli. 56. Mikroskopun modeli. 57. Rezerford təcrübəsinin modeli. 58. Eynşteynin fikri təcrübəsinin şəkil modeli Kvant fizikası 59. Atomun klassik modeli. 60. Atomun energetik modeli. 61. Atomun damcı modeli. 62. Atomun örtük modeli. Məktəbdə hər hansı bir səbəbdən sadə cihazlarla aparılması mümkün olmayan tədris təcrübələrinin displeyin ekranında imitasiya edilməsi, olduğu kimi göstərilməsi asan və ucuz başa gəlir. Yəni, heç bir laborator analoqu olmayan ideallaşdırılmış obyekti kompyuter modelləri vasitəsi ilə şagirdlərə nümayiş etdirmək mümkündür. Bu baxımdan kompyuter modelləri çox böyük didaktik imkana malik olub, təcrübə nümayişlərini, laboratoriya, praktikum və məktəb eksperimentlərini, sinif şəraitində aparılması mümkün olmayan və ya çətin olan istənilən fiziki hadisə və prosesin təbii şəkildə, nümayişini təmin edir. Buna mərkəzəqaçma qüvvəsinin təsiri ilə cismin hərəkətini, Aya və Veneraya kosmik gəminin uçması, «uçmaq və enmək», bərk cisimlərə aid kristalların quruluşu və birləşmələrin tiplərini, nüvə reaktorlarının iş prinsipini, siklatronda elekronun sürətləndirilməsini, molekulların METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 48 hərəkət sürətini təyin etmək (Ştern təcrübəsi), atomun və atom nüvəsinin daxilində gedən prosesləri, dəniz və okeanlarda, yerin təkində və kosmosda baş verən hadisələri, atom və molekulların hərəkətini, elementar zərrəciklərin səpilməsini və s. çoxlu sayda misallar göstərmək olar. Fizika təlimində kompyuter modellərindən istifadə artıq aparıcı üsullardan birinə çevrilmişdir. Məktəbdə fizika fənninin tədrisində modelləşdirmənin iki növündən daha çox istifadə olunur: a) fiziki hadisə və prosesin təsvirini əks etdirən imitasiya modelləşdirməsi; b) bir sıra fiziki kəmiyyətlərin müəyyən edilməsində istifadə olunan riyazi modelləşdirmə. Qeyd etmək lazımdır ki, kompyuter texnologiyasının imkanlarından istifadə etməklə istənilən obyektə məxsus modelləri müvafiq alqoritm əsasında proqram tərtib edərək modelləşdirib, nümayiş etdirmək mümkündür. İmitasiya modelləşdirilməsinə misal olaraq Ştern, Rezerford təcrübələrini və çox mürəkkəb qurğuların iş prinsipini göstərmək olar (şək.1). Şək.1. Ştern təcrübəsinin modelini əks etdirən qurğunun prinsipial sxemi Belə üçölçülü modeli kompyuterdə xüsusi 3-DS paketlərin köməyi ilə yaratmaq mümkündür. Bu cür modellərin məqsədi reallığı əks etdirmək olduğundan, əyani vasitə kimi dərsin istənilən mərhələsində istifadə oluna bilər. Bu zaman kompyuterin rəng imkanlarından istifadə edərək bir sistemli detalları eyni rəngdə, baş verən fiziki hadisələri müxtəlif rənglərdə göstərməklə daha əyani və güclü effekt yaratmaq olar. Bu da, istənilən fiziki hadisə və prosesləri daha canlı, obrazlı göstərməyə imkan verir, fiziki mahiyyətin başa düşülərək öyrənilməsini təmin edir. Шяк.4.3. 2.1 METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 49 Məktəb fizika kabinetində tələb olunan eksperimentlərin aparılması üçün lazım olan qurğular olmadıqda, onun aparılması təhlükəsizlik texnikası qaydalarına görə qadağan edildikdə, yaxud təbii eksperimentin aparılmasını əlavə materialla gücləndirmək lazım gəldiyi halda kompyuter modellərindən istifadə etmək məsləhət görülür. Daha doğrusu, mürəkkəb məktəb fizika eksperimentinin modellərlə əvəz olunması təbii reallığı, sistemin funksional xarakteristikasının öyrənilməsini və təqdim edilməsini, onun avtomatik idarə olunmasını, gözlə görünməsi mümkün olmayan proseslərin bir başa sinifdə şagirdlərin gözləri önündə canlandırılaraq nümayiş edilməsində istifadə olunur. Bunlara misal olaraq «İşığın polyarizasiyası» (şək.2.) mövzusunun tədrisində istifadə ediləcək modelə nəzər yetirək. Şək.2. İşığın polyarizasiyasını əks etdirən model Burada adi işıq mənbəyindən (məsələn, közərmiş lampadan) çıxan şüaların, yəni təbii şüaların polyarizə olunmamış, başqa mənbələrin, məsələn, lazer şüalarının polyarizasiya olunmuş şüalar olduğunu, bunların işıq rəqslərinin elektrik və maqnit sahələrinin bütün istiqamətlərdə deyil, məhz iki bir-birinə perpendikulyar müstəvilərdə yayıldığını, eyni zamanda işığın xətti, müstəvi və elleptik polyarizasiya olunduğunu modellə çox asan göstərmək mümkündür. Məktəb tədris eksperimentinin təsnifatı birmənalı qəbul edilmədiyindən bir çox tədqiqatçılar xarakterindən asılı olaraq onu təbii (birbaşa natura) və model olmaqla iki yerə bölmüşlər. Model eksperimentin təbii eksperimentdən əhəmiyyətli fərqi onun müxtəlif struktura malik olmasındadır. Model eksperimentin strukturunun fərqli xüsusiyyətləri onun subyektiv tərəfləri ilə deyil, məhz tədqiqatın və təfəkkür vasitələrinin xarakterinin imitasiya olunan obyektə münasibətinin obyektivliyi ilə müəyyən olunur. METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 50 Təbii eksperimentdə tədqiqat vasitələri obyektlə bilavasitə qarşılıqlı təsirdə olur, model eksperimentdə isə obyekt yox, məhz onun əvəzedici modeli iştirak edir. Bunun üstünlüyü ondadır ki, eksperimental qurğu ilə obyektin modeli birləşərək vahid bir məqsədə xidmət edir. Bütün bunlar kompyuter modelləri vasitəsi ilə çox asanlıqla canlandırıla bilir. İndiki zamanda ideal modellərin ən effektli yaradılma üsulu kompyuter modelləri hesab edilir. Onun mahiyyəti kompyuterdə olan modelin kəmiyyət və keyfiyyətcə alınmış nəticəsi ilə müəyyən edilir. Tədrisyönümlü məsələlərdə istifadə zamanı kompyuter modellərini: fiziki hadisə və proseslərin riyazi modelləşdirilməsinə, eksperimentin modelləşdirilməsinə, təcrübə nümayişlərinə və məsələ-modellərə bölürlər. Hadisə və prosesin riyazi modelləşdirilməsi məsələsinin həlli obyektin əsas əlamət və xüsusiyyətlərini riyazi dildə yazmağa və onun xüsusiyyətlərinin təhlilini aparmağa imkan verir. Kompyuter bu işin həllinə çox böyük təkan verməklə prosesi sürətləndirir. Bizim fikrimizcə, bu qrupa fiziki kəmiyyətlərin hesablanmasında tez-tez alqoritmdən istifadə olunan məsələlər də aiddir. Eksperiment və təcrübə nümayişlərinin modelləşdirilməsi məsələsi fundamental fiziki eksperimentlərin imitasiya modelləşdirilməsidir. İmitasiya modellər eksperimenti idarə etmək, müşahidə olunan fəza sahəsini genişləndirmək, yaxud daraltmaq, eksperimentin əvvəlinə qayıtmaq imkanlarına görə videofilmlərə nəzərən müəyyən texniki üstünlüklərə malikdir. Beləliklə bütün yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, kompyuter modelləri sinifdə müəllimi əvəz etmir, əksinə ən mürəkkəb fiziki proseslərin mikro- və makro- aləminin açılaraq göstərilməsində, şagirdlərin sağlamlığına sanitar - gigiyenik baxımdan ziyanlı olan, təhlükəsizlik texnikası baxımından sinifdə nümayişi mümkün olmayan təcrübələrin göstərilməsində əvəzsiz əhəmiyyətə malik olub müəllimin ən yaxşı köməkçisidir. ƏDƏBİYYAT 1. İsmayılov İ.N, Abdullayev J. S. Təlimin texniki vasitələri və yeni informasiya texnologiyaları. Tədrisdə onlardan istifadə metodikası (fizika materialları əsasında) «Təhsil» ABU 2006 2. İsmayılov İ.N. Fizika təlimində YİT-dən praktik istifadənin əsas istiqamətləri/The Second International Conference on Control and Optimization with Industrial Applications. Beynəlxalq konfransın materialları. Bakı, 2008 3. İsmayılov İ.N. Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə üzrə işin sistemi (Monoqrafiya). Bakı: Mütərcim, 2009 4. İsmayılov İ.N. Fizika müəllimlərinin hazırlığında YİTV-nin əsas tətbiq istiqamətləri. Türkiyə Hacəttəpə- ADPU, 15-19 may 2010. METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 51 5. İsmayılov İ.N. Gələcək müəllimlərin peşə hazırlığının yüksəldilməsində İKT-nin yeri və rolu. Təhsildə İKT. Elmi metodik jurnal. Bakı.2011, №3. 6. Оспенникова Е. В. Использования ИКТ в преподовании физики в средней общеобразовательной школе. М.:БИНОМ. 2011 METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 52 MÜASİR İKT-DƏN PEDAQOJİ-PSİXOLOJİ İNFORMASİYALARIN İŞLƏNMƏSİNDƏ ZƏRURİLİYİ Ə.M. Məmmədov fizika-riyaziyyat elmləri namizədi, professor Azərbaycan Dövlət Pedaqoji Universiteti O.A. Əfəndiyeva fizika-riyaziyyat elmləri namizədi, dosent Azərbaycan Dövlət Pedaqoji Universiteti Ş.Ə. Həmidova Bakı Dövlət Universiteti XÜLASƏ Baxılan tədqiqatda, məktəblərdə və ali məktəblərdə “tədris planlar”ı, “sessiya”, “dərs bölgü”sü, “dərs vəsaitləri və dərsliklər”, “dərs cədvəl”i, və başqa bazalar yaratmaqla yanaşı “Tələbə” adlı baza yaradılması araşdırılır. АННОТАЦИЯ В данной работе наряду с проблемами разработке в школах и в университетах учебных планов, методических пособий и учебников рассматриваются вопросы создания баз данных, под названием «Студент». Bilirik ki, cəmiyyətin iqtisadi strukturunda getdikcə artan mürəkkəbliyi təsərrüfat mexanizminin sabitliyini pozur, həyatın tələbi ilə gənc nəslə verilən təhsil, peşəyönümü arasında çox böyük fərq nəzərə çarpır, şəxsi maraqla cəmiyyətdə olan tələb arasında uyğunsuzluq yaranır. İctimai və şəxsi maraq birləşdirilməlidir ki, gənc nəslin fəaliyyət dairəsi artırılsın. Burada çox hər tərəfli, dərindən işlənilən fəaliyyət proqramı olmalıdır. Konkret elmlər tibb, fiziologiya, psixologiya, pedaqogika, sosiologiya insanın bu və ya başqa fəaliyyət növünü öyrənir. Bu elmlərin təklikdə verdiyi xarakteristikalar fərd haqqında tələb olunan informasiyaları əhatə etmir. İnsan amili çox mürəkkəb mexanizmə malikdir, ona görə bütün xassələri bircinsli qruplara ayırmaq, qrupların sayını tapmaq və hər qrupun xassələrini öyrənmək lazımdır. Burada kombinator analizin məsələləri həll olunmalıdır. Məşhur dünya METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 53 şöhrətli alim Norbert Vinerə sual verilmişdir ki, Siz insanın analoqu olan bir maşın yaratmağa necə baxırsınız? O, demişdir ki, mən 8 ildir ki, kəsilməz maraqla insan fiziologiyasını öyrənirəm, ancaq cəmi insanı 1% (bir faiz) öyrənə bilmişəm. Bu isə insanın olduqca çox mürəkkəb bir sistem olduğunu göstərir. İnsana mürəkkəb bir obyekt kimi baxdıqda keyfiyyət və xassələrə görə üç qrupa bölünür: 1) Obyektin quruluşu ilə bağlı material struktur keyfiyyətləri və xassələrinə görə qruplar; 2) Obyektin funksiyasından asılı funksional qruplar; 3) Obyektin bu və ya başqa sistemə aidliyi ilə təyin olunan sistemli qruplar. Fərdi göstəricilərinə görə 1) bioloji tibbi göstəricilər; 2) psixi-fizioloji göstəricilər; 3) tədris pedaqoji xarakteristikalar; 4) sosial mənəvi xarakteristikalar. Burada birinci iki göstərici hər bir şəxsin təbiət tərəfindən baxış edilmiş göstəricisidir. İnsanın boyu, çəkisi, görmə, eşitmə qabiliyyəti, əsəb sisteminin mütəhərrikliyi, reaksiya göstəricisinin sürətliliyi, hiss etmə və s. bu göstəriciləri ayrılıqda əsas götürmək olmaz. Sağlamlıq meyarı müasir elm və texnikanın nailiyyətlərinin insan fəaliyyətində tətbiq edilməsində bir hissədir. Başqa göstəricilər də təhlil oluna bilər. Lakin məqsədimiz pedaqoji prosesdə şagirdin, tələbənin və başqa öyrənənlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi və tədris prosesində istifadə edilməsidir. Bu çox mürəkkəb məsələdir, burada hədsiz dərəcədə çox informasiya toplanılmalıdır, çox böyük baza yaradılmalıdır, artıq təhlil aparmaq üçün texnikaya zərurət yaranır. Hesablama texnikasında təhlil aparmaq üçün, yəni bu və ya başqa proqramın söylənilməsi üçün çoxlu statistik məlumatlar toplamaq və onların ehtimal xarakteristikalarını öyrənmək lazımdır. Məhz pedaqoji eksperimentlərin təhlilində bu qanuna uyğunluğa görə hesablama alqoritmləri yaradılmalıdır. İnformasiya modelləşdirilməsi aparılmalı və kompyuter eksperimentindən keçirilməlidir. İnformasiya modelləşdirilməsi funksional əlaqəli informasiyalar, onların emalı və əks əlaqəsi ilə xarakterizə olunur. İnformasiyalar üzərində əməliyyat aparmaqla öyrənilən obyektin təsvirini vermək olar. İnformasiyaların kodlaşdırılması və dekodlaşdırılması aparılmaqla modelə obyektin, məlumatın kəmiyyət və keyfiyyət tərəfləri daxil edilir. İnformasiya modeli miqdar və qeyri- miqdar münasibətlərini əhatə edə bilər. Qeyri – miqdar münasibətlərində riyazi məntiqdən, çoxluqlar, alqoritmlər nəzəriyyəsindən və s. istifadə edilir. İnformasiya modeli vasitəsilə METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 54 tədqiqat obyektin daxili quruluşunu xarakterizə edən informasiya şəbəkəsinin strukturu, idarəetmə prosesi haqqında təsəvvürün əldə edilməsi və s. mümkün olur. Praktikada eyni zamanda – struktur – funksional və informasiya modelindən istifadə edilir ki, belə modellərə kibernetik model deyilir; bu modellər mürəkkəb obyektlərin öyrənilməsində tətbiq edilir. Məsələn, dərs cədvəlinin tərtibi məsələsinə baxaq. Dərs cədvəlində çoxlu variantlar vardır. Hər qrupda və birləşmədə dərsin aparılması vaxtları müntəzəm bölünməlidir, bir korpusdan o birinə keçid nəzərə alınmalıdır. Əgər İnstitutun auditoriya fondu kifayət qədər olsa cədvəli tərtib etmək çətinlik törətməz. Məhdud auditoriya fondunda optimal variantın tapılması çətin məsələlərdən biridir. Deməli, auditoriya fondunun düzgün birləşdirilməsi daha effektiv cədvəlin tərtib edilməsinə təsir edir. məsələnin həlli üçün auditoriyaların siyahısı tərtib edilir və onların tipləri göstərilir. Burada auditoriyanın tipi tələbə tutumu və ixtisaslaşma ilə təyin edilir. məşğələnin növü onun hansı auditoriyada keçə bilməsi ilə təyin edilir. Burada modelləşdirmə icra olunsa görürük ki, bu məsələ xətti proqramlaşdırmada nəqliyyat məsələsidir. Başqa sözlə bu məsəl n j j b x m i j i ,..., 2 , 1 1 (1) n j a x i m j j i ,..., 2 , 1 1 (2) m j j m i i b a 1 1 ( 0 j i x tam ədədlərdir) (3) Şərtləri daxilində j i m i n j j i X C 1 1 (4) Xətti formanın minimumlaşdırılması məsələsidir. Burada auditoriyaların tipləri sayı m, məşğələ növlərinin sayı n, i -ci auditoriyada j növlü məşğələnin keçirilməsini göstərən kəmiyyət j i X , i tipli auditoriyanın fond vaxtı i a , belə ki, t g a i i , i g - isə i tipli auditoriyaların sayı, t – planlaşdırılmış vaxtda dərs saatların miqdarı, j b hər məşğələ zamanı saatlarla ölçülən tələb işarə edilir. Burada bizim məqsədimiz hər bir paket proqramın tərtibinin nə qədər riyazi bilik tələb etməsini nümayiş etmək üçün göstərildi yəni proqram paketini hazırlayan bir qrupda müxtəlif ixtisasçılar olmalıdır ki, hər biri öz vəzifəsini icra etsin. Kompyuter texnikası təlimin məzmununun təyin edilməsində, kvalivikasiya xarakteristikalarının qurulmasında, tədris proqram və planların tərtibində, tədris vasitələri və METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 55 dərsliklərdə materialın sistemləşdirilməsində və s. sistemlərdə tətbiq edilməlidir. Optimal variantın təyini faktiki olaraq müxtəlif variantlara baxmağı tələb edir, optimallıq meyarının təyini üçün son nəticəyə təsir edən bütün amilləri təhlil etmək lazımdır. Pedaqogikada tədris planı və proqramların tərtibində EHM-dən istifadəyə dair müəyyən təcrübə vardır. Hələ 60- 70-ci illərdə tədris planlarının tərtibi üçün riyazi aparat və maşın alqoritmi işlənmişdir, İ.İ.Loqinovun “Иммитационное моделирование учебных proqram” (Moskva 1960) adlı kitabında və yazılmış məqalələrdə araşdırmalar vardır. Pedaqogikada uzun müddətdir ki, “avtomatlaşdırılmış axtarış sistemlərindən istifadə edilir. Tibbi diaqnostika üçün yeni ekspert sistemləri barədə məlumatlar hazırda geniş yayılmışdır. Burada bir məsələni unutmaq lazım deyildir ki, kompyuter “proqram paketsiz” boş bir yeşikdir. Biz yüksək səviyyəli proqramlaşdırma dillərində müəyyən məsələləri proqramlaşdırıb həll edirik, çünki həmin dillərə aid sistem proqram paketindən istifadə edirik. Məktəbdə hər bir müəllim proqram paketləri ilə təmin olunmazsa, o, kompyuterdən səmərəli istifadə edə bilməz, deməli çox yüksək səviyyədə proqram paketsiz İKT-nin tətbiqindən istifadə məsələsini demək olar ki, 0-a endirir. Təlim məqsədi üçün proqram paketləri kifayət qədər olmasa da vardır. Burada bir daha qeyd edək ki, bir məsələnin həllini diskə yazıb nümayiş etmək əyanilikdir. Dərsdə əyani vasitələrdən istifadədir, proqram paketi deyildir. Məsələn, Paskal dili ilə işləyirik. Bu dildə məsələni həll etmək üçün çoxlu sayda bir-birinə qarşılıqlı kömək edən modul proqramları vardır. Əgər proqramçı həmin paketi hazırlayarkən hər hansı modulu proqrama daxil etməyibsə, orada qrafikanı işləmək olmaz. Beləliklə, bir proqram paketini müxtəlif ixtisasçıların birgə səyindən yarana bilər. Biz ciddi analiz aparmırıq ki, bugün pedaqoji proses düzgünmü qurulmuşdur? Hazırladığımız kadrlar yuxarıda göstərilən xarakteristikalara görə qruplaşdırılırmı? Tədris planları tələbləri ödəyirmi? Tədris ilinin miqdarı təmin edicidirmi? Tədris planlarının tərtibində tərcüməçilik bizi hara aparır? Orta və Ali məktəblərdə hansı fənlərin tədrisi əsas götürülməlidir ki, şagird və tələbə istedadlı şəxs kimi yetişsin? Hazırda “innovasiya” “metod”ları adlandırdığımız nə qədər innovasiyalıdır? Hazırda orta məktəblərdə tədris olunan məktəblərdə hansının tədrisi lazım deyil? İndi ibtidai siniflərdə tədris olunan fənlərə ilk növbədə baxış keçirilməlidir. Nə qədər fənlər tədris olunur? Onların dərsliklərinin həcmi şagirdləri vahiməyə salır, artıq informasiyalar hədsiz dərəcədə çoxdur, bu isə şagirdlərin sağlamlığına maksimal zərbədir. bizə məlumdur ki, vaxtı ilə ibtidai siniflər üçün 100 səhifədən az dərslik və dərs vasitələri ilə dahilər yetişmişdir. Biz hesab edirik ki, burada məhz İKT-yə ehtiyac var. Lakin burada METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 56 çətinliklər var, onları öyrənməklə əslində maraqlananlar azdır. Çox güclü baza yaradılmalıdır, bu bazanı yaratmaq üçün, yəni gələcəyimizin məktəbi üçün heç olmazsa, bu bazanı yaratmalıyıq. İlk sual bundan ibarət olmalıdır ki, bu innovasiya adlandırdığımız üçün müəllim hazırdırmı? Yaradıcılıq qabiliyyəti inkişaf edirmi? Dayanıqsız müəllim dayanıqlı şəxs hazırlaya bilərmi? Burada çox təəssüflə qeyd etmək istəyirik ki, başa düşən də, başa düşməyən də həmin sahə ilə heç bir əlaqəsi olmayan da tərifləməklə məşğul olur, çünki bu zəhmət tələb etmir. Niyə biz görmək istəmirik ki, pedaqoji peşə aşağı səviyyəyə doğru gedir, kim burada məsuliyyət daşıyır? Məhz bu problemlərin həllinə müvafiq ən güclü ixtisasçılar cəlb olunmalıdır ki, onlar dünya təcrübasini nəzərə alaraq bu məsələni İKT-nin köməyi ilə həll etsinlər. Biz indi informasiya okeanındayıq, bu okeanın sahili yoxdur, burada həm informasiya bolluğu, həm də informasiya qıtlığı altında təlim və tərbiyə aparırıq. Bu informasiya dövründə insanları öyrənmək, onun xarakteristikalarını tapmaq olduqca çətindir, lakin başlı-başına buraxmaq olmaz. Hazırda respublikada istifadə olunan kompyuterlərin və əl telefonlarının sayı əhalinin az qala sayına çatsın, hər şagirddə, tələbədə bəzən 2-3 telefon var, sual olunur ki, onların intellektual səviyyəsi artmışdırmı? Apardığımız müşahidələr göstərir ki, bu onların həm sağlamlığına mənfi təsir etmiş, həm də onların əksəriyyətini robota çevirmişdir. Deməli, texniki həll edici deyil, onu idarə edən həll edicidir, idarə edəni idarə etmək lazımdır. İnsan kompyuterdən istifadə edərək onun həlli yolunu bildiyi məsələləri heç zaman həll edə bilməzdi. Digər tərəfdən qərarın qəbul edilməsini kompyuter deyil insan təyin edir. Qərarın qəbul edilməsi üçün insanın yaradıcılıq potensialı köməyə gəlir, hətta hazırda bir çox dövlətlərdə yaranan iqtisadi böhran problemini insanlar həll etməlidir. İnsan amili həmişə diqqətli olmalıdır. Onun öyrənilməsi həmişə lazımdır. Burada bir faktoru xüsusilə qeyd etmək lazımdır: Şagirdlər və tələbələr qəbuldan institutu bitirənə qədər testlə işləyirlər, burada elə tələbələrə rast gəlirik ki, o, gündəlik dərslərin icrasında ən az aktivlik göstərir, bilik səviyyəsi minimaldır, heç bir mühazirə yazmır, seminarlara hazır gəlmir, sanki universitetdə oxumur, istirahətə gəlmişdir, öz üzərində işləmir, biliyi son dərəcə aşağıdır, lakin kollokviumlarda yüksək bal qazanır, çünki suallar və cavablar onda var, bir neçə dəfə onları təkrar etməklə əzbər yadda saxlayır, lakin imtahandan sonra həmin bu məsələlərin həllini soruşduqda sanki heç nə bilmir. Deməli, biz tələbənin elmi qabiliyyətini azaldırıq, lakin sanki belə olmalıdır kimi qəbul edirik. Bu yol innovativ ola bilməz, həmin tələbələrin potensial imkanlarını üzə çıxara bilmirik, onların isə inkişaf səviyyəsi o yüksəkdə deyil ki, özü-özünə dərk etsin ki, düz yolda deyildir, ona görə biz buna laqeyd baxa bilmərik. Biz mümkün dərəcədə tələbələrin inteqral xarakteristikalarını öyrənmək istiqamətində kifayət qədər çox informasiyalar METODİKA VƏ TƏCRÜBƏ Təhsildə İKT 57 toplamalıyıq, onların bazasını yaratmalıyıq, mənfi və müsbət tərəfləri, daxili və xarici təsirləri və s öyrənməli və bu bazada yerləşdirməliyik. Tələbələrin fəaliyyətini əks etdirən bütün informasiyalar yazılmalıdır, saxlanılmalıdır və tələbə haqqında pedaqoji xarakteristikalar həmin bazadan istifadə etməklə yazılmalıdır. Bu bazaya çox zaman standart qeydlər adı, soyadı, atasının adı, təvəllüdü, yaşadığı yeri qeyd etməklə kifayətlənirik, halbuki bu informasiyalar çox azlıq edir, kollokviumlar gündəlik qiymətləndirilməsi, sərbəst işlərin icrası elmi iş aparması ictimai işlərdə fəallığı, olimpiadalarda iştirakı, sağlamlıq haqqında məlumatlar və s yazılmalıdır. Bu çox informasiya bazası olar, ancaq uzun müddət saxlanıla bilər, tələbənin də məsuliyyəti artar. 1976-80-cı illərdə riyaziyyat fakültəsində bununla əlaqədar iki kitab ayırdıq - ağ və qara kitab. Bütün tələbələrin qrup-qrup tələbələrin adları orada yazılmışdır. Sinif nümayəndəsi axırıncı dərsdən çıxdıqda tələbə haqqında yaxşıları ağ kitaba, pisləri qara kitabda yazırdı, bu tələbələrin intizamına maksimum təsir etdi. Dini dildə deyirlər ki, insanın yaxşı və pis əməllərini mələklər yazırlar. Heç nə unudulmur. Burada bir həqiqət ondan ibarətdir ki, insanın bütün hərəkətləri həqiqətən “yaddaş” adlanan orqanlarda saxlanılır. Respublikada yüzlərlə bir-birinin təkrarı olan və şagirdlərə güclə satılma bəlasından xilas edilməlidir, orta məktəbdə tədris olunan fənlərin sayı azaldılmalı, imtahana salınan fənlərin sayı 4 (dörddən) çox olmamalıdır. Hesab edirik ki, məktəbdə yekun imtahanlarına heç bir ehtiyac yoxdur. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling