Mobil radiorabiTƏ SİstemləRİ


Avadanlıq registri (avadanlığın identifikasiya registri-


Download 1.44 Mb.
Pdf ko'rish
bet33/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Avadanlıq registri (avadanlığın identifikasiya registri- 
Equipment Identity Register, EİR). Əgər varsa (olmaya da bilər), 
istismar edilən MS-lərin saz olması və icazəli istifadəsi barədə 
məlumata malik olur. Məsələn, orada oğurlanmış abo­ nent 
aparatları qeyd oluna bilər, texniki defektləri olan (yüksək 
səviyyəli maneə mənbələri ola bilən) abonent aparatları barədə də 
qeydiyyat edilə bilər. 
BS-də olduğu kimi, KM-də avadanlığın əsas elementlə­ rinin 
rezervləşdirilməsi nəzərdə tutulur (o cümlədən, qida mən­ bələri, 
prosessorlar və verilənlərin bazaları da rezervləşdirilir). 
İnisiallaşdırma və rabitənin yaradılması 
Şanvari rabitə sistemində əsas iş rejimlərinin təşkil olun­ 
masını nəzərdən keçirək. Komutasiya mərkəzi (KM) və baza 
stansiyaları (BS) bütün sutka ərzində işləyir. Onlarda nasazlıq­ lar 
yaranarkən, konstruksiyalarında nəzərdə tutulan rezervləş-dirmə 
onları əvəz edir. Mobil stansiyaların işində isə fasilələr ola bilər. 
Əvvəlcə ən sadə halı nəzərdən keçirək - bir manqa hüdu­ dunda 
MS-in işini, xidmətin ötürülmədiyi şəraitdə aydınlaş­ dıraq. 
63 
Bu hal üçün MS-in işində 4 mərhələ (4 iş rejimi) ola bilər: 
Qoşulma və inisiallaşdırma; 
Gözləmə rejimi; 
Rabitə (çağırış) yaradılması rejimi; 
Rabitənin aparılması rejimi (telefon danışığı). 
MS-i qoşduqdan sonra inisiallaşdırma - başlanğıc işəsalma yerinə 
yetirilir. Bu mərhələ ərzində MS-in sistem tərkibində, müvafiq 
idarəetmə kanalı ilə BS-lər tərəfindən müntəzəm ola­ raq verilən 
siqnallara görə köklənməsi baş verir. Bundan sonra MS gözləmə 
rejiminə keçir. 
İnisiallaşdırma mərhələsinin konkret məzmunu - şanvari 
sistemdə istifadə olunan standartlardan asılıdır. 
İS-54 versiyalı D-AMPS standartında MS, ayrılmış idarəet­ mə 
kanallarının skanlanmasından (yoxlanılması) başlayır və ən güclü 
siqnala malik kanalı seçir; sonra isə bu kanalla ötürülən 
informasiyaya görə MS çağırış kanallarının nömrələrini təyin edir, 
onlar arasında ən güclü siqnallı kanalı tapır. 
İS-136 versiyasında MS-in rəqəm idarəetmə kanalına kök­ 
lənməsi xeyli mürəkkəbdir. 
GSM standartında MS bütün mövcud tezlik kanallarını yoxlayır 
(skanlanlayır), ən güclü siqnala malik kanala köklənir və tezliyin 
korreksiyası dəstinin olmasına görə, bu tezlik kanalında BCCH 
kanalının informasiyasının ötürülüb - ötürülmədiyini təyin edir. Yox 
olan halda MS səviyyəsinə görə növbəti tezlik kanalına keçir və s. 
Proses o vaxta qədər davam edir ki, BCCH kanalı tapılmış olsun. 
Sonra MS, sinxron-laşdırma dəstini tapır, seçilmiş tezlik kanalı ilə 
sinxronlaşır, BS haqqındakı əlavə informasiyanı açır (məsələn, BS-
in 6 bitli 
64 


identifikasiya kodu) və axtarışı davam etdirmək, yaxud bu manqada 
işləmək haqda son qərar qəbul edir. Gözləmə rejimində olan MS 
aşağıdakıları izləyir: 
Sistemin inforimasiyasının dəyişmələrini - bu dəyiş­ mələr 
həm sistemin rejiminin dəyişməsi ilə, həm də MS 
in özünün yerinin dəyişdirilməsi ilə əlaqədar ola bilər; 
Sistemin komandalarını - məsələn, öz iş qabiliyyətli ol­ 
mağının təsdiqi (konkret bir manqada “qeydolunma”); 
Sistem tərəfindən çağırış alınması; 
Şəxsi abonent tərəfindən çağırışın inisiallaşdırılması. 
Bunlardan başqa, MS periodik olaraq, məsələn, 10... 15 dəqiqə­ 
dən bir özünün iş qabiliyyətli olduğunu təsdiqləyir, yəni BS-ə 
müvafiq siqnallar göndərir. 
KM-də qoşulu olan hər bir MS üçün manqa qeyd olunur ki, bu­ 
nun sayəsində mütəhərrik abonentin çağırışı məsələsi yüngül­ 
ləşir. Əgər MS öz iş qabiliyyətli olduğunu təsdiq etmirsə, onda KM 
həmin MS-i sönmüş hesab edir və o nömrəyə gələn çağırış 
ötürülmür. 
GSM standartında MS periodik olaraq BS-ə aşağıdakı 
parametrləri ölçərək ötürür: 
BCCH kanalının siqnalına görə, işçi manqanın BS-nın 
siqnalının səviyyəsini (və 16-ya qədər qonşu man­ qaların); 
kanal dekodlanmasından əvvəldə qəbul olunan siqnala görə, 
işçi manqada qəbul olunan siqnalın keyfiyyət ko­ dunu - bit 
xətasının (səhvinin) tezliyinin qiymətləndiril­ məsi 
funksiyası (BER - Bit Error Rate). 
D-AMPS standartında xidmətin ötürülməsi əməliyyatını təmin 
etmək üçün siqnal səviyyəsinin və bit xətasının tezliyinin 
ölçülməsi, BS-dən verilən komanda əsasında həyata keçirilir. 
65 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling