Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Download 4.84 Mb.
Pdf ko'rish
bet7/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   2   3   4   5   6   7   8   9   10   ...   62

Qaşın 

qaldırılması: 

Göz əsdirmə: 

Göz vurma: 

Qaşın 

qaldırılması: 

Qulağın 

qaşınması: 

Qulağından tutma: 

Burunun ətrafmda 

barmaqların dairəvi 

vəziyyəti: 

Burnuna döyəcləmə: 

Burnunu göstərmə: 

Burnunu yellətmək: 

Yanaqlarda 

barmağını fırlatmaq: 

Yanağın sığallanması: 

Beynəlxalq jestlər lüğəti 

Tanqo adalarında bu jest «hə» və ya «mən» razıyam mənasını verir. Peruda 

«pul» və ya mənə ödə. 

Tayvanda kiminsə tərəfmə göz əsdirmək nəzakotsizlik sayılır. 

 

Avstraliyada qadına, hətta dostluq münasibətini bildirmək üçün belə göz 



vurmaq əxlaqsızlıq sayılır. 

Avropada və Latın Amerikasının bəzi ölkələrində bu «ehtiyatlı ol» və yaxud 

«mən ehtiyathyam» mənasını verir. 

İtaliyada - «yaxınlığındakı centlemen arvadsifətdir» mənasını verir. 

Hindistanda «səmimiyyət və yaxud peşimanlıq» işarəsidir. Oxşar jest Brazi- 

liyada «qulağın baş və şəhadət barmağı arasında tutmaq - yüksək məbləği 

ifadə edir». 

 



Klassik amerikan işarəsi «OK»-yi (okey) burunun yanında göstərmək, Ko- 

lumbiyada müsahibin - «homoseksualistdir» mənasını verir. 

 

Britaniyada sirr və ya konfıdensialhq, İtaliyada dostcasına ehtiyatlılığı ifadə 



edir. 

 



Avropada ən geniş tanınmış jestlərdən biridir, «özündən çıxmanı» ifadə edir. 

Daha böyük effekt üçün iki əllə edilməsi lazımdır. 

 

Puerto-Rikoda «nə baş verir?». 



 

Əsas məna ilə italyan tərif jestidir. 



 

Yunanıstanda, İtaliyada və İspaniyada «cəlbedicidir»; Yuqoslaviyada «nai- 



liyyət»; digər ölkələrdə isə «xəstə» və ya «arıq» mənasını verir. 

Bir neçə ölkədə beynəlxalq inkişafı planlaşdırarkən mədəni və yeni marketinq mühitinin 

digər  üstünlükləri  haqqında,  biliklərin  əldə  olunmasında,  kampaniya  öz  mütəxəssislərinə 

istinad  edir.  Yada  salın  ki,  dünya  iqtisadiyyatında  ölkələr  öz  mədəni  oxşarlıqlarına  görə 

qruplaşırlar,  bu  da  hansısa  mənada  multimilli  marketinqdə  ağır  adaptasiya  öhdəçiliyini 

asanlaşdırır. 

Sosiumun etika və etiket haqqında biliklərinin olması vacibdir. Etik normalar 

39 


müəyyən  həcmli  reklamın  qəbul  edilməsinə  səbəb  ola  bilər.  Etiketdə  partnyorlara  kiçik 

hədiyyələri (Şərq ölkələrində) və yaxud onların inkarını (Qərbdə), ünvanların və ya işgüzar 

məktubun  müxtəlif  yazılışını  nəzərə  ala  bilərlər.  Belə  nüansların  rollarının 

qiymətləndirilməsindəki  səhlənkarlıq  biznes  üçün  neqativ  hallara  səbəb  ola  bilər. 

Cəmiyyətdəki rolundan asılı olaraq din və dini adətlər kampaniyanın fəaliyyət şərtlərinə, bu 

və ya digər dərəcədə təsir edir. Onlar müəyyən istehlakçı davranışı və qəbuletmə qaydaları 

tərbiyə  edir. Onlar haqqında olan biliklər isə kommunikasiya siyasətinin  effektivliyini və 

satış dərəcəsini əsaslı şəkildə artıra bilər. 

Beynəlxalq  marketinqdə  etnosentrizm  (digər  etnos  nümayəndələri  üzərində  öz  etnik 

qruplarının üstünlüyünü inandırma cəhdi), eləcə də nolisentrizm zəruridir (rəqiblər arasında 

şə.xsi imicin yaranmasına səbəb olmayan yerli mülkiyyətə tam keçmə). 

Beynəlxalq marketinq sistemində xarici mühitə 200-dən artıq milli bazar, həm də qlobal, 

regional, sahə prinsipi ilə dağılmış ümumdünya bazarı daxildir. Məhz belə bir bazarda dünya 

arenasına çıxan müəssisə fəaliyyətini həyata keçirə bilər. 

Beynəlxalq  marketinqin  tədqiqat  funksiyası  müəssisənin  kommersiya  fəaliyyəti  üçün, 

onun biznes fəaliyyəti üçün daha çox imkan olan potensial bazarın dərindən öyrənilməsinə 

xidmət edir. 

Beynəlxalq  marketinq  tədqiqatlarının  əsasını  informasiya  təminatı  təşkil  edir.  Buraya 

beynəlxalq  marketinq  sisteminin  bütün  elementlərinin  vəziyyəti  və  dinamikası  haqqında 

informasiyanın kodlaşdırılması və axtarışı, məlumatların saxlanmasının təşkili, marketinq 

sənədlərinin tərtibinin kompleks vasitələri və metodları daxildir. 

Mütəxəssislərin  fikrincə,  beynəlxalq  marketinq  sferasında  qərarların  qəbulu  və 

sahibkarlığın  məqsədinin  əsaslandırılması  obyektiv  və  subyektiv  amillərin  təsiri  altında 

formalaşır. Obyektiv amillərə əmtəə-bazar münasibətləri və beynəlxalq mühit göstəriciləri 

aiddir. Subyektiv amillər isə beynəlxalq sahibkarların şəxsiyyət xarakteristikası ilə müəyyən 

edilir. 


Beynəlxalq  marketinq  tədqiqatlarım  aparmaq  məqsədi  ilə  həm  daxili  hesabat 

sistemindən,  həm  də  cari  xarici  informasiyalar  sistemindən  istifadə  etmək  lazımdır. 

Beynəlxalq  firma  öz  problemini  müəyyənləşdirdikdən  sonra  bu  problemin  həlli  üçün 

məlumatlar yığmağa başlayır. Məlumatın növü, mənbəyi müəyyənləşdirilir. Məlumatlar öz 

mənbəyinə görə təkrar və ilkin olurlar, bu məlumatlar həm kəşfiyyat xarakterli tədqiqatlarda, 

həm də daha dərin tədqiqatlarda istifadə olunur. Beynəlxalq marketinqin xüsusiyyətlərindən 

biri  odur  ki,  tədqiqatlarına  təkrar  məlumatlar  ilkin  təsir  edir.  Belə  məlumat  mənbələrinə 

əvvəlcə hansısa bir məqsəd üçün istifadə edilmiş məlumatlar daxildir. 

Daxili informasiya mənbələrinə müəssisənin öz gücü ilə yığılan informasiyalar daxildir. 

Bura əvvəlcə keçirilmiş hər hansı tədqiqat üçün toplanmış məlumatlar, işgüzar yazışmalar 

üzrə  beynəlxalq  əlaqə  cəhdləri,  məqsədli  bazara  aid  olan  texniki  sənədləşmələr,  xarici 

mənbələr,  firmadan  kənarda  yerləşən  xarici  marketinq  mühitini  xarakterizə  edən  amillər 

daxildir.  Beynəlxalq  marketinqdə  xarici  məlumat  mənbələri  kimi,  hər  şeydən  əvvəl, 

aşağıdakılardan istifadə olunur. 

-

 

beynəlxalq təşkilatların hesabatları (BMT, Dünya Bankı, BVF. ÜTT və s); 



-

 

milli statistik sorğu kitabları; 



-

 

ümumi iqtisadi və kommersiya informasiyaları çıxan dövrü nəşrlər; 



-

 

xarici ticarət təşkilatlarının marketinq nəşrləri; 



-

 

əsas firmaların məhsullarının beynəlxalq prezentasiyası, yarmarkalar, sərgilər; 



-

 

reklam nəşrləri və s. 



40 

Xarici mənbələr kommersiya və qeyri-kommersiya olmaqla iki yerə bölünür. Məsələn, 

«Dan  and  Bredstreet»  kampaniyasının  biznes-sorğu  kitabı,  kommersiya  xarakterli,  AİB-n 

xidmət məlumatları isə qeyri-ticarət xarakterli məlumatlardır. 

Praktiki olaraq bütün inkişaf etmiş ölkələrdə təkrar məlumatları aşağıdakı mənbələrdən 

almaq olar: 

-

 



dövlət statistikası, hökumət hesabatlarından; 

-

 



ticarət və texniki nəşrlərdən; 

-

 



ticarət və tədqiqat assosiasiyalarının jurnallarından; 

-

 



Ticarət Palatasının hesabatından. 

Təkrar  məlumatlar  çatışmadığı  halda  tədqiqatın  sahəvi  metodundan  istifadə  olunur: 

anket,  müşahidə,  eksperiment.  Xarici  bazarın  sahəvi  tədqiqatının  əsas  problemi  onların 

yüksək  dəyəri  və  ayrıca  bazar  üzrə  tədqiqat  nəticələrinin  uyğunluğunun  təmi-  natmdadır. 

Bununla əlaqədar olaraq beynəlxalq marketinq, beynəlxalq bazarın tədqiqatının keçirilməsi 

üçün  lazım  olan  maliyyə  resurslarının  vacibliyini  dərin  əsaslandırılmış  səbəblərini 

göstərməlidir. Bu problem müəssisənin məqsədli bazarda müvəffəqiyyət qazanması ehtimalı 

az  olduğu  və  firmanın  tədqiqat  üçün  maliyyə  imkanları  məhdud  olduğu  halda  daha  da 

kəskinləşir. 

2.

 

Beynəlxalq marketinqdə istifadə olunan əsas 

informasiya şəbəkələri: internet, ekstranet

intranet 

Beynəlxalq marketinqdə istifadə olunan əsas informasiya şəbəkələri: internet, ekstranet, 

intranetdir. 

Beynəlxalq  fəaliyyəti  müvəffəqiyyətlə  həyata  keçirən  kompaniyada  müxtəlif 

informasiya şəbəkələrindən istifadə olunur. 

Aşağı 


Müdafiə dərəcəsi 

Yüksək 


İnternet

 

 



Ekstranet

 

 



Intranet

 

Şirkət 



Maksimum 

Əhatə dərəcəsi 

Minimum 

Bütün dünya 

Partnyorlar və 

istehlakçılar 

Şirkətin bölmələri 

Beynəlxalq  marketinq  fəaliyyətinin  təşkilində  bütün  bu  şəbəkələr  dünyəvi  xarakter 

daşıyır  və  onun  coğrafiyası  həmin  kompaniyanın  olduğu  yerdə  bütün  dünya  ölkələrində 

yayılır. 

41 


internet  və  ya  bütün  dünya  üzrə  informasiya  şəbəkəsi  ABŞ-da  ilkin  olaraq  hərbi 

məsələlərin  həlli  üçün,  sonra  isə  kommersiya  məqsədi  üçün  işləşmişdir.  Nəticədə  bütün 

dünya  göstəricilər  bankı  və  bütün  dünya  məlumatlarını  yayan,  informasiya  axınlarını 

birləşdirən əlaqələr qlobal virtual dünya meydana gəldi. 

“Dünya hörümçək toru” hazırki zamanda dünyada informasiya mühitində lider mövqe 

tutur. 


“Dünya  hörümçək  toru”  bütün  dünya  üzrə  paylaşmış  və  birləşmiş  informasiya 

şəbəkələrinin göstəriciləri yerləşmiş milyonlarla məlumatlardan istifadə etməyə imkan verir. 



İnternet  beynəlxalq  marketinq  məlumatlarının  alınmasına  elektron  ticarətin 

aparılmasına  ictimaiyyətlə  əlaqələri  və  reklamı  həyata  keçirməyə  yeni  məhsulların 

işlənməsinə imkan verir. 

Ekstranet  -  bu,  şaquli  şəbəkədir.  Ekstranet  kontragent  kompaniyaları  (istehsalçı 

kompaniyalar, topdan ticarət firmaları, xammal göndərənlər və s.) birləşdirən şəbəkədir. Bu 

kontragent  kompaniyalar  şaquli  istehsal  və  satış  əlaqələrini  birləşdirən  fırmalararası 

birliklərə  daxil  olan  və  sahələrarası  xarakter  daşıyan  kompleks  şəbəkədir.  Sahələrarası 

xarakter kontragent kompaniyalar (iqtisadiyyatın müxtəlif sahələrində) tərəfindən yaranan 

və yüksək səviyyədə sifarişlərin hesabların ödənilməsi haqqında alınan məlumatların və real 

vaxt  rejimində  şəbəkəyə  gələn  ziyarətçilər  arasında  ünsiyyət  təmin  olunur.  Ekstranet 

şəbəkəsi  həm  də  kompaniya  və  onun  istehlakçılar  ilə  əlaqələri  təmin  edir.  İnternetlə  bir 

sırada ekstranet də elektron ticarətin yaradılmasında böyük əhəmiyyətə malikdir. Ekstranet 

kompaniyanın partnyorları onun daxili şəbəkəsinin müəyyən hissəsinə daxil olmaq imkanı 

verir.  Ekstranet  xüsusi,  amma  çox  da  geniş  daxilolma  üçün  açıq  olmayan,  sırf  tanışlıq 

xarakterli olmayan müxtəlif məlumatlara malik olur. Buna görə də ekstranetə daxil olmaq 

üçün qeydiyyat və xüsusi parol-protokol tələb olunur. 

Ekstranet  təkcə  kompaniyanın  işgüzar  əlaqələrinin  effektivliyini  yüksəltmir,  ak- 

tivləşdiiTnir, eləcə də biznes üzrə yeni partnyorlar, müştərilər cəlb etməyə imkan verir və 

onlara öz informasiyalarının müəyyən bir hissəsinin istifadə edilməsinə imkan verir. 

Bu  şəbəkə  İnternet-protokol  və  u’vnr  bazasında  yaradılır  ki,  bu  şəbəkələr  çox  dəqiq 

olaraq kənardan daxilolmaladan müdafiə olunmuşdur. 

Kompaniya  ekstraneti  yaradarkən  öz  intraşəbəkəsindən  istifadə  etməlidir  və  eləcə  də 

əmtəənin bütün hərəkət dairəsini avtomatlaşdırmalıdır: xammal —»■ hazır məhsul —> satış 

təsilatı —> istehlakçı, onun sifarişləri, ödəmələri və çatdırılmaları daxil olmaqla şəbəkəyə 

qoşulma ancaq qeydiyyata almaqla mümkündür. 

Ekstranet verilmiş firmanın məlumatları əsasında yaradıla bilər və ya hər hansı ayrıca 

təşkilat yarada və idarə edə bilməsi üçün onun kənarına köçürülə bilər. Axırıncı variant daha 

dayanıqlı müdafiə vəd edir ki, kompaniyanın məlumatları kənardan daxilolmalardan qaçmır 

və kompaniya öz əsas fəaliyyətindən yayınmır. 



intranet  -  bir  kompaniya  və  ya  bir  qrup  kompaniya  çərçivəsində  kənardan  daxilolma 

mexanizmi  vasitəsi  ilə  kənar  lokal  şəbəkələrin  birləşdirilməsidir.  Adətən  bir  qrup 

kompaniyalar daxili üfiqi şəbəkəsidir. Əsas təyinatı bütün kompaniya onun bütün üzvləri, 

həm də ümumi sxemdə və vahid kriteriyada informasiyaların işlənməsi üçün istehsal, satış 

üzrə  statistik  məlumatların  toplanması  və  yığılması  üçündür.  Onlar  kənardan 

daxilolmalardan ciddi qorunur. 

İntrasct  informasiyaların  yerləşdirilməsi  yayılması  üçün  Web  imkanlarından  istifadə 

etməyə imkan verir. 

42 


intranet  kənardan  qoşula  bilmir  və  kənar  şəxslərin  və  təşkilatların  daxil  olmasından 

qorunur. Daxili şəbəkənin qorunması kod və siqnallar yığımından ibarət protokola, hansı ki, 

onların köməyi ilə kompyuterlər bir-biri ilə əlaqə saxlayır və məlumat ötürürlər. 

intranet ixtisaslaşmış lokal göstəricilər baza və şəbəkəsindən ucuzdur. 

Amerikan  kompaniyalarının  2/3-si  daxili  korporativ  idarəetmədən  və  beynəlxalq 

marketinq  sistemli  intranetdən  istifadə  edirlər.  Belə  şəbəkə  idarəetmədə  və  istifadədən 

sadədir və etibarlıdır. İntranetin köməyi ilə əməkdaşlar müxtəlif növ informasiyalardan birgə 

istifadə  imkanı  əldə  edirlər.  Bundan  başqa  şəbəkə  müxtəlif  bölmələr  arasında  maraqlı 

məsələlər üzrə öz aralarında tez və səmərəli əlaqə saxlamağa imkan verir və bu zaman əmin 

olurlar ki, bu məlumatlar digər kənar şəxs və təşkilat üçün əlçatmazdır. 

Beynəlxalq marketinqin tədqiqat mexanizmində xüsusi bir rolu internet oynayır. O, bu 

gün ən cəlbedici, əlçatan məlumat və kommunikasiya vasitəsidir ki, o bazarlar, alıcılar və 

rəqiblər haqqında məlumatların alınmasına imkan verir. 

İnternetdə göstəricilərin elektron mübadiləsi qiymətə görə, həm də əldə olunma sürətinə 

görə  ənənəvi  üsullardan  daha  effektlidir.  O,  informasiya  mübadiləsinə,  müqavilələrin 

bağlanmasına, real vaxt rejimində maliyyə hesabatlarının həyata keçirilməsinə imkan verir. 

Belə ki, subyekt kimi fiziki və hüquqi şəxs çıxış edir (maliyyə institutları, istehsalçıları, mal 

və xidmətlər, alıcılar və malgöndərənlər). 

90-cı  illərin  sonunda  500  milyondan  çox  adam  dünyada  internetdən  istifadə  edirdi. 

2000-ci ildə korporativ personal kompüterlərin bütün dünya üzrə 75%-i internetə qoşuldu. 

Bir neçə göstəricilərə görə yeni minilliyin əvvəllərində qlobal elektron bazarının həcmi 600 

mld. dollardan 1,3 trilyon dollara catacaqdır. 

İnternet-kommersiya digər dünya təsərrüfatı sektorlarından daha dinamik inkişaf edir. 

Kampaniyaların rəqabət mübarizəsi prosesində daim mövcud texnologiya, o cümlədən 

tədqiqat, axtarış texnologiyaları iştirak edir. 

Dünya  şəbəkəsi  (World  Wide  Web)  internetin  köməyi  ilə  marketinq  tədqiqatlarında 

əsas və tez-tez istifadə olunan sektorudur. 

WWW-nin köməyi ilə beynəlxalq bazarın tədqiqatının yeni effektiv mexanizmlərindən 

istifadə mümkün olur. 

İnternetin  köməyi  ilə  lazımi  informasiyaların  toplanması  üçün  istifadə  olunan  bir  sıra 

mexanizmlərə baxaq. 

İnformasiyaların axtarılmasının vacib üsulu axtarış sistemləridir. Məsələn, «yandex.ru.», 

«qooqle.com.» kimi. 

Onlar internetdə Web-server və Web-saytda indeksləri saxlayırlar. Çatışmayan cəhət olur 

ki, axtarış sistemi verilən hər bir suala adətən çoxlu miqdarda məlumat verir ki, onun da az 

bir hissəsi faydalı olur. 

«Sarı səhifələr» (Yellow pages) telefon sorğu kitabçalarının analoqu hesab olunur. «Sarı 

səhifələr»də  adətən  biznes  kampaniyanın,  onun  loqotipinin,  1-2  illüstrasiya  və  firmanın 

koordinatları haqqında qısa məlumat verilir. 

Standart xidmət biznesin adını, telefon nömrəsini, faksı, elektron poçtun nömrəsini, həm 

də  firmanın  internetdə  Web-səhifəsində  onların  iştirakı  ilə  qeyd  olunur.  Beləliklə  «Sarı 

səhifələr» kommersiya fəaliyyətinin hansısa bir noxai üə məşğul olan firmanın axtarışı üçün 

çıxış  nöqtəsi  ola  bilər.  Praktiki  olaraq  istənilən  fəaliyyət  sahəsi  üçün  internetdə  serverlər 

mövcuddur ki, (Jump station) bunlarda istənüən fəaliyyət sahəsi üçün təcıii- bi informasiya 

ehtiyatlarının hiper mətn ssılkalarmın siyahısının geniş xülasəsi verilir. Belə serverlər lazımi 

mətn üçün məlumat axtarışında əsas kimi istifadə olunur. 

Ümumi təyinatlı kataloqlardan başqa müəssisənin ixtisaslaşmış kataloqları da 

43 


mövcuddur. Müvafiq bölmədə istehsalçı firma istehsal etdiyi məhsul haqqında məlumatların 

qeydiyyatından  sonra,  potensial  alıcılar  üçün  firmanın  məhsulu  Web-sayt  və  ya  serverə 

baxmaqla əldə olunur. Beynəlxalq marketinqdə «On-line - çat» mexanizmi istifadə olunur 

ki,  bu  da  real  vaxt  rejimində  çoxlu  insanların  eyni  vaxtda  ünsiyyətinə  imkan  verir.  Son 

vaxtlar  bundan  daha  çox  işgüzar  ünsiyyətdə  və  mütəxəssislərin  ilkin  axtarışında  elektron 

elan  lövhəsindən  istifadə  edilir  ki,  orada  dünyanın  müxtəlif  hissələrindən  işgüzar 

partnyorlarm  axtarışı,  öz  məhsulunun  reklamını  vermək  üçün  potensial  müştərilərini  öz 

firması ilə tanış etmək üçün istifadə olunur. 

İnternetin  imkanları  işgüzar  partnyorlar  bazasını  genişləndirir  və  bazar  tədqiqatlarının 

keçirilməsini nəzərə çarpacaq dərəcədə yüngülləşdirir. Məsələn, serverdə məşhur marketinq 

kampaniyası  World  Market  Watch  (

http://www

.  wmw.com/)  də  müxtəlif  dünya 

ölkələrinin tədqiqinin materiallarını əks etdirən geniş göstəricilər bazası var. 



Web-server  Trading  floor  müxtəlif  ölkələrdə  biznes  partnyorlarm  axtarılması  üçün 

geniş imkan yaradır. 

Web-server  (

http://www.rub.com/rtc



)  də  işgüzar  partnyorlar  siyahısı  üzrə  məlumat 

tapmaq olar. Marketinq kampaniyası olan Market Research, Inc, Web-serverində əmtəələr 

üzrə qiymət tendensiyası üzrə cari monitorinq keçirilməsində dünya birjalarında qiymətin 

dinamikası haqqında qrafik məlumat nümayiş olunur. 

İnternet  saytlarında  bir  çox  ölkələrin  aparıcı  kampaniyalarının  məlumatlarını  tapmaq 

olar. 


-

 

«Kompas»m beynəlxalq göstəricilər bazası (



http://www

 2 Kompass.com) - özündə 60 

ölkənin 1,5 milyon kompaniyasının göstəricilərini və 23 milyon müxtəlif mal növlərini əks 

etdirir. 

-

 

Ümumdünya ticarət  mərkəzi  (http://



www.wtca.orq

/) - 180 ölkədən 300 üzvünü əhatə 

edir və 140 min idxalçı və ixracatçının kataloqunu təklif edir. 

-

 



«Kim nə qoyur?» İşgüzar şəbəkəsi - (

http://www3

 Wiwonline .do?/wiw/us) özündə 223 

min Bif iştirakçısını birləşdirir. 

-

 

Avropa işgüzar kataloqu (http://w'ww europages.com) - 36 dünya ölkəsinin 500 min 



kampaniyasının sərbəst məlumatlarını təklif edir. 

-

 



Beynəlxalq  ticarət  mərkəzinin  baza  göstəriciləri  (Cenevrə,  İsveçrə, 

http://wwwn

 

tracen.org),təkcə  kompaniyalar  haqqında  məlumatları  deyil,  həm  də  internetdə  oxşar 



saytların kəsişməsi ssılkalarmı əks etdirir. 

Bir  çox  mal  kompaniyaları,  assosasiyalar,  ittifaqlar  internetdə  yarmarkalar,  sərgilər, 

seminarlar və s. keçirilməsi haqqında məlumatları yerləşdirirlər: 

-

 



Eventsource  (

http://www

.  Eventsource/com)  -  55  min  ticarət  yarmarkası,  sərgisi, 

seminar göstəriciləri bazasını; 

-

 

Trade  Show  centre  (



http://www

.  tsntral.com)-  20  min  müxtəlif  yarmarka,  3  min 

konferensiya və seminarın keçirilməsi haqqında məlumatları verir. 

«Biznes-Biznes»  kommersiya  ixtisaslaşmış  saytı  diqqət  çəkir.  Belə  sayta  girərkən  öz 

firman  haqqında  olan  məlumatları  da  yerləşdirmək  imkanları  haqqında  da  düşünmək 

lazımdır. 

Bazar 

iqtisadiyyatının 



hazırki 

səviyyəsində 



Azərbaycanda 

İnformasiya 

Kommunikasiya  Texnologiyaları  (İKT)  sahəsi  sürətlə  inkişaf  etməkdədir.  Azərbaycan 

strateji tərəfdaş kimi BMT-nin inkişaf proqramı ilə ölkədə İKT-nin inkişafını təmin etmək 

üçün bir sıra layihələr həyata keçirir. Bu layihə çərçivəsində hazırlanmış 2003/2012-ci illər 

üçün  Azərbaycan  Respublikasının  inkişafı  naminə  İnformasiya  və  Kommunikasiya 

Texnologiyaları üzrə Milli Strategiyası təsdiq edilmişdir. 

Keçən müddət ərzində Respublikamızda İKT-nin 11 regional informasiya mərkəzi ya 

44 


radılmışdır ki, onun da əsas məqsədi rayon əhalisinin İnternet vasitəsi ilə informasiya çıxışım 

təmin  etmək,  əmək  və  sahibkarlıq  fəaliyyətinin  müxtəlif  sahələrinə  İKT-nin  tətbiqini 

gücləndirməkdən  ibarətdir.  Son  illərədək  Azərbaycanın  internetdə  praktiki  olaraq 

kommersiya  layihələri  olmamışdır.  Azərbaycan  Respublikasının  inkişafı  naminə 

İnformasiya  və  Kommunikasiya  Texnologiyaları  üzrə  MiUi  Strategiyasının  tələblərinə 

uyğun  olaraq  hal-hazırda  «Şəbəkə»də  dövrij^ənin  əsas  hissəsi  istehsal  texniki  təyinatlı 

məhsulların satışı və birgə biznes layihələrinin İnternet vasitəsilə təşkilindən ibarətdir. 

İndi  respublikamızda  şirkət  və  firmaların  əksəriyyəti  fəaliyyətlərinin  bütün 

mərhələlərində,  xüsusilə  marketinq  fəaliyyətində  internetdən  istifadə  edirlər.  Bəzi 

mənbələrdən məlumdur ki, 2005-ci ildən Azərbaycanda internetdən istifadə edənlərin sayı 

artır, yarım milyondan artıqdır. Bu çox böyük göstərici olmasa da, Azərbaycanda İnternet 

şəbəkəsi durmadan genişlənir, elektron kommersiya inkişaf edir. 

Xarici  bazarın  öyrənilməsi  və  mənimsənilməsi  üzrə  ən  vacib  mexanizm  beynəlxalq 

ticarət informasiya-işgüzar mərkəzi olan - Trade point (TR)-dir. TR YUNKTAD-in (Ticarət 

və inkişaf üzrə konfrans) dünya ticarətinin inkişafına yönələn proqramdır. Müasir dövrdə bu 

proqram  120-dən  artıq  ölkəni  əhatə  edir  ki,  onlarda  180-dən  artıq  TR  fəaliyyət  göstərir. 

Rəsmi qlobal şəbəkə olan TR BMT-nin 1994-cü ildə ABŞ-da (Kolombus şəhəri) beynəlxalq 

ticarətin  səmərəliliyinin  yüksəldilməsi  məsələləri  üzrə  simpoziumda  bəyənilmişdir. 

Proqramın  pilot  layihəsi  1995-ci  ildə  Mavritaniyada  buraxılmış  və  nəticədə  çox 

müvəffəqiyyətlə qarşılanmışdır. 

3.

 

Beynəlxalq marketinqdə tədqiqat aparan təşkilatların bir sıra xü.susiyyətləri 

Marketinq  tədqiqatlarının  aparılması  üçün  kompaniya  özünün  xüsusi  marketinq 

tədqiqatları şöbəsini yaradır. Amma bir qayda olaraq ən iri kompaniyalar belə tam dəyərli 

marketinq tədqiqatlarının aparılması üçün lazımi imkanlar və ehtiyatlara malik olmur. 

Marketinq tədqiqatları şöbəsi və ya marketoloq kompaniyanın strukturunda bir tərəfdən 

tədqiqatın  vacibliyini  rəhbərliyə  çatdıran,  digər  tərəfdən  isə  cəlb  olunmuş  tədqiqat 

kompaniyalarının fəaliyyətini əlaqələndirən həlqə rolunu oynayır. Bir qayda olaraq «Procter 

and  Gamble»,  «Unilever»  və  sair  kimi  iri  kampaniyaların  marketo-  loqları  tədqiqatçı 

kampaniyalar  qarşısında  məsələ  qoyur,  tədqiq  olunan  parametrlərin  toplusunu 

müəyyənləşdirir və alınan nəticələri təhlil edir. Amma təcrübə göstərir ki, yerli bazarda işin 

spesifikası  və  standart  olmayan  texnologiyalardan  tədqiqat  məqsədi  ilə  istifadə  olunması 

xarici kampaniyalar üçün ciddi maneəyə çevrilir. Belə halda verilmiş bazarın xüsusiyyətləri 

bazarda  sifarişçinin  müvəffəqiyyətini  təmin  edən  real  ötürücü  ola  bilər.  İstənilən  istehlak 

bazarında olduğu kimi,  marketinq tədqiqatları bazarında da, müştərilərə  müxtəlif tipdə və 

variantda  keyfiyyətinə,  qiymətinə  verilən  dəyərə  görə,  bazarın  inkişaf  səviyyəsinə  görə, 

tədqiqat texnologiyalarını təklif edirlər. 

Bu  gün  əksər  ölkələrdə  marketinq  tədqiqatları  sahəsində  xidmət  göstərməklə  məşğul 

olan şirkətlər və agentliklər mövcuddur. 

Belə təşkilatların bir neçə əsas tipini ayırmaq olar: 

1.

 



Müxtəlif ölkə bazarlarında tam tədqiqat xidməti göstərən beynəlxalq şəbəkə agentliyi. 

2.

 



Müxtəlif ölkələrdə eyni bir bazarın tədqiqilə məşğul olan beynəlxalq şirkətlər. 

3.

 



Bazarda  və  ya  bazarın  konkret  seqmentində  tam  tədqiqat  xidməti  göstərən  yerli 

şirkətlər. 

4.

 

Bazarın tədqiqatının hansısa bir növü ilə məşğul olan yerli şirkətlər. 



Ümumilikdə, belə nəticəyə gəlmək olar ki, biznesin beynəlxalq praktikasında mar 

45 


ketinq tədqiqatlarına tələbat artmışdır. 

Təşkilatın hansı üsulla tədqiqatlar toplanmasından asılı olmayaraq, bir daha qeyd edək 

ki, beynəlxalq bazarda məlumatlar, milli bazarlardan daha çox əhəmiyyət kəsb edir 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling